Giriş
1. Salam əziz müəllimlər, məktəbimizn qonaqları və şagirdlər! Bü gün dünya Azərbaycanılıarın Həmrəylik gününü və eyni zamanda Yeni il bayramını qeyd edirik. Hər iki faktr münasibətlə sizlərin hər birinizi təbrik edir, hər zaman həmrəy olmağımızı diləyirik! 2014-cü ilimizi təhvil alaraq, xatirələri ilə yaddaşlara hopan 2013-cü ili pərvazlandırırıq. Bildiyimiz kimi ötüb gedən 2013-cü il ilan ili idi. Qəbul edəcəyimiz il isə murad ilidir. At üstündə təhvil aldığımız yeni iliniz Mübarək olsun! Könlünüz fərəh, muradınız çin olsun! İndi isə gəlin ilimizi qəbul edək.
Ritmiq musiqi sədaları ilə ilan təhvil verilir və atı qəbul edir. Məktəblilər. İlan səhnədən çıxarılir atı isə ən yüksək kürsüdə qərar tutur.
2. Əziz qonaqlar, bildiyimiz kim Dünya Azərbaycanlıları dünyanın bütün nöqtələrində bu günü qeyd edirlər. Onlar təşkil olunan həmrəylikdə bir-birlərini salamlayır, ilin görülən uğurları haqqında söhbət açır və harda olmalarından asılı olmayaraq müstəqil Azərbaycanımızın mənafeyinə xidmət edirlər. Böyüməkdə olan gənc nəsillərə nümunə olan həmrəy azərbaycanlılar dünyanın hər yerindən Azərbaycan şüarları ucaldırlar. Bizə Dünya Azərbaycanlıların Həmrəylik günü haqqında məlumatı məktəbin tarix müəlliməsi Günya Həsənova məlumat verəcəkdir. Buyurun, Günay müəllimə.
Günayın çıxışı..,,,,…………………………………………………………….
3. Zalda uca səslə cəngi havası eşidilir.
4. “Azərbaycanım mənim” adlı mahnı. İfa edir. ………………………………….
1. şagird.
Qurban olum yurd daşına,
Əsrlərin yaddaşına.
Xəbər verin yurddaşıma,
Bu gün həmrəylik günüdür!
2. şagird.
Birləşib yumruq olmuşuq,
Mətinliklə yoğrulmuşuq!
Vətən sənə vurulmuşuq
Bu gün həmrəylik günüdür!
3. şagird
Heydər baba yoludu,
Gedirik İlham ilə.
Sevinc-səadət doludu,
Bu gün həmrəylik günü!
4. şagird
Bir yumruqda birləşdik,
Elə bil Günəş idik.
Fəxarətlə deyirik
Bu gün həmrəylik günüdür!
5. şagird
Xalqım əzmkar, mətin,
Ucalıqda ləyaqətin.
Milyon-milyon məhəbbətin,
Xoş günüdü millətin,
Bu gün həmrəylik günüdür!
6. şagird
Qucaq-qucaq çiçəklər də,
Dalğalanır əllərdə.
Vətən boyda məhəbbət də,
Bu sevginin ünüdür,
Bu gün həmrəylik günüdür!
Birlikdə:
Qurban olum yurd daşına,
Əsrlərin yaddaşına.
Xəbər verin yurddaşıma,
Bu gün həmrəylik günüdür!
1. Azərbaycan və Vətən adlı şeirləri sizə ……………………………..təqdim edəcək
Azərbaycan
Azərbaycan, andım mənim,
Cavanşirlər yurdum mənim.
Atəşgahım, odum mənim,
Azərbaycan, Azərbaycan!
Oğlun Babək, Xətaidir,
Mehin gilavar yelidir.
Odlar yurdu, Od elidir,
Azərbaycan, Azərbaycan!
Əlincədi, Bəzz qalası,
Ulğüc, Buğurd, Qız Qalası.
Müqəddəslərin aynası,
Azərbaycan, Azərbaycan!
Vətən
Etiqadım, andım mənim,
Sən ocağım-odum mənim,
Ağzımdakı dadım, mənim,
Vətən!
Təbiəti həkim-loğman,
Mayası halal yoğrulan,
Qayğına-quluğuna duram
Vətən!
And olsun, dönmərəm vətən,
Qulunam, kölənəm, Vətən,
Sənə qurban can demişəm,
Uğrunda ölərəm,
Vətən!
8.Aparıcı: Əziz qonaqlar, tədbirimiz gördüyünüz kimi çox gözəl davam edir. Tədbirin əvvəlində Günay müəllimə Dünya Azərbaycanlılarının həmrəyli haqqında danışdı. Şagirdlərimiz şeirlər söylədilər. Bu gün biz eyni zamanda Yeni il şənliyini də qeyd edirik axı. Odur ki, gəlin Yeni il mövzusundakı söhbətimizi Rüxsarə müəllimə davam etdirsin. Buyurun, Rüxsarə müəllimə.
2. Aparıcı: Yeni il mahnısı. İfa edir……………………………………….
3. Aparıcı: Zala müraciət edir. Uşaqlar, bəs Şaxta babasız Yeni il Şənliyi olar? Hanı bizim şaxta, babamız, qar qızımız? Şaxta babanı çağıraqmı? O zaman gəlin onu birlikdə cağıraq:
Şaxta baba, şaxta can,
Hardasan bu vaxtacan?
Tez bir zamanda gəlsən,
Bürüməz bizi həyacan.
Şaxta baba, Şaxta can,
Hardasan bu vaxtacan?
Şaxta Baba ha-küylə zala daxul olur. Hamını salamlayır;
Ehhheeeeyyyy mənim əziz nəvələrim, nəticələrim. Mən sizlərin görüşünə tələsdim.
Bir illik yol aşaraq,
Dağ-təpə dolaşaraq,
Tez-tələsik qaçaraq,
Görüşünüzə gəlmişəm.
Necəsiz, mənim əzizlərim, şirin babalarım. Bir-bir zaldakılara yaxınlaşır. Əl-ələ görüşür. Sonra deyir. Mən sizə qarlı dağlardan, çovğunlu təpələrdən hədiyyələr gətirmişəm. Görək siz mənim üçün nələr hazırlamısınız?
10.Elə bu zaman musiqi səslənir. Yolkalar mahnısın uşaqlar əl-ələ tutaraq yolkanın ətrafında dövr edə-edə oxuyurlar.
4. Şaxta Baba: -Yaxşı bəs qar qız hanı? Yoxsa o hələ gəlməyib? Vay, vay yəqin gecikib, gəlin səsləyək o da gəlsin. Birlikdə səsləyirlər:
Qar qız, qar qız,
Şirin-şəkər, bal qız,
Niyə qalmısan yalqız,
Biz səni gözləyirik!
Elə bu zaman qar qız yüyürə-yüyürə özünü Şaxta babaya yetirir. Bu da mən, deyə uşaqlara qoşulur. Şaxta baba onu görən kimi deyir: Uşaqlar gəlin qar qızı yeni bir mahnı ilə salamlayaq.
5. İkinci mahnı səslənir …………………….
12.Səhnə.
Qarla örtülü ağaclar. Ağacların ətrafı qar dənəciləri ilə dolu. Balaca bir qızcığaz. ağacın altında soyuqdan titrəyir.
Həmşəyaşıl, əzgil, Heyva, Qış armudu söhbət edirlər.
1.Həmişə yaşıl ağacı dillənir: -Armud ağacı, ay armud ağacı, deyirəm, bu il qış tez düşdü, deyəsən?!
Armud:- Nəyə görə soruşursan, yoxsa donursan?
Həmişə yaşıl: -Yox donmuram, görürəm ki, sənin armudun hələ dəyməyib, ona görə deyirəm.
Armud: -Ay həmişə yaşıl sən meyvə vermirsən deyə bilmirsən. Məgər bilmirsən ki, Qış armudu qar yağanda dəyir.
Nə olsun ki, mən meyve vermirəm. Amma Yeni ildə məni hamı evinin yuxarı başına keçirir. Üzərimə bəzəyirlər, hələ bir başıma da dolanırlar.
Armud amma mənim meyvəm var deyə qürrələnir.
Ağaclar isə söhbətə qoşulurlar. Hə də armud ağacı düz deyir, elə bizim də meyvəmiz qışda dəyir:
Heyva: Mən payızda bar versəm də qış mövsümü hələ üstümdə heyvalar olur.
Əzgil: Pah, böyük iş olub, bəs bilmirsən, hər qış məni silkələyib, üzərimdən əzgil toplayırlar?!
Xurma nazlanır: Yarpaqlarını əsdirə-əsdirə dillənir. Eh, sizdə….Elə mənim də xurmalarım qarda üzərimdə durur. Mən şaxtadan qorxmuram. Qorxaqlar! Siz qorxudan danışırsız.
Heyva əsəbiliklə: - Vuraram a səni, mənə qorxaq deyirsən? Xurmaya bir heyva tolazlayır.
Xurma bərkdən gülərək heyvanı yerdən götürüb yeyir və deyir. Görüm dadlısan. Heyva onun ağzına girir kimi qarşısında dayanır.
Heyva: -Əlbəttə dadlıyam. Mənə qar dəyib axı. Necə dadlı olmayım.
Elə bu zaman qızın titrəyən səsi çıxır. Heyva yoğun səslə: Bu kimdir belə?
Xurma nazlana-nazlana: Aaaa… burada balaca qız var.
Əzgil: - Vay, vay lap donub ki…
Armud soruşur: - Ay qız sənin adın nədi?
Qız titrəyə-titrəyə: -Mənim adım Bənövşə.
Xurma: Nazlana-nazlan burada nə gəzirsən. Bu qarda-çovğunda.
Qız: - Bahargilə gedirdim. Tələsdim. Bahar ayı gəlməmiş yüyürüb özümü çəmənə salmaq istədim. Amma qışa düşdüm. Bərk-bərk titrəyir və deyir: -Oy, dondum.
Həmişə yaşıl: Gəlin onu qoruyaq, donmasın.
Elə bu zaman Şaxta baba ordan keçir.
Xurma ağacı nazlana-nazlana: Şaxta Baba, ay şaxta baba…
Heyva Gursəslə: Şaxta baba…
Şaxta baba səsə dönür. Məni siz çağırdınız? Soruşur.
Əzgil yumuşaq səslə:-Bəli biz çağırdıq.
Armud bu qıza kömək edərsiz?
Şaxta baba, qızı görən kimi: -Bənövşə bu sənsən?
Bənövşə:- Mənəm Şaxta baba.
Şaxta baba: -Sən yenə tələsmisən?. Sənə nə qədər demək olar ki, tələsib özünü qar altında üşütmə. Eybi yoxdur, deyə onun əlindən tutur və uşaqların yanına gətirir.
Tamaşanın bu yerində hamı əl çalır.
13. Şaxta baba: Uşaqlar gəlin Görək Bənövşə bizə nə şeiri deyəcək .
14. Hə, əziz uşaqlar sizin mahnı və şeirlərinizə qulaq asdıq. İndi görək böyüklər nə deyəcək? Məsələn bax, bu müəllimə Tofiq müəllimə yaxınlaşır və Sənin yeni il arzularını eşitmək istəyirik deyir. Daha sonra bir-neçə müəlliməyə yaxınlaşır.
15. Aparıcı: Şaxta babaya üzünü tutub deyir: -Şaxta baba bilirsizmi ki, biz həm də Dünya Azərbaycanlılarının həmrəylik gününü də qeyd edirik.
Şaxta Baba: - Nə yaxşı, nə yaxşı! Bax buna sevindim mənim həmrəy balalarım.
Aparıcı: Məktəbimizin uşaqları həm rus, həm ingilis dilində şeirlər hazırlayıblar Gəlin onlara da qulaq asaq:
Şaxta Baba asaq mənim balalarım, asaq:
İngilis və rus dilində seirlər səslənir.
16. Elə bu zaman ilanla at dalaşa-dalaşa səhnəyə hücüm çəkirlər.
İlan fısıldaya-fısıldaya dilini çıxara-çıxara ata söyləyir: Sən bir buna bax! Axı sən niyə gəldin?
At: Kişnəyir. Əşi nə istəyirsən e. Vaxtın çatdı çıx get də…
İlan: -Axı sən niyə gəldin, deyib fısıldayır.
At: - Bəs sənin xəbərin yoxdu?
İlan: Fısıldayır, nədən?
At: -Bu yeni il at üstündə təhfil olur. Deyir və bərkdən kişnəyir. Elə bu an hirslənir və ilanı itələyir: Əşi çıx get də…
İlan əsəbiliklə fısıldayır: -Məni niyə qovursan. Heç bilirsən mənim bu il məktəbdə nə qədər uğurlarım olub, deyir, dilini çıxarır fısıldayır.
At: Kişnəyə-kişnəyə soruşur: Sən nə etmisən ki,?
İlan: Fısıldayır və Hmmm lovgalanır. Bir-bir uğurları sayır. Sonunda da inanmırsan özlərindən soruş.
…………………………………………………………..
At kişnəyir və aparıcıdan soruşur. İlan düz deyir?
Aparıcı: Bəli, İlan düz deyir. Məhz ona görə də gəlin ilanı hörmətlə yala salaq.
At: Gördün ilan bacı, bu an at kişnəyir. Yenidən sözünə davam edir. O, deyir ki, səni yola salmaq lazımdır.
İlan: -Daha neyləyim, get deyirsiz, gedim də. məcbur qala bilmərək ki. Fısıldayır. Başı üzərində qalxaraq zala deyir: Mən getdim. Di, salamat qalın. Yeni iliniz uğurlu olsun, fısıldayır. Qoy Yeni ildə yeni-yeni qələbələr sizin olsun. Fısıldayır və əl edərək zalı tərk edir.
Aparıcı:
17. Çınqılbens mahnısı. Balaca qığılcımlar əllərində oxuyurlar.
6. Aparıcı: Şaxta baba, bizim sizə hədiyyəmiz var.
Şaxta baba: -O nə hədiyyədir elə?
……..şagirdləri səhnəcik hazırlayıblar gəlin tamaşa edək. Şaxta baba saqqalını sığallayaraq: edək deyir.
|