Mətanət Ulu Şirvanlı seirlər 4
Qoymayın
 
Ey hey…y…
Ey «Yeddi Kümbəz»in 
Yer qatında yatanlar,
Oyanın!
 
Ey uludan ulular,
Türk soyundan olanlar,
Bu dünyadan doyanlar,
Oyanın!
 
Ey babalar, ərənlər,
Ey zamanı görənlər,
Adətləri miras verənlər,
Oyanın!
 
Siz dünyanın o tayında,
Ulu Tanrı dərgahında,
Belə bir ağır zamanda,
Oyanın!
 
  
Qoymayın xırdalaşırıq,
Get-gedə gılızlaşırıq,
Məğlulubluqla barışırıq,
Siz Allah qoymayın,
Qoymayın!
 
Həddimizi aşırıq,
Qərbə qarışırıq,
Avropalaşırıq,
Ay aman,
Qoymayın!
 
 
Fürsətkar
 
Get, fürsətkar,
Yükünü özün çək.
Şələləmə belimə.
Ağıllısan özünçün,
Mənə ağıl diləmə.
İş görəndə «deyin ki»
Əvəzinə özgəsi,
Sənin işini görsün.
Sənə para gərəkdir?
Qarşına kimsə çıxsa,
Uzat ona əlini,
Verəjəklər əlbəəl
.Sən onu qaytararınja, 
Kim yaşayar, kim ölər.
«Halvaçı qızı şirin»
Adam aldadır dilin.
Bax, beləjə köçünü,
Çəkdirirsən hər zaman,
Belə gəldin, belə də,
Gedəjəksən dünyadan.
 
 
 
Bu dünya şirindən də şirindir
 
“Dərd səni doğrayıb didsə də” qardaş,
“Əzrail döngədə güdsə də” qardaş,
Ömürdən əllilər getsə də qardaş,
Yaşamağın son durağı ölümdü.
 
Dərdi töküb xəlbirindən ələmə,
Qəlbi açıb varaq-varaq eləmə,
Olanı-keçəni qınaq eləmə,
Parçalanıb alışajaq dil, indi.
 
“Sənin jan-jigarin” nə olsun ki, var,
Bilirəm ki, bir gün olarsan bezar.
Qadoy alım, günahını kim yuyar?
Mən susajam özün danış, din indi.
 
Deyirəm ki, nə dərdimə kim-kimə,
Adım “Quçi” bit daraşar kürkümə.
Bahar gəldi sarmaşıbdır gül-gülə,
O, güllərə əl uzatma, dur, indi.
 
Şamaxının yollarını qar almış,
Ayaq izi o yollarda qalarmış.
Bilmirsənmi a saqqalı ağarmış,
Bu dünyamız şirindən də şirindi!
 
Ay məni qınayan, başına gəlsin,
Düşəsən oda mənim kimi yanasan.
Gözün görsün qoy ürəyin odlasın, 
Yaxşı deyil yaman günə qalasan.
 
Ötür ili, aydan ötür qışa sən,
Qarğa ilə ömür yetir başa sən.
Yaşa görüm minji ili yaşa sən,
Ölməyəsən ildən ilə qalasan.
 
Şükür olsun, üzüm ağdı günüm çağ,
Şimşək kimi elə qoqquş, elə çax.
Mən gedirəm dön arxanja bir də bax,
Partlayasan ölə-ölə qalasan.
  
AÇIL SƏHƏRİM AÇIL
Səhərin altısı,
Açıl, səhərim açıl!
..Ay batmaq istəmir,
Gedib yatmaq istəmir.
Qaranlıq gətirir şəhərə,
Gah batır, gah çıxır,
Buludların arxasından,
Ay batmaq istəmir, 
Vuruşur jəngavərlər kimi,
Od kimi közərir, yanır. 
Bulud qara pərdədir, 
Günah elə səhərdədir,
Açılmır ki, açılmır.
Gejə səhərlə döyüşür,
…Əlbəyaxa.
Zamanının kəsiyində ,
Gejə səhərlə görüşür.
Yenə ay batmaq istəmir,
Gedib yatmaq istəmir.
Ənginlik çağırır yanına,
Axır ki, ay çəkilir qınına.
Açıl səhərim açıl!
Bax, ay da qaçır.
Daha yerini tutmayajaq,
Bir də gejə qayıdajaq.
Açıl səhərim, açıl!!
 
YARPAQ TÖKÜMÜ
Jan bazarı olsaydı,
Mal bazarı yalan olardı.
Bostan azarı olsaydı,
Alaqlar talan olard.
 
Dili qınama alışmasın,
Çox bilirsə danışmasın.
Hər işimə qarışmasın,
Yoxsa dilini kəsərlər.
 
Zəhəri içdim udum-udum,
İçib ilantək qıvrıldım.
Onsuzda məskənim yurdym,
Son evim məzardı, gordu.
 
KİM BİLİR…
 Qara daş dərin quyuda,
«Bir dəli atmış».
Yüz ağıllı çalışdı,
Çıxara bilmədi.
Qoy dursun orda.
Ağıllı dəlilər,
Dalaşanda bir-birinə,
Atarlar, baş yarılar.
Dəlilər ağıllıdır, 
Ehtiyatlı yerdə-
Əmanət ediblər
Qara daşı
Sulu quyuda.
Bəlkə qara daş
O quyuda göyərdi?!
Allahın işin 
Kim nə bilərdi. 
 
Görürüəm
 
Məni dilimdən dara çək,
Qoy çalmayım gürzə kimi.
Ağ üstündən bir qara çək,
Düz yazajam mirzə kimi.
Onsuzda qarannı qara kimi,
Ağı ağaran görürəm.
 
Dor altında edam elə,
Məni kəs, döğra, tikələ.
Qışqırıb bağrımı yarma,
Haqqı  yoldan azan kimi,
Nahaqqı bağıran görürəm.
 
 
Yüngüllükçün otur ağla,
Dərdin çoxsa bölüş dağla.
Sənə Allah mənə də ağla,
Uçub könlümün koması,
Tifağı dağılan görürəm.
 
Məni öldür kəlamla,
Yoxdur aram yalanla.
Dərd sağalar zamanla,
Zaman yetdi dərgah açıq
Xudanı çağıran görürəm.
 
Ağsaqqal
 
Metro…
Ağ saçlı, ağ bığlı, 
Əyləşib vaqonda.
Bir neçə javan
Dayanıbdır yanında.
Javanlara nümunə,
Hamıya örnək.
Amma ki, nejə.
Ağ saçlı, ağ bığlı kişi
Ağzında bir iki dişi.
Çeynəyir saqqızı.
Çap..çap...çap..
Saqqızın səsi 
Əks-səda vaqonda.
Arada üfürür,
Jah da şişirir
Partladır Şarap..p..p..
Ondan nümunə 
«Götür ay uşaq»
Qatar dayanır.
«Ağsaqqal» gedir.
Bir yeniyetmə
Deyir:
-kişiyə baxdım,
Könlümə saqqız düşdü,
Gedək saqqız alaq.
 
Metro gedir…
Tarak…tarak…tarak…
Bir qadın deyir:
A bala yer oturaq.
Javan oğlan javabında:
-Yer var?!
Qalx ver də nə olar!
Oğlan deyinir:
-Qojasan otur eində,
Nə işin var
Şəhərin küçələrində.
Qadın tutulur.
Deyir:
-Bir  gün gələr
lbəət  sən də qojalarsan,
Əlinə əsa alarsan.
Mənə qoyduğun hörməti
Zaman gələr,
İnşallah bir gün 
Birisi sənə qaytarar.
 
Bu mənəm mən
 
Dərdim nə bir, nə də iki,
Dərdim birə yüzdü.
Dərd gələndə tək gəlmir ki,
Qoşa gəlir iki-iki.
Gözüm elə qorxub ki, 
Elə hüjum çəkir ki,
Biri sağdan biri soldan.
 
Dərd yandırır, bürküdü,
Üzüm dərddən bərkidi.
Nə sonudu, nə ilkidi,
Qram deyil batmandı.
Başım elə hey..qaldadı,
Məni məndən xəbər al,
Soruş, öyrən nə haldadı?!
 
Ay ellim, ay ellilərim,
Dünyanın keyfin valideynlərim,
Əziyyətini mən çəkdim.
Qəmi əkdim-jüjərtdim,
Sızıltımla bejərtdim,
Qəmim indi mən boydadı.
 
Hərdən mənə deyir ürək, 
Əzab çəkmə ay Mətanət.
Jah da deyir qəminə kəm.
Dərd içində üzən,
Dərd içində gülən,
Bu mənəm mən!
Arsızdı da, nə dərdinə,
Oynayır, kefdə-toydadır.
 
Bax 
 
Ay biinsaf, müxənnət,
Ürəyim partladı ki,
Dözmədi biganəliyə,
Qara bağrım çatladı ki,
Sən də olan dözümə bax.
 
Dəniz joşdu, dalğalandı,
Qəm ələdi, çalxalandı.
Gözüm yaman ağlağandı,
Yağış yağan bulud kimi,
Leysan tökən gözümə bax.
 
Bu susmaq ölümdən betər,
Sən barış, umu-kusu ötər.
Yetər, yetər, vallah yetər,
Durma daha injik kimi,
Qaldır başı üzümə bax.
 
 
 
Nə qədər xəyalla yaşamaq olar?
Fikirlər…
    Düşünjələr…
Yorurlar məni,
Salıb qabağına,
Qovurlar məni. 
Xəyallar…
Sarırlar məni. 
Səs var başımda.
Tənha ağaj kimi,
Atılmış yar kimi,
Üşüdən qar kimi,
Qəribsəmişəm.
Üşüyürəm.
Kölgəyə dönmüşəm,
Elə bil ölmüşəm.
Lal kimi,
       Kar kimi,
           Kor kimi,
Danışmıram,
    Dinmirəm,
      Görmürəm.
Xəyalların qoynundayam.
Məni məndən alan xəyal,
Ağuşuna salan xəyal,
Dindirir məni.
Nə qədər xəyalla 
Danışmaq olar?
Ümidlər közərir,
Arzular təzələnir.
Məni məndən alan
Xəyallar, yetər!
Yaşamaq istəyirəm,
…Gerçəkdə. 
Nə qədər xəyalla 
Yaşamaq olar?
Alın, alın, məni 
Düşüncələrin…
 Xəyalların…
    Fikirlərin…
Əlindən alın,
Alın!
 
       
Bilmirəm
Elə bir oda düşmüşəm,
Yanıb qurtara bilmirəm.
Dərddən azara düşmüşəm,
Ölüb qurtara bilmirəm.
 
Ağajda badam-püstədidi,
Közüm manqalım üstədir.
Bir verib  beşin istədi,
Borjumu qaytara bilmirəm.
 
Məsjidi tik büt yerinə, 
Çək bülövü küt yerinə,
İt bağladı at yerinə,
Aparıb otara bilmirəm.
 
 
GÖRMƏMİŞƏM
Ay aman ozanammış, 
Dərdləri yazanammış,
Büsbütün azarammış,
…Bilməmişəm.
 
Qəmim var qatar-qatar,
Dözmürəm apar qaytar,
Dedilər ki, “Öl qurtar”
Ölməmişəm.
 
Yaşamadım-süründüm,
Yüz yol öldüm-dirildim,
Soruşdular:-Dəvə gördün?
Görməmişəm. 
 
Gül a bəxtəvər, gül!
 
Sərnişin dolu qatar 
Gedir səs salır,
Tarak…tarak…
Bəzəkli-düzəkli bir qadın,
Bizdən soruşur adın.
Bizdən soruşur adın.
Adını bilmirəm nədi
Amma bilirəm dəlidi.
O, da qadın, 
mən də qadın,
O, qəmsiz-kədərsiz,
Bu dünyadan xəbərsiz,
Mən qüssəli-qayğılı.
O, gülür qəhqəhəylə
Mən baxıram kədərlə.
 
Gah saçına sığal verir,
Gah düşünür, gah deyinir.
-Mənə niyə baxırsız?
Siz hamınız paxılsız.
Paxıllığımı çəkirsiz!
 
Qatar dayanır,Dəli qadın tələsir,Özün titrədir, əsir,Qışqırır, dad eyləriyr,Qaçın yol verin deyir,Dəlilər, çəkilin deyə!O da qadın,Mən də qadın.Mən dünyanın Qəm yükünü çiynimdə,Sən  dünyanı oynadırsan Əlində.Gülürsən?!Gül a bəxtəvər, gül!Baxma heç nəyin fərqinə,Sən də üzü ölümə,Mən də üzü ölümə.Yaşamaq yaşamaqdı Nə fərqi var!Qəfildən pillələrdəTfu…Tüpürür.Tüpürür dünyanın eybəjərliklərinə,tüpürür, dünyanın çirkinliklərinə.O, da qadın,Mən də qadınO, xöşbəxt,Mən bədbəxt.Gül, a bəxtəvər gül,Bu dünya sənindir,Gül!Kül eşmə,Köz axtarma,Sönən oddan.Özünü gözə soxma,Çıxmısan daha yaddan.
 
 
Əlavələr
 
Facebook beğen
 
 
 
Bugün 79 ziyaretçi (192 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol