Susmaq əmrini almışam. Yazda qurbagaların, yayda cırcıramaların, payızda uçuşan xəzəllərin bir sözlə, təbiətin musiqili səsinə qulaq asmalıyammış. Sus və təbətin musiqisinə qulaq as! Canlıları seyr etmək, təbiətə müşahidəçi olmaq danışmaqdan daha yaxşıdır dedilər mənə.
Quruyan göl, solan çəmən, ağacdan qopan yarpaq, sudan imtina edən baliq kimi hiss edirəm özümü susduruldugum üçün. Ah, necə də ana kəlməsini bagırmaq istəyirəm. Amma bu, qoyulmuş qadaga....Mənə; -sus! əmrini veriblər. İlahi, bəs dili mənə nə üçün vermisən? Gözlərimi yummaq, danışmaq istəyirəm. Danışmalıyam. Ya da gəlin kəsin dilimi.
Səndən qacmaq istəyirəm,
Sonuna qədər!
Əllərimi əllərindən,
gözlərimi gözlərindən
Şəkəcəyəm birdəfəlik.
Min fikir jalanır bir yolun üstə,
Bu yollar üstündə jənazəm gedər.
Sən Allah özümü özümdən soruş,
Özümdən qabağa ijazəm gedər.
Düzülüb yollara baxışlarım da,
Əlim çətir oldu qaşlarım üstə.
Allahın nur tökən yağışlarında
Göyərdi, göy yosun daşların üstə.
Ay Allah, nejə də dərbədərəm mən,
Səpilib qalmışam yolların üstə.
Öləndə getsəm də çiyinlərində
Yenə ötəjəyəm yolların üstən.
***
Mən sən sığındım ağlamaq üçün,
Sinəndə ovunub yatajam, dedim.
Olub keçənləri unutmaq üçün,
Söküb xatirəni atajam, dedim.
Sığmadım köksünə xəyallarımla,
Çıxıb məhvərindən pərəm-pərəmdir.
Getdim dərd üstünə ayaqlarımla,
Sevgim dərdə düşdü, xətsə - vərəmdir.
Eşqimin yuvası sandım köksünü,
çəpəri çör-çöpdən qurulmuş demə,
Özüm öz köksümə sıxıb tüstünü,
Sevda köksümdəjə boğulmuş, demə.
***
Mən çoxdan deyirəm ayrılaq sənə!
Nə mən öləjəyəm, nə də sən gülüm.
O qədər ayrılan var ki, dünyada-
Sıradan biz olaq, ayrılaq, gülüm.
Doymuşam sevgidən tox gedirəm mən,
Daha durmayajam, yox gedirəm mən.
İndi birjə dəqiqə - çox demirəm mən
Baxaq bir-birmizə vidalaşmağa.
Həsrəti biçmişik illərin üstə,
Günləri ötürdük sirlərin üstə,
Ayrılaq deyirsən, gözlərim üstə
Ehtiyaj görmürəm qujaqlaşmağa.
O tənha söyüdün əlləri göydə,
Ayrılıq şarkısın çalır dilin də…
Sənsiz darıxıb - darılsam evdə
Gedəjəm söyüdlə pıçıldaşmağa.
Yuxu
Bir yuxu danışım, siz onu yozun,
Gördüm ki, yatmışam yar qujağında.
Sığayır gözümü, qandırır sözün,
Sevgisin isidir dəm ojağında.
Ay işıq salıbdır pənjərəm üstən,
Ulduzlar bu gejə nəğmə söyləyir.
Günəşsə batıdı, küsübdür bizdən,
Sevənlər günəşi gejə neyləyir?!
Sarı saçlarımın ətəklərində
Sevgi işıqları rəqs edir Allah!
Çırpınır qanadı küləklərin də,
Sevgimlə deyəsən bəhs edir, Allah
Çılçıraq oynayır tavanın alta,
İşığı rəqs edir ətəklərində.
Bir ağlan dayanıb Allahın altda
Sevgi parıldadır bəbəklərində.
Dan atır sabahın üzü deyəsən,
Sevgim gündoğana boylanıb, gedir,
Kim isə, nə isə dedi görəsən?
Qoymayın, bu sevdam tovlanıb, gedir.
Jan gəlib dirənb qəhər yerənə,
Ruhunu yaşlara təslim edəjəm.
Sorağı ötürün o göy dələnə
Allahın özünə xəbər edəjəm!
Baş alıb bu sevda haraya getdi?
Bu sevgi kimlərin bəxtinə düşdü?
Özgələr çağırdı «haray»a getdi,
Kimlərə əl verdi, kimlə görüşdü?
O, oğlan bəlkə də bü gejə yenə,
Qoyajaq dəmini ojağın üstə?!
Gündüzü neynirəm, gəlib hər gejə
Alsın qujağına, məni gizlijə.
***
Bu payız, bu bahar, bu da qış - gəlib.
Gəlib illərimi alsın aparsın.
Janım Əzrayıla nejə tuş gəlib,
Məni qollarına sarsın, aparsın.
Daşdırıb gözündən məni leysana
Bürümə, o qəhərə, kədərə məni.
O yuxu muraddı, o gejə gördüm,
Mindirib çapdırdın kəhərə məni.
Nə mən tapmajayam, nə də sən sehr,
Nə mən gedirəm, nə sən qalırsan.
Bu sevgi deyil ki, adijə mehr,
Kimi istəmisən, kimi alıbsan!.
***
Bu jan o jandan deyil,
Qollar qujanan deyil,
Quşam, uçandan deyil,
Yuva, yurddan çıxmışam.
Dərdi ötürüb, gəldim,
Odu götürüb, gəldim
Saçım ütülüb gəldim
Yanan oddan çıxmışam.
Səsəm, sehrəm nədi?!
İstək, mehrəm, nədi?!
Məni Tanrı köklədi,
Çalan uddan çıxmışam.
Atılıb düşən ürəyim,
Sevgidən bişən ürəyim,
Yadla görüşən ürəyim,
Özüm yaddan çıxmışam!
***
Mən dəli olmuşam, ya sən havalı?
Nə mən kiriyirsəm, nə sən susuran.
Deyirsən, yeri get, özgə yuvalı,
Özün öz bəxtini yazıb, pozursan
Bu yollar qarışıq - kələf kimidi,
Dolaşıb ayağa düyün düşəjək.
O göydən salanan mələkmi, jinmi?
Kökündən qırılıb bir gün düşəjək.
Bir çiçək ağladı ayağım altda,
Tapdayıb, ləçəyin tökmüsəm deyə.
Bir oğlan ağlayır yuxularımda
Onun ürəyindən köçmüşəm deyə.
***
Demə yanırammış qəm ojağında.
İstəsə yataram lap qujağında.
Bir oğlan yaşayır xam xəyalımda,
Məhəbbət adında -Sevgi adında.
Demə, Babadağın dumanı, çəni,
Hələ çox bürüyər, hələ çox məni.
Gözəllik adyıla mərjə durmuşam,
Udajam tülpanı, dağda süsəni,
İnjitmə çiçəyi, ləçəyi düşdü.
Lalənin bağrı qan, gözü də yaşdı.
Bir daşqın tökülür Baba dığından,
Məhəbbət injidi, bir sevda qaçdı.
O qaya dalından kəklik çırpınıb
Üçdu, məhəbbətin özünə sarı,
Hanı əllərimin xınası kəklik?
Harayla sevgimi özümə sarı.
***
Başda telim - yandılar,
Qəmli, pərişandılar,
Bir-bir, dən-dən oldular,
Başımda telim ağladı.
Bu olan bizə oldu,
Yaş gəldi gözə doldu.
Süsən telini yoldu,
Bağçada gülüm ağladı.
İtirdin illəri sənsizliyinlə
Ayım - ilim ağlasın.
Ox idi, çarxa döndü,
Su idi - arxa döndü,
Üfürdüm, odum söndü,
Ojaqda külüm ağladı.
***
Deyiləm
Uçub dağılsa da dünya ahından,
Bir daha yanına dönən deyiləm.
Sən məni yandırdın o sözlərinlə,
Vulkanlar sönsə də, sönən deyiləm.
Keçdiyim o körpü ujajaq dedim,
Yalanın ayaqla qaçajaq dedim,
Bu sevda başıma ujajaq dedim,
Bir mələk olsan da dönən deyiləm.
Dilim küsöv üstə - alışan odda,
Ötmə o sahildən, nə bəri adda,
Çiçəklər düzzsən də ayağıvm altda,
Gözümü yumajam, görən deyiləm!
Salma ötənləri daha yadıma,
Boşuna alışdım, yandım oduna
Dönüb Əzrayıla gəlsən qapıma,
Mən sənə jan verib, ölən deyiləm.
Daşı məni ürəyində.
Hər gejə yuxumu qarışdırıram,
Səhər açılanda gəl, apar məni.
Jin ilə şeytanı qarışdırıram,
Qutar dəlilikdən gəl qutar məni.
***
Ayrıldım ki, məhəbbətim
Xırda-xırda puç olmasın.
Nə dedimsə sözə döndü,
Ayrılığım suç olmasın.
Nə durmusan, bu ayrılıq yolu üstə?
Nə baxan deyiləm, nə də ki, dönən
De, sevda ojağın kim yandırıb ki?
Nə sən yandırmışdın, nə də mən sönəm.
***
Özüm öz içimdə vurnuxurammış,
Mən özüm özümdən doğulmalıyam!
Dünya silkələnib, çalxalanırmış,
A dünya, deənən ki, dağılmalıyam!
Gəlib dayanmısam yol ayrıjında,
Görkəmim yazıqdan yazıqdı vallah,
Mənim günahımı götürməz Allah
Həsrəti gözümdən biçib tökəjəm,
Görürəm dünyadan nisgil köjəjəm.
çəkdin gözlərnini darına məni,
Qoymadın asanja ölüm dünyada.
Həsrət gözlərimdən boylanır, gedir,
Gedir günbatana, qüruba sarı.
Sevgilim özgələrə tovlanıb gedir.
Bu da gəlib keçəjək
Verdim illərimi boşuna, hədər,
Asılıb qalmaşam dar ağajından,
Salam Şamaxı
Uz tutub gedirəm Şirvana sarı,
Dağların üstüylə dumana sarı.
Şirvan əzəməti, dağlar vüqarı,
Ucalıq zirvəsi - anam Şamaxı,
Salam Şamaxı!
Yenə kövrəkləşib doldu gözlərim,
Ağlama, de sənə noldu, gözlərim?
Deirsən, silinib yoldan izlərim
Mən özüm cığıram, yolam Şamaxı,
Salam Şamaxı!
Nəsimi, Şirvani, Abbas Səhhəti,
Xəqani, İzəddin, Hadi, Fələki,
Sabiri, Bədri, saysan hələ ki…
Neçə dahilərin olan Şamaxı,
Salam Şamaxı!
Şirvanın külü də közündən betər,
İynəsi qılınc tək, bizindən betər.
Şirvanım, mən mənəm, özümdən betər
Balam da nökərin, qulun Şamaxı,
Salam Şamaxı!
Qum olum, daş olum Sarıtorpağa,
Öləndə qibləyə, qoyun torpağa.
Mən sənə qurbanam Pirsaat baba,
Səcədəndə susmuşam, lalam, Şamaxı,
Salam Şamaxı!
Das at?b, yurd sald?m Yeddikenb?z?,
Orda atam evi tikilib təzə.
İldə bir qonağam ay ellər sizə,
Gözləri buludla dolan Şamaxı,
Salam Şamaxı!
Mən salam aparan, salam gətirən
Bir dağlar qızıyam, yovşan, ətirəm.
Nə həddim haqqını, sayın itirəm,
Qız əsgərinəm, balan, Şamaxı
Salam Şamaxı!
Asılıb qalmışam , dar ağacından,
Nə kəndir qırılır, nə dar ağacım.
Nə ətim əl çəkir sümüklərimdən,
Nə ağrım tükənir, nə də ki, acım.
Düşmüşəm Allahın nəzərlərindən,
Ya da ki itirib yaddaşın Allah.
Allahın o qədər m?kan? vark?n
Tutdurub uzum? başdaşın Allah.
Olsəm…
Olumsuzun çarəsin ölümdə gördüm,
Qorxdum ki Allah?lm,
ölməyəcəyəm?!
V?d? g?ls?, bir gün ölsəm…
Qorxuram Allah?m,
yenid?n cuc?r?c?y?m.
Bircə tezcəçürüsəm…
Qorxuram çürüyə bilməyəm, Allah.
Həsrət zəngi
Bu yay yaman ləngidi…
Qorxuram çiçəklər açmasın, daha.
Duman çökübmü bağlara,
yoxsa üzün rəngidi?
Bu səs nədi, bəs səda?…
Qırx yaşın qırx ritimi,
Tütək səsi, yanğı səsi, cəngidi.
Ömrün sevgi nəğməsi?
bəlkə həsrət zəngidi!
Avqust - 2010
Yalan
Sən ölsən dərd mənimdi,
Mən ölsəm, neyləyərsən?
Çox maraqlı sualdır?!
Buna cavab verəndə
Qəbrim üstə gələrsən,
İçindəki içində…
Bir dilucu yalanla -
«darıxıram, səninçün»
Konlumu almaq ucun
Beləcə söyləyirsən.
***
Bir az həsrət, bir az kədər, bir az qəm,
Bir az hicran, bir az vüsal, bir az dəm,
Bir az gödək, bir az qısa, bir az kəm,
Hər cür taleh yazılıbdır bəxtimə.
***
A kor şeytan, lənət sənə, qaç görüm,
Ruhum uçur, göylər, köksün aç görüm,
Fağır qardaş, qaç qəbrimi qaz görüm,
Gansız təşim yiyə çıxır qəbrimə.
Bu d?rdi indi neyl?yim?
Səadət mənə kül eylədi,
Dilim yaman gileylədi,
Gün çıxanda qüzeylədi.
Kül belə bəxtin başına.
At kimi kişnədi, getdi,
Pusdu, dişnədi getdi.
Nə diridi, nə meyitdi,
Kül belə bəxtin başına.
Quruldadı qurbağa tək.
Yüyürmədi tısbağa tək,
Səni yanasan a fələk,
Kül belə bəxtin başına.
Oz günahım
Özümü özümdən asdım içimdə,
Kəndirim içimdə bağırsağımdı.
Özümü özümdən maya tutmuşam,
Çalası özüməm, öz qursağımdı.
Çağırdım haraya özümü özüm,
Qaçan da özüməm, qovan da özüm.
Özüm öz əlimlə döydüm başıma,
M?n oz qatili?m, çıxacaq gözüm.
Hər gecə yorğanla, döşəklə dava,
Balış daşa dönür başımın altda.
Bəlkə də bu gecə başıma hava
Gəlibdi, göz gülür qaşımın altda.
Deyin, dəliyəmmi, Allah eşqinə?!
Durun ağıllı tək deyin üzümə.
Əyləşin yerimə üçcə günlüyə,
Dəli olmasanız - tüpür üzümə.
Bacarsaz, bir anlıq qəlbimə girin,
İçimdə can üstə, gah da ölüyəm.
Necə istəsəniz - o cür də bilin,
Gahdan ağıllıyam, gah da dəliyəm!
Özümü özümdən asdım içimdə,
Kəndirim içimdə bağırsağımdı.
Görsəz ki, başıma nəsə gəlibdi,
Babalı boynuma, öz günahımdı.
İtirib
Asta-asta, aram-aram,
Ayla, illə dolur zaman.
Bu kilim qocalıb yaman,
Butal? naxışın itirib.
Sellər-sular cağlayab ki,
Dağlar duman bağlayıb ki.
Göylər niyə ağlayıb ki?
Buludlar başın itirib.
Anam elə yazıq olub…
Dünyaya baxışın itirib,
Mən sənə verdiyim közlü ürəyi
Atmısan yad qadın ayaqlarına.
Mənim dodaqlarım təşnəli sənə,
Susadın sən özğə dodaqlarina.
Titrəyib, üşüdüm yataqda təkcə,
O şanslı qadının qucagı dolu.
Əynimə geydiyim qalın gödəkcə
Intizar yüklüdür, ayrılıq dolu.
Gedəndə deyir ki, işim var mənim,
Ya səhər gələrəm, ya da biri gün.
Ardınca uzanıb yorulan əlim
Biləkdən üzülüb qopacaq bir gün.
Zarıdı qapilar qarşılamaqcün,
Yad qadın təması üzündə gəldi.
Qadinin ətiri yanaqlarında,
Döşəyin izləri dizində gəldi.
Yenə yaxınlaşıb öpəcək məni,
Üstəlik yorgunam deyəcək, yenə.
Beləcə, sadəlöv görəcək məni,
Bəlkə də icində güləcək mənə.
Fağır dodaqlarım tərpənməsə də,
Ürəyim icimdə dillənir axı.
Dilim giley edib səslənməsə də,
Göz yaşım içimdə göllənir axı.
Mən sənə verdiyim közlü ürəyi
Atmısan yad qadın ayaqlarına.
Mənim dodaqlarım təşnəli sənə,
Susadın sən özğə dodaqlarina.
01.09.2010.
Tutub əllərimdən deyirsən mənə;
Sonuncu ümidi öldürmə, gülüm.
Baxır arxamızca tənə vuranlar,
Sən Allah onları güldürmə, gülüm.
-Alıb qollarına aglatma məni,
Qacmaq istəyirəm sıgallarından.
Gedirəm, yolumdan saxlama məni,
Bir az uzaqlaşım günahlarından.
Gözlərim sözümə baxmayır Allah,
Ağlayir namərdcün, aglayır hələ.
Allahdan bir ölüm arzulamışdım,
Gözlədim gecədən, gəlməyir hələ.
Ağlımı vermişəm əsən yellərə,
İstədim havasın dəyişim bir az.
Mən heyif demirəm itən günlərə.
Bilmirəm.
Ayrılıq yolunu tutub gedirsən,
Yolları ayaqla yolur, didirsən,
Nədən diləyirsən ayrilıgı sən?
Bilmək istəyirəm, bilə bilmirəm.
Əridi, su oldu dağların qarı,
Yol saldı gözümdən üzümə sarı.
Əllərim yetməyir gözümə sarı,
Silmək istəyirəm, silə bilmirəm.
Eşqimi könlündən atıb, siləndən,
Özünü özümdən ayrı biləndən,
Sən elə gizlədin özünü məndən...
Görmək istəyirəm, görə bilmirəm.
Ün atın, hay salın qəm daglarına,
Bir içim su verin dodaqlarıma,
Sarmaşıb ölümün ayaqlarına
Ölmək istəyirəm, ölə bilmirəm.
Qurbağalar oxuyurlar
(quruldamırlar ha, oxuyurlar)
Dərdimi götürüb, baş alıb gedən Xocahəsən yollarının kənarlarındakı iyli-qoxulu gölməcələrin yanına gəldim. Ətafı gəzirəm. Musiqi səsinə bax! Qurbağalar oxuyurlar. Quruldamırlar ha oxuyurlar! Eşitdiyim qurbağa səslərini musiqi aləmində yenilik kimi qəbul eylədim. Ah, bu qurbağalar! Çoxlarının iyrəndiyi qurbağalardan birini əziyyət cəkmədən, ustalıqla tuturam. Ovuclarım arasında sığaraq, əllərimdə saxlayıram. Necə də soyuqdur! Bu canlıya tamaşa edirəm. Qəribə səslənsə də deyəcəyəm:
-Gözəlsən, qurbağa! Hə, nə var, nə çırpınırsan? Qorxma, səni öldürməyəcəyəm. Nə oldu, niyə susdun? Qorxdun, daha oxumaq istəmirsən? Öz-özümə heyrətlənirəm;
-Ilahi, ətrafım dolu insanları qoyub bu dilsiz qurbağalarla danişmağa nə luzum? Yox, elə qurbağalar yaxşıdı, bəzi xisləti murdar insanlardan! Qurbağaların özləri soyuq, ürəkləri istidir. Bəzi insanların gözlərində nifrət, paxıllıq, hiyləğərlik hökm sürərkən bu məsum qurbaganin gözlərində isə saflıq hökm sürür. İnsanlar kimi her şeydən (hətta salamdan belə) təmənna umurlar. Qurbağalarınsa hec kimdən və hec nədən təmənnaları yoxdur, sudan başqa.
Ovuclarımı açıram. Sanki ürəyi köksündən çıxacaqmış kimi çırpınan qurbağa əllərimdən sıçrayaraq bir andaca gölmədəki qalın qamışlıqda yox olur.
Torpaq üstə bərk-bərk addımlayan ayaqlarım sözümə baxmır, göy üzünə çevrilmiş başımı bədənmqarışıq çəkib aparır, yol kənarına. Gözlərim göy üzündən çəkilir, uzanıb gedən yola baxır... baxır....baxır... və nəhayətində düşüncələrə qapanır. Elə ayaq üstəcə düşüncələrdan asılıb qalıram. Xatirələrindən asıldığım kəndir zərif hisslərdən toxunduğu üçün elə kövrəkdir ki... Hər an qırıla bilər. Aman Allah, yanımdan ötən minik maşının səsinə qirıldı da. Səni lənətlənəsən, qoymadı ki, ötən günləri doyunca xatırlayam.
Gözümü göy üzündən çəkir, astaca köks ötürürəm. Qayitmalıyam. Hara? Sözsüz ki, yaşadığım kasıb komama. Məni ki, orada heç kim gəzləmir! İlahi, kədərim başımdan aşir. Bu gün bu çirklı gölməcənin eybəcər, lakin mənim ücün gözəl, qəmsiz, xoşbəxt sakini ilə söhbət edib, dərdləşdim, (bəlkə də onun da dərdi vardı, amma demədi. Yəqin hələ başından aşmir, aşanda dillənəcək, mənmi kimi ) bəs sabah kimlə dərdləşəcəyəm? Çiyinlərimdən cəmi bircə saatlıq endirdiyim kədərimi yenidən çiyinlərimə şələləyib, tozlu yolları gəldiyim kimi geri arşınlayiram.
Arxadan musiqi səsi eşidilir... Qurbagalar oxuyurlar, quruldamırlar ha, oxuyurlar.
May- 2010
Ana
Başına dolanım ay ana, sənin,
Bəxtın şaxta vurmuş,
cadar-cadardı.
Birdimi, beşdimi
dərdinin hansından deyim?
baş alıb uzanır,
qatar-qatardı.
Bu əlvan dünyanın
bir rəngi varmış.
O gözəl gözlərin baxışı qara.
İlahi, gözdən də bəxşiş olarmış?
O, qara dünyadan baxır dünyaya.
Nə yaxşı
yaşımı görmədi anam,
Bir dəli haykırıq
püskürdü gözüm.
Allib əllərimə başımı, Allah,
Catdırım haraya özümü-özüm?
İşıqsız gözünün baxışı şimşək,
baxışı gözümü
dağlayir Allah.
O, elə kədərlı,
o, elə kövrək,
Hər gecə özüycün ağlayir Allah.
Sıx məni köksinə, uşaq tək ana,
Sarılsın boynuna, dolansın qolum.
O ötən günlərtək,, körpəliyimtək,
Ağlayım doyunca qurbanın olum!
Təkgözlü gəlincik
yaxud
Məryəm, sən kimsən?!
-Mənə verdiyiniz sualın cavabını sizə qaytara bilməyəcəyəm.
-Sənə sanki təcavüz ediblər. Sən hər şeydən, hər kəsdən niyə qorxursan?! -deyə soruşursan.
- Bu sualın altında yaşam dramı var, desəm səhv etmərəm. O günləri yada salmaq istəmirəm. Amma yox, fikirimdən döndüm, səthi olsa da sizə bu dramı nəql edəcəyəm.
-Hə, düz deyirsən, mən hər şeydən qorxuram. Elə səndən də. Əllərim əllərindən, gözlərim gözlərindən, dodaqlarım dodaqlarından, hətta ləpirim ləpirindən belə. Mən sən gedən yerə gedə bilmərəm. Hətta ayaqlarımı belə ləpirin üzərinə qoya bilmərəm. Cünki, ləpirin üzərində haqqı olan, arxanca addımlayan, sənə sahib kəs var. Bax, görürsənmi, mən yalnız haqqıma, halalıma gecikən, arxadan caxıb, solan gün kimiyəm.
Sənə əhvalatımı necə danişacağımı, haradan başlayacağımı bilmirəm. Yaxşısı budur uşaqlığımdan başlayim.
Ətafına qorxa- qorxa baxan qızcığaz dişlədıyi çörək tikəsini oğrun-oğrun çeynəyirdi. Bu tikə onun deyil. Oğurlayib. Əslində özünündür. Bu gün çörək yeməməkçün ona qadaga qoyulduğundan o, öz çörək payını oğurlamaga məcbur olub.
Əhvalatını nəql eylədiyim 10-11 yaşlı qızın yaşadığı ev onun doğma evi deyil. Evladlıq edilib. Daha doğrusu satın alınıb. Doğulduğu evə getmək ona qadağan olunmuşdu. O, doğma ata-anasını tanısa da onlara yaxın düşmürdü. Qız yaralı könlündə qarayara gəzdirirmiş kimi əzablı gecələr keçirərək ağır günlər yaşayırdı. Qüssəlı baxışlar altında doğma evinə, ata-anasına həsrətlə baxırdı uzaqdan. Nəinki ata-anasına hətta ona bütün doğmalarına - bacı və qardaşlarına yaxınlaşmağa qadağa və sərhəd qoyulmuşdu.
Istək və arzuları mamırlaşan qızcığazın adı Məryəm idi. Hər gün içində haray çəkərdı Məryəm. Haradan biləydi ki, yaşadıgı sarsıntılar ürəyindən asılan daşa dönəcək, bir ömür boyu ona ağırlıq edəcəkdir. Hər gecə özünü düşüncələrinin dar ağacından asan qız səhərlər özünü düşüncələrinin dar ağacından yarımcan düşürdürdü. Çəkdiyi əzablardan yana Yaradana asi düşmədən dərd daşını ürəyində daşıyırdı. Yalnız Yaradandan imdad diləyir, nicat yolunu yaşadığı evdən getməkdə görür, hər gecə qurtuluş üçün Allaha yalvarırdı.
Onun üçün həyatın anlamı yox idi. Dəvəsi ölmüş ərəb kimi gicələnirdi aralıqda. Döyülə-döyülə ona tapşırılan işin arxasınca gedir, ayağı altinda tapdaladığı yolların sanki onun üçün ağladığının fərqinə varmırdı. Həsrətıni, acısını guya şeir yazırmış kimi qara kömürlə divarlara cızar, divarları qaraltdın deyə, döyülərdi. Bax beləcə, hər çıxan fürsətdə bir bəhanəylə döyülərdi tifil. Qorxudan ayaqları əllərinə güc gələrdi biçarənin. Bu yaşında böyük, nə də kicik olub yaşıdlarına qoşula bılməzdi. Daxili aləminə qapılan bu qıza sonunda dəli (sonralar bu ad ona doğmalaşdı, hətta bu adı sevdi də. Onda qəribəlik görənlər onu yarı gerçək, yarı zarafat “Dəli” adlandırdılar) adı verildi. Bəzən ona elə gəlirdi ki, gözlərindən gilələnib düşən göz yaşları dalınca (çox vaxt gözlərindən düşən göz yaşlarıni yalayardı) ağlayir. Yaladıgı göz yaşları yaman duzlu idi. Sən demə kədərdən süzülən yaşlar acı, sevincdən axan göz yaşları isə bal kimi şirin olarmış. Buna çox sonralar öyrəndi Məryəm. Tənhalığına sığınan qız cox vaxt arxa otağa çəkilər, saatlarla oradan çıxmazdı. Gözlərində həkk olunub qalan ağrı-acısını kirpikləri ucunda selə-suya döndərərdi orada.
Gələcəyə ümidlə baxan qızcığaz kənd həyatının ən ağır işlərini mənimsədi. Odla birlikdə qəm-qussəsini də külfəsi açıq təndirdə yandırmaq istəyirdi hər təndir qalayanda. Boyu bapbalaca qalan qız təndirə əyilən zaman adama elə gəlirdi, o, bir gün təndirə düşəcək. Demə, o, daha ağir od-alovlardan çıxacaqmış. Onun kədəri elə çağlayırdı ki, özü özünu dindirib danışdırmağa (dəlisayağı) başladı. Hər ğün dərdini ürəyindən keçirən qız özünü gecələrin gözündən keçirə -keçirə yetkinləşirdi özgə evində. Qad kişinin tərbiyəsi ata həsrətini daddırırdı ona.
Analı-atalı yetim Məryəm axşamları çox sevirdı. Hər gecə ağ, tül pərdəli pəncərə arxasından baxışları asimana boylananda yerdən göyə qədər ucalırdı xəyalında buludlara. Ulduzlarla dərdləşər, Dərgaha pənah aparardı. Sinəsində açdığı xatirə dəftərində nələr həkk etməmişdir ki... Xəyalında könlünü ucaboylu bir oğlana bagışlayar, gözləriylə biçdiyi ulduzlardan başına tac qoyar, ag buludlardan havalı gəlinlik paltarı (gəlin köçərkən gəlinlik paltari geyinmədi) geyinər və xəyalında yaratdığı hündürboylu sevgilisinin qucağına sıgınırdı hər gecə. Və bəzən də göylərə yalvarıb; - Apar məni buralardan, deyərdi. Beləcə, keçirdiyi hər romantik gecənini bir əzablı səhəri başlayardı biçarə üçün.
Ona elə gələrdi ki, yaşadıgı evin qapısı daşdandır. Bu qapıni açmağa gücü yetməyəcək. Və heç zaman bu evdən gedə bilməyəcəkdir. Rəfiqəsi olmayan qız həyət qapısı ağzında yetişən gilənar ağacına sıginardı. Bir gün gilənar ağacı qurumağa başladı. Qollu-budaqlı gılənar agacına hər gün quruma deyə, yalvarardı. Axı o, ağacsız neyləyəcəkdir ki?! Günahlı-günahsız hər döyüləndən sonra o, gilənar ağacına çıxar, doyunca aglayardı ağacda.
Ev sahibi quruyan ağacı kəsdı. Sürüyərək həyət qapısından çölə, evin yaxınlığındakı yarğana atdı. O zaman qıza elə gəldi ki, gilənar ağacını onun duzlu gözyaşları qurutdu. Özündən yekə su səhəngini çiyinlərinə aşırıb, çətinliklə bulaqdan su daşıyaraq kökündən çıxarılmış gılənar ağacının boş qalmış yerinə su tökərdi ki, bəlkə oradan gilənar pöhrələri çıxa.
Qızcığaz bəzən təsadüfdən anasyla rastlaşar, onun qəmli və ağlar gözlərinə baxar, (sonralar gözünə qarasu gələn anası ona hec zaman doyunca baxa bilmədi) lakin qoyulmuş qadağaya görə ona yaxınlaşmazdı. Bəzən ürəyində anasına acıqlanar, qarasınca yamanlayar, baladan pay olmaz! - düşüncələriylə ondan ayrılardı. Onsuz da hec nə dəyişməyəcəkdir. Zaman öz işini görmüş, artıq doğmalar yadlaşmışdı onunçun.
Ruslarla eyni qəsəbədə yaşadıqlarından Məryəm onların adət-ənənələrini də bilirdi. Yaxınlıqdakı təpədə yerləşən kiçik rus qəbiristanlığını hər gün görərdi. Qəsəbənin rus sakinləri ölülərini qapaqsız tabutda üzüaçıq qəbiristanlığa basdırmağa apararkən yeganə azəri qızı idi ki, rüslara qoşulub qəbiristanlığa gedər, dəfn mərasimində iştirak edərdi.
O, bir yay axşamı xəlvətcə qaranlığın köksünü yarıb, səs çıxarmasın deyə yaşadığı evin dəmir darvazasına toxunmadan, çox da hündür olmayan hasardan aşdı. Bir gözü çıxmış gəlinciyini qucağına sıxaraq rus qəbiristanlığına getdi. Qorxudan ayaqları əsim-əsim əsdi. Dönüb geri baxmamaq üçün özünü töparladı. Və qəbirstanlığı yarıladı. Təzə basdırılmış cavan, malakan qızının qəbirinin ayaq ucunda dayandı. Dırnaqları ilə qəbirin ayaq altını eşdi, ölü adına gəlinciyini orada dəfn eylədi. Sonra gəlinciyinin qəbiri yanında əyləşib, özunə ağlayırmış kimi doyunca ağladı Məryəm. Qorxusunu göz yaşlarıyla tökmüş kimi ürəklə ayaga qalxdı. Gerı baxmadan yüyrək addımlarla dilsiz sakinlərdən uzaqlaşdı. Evə qayıdan zaman harada itib-batmısan deyə yaxşıca əzişdirildı. Bu dəfə ağlamadı Məryəm. Daha çıxıb ağlamağa gilənar ağacı yox idi. Onsuz da qəbiristanlıqda doyunca ağlamışdı.
Bütə dönən qızcığaz evdə kölgə kimi dolaşardi. Onunçün ayrılan otaqda hər şey tər-təmiz olardı. Bu təmizliyi o, özü yaradardı, hər gecə mələklər onun yanına gəlsin deyə. Ona elə gələrdi ki, əgər yaşadığı ev gecələr çirkli qalarsa mələklər ondan küsər. O, hər gecə gözlərinə görünən mələklərə qoşular, ruha dönər, uzun qış gecələrində payız – yaz gözəlliyi yaşayardı mələklərlə birlikdə. Sanardi ki, bir gün tərtəmiz çarpayısindan buxar kimi buxarlanacaq, ruha çevrilib mələklərlə birlikdə göydə qeyb olacaqdır. Amma bütün xəyalların sonunda kim isə ona – Geri dön! əmrini verər, o, xəyallarında geri dönərdi.
Bəzən ona ata-anasına dönük kimi baxardılar. El-aləmin gözündə kiçilə-kiçilə, qədərin yazdığı qəm-qussəyə boyun əyə-əyə yaşayan, iztirab çəkən qız tənhalığına sığınıb dözərdi. Xəyallarına aldana-aldana hər düşən axşamın gələn səhərindən bir ümıd gözləyərdı.
Bəzən düşüncələri üşüyür, fikirləri donur, həyatda yoxmuş kimi heç bir şey haqqında düşünmürdü. Bəzənsə bağirmaq, hay-həşir salmaq, bəzən də sakitcə ağlamaq istəyirdi. Dözməyib boğazına qəhər yığılan zaman ağlamaq ücün (hec kəs göz yaşlarını görməsin deyə) başını həyətdəki yeddimetrlik su quyusuna sallayardı. Göz yaşları ilə birlikdə dupduru suyun üzünə düşən əksinə baxar...baxar...baxardı. Elə bil “dəlinin quyuya atdığı daş”ı axtarardı quyu dibindən. Quyuya atılan daşı yox, əvəzində quyuda yaşayan qurbağaları görərdi. Onlara qibtə edərdi. Ona elə gələrdi ki, bu qurbağalar suyun arxa qatından adlayıb kefləri istədikləri yerə gedə bilərlər. Məryəm də getmək istəyirdi. Amma hara?
Evdən qaçmaq keçərdi ağlından. Amma pulu olmadığından bu fikirindən dönərdi. Yol pulunu haradan tapacaqdı?! Oğurluq etməyəcəkdir ki. O, mühitinə sığışmırdı. Çıxmağa dağ gəzərdi, ruhunun dağları isə daha ucalarda durardı.
***
Kədər pərdəsini üzünə duvaq edə-edə, qədərin onun üçün ayırdığı zəhər kimi acı yaşantıları dada-dada, həsrətə qurşana-qurşana, dəlilikdən divanəliyə yetişənə qədər böyüdü Məryəm. Böyüdü, amma özüylə birlikdə dərdi də böyüdü. O, sünbül saçlı bir mələk (ona ta uşaqlıqdan indiyə tək; -Sən mələyə bənzəyirsən, deyərdilər ) kimi idi. Gözəl (himayədarları onu çox gözəl geyindirərdilər) geyinərdı. Kənd qızları başları çərtməli gəzdikləri halda o, yaylıqsız gəzər, pərişan saçlarını çox vaxt daramaz, sarı, qıvrım telləri yay - qış ağ boyununu yalayardı. Heç bir rəfiqə qəbul etməz, ona yaxınlıq edən qızlardan qaçardı. Belə yaşayardı Məryəm- yalnız, kimsəsiz. Onu tanıyan qızlar ona qibtəylə baxardılar. Paxıllığını çəkənlər o, bir dəlidir, deyə özlərinə təskinlik verərdilər.
Köhnə vərdişindən əl çəkməmişdi. Hələ də axşamlar göyün ənginliklərinə tamaşa edərdi. Haqqın qapısını güdərdi pəncərə qarşısından. Dodaqları altında pıçıltıyla tez-tez:
- İlahi, dərğahına sığınmaq istəyirəm, al məni qoynuna, elə bu gecə! Yaxud da tez-tez özunə qəribə sual verər, mənim bu dünyada nə işim var? Mən hara, dünya hara?! - deyərdi. Dünya şirin yuxudur, ya da bulud kölgəsidir. Istərsən yat, istərsən kölgəsində daldalan, deyən qız şirin yuxu görmək üçün bir ömür boyu yatmaq istədi.
Boyu balaca qızın içində böyük sarsıntılar vardı. Həsrət zəmisi saraltmışdı gözlərində. Bircə bu zəmıni biçə bilsəydi. Yaşadığı mühitə sığmır: -Buralardan getmək istəyirəm, məni buludlar çagırır, deyə düşünərdi.
Yaşadığı evin divarları arxasından tez-tez dava-dalaş səsləri eşidilər, səs-küy küçəyə qədər yüksələrdi. Məryəmi himayə edən ər-arvad hər biri onu öz qohumuna vermək istəyirdi. Orta məxrəcə gələ bilmədiklərindən davaları düşərdi.Gözləri önündə baş verən bu davanın sanki ona heç bir aidiatı yox idi. Nə ata alqışı, nə ana duası istəyirdi Məryəm, yalnız bu evdən getmək istəyirdi. Kim olur olsun! Təki bu evdən uzaqlaşsın. Zəhləsi gedirdi hamıdan. Məryəm ondan qaçan bəxtinə yiyə çıxmağa tələsirdi. Sevənləri çox olsa da heç kəsə əhəmiyyət vermirdi. O, bu evdən gedəcəkdi, amma sevdiyimlə getsəydim lap yaxşı olardı düşünərdi.
Ağ jiquli markalı maşının sahibi, hündür boylu, yaraşıqlı, sarışın oğlanın Məryəmin xəyalında yaratdığı oglana bənzəyirdi. Rayon mərkəzində yaşayan oğlanın kiçik rus qəsəbəsində tez-tez görünməyinin səbəbi Məryəm idi. Ondan qaçan Məryəmin fikrini bilməyən oğlan naguman qıza elçı göndərdi. On yeddi yaşı tamamlanmamış Məryəm oxumaq arzusun kiçik ürəyində basdırıb, nişanlanmaq havasıyla uçdu. Amma o, bilmədi ki, onu uçurdan qanadları tezliklə, lap tezliklə elə qırılacaq ki...
Çox da böyük olmayan nişan və həmən gün qısaca olan ilk ğörüş. İlk görüşdə nişan üzüyü olan əlindən öpülən Məryəm, ikinci ğörüşündə o əldən üzüyü çıxardaraq oğlana uzatdı. Əsəbiliklə maşına əyləşib ondan uzaqlaşan oğlanın ildırım sürətiylə qayıdan ölüm xəbəri Məryəmi darvaza ağzındaca qarşıladı. Nişanlısına etdiyi şıltaqlıq həyatı bahasına başa gəldi Məryəmə. Bütün xəyalları oğlanla birlikdə, Pirsaat pirinin yaxınlıgında öldü Məryəmin.
Barmaqla göstərilən, qınaq, görk yerı idi Məryəm. Bu hadısədən sonra öz dərdi ona azmış kimi, günahkarsan deyilərək, döyülmək payını ikiqat alardı qız. Evdən qacmaq kecdi könlündən. Lakin adına ləkə gələcəyindən qorxdu.
Acı hadısənin üstündən üc ay kecməmiş onu böyudüb, tərbiyə edən kişi acıqla Məryəmi təsadüfi bir adama ərə (o yenə satıldı) verdi. Nəhayət ki, bu evdən birdəfəlik rədd olub gedəcəkdi Məryəm.
Küləkli bir gündə heç vaxt üzünü görmədiyi adama ərə gedirdi. Nişanlısının sürəti gözləri önündən çəkilməsə də, ruhu qarşısında xəcalət çəksə də döyülmək əzablarına son qoyurdu Məryəmin. Kimliyin nə fərqi vardı. Uğursuz həyatının aşrımından aşacaqdır, gəlinlik paltarı geymədən.
Yaşadığı qəsəbədən ayrılarkən iki küçənin kəsişən tinində, yolun kənarındakı yarğanda bitən söyud ağacının budaqları arasında gizlənən bir qadını – ona yaxın düşə bilməyən anasını gördü. Içindən sızıltı keçdi. Ilk dəfə anasını istədi. Bəlkə də tanımadıgı adama ərə getməməkçün. O an fikrindən döndü. Məni atmasaydı bütün bunlar başıma gəlməyəcəkdir, düşündü. Mən yandığım qədər siz də yanın deyə fikirləşdi. Mümkün qədər buralardan tez uzaqlaşmaq istədi.
Anası Məryəmin üstündə heç bir haqqı olmadığına görə bu izdivaca narazı oldugunu deyə bilmədi. Qızının gedəcəyini eşidib gizlincə balasını görə biləcəyi yolun üstundə durdu. Maşın qadının qarşısından keçərkən o, əllərini qızına sarı uzadıb nə isə dedi.
Məryəm onun nə dediyini anlamadı. Maşın küçəni dönərkən qız sonuncu dəfə anasını görmək üçün geri boylandı. Anasını qonşu qadının qolları arasında gördü. Deyəsən, ürəyi keçmişdi. Külək gücləndi. Söyüd ağacı yaşıl budaqlarıni küləyin istiqamətinə çevirib ananı yelpiklədi. Sonra da bütünlüklə qucaqladı.
Sınıq-salxaq 07 markalı “Juquli” maşını özu kimi köhnə “Juquli” maşınını müşayət edirdi. Onu hara aparırdılar? Yol boyu sıralanmış yollar dağların arasıyla hara gedir? Məryəm ah cəkdi. Ona elə gəld ki, sinəsi yandı. Yaşadıgı və dözdüyü əzablı günlərin bəhrəsinə bax!
Yanında əyləşən, ilk dəfə üzünü gördüyü cılız, şılıqgöz, arvadı ölmüş dul kişi! Bu da onun xəyalında canlandırdığı, “enlikürəkli, yaraşıqlı oğlan”. Bu da onun toy günü –çalğısız-filansiz. Qıza elə gəlirdi ki, bu, məxluqa ərə getməklə, iki uşagin analıq haqqını boyununa götürməklə bezdiyi evdən, döyülməkdən canını qutarır.
Yağış yağırdı. Maşının pəcərəsindən yağışa baxan Məryəmin də gözlərindən yağırdı. Qız iki tərəfli yağışa düşmüşdü. Yox, yox yağışdan çıxıb, doluya tutulmuşdu ömür yollarında. Yolboyu onu müşayət edən acı xatirələri; təkgözlü gəlinciyi, həsrətin biçdıyı ğilənar agacı və ölümünə bais oldugu nışanlısı oldu. Özgə heç nəyi anmaq istəmədi. Dərindən nəfəs almaq istədi, sinəsi darlıq eylədi. Kədər sinəsini daraltmışdı sanki.
Bir kədər elə çagladı,
döndü axar çaya, Allah.
Bəxt dalıyca qaçan o, qız
Kükrədi, elə agladı...
Toyu döndü vaya, Allah.
Daglar, sənə qurban olum,
Qarşıma keç, çaya dönüm.
Göylər, məni qoynuna al,
Paralanmış Aya dönüm.
Göydən yerə yağış deyil,
Qaya yağa, daş yağa,
Daşa can verən Allah,
Məni döndərə daşlara.
Məni aparan maşın -
içində mən ola-ola,
Sel apara, dağdan aşa,
paralana para-para.
Öz əlimlə öz başıma
daşı vurub yardım, Allah.
Bu quyu çox dərinmiş,
Əlindəki daşı ora
salma dedin,
saldım, Allah.
Gedəcəkləri kəndə qaranlıq düşəndə çatdılar. Xaraba qalsın bu kəndi! Kəndin elektrik işıqları kəsilmişdi. Çaqqallar ağız-ağıza verib ulaşdılar, dalınca da canavar ulartısı eşidıldi. Maşın kəndin girəcəyində, köhnə yastı evin qarşısında dayandı. Məryəm evin kandarından içəri kecdi. Dörd-beş addım atmamışdı ki, ayağı altında nə isə səs çıxartdı. Qıza elə gəldi ki, ayağı altında pişik qaldı. Elə o andaca qaranlıqda kiminsə acıqla dedıyi; - gəlib çatmamış ayaqladı yetimləri, sözünü eşitdi. Məryəm ayağı altına diqqət baxdı. Qaranlıqda döşəkcə üstündə əyləşən qız uşağı gördü.
Gecənin tənində çimçişə-çimçişə, ali və müqəddəs xəyallarını tapdalada-tapdalada şılıqgöz tərəfindən təcavüzcəsinə subaylıgına son qoyuldu. Ürəyini dağlayan bu izdivac zorakılıqdan betər oldu. Yenə canavar uladı. Məryəmə elə gəldi ki, canavar içində uladı. Pıcıldadı:
Bu gecə içimdə
bir canavar uladı.
Uladı bəxtimə sarı.
Bu gecə sarı iblis
hər işimə əl buladı,
uçurtdu xəyalları.
Bu gecə Tanrı xəbərsiz
Mən adlı bəndəsindən.
-Tanrım, Tanrım deyə-deyə,
Ötürəm şeytanin mədəsindən.
Səhərə az qalır, pəncərədən görsənən buludlar parçalanırdı. Döşəmə üzərində salınmış təzə və zərli döşək üstündə xəstə kimi döşəli qalan Məryəm düşüncələrini itirmiş halda uzanmışdı. Heç nə haqqında düşünmürdü daha. Nə ölən nişanlısı, təkgözlü gəlinciyi, gilanar ağacı, göy üzündəki ulduzlar, nə düşündüyü şirin xəyallar artıq onun olmayacaqdır.
Beyni döyəcləndi. Deyəsən beynində yağış yağırdı – qan yağışı.
Qapının arxa tərəfində ayaq səsləri eşidildi. Kim isə qapının döymədən dəstəyinə əl atdı. Məryəm xəfifcə gözlərini yarıyumulu sıxdı. Aralı tutduğu kirpikləri arasından qızlığına son qoyan iyrənc adamı, şılıqgözu süzdu. Şılıqgöz Məryəmı yatmış bildi. Sağ yanıda dayanıb diqqətlə ona baxdı, baxdı və birdən Məryəmin döşəkdən kənar çıxan qolunu təpiyinin ucuyla vurub yanına saldı.
Od tutub yandı Məryəm. Bu da qoruyub-saxladığı qızliq hədiyyəsi! Bəli, bəlkə də heç kəsin indıyədək almadığı alçaldıcı, fərqli hədiyyə - təpik!
Məryəm artıq hər şeydən, hər kəsdən nifrət edirdi. Onu böyüdən himayədarlardan, tamarzı valideynlərindən, iyrənc ərindən, hətta onu tanımayanlardan belə. O, daha hər səsdən, hər kəsdən diskinən bir zavallı idi. Biçarə artıq salam üçün uzadılan bir əlin əlinə dəyməməsi üçün geri sıçrayan qeyrinormal insan olmuşdu. Məryəm doğrudan da dəliyə bənzəyirdi. Yerə, nə göyə sığmayan, nə ins, nə cınsə bənzəyən Məryəmin daxılı aləmində sanki özgə bir varlıq vardı?! Bəlkə bu yaşadığı taley Məryəmin deyil, bacısının taleyi imiş onun bəxtinə düşüb?! Bəlkə o, ozünun deyil, bacısınin ruhunu daşıyır? Bəs o zaman Məryəm, sən kimsən? Daşıdıgın ad, taley, hətta ruh bacınınsa, bəs sənin adın və taleyin hanı? İlahi, bəs ruhun...?
Daha yazmaqdan yoruldum. Çox mətləblərin üstünə gəlməyərək (misal ücün; yenə hər gün - indi də əri tərəfindən) döyülməkdən, hər döyüldüyüm günün gecəsi qovuşa bilmədiyi, günahını daşıdıgı, ölmüş nişanlısını (bu barədədə bəlkə də bir zamanlar, indi bunu yazmaga cəsarətim yoxdur) yuxuda görməkdən, acılarıni çəkməkdən, qarnıdolusu çörək yeməməkdən, döyulməkdən qarnımda ölən9 aylıq uşaqdan, dörddivar arxasında dəlilikdən divanəliyədək ucalan məqamlardan, çırkli döşəməyə axıdılmış qanını diliylə döşəmədən təmizlətdirilməkdən, həyata gətirdıymi tək övladımın əlimdən alindığından,) söhbətimə yekun qoymaq istəyirəm.
Özümü sənə tanıda bilmərəm. Əgər özümü sənə tanıda bilsəydim o zaman məni sənədə yazılmayan, göbək adımla - Məryəm deyə çağirardin. Bax, buna görə də qısa tanıtımla məni tanıya bilməzsiniz.
Həyatımda baş verən hadisələrin bir hissəsini nəql eylədim. Sonrasını bəlkə də bir zamanlar nəql edəcəyəm. Hələlik giriş və müqəddimə olaraq sizə bu qədərini danışa bildim. Görürsənmi, həyatım başdan-başa təcavuzlərlə doludur. Bəzən düşünürəm; Allah mənə öz bəxtimi nəsib etməyi unudub yəqin. Bəlkə də mən yaddaşından düşüb itmişəm. Bəlkə də...
-Hə, mən hər şeydən qorxuram. Elə səndən də. Amma səni sevdim. Səni seməyimin səbəbi keçmişimin, bəzi anılarımın xatırəsidir bəlkə?! Səni bənzətdim, əllərim çatmayan kəsə. O kəsə ki, Tanrı həyatımdan kəsdi, atdı. Demə sevgi doğrudan da qorxuya (mənə məhz belə demişdin) üstün gəlirmiş. Məni o qədər sev ki, bu, sevgi dogrudan da qorxunu üstələsin.. Əllərim əllərindən, gözlərim gözlərindən, dodaqlarım dodaqlarından, hətta ləpirim ləpirindən qorxsa da səni sevdim. Mən sən gedən yerə gedə bilmərəm. Hətta ayaqlarımı belə ləpirin üzərinə qoya bilmərəm. Cünki, halalın deyiləm. Ləpirin üzərində haqqı olan, arxanca addımlayan, sənə sahib olan kəs var. Bax, görürsənmi, mən yalnız haqqıma, halalıma gecikən, arxadan caxıb, solan gün kimiyəm.
Eh, onsuz da nə vaxtsa sən də məni atacaqsan. Valideynlərim kimi. Bir dəli sənin nəyinə gərəkdir axı.
Bilirsən nəyin xiffətini çəkirəm? O rus qəbiristanlığında basdırdığım, təkgözlü gəlinciyim var idi a, bax, onu yaman arzulayıram. Ziyarətinə gedə bilmirəm. Qəbiristanlığı söküb yerində yaşayış evləri tikiblər. Amma yaşadığım evin həyətdə gilənar ağacı əkmişəm.
03.09.2010.
Tay məni yandıran
nə qaldı Allah?
Yer, Göy, Eşq məni yandırdı.
Gah O, gah Bu, icdim su,
Oturdum daş məni yandırdı.
Dayandım bir peşman,
yeridim iki,
Bilmədim nə yedim,
Nə yemədim ki?!
Sevinc bir gəldi, dərd iki-iki.
Bu dünyaya nə p..x
yedim gəldim ki?!
Məni yandıran zulumu...
Səpin dördyola külümü,
Tanrıya yetirib ünümü...
Düşmən gəlsə gizlədin,
Nozanbillah Tanrı gəlsə
Gətirin göstərin külümü.
Tay məni yandıran
nə qaldı Allah?
Yeridim yol-yandım
Biçdim kol-yandım
Yara yetməyən qol-yandım,
Tanrım, kömək ol-yandım
Tay məni yandıran
nə qaldı Allah?
Dolay vurub gəzə-gəzə,
Aparın Yeddikünbəzə,
Yazın adımı başdaşına.
Qayıdın ağlayin günümü.
Minmə o atı qardaş
Minmə o atı qardaş,
O at səyriyən deyil.
O mən görən at hanı?
nə də sən deyən deyil!
Nə Qəmər,
nə kəmər,
nə igid,
Vallah sən görən deyil.
Minmə o atı qardaş,
Cəngi çalınmır daha.
Uçdu igid qapısı,
Zəngi çalınmır daha.
Gün papağı odlayıb,
Yoxdu igid başında.
Yağı torpaq adlayib,
Durdu Şuşa başında.
Minmə o atı qardaş,
Çapma o Xoşbulaqda.
Yagı basdı ay Dadaş,
Gücün catmır bir daş at,
Nə durmusan kənarda?!
Qarabağın köhləni
kişnədı düzdə qaldı,
qarabağın atları
baş aldı getdi qardaş,
Yabısı bizdı qaldı.
Qar quzeydə qaraldı,
Səbrim daşdı-qaraldı.
Nə qədər ki Qarabağ
qalıb düşmən əlində,
İgid, üzün qaradı,
Minmə o atı qardaş.
Ürəyimin istəyini
dodaqlarım demədi.
Səni sevdiyim halda
Durma, çəkil get dedi.
Ürəyin yanğisını
dodaqlar hardan bilsin?!
Həyat adlı Su
dodaqlardan keşərkən
ürəyimi sərinlətmədi.
***
Ayaqlarım məni hara şəkirir aparır?
Getmə, Allah eşqinə!
Qulaq asma dodaqlarımın
qürurlu pışıltısina!
Getmə Allah eşqinə!
Körpə ovucları tək
yumulmuş əllərimi
ürəyim ovcuma sixdı sanki.
Titrək barmaqlarım
urəyimi incitmək
istəmir guman ki...
Aç əllərini,
burax ürəyimi azadlığa,
O sevmək istəyir!
Ondan bir dənədir!
Üzü Qərbə dayanmışam,
Haçalanmış dord yola bax.
Mən ki, göyə boylanmışam,
Gecəyarı dön, Aya bax.
Kim aglayır orda belə?!
Damla-damla göz yaşları
səpələndi əllərimə.
Intizardan yandı bagrım,
qəm ələndi gözlərimə.
Bu gecə göydən
uldüzlar qaçaq,
Allah, necə dogru imiş-
“Dərd əlindən çay daşları
Mamırlaşar sacaq-sacaq”.
Ayaq altda yollar yandı,
Yagış yagır söndürməkcün.
Həsrət əgər bir il cəksə -
Yetər məni öldürməkçün.
Amin! - desəm qayıdarmı?
Qaytar mənə Allah onu.
Üzü Qərbə dayanmışam,
Önümdə də həsrət yolu.
Kipriklərim dənələndi,
Allah, Ondan bir dənədi!
Qaytar Allah, qaytar onu!
03/10/2010.
Tamilla
Dodaqlar büzüm-büzüm,
Kipriklər düzüm-düzüm,
Sənə qurban olum özüm,
Mənim Tamilla balam!
Bu qız baldan şirinmiş,
Ağzımdaki dilimmiş,
Bagçamdakı gülümmüş,
Mənim Tamilla balam!
Qızıldan qolbagları,
Ləçəkdən dodaqları,
Qərənfil yanaqlıarı,
Mənim Tamilla balam!
Göydəki mələk imiş,
Evimizə gərək imiş.
Duz imiş, çörək imiş,
Mənim Tamilla balam!
Yuxu deyil, gerçəkmiş
Tellər ləçək-ləçəkmiş,
Hamıdan göyçək imiş
Mənim Tamilla balam!
Saçlarına gül düzən,
Ya nərgizdi, ya süsən,
Tez barışan, tez küsən,
Mənim Tamilla balam!
Görməyə gəl sən bizə,
Möcüzədi, möcüzə!
Şəfəq saçır evmizə,
Mənim Tamilla balam!
03.10.2010.
Nar gülüm, nar çiçəyim,
Nar dənəmsən, nar dənəm!
Ay hamıdan göyçəyim,
Bir dənəmsən, bir dənəm.
Gülüşləri səpələnir,
Gen, işıqlı otagında.
Qığıltılar ləpələhir,
Şəkər kimi dodağında.
Gündüz Günəş,
gecə “Ay”mış,
Yatıb yuxuya dalmış,
Allah, nə gözəl paymış!
Mənim Tamillam qızım.
Qışda bahara bənzər,
Agappaq qara bənzər,
Bagçada nara bənzər,
Mənim Tamillam qızım.
Nar gülüm, nar çiçəyim,
Nar dənəmsən, nar dənəm!
Ay hamıdan göyçəyim,
Bir dənəmsən, bir dənəm.
03.10.2010.
Bu yol uzanıb gedir,
Gedir Tanrı qapısına.
Əlim uzalı qalır,
Haqqına, dərgahına.
Bulaq başı şırhaşır,
Yollar sükuta dalıb.
Atam gözü yoldadı,
Anam xəyala dalıb.
Xəmir acıyıb gedir,
Yapan yoxdu təndirə.
Şeytan quyruq buladı,
Kim-kimədi, kim kimə!
Bir yolcu yolun üstə
Tapdalayır yolları.
Sonda dönür nöqtəyə
Sayca necəni oldu?
Yoldan keçən o yolçu?
Üçmü...beşmi...yeddimi...?
Nə sayırsan ay qardaş,
Minlərlə yolu ay gordü
Tanrıya gedən yollar.
Bəndə, Tanrı öləni
uca tutur gör necə!
Ölüm necə gözəldir!
Ucaldır başlar üstə...
O məzara gedərkən
Min hörmətlə-izəttlə
Qalxır çıyınlər üstə.
Bu gecə qapımı çal
Yenə bu gecə qapımı çal,
Ötüşən payizda çaldıgın kimi.
Mən yarpaq kimi titrəyim,
sən dəli külək kimi əs!
Bəlkə ehtirasdan bir az kükrəyim?!
Amma sən sus, danışma kəs!
Gözlərin alışsın, gözlərin yansın,
O ötən payızda oldugun kimi.
Bu gecə yanımda qal,
O sirli payizda qaldıgın kimi.
Nə addım, nə hənir, nə də ki...
Bulud tək yuklənib,
bir ilə doldugum yuku,
Bir günə mən necə yagacam, Allah.
Bu payız kövrək,
elə mənim tək,
Mənimlə birlikdə üşüyür külək.
Sevgilim, Tanrı eşqinə!
Bu payız yenə görüşək!
Qaranlıgın bagrını dəl,
Gəl əzizim, bu gecə gəl!
O payız qapımı çaldıgın kimi,
O gecə yanımda oldugun kimi,
Bir il yaddaşımda qaldıgın kimi,
Bu gecə...köç bu gecə yaddaşıma.
Dodaq dodaga qovuşsun,
Gözün gözümdən soruşsun,
Səni necə sevdiyimi.
Sən deməsən hardan billəm
Məni necə sevdiyini.
Dünya kürəsindən çıxana qədər
Qac ürəyim, qac sevgimdən.
Inadın evimi yıxana qədər,
Qac ürəyim, qac sevgimdən.
Sevgim inadımın dar agacında
Məhəbbət olümün yedəyindədir.
Sən məni gözləmə eşqin bagında,
Əllərim ölümün ətəyindədir.
Qalıb
Sarı saclarımın hər dənəsində
Sənin nəfəsinin qoxusu qalıb.
Gözünün işıqlı nar giləsində
Hicranın ayrılıq qorxusu qalıb.
Başını sinəmdə qoyub yatardın,
Ağrını, acını qəm unudardın.
Bir yığın xatirə yıgıb apardın,
Hələ qalaq-qalaq - çoxusu qalıb.
Sərcələr budaqdan yuxusun asıb,
Gecə köynəyini bağrına basıb,
Gündüzdən gecəni qoynuna asıb
Hələ görülməmış yuxusu qalıb.
Sanardım sevgimiz qatar-qatardı,
Ilahi, bu sevda nə tez qurtardı?!
Səni ayaqların çəkdi apardı,
Yataqda ətrinin qoxusu qalıb.
23.11.2010.
Hardasan?
Bagçamda bar berən,
nar ağacında düyməciklənən,
özü kürə,
başı ulduz,
bağrı qan
göbəyindən qan sızan
partlamış nar.
Bu nar səni yada salır,
Hər payız!
Bu payız bu bağcada
bir mən qaldım, bir də nar.
Hardasan, ay vəfasız yar?
Bagrı qan, cıyəri partlamış,
nar məhəbbətimmiş.
Ay ciyəri yanmış!
Nar qədər də deyilsənmiş,
Bu payız yenə görüşə gəldi nar,
Sən hardasan, vəfasız yar?
16.12.2010.
?
Sevirəm...
Nələri, nələri...
Atılmış, sarı çiçəyi,
xalına çevrılən böcəyi.
Sevirəm özüm –özümü,
Yaşıl, nəmli gözümü,
ləbələb göz yaşımı,
quyuya atılan daşımı...
Səhər çıxan günəşi,
gecə batan ayı.
Axşamın sükutunda
həmdəmim - xəyalı.
Sevirəm...
Qol-boyun olan qəmimi,
kimsələr onu gördümi?
Sevirəm...
Heç kimə görsənməyən,
köksümdə yatan dərdimi...
23.11.2010.
|