Nümunəvi təhsil ocağı
Təhsil millətin gələcəyi, müstəqil dövlətimizin təməlidir.
Heydər Əliyev
Təhsilin inkişafı dovlət quruculuğunun mühüm təminatı sayılır. Təhsil hər zaman proqressiv yeniliklərə istinad edilən, tərəqiyyə nail olan, dünya arenasında özünə yüksək yer tutan sahədir. Eyni zamanda cəmiyyət qarşısında dayanan bir çox əsaslı problemlərin həllində açar rolunu oynayır.
Hörmətli prezidentimiz İlham Əliyev cənabları hər zaman təhsilimizin qayğısına qalmış, bu sahəni diqqət mərkəzində saxlamışdır. Ölkə başçısının təhsil sahəsinə xüsusi diqqətlə yanaşması ilk növbədə müstəqil respublikamızda təhsilin sürətlə böyük inkişaf yolunda olması təhsil sahəsində uğurların qorunub saxlanılması deməkdir. Təhsil sahəsində əldə olunan uğurların qorunub saxlanması üçün məktəblərdə intellektual səviyyənin təmin edilməsi son dərəcə vacibdir. Məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi və hər bir fərdin qayğısına qalınması vacib şərtlərdən biridir.
Elə bu səbəbdən də bu gün məktəblərdə günün tələbinə uyğun tədris həyata keçirilir, təhsilin inkişafına qayğı göstərilir.
Dünyəvi problemlərin həlli yeni siyasət, yeni yanaşma, yeni düşüncə ümumiyyətlə, müasir standartlara cavab verə biləcək yeniliklər tələb edir. Elə bu baxımdan da söhbətimizi Təhsil Naziriliyi İ. Hacıyev adına Tərəqqi Texniki Humanitar Litseyinə yönəldirik. Şübhəsiz ki, deyilən hər bir söz əsaslı bir həqiqətə söykənməlidir. Qeyd edəcəyim faktorlara tam əmin olduğumdandır ki, məktəb haqqında fikirlərimi oxucularla bölüşmək istəyirəm. Məktəb dərs ilinə uğurla başlamışdır. Belə ki, məktəbimizdə müasir standartlarına cavab verən təlim metodları tətbiq olunur. Bunun nəticəsidir ki, şagirdlər hər il qəbul imtahanlarında yüksək, hətta 600-dən çox bal toplayaraq ali məktəblərə vəsiqə qazanırlar. Ümumiyyətlə, bütün fənnlərdə uğur qazanaraq fərdilik göstərirlər. Məktəbin şagirdlərindən Əfəndizadə Nərmin, Qənbərova Sənəm, Təhməzli Nərmin, Məmmədova Sərvinaz, Mehdiyev Rövşən, Həmidli Fərid keçirilən fənnılərə dərin maraq göstərərək nümunəvi şagird adını qazanıblar.
Məktəb kiçik cəmiyyətdir. Bu cəmiyyətdə ən sadə səmimiyyət qanunlarına riaət etməklə tədris mərkəzində yetkin şəxsiyyətlər formalaşır. Uşaqlarda zamanla həyata keçirilən tədris prosesi ilə özünüdərk etmə mərhələsi başlayır. Bütün bu prosesslər məktəbdə baş verdiyinə görə məsuliyyət məhz müəllimlərin üzərinə düşür. Bu səbəbdən şagirdlərin qabiliyyətlərinin aşkarlanmasında və üzə çıxarılmasında əməyi olan müəllimlərimiz az deyil. Qabaqcıl müəllimlərdən Əhmədova Əbadət, Quliyeva Sevda, Qurbanova Ruqiyyə, Niftəliyeva Gülzar, Bağırova Elmira günün tələblərinə uyğun dərs proqramları həyata keçirirlər. Onlar tədris-tərbiyə işlərinin bir daha yüksəldilməsinə, təhsilin keyfiyyətinin qaldırılmasına, xüsusi səy və təşəbbüs göstərirlər.
Məktəbimizdə fəaliyyət göstərən müəllimlər şagirdlərin bir fərd kimi deyil, bütöv bir şəxsiyyət kimi yetişməsinə, dünyagörüşlərinin formalaşmasına, intellektual səviyyədə böyümələrinə səy göstərir, ümumiyyətlə, təhsilin davamlı inkişafına xidmət edirlər. Qeydlərimin bu məqamında məktəbin direktoru Məmmədova Məhbubə Ərziman qızının təhsil sahəsində çəkdiyi əməyini də xüsusilə qeyd etmək istərdim. M. Məmmədova məktəbdə rəhbər işlədiyi zaman kəsiyində, təhsil islahatlarının həyata keçirildiyi bu dönəmdə məktəbdə bir sıra uğurlara imza atılmışdır. Məktəb pilot məktəb kimi qabaqcıllar sırasında yer tutmuşdur. M. Məmmədovanın rəhbərlik səriştəsi və tələbkarlığı sayəsində məktəbdə təcrübəli müəllim kollektivi formalaşmışdır. Hər bir fərd müxtəlif təfəkkürə, xüsusiyyətə malikdir. Hər bir şagirdin öz dili, öz ahəngi var. Bu baxımdan onların arasında müəllim- şagird münasibətləri yaranmalıdır. Bu kimi isti münasibətlər şagirdlə müəllim arasında bir harmoniya təşkil edir. Əlbəttə ki, bu harmoniyanı təşkil etmək üçün müəllimlərdən ustalıq tələb olunur. Tərəqqi Texnuiki Humanitar Litseyin müəllimləri bu və ya bu kimi məsələlərin öhdəsindən asanlıqla gəlir. Bu uğurlar əlbəttə ki, məktəbin rəhbəri M. Məmmədovanın səyi və təşəbbüsü nəticəsində hasil olurOnun tələbkarlığı və dərsin keyfiyyətinə ciddi nəzarəti sayəsində məktəbdə güclü müəllim kollektivi formalaşmışdır.
Ölkəmizdə həyata keçirilən kirikulum islahatı yeni nəslin yeni dərs metodlarırı ilə yeni təhsil sisteminin güşləndirilməsinə vəsilə oldu. Yeni üsul yeni nəslin savadlanmasına, qacarıq və qabiliyyətlərinin aşkarlanmasına xidmət edir. Bu gün məktəbimizdə bir çox müəllimlərimiz bu təlimlərdə iştirak etmiş və yeni dərs metodları əldə edərək yeni dərs ilindən etibarən yeni üsullarla dərslər həyata keçirirlər. Yeni dərs metodları imkan yaradır ki, müəllim yenilikləri öyrənməklə yanaşı həm də şagirdlərə yeniliklər aşılasınlar. Təhsil islahatları proqramları istiqamətində məktəbdə tez-tez geniş və məqsədyönlü fənn aylıqları və tədbirlər həyata keçirilir. Əlbəttə ki, biz müəllimlər üzərimizə düşən məsuliyyəti anlayaraq təhsil sahəsindəki yeniliklərlə həyata keçiririk. Buna misal olaraq qeyd edə bilərəm ki, məktəbdə riyaziyyat, dil-ədəbiyyat, tarix və s fənnlər üzrə aylıqlar və açıq dərslər həyata keçirilir. Bu halda yeni müsbət nəticələrin əldə olunduğunun şahidi oluruq. Belələliklə, məktəbimiz nümunəvi təhsil ocağına çevrilmişdir.
Ulu öndərimiz Heydər Əliyevin müdrik kəlamı biz müəllimlərimizin həyat devizinə çevrilmişdir. Bu gün yüksəlişə, tərəqiyyə, işıqlı sabaha doğru can atan Azərbaycan sabah dünyanın ən qüdrətli dövlətinə çevriləcəkdir. Ulu öndərimiz Heydər Əliyev demişdir: “Azərbaycann dünyay günəş kimi doğacaq”!
Mən qeyd edilənlərə bir riyaziyyat müəllimi kimi onu da əlavə edə bilərəm ki, riyaziyyat bir elm kimi heç zaman yerində donub qalmamışdır. Həyat, təcrübə, inkişaf edən texnika və başqa elmlər onun qarşısında yeni-yeni məsələlər qoyur. Bu həlli tapılmamış məsələlər nəhayətində öz həllini tapır. Lakin yenidən yeni məsələ və tənliklər meydana gəlir. Beləliklə, riyaziyyat elmi daima axtarışdadır. M.V. Lomonosovun maraqlı bir fikrinə diqqət yetirək: “ Elm yalnız ona riyaziyyat daxil olduğuna görə elmdir!
Azərbaycan xalqının gələcəyinin məhz bu günkü gənclərin əlində olduğunu nəzərə alınaraq məktəblilərə elmlərin dərindən öyrədilməsi məsələsi müəllimlərin üzərinə düşən ən böyük vəzifələrdən biridir. Hər il Tərəqqi Texniki Humanitar listeyində keçirilən, məktəblilərin həyatında mühüm rol oynayan bir cox tədbirlər sirasına daxıl olan “Riyaziyyat aylığı” xüsusi böyük rol oynayır.
Tədbir “Riyaziyyat aylığı”, “Bizim eradan əvvəl”, “Azərbaycan və dünyada tanınmış dəqiq elm alımlərinin fikirləri” mövzusunda təşkil edilir. Riyaziyyat aylığında məktəbin şağirdləri riyaziyyatın inkişaf tarixindən söz açır, riyaziyyat elmi haqqında məlumat verir, riyazi aforizmlər söyləyirlər. Onlar bir-birləri ilə riyazi dialoq quraraq, bu elmin maraqlı yönlərini bir daha üzə çıxardırlar.
Tərəqqi Texniki Humanitar Listeyində keçirilən riyaziyyat aylığında yalnız məktəblilər deyil, eyni zamanda müəllimlər də xüsusi hazırlaşır “Riyaziyyatın inkişaf tarixi, “ Kompleks içərisində ədədlər”, “Riyazi kriptoqram və tapmacalar” , “Ədədlər”, “Riyazi məntiq”, “Üstlü funksiya”, “Kompleks ədədlər içərisində əməllər” başlığı altında maraqlı faktlarlara müraciət edirlər. Eyni zamanda tədbirdə iştirak edən şağirdlərdən dahi şəxslərin elmi fikirləri ilə çıxış etdilər. Azərbaycanın böyük alimi, filosof, astronom və riyaziyyatçı Nəsirəddin Tusi elminin şərhi də verildi.
Bu gün biz riyaziyyat müəllimləri riyazi məlumatlar, riyaziyyatın qramatikasi və riyaziyyatla bağlı bir sıra bilikləri şagirdlərə dərindən yiyələndirməyə çalışırıq. Bunun üçün ilk növbədə onlarda riyaziyyat elminə maraq olmalıdır. Məlumdur ki, bu marağı şagirdlərdə müəllimlər yaratmalıdır. Elə bu səbəbdəndir ki, bu günün nəbzini tutur, yeni dərs metodları ilə dərslər həyata keçiririk. Yuxarıda qeyd etdiyimiz kimi məktəbdə riyaziyyat aylıqları və açıq dərslər təşkil edirik. Məktəblərdə qazanılmış riyazi biliklər; həndəsədən, cəbrdən əldə edilən məlumatlar şagirdlər qarşısında hər bir sahədə ucu-bucağı geniş üfiqlərə yollar açır.
Sənubər Əliyeva
İ. Hacıyev adına Tərəqqi
Texniki Humanitar Litseyinin
riyaziyyat müəllimi
|