Nuh əshabəsi - Babadağ - Ziyarətgah
Proloq. Bildiyimiz kimi ən böyük inanj yerimiz Allahın özüdür. Bundan əlavə sitayiş etdiyimiz pirlər, ziyarətgahlar, and yerlərimiz var. Allaha inandığımız qədər onlara da inanırıq. Belə inanj, sitayiş yerləriidən biri də Babadağ ziyarətgahıdır. Babadağ Böyük Qafqaz dağları silsiləsində yerləşir. Onun hündürlüyü dəniz səviyyəsindən 3632 metr yüksəklikdə yerləşir.
İsmayıllı və Quba rayonları ərazisi arasında yerələşən Babadağ el arasında sınanmış və inanılmış ziyarətgahdır. Babadağı yalnız yayın ən isti vaxtlarında ziyarət etmək mümkündür. Ta qədimlərdən bu günə qədər sitayiş etdiyimiz Babadağ silsilələrdən ibarətdir. Babadağın zirvəsində hətta bəzən yayda da qar olur. Avqust ayının bürkülü, isti vaxtlarında bir balaja hava soyuyarsa Babadağa qalxmaq mümkünsüzləşir. Belə şəraitdə dağın soyuğu hətta dağın ətəklərində qədər gəlib çatır. Bu yola yolçu olanlar anjaq ilin ən isti aylarında iyul-avqust aylarında səfər edə bilərlər.
QAZ-53 markalı maşın ağır-ağır dağ yolunu qalxırdı. Maşının yolu ziyarətgah, yükü isə Babadağ ziyarətçiləri idi. Ziyarətçilər bilirdilər ki, bu yolda ölüm-itim də ola bilər. Anjaq onlar bu yolu ürəklə gedirdilər, Çünki, bu müqəddəslik yoludur, bu yolda olmək fəxrdir. İsmayllının Lahıj kəndinə çatmamış yolun sağ kənarında bir sitayiş, pir var. Ziyarətçilər öz diləklərini, istəklərini əvvəljə Uja Tanrıdan, sonra isə müqəddəs olan bu pirdən diləyərlər, daha sonra isə yollarına davam edərdilər.
Babadağı Xalq deyimlərinə görə, bu pir Babadağın zirvəsində yerləşən Məhəmməd adlı birisi olub. Allah tərəfindən sevilib-seçilən bu şəxsin özünün və atının ayaq ləpirləri indiyə qədərə hələ də sal daşın üzərində durur. Həmin ləpiri ziyarət edəndən sonra Babadağı ziyarət etmək üçün irəliləyirlər. Babadağın ətəyinə çatdıqda Qurbangah deyilən düzdə düşərgə salınır. Bu həmin Qurbangahdır ki, Babadağ üçün deyilən qurbanlar məhz burada kəsilir. Qurbanlar kəsilər, nəzirlər paylanar. Bundan sonra yolçular istirahət edib, dağa qalxmaq üçün hazırlaşarlar. Qurbangahdan bir qədər aralı Babadağın ətəyində bir tənha qəbir var- Nənənin qəbri. Qəbrin baş daşında belə bir yazı görsənir. Nuh əshabəsi -Babanın yəni, Məhəmməd pirin nənəsi. Nənənin qəbrindən üzü yuxarı başlayan yoxuş ziyarət yolunun ilk yürüşüdür.
Adətən, bu dağa ziyarət üçün gejə qalxarlar. Çünki, tək bir jığır üzərində irəliləyən yolçular gündüz dağdan aşağı baxarkən dağın ətəyi onlara vahiməli görünür və ziyarətçiləri qorxuya salır.
Bir xeyli qalxdıqdan sonra «Şeytana daş atılan» bir uçuruma rast gəlinir. Rəvayətə görə, şeytan burada dayanar, ziyarətə gedənləri öz yolundan azdırarmış. Onun üçün buradan keçən ziyarətçilər həmin dərəyə daş atmalı; -Lənətə gələsən, ay kor olan şeytan!-deyib yollarına davam etməlidirlər.
İkinji bir maraqlı yer isə həmin dağda bulağın qaynamasıdır. Xalqın deyimlərinə əsaslanaraq deyə bilərəm ki, Baba pir bu dağda susuzluqdan əziyyət çəkərkən ona Allah tərəfdən bir vəhy gəlir ki, əsasını yerə vursun. Əsasını yerə vuran kim dağdan bulaq qaynamağa başlayır. Deyilənlərə görə bu zəm-zəm suyunun bir qoludur.
Həmin sudan bir qədər aşağı isə Xəlifə yolu deyilən bir yol var ki, bu da uçurumun həndəvərindən keçən bir yoldur. Bu yolun tarixi isə belədir. Bir Xəlifə Babadağa ziyarətə gəlir. Qayıdan zaman yorulduğundan özünü sıldırımlı uçurumdan, kəsə bir yolla aşağı atır və gəlib dağın ətəyində, dərəyə yaxın bir yerəd qərar tutur. O gündən həmin uçuruma Xəlifə yolu deyirlər və bəzi hallarda istifadə də edirlər.
Bir neçə dağ silsiləsi qalxdıqdan sonra isə burada çox maraqlı bir mənzərənin şahidi olursan. Bir-birindən aralı 5-6 qəbrin salındığı bir yerə çatırsan. Bu qəbrlərdə yatanlar Babadağı ziyarət zamanı ölüb burada qalanlardır. Əgər Baba ziyarəti zamanı bir kimsə burada ölərsə onun jəsədini daşla örtərək onun üçün daşdan qəbr hazırlayarlar. Və hər il ziyarətə gələn ziyarətçilər həmin qəbrin üzərinə bir daş ataraq ölənlərin ruhuna dua oxuyarlar.
Ziyarətçilərin dediklərindən eşitdiyim bir maraqlı epizodu da sizin nəzərinizə çatdırmaq istəyirəm.
Ziyarətə gələnlərin arasında bir xanım-xatın var imiş. Babadağa qalxan zaman üzünü tutur ziyarətin ojağına və deyir:
-Ya Baba, sən özün bilirsən ki, mənim günüm nejə ağırdır, bir uşaqdan yana nə qədər zillətlər çəkirəm. Evdə günüm-güzəranım yoxdur. Əgər mənim körpəm olajaqsa məni sağ-salamat bu dağdan endir, yox əgər bundan belə uşaqsız qalajamsa mənim üçün elə bura yaxşıdır. O zaman ölümümü səndən diləirəm. Gəlin ziyarətin edib qayıdan zaman bir fırtına, bir külək qopur ki, göz-gözü görmür. Külək ötüşəndən sonra ziyarətçilər baxır görür ki, gəlin yoxdur. Ora-bura göz gəzdirdikdə görürlər ki, sən demə, gəlin üstünə tökülən daş qırıntıları arasında qalaraq ölüb.
Belə rəvayətlərə əsaslanaraq görürük ki, inandığımız bu ojaq nejə müqəddəs bir inanj yeridir.
Dağın axırınjı aşırımını keçən ziyarətçilər ziyarət ojağını görürlər.
Bu dağın ziyarət edildiyi bir aylıq zaman kəsiyi buradakı müçövürlülər Babadağda oturma müddətidir.
Və ziyarətçiləri həmin müçövürçülər qarşılayırlar. Bizi də həmin adamlar qarşıladı. Mən onlardan Babadağ haqqında məlumat vermələrini xahiş etdikdə, belə bir rəvayət danışdılar.
-Xalq arasında belə danışırlar ki, Nuh peyğəmbərin yaşadığı dövrdən sonrakı illərə təsadüf edilən bir zamanda bu yerlərdə Məhəmməd bir anası və bir də analığı var imiş ki, Allah-Təala onu başqalarından seçərək ona vəhy göndərir. Allahın əmri ilə o, öz analığını götürərək həmin bu dağa qalxır. Analığını dağın zirvəsində yerləşdirərək özü su dalınja gedir. Qayıdan zaman zirvəyə jəmi 5 metr qalmış Allah tərəfindən göyə çəkilərək qeyb olur. O vaxtdan bəri həmin dağ-Babadağ bir ziyarətgaha çevrilir. Onu da deyirlər ki, dağın sakini olan Məhəmməd sağdır, nə vaxtsa zühur edəgəkdir.
Babadağ haqqında ikinji bir rəvayət də var ki, bu da düyü ilə bağlıdır. Həmin düyü əhvalatı isə rəvayəti bir-başa gətirib, qəbri Şamaxı ərazisində yerləşən ən böyük inanjlarımızdan biri olan Şıx Eyyub rəvayəti ilə (bu barədə sonrakı yazılarımızda məlumat veriləjək) birləşdirir.
Bəzən ölümünü gözə alanlar, belə bir ziyarəti etmək üçün hər il yüzlərlə, bəlkə də minlərlə ziyarətçi babadağa səfər edir. karvan-karvan düzülən ziyarətçilərdən ibarət olan maşınlar hər gün öz növbəsini başqa ziyarətçilərə verərək müqəddəs bir zirvəni fəth edirlər-Babadağ zirvəsini. Bu zirvəni fəth edənlər arasında Azərbayjanın demək olar ki, hər bir guşəsindən gələnlər olur. Bu ziyarətçilər müqəddəs bir anda sığınır, təmizlənir, saflaşır və etiqadlarımızı möhkəmləndirirlər.
Mən də ziyarət edənlər arasında özümü paklaşmış, tapındığım bu müqəddəs məkanın ziyarətindən məmnun qaldığımı demək istəyirəm.
Babadağ məşəqqəti
Öz gözəlliyi ilə çoxlarını heyran edən Şamaxı rayonunun Pirqulu istiqamətində, dağların ətəyində balaja, amma gözəl, mənzərəli bir kənd-Talışnuru yerləşir. Bu kənddə atamın gənjlik dostu Abyət əmi ailəsi ilə birlikdə yaşayır. Bu ailənin xoş gününə, evin son beşik qızının toyuna dəvət almışdıq.
Kəndə getmək üçün kəndin ətəyində yerləşən dağ çayını keçmək lazım gəlirdi. Çox vaxt qış aylarında bu çayı keçmək, kəndə getmək mümkünsüzləşirdi. Anjaq indi çayda su az idi. Avqust ayının istilərinə görə dağların suyu azaldığından çayın suyü da azalmışdır. Maneəsiz çay keçərək kəndə daxil olduq.
Bizi toya aparan sürüjü və kiçik qardaşım Səfər də mənimlə bərabər kəndə getmişdir.
Səhərdən getdiyimiz üçün kənd toyu böyük marağımıza səbəb oldu. Rayonda yaşayan, özümdən kiçik bajı və qardaşlarım isə dünəndən toy evində qonaq idilər. Toyda kiçik qardaşımdan eşitdim ki, sabah Babadağa yuyruş-ziyarətə səfər olajaq.
Əvvəllər bir neçə dəfə Babadağ-ziyarətndə olduğuna baxmayaraq, məndə yenidən bu dağı fəth etmək arzusu oyandı və bu xəbəri eşidəjəyim an mən də gedəjəyəm deyə qəti qərarımı verdim. Toy qurtaran kimi kənddən Şamaxıya qayıtdıq. Babadağa getmək ümidi ilə özümdən yaşja kiçik olan bajım- Sevdagildə gejələdik. Qardaşım Səfər də mənimlə bu səfərə getmək arzusunda olduğunu bildirdi.
İsti avqust ayın ortaları olmasına baxmayaraq, axşamdan dəyişən hava payız havasını xatırladırdı. Məlumat bürosunun verdiyi xəbərlərə qulaq asmadığımız üçün sabah havanın nejə olajağından xəbərsizdik.
Külək gejə yarısı daha da güjləndi. Vıy-vıy vıyıldayan küləkin uğultusu qulaqlarımda əks-səda verərək məni yatmağa qoymurdu. Mənimlə bərabər otaqda yatanların heç birinin küləkdən xəbərləri yox idi.
Sabah yola çıxajağım səfəri yadıma salıram. Ürəyimdə düşündüm ki, əgər sabah da hava belə olarsa səfərimiz baş tutmayajaq.
Əvvəllər bir neçə dəfə babadağ-ziyarətndə olduğuna baxmayaraq, məndə yenidən bu dağı fəth etmək arzusu oyandı və bu xəbəri eşidəjəyim an mən də gedəjəyəm deyə qəti qərarımı vermişdim. Toy qurtaran kimi rayona-Şamaxıya qayıtdıq. Babadağa getmək ümidi ilə özümdən yaşja kiçik olan bajım- Sevdagildə gejələdik. Qardaşım Səfər də mənimlə bu səfərə getmək istədiyini bildirdi.
Sevda axşamdan bizim üçün yol tədarükü görməyə başladı. Babadağ soyuq olduğu üçün qalın caket, yun şal, qalın jorablar, bir sözlə əlinə keçən isti paltarları idman sumkasını doldururdu.
Yol azuqəsi üçün soyutma toyuq, meyvə, yemiş təkadərük etdi. Onaheç bir zəhmət çəkmə, onsuz da ziyarətçilərlə pul toplayaraq, Dabadağ ətəyində kəsmək üçün yolda bir qoyun alajağıq. Lakin, bajım mənə qulaq asmırdı.
Havanın belə dəyişməsi qanımı qaraldırdı. Fikirləşdim ki, soyuq olsa da gedəjəyəm. Amma məni çaşdıran məsələ var idı. O da qadın xeylağı olduğum üçün yolun çətinliklərinə dözə bilməyəjəyimdən narahat idim.
Yatdığım otağın pənjərəsinin jəftəsi açılmışdı deyəsəm. Pənjərə laylarının «tap-tap»la çıxartdığı səsə oyandım. Yuxu gözlərimdən qaçaq düşmüşdü. Əsən küləyə diqqətlə qulaq verdim, bir az da güjlənmişdi. Yatağımdan ərinjək halda qalxdım. Pənjərəni bağlayıb, yenidən yatağıma uzandım. Gözlərimi yumsam da yata bilmədim.
Səhərə yaxın yüxüya nə vaxt getdiyimdən xəbərim olmayıb.
Sevdanın səsinə yuxudan oyandım. Məni çağırırdı:
-Bajı qalx, daha vaxtdır, gejikməyin -dedi. Sonra isə Səfəri çağırdı.
-Səfər, qalxın, vaxtdı, hamı yığışıb, jamaatı ləngitməyin, tez geyinin.
Elektrik işıqları keçmişdi.
Hava isə hələ açılmamışdı. Qaranlıqda paltarımızı axtarmağa başladıq. Elə bu zaman Sevda əlində şam otağa daxil oldu və paltarlarımızı geyinməkdə bizə kömək etdi. Şam işığı ilə paltarı tapıb verdi.
-Geyinin dedi.
Əynimizi qalın geyininb həyətə düşdük. Havanı heç də ürəkaçan deyildi, səfər üçün münasibsiz hava idi. Bu hələ azmış kimi yağış damjıları çiləməyə başladı.
Qaz-53 markalı maşın nərildəyə-nərildəyə dağı qalxırdı. Yükü ağır idi. Bu ağır yük müqəddəs yolun yolçusu-Babadağın ziyprətçiləri idi.
Maşının şoferi böyük qardaşım Eyvaz idi. Hövsələsi dar, səbrsiz olmasına baxmayaraq, maşallah? nər kimi qüvvəli javandı. Lazım gələn zaman yeddi javanın yükünü tək çəkə bilər. Neçə illər idi ki, Babadağ ziyarətində ziyarətçilərə bələdçilik edirdi.
Yağış yolumuzun yarısında güjlənərək bizi narahat etməyə başladı. Eyvaz ehtiyat üçün götürdüyü meşin palatkanı yolçuların köməyi ilə maşının kuzovunun üzərinə çəkdi və dedi:
Əgər bu yağış kəsməsə dağa dağa qalxmaq şansı sıfıra enir
Sil-silə şəklində düzülmüş Lahıjın qorxulu dağlarını aşaraq, nəhayət yolu yarı etdik. Artıq İsmayıllı rayonun ərazisini çox hissəsi gerid qoyan Qaz-53 maşın yaylaqlarda məskunlaşan tərəkəmə yataqlarına yaxınlaşırdı.
Ziyarətçilərin Babadağ üçün nəzərdə tutduğuqları qoyunu almaq üçün maşın tərəkəmə yatağların yanındı dayandı. Eyvaz uzaqda görünən çobanı fitləyərək salamladı. Əlinin işarəsi ilə yaxınlaşmasını işarə etdi. Çox keçmədi ki, çoban sürüsü ilə maşının yaxınlığında hazır odu. Eyvazla çobanın sövdələşməsi baş tutmurdu deyəsən. Onların səslərini eşitməsək də alver sevdalarının baş tutmadığını əl-ayayq işarəsindən və sifətlərinin mimikalarında başa düşmək çətin deyildi. Deyəsən, qiymətdə razılığa gələ bilmirdilər. Br xeyli mübahisədən sonra Eyvaz üzünü maşina tərəf çevrirərək:
-Ayə, kimdə yemiş varsa gətirin, çoban üçün - deyə səsləndı. Ağsaqqal bu yay yemiş nübarı etməyib. Maşının kabinkasında əyləşmişdim, qapını açaraq, başımı yuxarı qaldırararq üzümü maşınının kuzasına tutub Səfəri çağırdım:
-Səfər, Sevda bizimçün zənbilə yemiş qoyub, birini ver çobana-dedim.
Qoyunun qiymətindən narazılıq edən çobanı bir yemişlə razı salan Eyvaz aldığı qoyunu sürüdən araladı, çəkə-çəkə maşina tərəf gətirdi.
Quba və İsmayıllı ərazisini öz əzəmətiylə ayıran Babadağa artıq az qalırdı. Amma yağış hələ də yağırdı.
Ziyarətçilər yağışın palatka üzərinə tökülərək çıxartdığı səslərə qulaq asa-asa narahat halda maşının kuvovunda oturmuşdular. Artıq Babadağa çatırdıq. Dəli Girdmançayın bir neçə qolunu aşaraq nəhayət, Babadağın ətəyi olan, Qurbargah adlanan düzə yetişdik. Çayın sahilində yerləşən bu düzənlik çayın məsafəsindən bir xeyli yüksəkdə yerləşirdi. Bura Babadağa qalxan yeganə yol və dayanajaq idi ki, Babadağa buradan start götrülürdü. Yağışın dayanmasına təəssüf hissi keçirtsək də çıxış yox idi. Dağa çıxmalıydıq.
Adətən Babadağına gejələr qalxarlar. 12 silsilədən ibarət olan Babadağın yol yalnız nazik bir jığırdan ibarət idi. Jığırın bir üzü dağa, dirənsə də ikinji bir üzü üzü dərəyə, sıldırımlı uçurum idı. Elə bu səbəbdən də yolçular sıldırımlı uçurumdan keçən zaman gözləri qaranlıq gətirib uçruma yıxılmasın deyə, bu yolçuluğa gejələr səfər edərdilər. Gündüz Qurbangaha toplaşan ziyarətçilər gəldikləri uzun yolun yorğunluğunu Qurbangahda dinjələrək çıxardırdılar. Əgər yoldan qurbanlıq alıblarsa onu Babadağ eşqinə Qurbangahda kəsər, yeyib-içib dingələrdilər. Gejə aydoğandan sonra isə dağa qalxarlar. Yağış kəsmədiyindən bu dəfə bu qayda pozuldu. Yoldan aldığımız qoyunu kəsə bilmədik.
Belə havada gejə dağa qalxmaq axmaqlıq olardı. Hava soyuq, üstəlik həm də çox soyuq idi. Qışda buralarara gəlmək mümkünsüz olur. Avqust ayı olmasına baxmayaraq, hava qış havasından geri qalmırdı. Çox vaxt, isti aylar da belə başından qarı əskik olmayan Babadağa el arasında Qarlı babadağ deyərlər. Məhşur əfsanəfi bir dağa çevrilmiş bu zirvə müqəddəs bir məkana çevrilmişdir.
Yayın jırjıramasında birinə qar dərman buyrularsa «O zaman çarə Qaralı Babadağdadı» məsləsi el məsəli buradan qaynaqlanmışdır. Bu havada gejə yola çıxsaq ölümə bərabər iidi. Ən azından azmaq təhlükəsi ilə üz-üzə qala bilərdik. Buna baxmayaraq, havanın sərtliyini gözə alaraq dağa gündüz qalxmağı qərara aldıq.
Kişili-qadınlı bir yerdə, maşında, çadırın altında məjburiyyətində qarşısında qalan ziyarətçilər, qalın paltarlarını geyindilər.
Biz isə kabinkada olduğumuz üçün: mən və Eyvazın arvadı əynimizin paltarlarını oradaja üstbəüst geyindik.
Hamı hazır idi.
Gündüz, saat 1-də yağışın müşayiəti Babadağ yürüş başlandı. Biz dörd nəfər - Kəmalə, Səfər, Rasim və mən hələ yerimizdən tərpənməmişdik. Yola düşən ziyarətçilərə tamaşa edirdik. Ziyarətçilər əvvəljə Girdmançayı keçdilər. Nənənin qəbrinə yaxınlaşdılar.
Nəhayət, «Allah Məhəmməd Ya Əli» -deyərək yola düzəldik.
Qurbangah düşərgəsində yan-yana düzülən təxminən 18-20 maşının arasından keçərək, birinji aşrımı asdıq. Təpəyə sarı səmt aldıq. Təpədən sonra Girdmançayı keçdik və çayın əks tərəfində yerləşən Babadağın nənəsinin küməbzinə yetişdik. Gümbəzlə Qurbangahın arasındakı məsafə 10-15 dəqiqəlik yol idi. Biz kümbəzə çatanda paltarlarımız büsbütün su içərisində idi.
Əvvəljə nənənin qəbrini ziyarət etdik və Allahı köməyimə çağıraraq Babadağın ətəyindən üzü dağa sarı yol aldıq.
Dünəndən gələn, gejə dağa qalxan ziyrətçilər artıq üzü enişə, geri qayıdırdılar. Onların arasında Babanı ziyarət edə bilməyənlər var idi. Lakin bizdən əvvəl gəlib çatan maşınların yolçuları bizdən qabaq dağa qalxsalar da soyuğa dözməyib geri qayıdırdılar. Bizimlə üzbəüz çıxanlardan bəziləri :
-A bajı, getməyin, yuxarıda - dağda tufan var - deyə xəbərdarlıq edirdilər. Geri dönün!
Bəzi kişilər isə;
-Getmək mümkünsüzdür, biz dözmədik, siz qadın xeylağı heç çıxa bilmərsiniz qayıdın, yolda qırılarsınız - dedilər. Bəzilərinin isə ziyarət etdiklərini eşidirdik. Bu bizə ürək-dirək veridi. Dağı xeyli qalxdıqdan sonra döşdə bir çadıra rast gəldik. Burada samovar çayı qoyulmuşdur. Havanın soyuqluğundan istifadə edərək, çayı pulla yolçulara satırdılır. Soyuqdan donan yolçular, samavar çayından alıb, içir, pulla aldıqları çayı əl-ayaqlarına tökərək qızınırdılar.
-Yeznəm və qardaşım satılan çaydan bizim üçün də aldılar ki, içib istilənək. Başımıza yağış yağa-yağa çayı içməyə başladıq. Amma, əllərimiz donduğundan stəkanı tuta bilmirdik. Birdən ağlına belə bir fikir gəldi ki, «burada itirdiyimiz vaxtı yola sərf etsək daha yaxşıdır olar»
-Səfər, vaxtımızı itiririk, gedək -dedim.
Çayı boşaldın yerə, tez olun, vaxt itirməyək getdik!-deyə birinji olaraq özüm əlimdəki çayı yerə boşaldım, stəkanı çayçıya uzatdım. Aralarında yaşja böyük olduğum üçün liderliyi özümdən ixtiyarsız ələ keçirmişdim. Çalışırdım ki, gejəyə düşməmiş geri qayıda bilək. Yoxsa yolda dona bilərdik.
Dağın hündürlüyü yüksəldikjə hava çatışmamazlığı və soyuğun sərtələşdiyini daha çox hiss edirdik. Dağın üstündən sıldırım qayaları çətinliklə aşaraq, bir-bir, çətinliklə də olsa maneələri adlayırdıq. Dağ yolu boyunja ziyarətçilərə rast gəlirdik. Bəzilərin ziyarətləri qəbul olunmuş, bəzilərinin isə yarımçıq qayıtdığını şahidi olurduq. Bütün bunlara baxmayaraq, istər ziyarət edənlər, istər etməyənlərin hamısının vəziyyəti ajınajaqlı halda idi. Bəzilərinin ayaqqabısı, caketi, şalı, penjəyi bir sözlə yağış isladıb ağırlıq edən nəyləri varsa hamısnı dağ yolu boyu tökə-tökə geri qayıdırdılar. Vəziyyət o qədər ağır idi ki, hətta ağızları belə söz tutmurdu. Donmuş əllərini ağızlarına təpir, nəfəsləri ilə əllərini isidirdilər. Hətta 40-50 yaş arasında olan sağlam kişilər yolu yarımçıq, donmuş vəziyyətdə geri qayıtmaq məjburiyyətində qalırdılar. Bəziləri isə Allah-Allah deyərək zikr döyür, Allahı köməyə çağırıdılar.
Biz dördlük «şeytana daş atılan»,-adlı yerə çatdıqda tamamilə, yorulmuşdıq. Alt paltarımızdan su süzülərək ayqlarımızın arası ilə ayaqqabımızın içinə dolurdu. Əyrimzdə olan caketin qolları içsərisindən tökülən suyu sanki kimsə dolçadan əndərirdi. Getdikjə güjümüz azalmağa başlayırdı. Dağın yolçuları artıq seyrəlməyə başlamışdı. Ziyarətçilər yolun ağırlığına dözməyərək geri dönürdülər. Dağ yolun da tək-tük adam gözə dəyirdi. Şeytana daş atılana çatanda artıq bizdən başqa yolçu gözə dəymirdi. Adəti üzrə «Şeytana daş atdıq. Oradan üzü aşağı sıldırıma nəzər saldıq. Dumandan göz-gözü görməsə də oranın dəhşətli halda qorxulu bir uçurum olduğu anladıq. Rəvayətə görə «Şeytan bu uçurumun durar ziyarətə gələnləri yolundan azdıraraq uçuruma salarmış. Ona görə də hər keçən yolçu ora mütləq bir daş atmalı, «Allah sənə lənət eləsin, ay çor olan şeytan» deməlidirlər ki, gedib mənzil başına yetə bilsinlər. İkinji əsas məqamlı faktı isə Musa bulaqdır ki, deyilənlərə görə-zəmzəm suyunu götürmək olar. Bu su Musa peyğəmbərin əsanı dağa vurması və oradan su çıxması ilə bağlı olduğunu rəvayətləyirlər və onu da deyirlər ki, bu su hamıya nəsib olmaz. Yalnız niyyəti düz və qəlbi təmiz olan insanlar götürə bilər. Çirkin niyyətli olanlar isə nə qədər hava xoş olsa da nə Babadağa çıxa bilər, nə də zəmzəm suyunun bir qolu olan bu su qaynağından su götürə bilərlər-deyirlər.»
Hava dumanlı olduğu üçün qarşıdan gələn olsa görsənməzdi. Tək-tük geri qayıdan kəsləri bizə tamamilə yaxınlaşmasa görə bilmirdik. Dağın yüksəkldiyi artdıqja soyuq da kəskinləşirdi. Soyuq amanımızı üzmüşdü.
Soyuq qılınj kimi adamı kəsirdi. Əynimizdə olan paltarın qalınlığı bizə artıq kömək etmirdi. İslanmış paltar əynimizdə sırsıraya dönmüşdü. Əynimizdəki paltarlar yükdən başqa bir şey deyildi.
Artıq dağda adam sayla qalmışdı. Çoxu donmaq təhlükəsindən qorunmaq üçün dağın ətəyindən qayıtmışdı. Təkdənbir üzbə -üzə ziyarət edib qayıdanlarla qarşılaşırdı. Onlarında mənzil başına gedib çatmaq gümanları az idi. Ziyarəti qəbul olmuş yolçuya Kəmalə gözaydınlığı vermək üçün:
-Ay qardaş şükür, belə bir havada ziyarət edə bilibsiniz, ziyarətiniz qəbul olsun dedi:
Yolçunun amanı kəsilmişdi. Soyuğun təsirindən çaşmış halda Kəmaləyə guya təşəkkür etdi: Çaşaraq:
-Allah sizə də qənim olsun,-dedi: əslində isə sizə də qismət olsun demək istəmişdi.
Yolçunun javabı bizi güldürdü.
Artıq yolu yarı etmişdik. Düz dörd saat idi ki, dağı qalxırdıq. Donmuş ayaqlarımız yeri çətinliklə tuturdu. Şaxta üzümüzə vurmasın deyə başımızı qaldıra bilmirdik. Tez-tez ayağımızı soyunub suyunu boşaldır və üstdən geyindiyimiz paltarları çıxardıb suyunu sıxır, yüngülləşdirdikdən sonra geyinərək yola davam edirdik.
Hamımızın taqəti tükənmək üzrə idi. Uşaqların kələyinin kəsildiyini göprüb dayandım. Onsuz da hər beş-on addımdan bir dayanıb yorğunluğumuzu atmağa məjbur olurduq. Üzümü onlara tutub dedim:
-Uşaqlar, onsuz da 18-20 maşının adamından dağda bəlkə də 10-15 adam qalıb, sizə də çətindirsə qayıda bilərsiniz, -dediyim sözdən sonra onların üzünə baxdım. Kəmalə onlardan qabaq;
-Bajı, mən Seyid qızıyam, ibadət yolundan, ziyrətindən qorxub geri qayıtmaram,-dedi. Səfərin üzünə baxdım. Sual verməyin mənası yox idi. Səfər:
-Bu qədər yolu əzabla qalxmışıq. Deiyrsən geri qayıdaq?-Mən qayıtmıram, Rasimi bilmirəm.
Rasim:
-Mən də qayıtmıram. Gedirik də burada nə var ki? dedi. Bu zaman mən,-Səfər, siz bəlkə bilmirsiz, amma mən bu yolun yolçusu olmuşam, yolum ağırı hələ qabaqdadır.
-Qayıdın, mənə baxmayın, niyyət etmişəm- dedim.
Elə şey yoxdur nejə yəni, səni burada tək qoyub geri qayıdaq? dedi-Səfər. Özü də nejə ola bilər ki, mən 28 yaşındayam qayıdım, mən qayıdım sən gedəsən. sən məndən yaşda böyüksən sən gedə bilərsən mən yox?. Özü də yorulmursan.
-Əlbəttə ki, yorulmuram-dedim. Amma xəbəriniz olsun, yolun əzabı hələ qarşıdadır, üzü axşama gedir. Üstəlik bax, qırovlu qar da başlayıb. Söhbətin bu yerində, Kəmalə:
-Allah Kərimdi bajı, gedəjəyik, bizdən narahat olma-deyə söhbəti kəsdi. Çətinliklə olsa da yola davam etdirdik.
Artıq ayaqlarımız sözümüzə baxmırdı. Əlimizə yoğun ağajdan əsa almasydıq, bəlkə də dağı qalxa bilməzdik-deyə düşündüm. Biz hər ikimiz, mən və Kəmalə qadın olduğumuz üçün güjümüz kişilərə nisbətən tez tükənmişdi. Onun üçün tez-tez onları da yolda gözləməyə məjbur edirdik. Yolda dayanmaq donmaq təhlükəsi yaradardıq.
Dağı təzə qalxmağa başlayan zaman Kəmalə yerdən bir «»kola -kapron qabı tapııb götürmüşdü. İstəyirdi ki, qayıdan zaman onu zəm-zəm suyu ilə doldurub gətirsin. Yüngül-kapron olan 0,5 kola qabı ona yük oldu.
-Bajı, daha buna barmaqlarımın güjü çatmır tuta bilmirəm, neyləyim bunu, atım, su götürmək də istəyirəm?!
--Ver mən götürüm,-deyə qabı onun əlindən aldım. Heç on dəqiqə keçmədi ki, həqiqətən də donmuş darmaqlarımın boş fanta qabına güjü çatmadığını görüb onu tulladım.
Artıq qaş qaralırdı. Tükənmişdik. Dağ yolunda jəmi 5-6 nəfər görünürdü. Çiyinlərimiz sallanaraq özümüzə ağırlıq edirdi. Kürəyimizdən yağışın suyu bulaq kimi şırhaşırla tökülürdü. Paltarımızın altından şırhaşırla axan su ayaqlarımızı yalayaraq dabanlarımızdan çıxırdı. Şaxtalı, hava kimi tufanda başlamışdı. Ömrümdə bu jür tufan görməmişdik. Çox qəribə idi. Yağış, eyni zamanda qar da yağırdı. Dağın yağışqarı göydəjə şaxtaya çevirilərək üzümüzə çırpılır, üzümüzü şüşə kimi kəsirdi. Yolumuz ikiqat çətinləşmişdi. O qədər yorulmuşdum ki, 3-4 addımdan bir dayanır, nəfəsimi dərirdim. Hər dəfə belə dayanmaq yodaşlarıma baha başa gəlirdi. Çünki, dayanan kimi islaq paltarın içərisində onsuz da don atmış bədənləri onlara əziyyət verir, soyuğun təsirindən bədənləri yanıq kimi göynəyirdi. Elə mən özümdə o gündə idim. Səfər məni tələsdirdi.
-Bajı, tez ol, gəl, durma don atarsan! Tələs!
-Mən sizinlə ayaqlaşa bilmirəm, siz gedin, mən yavaş-yavaş gələjəm- dedim.
-Yox, olmaz, səni qoyub gedə bilmərəm - dedi, Səfər.
Mənimsə birjə addım da yeriməyə taqətim qalmamışdı. Qıçlarım tutuulmuşdu. Səfər qolumu çiyini üstünə keçirdərək məni kürəyinə alaraq arxasınja dağyuxarı sürüməyə başladı. Məndən fərqli olaraq Kəmalə çətinliklə olsa da gedə bilirdi. Dərd mənim dərdim idi. Mənim yol gedə bilməməyim, bizi böyük təhlükə qarşısında qoyurdu. Bu bizim donmamıza səsəb bildərdi. Səfərin islaq çiyinlərini sirkələyərək:
-Səfər, məni burax, gedin, özünüzü darıxdırmayın, mən donmuram sizi bu gedişlə dondura bilərəm,-dedim. Səfər mənə qulaq asmaq istəmədi.qabaqda gedən Rasimi çağırdı:
-Rasim, gəl kömək et, güjüm çatmır, gir bunun qoluna dedi. Hərəsi bir qolumdan girərək köməkli bir xeyli yol getdik. Belə getmək istəmirdim. Nə qədər əziyyət də olsa bu yolu özüm qət etmək istədiyimdən,
-Qolumu buraxın,-amiranə dilləndim.
Qətiyyətlə deyilən bu sözdən sonra onlar əllərini məndən çəkdilər.
-Çıxın gedin-dedim.
Gözləri arxada qala-qala, məni gözdən buraxmayaraq öndə gedildilər. Onsuz da qoşa getmək dar jığırda çətinlik törədirdi.
İki-üç saatdan bir qabağımıza çıxan tək-tük ziyarətçidən:
-Hələ çoxmu qalıb zirvəyə? soruşduqda: -hələ çox var javabı aldıq Ziyarətçilərdən bir kişi:
-Ay bajı, qadın xeylağısan, belə havada heç kişilər dağa çıxa bilmirlər sənə nə məjburdu dedi. Javab vermədim. Ürəyimdə isə:
-Çıxacam, mütləq çıxajam deyirdim. Əsla ruhdan düşmürdüm. Fikrim qəti idi. Qayıtmayajam düşünjəsi məni tərk etmirdi. Öldü var, döndü yoxdu, gedəjəm.
Bu söhbətdən sonra əllərimi göyə qaldırıb:
-Ya Rəbbim, sən özün şahidsən ki, hansı niyyətlərlə mən bu yola səfər etmişəm. Mən bu yola ölüm səfərinə yox, ziyarət etmək, mətləblərimi yerinə yetimək üçün çıxmışam. Ay bir olan qadir Allah, az qalıb yolun çoxusunu qət etmişik, qüvvə ver, gedək-dedim:
Onsuzda əzmimi qırmaq mümkün deyildi. Nə qədər duman, soyuq olsa da dönmək ağlıma belə gəlmirdi. Yol yoldaşlarım məndən bir xeyli qabağda gedirdilə. Onları görürdüm. Yeznəm ilə qardaşımı görsəm də Kəmalə gözümə dəymədi. Yeznəm qardaşdan arxada olduğum üçün yeznəm səslədim.
-Rasim ay Rasim. Külək içimdə qaldı. Boğazımı artlayıb yenidən çağırdım. Bu dəfə külək səsimi məndən alıb uzaqlara qovdu. Səsim səsim ona çatmadı. Bir də səslədim.
- Rasim… Bu dəfə səs ünvana yetişdi. Ayaq saxladı:
-Hə, boğunuq səslə javab gəld. Məndən 100-150 metr qarşıda getmələrinə baxmaypraq mənzil başına hələ çox qalırdı. Onun üçün Kəmalənin də zirvəyə çatmaq ehtimalı çox az idi.
-Kəmalə hzanı?-deyə soruşdum. Biz onu görürük, qabaqda gedir,-dedilər.
Gözümü uzaqdan çəkə bilmirdim. Ayaqlarımın altının yaş, jığırın isə dar, üstəlik qaranlıq və dumanlı bir havada uçurumdan aşmaq ehtimalı Allah eləməmiş çox böyük idi. Qorxudan yenə onları səslədim-
-Səfər, hey-yy-Bu dəfə isə onlar məndən çox uzaqda idilər. Bilirdim ki, məni eşidə bilməzlər, amma bütün qüvvəmi toplayaraq var güjümlə bağırdım.
-Rasim-….Səfər…… Səs gəlmədi. Onsuzdu artıq soyuq mənə çoxdan təsir etdiyindən üşüyürdüm. Amma bu üşütmə, daha qorxu üşütməsi ilə əvəzləniirdi içimdə. Elə bildim ki, nə isə qırıldı. Xoşa gəlməz bir hiss məni çuğladı. Qışqırmağa başladım. Onsuzda onlar məni dumandan görmürdülər. Əllərim-ayaqlarım daşlaşmışdı. Yolda tanımadığım bir yolçunun:-Bajı al mənim əljəyimi jeyin, mən onsuzda qayıdıram, indi ki, gedirsən, qoy əljək səndə qalsın,-deyərək əljəyini mənə vermişdi. Dəri materialından olan əljəyin suyunu boşaltmaqdan bezmişdim. Artıq onu da boşaltmaq güjündə deyildim. Su əljəyin barmaqlıqlaırna dolaraq, əllərimdən aşağı sallanaraq barmaqlarımı əljəyin çatdırıdı. Əljəyin suyunu boşapltmaq iqtidarında olmayan bir adam üçün əlbəttə kimsə haraylamaq müşkül məsələ idi. Onsuzda fırfıra kimi əsən külək ününü heç yerə çatdıra bilmirdi. Amma inadım inad idi.
-Allah Kərimdi,-gedəjəm deyə ağırlaşan ayaqlarım əllərimin köməyi ilə hərəkətə gətirmək istədim. Mümkün olmadı. Daha yermdə sayırdım.
Qarşımdı bir hənir hiss etdim, amma kimliyini bilə bilmədim. Qaranlıq, üstəlik duman -adam oduğunu anladım.
-Ey sən kimsən?-soruşdum. Javab gəlmədi.
-Kim var burda? Mənəm deyə bir kişinin zəif səsi eşidildi. Donursan bajı, buranı külək az tutur ona görə də qayanın dibinə qısılmışam. Dinjimi alıram.
-Ay qardaş, mənzilə çox qalıb?
-Bir şey qalmayıb. Maşallah, bu havada qadın xeylağı bura qədər gəlib çıxmısıx, dözün, amma dayanma, divar dibi elə qayalarıget. Bir nəfər də sənin kimi qadın var qabaqda. Mən qayıdanda qarşıma çıxdı.
-Hə-dedim, o mənim qardaşım arvadıdı!
Ürəyimdə isə Kəmalədən xəbər aldığıma sevindim. Şükür etdim.
-Bəs qabaqda iki oğlan görmədiz-26-28 yaş arasında?
-Vallah üzləri papqla örtülü idi. Amma iki kişi var yolda, dedi
-Şükür Allaha-sağdıla-etdim.
Bir-birimizdən prik düşəndən sonra yolu nagüman gedirdik. Yolçu:
-Bajı, bir az dağa sığın. Jığır burda çox dardı, mən keçə bilim, çınqıldı, allah eləməmiş çınqıl sürüşər, bir-birimizə dəyib dağdan aşarıq-dedi.
Mən dağa sığındım. Yolçu, Allah işinizi avand eləsin,deyə-deyə ötüb getdi. Sağ əli başımıza deyə fikirləşdim. Yola davam etdim. Yenə də kiminsə qarşıdan gəldiyini hiss etdim. Bu dəfə səsimi çıxartmadım. Ziyarətçi yolçulardan birini sandım. Yolçu gəlib mənim bərabərimə çatdı:
-Burdasan, gəlirsən deyə-soruşanda onun Səfər olduğunu anladım:
-Buy ay qardaş, niyə qayıtdın, get, görürsən ki, gəlirəm.
-Tez ol bir az, az qalmışıq, bax qabaqda qaralan o qaraltı Baba ziyarətgahıdı, çatmışıq. Elə bil xəstəyə dərman vermişdilər. Sevindim. Qaranlıq da olsa belə üzünü gördüm. Bığlıraı qırov tutmuşdu Səfərin. Alt dodağını isə şaxta partlatmışdı. Tək qat şalvarda soyuqdan tir-tir əsirdi. Onun jins şalvarını öz şalvarımın üstündən mən ikiqat geyinmişdim. Ürəyimdə:
-Bajın ölsün, ay qardaş, şalvarını geymişəm tək qat şalvarda dondun ki,-deyə ürəyimdən keçirdim.
Səhv salıb geyindiyim şalvarı onunki biləndə Səfər məni soyunmağa qoymamışdı. Amiranə səslə:-Soyunma daha geymisən. Onsuzda hava soyuqdu-demişdi. Mən isə öz aləmimdə sevda mənim üçün jins şalvarı isti olsun-geyinsin deyə qoyduğunu zənn etmişdim. İndi isə ona baxa-baxa ürəyimdə özümü yamanlayırdım. Səfər tez-tez əllərini ayayqların sürtür, arada bir də əlində yoğun ağajla ayağına tappatarapla vururdu.
-Adə eləmə, neyləyirsən?
-Vururam ki, donmasın, donub ağrıtmır, hiss etmirəm, onsuzda, qorxma!
-Elə etmə, vurarsan qıçın qırılar. Sonra Allah eləməmiş, güjümüz çatmaz səni dağdan endirməyə.
-Rasimnən, Kəmalə indi bəlkə də çatdılar,-deyərək Səfər qolumdan tutdu. Qarşıda qaralan qaraltıya ümüdümüzü bağlayaraq yenə dağı dırmana-dırmana irəliləməyə başladıq. Qaraltıya çatan qədər 15-20 dəqiqə vaxt sərf etdik. Qaraltıya çatdıq. Lakin zənn etdiyimiz bu qaraltı pir-ojaq deyilmiş. Sən demə bu üst-üstə vurulmuş daş qalağından ibarət soyuqdan daldalanmaq üçün daş qalağıdı. Közərən ümidimiz sarsıldı. Allah Kərimdi az qaldıq dedi. Dağın kölgəsi öz üstünə düşdüyü üçün qaranlıqda adamı bir az vahimə basırdı.. bir az getdikdən sonra qabaqda Rasimə rast gəldik. Səfər soruşdu:
-Rasim, Kəmaləni gördün?
-Yox görmədim,-dedi.-Kəmalə, Kəmalə-deyə çağırmağa başladı. Dağın elə bir məqamına çatmışdıq ki, bura bir balaja düzən kimi görsənirdi. Həmişə bu yerdən o yana baxanda artıq o taykı səmtdən Quba görsənirdi. Kəmalə-deyə-deyə vahimə içində aşağı boylandıq. Birdən Rasim:
-Kəmalə yolu azıb Qubaya tərəf getməzki?
-Görmürsən jığır bu tərəfə gedir. Yəqin o gedib, hələ bir çataq, sonra bilərik.
Ziyarətgaha çathaçatda idik. Artıq oranı görə bilirdim. Sevinjimin həddi-hüdudu yox idi. Sevindiyimdən ağlamaq istfirdim. Qüvvəsiz ayaqlarımızı sürüyə-sürüyə özümüzü daşdan düzəldilmiş komaya çatdırdıq. Kəmalə artıq komadaydı. Ondan başqa komada üç nəfər kişi , muçovurçi yorğan-döşəyin içərisinə quru paltarda sulu sulu girib oturmuşdular. Başımı komadan içəri salan zaman ilk qulağıma dəyən səs Kəmalənin dişləri altından çıxan səsi oldu.
Dizlərini qarnına yığıb əlləri ilə qıçlarını qujaqlayan gəlinin əllərinin köməkliyi ilə qıçlarını sıxaraq ayaqlarının əsməsini kəsməyə jəhd göstərsədə dişlərinin bir-birinə dəyərək çıxartdığı səsləri kəsə bilmirdi. Gözlərim Kəmalədə olsa da ilk anda ziyarətgahın qapısından içəri girən zaman ilk işim dizlərimi yerə ataraq.
--Çox şükür sənə Ay Allah, ziyarəti bizə qismət elədin, çox şükür-deyə Allaha dua etdik.
Komanın ortasında balaja bir dəmirin içərisinə 5-6 köz parçası tökən mujoruçular istilik üçün onu manqal əvəzi işlədirdi. Səfərlə Rasim içində köz olan dəmir qaba yaxınlaşıb donmuş əllərini közə sarı uzatdılar. Əyin-başlarından tökülən su közü söndürə bilərdi-deyə muçoriçilərdən biri narahat oldular. Bir az kənar durun dedilər. Özümüzü ölümün pənjərəsindən qurtarmış zənn edirdik- deyə üstümüzə ajıqlanan bu söz bizə təsir etmədi.
Onsuzda bir dəri, birsümük olan Kəmalənin şaxta kələyini kəsmişdi. Dönüb bizə baxa bilmirdi. Vəziyyətinin yaxşı olmadığını görüb çağırdım:
-Kəmalə-səs gəlmədi.-Kəmalə!-deyə ikinji dəfə çağırdım. Başını çöndərib üzümə baxdı. Halımın pis olduğunu hiss etdim. Əyilib qara dəmirdən bir-iki köz götürdüm. Təəjjüb etdim. Sən demə öz əlim don atıbmış köz yalın əllərimə təsir etmirdi. Kəmaləyə yaxınlaşdım. Əllərini-əlimin içinə alaraq közlə ovuşdurdum. Sonra həmin közlə boynunu-boğazını, sinəsini ovmağa başladım. İstilik Kəmaləyə gej təsir etdi. Yavaş-yavaş dili açılmağa, dodaqlarınıntitrəməsi keçməyə başladı. Hələ düz əməlli başlı özümüzə gəlməmiş mujorujular bizi tələsdirməyə başladılar.
-A oğul,-deyə uşaqlara mürajiətlə: -Tələsin nə qədər tez tərpənsəniz , o qədər yaxşı olar, əyniniz islaqdı dəyişik də yoxdur dəyişəsiniz. Di Allah amanında gedin-dedilər.
Amma uşaqlar isti dəmir kənarından Kəmaləni çəkə bilmirdilər. Bu dəfə mən dilləndim.
-Hə Kəmalə, daha bəsdi nə qədər tez tərpənsək dağı tez düşsək, bir o qədər yaxşıdır, indi axşamdı, bir azdan xidmət gejə olajaq. Bu sözündən sonra Kəmalə ağlamağa başladı:
-Bajı, mən getmirəm, güjüm yoxdu, qoy mən burada qalım, siz gedin, sabah gələrəm.-dedi.
-Yox olmaz, əynim yaşdı. Yaş paltarda bunlar sənə yorğan döşəyə sığnajaq verməzlər, gedək!
-Axı mən gedə bilmirəm!
-Gedərsən, Allah yol verəjək! Bura nejə gətiribsə elə o təhər də səni qqaytaraq. Haydı, tərpənin!
Sözləri amiranə deməyimə baxmayaraq, hər üçü ləng tərpəndilər. Onları qınamırdım, dağa ən əziyyətlə qalxan mən olmuşdum nejə əziyyətli olduğunu bilirdim. Amma qarşıda Girdmançay dururdu.
-Nə qədər ki, çay daşdamayıb özümüzü çaya çatdırmalıyıq. Sonra çayı keçmək mümkün olmayajaq. Gejikərik tez olun! Ya Allah! Tərpənin-deyə onları yenidən tələsdirdim. Ziyarəti eləyib çıxdıq.
Artıq geri dönən yolda idi. Bir az getmişdik ki, yenidən Kəmalənin hıçqırtısı eşidildi.
-Kəmalə ağlayırsan?-soruşdum. Javab gəlmədi.
-Ay qız sevinməkdən ağlayırsan, biz elə bildik səndağdan aşmısan uçruma və Quba yolun səf düşmüsən, sənsə Maşallah bizdən qabaq ziyarətgaha çatmısan, sevinməkdən ağlayırsan?-Yenə javab gəlmədi. Mən davam edərək:-Kəmalə, bugələn-18-20 maşından hər maşından 20-30 adamnan vur-tut 10-15 adam dağa qalxa bilib. Onun da dördü bizik. Yeganə qadın yolçuyuq ki, bütün məhrumiyyətlərə dözdük. Baba pirini ziyarə elədik. Belə olan zaman adam ağlayar, ay axmaq?!
Kəmalə özünü toplayaraq yenə qabağa keçdi. Onu çəkiyə vursaydın, üç uşağın anası olmasına baxmayaraq çəkisi bəlkə heç 50 kilo da gəlməzdi. Bəlkə elə buna görə də yüngül yerişlə yeriyə bilirdi dey gedirdi. Dağı üzü aşağı düşmək üzü yuxarı çıxmadan heç də asan deyilmiş. Ayın işığı olmasa da hava aydınlıq idi. Dağın jığırı görünmürdü. Anjaq qarşıya bir neçə maneə çıxmışdız. Birinjisi getdiyimiz jığır dağdan gələn su basmışdı. İkinjisi, ayağını jığıra qoyan kimi jığırda olan xırda çınqıllar səni su qarışıq yuyub aparırdı, üçünjüsü jığırdan kənara çıxmaq təhlükəsi böyük olduğundan bunu da edə bilmirdik. Çünki yer sürüşkən idi. Sürüşüb uçuruma düşə bilərdik. Deməli yeganə çarə su içiylə olsa da yenə də jığırdan çıxmamaq idi. Onsuz da ayaqlarımız su içində idi. Yəni «islanmışın yağışdan nə qorxusu». Dağın yarıdan çox yolu artıq geridə qalmışdı. Girdmançaya bir-iki silsilə dağ qalmışdıq çatmağa.
Kəmalə bizdən bir xeyli qabaqda gedirdi.
Şaxta bir xeyli ləngimişdi. Daha əvvəlki kimi dolu yağmırdı. Lakin yol bizim kələyimizi kəsmişdi. Rasim jığırı asta-asta düşürdü. Amma ayağının biri soyuqdan tutulmuşdur. Sağ ayağını özü atır, sol ayağını isə əli ilə götürərk bir addım irəli qoyur və beləliklə dağı enirdi. Onun bu halı mənə gülməli göründü. Qeyri-ixtiyarı olaraq onun vəziyyətinə gülməsə də soyuqdan donmuş dodaqlarımı arasından gülüş əvəzinə xırıltıya bənzər səslər eşidildi.
Başımı qaldırarq qarşıda idi. Artıq çayı haqlamışdı. Narahatçılıq məni bürümüşdü. Qoxurdum ki, çay dolub-daşa. Kəmalə isə xamlıq eyləyib özünü çaya vurajağından narahat idim. Onun üçün də onu çaya çatmamış yolda saxlamaq lazım idi. Məndən əvvəl dağ jığırında olan Səfəri səslədim:
-Səfər..r..r.. hay…y.. Javab gəldi.
-Nə var..r..r..
-Tez ol, gəlini yolda saxla, qoyma özünü çaya vursun. Sel gəlib, çay o tay, bu tay vurur.
-Yaxşı-deyə javab gəldi.
Biz çaya çatanda gözlərimə inana bilmədim. Girdmançay çay artıq məjarasından çıxmışdı. Çayın o tayında böyük bir təpənin üstündə çiyinlərində idman çantası olan bir oğlan dayanaraq bizi seyr edirdi. Sanki bizim bu çayda nejə batajağımıza tamaşa etmək üçün gözləyirdi. Çayın yuxarı hissəsində isə 3 oğlan daşan çayı jəhd edirdilər. Deyəsən çarə tapmırdılar. Əvvəljə çayı keçəjəyimi sandım. Özümü çaya vurdum. Demə, suyun altı lehmə imiş. Qurşağa qədər lilə-palçığa batdım. Elə bu andaja Səfərlə Rasim qışqıraraq dedilər.
-Əlini ver, bu saat sel səni aparajaq. Güjlə də olsa əlimi onlara uzatdım. Məni çəkərək lehmənin içərisindən çıxartdılar. Əynimdə olan iki qat şalvarın, üst qatındakı tamamilə palçığa batmışdır. Şalvar jins materialdan olduğu üçün taxta kimi bərkimişdi. Elə əvvəldən şaxta onu taxtaya çevirmişdi. Onsuzda bütün paltarımız yağışdan islanmışdı. Məsəldə deyildiyi kimi, islanmışın yağışdan nə qorxusu?
-Elə indi də mənim vəziyyətim eyni halda idi.
Amma islaq şalvarın palçığa batması yol getməyimə mane olurdu. Çünki, palçığın ağırlığına güjüm çatmırdı. İstədim ki, şalvarı əynimdən çıxardım. Onun üçün də belini açdım. Lakin don vurmuş əllərimin onu çıxartmağına güjü çatmadı. Rasimi yuxarı qaldıraraq gözlərimlə Səfəri gəzdim. Lakin Səfərin çox uzaqda, çayın yuxarı hissəsində , əlindəki ağajla dayaz yer gəzdiyini gördüm. Amma Rasim mənə yaxın idi onun, üçündə onu səslədim.
-Rasim,
-Hə-deyə javab verdi.
-Gəl mənə kömək et, əllərim tutmur, dedim. O, mənə sarı gələn zaman mən oturmuş vəziyyəti aldım.
-Neyniyim?-deyə soruşdu.
Əllrimi oturmuş vəziyyətdə bədənimə dayaq verərək, gözlərimlə şalvara işarə etdim.
-Ayaqlarımdan çək, şalvar əynimdən çıxsın.
-Nə?-deyə utannmış kimi sual verdi.
-Əşşi yeriyə bilmirəm çək çıxsın-dedim.
Şalvarın balanqalarından tutaraq çəkib əynimdən çıxartdı. Mən isə altdakı şalvarın belindən tutaraq, belimdən sürüşməmək üçün saxladım.
-Hə indi bunu özünlə aparırsan-deyə Rasim çsoruşdu.
-Əşşi at getsin, nəyimə gərək. O da mənə bir yükdü. Özümə güjüm çatmır-dedim.
Rasim şalvarı atsa da dönüb arxasına baxdı. Bir xeyli getdikdən sonra dəyaz bir keçid tapdıq. Bu dəfə çayı tək keçmək fikriindən qəti surətdə daşındıq.üzümü uşaqlara tuturaq,
-Əl-ələ tutun, bərk sıxın, nə olur olsun, əllərinizi buraxmayın-dedim.
-İki biz-bajı, qardaş, bir gəlin və yeznə əl-ələ tuturaq özümüzü kükrəyib- daşan çaya vurduq. Suyu yarmaq çox çətin idi. Buna baxmaypraq suyu yarmaq mübarrizəsi başladı. Suyun bizə güj gəldiyini görüb qışqırdım:
-Tez olun, tez olun. Elə bu anda Kəmalənin əli-əlimizdən üzüldü. Su Kəmaləni bir neçə metr apardı. Yerdə qalan üç nəfər qeyri-ixtiypari bir-birindən aralanaraq Kəmaləyə doğru üzməyə başladı. Kimin nə dediyi anlaşılmırdı. Dörd nəfərin səsi çayın gurultusunda itib-batırdı.
Səfər bizdən əvvəl Kəmaləyə çataraq onu tutdu. Bir təhər çayın o biri sahilinə adlandı. Bizim ilə bərabər çayı üç nəfər oğlan da keçdi. Önümüzdə böyük bir aşaram görsənirdi. Bizə elə gəldi ki, bu aşrımı aşandan sonra artıq ziyətçilərin düşərgəsinə-Qurbangaha yetişəjəyik. Çətinliklə də olsa təpəni qalxdıq. Təpənin aşırımından aşağı baxanda gözlərimizə inanmadıq. Gedəndə nejə getmişdiksə, çayın iki qolunu aşmağımızdan xəbərimiz olmayıbmış. Sən demə, aşırımdan aşağı keçdiyimizdən də böyük bir sahil durumuş. Bu sahil isə o birindən enli və daha təlatümlü idi. Bu vaxta qədər özümüzdə daşıdığımız inam və iradəmiz qırıldı. Bizə elə gəldi ki, artıq burdan qurtuluş yoxdur. Əvvəljə təpənin üstündə çayın sahilində on-on iki nəfər javan oğlan və iki at dayanaraq, çayın dəliliyinə çarəsiz halda tamaşa edirdilər. Ayaqlarınnı birini götürüb birini qoyan javanlar soyuğa davam gətirə bilmirdilər. Atları suyu vurmağa jəhd etsələr də atlar suya girmək istəmirdilər. Artıq gejənin qaranlığı aləmi qaranlıqla qərq eləmişdi. Səhər tezdən yağan yağış isə hələ də kəsməmişdi. Bir tərəfdən də axşamın soyuğu sümüklərimizə qədər işləyirdi. Çənəmizin şaqqıltısını özümüz eşidirdik.
Bir anlıq mənə elə gəldi ki, bu axşam biz mütləq donajayıq. Əynimizdəki alt paltarı taxtaya dönərək yeridikjə bədənimizi əzirdi.
Dayandığımız yerdən isə düşərgə görünürdü. Qaralan maşınların ətrafında heç bir-ins-jins gözə dəymirdi. Ürəyimdə qardaşım Eyvaza hirslənmişdim. Mənə elə gəlirdi ki, əgər o bizi qarşılasaydı, yəqqin ki, yağış onu da qorxutmuşdu. Dağın ətəyində isə çobanların səsi eşidilirdi. Çobanların səy-küyü daha yüksəkdi. Və açıq aydın eşidilməyə başladı.
-Getmə, girmə-deyə kimi isə xəbərdar edirdilər.
-Eşit! İkinji bir səs isə:
-Ayə qoyma, sel qızı apardı-deyə bağırmağa başladı. Çayın kənarı ilə qaçışan çobanlar kimə isə kömək üçün özlərini məjrasından çıxan çaya vurdular. Deyəsən, əlləri boşa çıxdı. Bir azdan ətrafa sükut çökdü. Titrəmə yadımızdan çıxaraq həyajanla bəd bir xəbəri gözləyirdik. Çünki kimi isə sel apardığı aydınja məlum oldu.
Bir neçə dəqiqədən sonra yenidən o biri sahilində tükürpədiji bir nalə eşidildi.
-Qızım..m..m deyə nalə çəkdilər. Qızın anası qızını sel aparmasından xəbər tutmuşdu deyəsən. Artıq bizi heç nə maraqlandırmadı. Çayı keçmək lazım idi. Nejə keçmək üçün nə qədər plan tökdüksü heç biri işə yaramadı.
Və birdən qaranlığı yaran bir səs eşidildi. Dolu bədənli bir kişi sahilin o tayından bizə nəyi isə başa salmağa çalışırdı. Lakin gurultu salan suların səsi onun səsini batırırdı. Nə qədər diqqətlə qulaq assaq da bir şey anlamadıq. Birdən əlindəki yoğun ağajı özünə dayaq edərək suya girdi. Hər kəs nəfəsini içinə çəkərək, qorxu ilə ona tamaşa edirdi. O sanki Xıdır İlyas idi, köməyə gəlmişdi. Kişi çətinliklə də olsa suyu yapraraq çayı bizə sarı keçdi. Və dayanmadan yenidən o biri üzə adladı.
Sözlə bizə çatdıra bildmədiyini o əyani halda göstərdi və bunula da demək istədiki yəni buradan keçmək mümkündür.
O kişinin bu hərəkətindən sonra məəttəl qalanlar yoxuşdan aşağı yüyürməyə başladılar. Birinji çayı kim keçərsə yalnız o salamat qurtarar fikri ilə başa-baş düşdü.
Mən yüyürməsəm də kişinin yol göstərdiyi səmti itirməmək üçün gözlərimi çayın həmin nöqtəsindən çəkmirdim. Çünki sayın dayaz və nijat yeri yalnız ora idi.
Bu səfərdə bizdən öndə gedən Kəmalə bu dəfə bir -neçə addımdan sonra dizləri üstə üerə çökdü. Nə qədər çalışsaq da onu yerdən qaldıra bilmədik. Öndə bizdən daşqa heç kim olmasa da indi bizi üç nəfər oğlan ötüb keçdi. Gözəl jəhd saəsində çayı adlamağa müvəffəq oldular.
Gözüm onlarda olsa da bütün güjümlə Kəmaləni sürüməyə başladım. Səfər və Rasim mənə kömək etmək istəsələr də mümkün olmurdu. Çünki mənim kimi onların da əllərini don atmışdı.
Hikkəmdən bağırmağa başladım.
-Kəmalə, qalx.x-dedim
-A bajı, vallah qıçlarım tutmur-dedi
-Amma mənə heç bir söz çatmırdı. Təkjə düşündüyüm: -Çayın dayaz istiqamətini itirməmək! Artıq hövsələm daraldığından özümü-sözümü itirməyə başladım. Kəmaləni söyürdüm.
Ay……. qızı çayı keçməliyik. Yoxsa gejə burda donarıq. Ölərsən qalx!
Kəmalə ağlamağa başladı.
-Hə, mən ölmək istəyirəm, siz gedin dedi.
Kəmaləni sürüyə-sürüyə olsa da çaya çatdıq. Ağzı üstə düşüb qalan Kəmalə çay kənarında güj-bəla ilə olsa da ayağa qalxdı.
Çayı keçənlər artıq ölümün pənjəsindən qurtararaq çayın bu üzündəkilərə kömək üçün jəhd göstərirdilər. Xıdır İlyas dediyim köməkçi kişi hələ də sahildə idi. Biz yenə dörd nəfər birləşib əl-ələ tutaraq özümüzü çaya vurmaq üzrə: bələdçi kişinin səsi eşidildi.
-Yox, yox gözləyin.
Ona qulaq asmayaraq özümüzü suya vurduq. Bu zaman eynən mənim kimi kişi söyüş söydü. Söyüşü isə qardaşım Səfərə ünvanlandı. Çünki öndə o idi bizi arxasınja çəkən: kişinin
-A köpək oğlu girmə, girmə suya, qaçın geri-deməsi ilə eyni vaxtda dağdan böyük bir dalğa nərilti ilə bizi basmarlayıb çay aşağı sürüdü. Ani olaraq beyində bir fikiir dolaşdı:
-Hər şey qurtardı. Amma…
O böyük dalğa ilə təxminən on metr getsəkdə dalğa üstümüzdən adlayıb keçdi. Xoşbəxtlikdən əllərimizi bir-birimizdən aralamamışdıq. Çünki bu bizim bir-birimizə ən böyük tapşırığımız idi.
Sürüklənəndən sonra Səfər bizi dartaraq geri çəkilmək istədi. Lakin, mənim qışqırtım onu yenidən suya tərəf yeriməyə vadar etdi. Mən isə yalnız sahilin o tayına keçmək fürsətini itirmək istəmirdim. Qışqırtılarımız çayın səsində batsa da mən yenə:
-Tez olun keçin, keçin!-dedim
yenidən özümüzü suya vurduq. Su sifətimizə sillə kimi dəyirdi. Köməkçi kişi ilə çayı o tərəfə adlayan oğlanlarla zənjirvari tutaraq bir xeyli çaya tərəf uzalı halda əllərini bizə uzadıb kömək etmək jəhdi göstərdilər.
Jəhd baş tutdu. Çayı keçdik. Ayağımı sudan təzə çıxartmışdım ki, müvazinətimi saxlaya bilmədim. Dizlərim büküldü. Kökündən qopan ağaj kimi ağzıaşağı palçığın üzərinə sərələndim. Səfərlə Rasim hərəsi bir qolumdan tutaraq məni ayağa qaldırdılar. Yeriməyə taqətim qalmamışdı.
Onların da taqətinin olmamasına baxmayaraq hərəsi bir tərəfdən qoluma girib məni düşərgəyə tərəf apardılar.
Göz-gözü görmədiyindən Qurbangahda heç nə, heç kəs görsənmirdi. Elə bu zaman çaxan ildırımın işığına Qurbanjah görsəndi. Miskin görkəmi ilə görsənən oba bom-boş idi. Yatağa çatdıq. Maşina yaxınlaşdıq. Eyvazı səslədim, amma heç bir javab gəlmədi. Maşının arxa, kuzov hissəsinə keçdik. Kimsə yox idi. Bu qədər jamaatın hara getdiyi bizdə təəjjüb hissi doğurdu. Maşında nə qədər yorğan-adyal və ya pal-paltar var idisə, çadırdan keçən yağış hamısını islatmışdı. Maşının kuzovu oturajaq halda olmadığı üçün ziyarətçilər maşını tərk etmişdilər. Bu mənzərədən sonra ilk anda düşərgənin çayxanası yada düşdü. Çayxanaya tərəf yollandıq.
İldırım çaxaraq çıxartdığı rəqslər altında çayxanaya daxil olduq. İlk qarşımıza çıxan javan çayçı oğlan oldu. Qəribə nəzərlərlə bizi süzməyə başladı.
-Bizə isti ojaq lazımdır-dedim. Oğlan:
-Odunumuz yoxdur! - deyə javab verdi.
-Sizə yaxşı miqdarda pul verəjəm-dedim.
-Bütün odunlar su içərisindədir, yanmır, mümkün deyil-javab verdi. Mən isə heç nə başa düşmək istəmirdim. Anlayajağım tək anlayış ojaqda qızınmaq istəyi idi.
Onunçün əsəbiliklə:
-Başa düşmürsən, ölürük soyuqdan tez ol ojaq qala, istəsən lap sənə 100$ verərik-dedim.
-Xanım, bizim qızınmaq üçün heç çayımız belə yoxdur, baxın birjə lampadan özgə qeyri yanaq yoxdur.
Çayçının bu sözündən sonra başımı qaldırıb çayxanaya nəzər saldım. Başhabaşla dolu olan çayxanada bir qarış da olsun yer yox idi. Təkjə bizim durduğumuz giriş qapısının ağzından savayı.
Kimisi yorğana, kimisi adyala, bəziləridə qalın paltolarına bükülərək burada daldalanırdılar. Bütün çayxanada olanların nəzəri isə bizdə idi. Sanki, qeyri-adi bir mənzərə ilə qarşılaşmışdılar. İçəridə darıxdırıjı sükut hökm sürürdü.
Bizim iisə nəinki sümüklərimiz, bəlkə də sümüyümüzün içərisindəki iliklərimiz də donmuşdu. Çayxanadakılar insandan çox mənə qara bulud topasını xatırladırdılar. Bütün təhlükələri aşmağımıza baxmayaraq, donmaq təhlükəsini üzərimizdən atmamışdıq. Çünki, başdan ayağa-buzlamışdıq.
Bir anlıq özümü itirdim. Mənə elə gəldi ki, məni çiyinlərimdən üzüaşağı basan bu yaş paltarlardan azad olsam donma təhlükəsindən azad olajam. Əynimi ağır, yaş paltardan yüngülləşdirmək məqsədi ilə üstümdəki paltarları bir-bir soyunmağa başladıq.
Mənim aləmimdə iki şalvar üst-üstə geyinmişdim. Lakin, çay kənarında yerimək yüngül olsun deyə üst qatdakı jins şalvarı çıxarıb atmağım tamamilə yadımdan çıxmışdı. Qalın, kapşonkalı caketi soyunub yerə tulluyandan sonra, ikinji qalın paltardan özümü azad etdim. Barmaqlarım taxtaya dönmüşdü. Əllərim paltarları tutmurdu. Əynimdəki sonunju paltara əl atdım. Bu düşündüyüm, soyunub atdığım jins şalvar, əslində isə əynimdə qalan idman şalvarı idi. Titrəyən barmaqlarımla şalvarı qıçlarımdan aşağı sürüşdürərək ayaqlarımın üzərinə saldım. Elə bu vaxt zaldan boğuq bir uğultu eşidildi.
Əvvəljə donmuş beynimə heç nə çatmadı. Baxışlarım balaja tumanda, yarıdan aşağı lüt qalmış bədənimdə sanjılıb qalmışdı. Sanki, Babadağda baxışlarımı da don vurmuşdu. Heç nə anlamaq iqtidarında deyildim. -Axı niyə belə görsənirəm-deyə düşündüm. Baxışımı lüt ayağımdan çəkərək mənim nə etdiyimə mat-məttəl qalmış Səfərin, mənə sarı uzanan əlini, daha sonra mənə nə isə demək istədiyini gördüm. Amma Səfərində dili topuq çaldı və sözünü deyə bilmədi. Sadəjə ağzından qırıq-qırıq sözlər töküldü.
Rasimin qaçaraq otaqdan çıxmasını gördükdən sonra özümə gəldim. Və başa düşdüm ki, hamının gözü qarşısında lüt qalmışam.
Tez tələsik şalvarı çəkdim. Utanjaqlıq hissi məni bürüdü. Elə bu zaman haradansa Eyvaz peyda odu. Çayxanada baş verən prooesdən heç bir xəbəri olmadı. Təəjjüb hissi ilə biz:
-Gəlmisiz, nə vaxt?
Eyvazın gəlişi məni jin atına mindirdi. Öz səhv işimin ajığını ondan çıxmağa başladım. Çığırmağa başladım.
-Ay əjlaf, sən nejə qardaşsan ki, bajı qardaşın üçün belə narahatçılıq çəkmirsən. Çyın sahilinə qədər olsa da belə gəlib bizimlə maraqlanmadın. Heç olmasa bizi nejə sel aparmğına tamaşa edəydin. Bəlkə də bu sənin üçün bir maraqlı tamaşa oa bilərdi.
-Sən nə danışırsan? Mən elə bildim ki, sizi çayın o sahilində «Nənənin türbəsi»ndə daldalanırsınız!
-Belə yaş paltarda orada daldalana bilərikmi?
-Nə isə, bura gəlin, tez soyunun, donarsız-dedi Eyvaz.
Çayxanadan çıxdıq. Səfərlə, Rasim bizdən aralanlıb maşının kuzasında quru yer olmasa da orada daldalanmaq məjburiyyətində qaldılar. Qabaqda Eyvaz, arxasınja isə biz divarlarından qopub tökülən daşlı bir balaja bir tikiliyə girdik.-Gözləyin burada sizin üçün paltar gətirin-deyərək tələsik getdi. Biz paltarımızı soyunmağa başladıq. Onsuzda donmuş bədənimiz divarlarından buz tökülən otaqda daha da üşüməyə başladı. Bəlkə də Eyvazın qayıtmağa 5 dəqiqə çəkərdi. Amma bu beş dəqiqə bizə bir saat görsəndi. Paltarda qalsaydıq bəlkə bir belə darıxmazdıq. Eyvaz qayıtdı. Amma paltarsız.
-Heç nə tapmadım-dedi. Geyinin.
Geyinməyə başladıq. Yenidən yağışın müşayiəti ilə maşina qayıtdıq. Eyvaz maşının kabinkasını açdı, içəridən iki adyal götürdü. Soyunun, buna bükülün, gedim sizə görüm isti çay tapa bilərəmmi, bir az qızınasınız. Paltarsız adyala bükülmüş halda kabinkada gözləməyəbaşladıq. Xeyli vaxtdan sonra bir termos çayla qayıtdı. kəmalə ilə mənə, bir stəkan çay süzdü. Mən çaydan bir-iki qurtum aldıqdan sora, geridə qalan çayı donu açılmamış ayaqlarımıza tökdüm.
Səfərgildən xəbərimiz yox idi. Bir onu bilirdik ki, Rasimlə birgə maşının kuzasına qalxıblar. Amma orada quru, bizim isə yanımızda dadalanmaq üçün əlavə yer yox idi. Olsaydı belə bizim paltarsız halımızla bizim yanımızda oturmazdılar.
Gejəni Kəmaləylə mən adyalın arasında keçirtdik. Səhər açılmaq bilmirdi. Elə bil bizə ajıq verirdi. Hər saniyə bir saata bərabər keçirdi. Səhərə yaxın Kəmalə yuxuladı. Oturduğu yerdəjə yatan gəlin nejə yorulmuşdusa üstündən açılıb gedən adyaldan xəbəri belə olmadı. Sakitjə adyalı üstünə çəkərək onu oyatmamağa çalışdım.
Səhərə qədər gözləriməyuxu getmədi. Gözlərim gejənin qaranlığında ilişib qalmışdı. Nəhayət, dan yeri ağarmağa başladı. Təxmini saat 5 radələrində olardıı. Açılan səhərin ala-toranlığında üç nəfərin çayın sahili səmtindən gəldiyini gördüm. Gördüyüm mənzərəyə təəjjüb hissi keçirdim. Çayı keçmək jəhdi göstərən oğlanlardan biri iki nəfər kişinin köməkliyi ilə, başını dizlərinin üzərindən qaldırmağa taqəti olmayan bir şəkildə hələ indi səhərə yaxın çayı keçə bilmişdir. Bu mənzərədən belə məlum olur ki, bizdən sonra çayın sahilində qalanlardan bəziləri çayı keçə bilməyiblərmiş. Səhər açılandan bir az sonra «Qurbangah» düşərgəsində janlanma başladı. Sürüjülər Babadağa gətirdikləri ziyarətçilərin hamısının yerində olub-olmaması ilə maraqlandılar.
Artıq yağış kəsmişdi. Yağışın kəsilməsi bəzilərində evə qayıtmaq ümidlərini doğruldurdu. Anjaq hər kəs toplanmalı idi. Sürüjülər bir-birindən
-Adə sənin ziyarətçilərinin hamısı qayıdıblar?-deyə soruşurdular.
17 maşından bir-neçəsinin ziyarətçisindən xəbər-ətər-yox idi. Yoxlamadan sonra məlum oldu ki, 4 kişi itkin düşüb, bir qızı sel aparmış, 1 qadını isə don vurmuşdu. Hamı dünənki yağışın törətdiyi fəsadlardan təlaşla danışırdı.
Səhər açılandan bir xeyli sonra Səfərgilin kuzadan səsi gəldi. Bizdən quru paltar istəyirdilər. Anjaq quru paltar hardaydı? Eyvaz əynindəki köynək və alt köynəyini çıxardıb onlara verdi. Özü isə penjəyinə büküldü
Yağış yenidən yağmağa başladı. Yağışı təkrar başlaması həyəjana səbəb oldu. Sürüjülər narahatçılıqlarını qadınların yanında gizlədə bilmədilər.
-Əşi-yağış kəsməsə vəziyyətimiz ağır olajaq. Getmək üçün tələsməyliyik!-dedilər. Amma heç kəs jürət edib maşınla çayı keçmək istəmirdi. Qorxurdular. Çayın isə heç bir bəndi qalmamışdı. Sel yuyub aparmışdı. Çıxış yolu tapılmalı idi. Hərə bir şey fikirləşir və fikrinin düz olub-olmadığına javab gözləyirdilər.
Yəni heç kəs özünə arxayın deyildir.
Eyvaz kabinaya yaxınlaşaraq dedi:
-Bu gün qayıtmamlıyıq. Yoxsa işimiz lap çətin olajq. Gedim görüm kimi razı sala bilərəm, yolda yoldaş olsun kömək üçün.
Kəmalə, artıq yuxudan oyandı.
-A bajı, ayaqlarım donub-dedi.
Mənim isə baş barmaqlarım don atıb, hiss etmirəm-deyə javab verdim. Eybi yoxdur, heç nə olmaz ən müqəddəs ziyarətgahı ziyarət etdik. Hər şey ötüb keçəjək. Maşının kabinəsındən Eyvazın sürüjülərlə nejə yalvardığımı eşidirdik.
-Gəlin, gedək siz Allah sonra heç gedə bilməyəjəyik. Sürüjülərdən bir neçəsi tərəddüd keçirdirdilər.
-Çayı keçə bilmərik-dedilər
-Allah Kərimdi, keçərik, baxın Babadağın üstündəki, buludlara bir azdan burada yağışdan qiyamət olajaq. Nə qədər ki, o buludlar bura çatmayıb, çayı keçə bilək. Heç kəsin javab vermədiyini görüb yalvarmağa başladı.
A kişilər, qadozu alım, ə nolar gəlin gedək. Sağ qalanlar da qırılar vallah-dedi. Yalvara-yalvara olsa da Eyvaz sürüjüləri razı sala bildi.
Qoşa diferli maşınlardan 3-4 nü yola saldıq. Daha sonra isə özü sükan arxasına keçdi.
-Allah Məhəmməd ya Əli-deyərək motoru işə saldı. Maşın guruldayaraq yola düşdü. Babadağın ətəyi olan Qurbangah düşərgəsində iztirablı saatlarımızı qoyaraq ayrıldıq. Maşın bir xeyli üzü aşağı getdikdən sonra çevrilib Babadağa qalxdım. Orada keçirtdiyim çətin saatlara baxmayaraq etdiyimiz ziyarətin şirinliyi altında Babadağın zirvəsinə tamaşa etdim. Və ürəyimdə «Qismət olsa, yenə görüşərik Babadağ» dedim.
Maşın çayın sahilinə çatıb dayandı. Bizdən əvvəl yola çıxan maşınlar çayın sahilində arxadan gələn maşınları gözləyirdilər. Gözləyənlərə çatıb Eyvaz maşını saxladı.
-Nəyi gözləyirsiz?
-Keçmək mümkün deyil-dedi sürüjülər.
Arxadan gələn maşınlar da bizə çataraq növbəyə duran kimi düzüldülər. Eyvaz çayı sahil boyu gəzdi. Sel yolu tamamilə darmadağın etmişdir. Dayaz yer tapmaq lazım idi. Dağdan tökülüb gələn yekə daşlar yolun dayaz hissəsini bağlamışdı. Çayın hansı istiqamətindən keçə bilinər fərz olunduqdan sonra həmin istiqamət bir neçə javan ziyarətçilər tərəfindən yekə daşlar təmizləndi, daha çökək yerlər isə daşla dolduruldu. Yüngülvari yol açıldı. Eyvaz ən ön sırada dayanan maşının sürüjüsünə:
-Hə tərpən görək-dedi. Sürüjü dəli kimi kükrəyən Girdmançaya baxaraq:
-Mən qorxuram, qardaş, kim istəyir keçsin-dedi.
-A qardaş qorxma, sənin maşının mənimki kimi tək diferli deyil ki, keç get. Eyvaz sürüjünü razı sala bilməyən Eyvaz o biri sürüjülərə mürajiət etməyə başladılar. Heç kəs ilk keçmək üçün razılıq vermədilər. Eyvaz qeyslə birinji jərgədə dayanan maşının diferinin yaxasından tutaraq kabinkadan çıxartdı. Sükan arxasında əyləşərək motoru işə salan kimi maşını çaya sürdü.
Su maşını öz axdığı istiqamət səmtinə çəkdi. İçi adamda dolu maşında adamların həyəjanlı həyəjanlı qışqırığı eşidildi. Maşın suyun istiqamətində bir xeyli üzdü. Daha sonra isə istiqamətini dəyişərək maşın üçün hazırlanmış qoluna sarı çevrildi.
İlk maşın çayı aşdı. Bu hadisəni gərginlik içərisində izləyən, nəfəslərini içərisinə çəkən adamların sanki üzərindən ağır bir yük götürüldü. Bu mənzərədən sonra onlar dərindən nəfəslərini dərdilər. Beləliklə, Eyvaz çətinliklə olsa da çayın sahilində olan maşınların bir-bir o biri sahilə keçirtdikjə ətrafı əlqış səsləri bürüyürdü. Növbə bizim maşina çatdı. Maşın çayın tən ortasına çatan zaman kuzovdakı adamların səsi eşidildi. Sən demə, maşın arxa tərəfdən çökəyə düşdüyündən içərisində olan Iziyarətçilər suya batıblarmış.
Çətinliklə də olsa joşub-daşan Girdmançayın o tayından bu tayına maşınları keçirən Eyvaz sanki juşa gəlmişdir. Üzünü kuzovdakılara tutaraq:
- Yağış kəsir, dözün, bir azdan gün çıxajaq. Lahıjı da keçəndən sonra aldığım qurbanlıq qoçun ətini sizin üçün bişirəjəyəm.
Ziyarətçilər Babadağı ziyaprət etmədikləri üçün təəssüf hissi keçirmirdilər.
-«Şükür Allaha sağ-salamatıq» dedilər.
Artıq yağış kəsmişdi. Təhlükə bir xeyli azalmışdı.
Eyvazın idarə etdiyi QAZ-53 markalı tək buferi olduğundan bəzi yoxuşları çətinliklə qalxırdı.
Amma çayı keçirtdikləri maşının sürüjülərinə arxayın idi. Düşünürdü ki, məni darda qoyub getməzlər yəqin ki.
Qayıdan zaman keçəjəyimiz yolların çox hissəsi üzü yoxuşa dirənirdi. Yollar isə torpaq yolu idi. Bu isə bizim işimizi çətinləşdirirdi. Maşının hərəkətetmə mexanizminin güjü az olduğundan üzüyuxarı dırmana bilmirdi. Bu Eyvazı çox narahat edirdi.
-Tez-tez:
-Birjə yataqdakı təpələri aşa bilsək, qalan yolu birtəhər gedəjəyik-deyirdi. Gözü qarşıda gedən maşınlarda qalmışdı Eyvazın. Öndə gedən sürüjülər maşınlarını sürərək bizdən bir xeyli aralandılar. Bu Eyvazı narahat etməyə başladı.
-Mən dikdir yollarda mütləq batajam. Bunlar uşaqlaşır, amma deyəsən işimiz xarab olajaq.
-Qoyub, getməzlər səni, narahat olma-dedim.
Bizdən sonra «PAZ» markalı bir avtobus gəlirdi.
-Yoxuşda dirənib qalan bizim maşın, bir də geridən gələn bu avtobus olajaq-dedi Eyvaz.
-Allah Kərimdi, o boyda tufandan bizi sağ-salamat çıxarıb buraya qədər gətirən Allah Yəqqin ki, bundan sonra da bizi naümid qoymaz-deyə javab verdim.
-İnşallah!
Dik yol bütünlüklə palçıq olduğundan, lehmələnmişdi.
Maşın dik təpənin tən yarısından sürüşərək düz aşağıda dayandı.
Eyvaz ən çətin yola çatmağa az qalmış maşını əylədi. Arxadan gələn avtobus sürüjüsünü saxladaraq, dedi:
-Qardaş mən güman ki, yoxuşu çıxa bilməyəjəm. Maşın geri sürüşür, onunçün sən hələ burada məni gözlə. Mənim maşınım sürüşüb sənin maşınınla toqquşmasın.
-Yaxşı, hələ bir çıx görək, Allahın köməkliyi ilə təpəni aşarsan bəlkə.
-Çətin olajaq, o biri sürüjülər kömək etsələr bəlkə, çıxa bilərəm onlardan da gözüm su içmir, dönüb geri baxmırlar heç - dedi Eyvaz.
Eyvaz:
-«Allah Məhəmməd Ya Əli» deyərək rolun arxasına keçdi. Onsuzda yermizdən tərpənməyən Kəmaləylə mən (paltarsız olduğumuza görə kabinkadan çıxmağa halımız yox idi) qorxxudan nəfəsimizi içimizə çəkə-çəkə qalmışdıq. Hər on dəqiqədən bir qarşımıza çıxan təhlükəli yerləri keçən zaman:
-Ay Allah, sən özün bizə kömək ol,-deyə Allaha yalvara-yalvara dururduq. Çox vaxt isə Eyvazın hövsələdən çıxardırdıq.
-Qışqırmayın, məni çaşdırarsınız, maşınıaşırdaram-deyirdi. qışqırmaqdansa tutajaqlardan bərk tutun.
İndi isə növbəti çətinliklə üz-üzə qalmışdıq. Lehmələşən palçıq təpələri aşmaq asan olmayajaqdır.
Maşın yolu yarı etməmiş sürüşərək yenidən təpənin ayağında dayandı. Bir neçə dəfə jəhd etdisə heç nə alınmadı.
Eyvazın gözü bizdən önjə təpəni çıxan, sürüjülərdə qalmışdı. Təpəni aşan maşınların ən sonunjusu Göyçay maşını idi. Sürüjünün adını bilmədiyimiz üçün aşağıdan yuxarı onu «qardaş» deyə-mürajiətlə səsləyən Eyvaz:
-Ayə, a qardaş, zinjirin varmı?-deyə soruşdu.
Sürüjü yuxarıdan aşağı əlinin işarəsi ilə «yoxdur» -deyərək, maşina oturdu, motoru işə saldı. Maşın yola düşdü.
Aşağıdan yuxarı bu hadisəni izləyən Eyvazı od götürdü.
-Əjlaf, bajardınsa çayı keçəydin, hələ siz qabaqda gedən maşınların sürüjülərinə baxın. Görürlər ki, yoxuşu çıxa bilmirəm, qaçırlar. Qaçın, qaçın, əjlaflar, kaş mənim maşınımda sizin ki təki qoşa difer olaydı. Mən onda sizin kimi bu yoxuşda xamlıq etməzdim. Adlarını kişi qoyublar.
Kəmalə dedi:
-Qadan alım, ay Eyvaz, hirslənmə, ə onlarda kişilik olsaydı, daha bu yolda arvad, uşağı köməksiz qoyub qaçmazdılar ki?!
-Qoy getsinlər, elə bilirlər mən burda qalajam. Yox, mütləq bu təpəni aşajam.
Arxada avtobusunu saxlayan sürüjü maşından düşüb bizə yaxınlaşdı.
-Ayə bizi qoyub getməklərinə bax nadüristilərin.
Eyvaz avtobus sürüjüsünə:
-Sənin ziyarətçilərinin çoxu kişi xeylağıdır, denən tökülüşsünlər yerə.
Avtobus sürüjüsü maşındakıları hayladı.
-Ay uşaqlar tökülüşün maşından yerə, görək neyləyirik?!
Maşından düşənlərin əksəriyyəti javan və jüssəli kişilər idi. Eyvaz üzünü öz maşınında oturan arvad və kişi xeylaqlarının hamısını kuzadan endirdi.
-Tökülün yerə!-deyə özü kolun arxasına keçdi.
Mən çalışajam təpəni çıxam, amma siz maşını itələməlisiz üzü yuxarı-dedi Eyvaz.
Maşın yenidən təpəni qalxmağa başladı. Elə bu zaman maşından töklüşən adamlar yüyürərək maşını dikə sarı itələməyə başladılar.
Maşının təkəri altından çıxan palçıq qəlpələri maşını itələməyə başlayanların üz-gözünə sillə kimi dəyirdi. Buna baxmayaraq, maşından əl götürmək istəmirdilər.
Lakin güjləri çatmadı. Maşın yenidən sürüşərək aşağıda dayandı.
Yuxarı çıxmaq üçün çarə axtarmağa başladılar. Birdən Eyvaz ziyarətçilərə -qalxın maşina- deyə amiranə səslə bildirdi. Yenidən hamı maşina doluşdu. Heç kəs sual vermədi. Çünki, hamı ümidi Eyvazdan gözləyirdi. Bildirdilər ki, nə etsə yenə Eyvaz edəjək.
Eyvazın isə ağlına yeni bir fikir gəlmişdi deyəsən.
-Nə etmək fikrindəsən-deyə soruşdum.
-Bizdən qabaq yoxuşu çıxan maşınlar yolu sürüşkən ediblər, yoxuşu çıxmaq daha mümkünsüzdü. Mənim maşınımın buna güjü çatmayajaq. Görüm, mümkün edib yolun kənarına çıxa bilsəm, işlənməyən yerdən özümə yol açıb çıxa bilərəmmi?
-Bu qorxuludur, maşını aşırda bilərsən!
-Qorxmayın, birjə siz qışqırmayın-dedi Eyvaz.
Maşın üzü yuxarı yoldan bir az kənar otların üzəri ilə yuxarı dırmaqmağa başladı. Maşın nərildəyə-nərildəyə nəhayət ki, yoxuşu aşdı. Alqış səsləri ətrafı bürüdü.
Növbə avtobusun sürüjüsünün idi. Sürüjü maşina əyləşdi. QAZ-53-ün keçdiyi yolla yuxarı qalxmağa başladı. Amma yoxuşu çıxmağa nail ola bilmədi. Bir neçə dəfə jəhd etdisə də heç bir nətijə əldə edilmədi. Eyvaz yenidən avtobusun sükanı arxasına keçməli odu.
-Düş, bu dəfə mən yoxlayım, görək-dedi avtobus sürüjüsünə.
Sürüjü kabinadan düşüb, yerini Eyvaza verdi. Maşın yoxuşa sarı götrüldü. Eyvaz maşını yerindən sürətlə tərpətdi. Yoxuşa çatmağa lap az qalmış avtobus sürətdən düşdü. Bu dəfə kişilər yüyürərək çiyinlərini maşina dayadılar. Maşın pişik kimi torpağı jırmaqlaya-jırmaqlaya yoxuşu aşdı. Maşını itələyən kişilər sanki palçıqdan paltar geyinmişdilər. Maşının təkərləri altından nə qədər palçıq çıxmışdısa demək olardı ki, hamısı onların üstündəydi.
Artıq hər iki maşın yolun çətin yolları arxada qoymuşdular. Ölüm pənjəsini artıq üstümüzdən götürmüşdür. Maşınlar Lahıj yolunu ötərək, asma körpüyə yaxınlaşırdılar.
Eyvaz maşının sürətini artıraraq dedi:
-Mütləq məni qoyub qaçan sürüjüləri ötüb keçməliyəm.
Kefimiz kökəlmişdi. Həyəjanlı dəqiqələr artıq ötüb keçmişdir.
Eyvaz bizi dərədə qoyub qaçan maşınları bir-bir ötüb keçdikjə onlara uzun-uzadı siqnal verirdi.
Bizi müqəddəs yolla aparan maşın elə həmin müqəddəs yolla da sağ-satamat geri qaytarırdı. İsmayıllı rayonunun yolüstü kəndlərin birində ziyaətə gedərkən tanımadığımız bir javan oğlan bizə əl edərək demişdi-
-Yolunuz uğurlu olsun!
İndi isə mən ziyarətdən qayıdarkən həmin javan oğlanı xatırlayaraq dodoq altı pıçıldadım:
-Ey bu müqəddəs yola çıxanlar, hər birinizin ziyarəti qəbul olunsun! Çünki hər biriniz bu yoda əzziyyət çəkmisiniz, müqəddəs səfəriniz qəbul olunsun!
Dağından sis-duman ötsə
Hər bir kəs niyyət etsə,
Babaya ziyarətə getsə,
Ziyarəti qəbul olsun!
Zirvəsində qar, yağışsa
Arzuların qarşıdasa
Hər kəs zirvəyə qovuşsa,
Ziyarəti qəbul olsun!
Lahıjın qəsəbəsindəki yolda asma körpünü keçdikdən sonra Eyvaz maşını saxladı. Hamı maşından yerə tökülüşdü.
Havada mülayimlik hiss olunurdu. Günün çox yarısı ötdüyündən axşama doğru əyilmişdi.
Təkjə mən maşından düşə bilmədim. Kəmalə isə yaş paltarlarını geyinərək maşından düşdü. Mən hələ də adyalın arasında qalmışdım. Qurbanlıq üçün alınan qoç kəsildi. Ojaq qalandı, qoyunun əti bişirlidi bayram süfrəsi açıldı. İki gün idi ki, ziyarətçilər demək olardı ki, heç nə yeməmişdilər. Yola götürdükləri yol azüqəsini harda oldu elə əlüstü yeyilmişdi.(mən yeməyəimi maşının kabinasında yedim) Ziyarətçilər sağ-salamat olduqları üçün bayram əhval -ruhiyyəsində idilər.
Artıq gün batırdı. Maşın yola düşdü, üzü Şamaxı istiqamətinə yol aldı. Biz şəhərə çatanda artıq qaranlıq düşmüşdü, göz-gözü görmürdü. Qaranlığın düşməsinə ən çox sevinən mən idim. Çünki məni çılpaq, adyalın arasında gəldiyimi heç kəs görməyəjəkdi.
Bu səfərin ağırlığına baxmayaraq ürəiymdə fikirləşdim:
-Ömür vəfa etsə, məni gələn il yenə gözlə, Babadağ!
|