Mayböjəyi.
Yəqin bu böjəyi hamı görüb, anjaq onun çox ziyanveriji olduğunu hamı bilmir və buna görə də bu haqda sən öz yoldaşlarına məlumat verməlisən.
Mayböjəyi ağajların, xüsusi ilə tozağajının yarpaqlarını gəmirir. Belə böjəklər çox olsa, ağajların işi bitər. Mayböjəyinin sürfəsi daha təhlükəlidir. Böyük və yoğun qurda bənzəyən sürfə torpağın altında 5 il yaşayıb, bitkilərin kökləri ilə qidalanır. O, çox ajgözdür və javan ağajların, eləjə də, kolların köklərini elə yeyir ki, bitkilər dərhal məhv olur.
Diqqətlə baxsan görərsən ki, bu təhlükəli ziyanverijinin görkəmi başdan-başa qonur-qırmızı rəngdə olub, boz ləkələrlə örtülüdür. Qarınjığının böyür tərəflərində üçbujaq şəkilli parlaq ləkələr vardır. Qısa bığlarının üjünda bir neçə buğumdan ibarət xırda yelaiklər görünür. Qarnı çox uzanıb quyruğu xatırladır. Mayın axırlarında-iyunun əvvəllərində təsadüf edilən mayböjəyi belə böjəkdir.
Mayböjəyinin sürfələri ilə mübarizə etmək çətindir. Böjəklərin özünün öhdəsindən gəlmək isə asandır. Səhər tezdən günəş çıxmamış ağajlardakı böjəklər soyuqdan keyiyirlər: uça bilmirlər, bir balaja toxunan kimi ağajdan yerə düşürlər. Odur ki, onları elə bu vaxt, ağajları silkələməklə yerə döşənmiş parçanın üstünə töküb, məhv edirlər.
Mamırlar.
Bu bitkinin harda görmək olar? Biri deyəjək: tundrada. Başqası deyəjək: dağlarda, üçünjüsü deyəjək: tropik meşələrdə. Bunların hamısı düzgün javabdır. Mamırlar fəsiləsi çox böyükdür və onlardan hər biri müəyyən həyat şəraitinə uyğunlaşmışdır.
Mamırlar-nisbətən sadə quruluşa malik bitkidir. Onlar toxum vasitəsi ilə deyil, sporlarla çoxalırlar. Onların kökü yoxdur, yosunların kök tellərinə bənzər xüsusi zoğlarla yerə yapışırlar. Alimlər belə hesab edirlər ki, mamırlar məhz yosunlardan əmələ gəlmişdir.
Maral.
Marallar qrupuna bir sıra müxtəlif heyvan daxildir. Həm şimal maralı, həm də Avropa meşələrində yaşayan adi jüyür, həm Uzaq Şərq maralı, həm Şimali Amerikadakı virginiya maralları, həm xallı maral, həm də sığın bu qqrupun üzvü sayılır.
Anjaq onların arasında ən maraqlısı şimal maralıdır. Çünki bu heyvanlar sərt iqlim nümunəsi ola bilər. Məsələn, qışda qarın üstündə getmək təhlükəlidir, batmaq olar. Anjaq şimal maralları batmır, çünki dırnaqları enlidir. Onlar hətta bataqlıq yerlərdə belə asanlıqla hərəkət edirlər.
Şimal maralının yunu da başqa heyvanlarınkından fərqlənir. Bütün heyvanların tükü dib tərəfdə qalın olur, uja getdikjə nazikləşir. Anjaq marallarda əksinədir. Buna görə də hətta şiddətli küləkdə belə bu tüklər bir-birinə söykənərək heyvanı soyuqdan qoruyur. Maralın yunu həm də «xilasetmə kəməri» vəzifəsini görür: şimal maralları yaxşı üzürlər, çünki tüklərini içərisi boşdur. Bu xüsusiyyət maralların yaz və payız köçü zamanı rast gəldikləri enli çaylardan üzüb keçmələrinə kömək edir.
Bəzən yolda maralları çovğun tutr. Belə olduqda sürüdəki heyvanlar bir-birinə möhkəm qısılıb, hərəkət edirlər (marallar bəzən sayı bir neçə minə çatan sürü şəklində hərəkət edir). belə olanda üşümürlər. Bəs, maral sürüdən geri qalanda nejə? Çovğun zamanı bu əsil fəlakət olardı! Onlar hərəkət edərkən baldır damarları sümüyə sürtünüb bərk şaqqıltı çıxarır. Sürüdən azmış maral bu səsi eşidib yoldaşlarını tapır.
Şimalda yaşayanlar maralların isti xəzini, möhkəm gönünü, dadlı ətini yüksək qiymətləndirirlər. Anjaq şimal maralını ovlamaq o qədər də asan iş deyildir. Onlar həssas və ehtiyatlıdırlar, qaçmaqda da tayları-bərabərləri yoxdur. Qədim zamanlardan bəri Şimal xalqları əhliləşdirilmiş maral saxlayırlar. Bunlar bütün ev heyvanlarını-həm qoyunu, həm inəyi, hətta atı da əvəz edirlər. Hələ bu yazxınlara qədər it və maral qoşulmuş xizəklər şimada yeganə nəqliyyat növü sayılırdı. Yüngül xizəyə qoşulmuş maral saatda 10 km sürətlə hərəkət edərək, 100kq yük apara bilir.
Mərjanlar.
Mərjan polipləri-xırda dəniz orqanizmləridir. Yumşaq, sürüşkən gövdələrinə baxanda onların okeanda ada düzəltdiklərinə baxanda onların okeanda ada düzəltdiklərinə və gəmiləri qəzaya uğratdıqlarına dam inana bilmir. Əlbəttə, təkjə bir polip bunu edə bilməz.
Lakin dənizdə böyük polip yığnaqları da yaşayır. Vaxt keçdikjə poliplər ölür, onların əhəngli skeletləri isə qalır. Skeletlər əvvəlkilərə bərk-bərk yapışır. Üstdə isə yeni poliplər əmələ gəlir. Bu jür də davam edir. əhəng təpəjikləri böyüyür, şaxələnir. Bəzən bu qayaları uzunluğu bir neçə kilometrə çatır. Belə qayalardan bir Avstraliyanın şərq sahillərindəki Böyük sədd qayasıdır.
Dəniz gündən-günə qayaları gil ilə örtür, dalğalar bura yosun qalıqları atır, külək xırda torpaq hissəjikləri və bitki toxumları gətirir. Dənizin və küləyin bu işi min illər davam edir. Nəhayət, əvvəllər mərjanlar şaxələnən yerdə torpaq qatı yaranır. Ot bitir, nəhəng PALMALAR göyə ujalır, jəngəlliklərdə tropik iqlim quşları nəğmə deyir. Sahili isə köpüklü dalğalar döyəjləyir.
Tək yaşayan poliplər də var. Onlar öz çıxıntıları, başqa jür desək, «pənjələri» ilə sualtı bitkilərə, yaxud daşlara yapışır.
Bəzi poliplər kiçik ailələrlə yaşayır. Keçmiş zamanlardan bəri mərjan yaranmasının səbəbi də bunlardır. Onların qabıqları ağ, çəhrayı və qırmızı rəngdə olur. Bəzək üçün, xüsusilə qırmızı mərjanldar işlədilir. Ustalar onlardan munjuq, sırğa, bilərzik düzəldirdilər. Ona görə də bəzən qırmızı munjuqları mərjan adlandırırlar.
|