Kəllə

      Həyat sanki öz axarı ilə davam edirdi. Bir ilıq payız günündə səliqə səhmanlı həyət gülüş səsləri ilə dolmuşdu. Sanki bu payız günündə göy üzünü işıq seli yarmış göy qurşağı kimi rəngarəng çalarla cavadın həyətinə işıq səpələnmişdi. Həyətdə Səma ilə Sima qoz ağacından asılan yelləncədə cingiltili gülüşlərlə yellənirdilər. Simirxan çardaqdan üzüm salxımları dərib dərin ləyənə yığırdı. Məktəbdən gələn Surxay dəmir darvaza ağzında dayanaraq onlara tamaşa edirdi.  Selan əyninə geyindiyi qırmızı donun ətəklərini bir əlində torba kimi büzmuş, digər əli ilə isə ağacdan dərdiyi almaları ətəyinə toplayırdı. Çeşmi yenicə bişirdiyi təndir çörəyini nehrə yağı və pendirlə həyətdəki stolun üzərinə qoyub, uşaqlarını səslədi:

  -Gəlin, isti şörək yeyin, dedi  Özü isə bankada saxladığı, qoyun qursağdan hazırladığı pendir mayasını götürüb inəkdən yenicə sağdığı südü pendir hazırlamaq geri döndü.

 Hər kəsin üzündə dinclik və fərəh hiss olunurdu. Lakin bu fərəhə kölgə salan, bir nigarançılıq hiss olunurdu Cavadın üzündə. Surxayı qapı ağzından kənarlaşdıran Sərvin göy qurşağı kimi sallanan işıq selinin içərisindən keçib, çöhrələrdəki sevinci öz kədəri ilə kölgələyən atasına yaxınlaşdı.

-         Salam, ata. Necəsən? - deyə soruşdu.

Həyəti bağdan ayıran dəmir çərçivəyə söykənən Cavad qussə ilə qızının salamını aldı. Üzüntülü səslə;

-         Salam - dedi. Xoş gəldin qızım.

-         Sağ ol ata. Nədi, yenə niyə qüssəlisən?

Cavad onun sualına sualla cavab verdi. Qoltuğundakı nədir elə?

Sərvin qoltuğundakın yadından çıxartmıdı bir anlıq. Sualdan sonra onu xatırlayaraq; -Hə, bu? Budu da it kəlləsi, -deyə cavab verdi. Cavad ah çəkdi.

-         Mən ki, onu sənə yox, qardaşına verməyi tapşırmışdım bibinə. Səndə nə gəzir?-soruşdu Cavad.

-         Bibi mənə verdi. Amma neyləcəyimi demədi. Bəlkə sən deyəsən?! Bunu neyləyim ata? Ümumiyyətlə, bu nə deməkdir? Cavad asta-asta başını yırğaladı. Gözünü torbadakı it kəlləsinə zilləyərək dilləndi:

-         Bu həmin o itin kəlləsidir ki, qızım, bu it qan davası saldı Qəvi ilə mənim arama. Mal tövləsinə oğurluğa gələn zaman dərmanla uyutduğu itin kəlləsidir, qızım. Və bir də barmaqsızın barmağını qoparan itin kəlləsidir. Qəvi itin başını kəsdi bir gecə. Mən də onu götürüb saxladım ki, bir zamanlar Qəvinin qarşısına qoyum və deyim ki, it vəfalıdır. Sahibinə xəyanət etməz, sən isə dostluğa xəyanət etdin. Və onu da deyim ki, bu cansız it kəlləsi səndən dəyərlidir mənim üçün. Amma deyəsən, düşündüyüm Allahın xoşuna gəlmədi. Sözünün bu yerində Cavad üzünü göyə tutdu. Daha göy üzündən işıq seli axmırdı. Parça buludlar dolaşırda asimanda. Cavad qızarmış gözlərini səmadan ayırmadı. Sərvinə elə gəldi ki, atası göy üzündə Allahı axtarır. Nəhayət, Cavad gözlərini bir-birilə pəncələşən buludlardan ayırıb spzünə etdi.

-          Bibinə tapşırmışdım ki, Surxay mənim əvəzimə it kəlləsini ona hədiyyə etsin. Cavad bu məqamda təssüflə başını buladı. Sonra da olanları özün bilirsən… O,  fikirlərini bitirməmiş çeçədi. Xəstə vaxtlarında olduğu kimi təngənəfəs oldu. Bir az sözünə ara verib yenidən dilləndi.

-         Bir vaxtlar, cavan ikən Qəvi ilə dost idik. Sonralar yollarımız ayrıldı. Çünki, o dostluğa xəyanət etdi. Cavad daha danışmaq istəmədi. Əli ilə sinəsini, ürək başını astaca ovuşdurdu. Sonra dərindən nəfəs alıb sözünə davam etdi. Daha bunun əhəmiyyəti yoxdur, -qızım, dedi.

İşıq seli yenidən başları üzərində peyda oldu və bu zaman Sərvin bir andaca atasının üzünə xoş təbbəssüm qonduğunu gördü. Cavad Sərvinin əlindən tutub, -dilləndi.

-Gəl mənim cənnətməkanıma bax, -qızım, -dedi. (Kitabdakını ver)

 

Cavad yenə qayğılandı. Üzünü Sərvinə tutub:

-         Sərin bax, o yeri görürsən? - deyə uzaqdakı yolu göstərdi. Bax, ora “Əstərənsafil” deyilən yerdir. Bir-iki günə  mən Qəvi və Barmaqsızla orada görüşəcəyəm.

-         Nə? - deyə Sərvin həyacanlandı.

-         Hə, Qəvinin zamanı dolub, qızım. Amma burada da yollarımız ayrılacaq o mənim cənnətməkanımda yer almayacaq.   

 
Əlavələr
 
Facebook beğen
 
 
 
Bugün 9 ziyaretçi (22 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol