Qəm yağışları
(Novella)
Qəmli payız günü idi. Payızın yağışı xırda-xırda çiləyirdi. Göyün qaş-qabağı elə dünəndən ajıqlı adamın üzü kimi tutulmuşdu. Narın yağış getdikjə iri damjılara çevrilərək, gurlaşmağa başladı. Küçədə heç kəs gözə dəymirdi. Bakının sakinlərini yağış ev-eşiklərinə çəkilməyə məjbur etmişdir. Tək-tük ərzaq almaq məjburiyyətində qalan şəhər sakinləri yaxınlığdakı balaja dükandan lazimı azuqələrini aldıqdan sonra tez-tələsik özlərini yaşadıqları evin dalanına çatırırdılar.
Səriyyə xalanın ovqatı bu günün havası kimi dumanlı idi. Dindirən olsaydı bu yağan yağış kimi gözlərindən leysanlayardı. Yaman qəribsəmişdi oğlu Faiq üçün. Oğlundan yaman nigaran idi.
-Görəsən indi oğlum haradadır, nə edir, sağdırmı? düşünjələriylə gününü keçirən ana, ümudünü oğlundan üzmürdü ki, üzmürdü. Bütün günü özü ilə beləjə, ürəyində danışır: - Bəlkə oğlum ölməyib, əsir düşüb?! Əger elədirsə də oyunja çörək yemir yəqin tifilim? Qara fikirlər Səriyyə xalanı rahat buraxmır, hər gün başından min jür qorxulu düşünjələr keçirdi. Səriyyə xalanın oğlu iki il idi ki, Qarabağ uğrunda gedən döyüşlərə getmiş, sonradan səs-səmiri kəsilmişdir. Ananı isə intizar üzürdü.
«Sizin oğlunuz itkin düşmüşdür». Bu xəbər Səriyyə xalanın qəbini didim-didim etmişdir. Amma ölüm xəbərindənsə, itkin xəbəri onu az da olsa ovundururdu. Bəlkə sağdı?! Tapılajaq! ümidi ilə yaşayırdı ana.
Çöldə yağan yağış ananın dərdinə şərik çıxırdı sanki. Buludlar da Səriyyə xala kimi ürəyini boşaldıb yüngülləşmək istəyirdi elə bil. Fərq təkjə onda idi ki, yağışın «göz yaşları» küçəni, ananın göz yaşları isə öz içini yuyurdu. Səriyyə xala heykəl kimi pənjərə qarşısında dayanıb, gözlərini həyətdəki balaja çalada göllənən yağışın suyuna zilləmişdir. Əslində, o, çalaya baxmırdı, həmişəki kimi öz xəyalı ilə danışırdı. Onu səsləyən olsaydı bəlkə də eşitməzdi.
Pənjərəyə çırpılan iri yağış damjısı ananı səksəndirib, xəyaldan ayırdı. Üzünü otağa çevirib, yorğun nəzərlərlə ətrafını süzdü.
Divanda əyləşən, məzlum baxışlarla ona tamaşa edən qızı Sonanı gördü. Sona anladı ki, anasının yadına yenə qardaşı düşüb. Belə vaxtlarda Sona çalışırdı kı, xəstə anasının fikrini dağıtsın.
***
Tibb Universitetitinin birinji kurs tələbəsi olan Sona dərs ilini bu ildə çətinliklə başa vurdu. Dolanışıqları ağır idi Sonagilin. Şikayət etməsə də, içində əzab çəkirdi. Hər şeyi yaxşı başa düşən qız anasının üzüntülərini də dərindən anlayırdı.
Qaçqınlıqdan sonra anasının şəhər həyatına alışa bilməməsi, el-obadan ayrı düşməsi, bu müsübət bu azmış kimi, Faiqin öldü-qaldı xəbərini almamış atasının vəfati, qardaşı Faiqin iynə olub yoxa çıxması, bütün bunlar balaja qızjığazın böyük dərdi idi. Sona anasının yarasının qaysağını qoparmamaq üçün susur, heç nəyi yada salmağa çalışmırdı.
Hələ qaçqınlıqdan əvvəl Səriyyənin sonbeşik oğlu sarılıq xəstəliyindən vəfat etmişdir. Qəbri əsirlikdə qalmışdır. Sonbeşik oğlunun dərdini çəkə bilməyən ana haradan biləydi ki, köhnə yarası qaysağlanmamış, təzə yarası irinləyəjək. Heç olmasa sonbeşik oğlunun ölümünü görmüşdü Səriyyə xala. Faiqin dərdi isə daha ağır idi. Onun nə öldüsündən, nə qaldısından xəbər yox idi. Ana gözlərini oğlunun gedən yollarından çəkə bilmirdi ki, bilmirdi. Ananın iztirablarını Sonadan yaxşı anlayan yox idi. Sona hər gün anasının çəkdiyi ajıları görür, onu heç nəylə ovundura bilməyəjəyini düşünürdü. Atası sağ olsaydı Sonanın çiyinlərinə iztirab yükü düşməzdi bəlkə də. Artıq səbri tükənmək üzrə idi. Bəzən ürəyini başaltmaq, xəlvətə çəkilib ağlamaq istəyirdi Sona. Amma dözürdü. Bu gün isə dözə bilmədi. Onsuz da ağlamaq üçün bir bəhanə gəzirdi. Sonanın nəmlənmiş gözləri anasında olsa da xəyalı bir neçə anlıq rayonda qoyub gəldikləri evlərinə qayıtdı. Ötən günlər yadına düşdü. Burnunun uju göynədi o günlərçün.
Bütün məjburi köçkünlər kimi Sonagil də 1989-ju ildə el-obalarından ayrı düşmüşdülər. Qaçqınlıqdan sonra, onlar şəhərdə müvəqqəti məskunlaşdılar. Ümidlərini torpaqları geri alınan günə bağlanmışdılar. Şəhər həyatına alışa bilmirdilər. Anası tez-tez deyirdi:
-Başa düşə bilmirəm, şəhər evlərinnin nəyini tərifləyirlər axı? Elə bil qutuya girmişəm. Heyf deyil kənd həyatı! Vallah, mümkünüm olsa bir gün də burada qalmaram. Allah erməniləri evsiz-eşiksiz qoysun, bizi evsiz-eşiksiz qoyduqları yerdə. O bağlı-bağatlı həyət bajanın halı nejə oldu görəsən?
O zamanlar heç nəyin dərdini çəkməzdi Sona. Düzdü, jəh-jəlal içərisində yaşamasalarda sakit və firavan həyat keçirirdilər. Heç belə ağır günləri olmamışdır. İndi isə hər şeydən korluq çəkirdilər. Axı o, hələ tələbə idi, işləmirdi. Hər gün nəqliyyat pulu, yemək xərji lazım gəlirdi. Hələ geyimdən danışmırdı. Universitetdə geyimli-keçimli qızların yanında sıxılırdı. Tələbə rəfiqələri gündə bir dəst libas geyinirdilər. O, isə Universitetə getmək üçün yol pulu belə tapmırdı. Əyninə geydiyi nimdaş paltarları da dost-tanış bağışlayırdı ona. Bütün bunlar onu utandırsa da:- Allah Kərimdir. Hər şeyyaxşı olar inşallah! deyirdi.
Əslində Sona qrupdakı qızların çoxusundan gözəl idi. Geyinib keçinsə, bəlkə də Universitetdəki gözəl qızların birinjisi ola bilərdi. O, bəzən öz-özünə təsəlli verirdi:-Eh, yaman günün ömrü az olar. Təki sağlıq olsun! Qardaşım sağ-salamat gəlsin! Anam xiffət çəkməsin. İnşallah Faiq qayıdıb gələr, ailəyə köməklik edər, mən də ürəyimjə geyinər, bu günlərin ajısını çıxardaram.
Amma çox vaxt anasına yazığı gəlirdi Sonanın. Elə bu günkü kimi. Hərdən fikirləşirdi: «Məzlum, biçarə anam!». Əvvəljə kiçik oğlunun, sonra ərinin, daha sonra da Faiqin dərdi - duz yükündən də ağırdı çiyinlərində. «Yazıq arvadın ürəyi partlamasa yaxşıdır».
Sona düşünjələr içərisində başını qaldırıb anasa baxdı. Ana ilə qızın baxışları toqquşdu. Hər ikisi qəm-qüssə içərisindəydi, hər ikisinin baxışları intizar çəkirdi. Ana oğul intizarında, bajı qardaş intizarında. Hər ikisinin dərdi eyni dərd idi.
Ayrılıq yaman olurmuş! Özü də bir-birinin dalınja gələn zillətli, zülümlü ayrılıq. Vətən ayrılığı, ata ayrılığı, qardaş ayrılığı!
Bəzi vaxtlarda ana, bəzən də qız anasına təsəlli verər, bir-birlərini ovundurardılar. Bu dəfə nə Sona, nə də ana Sonaya təsəlli verdi. İndi hər ikisinin təsəliyyə ehtiyajı var idi. Sona əyləşdiyi yerdən hüzünlü, asta addımlarla qalxıb, pənjərə qarşısından hələ də çəkilməyən anasına yaxınlaşdı. Hər ikisinin gözləri nəmlənmişdi. Birdən otaqda yanıqlı hıçkırıq səsləri gəldi. Ana ilə qızın qolları eyni vaxtda bir-birlərinə uzanaraq sarmaşıq kimi bir-birlərini sarıdı.
Artıq Səriyyə xalanın pənjərəsin yağış döymürdü. İndi növbə anayla balanın gözlərindən yağdırdığı leysan yağışlarının idi. Hər dəfə gizlijə ağlayan, içinə tökdüyübalasının əl-ayağına göz yaşlarını ana bu dəfə aşkar ağlayaraq gizlətmədi. Balasının göz yaşlarına qarışan öz yaşlarını gözündən isladırdı.
* * *
Dünənki yağışdan əsər-əlamət qalmamışdı. Heç hava da payız havasına bənzəmirdi. Elə bil yazın gəlişinin ilk günləri idi. Adam yandıran gün çıxmışdı. Günəşin isti şəfəqləri dünənki yağışın islatdığı həyət, bajanı qurudurdu.
Bəzən fikrini dağıtmaq üçün həyətə düşən Səriyyə xala bu gün də küçəyə hava almağa düşmüşdür. Binanın qarşısındakı böyük tut ağajına bərkidilən taxta oturajaqda oturub, fikrə dalmışdı. Oğlu Faiqi düşünürdü. Qəfildən eşitdiyi səs onu fikirdən ayırdı:
-Vaxtın xeyir olsun ay Səriyyə! Salam verən qonşusu Zeynəb idi.
-Aqibətin xeyr!
-Deyəsən, bu gün hava xoşuna gəlib, həyətə düşmüsən? Dünənki yağışı gördün də?! Maşşallah, bu günsə əsl yaz havasına oxşayır. Yağışdan sonra göyün üzü tərtəmiz açılıb.
Səriyyə xala başını qaldırıb göyə baxsa da bir söz demədi. Səriyyənin halının pərişan olduğunu görən Zeynəb:
-Yenə gözümə bir təhər dəyirsən, nə olub a bajı?
-Ay Zeynəb, ürəyim yaman narahatdı. Allah eləməsin, elə bil nəsə olajaq. Heç özümdə-sözümdə deyiləm. Dilim-ağzım qurusun, deyirəm, Faiqimdən Allah eləməmiş, bəd xəbər-zad eşidərəm.
Zeynəb dərin bir ah çəkdi. Səriyyə onun yadına oğlu Şaiqi salmışdı. Zeynəb arvadın yaralı yerinə toxunmuşdu qonşusu.
-Ürəyinə qara fikir gətirmə, ay Səriyyə, darıxma! Tezliklə müharibə qurtarar, bizim balalarımız sağ-salamat geri dönərlər.
-İnşallah! Allah ağzından eşitsin!
-Deyirəm, ay Səriyyə, bu qansız ermənilər bizdən nə istəyirlər axı? Halal torpaqlarımıza gözlərini niyə dikiblər, niyə qoymurlar sakit oturaq?! O torpaqlar bizim dədə-baba torpaqlarımızdı. O torpağı bizə əmanət verib gediblər. Biz də ki belə…Zeynəb sözünü yarımçıq kəsərək susdu.
-Uşaqlar dözmədilər ermənilərin vəhşiliyinə ay Zeynəb, onun üçün yollandılar Qarabağa. Gedişləri xeyirə jalanar inşallah! Sən də tez-tez dua et Allaha. Allahın mərhəməti üstlərindən əskik olmasın.
- Vallah edirəm Səriyyə. İnşallah, sağ salamat dönərlər. Araya jansıxıjı sükut çökdü. Səriyyə sükutu pozaraq:
-Sənin Şaiqindən nə xəbər var?
-Ara-bir səs-səmrini eşidirik, çox şükür! Bəs sizin uşaqdan nə xəbər?
-Eh…h… Hərbi Komisarlığın qapısını döyməkdən daha yorulmuşam. Artıq Rayon Məhkəməsi 6 ay bundan əvvəl balamın İtkin düşməsi barədə iddasın qaldırıb. Hərbi hissə Komandirini də görüb, danışdırdım, İtkin düşmə səbəbni heç jür izah edə bilmədi. Uşağımdan mənə qalan zəhrimara qalmış «bir parça kağızdlı» -o kağızı hər görəndə gözlərim ağrıyır Zeynəb, gözlərim. Bu şikəst ayaqlarımla hara gedim, nejə xəbərin alım?! Bir tikə yağlı əppək olub balam, yeyilib elə bil uşaq.
-Tapılar Allah qoysa, darıxma, Allah Kərimdi! - Zeynəb dilləndi.
Səriyyə ümidli baxışlarla üzünü qonşusu Zeynəbə tutaraq: -Allah ağzından eşitsin, İnşallah!
-Allah lənət eləsin kafirlərə! dedi Zeynəb.
- Amin! Mən daha gedim qonşu, balalarımız da Allah amanında olsun! Səriyyə dalana sarı yönəldi. O, yük daşıyan adamlar kimi ağır-ağır, doqquzmərtəli binanın pillələrin qalxmağa başladı. Səriyyə özü getsə də özündən böyük qəm ü qonşusu Zeynəbin çiyinlərinə şələlədi. Qonşusunun arxasınja baxa-baxa qalan Zeynəb ürəyində Səriyyəyə ajıdı.
-Yaman dərddi, Səriyyənin çəkdiyi dərd. Alllah heç kimə göstərməsin. Yazığın balasının öldüsündən, qaldısından xəbər-ətər yoxdu.
Zeynəbin dərdi Səriyyənin dərdindən heç də geri qalmırdı. Zeynəb də pərişan idi. Amma o bunu qonşusuna bildirmədi. Fikirləşdi ki, Səriyyənin öz dərdi özünə bəs edir.
***
Neçə gün idi ki, Zeynəbin yuxusu ərşə çəkilmiş, gözündən qaçaq düşmüşdü. Qulağı səksəkədə idi, hər eşitdiyi səsdən səksənirdi. Gözünə bir balaja yuxu gedən kimi də yuxularını qatışdırırdı. Oğlunu odun alovun içərisində görür, nə qədər kömək etmək istəyirdisə də heç nə bajarmırdı. Odun-alovun içində qalan Şaiq isə «Ana gəl məni evimizə apar deyə zarıyırdı. Gördüyü yuxu onu dəli etmişdir. Yuxudan oyanan kimi soğan dişləmiş, pənjərədən atmışdır ki, ağrı-ajı balasından uzaq olsun. Bununla da ürəyi sakitləşməmiş evdən sədəqə ayırıb dilənçiyə vermişdir. Ürəyində: - «Ay Allah, Faiqimi sağ-salamat evə qaytar.» deyə Allaha yalvarmışdır. Etdiklərindən sonra bir balaja sakitləşən Zeynəbi Səriyyənin bugünkü söhbəti yenidən narahat eləmişdir. Şaiq yadına düşdü.
Xəyallar Zeynəbi ötən illərə qaytardı. Ermənistanın Azərbayjana təjavüzü, torpaqların bir-birinin dalınja işğal olunması…
Azərbayjanın ən ağır günləri idi. Qərbi Azərbayjanlıların 1988-ji ildən deportasiya edilməsi, ətrafın bir-birinə çaxnaşan ağır zamanında Səriyyə xala ilə Zeynəbin tanışlığı başlandı. Sonradan tale onları yaxın qonşu etdi. Bu qonşuluq uşaqlarının da bir-birinə yaxın dost olmasına səbəb oldu.
Onlar doqquzmərtəbəli binanın blok qonşusu idilər. Hər iki evi bir arakəsmə ayırırdı. Qəribə idi ki, hər iki qonşu uşaqlarının adları, soyadları bir-birinə oxşar idi. Ürəklərində Vətən eşqi, Vətən məhəbbəti daşıyan dostlar fikirləşdilər ki, tezliklə döyüşə getməlidirlər. Vətənpərvərlər vətənlərininn müdafiəsinə qalxdılar. Onlar deyirdilər, düşmənin işğal etdiyi torpaqlarımızı mütləq geri almalıyıq, mütləq!
Buna görə tezliklə döyüşə getməyi qərara aldılar. Odur ki, könüllü olaraq hərbi komissarlığa mürajiət etdilər. Gedəjəkləri günü müəyyən olunduqdan sonra fikirlərini valideynlərinə açıqladılar. Vətən dardadır, kim nə deyə bilər ki?! Zeynəb Allaha əmanət ol! desə də nigarançılıqla dolu qəlblə oğlunu Qarabağ döyüşlərinə göndərdi.
Təsadüfü olsa da əvvəljə onlar birlikdə, «N» adlı hərbi hissədə döyüşürdü. Sonralar jəbhə yolları ayrıldı. İlk vaxtlar bir-birlərindən xəbər tutsa bilsələr də, soralar bu əlaqə də kəsildi.
***
Tez-tez yağan yağışlar payızı gəlmək üçün tələsdirdi sanki. Payız gözəli olan xəzəllərin narın-narın uçan, hər tərəfi qızılı çalarlara bələyən, payız mehinin ürək sərinlədən vaxtdında ürəkləri yandıran bəd bir xəbər payızın gözəlliyini alt-üst etdi. Payızın saralmış, solmuş xəzan yarpağı kimi bənizləri saraldan bir xəbər- Faiqin ölüm xəbəri oldu.
Bu ajı və ağır xəbər iki ananın oğulları haqqında olan söhbətindən üç gün sonra gəldi.
Günorta vaxtı əzaba sürgün Səriyyənin qapısı döyüldü. Qapını Sona açdı. Qapı ağzında hərbi geyimli bir nəfər dayanmışdır. Onun əyninə geyindiyi hərbi paltarların çiyinlərində dörd kiçik ulduz görən Sona bu adamın kapitan olduğunu, və Hərbi Komisarlıqdan gəldiyini anladı. Kapitan əvvəljə Sonadan evin ünvanının düz olub-olmadığını soruşdu. Sona onun sualına javab verə-verə Allah xeyir eləsin, görəsən nə xəbərdi?» düşünə-düşünə gələnlərdən:
-Sizə nə lazımdır? - deyə soruşdu.
Qonaq əvvəljə onun qardaşı haqqında bəzi suallar verdi, sonra isə evdə anasının olub-olmadığını soruşdu. Sonaya elə gəldi ki, qardaşından nəsə bir xəbər var- özü də şad xəbər. «Yəqin, qardaşım tapılıb». Düşünjəsiylə sevindi. Lakin Sona gələnlərin üzlərində az da olsa sevinj əlaməti görmədi. Bu Sonanı narahat etməyə başladı.
Qonaq danışmağa çətinlik çəkdi. Dili topuq vururdu. Kapitan evə keçmək üçün ijazə istədi. Sona təlaşla kənara çəkilərək, qonaqa yol verdi.
Nə yaxşı ki, ana evdə yox idi. Qonaqlar gətirdikləri teleqramı ev sahibəsinə verməyə jürət etmirdilər. Teleqramda anaya oğlunun «Göstərdiyi şüjaətə görə, fəxr ediləjək bir övlad yetişdirdiyi üçün anaya təşəkkür edilir, Vətən uğrunda vəfatı ilə əlaqədar başsağlığı» verilirdi.
Kapitan Faiqin jəsədini gətirmək üçün ijazə istəyirdilər. Məsələdən xəbər tutan Sona «yazıq anam» deyərək, fəryad qopardı. Ağlaya-ağlaya:
-Anam sənin gəlişini belə gözləmirdi, ay qardaş elə mən də...
Xəbəri gətirənlərdən biri Sonaya təskinlik verməyə çalışdı:
-Bajım, yaxınlarına xəbər ver, bir azdan qardaşını gətirərlər, hazırlaşmaq lazımdır. Sona havalı kimi otağın bir başındın o biri başına yüyürür, yenidən geri qayıdır, nə edəjəyini bilmirdi. Sona gəlib otağın tən ortasında dayanaraq xəbər gətirənlərin üstünə qışqırmağa başladı:
-Mən indi nə edim? Yazıq anama bu xəbəri nejə verim.?!
Bəlkə, yaxınlarından birinə deyəsən bajı, olar?
Elə bu vaxt Sonanın yadına dayısı Vəli düşdü. Zəng vurub, ağlaya-ağlaya məsələdən onu xəbərdar etdi. Çox keçmədi ki, dayı özünü bacısıgilə çatdırdı.
***
Qara xəbər yüyrək olar deyirlər. Heç bir saat keçmədi ki, bütün qohum-qonşular artıq Səriyyə xalagilə yığışmışdılar. Hamı məsələdən agah idi. Təkcə xəstəxanada xəstə yatan Səriyyədən başqa. Bir azdan onu da xəstəxanadan gətirdilər.
Faiqi hələ gətirib çıxartmamışdılır. Zavallı ana yenə oğlunu gözləyirdi. Bu dəfə Faiqin ruhsuz bədəni üçün nigaran idi. Gözləri ilişib qapıda qalmışdı. Yaman arzulayırdı oğlunu Səriyyyə xala. Elə bil oğlunun cansız bədəni deyil, özü gələkdir.
-Gəl çıx bala, gəl çıx! deyə oğlunu arzulayırdı.
Ana baş-gözünə döyür, nə edəcəyini bilməyərək, vecsiz yerə qalxıb-oturur, arabir də Faiq, oğul!- deyə nalə qoparır:
-Gözümü yollarda qoyan oğul, itkin düşən bala, axı sənin dönməyini belə arzulamırdım-deyib hönkürürdı. Ananın halı Sonanın bağrını dəlirdi. Sona gah ağlayır, gah da anasının hayına qalaraq yan-yörəsinə keçir, onu sakitləşdirməyə çalışırdı. Əlindəki yaylıqla anasının göz yaşlarını silən Sonanın gildir-gildir tökülən göz yaşlarını silən gərək idi. Bunu görən Vəli Səriyyəyə:
-Sakit dur, ay Səriyyə, Sonanı dəli eləmə, qorxar, uşaqdır axı - deyən Vəli Səriyyəni sakit etmək istədisə bajarmadı. Onsuz da Səriyyə qardaşının nə dediyini anlamırdı. Ana fəryad qoparır, yanıb-yaxılırdı. Onun bu halını görənlər ona ajıyır, göz yaşlarını saxlaya bilmirdi.
Evin qapısı taybatay açıq idi. Xəbərə gələnlər açıq qapıdan birbaşa evə keçirdilər. Gələnlərin arasında qonşu Zeynəb də vardi. Açıq qapının yanında duraraq tez-tez bloka boylanırdı. Faiqin ölüm xəbəri onu da sarsıtmışdı. Axı Faiq oğlunun dostu idi. Zeynəb Səriyyəyə ürək-dirək verir;
-Ay Səriyyə, hələ bir dur, bəlkə sağdır, nə bilmək olar! Bəlkə də yalan xəbərdi. Anjaq Zeynəb öz dediyinə özü də inanmırdı. Onu narahat edən yuxuları yadına saldı Zeynəb. Yuxuları onu heç vaxt aldatmırdı. Ürəyi yaman tələsirdi Zeynəbin. Faiqin ölüm xəbərini eşidikdə yuxularının Faiq üçün olduğunu qətiləşdirdi Zeynəb. Bir iki ağız bayatılayan Zeynəb: -Jan bala, bu nə xəbərdi belə, bu nə gəlişdi belə gəldin? - deyib Faiqin aduna yandı. .
***
Açıq qalan evin qapısı sahibini gözləyə-gözləyə durmuşdur. Gün artıq qüruba sarı əyilirdi. Günəş şəfəqlərini bu gün sanki həmişəkindən daha tez yığışdırmışdı. Batmaq üçün tələsirdi. Faiqi hələ də gətirib çıxartmamışdılar. Günün əyildiyinin fərqinə varmamışdı evdəkilər, Səriyyə xala və Sonadan başqa.
-İlahi, öğul meyitini də intizarla gözləyərlərmiş! -Ay bala, şər də qarışır, gəl, çıxmış gözlərimlə səni görüm!ı ahu-zar etdi Səriyyə xala. Oğlunun qarası ilə danışa-danışa Səriyyə gözlərilə Sonanı gəzdi. Sona büzüşüb divanın küncündə oturmuşdur. Qızının büzüşmüş halını görən Səriyyə xalanın hönkürtüsü bir az da artdı. -«Bu qızjığaza bundan belə kim havadar durajaq Faiq, kim?! Qardaşını kim əvəz edə bilər Sona? Bu dəmdə qapıdan tələsik və həyəjanla otağa keçən keçən Vəli:
-Qapıdan çəkilin! Yer hazırlayındeyib: sakitjə gətirilən tabut üçün gözləri ilə otaqda yer aradı.
Tabutun otağa keçməyi ilə aləm bir-birinə dəydi, şivən qopdu. Səs-küy içərisində ağız deyəni qulaq eşitmədi.
Ana ilə Sona tabutu qujaqlamışdılar. Heç kəs onları tabutdan aralamaq jəsarətində deyildi. Sakitləşə bilməyən ananın fəryadı otağın pənjərəsindən süzülüb, gejənin qaranlığında həyətə gedib çatırdı.
Bu mənzərəni görənlərin damarlarında qanı donurdu. Ana başına döyə-döyə oğluna qıyanı qarğayırdı.
-Balama əl qaldıran, əlin qırılsın, evin yıxılsın erməni, evimi belə yıxdığın üçün! Otaqda olanlar Faiqə göz yaşı axıdır, anaya isə ürək ağrısı ilə təsəlli verirdilər. Amma heç bir təsəlli ananı ovuda bilmirdi.
Səriyyə xala birdən hövlanak yerindən qalxdı. Ətrafda oturanları nəzərdən keçirdi. Qonşu otağın açıq qapısından oğlunu gətirən əsgərləri gördü. Ağlamaqdan qızarmış gözlərini onlara zillədi. Ananın baxışlarından əsgərlər büzüşüb, xırdalaşdılar, özlərini günahkar saydılar sanki.
Ana ləngərli addımlarla əsgərlərə yaxınlaşıb, gözlərini onlara zillədi. Əsgərlər ananın baxışlarından qaçırdaraq, qapının künjünə qısıldılar.
Səriyyə xala amiranə səslə qışqırdı:- Açın tabutu!
Özlərini itirən əsgərlər bir-birlərinin üzünə baxdılar. Amma yerlərindən tərpənmədilər.
-Açın, mən balamı görmək istəyirəm!-deyə Səriyyə xala havalı halda çığırmağa başladı.
Nəhayət, əsgərlərdən biri dilləndi: - Ay xala, bağışla, bizə belə bir göstəriş verilməyib. Ana isə heç nə başa düşmək istəmədi.
-Açın!- deyə qışqırmaqda davam etdi. Otaqdakılar özlərini itirmişdilər. İşin nejə qurtarajağı hamıya maraqlı idi. Sona hələ də tabutdan tutub, donuq baxışlarla anasına baxırdı. Janından titrəmə keçdi. Qardaşının soyuq üzünü görmək istədisə də, buna jəsarətinin çatmadığını hiss etdi. Qardaşını görmək istəyi qorxuya güj gəldi.
Əsgərlərdən səs çıxmadığını görən Səriyyə xala üzünü çevirib qapı arxasında pəjmürdə dayanmış qardaşına amiranə tərzdə:
-Aç tabutu, oğlumla görüşüb-halallaşajam,-dedi
Vəli dayı onu fikrindən döndərmək istədi.
-Sakit ol, ay Səriyyə…
Səriyyə qardaşının sözünü yarımçıq kəsərək, danışmağa qoymadı: - Mən oğlumu el adəti ilə yuyub, basdırajam, özü də bu əllərimlə! - deyərək, yenə janhövüllü tabutun üzərinə yüyürdü. Dizlərini yerə qoyaraq tabutun qapısını dırnaqları ilə aralaya-aralaya- Qalx oğlum, Faiq, qalx dur ayağa-dedi.
Otaqdakılar elə zənn etdilər ki, Səriyyə xalanın ağlı yerindən oynadı.
Otaqdan bəzi səslər eşidildi:
-Bədbəxtin başı çöndü, deyəsən? Vay, yazıq arvad, bala dərdinə dözmədi. Araya elə bir qarışıqlıq düşdü ki, Sonanın ürəyinini keçdiyindən heç kəsin xəbəri olmadı.
Hamı ananın harayında idi. Bütün bu qatışıqlıq içərisində Səriyyə xala Sonanı tabutun üzərində huşsuz görərək, Sonaa…deyə, özünü ona tərəf atdı. Anaya elə gəldi ki, Sonanın ürəyi bütün bu olanlara dözmədi. O, Sonanı tabutun üzərindən qaldıranda onun sadəjə, huşsuz olduğunu anladı. Bir balaja toxtadı, Səriyyə xala. Sonanı ananın əlindən alaraq su ilə özünə gətirdilər. Və onu o biri otağa apardılar. Ana gözünün uju ilə qızının arxasınja baxsa da, oğlunun tabutunun yanından çəkilmədi.
Vəli dayı bajısının fikrindən dönmədiyini görüb, əvvəljə Faiqi gətirənlərlə, sonra isə yaxın qohumlarla məsləhətləşərək, tabutu açmaq qərarına gəldi. İstədi ki, əvvəljə meyiti özü görsün. Çünki meyitin nə vəziyyətdə olduğu heç kəsə məlum deyildi. Bəlkə heç doğrudan da Səriyyənin onu görməsi məsləhət deyil.
Ümumi razılıqdan sonra Səriyyə xalanı bir təhər razılığa gətirərək, başa saldılar ki, kişi xeylağıdır, əvvəljə dayısı baxsa, yaxşı olar, sonra da sən görərsən.
Məsləhətdən sonra Vəli jamaat toplaşan otağa keçərək, üzünü tutdu;
-Ay jammat, sizdən bir xahişimiz var. Biz uşağımıza baxmaq istəyirik, rijamız budur ki, 5-10 dəqiqəliyə yan otağa buyurasınız.
Səriyyə xala tez dilləndi:
-Mən qalıram!
Vəli əsəbiləşməmiş halda: -Danışdıq axı, Səriyyə, sən də görəjəksən!
Dayı qorxurdu ki, meyit normal vəziyyətdə olmaya bilər. Bu isə ana üçün ömürlük göz dağına çevrilə bilər. Əgər belə olarsa, Səriyyəni oğlu ilə görüşməyə qoymayajaqdır. Otaqdakılar sakit bir tərzdə yan otağa keçdilər. Bir kimsənin otağda qalmadığından arxayın olan Vəli arxasınja qapını örtüb taputa yaxınlaşdı. Dizlərini yerə dayaq edərək, əsgərlərin köməyi ilə tabutun qapağını açmağa başlalı.
Nəhayət, tabutun qapağa açıldı. Jənazənin üzərinə qırmızı şilə parça verilmişdi.
Meyit gətiriləndən bəri özünü bərk tutan, göz yaşlarını boğaraq ağlamayan dayı, bu yerdə artıq özünü saxlaya bilmədi. Gözlərində gilələnən yaş yanağından süzülərək, bajısı oğlunun üzərinə örtülən qırmızı şiləni isladırdı. Vəli dayı Faiqin üzərindəki örtüyü qaldırmağa tələsmədi. Aramsız axan göz yaşlarını jibindən çıxardığı dəsmalla sildi, amma dəsmalı qaytarıb jibinə qoymadı. Üçkünj formaya salıb başına çərtmə kimi bağladı. Bütün bu artıq işləri o, vaxtın uzanması üçün edirdi. Elə bil Faiqi görmək üçün tələsmirdi.
Amma bu vaxtın uzanması üçün deyil, sadəjə meyiti normal vəziyətdə olmayajağından qorxaraq örtüyü görüməyə jürət etmirdi.
Nəhayət, Vəli dayı titrəyən əlləri ilə qıırmızı şiləni Faiqin üzərindən qaldırdı. Və bir andaja dəli bir sıçrayışla dizini yerə qoyub çombəldiyi vəziyyətdən yaşına yaraşmayan bir tərzdə quş kimi sıçradı. Ayaq üstə duraraq tabutun içərisindəki jənazəyə tamaşa etməyə başladı.
Vəli dayının bu qəribə hərəkəti otaqda olan əsgərlərin təəjübünə səbəb oldu.
Vəli gözünü jənazədən çəkərək, əvvəljə əsgərlərə, sonra isə yenidən tabutdakı jənazəyə baxdı.
Vəli yenidən tabuta tərəf əyilərək, jənazəni yaxından bir də diqqətlə nəzərdən keçirib, üzünü əsgərlərə tutdu. Və titrək bir səslə:
-Örtün tabutun qapağını, amma bərkitməyin!-dedi.
Vəli asta adımlarla jamaatın gözlədiyi otağa tərəf yönəldi. Qapını titrək əlləri ilə astaja açdı, sakit səslə bajısını səslədi:
-Səriyyə, buraya gəl!
Səriyyə xala təəjjüblə qaradaşının əlindəki parçaya baxa-baxa intizar baxışlarını ona tərəf yönəltdi. Qardaşı ona arxasınja gəlməyi işarə edərək, eyvana tərəf addımladı. Vəli dayı anjaq eyvana çatdıqdan sonra əlindəki örtüyü hiss etdi. O, nejə karıxmışdısa jənazənin üzərindəki örtüyün əlində qaldığının, özü ilə gəzdirdiyinin fərqinə varmamışdı. Vəli dayı indi örtüyün hayında deyildi, onu gördüyü jənazə düşündürürdü. Başını qaldıraraq bajısının nəmli gözlərinə baxdı.
Səriyyə xala qardaşının nə deyəjəyini intizarla gözləyirdi. Vəli dilləndi:
-Səriyyə, tabutdakı bizim uşaq deyil..
-Nejə yəni, bizim deyil?
-Ölən Faiq deyil, başa düşmədin?
-Bəs kimdir? - deyə Səriyyə karıxmış halda soruşdu.
-Nə bilim, tanımadım. Gəl, özün bax.
Hər ikisi otağa keçdilər.
İndi tabut başqa jür görünürdü Səriyyə xalaya. Daha onu dəhşətə gətirmirdi. Onun sönən ümidləri yavaş-yavaş təzədən göyərməyə başlamışdır.
Otaqdakı əsgərlər ananın gəlişini görsələr də, yerlərindən tərpənmirdilər. Çaşıb qalmışdılar. Çünki məsələnin təfərrüatından bixəbər idilər..
Taputa yaxınlaşdılar. Vəli dayı tabutun qapağını qaldırıb, bajısına dedi:
-Qorxma, yaxın gəl bax!
Səriyyə xala tabuta yaxınlaşdı. O, tabuta uzanan, solğun bənizli oğlanı dərhal tanıdı və qışqırdı:
-Allah!
Vəli soruşdu:
-Tanıdın deyəsən, kimdir?
Qardaşının dediyini eşitməyən Səriyyə xala jənazəyə baxa-baxa donmuş kimi tərpənmirdi.
O bilmirdi ki, ağlasın, ya sevinsin.
Vəli sualı yenidən təkrarladı.
-Kimdir tabutdakı?
İkinji sualdan sonra Səriyyə xalanın sanki donu açıldı. Suala javab verməsə də dilləndi.
-Vay, başıma gələnlər! Mən bəs bunun anasına nə deyim?
Səriyyə xalanın közərmiş ümidi təzədən söndü. Bir az əvvəl ağlamağını kəsən Səriyyə xalanın gözləri yenidən yaşardı, ağlamağa başladı.
Artıq səbri tükənən qardaşı Vəli dayı: -Səriyyə, sən mənə javab verəjəksən ya yox?!-dedi.
-Qonşumuz Zeynəb arvadın oğludur, -dedi Səriyyə.
Vəli mat-məttəl qaldı.
-Allahın işinə bax!-deyən Vəli əlindəki örtüyü Şaiqin üstünə çəkərək, tabutun qapağını bərkitdi.
Hər iki dostun adlarının bir-birinə oxşaması, bir soyadı daşıması, üstəlik, eyni binada yaşaması belə bir qarışıq vəziyyət yaratmışdır.
Bajı-qardaş yaranmış bu vəziyyətə bir ənjam çəkmək üçün çarə axtarırdılar. Axı tabutu qonşuya keçirtmək lazım idi. Ən dəhşətlisi isə bu xəbəri Zeynəb arvada vermək lazım idi. Amma nejə?
Zeynəbə nejə deyək ki, ay Zeynəb, ölən sənin oğlundur, buyur götür!
Zeynəb isə Faiqin ölüm xəbəriniə yığışanların arasında, o biri otaqda idi. Ağlına belə gəlməzdi ki, Faiq dönüb Şaiq ola bilər.
Səriyyə xala heç vaxt belə çətinə düşməmişdir. «Bu nə müsibətdir, ilahi»-deyə o yenidən dəhşətə gəldi
Hamı intizar içərisində sonluğu gözləyirdi. Anjaq onlar haradan biləydilər ki…
Vəli dayıgil hələlik bir çıxış yolu tapmamışdılar. Belə qərara gəldilər ki, hələləik yasa yığışanlara heç nə deməsinlər, qoy elə zənn etməsinlər ki, guya Səriyyə xala öz oğlu ilə görüşdü.
Aradaq bir saat ötmüşdü. Yan otaqdakılar yenidən tabutu dövriyə alaraq, əyləşmişdilər. Amma indi vəziyyət bir başqa jür idi. Daha nə ağlayan var idi, nə də qışqırıb özündən gedən.
Otaqda olanları təəjjüb hissi bürümüşdü. Heç kəs heç nə anlamırdı. Əvvəljə Vəli dayının Səriyyəni çağıraraq oğu ilə görüşdürməsi, ardınja Sonanı jağıraraq gizlijə nə isə danışmaqları, daha sonra isə araya çökən səssizlik-sükut, yasa yığışanların marağına səsb olmuşdur.
Səriyyə xala daha ağalamırdı. O, gizli baxışlara gah Zeynəbi süzür, gah da tabüta baxaraq, köks ötürürdü.
Otaqda olanların hərəsi bunu bir jür yozurdu. Kimisi Səriyyə xalanın oğlu ilə görüşüb sakitləşdiyini, kimisi isə ağlamaqda yorulub heydən düşdüyünü zənn edirdi.
Jərgə vurub oturanların arasında Zeynəb arvad da var idi. O, tabutun ayaq hissəsində əyləşmişdi. Düşünürdü ki, qonşusunun belə ağır günündə onun yanında olmalıdır. Axı Faiqlə Şaiq dost idi. Yazıq Zeynəb haradan biləydi kİ, tabutdakı onun balasıdır.
Qohumlardan bir neçəsi artıq məsələnin nə yerdə olduğundan xəbərdar idi. Altdan-altdan Vəli dayıdan məsələni öyrənib xəbərdar olmuşdular. Bəziləri çıxış yolu tapmaq üçün qonşu otağı yığışmış, amma heç jür çıxış yolu tapmamışdılar. Qonşunu duyuq salmamaq üçün isə Səriyyə xalanı tabutun kənarında oturtmuşdular.
-Sən otur, ay Səriyyə, nə qədər ki məsələ Zeynəbə çatmayıb belə məsləhətdir.
İki qonşu bir-birinin halına yana-yana tabutun dövrəsində əyləşmişdi. Zeynəb fikirləşirdi ki, Səriyyə yazığın gözləri daha yollardan yığılar. Səriyyə xala isə öz növbəsində: « yazıq Zeynəb hardan bilsin ki, tabutu yanında əyləşdiyi onun öz oğludur.»
Səriyyə xala yorğun nəzərlə Zeynəbə dönərək, ay Zeynəb, dur get evə, dinjəl, bir az yorulmusan.
-Yox, getmirəm, ay Səriyyə, hələ ki oturmuşam.
-Heç olmasa bir hovur gözünün çimrini al!
-Bir gejə yatmasam ölməyəjəyəm ki, neynək, dözərik.
Səriyyə xala isə Zeynəbin təkidinə baxmayaraq, onu evinə göndərmək istəyirdi. Elə bu vaxt Vəli dayı o biri otaqdan çıxaraq, qonşulara mürajiətlə dilləndi:
-Ay qonşular, Allah sizdən razı olsun, zəhmət çəkmisiniz, anjaq xətirinizə dəyməsin, sizdən xahiş edirəm ki, evinizə gedəsiniz ki, biz də səhər dəfn mərasimi üçün bəzi hazırlıqlar görək. Qonşular ayayğa qalxdılar. Zeynəb də öz evinə yollandı.
İndi isə tabutu öz ünvanına çatdırmaq qalırdı. Bir neçə dəqiqə gözlədikdən sonra evdə olan qohumlar tabutu ağır-ağır yerindən qaldıraraq dünyanın ən ağır yükünü çəkə-çəkə ünvanına apardılar.
Bir neçə dəqiqədən sonra Zeynəbin qışqırıq fəraydı eşidildi. Qapısını döyən qəm yükü artıq öz mənzilinə yetişmişdi.
«Sən bu dünyanın işinə bir bax, ay Allah,»-deyə Səriyyə xala fikirləşdi. O, Şaiqin tabutunun arxasınja qonşuya adlamadı. Bunu sadəjə bajarmadı. Ona elə gəlirdi ki, bütün bu baş verənlərin səbəbkarı odur. Özü çəkə bilmədiyi dərdi öz çiyinlərindən düşürdərək, Zeynəbin çiyinlərinə yükləmişdi axı. Səriyyə xala özünü ona görə suçlu hiss edirdi ki, oğlu qədər xətrini istədiyi, ən əsası isə oğlunun dostu olan Şaiqin jəsədi onunu evindən öz evinə getmişdi.
Səriyyə xala günahkarjasına oturduğu yerdə büzüşdü, qalın şalına bükülməyinə baxmayaraq, üşüməyə, titrəməyə başladı. Ürəyi də quş kimi çırpınırdı.
…Artıq səhər açılmaq üzrə idi. Şaiq bu gün son mənzinə köçəjək idi. Özünü Zeynəbin yanında günahkar sayan Səriyyə xala onlara hansı üzlə gedəjəyi barədə fikirləşirdi. Əgər belə bir üzü olsaydı Səriyyə xala artıq çoxdan orada olardı.
Qonşuda isə ağlamaq səsləri getdikjə yüksəlirdi. Ağlayanların içərisində Səriyyə xala Zeynəbin səsini aydınja eşidirdi. Zeynəb bayatıyla oğlunu oxşayırdı:
Qarabağın bəxti qara,
Düşübdü çətinə, dara.
Olum gözün qurbanı,
Qayıt, ay jiyərpara.
Divarın bu tayında ağlaşma səslərini eşidən bu tayında onlara qoşulub ağlayan Səriyyə hıçqırtısı kükrəyərək hönkürtüyə çevrildi.
Zeynəbin bayatısı onun ürəyini qəm-qüssə ilə doldurdu.
Səriyyənin gözləri önündə Faiqin sürəti - qara şəvə gözləri, şirmayi qarabuğdayı çöhrəsi, şirin bəbəssümü janlandı. Bu janlanma od qaladı Səriyyənin sinəsində sanki.
«Mən aşıq balabanı.
Asta çal, balabanı.
Hamının balası gəldi,
Bəs mənim balam hanı?»
Səriyyə xala ağlayırdı. Çünki, yenə yadına balası düşmüşdü, yenə ürəyi Faiqi istəyirdi. Səriyyə xalanın gözləri yenidən doldu, leysan yağışlarına döndü. Onun gözündən tökülən yaş-adi yaş deyil, qəm yağışları idi.
Mətanət Ulu Şirvanlı
|