Təbiət və din
Behişt gülləri
«Ər-Rəhman» surəsində buyurulur: «Şübhəsiz ki, Rəbbinin məqamından qorxanları iki jənnət - « Ədn» və «Nəim» gözləyir. O iki jənnətin ağajları qollu-budaqlı, meyvəlidir». Məjlisi həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql edib ki, əgər Behişt qadınlarından biri gejə ilk səmadan yerə müşərrəf olarsa, onun xoş ətri bütün dünya əhlinin burnuna yetişər. İmam Sadiq (əleyhissəlam)-dan nəql olunub ki, Behişt ətri min illik yola çatar. Yenə nəql olunub, Behişt torpağı müşkdür. Çox rəvayətlərdən məlum olur ki, Behiştin qapısı, divarı, yeri, bütün olanları ətirlidir.
Evdə heyvan saxlamaq, xüsusilə göyərçin, xoruz qoyun və keçi; evdə it saxlamağın qadağan edilməsi
Evdə çoxlu heyvan saxlayın. Bu heyvanlar şeytanın başını qatır və uşaqlara şeytanın zərər yetirməsindən qoruyur. Xüsusilə də göyərçin, toyuq və keçi saxlamaq belədir. Jinlərin balaları onlarla oynayır, beləliklə onlar uşaqlardan əl çəkirlər. Evdə göyərçin saxlamaq müstəhəbdir. Və tək qalan adamlar üçün yaxşıdır. Əgər bir evdə göyərçin olarsa o evin əhlinə jinlərin zərəri yetişməz. Göyərçin hər dəfə qanad çalanda şeytanların nifrətinə və onların qaçmalarına səbəb olur.
Həzrət Sadiq əleyhissəlamın evində gözəl məlahətli bir göyərçini vardır və o çox oxuyardı. Həzrət buyurardı ki, o (göyərçin) İmam Hüseyn əleyhissəlamın düşmənlərinə qarğış edir. başqa bir hədisdə ravi deyir: O Həzrət evində olan göyərçinlərə öz şərafətli əlləri ilə çörək qırıntısı hazırlayırdı.
Məhəmməd ibni Kəramədən nəql edirlər ki, deyir: Bir gün İmam Museyi Kazim əleyhissəsamın hüzuruna getdim. Həzrətin evində bir jüt göyərçin gördüm. Erkək göyərçinin rəngi yaşıl idi və ağ xalları var idi. Dişi göyərçinin isə rəngi qara idi. Həzrət onlar üçün çörək ovurdu. (Həzrət) buyurdu: - Bunlar gejələr hərəkət edirlər və mənim munisimdirlər. Gejələr hər dəfə qanad çalanda evə girmiş jin və şeytanları qovurlar.
Hədisdə gəlib ki, ev göyərçini və «yahu» göyərçinləri Allahı çox zikr edir. Əhli-beyti sevir və ev sahibi üçün Allah sizə bərəkət versin deyə dua edir. Həzrət Sadiq əleyhissəlamdan nəql olunur ki, evdə ağ və qanad çalan bir xoruz olarsa həmin evin özünü və həmçinin o evin kənarında olan yeddi evi xəta-bəladan saxlayar. Lakin iki rəngli göyərçinin bir dəfə qanad çalması yeddi dənə ağ xoruzdan üstündür. Başqa bir hədisdə buyurur: Ağ xoruz mənim və hər möminin yavəridir.
Bunu da bilməlisiniz ki, xoruzda Peyğəmbərlərin xasiyyətlərindən beşi vardır.
Səxavət, şüjaət, namazların vaxtını tanımaq, çoxlu jinsi əlaqədə olmaq, qeyrət. Banlamağı onun namazıdır və qanad vurmağı isə rüku və səjdəsidir. Xoruza nalayiq söz demək olmaz, çünki o jamaatı namaza qaldırır.
Qoyun saxlamağın fəzilətləri
Qoyun saxlamaq haqqında: Qoyun və dəvə saxlanılması insanlara əmr edilmişdir. Həmçinin rəvayətdə var ki, Allah taala onların ruzisini verir və ev əhlinin ruzisini çoxaldar. Əgər bir qoyun olsa yoxsulluq və pərişanlıq onlardan bir mənzil uzaq olar. İki qoyun olarsa iki mənzil uzaq olar. Lakin üç dənə qoyun saxlasalar bütün narahatçılıqlar tamammilə onlardan uzaqlaşar. Əgər qoyun süd verən olarsa gündə iki dəfə onlar üçün deyərlər: Allah sizə bərəkət versin . Əgər bir süd verən keçi olarsa gündə bir dəfə bir mələk sübhə yaxın onlara dua edərək deyər: Sizi pak pakizə olasınız. Allah sizə bərəkət versin. Əhvalınız gözəl, çörək və yavanlığınız yaxşı olsun. Əgər iki süd verən keçi olsa iki dəfə belə dua edər. Rəvayət olunur ki, hər kəsin evində süd verən qoyun, keçi və inək olarsa o evin bərəkətinə səbəb olar. Axşamçağı evinə otuz qoyun girən ev əhlinə mələklər sübhə qədər keşik çəkir. Buyururlar ki , qoyun saxlasanız yerlərini təmizləyib bədəninin toz-torpağını tökün. Lakin evdə it saxlamaq məkruhdur. Hər kəs evində it saxlarsa hər gün əməllərinin savabı bir karat çəkisində azalır. Nəql olmuşdur ki, Həzrət Rəsul (səlləllahu əleyhi və alihi və səlləm) evləri abadlıqdan uzaq olanlara it saxlamağa ijazə vermişdi. Belə ki, ov iti və bir də çoban itindən başqa heç bir itin xeyri yoxdur. Səninlə onun arasında onun üzünə bağlana biləjək qapı olmasa ov itin xeyri yoxdur. Səninlə onun arasında onun üzünə biləjək qapı olmasa ov itini də evdə saxlamaq olmaz. Bir rəngli ağ, qara bir də qırmızı itlər jinlərdəndir. Ala -bula itlər isə jin və insandan çevrilmişlər. Həzrət Peyğəmbər (səlləlahu əleyhi və alihi və səlləm)-dən nəql olunur ki, itlər jinlərin zəiflərindəndir və hər vaxt yemək yeyərkən yaxına gələrsə ya ona yemək verin ya da uzaqlaşdırın, çünki çox pis nəfsləri vardır. Heyvanları bir -biri ilə döyüşdürmək yaxşı iş deyil, lakin ov etdikdə heyvanların üstünə iti qaçırtmaq olar.
Heyvanları almaq, saxlamaq qaydaları və heyvanların əhvalı və qismləri haqqında qısa məlumat
Heyvan alarkən onun bütün ziyanlardan uzaq olmasını istəsən sol tərəfində dayanıb onun alın tükünü sağ əlinə alaraq başına Həmd, Tohid, Müəvvizətəyn (Fələq və Nas), Bəni - İsrail surəsinin axır ayəsini, Qul ədullah ayəsini və Ayətəl-kürsini oxu. Əgər bunlara əməl etsən inşallah bütün xətalardan qorunub saxlanılarsan. Dəvə almaq istəsən bəd sifət dəvə al. Onun ömrü daha uzundur. Lakin qırmızı tüklü dəvə almayın, çünki ömrü qaydalar vardır. Belə ki, onların bəzilərini əvvəldə qeyd etmişdik. O qaydalardan bunları sadalamaq olar: üzlərinə zərbə və dağ vurmamaq. Heyvanları sağan zaman döşlərində az da olsa süd saxlayın ki, süd tez yığılsın. Qoyunların yatdığı yeri və burunlarından çıxanları təmizləyin. Heyvanları axtalamaq və döyühdürmək məkruhdur. Həmçinin yol ortasında erkək və dişi heyvanı bir -birinə yaxınlaşdırmayın. Bu qəbih işdir. Kişi və qadın bunu görməyəjəyi yerdə bunu et. O jümlədən dəvə karvanının arasından keçmə, çünki iki dəvənin arasında şeytan vardır.
|