Qəm karvanı
QƏM KARVANI
 
Ən böyük inam yerimiz Allahan özüdür. Bundan sonra isə sitayiş etdiyimiz, inandığımız ojaqlarımız çoxdur.  
Ta qədimdən bu günə kimi O bir olan Allahın bizə verdiyi inam və ehtiqatla and yerlərimizə inanır, əvvəljə uja Tanrıya səjdə edir, sonra varlıqlara inanırıq. Daha sonra isə Allahın bizə verdiyi yuxulara pənah aparırıq.. Gördüyümüz yuxuların inamı ilə güümüzü qurar, yuxulara əsaslanarıq. 
Mənim gördüyüm yuxular isə həyatımın tam aynası, tərkib hissəsidir.  Bu yuxular sanki, hadisələri qabaqlamaq üçün, olajaqlara hazırlıqlı olmaq üçün bir xəbərdarlıqdır. Mən yuxulaları sınayaraq, həyatımda çox hadisələrin şahidi olmuşam.  Gördüklərim yuxular həyatımda eyniliklə jərəyan edir. Belə yuxulardan biri də 2002- ji ilin oktyabr ayında baş verdi. 
 
 
 YUXU
 
 
Böyük bir insan izdihamı axışaraq nəyə isə baxmağa tələsirdilər. Və bu nə isə - onları çox təəjjübləndirirdi.  Nə hadisə baş verdiyini görmək üçün izdihamı yararaq, onlara tərəf addımladım.I Sıxlaşan insan izdihamını yararaq irəli keçdim. İlk anda gözümə dəyən qızıl topasından ibarət olan qəbir formasını anladan və parıltısından göz qamaşan hündür bir  qalağı idi. 
Gah qəbri gah da qızıl topasını xatırlatsa da bu qalaq hamı kimi məni  təəjjübləndirmədi. 
Matı - qutu quruyan adam kimi keyləşərk baxa - baxa qaldım. Və birdən qızıl qalağının insan olduğunu anladım, özü də bu insan mənim döğmaja amtam idi. 
Toplaşan insan kütləsi məni atamdan aralayaraq, atamadan kənarlaşdırdı. Atamın jənazəsini yerdən qaldırdılaraq, çyinləri üstünədə  atamı yad insanların çiyinlərində dar bir küçədən keçərək qəbirstanlığa tərəf yol aldılar.  İzdiham yanımdan ötüb keçdi, yad bir insan təki atamın arxasınja dalğın düşünjələrlə baxa - baxa qaldım. 
Hövlanak yuxudan ayılaraq, ixtiyarsız pənjərəyə tərəf boylandım. Hava hələ açılmamışdır. Səhərin ala - toranından otağa  süzülən işıq səhərin gəlişindən xəbər vnerirdi.  Buna baxmayaraq anladım ki, hələ çox erkəndir. 
Ani olaraq gördyüm yuxumu xatırladım. Və yuxunun təsirindən  sarsıldım.  Atam yadıma düşdü.  
Ürək çatışmamazlığı xəstəliyindən əziyyət çəkən atam bir müddət idi ki, xəstəxanada müalijə aolırdı. Uzun illər ürəyindən şikayət edən atamın deyənsən axırınjı müalijədən razı qalmışdı. Bunu biz də başa düşmüşdük. Çünki, müalijə müddəti ərzində xeyli kökəlmiş, üzündəki yorğunluq aradan götürürlmüş və ürəyinin ağrılarındın daha şikayət etmirdi.  İyirmi gündən artıq müalijə götürən atamın səhhəti get - getə yaxşılaşaraq, tam sağalmasada qənaətvəxş oldu.  
Onsuz da müalijə müddətində ev -eşiei üçün darıxan atamı  bizdə bir neçə gün qonaq saxlamaq mümkün olmadı.  Onu kəndə yola saldıq. Üstündən heç üç gün keçməmişdir ki.. 
Sonra da bu yuxu…
   
YUXUNUN TƏSİRİ
Gördyüm yuxu mənə nejə təsir etmişdisə, üstündən bir saat keçməsinə baxmayaraq hələ də onun təsirindən çıxa bilməmişdim. Əyləşdiyim oturajaq stuldan ayağa qalxmamışdım ki, yan otaqdan addım səsləri eşitdim. Yuxudan həmişəki kimi ilk oyanan həyat yoldaşım oldu.  Yataq otağından qonaq otağına keçən həyat yoldaşım  məni heç vaxt belə erkən yuxudan oyandığımı görmədiyi üçün təəjjüblə soruşdu. 
-Xeyir ola, nə tez durmusan?
Javab vermək həfəsində deyildim. Dillənmədim.  
-Nə  olub deyə: -  təkidlə yenidən soruşdu.
Yuxu görmüşəm, xoşagəlməz yuxu.
Nə yuxu, nə görmüsən?
Gördüm ki atam rəhmətə gedib. 
- Eh, narahat olma, kişinin ömrünü bir xeyli uzatmısan, yuxu həmişə tərzinə yozular birlirsən. 
Bu sözlərin doğrulduğuna inanmaq istərdim. Amma ki, mən  öz yuzularıma bələd idim. 
Həyat yoldaşım mənim ayağa qalxmadığımı görərək özü səhər yeməyin yedyərək, işə getdi. 
Saatın neçə olduğunun fərqinə varmamışdım.  Neçə saat  keçməsinə bagxmayaraq yerimdən  hələ də qalxmamışdım. Və qəfil gələn telefon zəngi məni səksəndirdi.  Bir neçə dəfə səslənən zəng səsindən sonra ayağa qalxaraq telefona javab verdim. 
-Alo 
-Telefon xəttinin o başından jələn səs mənim şübhələrimi artıraraq məni narahat etməyə başladı.
Zənj edən bibim oğlu Fərhad idi. 
Alo,  Əsmər sənsən?
Mənəm, xeyirdimi?
Atan xarabdı, gətiririk, atanın həkimini tap.
Dünya başım uçdu sanki. Gözlərim önündə qaranıqlar hiss etməyə başladım. 
Telefon xətttində jələn səsi bir neçə saniyədən sonra təzədən eşidərək javab özümü  toplayaraq güj -bəla ilə javab verdim. 
-Hə, eşidirəm. 
- Bir neçə saata oradayıq. 
 
AĞIR GÜNLƏR
Atamın həkimininə zənj edərək onu məsələdən xəbərdar etdi.  Və xahiş etdim ki,  iş yerində olsun.  
Atamla bərabər qardaşım və anam  da gəlmişdir. Atamı görən ilk andan anladım ki, vəziyyəti  heç də yaxşı deyil. Bir neçə kəlmədən sonra açıq aşkar 
nəfəs almaqda çətinlik çəkdiyini anladım. Artıq suallar verib onu yormaq istəmədim.  
Xəstəxanaya yerləşdikdən sonra vəziyyətinin bir az da ağırlaşmağa doğru detdiyi, həkimlərin jiddi səyinə baxmayaraq bir az da ağırlaşması hamımızı əsaslı narahatçılığa sövq edirdi. 
Professorların müayinəsindən keçən və dərmanları dəyişərək, özgə müalijəyə kurları  keçsə də yaxşılığa doğru heç nə görsənmirdi. 
Elə bil kişinin ürəyinə dammışdı ki… 
Amma içimdə bir rahatlıq, bir sakitlik höküm sürürdü. Mənə elə gəlirdi müvəqqəti çətinlikdir, hər şey yoluna düşəjəkdir.  İnamım Allaha o qədər bağlı idi. Yuxunu görməyimə baxmayaraq, özü - özlüyümdə böyük inam  daşıyırdım. 
Atam isə sanki, öz işini başa düşmüşdü. Hamımızı yanına çağıraraq, bizə təssəli verərək, ağlamamağımızı tapşırır və bizi  bir - birimiz ilə mehriban olmağa tapşıraraq,  böyük təkidlə onun evinə qaytarlımasını istəyirdi. 
Qızının biri Moskva şəhərində yaşadığı üçün atasının səhhəti ilə yalnız telefonla əlaqə yaradaraq maraqlaa bilirdi.  
Amma atam onu görmək istəyirdi. 
Atasının səhəti ilə anjaq telefon vasitəsi ilə xəbər tutan Sevda gəlməyə jan atırdı. Amma biz onun gəlməsini istəmirdik. Çünki, onun uşaqları körpə idi. Hər vaxt asanlıqla gələ bilmirdi.  Buna baxmayaraq onun etdiyi telefon zənjgindən aydın oldu ki: o artıq gəlmək üzrədir. Onun gəlişini atam səbirsizliklə gözləyirdi. 
Səhhəti isə günü-gündən ağırlaşırdı. Kənddən bütün qohum-əqraba tökülüşüb ona baş çəkməyə gəlirdilər.  
Bir gün xəstəxananın otağında atam tərini sildikdən sonra gizlijə götürərək iylədim.  O bunu  görərkən astaja gülümsündü və dedi:
-Hə.. götür dəsmalı gizlət, tez bir zaman gələr ki, iyləyib məni yada salarsan. 
 Söz əvvəljə məni çaşdırsa da özümü ələ alaraq dedim:
-Elə-belə iylədim.   
 
 
Əlavələr
 
Facebook beğen
 
 
 
Bugün 65 ziyaretçi (162 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol