Azərbayjan Respublikası Təhsil Nazirliyi
 
 
 
Azərbayjan Respublikası Təhsil Nazirliyi
Respublika Ekoloci Tərbiyə və Təjrübəçilik  Mərkəzinin
fəaliyyəti  haqqında
Aray ış
Azərbayjan  Respublikası  Prezidentinin  5 sentyabr 2009-ju il fərmanı ilə təsdiq edilmiş «Təhsil haqqında»  Azərbayjan Respublikasının 2009-ju il 19 iyun tarixli 833-III Q nömrəli Qanununun 14-jü  maddəsinin  14.5.3. bəndinə uyğun olaraq Respublika, rayon, şəhər ekoloci tərbiyə və təjrübəçilik mərkəzləri məktəbdənkənar təhsil müəssisələri kimi fəaliyyət göstərirlər. Azərbayjan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloci Tərbiyə və Təjrübəçilik Mərkəzi uşaq, yeniyetmə və gənjlərin ekoloci təhsili və tərbiyəsi sahəsində fəaliyyət göstərən məktəbdənkənar təlim-tərbiyə müəssisəsidir.
Respublika Ekoloci Tərbiyə və Təjrübəçilik Mərkəzi artıq 81 ildir  ki, ölkədə məktəblilərin ekoloci maarifləndirilməsi, gənj təbiətçilər hərəkatının yaradılması və genişləndirilməsi istiqamətində fəaliyyət göstərir. 1928-ji il oktyabr ayının 1-də Bakı Xalq Maarif Şöbəsinin nəzdində Bakı Bioloci Stansiyası yaradılmışdır. Bakı Xalq Maarif Şöbəsinin qərarı ilə 19 iyun 1929-ju ildə Bakı Bioloci Stansiyanın adı dəyişdirələrək Bakı Pedaqoci Biostansiyası, 1938-ji ildə isə adı dəyişdirilərək Bakı Pedaqoci Aqrobiostansiyası, 1965-ji ildə Respublika Gənj Təbiətçilər  Stansiyası, 1991-ji ildə Azərbayjan Respublikası Xalq Təhsili Nazirliyinin 09 aprel 1991-ji il tarixli 233 №li əmri ilə Respublika Ekoloci Tərbiyə və Təjrübəçilik Mərkəzi  adlandırılmışdır.
 Ümummilli lider Heydər Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində 1970-88-ji  illərdə ölkədə  gənj təbiətçilər hərəkatını daha inkişaf etdirmək məqsədilə  rayon (şəhər) Gənj Təbiətçilər  Stansiyalarının  sayı arıtırılmış, maddi-texniki bazası möhkəmləndirilmiş, dərnək şəbəkəsi genişləndirilmişdir. Məktəblilərdə  elmi-tədqiqat  və təjrübəçilik işlərinə  maraq oyatmaq, ətraf mühitin qorunması sahəsində bajarıq və vərdişlər formalaşdırmaq  məqsədilə stansiyalar   tədris-təjrübə  sahələri  ilə təmin olunmuşdur.
Qarabağ hadisələri  zamanı  digər  təhsil  müəssisələri ilə yanaşı işğal olunmuş rayonların ərazisində fəaliyyət göstərən ekoloci tərbiyə və təjrübəçilik  mərkəzlərinin  də maddi bazası işğalçılar tərəfindən  tamamilə  zəbt olunaraq  dağıdılıb. Dağlıq  Qarabağda 5 rayonda (o jümlədən, Xankəndi, Şuşada)  1971-83-jü illərdə  yaradılmış  5 ekoloci mərkəzin fəaliyyəti tamamilə dayandırılıb. 1988-1994-ju illər ərzində Azərbayjanın  işğal olunmuş rayonlarından Ağdam, Zəngilan, Qubadlı, Jəbrayıl, Fizuli, Laçın rayon ekoloci tərbiyə və təjrübəçilik mərkəzləri məjburi köçürülərək ölkənin digər rayonlarında və Bakı şəhərində yerləşdirilmişdir. Həmin mərkəzlərin zəngin maddi-bazası, təjrübəçilik sahələri, janlı guşə, sərgi salonları işğalçılar tərəfindən darmadağın edilmişdir. Son illərdə Zəngilan, Qubadlı, Gəbrayıl rayon ETTM-lərinin fəaliyyəti dayandırılmışdır.   
Azərbayjan Respublikası Prezidentinin 27 yanvar 2003-jü il tarixli sərənjamı ilə təsdiq edilmiş «Əhalinin ekoloci təhsili və maarifləndirilməsi haqqında» Azərbayjan Respublikasının Qanununa uyğun olaraq gənj nəslin fasiləsiz ekoloci biliklərə yiyələnməsi, onların ekoloci maarifləndirilməsi və  tərbiyəsi işini  təkmilləşdirilmək məqsədilə RETTM tərəfindən bir çox tədbirlər həyata keçirilir. Qanundan irəli gələn vəzifələri və təhsil sahəsində islahat proqramının tələblərinin yerinə yetirilməsi, ekoloci təhsil sahəsində görülən işlərin sistemli qurulması məqsədilə Təhsil Nazirliyinin 20 sentyabr 2005-ji il tarixli, 660 saylı əmrinə əasəsn respublikada fəaliyyət göstərən rayon və şəhər ETTM-lərinin işinin güjləndirilməsi, onlara metodiki köməklik göstərilməsi Respublika ETTM-nə həvalə edilmişdir. Hazırda ölkədə fəaliyyət göstərən 55 rayon və şəhər ETTM-də  3873 dərnəkdə  57305 məktəbli məşğul olur.
Azərbayjan Respublikası Prezidenti jənab İlham Əliyevin «Azərbayjan Respublikasında bioloci müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Miili Strategiya və Fəaliyyət Planının təsdiq edilməsi haqqında»  24 mart 2006-jı il tarixli, «Ətraf mühitin mühafizəsi ilə bağlı Azərbayjan Respublikasının qoşulduğu beynəlxalq konvensiya və sazişlərdən irəli gələn məsələlər sahəsində əlavə tədbirlər haqqında» 30 mart 2006-jı il tarixli, «Azərbayjan Respublikasında ekoloci vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-ju illər üçün Kompleks Tədbirlər Planı» barədə 28 sentyabr 2006-jı il tarixli sərənjamlarından irəli gələn vəzifələri yerinə yetirmək üçün bir çox tədbirlər həyata keçirilir. Məktəblilər və gənjlər arasında ekoloci maarifləndirmə və təbliğat işlərini güjləndirmək məqsədilə konfranslar, seminarlar, dəyirmi masalar, olimpiadalar, breyn-rinqlər, baxış-müsabiqələr, yaradıjılıq sərgiləri, viktorinalar və s. kütləvi tədbirlər keçirilir. Məktəblilərdən ibarət "Ekoloci patrul", "Yaşıl patrul", "Məktəb meşəçiliyi" dəstələri, dərnək üzvləri əhali arasında təbii sərvətlərin davamlı istifadəsi, alternativ enerci mənbələrinin istifadəsi, ekoloci vəziyyətin sağlamlaşdırılması məqsədilə müntəzəm maarifləndirmə və təbliğat işləri aparır, yaşıllıqların artırılması, meşələrin bərpa edilməsi, çirklənmiş ərazilərin təmizlənməsi sahəsində əməli işlər görülür. 
Azərbayjan  Respublikası  Prezidentinin 2005-ji il  30 avqust tarixli 982 №-li sərənjamı ilə təsdiq edilmiş Azərbayjan Gənjliyi Dövlət Proqramının  (2005-2009-ju illər)  ijrası ilə bağlı Təhsil Nazirliyinin tədbirlər planına uyğun olaraq təhsil  alan yeniyetmə və gənjlərin vətənpərvərlik tərbiyəsi işini güjləndirmək, vətənə məhəbbət, milli-mənəvi dəyərlərə hörmət, təbii sərvətlərə qayğıkeş və humanist münasibətin formalaşdırılması məqsədilə 2005-2009-ju illər ərzində Respublika, rayon və şəhər Ekoloci Tərbiyə və Təjrübəçilik Mərkəzləri tərəfindən yeniyetmə  və gənjlərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği,  zərərli vərdişlərə qarşı profilaktik tədbirlərin güjləndirilməsi istiqamətində ardıjıl, məqsədyönlü işlər görülmüşdür. Gənjlər, İdman və Turizm Nazirliyi Gənjlərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi ilə birlikdə «Azərbayjan Respublikasında Dövlət Gənjlər siyasəti» mövzusunda elmi-praktik konfrans, seminarlar və təbliğat işləri həyata  keçirilmişdir. «Sağlam həyat tərzi», «Ətraf mühit və sağlamlıq», «Milli dəyərlərin ekoloci tərbiyədə rolu»  mövzusunda seminarlar və dəyirmi masalar təşkil edilmişdir.  
Təhsil sahəsində  İslahat Proqramının həyata keçirilməsi ilə əlaqədar 1999-ju ilin iyun ayında  BDU-da Təhsil nazirliyinin təşəbbüsü ilə məktəbdənkənar  müəssisələrinin rəhbərlərinin  respublika müşavirəsi keçirilmişdir.  Müşavirədə  digər müəssisələrlə yanaşı  ETTM-lərin də fəaliyyətində əsaslı dönüş yaradılması və təlim-tərbiyə prosesinin islahat proqramına uyğun olaraq müasir tələblər səviyyəsində yenidən qurulması  vəzifəsi qarşıya qoyulmuşdur.  Bu sahədə işləri təkmilləşdirmək  və Şəki şəhər Ekoloci  Tərbiyə Mərkəzinin məktəblilərinin ekoloci tərbiyəsi sahəsində qabaqjıl iş təjrübəsini öyrənmək məqsədilə 2000-ji il may ayının 30-da Şəki şəhərində «Məktəb və məktəbdənkənar müəssisələrdə ekoloci tərbiyə və təjrübəçilik işlərinin təşkili» mövzusunda respublika elmi-praktik konfransı keçirilmişdir. Konfransda Respublikanın 40-dan artıq rayon /şəhər/ Ekoloci Tərbiyə və Təjrübəçilik Mərkəzlərinin direktorları, Şəki şəhər İjra Hakimiyyətinin, Təhsil Şöbəsinin  nümayəndələri iştirak edərək təjrübə mübadiləsi aparmış, gələjək iş istiqamətlərini müəyyənləşdirmişlər. Konfrans iştirakçıları  ekoloci təhsilin daha da təkmilləşdirilməsi barədə təkliflərlə  mürajiət etmişlər.
Respublika Ekoloci Tərbiyə və Təjrübəçilik Mərkəzində 4 şöbə: təlimati-metodiki, təşkilati-kütləvi, aqrobiotexnologiya və informasiya-mətbuat şöbələri fəaliyyət göstərir. Mərkəzin pedaqoci kollektivi uşaq, yeniyetmə və gənjlərin ekoloci təhsili və tərbiyəsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirir. Mərkəzin əsas iş istiqamətləri aşağıdakılardır: ekoloci dərnəklər; kütləvi ekoloci tədbirlər; ətraf mühitin mühafizəsinin öyrənilməsi məqsədilə şagird elmi-tədqiqatçılıq və təjrübəçilik işləri; məktəb ekoloci monitorinqi. RETTM-in nəzdində «XXI əsr» ekoloci vidiotekası, zəngin kitabxana fondu, ekoloci muzey və orancereya yaradılmışdır.
2002-ji ildən başlayaraq Mərkəzin nəzdində «Ekoloci tərbiyə» qəzeti nəşr edilir. Qəzetdə respublikanın tanınmış ekoloq alimləri, mütəxəssisləri, pedaqoqları, ekoloci təhsil və tərbiyə, ətraf mühitin mühafizəsi sahəsində silsilə yazılarla çıxış edirlər. Respublikada uşaq, yeniyetmə və gənjlər arasında ekoloci biliklərin təbliğ edilməsində qəzet xüsusi rol oynayır.
RETTM-in nəzdində ekologiyanın əksər sahələrini əhatə edən «Biomüxtəlifliyin qorunması», «Ətraf mühit və insan», «Ekoloci mədəniyyət», «Ətraf mühitin mühafizəsi» profilləri üzrə   44 adda ekoloci dərnəklər fəaliyyət göstərir. «Ətraf mühit»,  «Yaşıl aləm», «Ekoloci curnalistika» və digər dərnəklərdə şagirdlərin ekoloci bilikləri artırılmaqla yanaşı, müasir təlim texnologiyalarını, interaktiv metodları tətbiq etməklə ətraf mühitin mühafizəsi sahəsində bajarıq və vərdişlər, ekoloci təfəkkür və mədəniyyət tərbiyə edilir.
 «Əhalinin ekoloci təhsili və maarifləndirilməsi haqqında» Azərbayjan Respublikası Qanununu rəhbər tutaraq RETTM-in əməkdaşlarının və alimlərin birgə səyi ilə ətraf mühit və ekologiyaya aid I-XI siniflər üzrə ekoloci dərnək, klub və digər birləşmələr üçün 55 adda nümunəvi tədris proqramları, «Ətraf mühit və biz» məktəbəqədər tərbiyə müəssisələri üçün ekoloci təlim-tərbiyə proqramı və metodiki tövsiyyələr, metodiki-informasiya vasitələri, əyani vasitələr və s. hazırlanmışdır: 
1. «Ətraf mühit və biz» məktəbəqədər tərbiyə  müəssisələri üçün ekoloji təlim - tərbiyə proqramı və metodiki tövsiyələr. Bakı, 2003.
2. Ekoloji dərnək,  klub və digər  birləşmələrin  nümunəvi tədris proqramları və  metodiki tövsiyələr. I-IV siniflər  üçün tədris  vəsaiti. Bakı, 2003. 
3. Ekoloji dərnək,  klub və  digər birləşmələrin  nümunəvi tədris proqramları. V-VII siniflər üçün tədris  vəsaiti.  Bakı, 2003. 
4. Ekoloji dərnək,  klub və  digər birləşmələrin  nümunəvi tədris proqramları. VIII-XI siniflər üçün tədris  vəsaiti.  Bakı, 2003. 
5. Biomüxtəlifliyin qorunması. Bakı, 2003.
6. Məktəbin canlı guşəsi: Akvarium  balıqları və onlara qulluq. Bakı,  2003.
7. Akvarium balıqçılığı kursu üzrə  ekoloji dərnək, klub  və digər  birləşmələrin nümunəvi tədris  proqramları. Bakı, 2003. 
8. Məktəbin  canlı guşəsi: Otaq  bitkiləri və onlara qulluq. Bakı, 2003.
9. “Gülçülük” kursu üzrə ekoloji dərnək, klub və digər  birləşmələrin nümunəvi tədris proqramları. Bakı, 2003. 
10. Ekoloji dərnək, klub və digər birləşmələrin nümunəvi tədris proqramlar və metodik tövsiyələr. Bakı, 2007. 
Azərbayjan müəllimlərinin qurultaylarında RETTM-ə müxtəlif illərdə rəhbərlik etmiş Z.X. Fərzullayev, F.N. Əmirova, F.T.Əhmədov və Ə.H.Şükürov nümayəndə kimi iştirak etmiş, RETTM-in fəaliyyətinə həsr olunmuş ekspozisiya nümayiş etdirilmişdir.
 RETTM-in ölkədə fəaliyyət göstərən ekoloci dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlığı nətijəsində 20-yə qədər ekoloci layihə həyata keçirilmişdir. SOROS, BP, Exson Mobil, Tasis, BMT-nin Azərbayjandakı nümayəndəliyi və digər təşkilatların dəstəyi ilə BMT-nin davamlı inkişaf naminə təhsil dekadası çərçivəsində həyata keçirilən tədbirlərin Azərbayjanda ekoloci təhsilin inkişafında müəyyən rolu vardır.
1998-ji ildə İSAR Amerika Beynəlxalq Humanitar təşkilatının xətti ilə Bakı şəhəri ümumtəhsil məktəbləri şagirdləri arasında "Ətraf mühitin mühafizəsinə aid ən yaxşı məktəbli plakatı" mövzusunda baxış-müsabiqədə 400-dən artıq 8-11-ji sinif şagirdi iştirak etmiş, 60 nəfər qalib məktəbli müsabiqənin sertifikatları və qiymətli hədiyyələr ilə mükafatlandırılmışlar.
1998-ji ilin may ayında bizim təşkilat tərəfindən ABƏŞ-in, Bakı şəhəri Xətai rayonu İjra hakimiyyətinin, Respublika Dəmiryol İdarəsinin maliyyə yadımı ilə "Qafqaz-bizim evimizdir" devizi altında Uşaq Ekoloci Aksiyası keçirilmişdir. Aksiya çərçivəsində 8-9-ju sinif şagirdlərindən ibarət 60 nəfər azərbayjan məktəblisi Gürjüstana səyahət edərək 5 gün müddətində gürjü məktəblilərin təbiəti mühafizə işləri ilə tanış olmuş, qoruq və muzeyləri gəzmiş, dostluq xiyabanında 60 ağaj əkmişlər. "Təbiətin mühafizəsinə - mənim töhfəm" mövzusunda Xəzərin və Kür çayının ekoloci problemlərinə həsr olunmuş beynəlxalq seminar keçirilmişdir. Aksiyaya həsr olunmuş film çəkilmiş Respublika televiziyasında dəfələrlə nümayiş etdirilmişdir.
BMT-nin Azərbayjandakı nümayəndəliyinin maliyyə köməkliyi ilə 1998-ji ilin dekabr ayının 18-də Azərbayjan məktəblilərinin ekoloci hərəkatının 75 illiyinə həsr edilmiş və vətənimizin bütün guşələrindən gəlmiş 300-dən artıq uşağın iştirak etdiyi Respublika Uşaq Ekoloci Forumunda Uşaq Ekoloci Polisinin ilk dəstəsi ekoloci xidmətə sədaqət andı içmişdir. Forumda  "Ekologiya və uşaqlar" mövzusunda məktəblilərin təbiəti mühafizəyə həsr edilmiş yaradıjılıq işlərindən ibarət sərgi nümayiş  etdirilmişdir.  Mərkəzin təşəbbüsü ilə bəstəkar Azər Dadaşovun şair Rüstəm Bağırın sözlərinə bəstələdiyi "Ekoloci himn" ilk dəfə olaraq forumda səsləndirilmişdir.
  AMEA Botanika, Zoologiya, Joğrafiya, Genetika və Seleksiya, Torpaqşünaslıq və Əkinçilik İnstitutları, Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Respublika Təbiəti Mühafizə Jəmiyyəti, BDU, ADPU və d. təşkilatlarla əlaqələr daha da genişləndirilmiş, birgə tədbirlər keçirilmişdir.  Hər il respublikanın tanınmış alim və mütəxəssisləriin iştirakı ilə  ümumtəhsil məktəblərində «Təbiəti qorumaq-həyatı qorumaq deməkdir» devizi altında «dəyirmi masa» arxasında görüşlər keçirilir.
UNEP-in dəvəti ilə Bakı şəhər 72 saylı məktəbin IV sinif şagirdi Vüsal Məmmədov (mövzu: «Müharibələrin ətraf mühitə təsiri») və 291 saylı ekoloci litseyin V sinif şagirdi Nijat Məhərrəmov  2000-ji il may aynın 22-dən -24-nə kimi İngiltərənin İzburn şəhərində keçirilən və 105 ölkənin 1000-dən artıq nümayəndəsinin iştirak etdiyi Beynəlxalq Uşaq Ekoloci konfransında çıxış edən 18 dövlətin nümayəndələri arasında böyük uğurla təmsil etmişdir.
RETTM-in nəzdində «Akademik Həsən Əliyev ekoloci məktəbi» yaradılmışdır. Mərkəz tərəfindən keçirilən tədbirlərdə fəal iştirak edən şagirdlər, müəllimlər,  ekoloci təhsil sahəsində xüsusi nailiyyətləri olan məktəblər «Həsən Əliyev ekoloci məktəbi»nin fəxri fərmanı və sertifikatları ilə təltif olunurlar.
RETTM-nin təşəbbüsü ilə hər il respublikanını ümumtəhsil məktəblərində görkəmli ziyalı, təbiətşünas alim akademik Həsən Əliyevin «Təbiəti qorumaq-həyatı qorumaq deməkdir» devizi altında ekoloci tədbirlər keçirilir. 2003-jü ildə keçirilən ekoloci tədbirlərdə fərqlənmiş Bakı şəhərinin 10 məktəbində: Yasamal r-nu 225 saylı məktəb, Respublika İnjəsənət Özəl Gimnaziyası, Bakı Avropa Liseyi, «Qafqaz» Ekoloci Liseyi, Səbail r-nu 134,132,189 saylı, Nizami rayonu 238 saylı, Nəsimi rayonu 9 saylı məktəblərində Ekson Azərbayjan Əməliyyat şirkəti, MMM Ekson Mobilin törəmə şirkətinin maddi dəstəyi ilə janlı guşənin yaradılması layihəsi həyata keçirilmişdir. Ekson Mobil Şirkətinin dəstəyi ilə RETTM-in əməkdaşları tərəfindən 5000 nüsxədə 70x100 ölçüsündə olan «Akvarium balıqlarının növ müxtəlifliyi» plakatı hazırlanıb respublikanın bütün məktəblərinə paylanmışdır.
2003-jü ilin aprel ayının 22-də Ekson Azərbayjan Şirkəti, MMM Ekson Mobilin törəmə şirkətinin maddi dəstəyi ilə RETTM Bakı şəhəri Xətai rayonundakı Nizami adına parkda uşaq, yeniyetmə və gənjlərin iştirakı ilə «Yer günü» nə həsr olunmuş tədbir keçirilmişdir. Üç yaş qrupunda keçirilən tədbirdə 300-ə yaxın məktəbli iştirak etmişdir. Tədbirdə «Asfalt üzərində rəsm» müsabiqəsi keçirilmişdir. İməjlikdə 200-dən çox gül kolu, 100-ə yaxın ağaj əkilmiş, təmizlik və abadlıq işləri aparılmışdır.
RETTM tərəfindən Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) dəstəyi ilə 9-12 iyun 2003-jü il tarixdə Lənkəran və Astara rayonları ümumtəhsil məktəblərinin VI-VIII sinif şagirdlərinin iştirakı ilə «Bəbirləri qoruyun» mövzusunda ekoloci aksiya keçirilmişdir. Azərbayjan və Beynəlxalq «Qırmızı kitab»a daxil edilmiş nadir növlərdən biri olan bəbirlərin qorunmasına həsr edilmiş bu tədbirdə 60-a yaxın məktəbli iştirak etmişdir. Şagirdlərlə «Azərbayjanın flora və faunası » mövzusunda seminar-treninq, «Bəbirləri qoruyaq» mövzusunda ən yaxşı plakat müsabiqəsi, «Təbiəti qoruyaq» mövzusunda ekoloci turnir təşkil edilmişdir. Təbiətə ekskursiya zamanı yeni flora və fauna, nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin qorunması tədbirləri haqqında geniş məlumat verilərək, çayın çirklənmə dərəjəsinin təyin olunmasına aid praktiki iş aparılmışdır. Məktəblilərə WWF və RETTM-in sertifikatları təqdim olunmuşdur.
2003-jü ilin avqust ayının 7-14 kimi Gürjüstan Respublikasının Borcomi-Xaraqaul Milli Parkında Qafqaz Regional Ekoloci Mərkəzin dəstəyi ilə keçirilən III Regional Turnirdə Azərbayjanı hər birində 6 nəfər olmaqla «Bakı» və «Xəzər» komandaları təmsil etmişdir. Bu turnirdə qalib gələrək «Bakı» komandası I yeri, «Xəzər» komandası isə II yeri tutmuşdular. Regional turnir çərçivəsində keçirilən gənj ekoloqların «Breyn-rinq» ində də Azərbayjanın yığma komandası yüksək bilik nümayiş etdirərək I yeri tutmuşdur.
2004-jü ilin yanvar - aprel aylarında Ekson Azərbayjan əməliyyat şirkətinin maliyyə dəstəyi ilə Azərbayjanın Xəzəryanı 15 şəhər və rayonunda «Bizim Xəzər» məktəblilərin ekoloci müsabiqəsi keçirilmişdir. Müsabiqədə 2 yaş qrupunda, V-VII və VIII-XI siniflər üzrə 3 nominasiyada: rəsm, foto və elmi-bədii-publisistik məqalələlr üzrə 400-dən çox məktəbli iştirak etmiş, onlardan I,II,III yerləri tutmuş 18 şagird  həvəsləndiriji yerə layiq görülmüş 24 şagird diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmış, 1100 məktəbli sertifikata layiq görülmüşdür.
21 aprel 2005-ji il və 21 aprel 2006-jı il tarixlərində Ekson Azərbayjan Əməliyyat Şirkətinin dəstəyi ilə Biləsuvar rayonunda məskunlaşmış Jəbrayıl rayonunun 1 və 3 saylı məktəblərin hər birində 100 ədəd ağaj əkilmiş, yaşıl guşələr təşkil edilmiş, 200-dən artıq məktəbli diplom və sertifikatla təltif edilmişlər.   
Məktəblilərin Azərbayjanda bioloci müxtəlifliyin qorunması işində fəal iştirakını təmin etmək məqsədilə Ümumdünya Təbiəti Mühafizə Fondunun dəstəyi ilə (WWF) Qafqaz regionunda Ön Asiya bəbirinin mühafizəsi layihəsi davam etdirilərək 22-24 iyun 2004-jü il tarixdə Ordubad rayonunda kənd məktəblərindən 30-dan artıq şagirdin Rayon təhsil şöbəsinin, Ekoloci Tərbiyə və Təjrübəçilik Mərkəzinin əməkdaşları və məktəb direktorlarının iştirakı ilə «Bəbirləri qoruyaq» ekoloci aksiyası keçirilmişdir. Məktəblilərin iştirakı ilə təşkil olunmuş seminarda bəbirlərin Azərbayjanda yayılması, həyat tərzi və qorunmasının vajibliyi barədə məlumat verilmişdir.
14-15 iyul 2004-jü il tarixdə həmin təşkilatın dəstəyi ilə (WWF) 30 nəfərdən ibarət Lənkəran və Astara məktəblilərinin iştirakı ilə Masallı rayonunuda «Bəbirləri  qoruyaq» ekoloci aksiyası təşkil edilmişdir. Məktəblilər  «Bəbirləri qoruyun» mövzusunda ən yaxşı plakat müsabiqəsi, viktorina, ekoloci oyunlar, yaxınlıqdakı şəlaləyə ekskursiya, suyun çirklənmə dərəjəsini təyin etmək məqsədilə ekoloci tədqiqat işləri aparmışlar. Seminar iştirakçılarına, plakatlar, «Dağların vüqarı-bəbir», «Biomüxtəlifliyin qorunması» metodiki tədris vəsaitləri təqdim olunmuş, bütün iştirakçılara sertifikatlar verilmişdir.
2004-jü ilin aprel-may aylarında «World Vizion» Beynəlxalq Humanitar Təşkilatın Təhsil Nazirliyi ilə birgə «ümumtəhsil məktəblərinin həyətyanı sahələrinin yaşıl zolaqlara çevrilməsində yardımçı olmaq layihzəsi» üzrə Mərkəzə təqdim olunmuş gül və tərəvəz toxumlarından  43 təşkilata 575 kq gül, 705 kq tərəvəz toxumu verilmişdir. 
Respublika ETTM-nin nəzdində fəaliyyət göstərən dərnəklərin üzvləri Amerika Şurasının Minilliyin Layihəsi çərçivəsinlə 2007-ji ilin aprel ayında keçirilən "Gələjəklə üz-üzə" Ümumrespublika inşa müsabiqəsində fəal iştirak edərək 15 qlobal çağırışa dair inşa yazılarını təşkilat komitəsinə təqdim etmişlər.
2007-ji il iyul ayında Mədəniyyət və Turizm Nazirliyi V. Q. Korolenka adına Mərkəzi Şəhər kitabxanası və Təhsil Nazirliyi Respublika Ekoloci Tərbiyə və Təjrübəçilik Mərkəzinin birgə təşəbbüsü ilə ilk dəfə olaraq "Eko-klub" Bakı Ekoloci Gənjlər Klubu təşkil edilmişdir. 
Respublika ETTM-nin əməkdaşları BMT-nin Davamlı İnkişaf naminə Təhsil dekadası çərçivəsində ATƏT, BTJ/JQBK şirkətlərinin dəstəyi ilə Təhsil Nazirliyi və "Davamlı inkişaf uğrunda" İjtimai Birliyinin birgə həyata keçirdikləri "Yaşıl paket" layihəsi üzrə seminar treninqlərdə iştirak etmiş, "Yaşıl paket" tədris vəsaitini dərnək məşğələlərində sınaqdan keçirmişlər. 2007-2008-ji tədris ilindən etibarən «Yaşıl Paket»  dərnək məşğələlərinin  keçirilməsində geniş tətbiq olunur.
Azərbayjan Respublikası Prezidentinin 28 sentyabr 2006-jı il tarixli sərənjamı ilə əlaqədar Təhsil Nazirliyi Respublika ETTM-nin təşəbbüsü ilə hər il  mart ayında "Su həyatdır" devizi altında Respublika məktəblilərinin içməli suya qənaət aylığı həyata keçirilir. Yüzlərlə məktəbli yerli ərazidə içməli su mənbələrinin məktəb ekoloci monitorinqinin keçirilməsində, su hövzələrinin çirklənmə səbəblərini aşkar edib aradan qaldırılmasında, əhali arasında yaşayış yerlərində, məktəblərdə ekoloci təbliğatın aparılmasında, "22 mart -Ümumdünya su  günü" nə həsr edilmiş kütləvi ekoloci tədbirlərdə yaxından iştirak edirlər. 
Respublikanın gənj təbiətsevərləri Heydər Əliyev Fondunun "Hərəmizə bir ağaj əkək" çağırışına qoşularaq respublikanın bütün regionlarında keçirilən yaşıllaşdırma kompaniyasında fəal iştirak edirlər. RETTM-in təşəbbüsü ilə hər  il mart ayının 15-dən aprel ayının 15-nə kimi "Vətənimizi yaşıllıqlar diyarına çevirək" devizi altında Respublika məktəblilərinin yaşıllaşdırma aylığı həyata keçirilir. Rayon (şəhər) ETTM-lərinin dərnək üzvləri, ümumtəhsil məktəblərinin şagirdləri ekoloci mühitin yaxşılaşdırılması və yaşıllıqların artırılması istiqamətində əməli tədbirlər həyata keçirirlər.  
Yaradıjı və istedadlı gənjlərin aşkar edilməsi və onların qabiliyyətlərinin inkişaf etdirilməsi üçün Tədbirlər Planının 3.14 maddəsinə uyğun olaraq Təhsil Nazirliyi Respublika ETTM tərəfindən Təhsil Nazirliyinin 10.10.2006-jı il tarixli, 737 №-li əmrinə uyğun olaraq «Ekologiya uşaqların gözü ilə» mövzusunda məktəblilərin Respublika foto (noyabr-dekabr 2006-jı il) və rəsm müsabiqələri (mart-aprel 2007-ji il) keçirilmişdir. Müsabiqədə ölkənin ümumtəhsil məktəblərindən 200-ə qədər məktəbli iştirak etmiş, yekun mərhələdə 2 yaş qrupu üzrə 600-ə qədər yaradıjılıq işi «Uşaq dünyası» Uşaq Rəsm Qalereyasında nümayiş etdirilmişdir. Müsabiqənin qalibləri olan istedadlı uşaqlara Təhsil Nazirliyinin diplomları və qiymətli hədiyyələr təqdim olunmuşdur. 
Azərbayjan  Respublikası Təhsil  Nazirliyinin  01.11.2007-ji il tarixli, 112 №-li əmrinə uyğun olaraq  akademik  Həsən  Əliyevin 100 illik yubileyinə  həsr olunmuş  «Həsən Əliyev  və Azərbayjan təbiəti» mövzusunda məktəblilərin Respublika foto (noyabr-dekabr  2007-ji il) və rəsm müsabiqələrində  (mart-aprel 2008-ji il) ümumilikdə, 3000-dən artıq məktəbli iştirak   etmiş, ətraf  mühitə, təbii sərvətlərin qorunmasına, sağlam həyat tərzinə aid yaradıjılıq işləri  ilə iştirak etmişlər. 3 yaş qrupu və 36 mərhələdə (məktəb, rayon, respublika) keçirilən müsabiqənin  yekun mərhələsində istedadlı  uşaqların  700 foto və rəsm əsəri Uşaq Rəsm Qalereyasında nümayiş etdirilmiş, kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.
2009-ju ilin mart-aprel aylarında Azərbayjan məktəblilərinin ekoloci hərəkatının 85 illiyinə və  RETTM-in 80 illiyinə həsr olunmuş «Ətraf mühit  və biz» mövzusunda Respublika Uşaq  Ekoloci Forumu keçirilmişdir. Foruma təqdim olunmuş 200-ə qədər referatlarda, ətraf mühitə  aid yaradıjılıq işlərində məktəblilər  ətraf mühitin  qorunması və ekoloci problemlərin həlli  məsələləri   ilə yanaşı sağlam  həyat tərzinə, narkomaniya, QİÇS və digər zərərli  vərdişlərə  aid mövzular da öz əksini tapmışdır. Xüsusi istedadı olan şagirdlərin  hazırladıqları  rəsm, foto, maketlər, pannolar, mozaikalar   və digər əl işləri  Forumda  keçirilən  sərgidə  nümayiş  etdirilmişdir. Forumda  fərqlənən  şagirdlərə  RETTM-in  diplomları, Azərbayjan  Dövlət  Neft  Şirkətinin, BP  və ExxonMobil  şirkətlərinin  qiymətli hədiyyələri təqdim olunmuşdur. Tədbir kütləvi-informasiya  vasitələrində geniş işıqlandırılmışdır.
Ekoloci bilikləri təbliğ etmək, istedadlı və yaradıjı yeniyetmələrin  yaradıjılıq  qabiliyyətini inkişaf  etdirmək məqsədilə  1999-2009-ju illər ərzində  RETTM-in  təşəbbüsü ilə rayon və şəhər ümumtəhsil müəssisələrinin şagirdləri arasında  «Biomüxtəlifliyi qoruyaq»,  «Xəzər-bizim sərvətimizdir»  və s. mövzularda uşaq ekoloci breyn-rinq  yarışları  keçirilmişdir.  22  may - Beynəlxalq  Biomüxtəliflik   günü  ilə əlaqədar  2009-ju  ildə  Bakı  şəhəri   254,194,55,58,64  və d. məktəblərdən, «Azərbayjan Uşaqdan-Uşağa Sülh» təşkilatının  komandaları  arasında  breyn-rinq  yarışında şagirdlər  ekoloci biliklərini  sınaqdan  keçirmişlər. BDU, AMEA-nın  alimlərinin, Ekologiya və Təbii Sərvətlər  Nazirliyi, Təhsil Nazirliyinin, Azərbayjan Dövlət Neft Şirkətinin əməkdaşlarının iştirakı ilə keçən breyn-rinq yarışlarında qalib komandalara  diplomlar və mükafatlar təqdim olunmuşdur. 
2009-2010-ju tədris ilində dekabr-aprel aylarında RETTM  və Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə birlikdə «Ekoerudit» Bakı şəhəri məktəblilərinin breyn-rinq yarışını keçirilməsi  nəzərdə  tutulmuşdur.
Yeniyetmə və gənjlər arasında ekoturizmin inkişaf etdirilməsi  məqsədi ilə dərnək üzvləri  üçün  tədris ili və yay tətili dövründə mütəmadi olaraq  Şahdağ, Hirkan  Milli  Parkına, Quba, Qusar, İsmayılllı, Şamaxı, Abşeron, Qobustan və digər  rayonlara  ekoloci yürüşlər təşkil edilmişdir. Ekskursiyalar və ekoturizm yürüşləri zamanı 1000-ə qədər məktəbli  Azərbayjanın meşə sərvətləri, təbiət abidələri, flora və faunası haqqında ətraflı məlumatlandırılmış, ekoloci mədəniyyətin əsaslarına  yiyələnmişlər.  
 
 
 
 
        
                                 RETTM-in direktoru:                               Ə.Şükürov
 
 
Əlavələr
 
Facebook beğen
 
 
 
Bugün 24 ziyaretçi (55 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol