Hər şey gözəl olajaqdı…
Hər şey gözəl olajaqdı…
 
Bu da son! Hər şey bitdi, o sənli günlər,  gözəl anlar, şirinlik, şənlik, hər şey. Of! sevdamıza son qoydum, öz əllərimlə.  Sənə «Əl-vida» dedim, göz yaşımla əllərini yuya-yuya. Min əzabla yandırdığım, çatdığım, istisinə qızındığım ocağımı söndürdüm. 
 
Bu gejə…
Şəmim söndü,
     jıraq kimi.
Ah! Bəxtim nejə 
             qaraldı,
Qaranlıq otaq kimi.
 
Tellərimi sığallayan əllər, belimi qujan qollar, isti baxışlarla baxan gözlər, dodaqlarıma qor salan dodaqlar daha mənim deyil. Dodaqlarının şirəsi dodaqlarımdan çəkildi. 
  
Əlimi dodaqlarıma çəkirəm,
O təmas qalmayıb daha.
Saçlarıma əl çəkirəm,
Pərişan, sığalsızdılar.
 
Hər səhər; -Sabahın xeyir! Nejəsən janım, nejə yatmısan? soruşardın. İndisə səsinə həsrət qalmışam. Sənə həsrətəm.
Bu lənətə gəlmış telefon da susub. Çalmır ki, səsini eşidim. Zəngini gözləyirəm, zəng elə. Səsini eşitmək,  üzünü görmək istəyirəm. Səni bütünlüklə istəyirəm. Sən: -«İstəmirsənsə daha uzaqlaş! sənə zəng etməz, səni injitmərəm» demişdin. Amma mən bu ayrılığa dözə bilmədim. Həsrətindən jadar olmuş dodaqlarım hərdən pıçıltıyla:
 
-Nəfəsinin havasıyçun,
O sevdanın bəlasıyçun
Darıxmışam, qayıt! -deyir! 
 
Of, dilimdən qopan «Ayrılaq» kəlməsi! Ah! bu lənətə gəlmiş dilim, niyə ayrılıq hökmünü verdi? İlahi, mənə səbr ver, bu ayrılığa dözüm. Ayrılıq zamanı; - «ayrılıq qərarın özün verdin, daha niyə ağlayırsan? Ağlamaq ürəyi boşaltmaq üçündür, artıq  heç nə dəyişməz deyərək ürəyimə dağ çəkdin. 
      Lakin, bilmədin, gözlərimdən yağan yağışın səbəbi məni peşiman edən dilimin «Bu bir səhvdir, məni bağışla!» deyə bilməməsidir. 
İlahi, adam sevginin həddindən dəli olarmış, istəyin joxluğundan nə dediyini anlamaz sevdasından qaçarmış. 
Sən indi mənim ruhumun  nejə əzabla çırpındığını, yanğıyla  göynədiyini bilə bilməzsən. Bu parçalanmış dilim sənə niyə «Get!» dedi axı?!
 
Get!-dedim,
      Getdin!
Dönmədin daha.
Dön geri bax,
Gör neje de 
     bənzəyirəm
solmuş yarpağa. 
 
Bu ayrılığın günahkarı bir az da sənsən! Sənə «Ayrılıq» mən dedim, sənsə etiraz etmədin.
 
Ayrılığı mən dilədim,
Bəs sən niyə yox demədin?
Bu inadı mən elədim,
Sənsə mənə «Sus»,
Sus! demədin.
 
Susdun…  Amma məni  bərk-bərk qollarına alaraq «Vida» öpüşüylə dodaqlarımdan elə öpdün ki…  
Ayrıldın, rəngin qarala-qarala, susa-susa, ayaqlarını sürüyə-sürüyə. Barı, bağırayıdın, nə isə deyəydin, lap, lənət oxuyaydın. Allahın lənətin!  Sənsə susdun…
Yadımdadır, son anda nifrətlə mənə elə baxdın ki… O baxışlar altında əridim xəjalətdən, tənəli baxışların iztirabı məni sanki, öldürürdü. O baxışlarda ayrılıq, əzab, yalvarış, iztirab vardı. Nifrət dolu baxışlarıdan qurtulmağa jan atdım. Öz-özümə: -qaç bu baxışlardan, qaç… 
Qaçdım…qaçdım…Qarşıda görünən döngə. Allah, bu dongəyə tez çataydım, o nifrətli baxışlardan qurtulmaqçün.
Bu da döngə! Dayan, nəfəsini dər! Bu hönkürtü də imkan vermir. Ayrılığa ağla gözlərim, ağla, dilimin bəlasını çəkən gözlərim ağla! Yas tut eşqimə!  
Demə, sevginin ağırlığı da olarmış! Duz yükü təki. Demə, sevdanın çoxluğu ağılı əldən alar, dili çaşdırarmış. Mənim dilimi çaşdırdığı kimi.  Ah! Bu dilim-dilim olmuş dilim! 
Xəyalına danışıram. Yadımdadır, sonunju  görüşümüzdə mənim jib telefonumdan öz telefonuna hüznlü mahnını köçürdən zaman sənə: -Biz ayrılandan sonra bu mahnıya qulaq asıb, məni xatırlayarsan. -demişdim. Heç bir neçə saat keçmədi ki, dilim «Ayrılaq» sözünü  dedi və dediyindən dönmədi ki, dönmədi. Yadımdadır, ayrılıq zamanı  mahnını dönə-dönə telefonunda səsləndirdin. O zaman az qala dəli olajaqdım o səsdən. Sanki, mahnı məni boğur, boğurdu… 
Yetər, yetər! -deyərək,  bağırmasaydım, bəlkə də doğrudan da dəli olajaqdım. 
 
Ah! bu musiqi-
Yetər Allah eşqinə!
Əllərinin istisi 
Əllərimdən
ötməyəjəkmiş demə.
 
Nələr xəyal etməmişdik?!  Mən sənin qollarında uyumağı, sən mənim tellərimi qoxlamağı. Nələr, nələr…Hər şey gözəl olajaqdır. Amma…
 
Hər şey gözəl olajaqdı,
Düşündüyümüzdən gözəl!
Mən sənin qollarında,
Sən mənim ürəyimdə!
Hər şey gözəl olajaqdı,
Hər şey öz dəyərində.
Amma…
Başlamamış bitdi.
Şimşək idi, çaxdı, itdi.
Elə bil əsdi bir meh, 
Danışma, dinmə, 
Eh, eh!
Qovuşmaq çətinmiş,
Bizimki belə gətirmiş.
Gözlərimdə gilə yaş,
Süzülür yavaş-yavaş.
Yanağımı yandıraraq,
İzlərini buraxaraq,
Ürəyimin başında.
Hər şey gözəl olajaqdı,
Nə az, nə çox. 
Başlama yenə 
Yox, yox!
İndi bir ah, bir nalə, 
Yaşla dolu piyalə.
İj!
İç mənim sağlığıma,
Göz yaşımı şərab kimi!
Süzülən jorab kimi,
Ürəyim üzüldü getdi,
Hər şey gözəl olajaqdı,
Artıq gejdir,
        Məhəbbət keçdi.
Hər şey gözəl olajaqdı!
 
Bu da son! Çıxıb getdin, tez tələsən qonaq kimi. Ah, bu ayrılıq!  Daha bir-birimizə yaddan da yadıq! 
 
Ovjumu doldurdum 
             göz yaşlarımla 
Yudum gözümün sürməsin.
Allah belə ağlamağı 
Heç kimə göstərməsin.
 
İlahi,
Sevgi göz yaşı imiş.
Sevda gözdən ərimiş,
Gilə-gilə,
         damla-damla
Əllərimə tökülmüş. (Bu kupleti götur)
 
Sevgi yukmüş,
        Jəfaymış çəkənçün.
Sevgi toxunmuş,
        Ürəyində əkənçin. 
 
İlahi, sevgi dərdin
Çox elə!
İlahi, sevgi dərdin
Ox elə,
Sanjılsın ürəyimə!  
 
 
 
Don, geri bax!
 
Demişdim, bu dəfə dönməyəjəyəm. Sözümün üstündə dura bilmədim. Döndüm. Səni görmək istəyi məni sənə sarı sürüklədi. Anlamadım, ürəyim namərddi, yoxsa ayaqlırım? Yoxluğuna bir neçə gün belə dözə bilmədim. Tələyə düşmüş ürəyim quş kimi çırpındı…çırpıldı…İlahi, yoxluğundan nejə də təlaşlandım. 
 
Təlaş içərisindəyəm,
Eşqimin tələsindəyəm,
Çırpınırım.
 
Hər kəsin payına sevins ya kədər düşər. Mənim payıma isə sevinjlə kədərin birgə qarışığı düşüb. Bir gözüm ağlayır, bir gözümsə  gülür. Sevgiylə kədərin arasında düşünjələrim çarpışır. Fikirlər içərisində sıxılıraım;
 
Fikirlərim dolaş-dolaş,
Səni tanıya günə 
Daş düşəydi, daş.
 
Sən sevginin nə olduğunu bilirsənmi? Bilmirsən, sən sevmək basarmırsan, əsla basarmırsan, daş ürəkli! Sevgi sənin üçün bəlkə də bir əylənjədir?! Hissiyatsız! Qarşılıqsız sevginin nejə də əzab olduğunu sən hardan biləsən axı, hardan? Səni nə qədər sevdiyimin belə fərqində deyilsən. 
 
Ürəyimdən keçənləri,
İstəkləri, düşünjələri,
Sənə deyə bilmərəm,
Əsla!-deyə bilmərəm.
 
Sənin üçün çırpınan, yanan ürəyin naləsini, hıçkırığını eşitmirsən?! Don! geri bax, heç olmasa sənin üçün ağlayan gözləri gör. İlahi, nesə ülvü bir məhəbbəti itirdiyinin fərqtinə deyil. Bax, gözlərin önündə əsil məhəbbətin son nəfəsi tükənir. 
 
Gözlərimə bax!
Sönən sevgini,
Məhəbbəti 
      alışdırmıq,
Gülüm, ay gülüm,
Çətin olajaq! 
 
Gözlərimə baxa bilmirsən eləmi, qaçırsan? Qaç, qaç…
Sənin soyuğluğun məni səndən uzaqlaşdırmışdı. Döndüm, kaş ki, dönməyədim. Sənsə  hey məndən qaçdın. Bu qaçış mənimçün ölüm idi.  Buna da dözəjəyəm. Dözmək əsl dəyaəntdir!  Amma səni gözləyəjəm, son nəfəsə tək! 
 
Ağzı yansın o gölməçə qurbağalarının… 
 
Uşaqlığımda böyüklərimdən belə bir inanj eşitmişdim. Baharın ilk günlərində gölməçə qurbağalarının ilk qurultusu eşidilən zaman kim əyilib qaranlıq yerdən bir ovuj torpaq götürərsə o torpaqla həmin şəxsin taleyini oyrənmək olar. Torpağa işıq altda baxaraq içərisindən  tük axtarılır. Torpaqdan qara tük çıxırsa, qara günə, ağ tük çıxırsa ağ günə işərədir. 
   Bu sınağı illərlə sınadım.  Hər bahar gələndə eşitdiyim ilk qurbağa qurultusunda yerdən bir ovuj torpaq götürürdüm. Hər dəfəsində də içərisindən qara tük sıxırdı. Sən demə, mənim  qara günüm çoxdan başlaıbmış, lap doğulandan. 
    Bu boyda Yer kürrəsində mənə yaşamaq üçün bir para yer təpılmadı ki tapılmıdı. İlahi, bu boyda kainatda bir balaja kürəm belə olmadı ki, öz aləmim, dünyam olsun. 
   Əvvəljə ata eindən «qovuldum». Varlığım ata evindən  uzaqlaşdırıldı. Səni «özgəsinə» bağışlamışıq, sən ora aidsən, sonra bizdən injiyərlər,  get, dedilər. 
 Sonra kimin isə ürəyində yaşamaq istədim. O ürəkdən də qovuldum. Sonralar evimin sozalmış odu-ojağı ətrafında fırlanmaa başladım. Şəmə farlanan pərvanə kimi. O vaxtdan sonmüş, kozü soyumuş osağı alışdırmaq üçüçn üfürə-üfürə qalmışam. Sən demə, bu da bəxtsizliyin usbatındanmış. 
  Ağzı yansın o gölməçə qurbağalırının.  A Tanrı, sənin yazdığın bəxtə sonradan yamaq salaq olarmı? A Tanrı, adımı atam vermişdi, sən niyə bəxtimi verədin?! 
 
Yenə əllərim açılıb göyə,
Tanrı, bəxt ver, deyə-deyə.
Yalvarırım Allahıma 
Bəxtimi istəyə-istəyə.
 
Qışın soyuğunda üşüyə-üşüyə, bəxtimdən gileylənə-gileylənə, bir təhər neçə qışı yola verdim. Yenə bahar gəldi, Pirsaat çayının dağlardan daşan suları çay daşları üzərində ləpə döyə-döyə, daşa-daşa gölməçələri sarı yönəldi. Gölməçələr gölləndi. Gölməçələrdən qurbağaların səsi eşidildi. 
 - Ağzın yansın, a gölməçə qurbağalırı!   
 
 
 
 
Qara boyalı yumurta 
 
Qarşıdan Novruz bayramı gəlir.  Get, mənə bir dənə, tək birjə dənə yumurta boya gətir. Ozü də qırmızı boyalı yumurta yox…
Niyə? Hələ niyəsini də soruşursan, yadından çıxıbmı? O zaman yadına salım. 
  -Mənə bir dəst gəlinlik libası, bir qırmızı duvaq, bəzəkli xonçalar, boyalı yumurta borjlusan. Ötən Novruzların birində toyumuz olajaqdı. Sənsə getdin. Gedəndə gözlə gələn Novruzu, gələjəm. demişdin. Gəldin, amma çox gej, onun üçün vədini yadındın çıxartmısan, yəqin. 
        Neçə-neçə Novruzlar çatdı da, ötdü də. Tonqallar yandı da, sondü də. Amma ürəyimin yanğısı sonmədi ki, sonmədi… məhəbbətim olmədi ki, ölmədi! 
     Budur, qayıtmısan, qarşıdan Novruz gəlir. Bu Novruz sənin toyundur. Eh, olsun da, gəlin ki, mən deyiləm! 
  -Sözümün qabağında soz demə, son söz kişilərin olmalıdı, deyərdin. İndi də sənə irad tuta bilmərəm, son söz yenə  sənindi, gəlini dəyişmək də sənin qərarındı. 
  Budur,  sənin toyundur. Lakin, xeyir-dua almamısan. Xeyir-dua almaq üçün ilk önjə uçurtduğun könülləri tikməlisən. Gəl, könlümü al! Yox, yox, əvvəljə verdiyin sözə əməl et.  Söz verdiyin qırmızı gəlinliyi, qırmızı duvağı, xonçaları istəmirəm. Novruza bir neçə gün qalır, Get, mənə bir dənə, tək birjə dənə yumurta boya gətir. Ozü də qara boyalı yumur.
                                
  Külək qız
 
Ey sən, yağışı sevən, mən bu gün xəyalların dumanında, çənində azmışam. -Məni görməmisən? Sən bu dumana bələdsən, bələdçisən dumanlı, çiıkinli yollarda. Bu yollarda məni tapmamısan? Əgər tapmısansa, xahiş edirəm, qaytar özümü özümə. Qaytar! 
Deyirsən; «Sən küləklər qızısan» Doğrudan a, tale məni zamanın küləklərində sovurmuş olmasın?! 
  Səni düşünə-düşünə xəyalların dumanında uolumu yaman itirdim, yaman… 
 
Yenə qərq olmuşam, yenə
Xəyalımın dənizində. 
Bütün dünyam jəmlənibdi,
Xəyalların kolgəsində. 
 
Gejədir. Gejənin bu vədəsində heç kim heç kimi narahat etməz. Lap xəyalən olsa belə… Deyirəm, görəsən bu boyda Yer kürrəsində sənə bir yer tapılmadımı gəlib mənim ürəyimdə məskunlaşdın? 
 
Sən ey yağışı sevən, 
Baharın yelinə qoşul,
Gəl, gəl bizə!
Xəyalımla xəyalın
Gejə  dursun üz-üzə.
  Görəsən, ömründə düşünjələrindən xəyalən gejə qatarları kejibmi? Əgər kesibsə bu qatarlar səni xəyalında haralara aparıb?
 
Yenə yadıma düşmüsən,
Həm sənləyəm,
      həm sənsiz,
Xəyalın mənimlədir,
Qalmamışam sənsiz.
 
Eh, birjə düşünjələrin dumanından çıxa bilsəydim…
 Xəyalım pəmbə buludlar kimi səmadakı sarı sürünür. Xəyalım ah çəkir. Bu ah pərdə-pərdə süzülərək  dalğa-dalğa buludların sinəsinə dolur, buludların sinəsi qalxıb-endi. Göz  yaşları buludların kipriyləri arasından damla-damla damjıladı. Mənə -Külək qız, bu sənin göz yaşlarındı? -deyə soruşdun.
Xəyalımın dodaqları  pıjıldadı:
 
Bu mənim göz yaşımdı,
İsazə ver üz-gözünə 
                    səpilim.
İsazə ver dumanımla,
                    jənimlə
Xəyalına çəkilim.
İsazə ver,
Bu sevdanın uğruna,
Yana-yana,
                yolunda
Qoy ölüm istək ilə.
 
Sən ki, bələdçisən, bu dumanlı, çənli yollarda mənə bələdçilik edərsənmi?  Bu gejə ətraf çox sakitdir. Ey yağışı sevən, bu gejə nə sənin yağışın yağdı, nə mənim küləyim əsdi. 
 
Su pərisi 
 
Ey Qəvvas, sus! Qulaq as, dənizin pıçıltısına. Gör nə danışır, nəyi danışır, dənizin alt mərtəbəsindən nə xəbər verir. Lal, kirimiş balıqların sükunət dili səni darıxdırırmı? Əgər balıqlar belə lal-dinməzdilərsə bəs dənizi kim belə əsəbləşdirir, əfıanəvi su Pərisimi? 
 Sən su pərisinin dilini bilirsənmi? Bilirsənsə, o zaman xahiş et, bir dəniz şarkısı, dəniz rəqsi etsin. Bax, dənizdən təranə səsi eşidildi. Bu, su pərisinin səsidir. Qəmli nəğmələri oxuya-oxuya toxuduğu dəniz yosunlarini dənizin dərinliyindəki bəzəkli otağına döşəyir. Sədəfdə gizlənmiş injilərini çıxardaraq, özünü bəzəyər. Kimi isə gözləyə-gözləyə. Kimi? Ey Qəvvas, suya baş vur, dənizin dərinliyində baş verənləri öyrən. Gör su pərisinin üzündəki busənin ləkəsi  yox, sus! Danışma. Dənizin dərin sirri var. 
     Dəniz atı Dənizin sularının səsində nələ, fəryad duyursanmı?  Qəvvas,
 
 
Epiloq. Hərdən dəniz gözlərini gözlərimə dikir. Bəlkə də düşünür: “Bu mavi göz məndən dərin imiş”. Bəzən də mən: Dənizin dupduru gözləri varmış. İlahi, o gözlərdə itmək…
Bəzən; bu dəniz mənim göz yaşımdır. Gözümdən süzülən yaşlarım dənizin sularına qatışırıq, onsuz da duzlu olan dənizi bir az duzlaşdırır. 
  Düşünürəm ki, kaş, adım Dəniz, gözum mavi, saçim yosun olaydı. Hərdən də dənizin köksünə sıxılmaq isəyi məni yaman çuğlayır. 
      Nəhayət, mən bir dəniz qızı olmaq istəyirəm. 
 
  
 
Burax əllərimi, qoy çıxım gedim…
 
Tutub əllərimdən 
«Getmə» deyirsən.
Şər düşür, yol uzaq 
Getməliyəm mən.
Nə olar, ay «Gülüm» 
Etmə, deyirsən.
Bu sənə,
   bu mənə - yaxşılıq,
Etməliyəm mən.
 
Burax əllərimi, qoy çıxım gedim, burax, sən Allah! Bundan belə nə sən kölgəmə don, nə də mən bu kölgədən qorxum. 
Tutma boş üimidin ətəklərindən. Ümidlənmə gəlişimlə. Biz eyni dünyanın adamları deyilik. Nə ruhun ruhuma, nə jismin jismimə yaxındır. Bürax əllərimi, məni gəlməyimə peşman etmə. Gəlmişəm, çünki, odumdan, ojağımdan nigarandım…  
Görursən, olmadı! Deyirsən, - Bu gejə qal! Ah, bundan belə heç qalmağın yeri varmı? Mənim könlümün  qapısı  üzünə elə bağlanıb ki…Bu qapının rizəsi vurulub, jəftəsisə paslanıb. Nə bu qapı ajılajaq, nə də sən bu qapıdan keçəjəksən! 
Of… od alıb, bağrım yanıb! Külləri zaman küləkləriylə rəqs edir havada. Sanki, ayrılığa sevinirlər. Sənsə bütün bunlardan sonra; -«Bir də nə vaxt görüşək» deyirsən? 
 
Deyirsən:- Nə zaman 
«Gorüşək» bir də?!
Deyirsən, daraldı qərar,
Yoxdur səbr də.
 
Deyirəm: -Amandı, 
Durma önümdə.
Uzaqlaş! 
Nifrətin var önümdə. 
 
Ayrılıq hökmü çoxdan oxunub. Bir gün səndən əbədi ayrılajam. Bu, son görüş!
 
Sənlə bağlı bağ telimi,
Zamanı var, əvvəl-axır
Kəsməliyəm.
 
Bərk-bərk tutduğun əlimi,
Güj-zor ilə əllərindən
Üzməliyəm.
 
Düşməliyəm yel atından,
Geji-tezi həyatından 
Getməliyəm!
 
Budur, gözü yaşlı, ürəyi qubar, ümidi naçar gedirəm. Öpmə əllərimi, burax! Deyirsən:- Barışaq! Bu barışıq olmayajaq! Əsla, olmayajaq! Ağlama! Kişilər ağlamaz. İslatma göz yaşlarınla əllərimi. Sənin göz yaşların günahlarındı. Doldurma ovjumu günahlarınla. 
Qəlbimi elə parçaladın, elə dağıtdın ki… De, nə istəyirsən əllərimdən, burax əllərimi, burax! Bax, vaxtımı aldın, şər düşdü, hər yan zülmətə büründü. Gejdir, getməliyəm!
 
Görürsən-
Şər də qarışdı. 
Ah, nejə yolumdan 
      eylədin məni.
İndi qorxa-qorxa,
İndi zülmlə
  yarıb gejəni,
Gedəjəm!
Burax əllərimi,
Sən Allah, yolumdan
        eyləmə məni.
 
Burax əllərimi, qoy çıxım gedim… 
 
 
Kimsən, ay adam?
 
Zəng! Kimsən? dud…dud…Yenə dəstəyi asdılar. Bu zəng, bu  hənir… Yenə zəng! niyə dillənmirsən?  Dillən, bəlkə də sən ehtiyajım olan kəssən, nə bilim, bəlkə də… 
Ey adını bilmədiyim kimsə, sənin zənglərinə elə öyrənmişəm ki, bu əsrarəngiz zənglər çalınmayanda lar darıxıram. Danışmasan da, kimliyini bilməsəm də belə, yenə də zənglərini gözləyirəm. 
Sənin səssiz-sədasız zənglərin məni tənhalıqdan qurtarır. Məni xəyalınla üzbəüz qoyur. Mənə elə gəlir ki, bu zənglər kimsəsiz otağımı hənirlə, soyuq yatağımı hərarətlə, sevgisiz ürəimi sevgiylə döldurur. De, haradan bildin ki, birjə hənirə möhtajam? 
Ah, birjə kimliyin bilsəydim?! Danış, nə olar, danış! Bilirsənmi, sənin zənglərin mənim solmüş ümidlərimin qığıljımını odlamağa kömək edir.  Könlümü həyat eşqiylə doldurur, ümidlər verir. 
Soyumuş, Sibirə dönmüş otağımda sırsıra bağlamış tənha qızılgıl kolunu xatırladırdım.O qızılgül kolunu ki, çiçəyi üstündə şaxtaya tutulmuşdu. Sənin zənglərin bu şaxtanın donunu açdı, gül yenidən tumurjuqlamağa başladı.   
Bilirsənmi, hər axşam çaldığın zəng qonaqsız-qarasız evimin ən əziz qonağına çevrilir. Axşamdır, yenə  zəngini gözləyirəm. Aha, zəng!
 
Bu hənir hardan belə?
Yayılır xəttə, telə.
Parçalanır gumanım,
Dəyərlənir zamanım. 
Zəng!
Sirrdi, boğçası bağlı,
Evini bilmirəm,
        bağçası bağlı.
Soruşmayın, 
      kimdir belə?
Nə bilim…
Adını bilmirəm hələ?
 
Doğrudan a, sənin adın nədir? 
Sənin kimliyini düşünməkdən xəyal  atı  başımda yel qanadlarıyla çapır…çapır…
Susma, danış! Ey sən, bilirsənmi, hər gejə yanımdasan, zənglərinlə. Zənglər mənə həyan durur. Qaranlıq, qorxunj gejələr daha məni üşündürüb, qorxutmur. 
Allah, deyəsən, bir səs eşidiriəm axı . Tuk…tuk…tuk.. Qapı döyülür-ürəyimin qapısı. Sən, ey zəng sahibi, ürəyimin qapısını belə döyərək məni səksəndirmə. Bu qapını hələ indiyə qədər heç kimin üzünə açmamışam axı! 
İndi ümidə sığınmış, qaranlıq sevdanın arxasınja düşmüş bir zavallıyam. Ah, bu zənglər…Artıq əllərimi əllərinə verməyə hazıram. İndi hər şeyə razıyam! 
Neçə gündür ki, telefonun zəngi susub? Mən bu zənglərə hakim kəsilmişəm axı, zəng niyə çalmır? İçimdə qorxulu bir ısızıltısı var. Məni həsrətli qoyma, zəng et. Ah! bu səssizlik! 
Yoxsa, sən xəyal idinmi? Zəng et, varlığını sübut et! 
Yenə bu təklik, kimsəsizlik…Səni düşünürəm. Nəhayətsiz düşünjələrin sonu divanəlikdir, bilirsən. Məni divanə etmə. 
Bu gejə darıxdırıjı, zəng gözləyirəm.
 
 
 
 
 
Bu gejə 
           darıxdırıjı,
Gejə -
Nədən uzanır belə?!
Vurnuxuram otaqda,
Zəng elə, zəng elə!
Öz-özümə deyirəm, 
Bir az döz, səbr elə!
Bu gejə -
Həsrəti biçmək istəyirəm.
Bu gejə -
Ruhuna köçmək istəyirəm. 
Bu gejə-
Səsini eşitmək istəyirəm.
Nə olar, zəng elə!
Bu gejə…
 
Sakitliyi hürküdən səs - Zəng! Qulaqlarıma inana bilmirəm. Bilirəm, bu sənsən! Çünki, mənə zəng edən kimsəm yoxdur. Bu, sənsən, sən! 
Alo…Alo…danış, susma. Danış, Allah eşqinə!
Bağırtı otağı başına götürür. Kimsən, ay adam, kimsən?…
 
 
Əlavələr
 
Facebook beğen
 
 
 
Bugün 80 ziyaretçi (192 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol