Axı nəyinə gərəyəm sənin
Axı nəyinə gərəyəm sənin
 
 
Məni dəryaların qoynuna tulla,
Məni quyuların dibinə sala.
Ünvansız ümidsiz səfərə yolla,
Axı mən nəyinə gərəyəm sənin?!.
 
Məni yaddaşının bucağına at,
Məni nifrətinin ocağına at.
Məni əzrayilin qucağına at,
Axı mən nəyinə gərəyəm sənin?!.
 
Ayaqla yoluna düşən daş kimi,
Tale üzüyündən qopan qaş kimi,
Sil at yanağına düşən yaş kimi,
Axı mən nəyinə gərəyəm sənin?!


Unut birgə keçən gözəl anları,
Unut sənə dediyim o gumanları,
Unut sənlə keçən birgə anları,
Axı mən nəyinə dərəyəm sənin?!
 
Neynim arzularım toxundu  daşa,
Verib sevgilinlə indii baş-başa.
Necə istəyirsən elə də yaşa,
Axı mən nəyinə gərəyəm sənin?!
 
 
 
Əlavələr
 
Facebook beğen
 
 
 
Bugün 30 ziyaretçi (69 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol