Mətanət Ulu Şirvanlı şeirləri

Gəlmisən yanıma günahlarınla,

Deyirsən, sən Allah bagışla məni.

Gözündən tökülən yağışlarınla

Islatma saçımı, yuma əlimi.

 

Bu əllər necə də indi yaddılar,                                                                                        

Axı özgəsinə əl uzatdılar.

Sökdülər, yırtdılar ah, dagıtdılar,

Komamız üstündən cığır atdılar.

 

Əllərin əlimdən söküldü, getdi,

Elə bil qış idi şaxtaya düşdü.

Qəlbimdən arzular töküldü getdi,

Gülləri qurumuş bagçaya düşdü.

 

Günahlar yuyulmaz göz yaşlarıyla,

Nə yagan yagışla, tufanla vallah.

Qururun əyılməz baxışlarıyla

Barışa bilmərəm gümanla vallah.

 

Gəlmisən qapıma günahlarınla,

Sən qoyub getdiyin mənəmmi daha.

Əl atıb üzümə barmaqlarınla

 

 

 

 

26.08.2011

Saat 10-52. 

 

 

Dostundumu, qardaşınmı bilmirəm,

Üz vurur, astarı üzündən betər.

Olub-ötənləri daha demirəm,

Külüm də yandırır közümdən betər.

 

Mən sənə ev hördüm min ilmələrlə,

Sigalla, tumarla, sevgi, dəyərlə,

Diz atıb yalvardım, sürünmələrlə,

Ürəyim qan sızdı dizimdən betər.

 

Bu səfil dünyaya qatıldıgımdan,

Sevda bazarında satıldıgımdan,

Ay Allah, xəciləm atıldıgımdan

Vicudum utandı üzümdən betər.

 

Şaxəli agacdım - budaqlayanda,

Saraldım xəzəl tək ayaqlayanda,

Məni hecə sayıb xırdalayanda,

Xərclədin balamı özümdən betər.

 

Yel olum, bir səhər qoşulum yelə,

Danışma əmrini vermisiz dilə.

İlahi, mən sussam, lal olsam belə

Gözlərim danışar sözümdən betər.

 

Cagır Əzraili can cilidində,

Canım ruh tapşırır qəm sahilində,

Ölümə nə var ki, hamı ölür də,

Qoy gəlsin nə varsa ölümdən betər.

26.08.2011

 

Həsrət

 

Səni nə qədər sevdiyimi

sən hardan biləsən ki...

Sən ki, məni sevməmisən.

Həsrət sapsarı gülmüş,

Dəstələyib verdin mənə.

Sarı çiçəyi sevdiyimi,

lap çoxdan bilirsən ki.

 

Bəlkə bir gün qapıma -

Gələcəksən barışmaga?!

Bir kimsəni tapmayanda

Dərdləşməyə danışmağa

Üz üz tutub ünvanıma,

Gələcəksən barışmağa.

Kədərin sağlığına

 

Bu, qədəh büllur,

süz şərabı qədəhlərə.

Ay niyə küskün durur,

nuru saçmır qədəmlərə?!

 

Bu gecə Ayın işığı

kədərdən süzülür gəlir.

Ulduzlar düzülür gəlir,

bir-birinin ardınca.

 

Bir qədəh şərab

 

Hə ,bu da son!

Mən dözürəm, göz aglayir,

Qalanmışam atəşlərə,

Ocağımda köz ağlayır.       

 

Dodağından süzüldü qəm,

Ayrılarkən öpüşəndə.

Göy üzündə süzür naləm,

Dodağımdan elə öp ki...

Ayrılığa dözüm mən də.

 

Qəm oxuyur ayrılığın acısına

    otağımda,  pərdə-pərdə.

Ayrılıga dözəmmirəm,

  qovruluram yatagımda,

                         ahla, dərdlə.

Dodagının izi qalmış

cadar olmuş dodağımda,

Susamışam su ver içim.

 

Ah, əzizim, bax, bu da son!

Sənsizlikdir ~ tənhalığa

    sukutunla qərq olmuşam.

Bir mən,

           bir qədəh şərab,

 

Ay yox olmuş məhəbbətim,

Ayrılıga dözmək üçün

              içim sənin sağlığına!

 

 

Qara bulud

Ay üzünə ləkə saldı.

Buludlar tıkələndi,

Ilahi nə kökə qaldı!

 

Saçların pərişan,

külək saşını darasa...

Pəncərə çərşivəsində

yuva quran göyərçin

uçdu, getdi harasa.

Göydə çırpınır kədər...

Kədər hardan süzülür,

Bəlkə gətirir yarasa?

 

Ilahi, bu, kədər mənim.

Boğaza yığılan qəhərim

bulağın suyundan gur.

Dur, əzizim, dur,

Bu, qədəh büllur,

süz şərabı qədəhlərə,

ömürdə tək bircə kərə

içək kədərin sağlığına!

 

Məzara bənzəyən yataq

 

Bu yataq məzara bənzəyir,

Yastıq əhləd daşımdı.

İlahi, gubhagup nədi?

Vay, deyəsən başımdı.                                                                                    

 

Bu yataq məzara bənzəyir,

Amma üzüm Qərbədi.

Bu dünya qəribədir,

Yoxsa mənmi qəribə?

 

Bu yataq məzara bənzəyir,

Ayağım gündoganda,

Yerimin yataq oldugun

o vaxt anlayaram ki

başıma gün döganda.

Bu yataq məzara bənzəyir...

 

 

Ay adam, ay adam...

 

Ayaq açan körpənin

əsən dizlərində təpərmi var?

Bacarırsa durub gəzsin

           qarşıda çəpərmi var?

Ayağların əsə-əsə,

addımını qısa, kəsə

                 vur yerə gəz,

öz nəslindən,

    öz soyunda ay olan kəs,

Ay adam, ay adam...

 

Hələ qoncə,

          hələ cicək,

                       nar dənəsi,

Sən babanın, sən nənənin bir dənəsi,

Ay dünyanın gül nəfəsi, gül körpəsi...

Ay adam, ay adam...

 

Bu dünya baxışında

          başdan-başa naxışdı,

Bu dünya yoxuşunda

                hələ yazdı, yağışdı,

Kimlər gəlib bu dünyaya yığışdi?!

İsrən Adəm,

             dünən Həvva,

                                 bu gün sən,

Hardan bilim gələcəkdə sən kimsən?

Ay adam, ay adam...

 

 

Dünya gülür,

           bu dünyaya əl et, sən,

Bu dünyanın min üzü var,

             hələ birin görmüsən,

Mən gedəcəm,

            sən yerimə gəlmisən,

Ay adam, ay adam...

 

 

***

Yaz yağışı yağır bu gün,

Göz yaşım yağır, yağmasın.

Ilahi, dediyim söz deyil,

Bəlkə məndən dərdlidi,               

Qoy Göydə da aglasın.

***

 Nar gülüm, nar çiçəyim –

Tamillamın 1 yaşı mübasibətiylə

        1 yaşın mübarək

 

Ay babalar, ay nənələr şükür ki,

Mübarəkdən mübarəkdir günümüz!

Ay qonaqlar, əzizlərim, indi siz

Hamılıqla zəhmət cəkib,

                      xoş günə xoş gəlibsiz!!!

 

İlham müəllim, gözün aydın ilk nəvə,

Səfərbər ol, nəvə-nəticə toyuna.

Ay İradə, cavan nənə, bu nəvə

Şirindən şirin imiş sən demə!

Nənə adın fəxr bilək biz gərək,

Qızım, sənin bu 1 yaşın mübarək!

 

Şükür gördük, yol gözləyən görəcək!

Bu qız  körpə, bu qız incə, fagirdı...

Ay babası, demişdin ki,

                       mənə əmi deyəcək?

Azı dolu səni Dədə cafırdi!

Fələk sənə necə qurubmuş kələk,

Qızım, sənin bu 1 yaşın mübarək!

 

Ay bibisi, ay xalası nurdu qız,

Bibisinə “bebi” dedi durdu bız,

Gecə yatmır lap Günayı yordu qız,

Ah,  Tamilla, bir balaca yat görək,

Qızım, sənin bu 1 yaşın mübarək!

 

Şövkət getdi, Tomka gəldi həmən gün,

Indi qorx ki, Günel gedər dalıycan.

Ay maşallah, meydan qalır bu qıza

Iki evin gül balası can ay can!!!

Ay Tamilla, sakit otur, qoy görək,

Qızım, sənin bu 1 yaşın mübarək!

 

Ay babalar, ay nənələr şükür ki,

Mübarəkdən mübarəkdir günümüz!

Böyük baba, böyük nənə indi biz

       baş əyirik qarşınızda, deyirik;

Təşəkkürlər!!!

        Anladıq ki, bizi necə sevmisiz!

 

Külək əsdi, ağacın

            son yarpağın qopardı.

Ümidim küləklərlə sovruldu.

Duyğum yarpaq tək əsdi,

Sevdam qarşımı kəsdi,

                    Ayaqlarım əsdi,

Yeridikcə yeridim...

İlahi, kü

 

 

lək məni sənə aparır...

 

 

Duygular inlədi,

qədəhlər cingildədi,

Məhəbbətin sağlığına!

 

 

Həsrəti biç əlinlə,

Ver gilavar aparsın

Dənizlərdən o taya.

Ey ürək, dinlə,

Ya sev, ya da ömürlük Vidalaşsın bu sevda.

 səninlə

 

 

 

 

Bu yolılar haçalı- qoşadı,

Bu yolda bir ömür yaşadı.

Bu yollar baş-başadı,

Hansı düz, hansı əyri?

 

Könlün quş olur, uçur,

Uşur könlümün üstünə.

Öz babalı öz  boynuna

Sevgi günahın yıxır ütümə.

 

 

 

Səsin sehrindəyəm,

 

 

Çəkib ayrılığın qılıncını sən

Vurdun, yaralandı sinəm.

Haradan biləydim günahımı,

Mən sənin nəyinə gərəyəm axı?

***

Yamaclar göyərib,

Yemliklər çıxıb.

Tanrı məni yaradanda,

Bəxtim yadından çıxıb.

***

Gecə Ayla, gündüz Günəşlə təmasda

Addımla kimsəziz otaqda asta-asta.

Qarlı bir qışda, ya da ki, payızda

 

Kimsəsiz öləcəm bəlkə də…

***

 

Öpüş sevginin qapısı,

Açamağı bacarmadın.

Ay Allahın bəlası,

Mən sənin nəyinə gərəyəm axı?!

 

Sus, susa bilsən,

Sus, işləmə günahı.

 

Mən sənin nəyinə gərəyəm axı?!

 

Əlimdə ovuc dolusu açar,

Gözlərindən işıq saçar.

Nə ovcumdakı

açar,

Nə də ki,

şirin dilim qəlbini açar,

Qarşında qalmışam naçar.

 

 

Bir payız günündə

Meh pəncərəmi döydü.

Açdım pəncərəmi,

Külək otağa doldu.

Bir az saçımı yoldu,

Eh yenə də noldu?

Buludlar ağladı,

Göy qurşağın salladı,

Mənə salam yolladı.

Saat 23.05. Şənbə. Oktyabrın 25. 20014.

 

        Azərbaycanım

 

Bu dünya nə gözəl yaranıb belə,

Şükür xəlq eyləyən yaradan, sənə.

Əzəmətli diyara, çaylara, gölə,

Min seyrə çıxaram doymaram yenə.

 

Bu dünya nə gözəl yaranıb belə,

Qoynunda yer açır məhəbbətlərə.

Daim işıq olsun, daim nur olsun,

Qoy nəsib olmasın fəlakətlərə.

 

Bu dünya nə gözəl yaranıb belə,

Dağların sütunu silkələnməsin.

Qoy yağış ələnsin, od ələnməsin,

Təbiət var olsun, zədələnməsin.

 

Bu dünya nə gözəl yaranıb belə,

Sevincin bol edir cahana , elə.

Yaşıl Azərbaycanı, gözəl diyarı,

Qoruyaq Yer üzündə sevə-sevə.

 

Ey ana yurdum, Azərbaycanım,

Bu Yer üzünün zinəti sənsən!

Sən ey xəlq eyləyən böyük Allahım,

Nə gözəl yaratdın,

        Nə gözəl yaranıb Azərbaycanım!.

 

 

 

 

Daha ayaqlarım çəkib aparmır,

Məni o istəyə, alışan oda.

Təkcə mən qalmışam ümidə dolan,

Quruca salamçun darıxmır daha.

Gecə

 

Göy üzümü duvaq-pərdə?

Dünya silkələnib qalıb.

Kölgələr sürünür yerdə,

Buludlar xəyala dalıb.

 

Ulduzlar ürküb, qaçmış,

Günəş bəlkə çıxmaz daha.

Bulud qorxudan dağılmış,

Şımşəklərə baxa-baxa.

 

Ay üzündə ləkə qalıb,

Döyülüb ağlayir necə.

İlahi, nə kökə qalıb.

Günəş yalvarır hər gecə.

 

Qaranlıgın dadı qaçmış,

Kürə çıxmış oxundan.

Ilahi, xəbərin yoxmuş,

Bu dünyanın halından?!

 

Dənizdə axşam

Günəş dəniz qoynunda,

Gəmi liman sahilində.

Sərçə ağac oyugunda,

Yatacaq bu axşam.

 

Dəniz coşqun, ləpəli,

Gildən, qumdan təpəli,

Qovub dənizdən kədəri,

Girim qoynuna axşam.

 

Xəzər xəzri əsdirəcək,

Su üzündə gəzdirəcək,

Qoyniundaca bəsləyəcək,

 

 

 

Su üzündə nənni var,

Dəniz şarkısı lay-lay,

Dəniz atı dənizdə

Atın çapır  hər axşam.

 

Pərişan, tel-tel ləpələr,

Sudan sıçrayır qəlpələr,

Ay gül üzlü gül körpələr,

 

Balıqlar susur, durur,

Göy üzündən Ay pusur,

 

 

 

 

 

 

 

Ah, közən köz üstünə,

Dilimi qoya bilmərəm.

 

 

Düşün, ya da mən düşünüm,

ikimiz haqqında.

Bu göy üzü altında

nə mən,

              nə sən tək deyilsən.

Anla, bu sevgi yasaq!

qaçaq eşqin xətərindən,

Deyirsən qorxma,

Məyər görmürsən,

                  dünya əyilib?!

sallana-sallana qalmışıq ətəyindən.

 

 

                                                            Zərbə

                                                                                                                      Esse

     Bilmədin, vurdugun  zərbə necə güclü oldu. Yanına ovunmağa gəlmişdim. -Necəsən? soruşanda yalandan “əla”  dedim sənə.

   Sən özgəsinə, mən sənə susamışam. Demə, əllərimə toxundurduğun əl yad saçlarını sıgallayırmış. Dodaqlarıma toxundurduğun dodaqlar özgə nəfəsi dadıbmış?! Amma canım, mən doğmaydım, o, yaddı. Nə yaxşı ki, Tanrı məni oyatdı, “xəta”ları göstərməklə. Mən səni Şahdağına, Haramı dağına, elə lap son günlərdə gördüyüm Göyəzən dağına bənzətmişdim. Sənə qurban olaram, Göyəzən dağı əsirləri, Şahdagı haçalanmış fikirləri, Haramı dağı barmagı kəsilən oğrunu gizlədən kimi düşüncələrini gizlətmə məndən!

Məni dəyişdin! Az qalmışdı, lap az - həqiqəti görməyinə, məni tanımağına və daha sonra həqiqi sevgini yaşamağa. Sən hardan biləsən ki, mən nə çəkdim o “xətanı” görəndə.

Atılmış kimi hiss edirəm özümü.  Nə fərqi var, sən də məni at, dogmalarım məni atan kimi. Buna da dözəcəyəm. Sənə çox güvənirdim. Bilirsən niyə, fikirləşirdim ki, sən hansı dağın oğlusan?! O dag kimi də vüqarlı olmalıydın! Sənə güvəndiyim dağlar... Yox, yox mən haqsızam! Bağışla, sən Allah. Axı halalın deyiləm. Qəribədir, bütün olanlardan sonra yenə səndən ayrılıb, getmək istəmirəm. Yəqin, zəifəm. Bəlkə sən də mənim kimi düşünürsən, zənn edirsən ki, zəifəm?

    Sənə taleyimdən o qədər epizodlar danışmışam ki. Epizod deyirəm ha. Amma o qədər danışmadığım, ürəyimi dəlmə-deşik edən deyəcəklərim qaldi ki...  Ürəyimi deşən, məni sənə sürükləyən səbəb -  sənin ölən nişanlıma bənzəməndır. Sözüm səni çaşdırmasın. Dedim axı ürəyimi deşən o qədər deyəcəklərim qaldı ki... Boş yerə yetim saxlamaga gəlməmişəm ki. Ən böyüyü də bu! - Gözəlsən demişdin, nə olsun ki,  taleyim ki, gətirmədi! Mən səni bu qədər niyə istəyirəm, deyəndə; nə bilim demişdin. Əslində mən bilirdım Bunu sənə demək istəmişdim. Səni incidəcəyimdən qorxmuşdum. Bu dəhşətli deyil, ən dəhşətlisi nişanlımın mənim günahımdəan ölməsi idi. Təsəvvür edə bilmədiyin qədər... bir ömür boyu o qədər döyülmüşəm ki, canım. Allah o günləri ömrümdən silib atsın. Ölmüş nişanlımin meyiti yanında da döyüldüm. Ölümün səbəbkarı olduğumçun. Oğlanın bacısı məni sürüdü meyitin yanında. Heç soyuq üzünü də mənə göstərmədilər.

     Bir ömür boyu döyülməkdən, söyülməkdən, danlaqdan qac. Qac...qac...qac...mən bədbəxt taleyimdən hara qaçım axı? Xatırlayırsansa, ölümlə bağlı sənə fikirlərimi demişdim. Gülməli olsa da doğulan günümü dəqiq bimirəm. Amma ölən günümü biləcəyəm. Bir payız günündə, çarəsiz halda qucağında öləcəyəm. Mən heç kəsi sevmədim, canım, hec kəsi. Səndən savayı. Eh, sən də ki...

     Mənə sual verdin; ata- anan sənə niyə sahib çıxmadı?- deyə. Çünki, mənə çörək verib, böyütmədilər. Üstümdə haqları olmadı. Himayədarım məni divarın o tayında “çırpanda” anam bu tayından eşidərdi. Elə bilirdim bir gün məni onun əlindən alıb aparacaqlar. Amma aparmadılar. Mədəni sürətdə varlı atam məni kasıb kişiyə satmışdi. Gülməlidir, deyilmi? Allah şeytanın cəzasıni versin! Elə verir də. Atam öləndə o qədər var -dövlətindən oksigen balonu üçün  pulu qalmamışdı. Demək mənə yaraşmaz canım, bir balon oksigen pulundan ötrü mən nə qədər zillət çəkdim onu Allah bildi. Börc almağa öyrənməmişdim, heç kimə ümidım yox idi. Kürəyimin ortası alışıb-yandı 5-10 şirvandan ötürü. Xəstəxana binası tininə səhərüzü belimi sürtdüm acıdan, çarəsizlikdən atam can çəkişəndə. Son günlərində səndən utanıram, dedi. Elə indi də yuxularıma günahkar gəlir.

         Yanırdım sanki. Yanğımın odu görünməsə də tüstüsü Allaha çatirdı. Amma şikayət etmirdim. Susurdum. Yadlara şikayətmi edəcəkdim? Amma baş aça bilmədim ki, mən özüm nəyin cəzasını çəkirəm? Bəlkə də ölən nişanlımin!  Məni bagışla, səni ona bənzədirəm. Sənə özümü sındırmamaqçun görməməzlikdən gəlirdim. Amma səni görəndə ürəyim yanmışdi! Yadındadırmı bir dəfə çaşıb sənə onun adını demışdim. Sən mənə ilk dəfə öz adını deyəndə  qulaqlarım onun adını eşitmişdi.

  Bilirmisən, anam məni təkər üstündə doğub. Mən doğulan ğün  atam anamın üstünə qız qaçırıbmış. Bax, o vaxtdan əllərdə qalmışam. Doğuldugüm gün məni yekə təkərlərin arasından çıxarıb, zaman təkərlərinin üstünə tərsinə qoyublar sanki. Və o vaxtdan bəri zamanın çarxı məni tərsinə dolandırıb durur. Bəlkə də bu üzdən üşlərim düz gətirmir. Nənəm məni sevməzmiş.  Mənə uğursuz deyərmiş, mən doğulan sonra 2 yaşlı bacım öldüyünə görə. Amma anam deyərdi ki, sən doğulandan sonra var-dövlət başımızdan töküldü. Deməli, mən heç də uğursuz deyiləmmiş!  Mənə qoyulan doğma – göbək adım yaxınlarım tərəfindən işlənsədə  sənədlə ölən bacımın adini daşıdım.

        Mən döyülən zamanlar sənin varlıgından xəbərim belə yox idi. Haradaydın? Adam nə qədər döyülərmiş! Agir gün içərisindəydim, nişanlım öləndən sonra lap başıqapazlı qalmişdım. - Nankor, yediyin çörək burnundan gəlsin, deyirdi mənə, himayədarım. Hamıdan zəhləm gedirdi, elə özümdən də! Düşünürdüm ki, qapaz altında qalmaqdan, söyülüb, tüprülməkdənsə baş alıb buralardan getmək yaxşıdır. Amma himayədarım etdiyi zülmlərə baxmayaraq bəbəklərimdən gətirə-gətirə məni elə gözəl geyindirərdi ki. Hər gecə əllərimi gizlicə göyə qaldirıb yalvarır, kimsənin gəlib məni aparmasını Allahdan diləyirdim.  Kaş o zaman gəlib məni aparaydın canım. Səni görəndən sonra hər şey dəyişdi. Səni çox, sənin bilmədiyin qədər çox istəyirəm!!! Fikrini çaşdirma, daha indi heç kimə bənzədiyinə görə yox, səni – özünə bənzədiyinə görə sevmək istədim.

 

Sənə yaxın olmaq istəyirəm,

Cox yaxın!

Bir nəfəs qədər.

Əllərini tutmaq istəyirəm,

Gözlərinə baxmaq istəyirəm,

Gözlərin şimşək çaxana qədər.

Pıcılda, nəfəsin daralsın,

Ürəyin qor alsın

                məhəbbətin közündən.

Hey, səni cox sevirəm,

Lap çox, min dəfə artıq özündən.

 

            Elə arzulayırdım ... ağappaq, qar kimi mələfə içərisində ola biləcək arzuları... Xəyallarımda qurulan sevda elə arzu olaraq qaldı . Kaş o günləri dəyərləndirəydin. Sənli günləri elə arzulayırdım ki.. Sənə sevda, sevği dolu günlər yaşatmaq arzusu daşıyırdım. Sən isə...

Birlikdə yaşaya biləcəyimiz günlər zənnimcə bir də geri dönməyəcək.

    Məni dəyişdin. Yadındadırmı, səni bir kəslə görsəm susacağam, demişdim. Bağışla, susa bilmədim. Sən Allah sənə dediklərimdən narahat olma! Görürəm, mənlə birlikdə olmaq səni çox qorxudur. Demişdin, istək qorxunu üstələyir. Mən o qorxunu aşdım, sən isə aşa bilmədin. İçimdə gizlədiyim bir sirri də sənə açmaq istəyirəm. İstəyirdim ki, isti, şirin bir yuvamız olsun.

    Mənə olan istəyin əriyib, getməsini istəmirdim. Sənin ürəyimdə, qollarım arasında  qalmasıni istəyirdim. Bacarmadım, canım, bacarmadım. O gecə-  məni atıb getdiyin gecə ayrılıq məqamında,  səni itirməkdən qorxduğum kimi hec nədən qorxmamışdım bu dünyada. Bu sətirləri yazarkən təkəm. Amma daha qorxmuram. Sən mənə tək qalanda qorxma demişdin, axı. Dörd divar məni yeyəcək sonunda, Allah!  Kimsəsizəm, sığınacağım kimsəm yoxdur.

    Anasızlıq, yetimlik neçə olur canım? Yəqin mənim çarəsiz halım kimi. Sən anasız, mən analı yetiməm. Mən öyrənmişəm yetimlərə ana olmağa. Sənə də ana olmaq istəyirdim, elə istəyirdim...

        Yorulmuşam. Daha tənha qalmaq istəyirəm. Əl- Vida. Bir payız günündə, çarəsiz, qucağında öləcəyim günə qədər.  Sənə qurban olaram! Sən özgəsinə qurban oldğun kimi.

 

Son görüş günü.

Şənbə. 08.01.2011.

Saat 22.59- dan, 3.15 dək.

İmza: Tanrı və bəndə döyən.

 

 

 

 

 

 

 

 

 

 
Əlavələr
 
Facebook beğen
 
 
 
Bugün 83 ziyaretçi (201 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol