Mətanət Ulu Şirvanlı seirləri 2


Səbr Allahın adıdır

 

Hər gün yollarına baxıb gedirəm,

Dərdimin içindən axıb gedirəm,

Ağlayan gözümü sıxıb gedirəm,

Gedirəm dərdimi yara-yara.

 

Qanadı qırılmış, çırpınan quşam,

Bir namərdin tüfəngiylə vurulmuşam.

Iki ildi dayanmadan ağlamışam,

Qərq etmişəm üz-gözümü sel-sulara.

 

Sən hardan biləsən, yolumda tələ,

Bu sevda uğuruna kim öldürə, kim ölə?!

Sənə susamışam, təşnəyəm hələ,

Səhra kimi dodaqlarım para-para.

 

Atəş idim, yana-yan kül olmuşam,

Sevilməyən sarı çiçək, gül olmuşam

Məngənədə sıxılaraq ovulmuşam,

Hörülmüşəm sevgim ilə daş-divara.

 

Sənə desəm, bu sevdadan  yorulmuşam,

Gəl inanma, sevdam üçün doğulmuşam.

Ah, əzizim,  ləpirinlə yol olmuşam,

Yeridikcə, baxırsanmı  o yollara.

 

İnadından de, nə zaman dönəcəksən?

Mənsiz için-için göynəyəcəksən.

Sevgiyə uzanan yol görəcəksən

O yollar aparır And dağlarına.

 

Səni sevməyirsə sənin sevdiyin,

Cəhənnəm əzabı sevda bildiyin.

Allahın adıdır səbr dediyin,

Bir gün bükülərsən  yar qollarına.

 

 

Qarabağım

 

Mən insan doğuldum, bir dovşan deyil.

Bəs niyə qurd-quşdan qorxmalıyam mən.

Zillətlə yaşamaq bir yaşam deyil,

Düşmənlə vuruşub yıxmalıyam mən.

 

Qarabağ yolunu bağlayıb duman,

Zəngilan elimdə sara bax, aman,

Hər axşam Allaha eyləyib güman,

Səhərə salamat çıxmalıyam mən.

 

Suşanın dağları bayatı deyir,

Xarı bülbülləri heyratı deyir,

Kəlbəcər filizi, yatağı deyir,

Zinəti tacıma taxmalıyam mən.

 

Bərgüşad cayı da Qubadlı dərdin

Uyudur, selində saf məhəbbətin

Mənfur erməninin bu xəyanətin

Qaldırıb başına çaxmalıyam mən.

 

Hələ yazılacaq zəfərim qalır,

Hələ yeyiləcək bəhərim qalır,

Laçında kişnəyən kəhərim qalır,

Yatıb yalmanına sıxmalıyam mən.

 

Ağdərə, Ağdam,  Xocalı, Xocavənd,

Füzuli, ey vətən, könlümə həmdərd,

Öz elim, öz obam, özümə sərhəd,

Tikanlı sərhədi yıxmalıyam mən.

 

Iz salıb yadların ləpiri yurda,

Aslanlar yuvası qalıbdı qurda.

İgidlər vətəni o  Cəbrayılda,

Qələbə bayrağını taxmalıyam mən.

 

 

 

 

Azərbaycanım

 

Bu dünya nə gözəl yaranıb belə,

Şükür xəlq eyləyib yaradan, sənə.

Əzəmətli dağına, çaylara, gölə,

Min seyrə çıxaram, doymaram yenə.

 

Bu dünya nə gözəl yaranıb belə,

Qoynunda yer açır məhəbbətlərə.

Daim işıq olsun, daim nur olsun,

Qoy nəsib olmasın fəlakətlərə.

 

Bu dünya nə gözəl yaranıb belə,

O  göylər sütunu sirkələnməsin,

Qoy yağış ələnsin, od ələnməsin,

Təbiət var olsun, zədələnməsin,

 

Bu dünya nə gözəl yaranıb belə,

Sevinc bəxş edir, min cahana, min elə.

Yaşıl Azərbaycan  adlı gözəl diyarı.

Yaşayırıq bu dünyada sevə-sevə,

 

Ey ana yurdum, Azərbaycanım,

Bu Yer üzünün zinəti sənsən!

Sən ey xəlq eyləyən böyük Allahım,

Nə gözəl yaratdın,

       Nə gözəl yaranıb Azərbaycanım!

 

 

 

 

Sənə səndən nə deyim?

Məni oda  atıb getdin,

Deyimmi ki, vəfasızsan?!

 

Getdin. Vidalaşmadan. Arxanca duydunmu fəryadımı? Demək ki  duymadın. Duysaydın mənə açıyardın.

   Sənsizəm. Amma bütün varlığım sənə bağlıdır. Bütün vücudum sənə sarı dartılır.

 

 

Mən bir az çarəsizəm

               bir az  kimsəsiz.

Arayıb, axtarmadın

Sənsizəm canım, sənsiz.             

 

Nə deyim, bilmirəm özüm doğrusu.

Sən məni sanmısan sevgi oğrusu

Nə sən günahkarsan,

                            nə mən günahkar

 

Üzümə baxırsan utanım deyə,

Görmədim könlümü, kül olub necə,

Gündüzüm qaradı, faciəm gecə,

Səni sevəcəyəm gülüm ölüncə.

 

Ağladım, kiriyə bilmədim özüm,

Göz yaşım mirvari ya da ki, üzüm.

 

Axı kimim var ki, ovutsun məni

Öpüb gözlərimdən uyutsun məni.

 

 

 

Ovuda bilmirəm özüm özümü.

 

 

Bir az yatmaq istəyirəm,

Dərdimi  unutmaq üçün

 

Royada dərdimlə gördüm özümü

 

 

 

ümü özümü sözümü dizimi gözümü

 

 

 

 

 

Üzüdönük

 

Sən ey üzü dönük sən ey vəfasız,

Sən demə, ürəyin yox imiş sənin.

 

Sən ey həsrətimdən yanan-qovrulan,

Sən ey məhəbbətdən günahı olan,

Sevgisi küləklə itən, sovrulan,

Ağla, aylarıma, itən ilimə.

 

Sən həsrət əkirsən, mən də biçirəm,

Sən kədər süzürsən, mən də içirəm,

Qəlbimdən köç dedin, mən də köçürəm,

Yığışıb gedirəm, hicran evimə.

 

Sən ey qüruruna sığılan, qalan,

Sən ey qəlbi qara, qısqanclıq yoran,

Sən ey ayrılıqdan saralan, solan,

Dustaqsan qəmə, zülümə.

 

Sən ey sevdasına kürlük eyləyən,

Ölən sevdasına yanan, göynəyən,

Həm uzaq eylən, həm də gözləyən,

Sığınıb qalmışam Allah evinə.

 

Sən ey Allahına inan bəndə,

Bir xanım sızlayır, sevirəm, deyir.

Hər gecə Allahın ətəyində

Ağlayır, ey igid, ölürəm, deyir.

 

 

 

Dedilər...

 

Sənə hər nə desələr də, gəl özünə dərd eyləmə. Bu dünyanın qanunu bu... Ayrılıqda bil ki, sonu. Ya elədən, ya belədən, nə fərqi var? Dözə bilsən unudarsan qəmini də zaman-zaman.

 

Dedilər, nə yaman qocalsan sən,

Mən deyə bilmədim, sevgi üzündən.

Dedim ki, sevicli-nəşəliyəm mən,

Dedilər, qəm süzür axı gözündən.

 

Dedilər, elə bil yas içindəsən?!

Dedim, bəzənmişəm, toya gedirəm.

Dedilər, ay yazıq, özün bilirsən,

İçin qəm kökləyir, sənsə süzürsən.

 

Dedilər, kim verib bu qəmi sənə?

Söyləyə bilmədim bir üzüdönük.

Dedilər, aynada bir bax özünə,

Axı sən görəni biz də görürük.

 

Dedilər, ay yazıq, divanəsən ki?!

Yanmayan ocağa pərvanəsən ki!

Dedim, tale işi, Tanrı işidir,

Əzəldən yazılıb belə mənim ki.

 

Dedilər, bir oyan, ətrafına bax,

Bağında çiçəklər ağlayıb sənə.

Soruşdum İlahi, kimdi günahkar?

Dedilər, kim isə qarğıyıb sənə.

 

Dedilər, bilirik, sevgilin qaçıb,

Gələkmi savdanın başsağlığına?

Dedim, Qalam uçub, bəxt-taxtım uçub,

Amandı, gəlməyin başsağlığına,

Nə də şahid olun göz yaşlarıma.

 

Sən mənsiz neyləyəcəksən?

 

Əgər sevmək günahdırsa, bu böyük günahı daşıyaram mən.  

Məni dünyandan çıxarıb atdın. Saçaq-saçaq sökdün məni qəlbindən. Bəlkə də bir zaman bilərsən ki sən, mən günahsız günahkaram. Amma inanıram ki, mənə nə vaxtsa bircə dənə sarı çiçək göndərəcəksən.

 

Mən hansı günaha bağışla, deyim,

Sən hansı qarğışı edirsən mənə?!

Qovursan, əzizim, haraya gedim?

De, kimin evinə üz tutum belə?

 

Bağımda ağladı mənə çiçəklər...

Nigaran gedirəm, kimə tapşırım?

Ah yadlar da şadlanıb sevinəcəklər,

Bəxtə boyun əyim, necə barışım?

 

Açdığın qapıdan çıxıb gedirəm,

Son kərə gözümü sıxıb, gedirəm.

İnsanmı, şeytanmı qarğıdı mənə?

İlahi, evimi yıxıb gedirəm.

 

Hələ xəyalım da özümdən qabaq,

Sənin ətəyindən tutub ağlayır.

Dilim nalə çəkir sözümdən qabaq,

Ayağım get deyir, ürək saxlayır.

 

Gedirəm...

Ayrılıq çiçəyi gətirəcəksən?

Son kərəm qapıdan ötürəcəksən?

Allah ətəyinə atırsan məni,

Əzizim, sən mənsiz neyləyəcəksən?!

 

Şahidsiz

 

Daş- divarı şahid göstərəni dəli sanarlar.

 

Elə bil Tanrı da qəsdimə durub,

Nə çarə göndərir, nə yol göstərir.

Pərişan saçımı küləklər yolub,

Tək bircə telini yara göndərir.

 

Bu daş, bu divar şahidim.

Nə daşım dillənir, nə də divarım.

Ürəyim tökülür, ah, didim-didim,

Kimdən mədəd umum, kimə yalvarım?

 

O ürək üzümə açılmır daha,

İlahi, belimi qucanım hanı?

Nə də ki, könlündə yerim yox daha

Sevinclə üstümə qaçanım hanı?

 

Ölürəm, son sözün varmı əzizim,

Bəlkə deyəcəksən sevirəm səni.

Nə özüm qalacam, nə də ki, izim,

Mən özüm özüməm -

                 Sevəcək qəbrim də səni.

 

***

Bu dünya qaralıb gözümdə daha,

Allahın şimşəyi qaramı çaxır?!

Bəzi kişilər də arvadlaşıblar,

Adama min cürə qaralar yaxır.

 

Allah öldürsün məni

 

Anam məndən mənə şikayət edir.

Başına dönərəm ay ana, sən mənim həsrətimdə, mən isə yarın.

Yar sən tək açmır mənə qolların.

 

Yar açan qapını  hər gün açıram,

Hər an ümidliyəm üzünü görüm.

Ay aman, elə ki, üzünü gördüm

Bilmirəm o zaman niyə qaçıram?!

 

Silib yaddaşımdan ata bilmirəm,

Bağrıma basıram xəyallarını.

Gözümə qor dolur, yata bilmirəm,

Hər ğecə qəm öpür dodaqlarımı.

 

Anama deyəcəm dərdimi bu gün,

Yalvarsın Allaha balası üçün.

Ay ana, bəxtimi özümlə birgə

Bəs niyə doğmadın

                    de görüm neyçün?

 

Başına dolanım ay ana sənin,

Mən yar arzuladım, sən isə məni.

Qəmlərin əlindən yadıma səni

Salmadım, Allah öldürsün məni.

 

Nə yaman qəm əzir atılmışları,

Gözlərim ələyir qəm yağışları.

Ah, məni atanı, oda salanı,

Qoy tutsun anamın öz qarğışları.

 

 

 

Daha

Ətrini unuduram yavaş-yavaş. Bu o demək olur ki

bil, unuduram aram-aram mən də səni. 

 

Baxdım əllərinə, titrəşir yaman,

Niyə saçlarında gəzməyir daha.

Baxdım gözlərinə, ağlayır aman,

Baxışın gözümü süzməyir, daha.

 

Baxdım yollarımda, izin qalmayıb,

İylədim telim,i iyin qalmayıb.

Sən vuran yaralar heç sağalmayıb,

Dözməyir ürəyim, dözməyir daha.

 

Boş məzar tapmıram uzanam, öləm,

Könlüm bacarmır ki, özgəsin sevəm.

Şəkərim, nəbatım, şirinim deyən,

Könlümün mehrabın düzməyir daha.

 

Əyninə geydiy köynəyin yosun,

Dalğalar əlini, üzünü yusun.

Çəkilib yolumdan daha yox olsun,

Deyənim üzümə gülməyir daha

 

Eşqimin qapısı bağlanıb qalıb,

Ürəyim ocaqda dağlanıb qalıb.

Elə bil min ildi saxlanıb qalıb,

Könlüm sevdasını gəzməyir daha.

 

Qovulmadımmı?

Ilahi, atılmaq nə əzabmış. Lap ölümə bərabər. Yox, yox, ölüm azadlıqdır. Atılmaq isə...

 

Ölmüşəm elə bil, bəs yiyəm hanı,

İlahi, mən doğub-doğulmadımmı?

Yoxdumu bir kimsə, vay deyən hanı,

Ağladım, qəhərdən boğulmadımmı?

 

Eşqimi yazdilar günah yerinə,

Baxın zillətimə, baxın günümə.

hey yas tutdun ölən sevgimə

Ey gözüm, ağlama, yorulmadınmı?

                       

Xəyanət bildiyin sevgi kədərdi,

Neyləyim, bu sevgi bura qədərdi.

Sevda bağçasında yellər əsərdi,

Əsən gilavarda sovrulmaddımı?

 

Dəliyə dönmüşəm, bəs ağlım hanı?

Gözümdə qalmadı dünyanın malı.

Qranit vüqarlı, məxmər xəyallı,

Daş idim, qum kimi ovulmadımmı?

 

Soruşdun, dedin ki, niyə xəstəsən,

Yardımçı olarsan, ölmək istəsəm?

Ey dost, dərdimi bilmək istəsən,

Bir sevən ürəkdən qovulmadımmı?!

 

əsir

Zincirə vurulmuş eşq əsiriyəm,

Açma qollarımı, əzabım olsun.

Ey gülüm, qəhrindən eşqin  dəlisi,

İlahi, bu sevda günahım olsun.

 

Sinən yatağımdı, zülfün yorğanım,

Zincirim əzabım, eşqin zillətim.

Şəhvətin ləzzətim, o gül dodağın

Dərdimə məlhəmdi, ay məhəbbətim.

 

Zincirə vurulmuş eşq əsiriyəm,

Zülfünlə özünə bağla, əzizim.

Mən sənin əsirin, qulun, kölənəm,

Sev məni, yanında saxla, əzizim.

 

 

Allahım, yol ver.

 

Kiçik bir arzuya yetmək üçün 10 illərlə gözləmişəm. Nəhayətində Allahım yol verib. Şükür Yaradana! Yol ver Allahım, yol ver.

 

Bu dolu dünyada yalqızam, yetim,

Dolubdu qəlbimə eşqi xilqətin.

Min açılan yolun, min səyahətin,

Uğursuz yolçusu, qarşıda var sel,

Yol ver, Allhım, yol ver.

 

Qəlbimdə cığır var, uca zirvəyə,

Toxunma əzizim, meh dəyən telə.

İstərəm üz tutum pirə-cəcdəyə

Gecikmə, ey bəndə, tez ol, gəl deyir,

Yol ver, Allhım, yol ver.

 

Gah sola boylandım, gah da ki, sağa,

Xəyalım pırvazdı arana-dağa.

Üz tutub gedirəm gələn sabaha,

Bəlkə də yolumu gözləyir bir el,

Yol ver, Allhım, yol ver.

 

Hara tələsirsən, soruşdun -belə?

Ey baba, gedirəm sən gələn yerə.

Qaçıram şeytanın vəsvəsəsindən,

Ötmək istəyirəm qıl körpüsündən,

                  əməllər cağırır şahidliyi ver,

Yol ver, Allhım, yol ver.

 

 

Allahım, ümidimi yox etmə.

 

Könlümdə göyərməyən ümid,

Evimdə alışmayan şam,

Ocağımda bişməyən süd,

Budur oturmuşam naümid.

 

Bağımda nə desən var,

Alma , heyva , nar.

Otağımı soxulur giləvar,

Təkcə yoxdu yar.

 

Yanmayan şam küsüb,

Bişməyən süd çürüyüb,

Hər şey uçub-tökülüb

Təkcə ümidim savayı.

 

Üzük barmağıma dar,

Keçən il almışdı yar,

Ey əzəmətli dağlar,

Bu qış yağmadımı qar?

 

Doğmalar incik məndən,

Eh mən onu sevəndən.

Mən yara bel bağladım,

Üzün döndərib məndən

 

Sənə güvəndiyim dağlar,

Sənə də qar yağmadı,

Buz yemədim sinəm yandı,

Könlüm bağlayıb qubar.

 

 

 

 

 

 

 

 

Yenə tənha, yenə yalqızam. Yenə susamışam sənə. Susuzluqdan yanıram...

 

 

 

Axı niyə inanmadın mənə?! Bir hənir, bir səs arzusundayam. Nə vaxt dönəcəksən? Dön artıq, dön əzizim. Sənsiz iki bahar ötdü. Iki il iydə ağacları sənsiz çiçəklədi, sənsiz bar verdi. Altında dayandığım iydə ağacından bircə dənə iydə dərdim. Yemək istədim. Boğuldum, yeyə bilmədim. Su istədim. Haradan alacağam suyu, bu düzəngahlıqda? Onsuz da iki ildi yanıram susuzluqdan...

 

 

 

 Baş alıb gedirəm sonsuzluğa. Sən olmayan dünyamda qaranlıq hökmranlıq edir. Hə, bu anamın dünyasıdı. Sənə qurban olaram ana. Səni indi daha çox anlayıram.

 Düzdü, mən doğan Günəşi, batana Ayı görürəm. Özü də hər gün...lakin buna baxmayaraq mənim dünyam sənsiz zülmət içərisindədir.

Günəşin doğmasını gözləyirəm. Mənim günəşimin. Bu dünya elə bil kimsəsiz qalıb,

Qalıb sənsiz naçar.

Vücudum mıəkanda ruhum laməkan.

 

Sənə and verirəm And dağlarına,

Dərdimi dağa döndərmə.

Minnətə durmuşam ayaqlarma,

Axı mən sənə gedə bilmirəm,

 

 

Düşdüyüm quyunun

    ətrafına dolandın,

Özgəyə inandın,

                      yada inandın,

Sən mənə inanmadın.

 

Yenə yada düşdün

                      göynədi dərdim,

Hər səhər tələsib sənə gələrdim.

Oyandım, elə bil yuxuda qaldı.

Sən də yad olmusan.

 Mən də əzizim.

 

Günəşi gözlərəm doğacaq deyə,

Qızınsın qəlbimin hərarəti də.

Özüylə birlikdə aparıb gedən,

Qaytarıb gətirər məhəbbətin də.

 

 

***

 

 

 

Mən sənə gələ bilmirəm,

Günahkar kimi.

Od alıb yanıram,

Qaralar ocaqda külü.

Nə də sən dönürsən,

Inadkar kimi,

Ah, necə bərkidin,

Qaya kimi, daş kimi.

 

Şeytana uyanın ağlı yox imiş,

Sevdam itib, havasıdı,

Elə bil arada sevgi yox imiş,

Indi nəyin davasıdı?

 

Indi məni qəmnən soruş,

Yağmurlardan, çənən soruş,

 

 

Hərdən gözlərində qəmi görürəm,

Sıxlaşan dumanı, çəni görürəm.

Sən məndən halımı soruşmasan da,

Əzizim, darıxıram mən,

Gözlərim arayıb-axtarır,

Elə bil hər yerdə səni görürəm.

 

Qəm məni köksünə elə alıb ki,

Elə bil anası, balasıyam mən.

Bu dərd məni elə günə salıb ki,

Elə bil xəncərin yarasıyam mən.

 

Elə bil ölmüşəm, ruhum azaddı,

Bu Allah de, məni niyə yaratdı?

Bir dilim nalədi, o biri qarğış,

Bilirəm, İlahi, belə günahdı.

 

Bəs mənim günahım nədən doğubdu,

Bəs mənə qarğışı kimlər eylədi.

Günəş qürb eylədi, Ay da doğuldu,

 

 

 

Bəşərin seyyidi Adəmmiş,

Dünya nura bələnmiş.

O nurdan payım yoxmuş,

Düşüncəm qəlpə-qəlpə,

Yer üzünə səpələnmiş,

Sən demə ki, daşıdığım

Elə quruca bədənmiş,

Ruhum hanı Allahım?

 

Quranı şərif  - nicatım,

Ayətül –kürsü qalamdı.

Allah-təala tək pənahım,

And yerim də balamdı.

 

Qurani-şərif xətrinə,

Ayətül-kürsü ətrinə,

Tək yaradan xatirinə,

Qayıt əzizim, qayıt.

 

Günlərimin şahı cümə,

Adın dilimdə züm-zümə,

Bağışla sənsiz günümə,

Qayıt əzizim qayıt.

 

Bir bax olan zülümə,

Harayıma-ünümə,

Qayıt ölən günümə,

Qayıt əzizim, qayıt.

 

Diləyim –İsmi Əzəm,

Sədaqətdə şübhəsizəm.

Istəmirəm sənsiz gəzəm.

Qayıt əzizim qayıt.

 

Mən arxasız, köməksiz.

Sənsiz heçəm, gərəksiz.

Ah, ölürəm məhəbbətsiz,

Qayıt əzizim, qayıt.

 

Səni and verirəm, asimanlara,

Ümidim çıxmayan canlara,

Nahaq tökülən qanlara,

Bağışla.

 

Mən günahsız günahkaram,

Dərdi sinəmdə saxlaram,

Mən olsaydım bağışlaram,

Başışla.

 

Tək gümanım göz yaşıdı,

Nissan, payız yağışıdı,

Allahınmı qarğışıdı?

Bağışla.

 

 

Salam olsun dərdlilərə,

Hey göynəyib-yananlara.

Salam olsun ölülərə,

Qəbri nurla dolanlara.

 

Sarsar rüzgarına yalvaranlara,

Ovladdan nəsibi olmayanlara,

Izləri heç yerdə qalmayanlara,

Salam olsun!

 

Ruhu bədənində çırpınanlara,

Allahın yanında ucalanlara,

Hörmətlə-izəttlə qocalanlara,

Salam olsun!

 

Tövrata, İncilə, Zəbura, Qurana,

Əzəmətli, qüdrətli Mövlana,

13-cü imam Əz-zamana

Salam olsun!

 

 

Ey qəlbim, mən sənə artıq

Icazə vermirəm

 

 

 

 

 

 









Yerlə göy arasında

Çırpına-çırpına qalmışım.

Nə yerə sığa billəm,

nə göyə bənd salmışam.

 

 

 

Yerlə göy arasında

Nigaranam, nigaran.

 

Əllərimiz qovuşmamış

Taley bizdən niyə küsdü?

***

Anasız quzu tək ürkək,

Təkəm, həmişəki tək,      

***

İstədim Tanrıdan soruşam,

Görən niyə doğulmuşam.

Gördüm cismimi kolgə tək,

İlahi, demə, yoxmuşam.

 

***

Canım ilişib qalıb,

dişimdə dırnağımda.

O, məni sevməyibsə

bəs onda nə işi vardı

sevdamın oylagında?

***

Qürurum incik düşdü,

Çıxdığım Şahdağında.

Məni yaddan şıxarıb,

Sevdiyim Allahım da.

***

Yaş asılıb salxım tək,

Gilə-gilə yanağımda.

Bu yol sənin yoludu,

Get, əl-vida kəlməsi

çırpınır dodağımda.

 

***

Dünyanın o tayında sən,

Bu tayında mən qaldım.

Ömür boyu sevə-sevə

Həstəinlə qocaldım.

***

Dünyanın qara daşına,

Döndüm yolların üstə.

Yar, dola məni başına,

Götür qolların üstə.

***

Yağan qarın altında

                   izinmi qalıb?

Gedim axtarım...

Gec qayıtdın ay gülüm,

Hanı o vaxtkı vaxtlarım?

***

Çırpındım qırıq qanadla,

Şırpındım, uça bilmədim.

Ha istədim qaçam səndən,

Neyləyim, qaça bilmədim.

***

Qayalar çılpaq, laçın,

Söyüdlər darayır saçın,

Pəncərəmə qonan sığırcın,

Məntək qanadın qırıqmı?

 

  

Unut məni

 

 

Sevgini al qollarına,

Sıgalla-sıgalla gülüm.

Mən deyim sən eşit barı,

Dinlə, səbr et, aglama görüm.

Unut məni.

 

Bu yollar bu da sən...

Ya tərsə get, ya kəsə sən,

Istəyim var, birdəfəlik,

Bu sevdadan əl çəkəsən

Unut məni.

 

 

Allahın göz yaşları,

Yagışa döndü bu gecə.

Yıgıb ətəyimə daşları

Dönərəm bu gecə.

 

Dedin dodagın püstə,

Yol aç ürəyin üstə,

Təki sən məni istə,

Gələrəm bu gecə.

 

Minib Tanrı atına,

Göyün yeddi qatına

Ulduzu ayağın altına

Sərərəm bu gecə.

 

Zər atmısan hec-heçədi,

Könlüm evi iç-içədi.

Soruşdun ölüm necədi?

Ölərəm bu gecə.

 

Üfürüb söndürmə odu,

Daha közüm yoxdu yana.

Könlümə düşüb qəm odu,

Tüstüləyir yana-yana.

 

Bu daş məzar daşıdı,

Uzan qoy başın altda.

Bir məzarlıq yerin var,

Tapda ayagın altda.

 

Ulduzların göz yaşıdı,

Tökülür yagış yaganda.

Sellənir tökülür yerə,

Göy üzü günaha batanda.

 

 

 

 

 

 

 

Öpüşək

 

Bir təklifim var... Sağlıq demək istəyirəm - Sevgimizin şərəfinə!

Yəqin ki, məclisdəkilər buzi  bağışlar?! Icazə verin öpüşək!

 

Bu məclis, bu toy, bu büsat

Nə mənimdir, nə sənin.

Sən də təksən, elə mən də.

Elə bu an, bu saat

əllərini ver əlimə, birləşək!

 

Öpüşək,

      həstrətin acığina,

Sən də sevin, mən də.

Dodağından süzülən qəm,

Getsən əgər, qalsın məndə.

 

Öpüşək,

Bəlkə görüşmədik bir də,

Ayrılığın acısını tökə-tökə,

Qəm yolunu keçə-keçə,

Ağlama, öpüşək bir də.

 

Öpüşək,

pəncərəmə qonan göyərçin tək,

belə sevgi olur tək-tək,

Bağışlayın məclisdəkilər,

İzn verin, öpüşək...

 

Gecə

 

Gecə. Qorxuram, ürküdücü,

daş at,  gecəni yarsın.

 

Bu gecənin bağrı qara,

Qəlbim oldu para-para.

Nəfəs dəyməyən dodaga,

Təntiyib susuyan da var.

 

Həsrəti tökdüyün gecədə,

Qorxub ürkdüyün gecədə,

Hicran bükdüyün gecədə,

Vüsal arayan da var.

 

Qalandım ocagında,

Sevdanın bucagında,

Bu gecə yar qucagında,

Yatıb, uyuyan da var,

 

O şəkildi, dözəcək

 

Dindirmə şəkilmi, nəyinə gərək,

Dili yox əzizim, danışmayacaq.

Sən məndən gizlicə

    tutdugun işi - görsə də,

                    işinə qarışmayacaq.

 

Qapılar üstünə gələcək,

Utanıb qaçacaq hörümcək,

Divarda şəklim də görəcək,

Susacaq,

               danışmayacaq.

 

Evə gecə yarısı,

        istər səhər dönərsən,

Gecələr sübhə qədər,

Gözlərini qirpmadan,

        yolunu gözləyəcək.

Mən dözmədim, əzizim,

                o şəkildi, dözəcək.

 

***

 

   Ağlayan var

 

Anlamadım, bəlkə sən

anlayasan nə səsdi?

Qorxdun, görürəm ki, mən

düşməmisən “bərk”ə sən.

 

Səs gəlir, ağlayan var,         

Yermi, göymü ağlayir?!

Gedirəm torpaq üstə,

Tapdanir yermi ağlayir?!

 

Dənizlər gözüm yaşi,

Dağlar dərdimin daşi.

Nə dərd ver mənə Allah,

Nə də töküm göz yaşi.

 

Haykiriqmi, nərəmi,

Paçalanır bərəmi?

Dünya lərzəyə gəlir,

De, aglamaq beləmi?

 

Səs gəlir, ağlayan var,

İnsmi, cinsmi ağlayir?!

Bulud çökür, yel qopür,

Dumanmi, sismi, ağlayir!

 

Anlamadım, bəlkə sən

kımdi, mənə deyəsən?

Bu gecə göy də tutqun,

Yağış yağır deyəsən!

 

Ulduz sallanır yerə,

Bulud tutur saxlayır.

Bu dünyanin halına

Əstafurullah, bəlkə

Tanri özü ağlayır?

 

***

Dik yeri ha, dik yeri,

Başını əymə qardaş.

Bacının dayaq yeri,

Amandı, ölmə qardaş.

 

Şəhvət hissi

 

Dolana-dolana qalmışam

vəfasız dünyanın başına.

Bir tikə çörək, bir udum su...

Nəfsim özümdən yekə!

İlahi, günahımı yu!

Dünyanın bişməyən aşına,

Hey bulanan xaşılına

göz dikib qalmişam.

İnsan, nə qəribəsən?

İlahi, səbiri bizə

uduzmaga vermisən?!

 

Dünya kürə - dünya yekə,

Ölən altına, qalan ustünə.

Insan, nə var bu dünyada,

törəyib tökürsən?!

Aman Allah! şəhvət hissinə

güc gələ bilmirsən?!

Bununcun da dözürsən

bu, dünyanın təpiyinə.

 

Istanbul

 

Istanbul -

Deyirlər, möhtəçəm şəhər.

Həsrətindəydim görənə qədər.

Böyük, o qədər də əzəmət!

Dünyanı sılkələmiş şöhrət!

Bir-birinə qısılmış otellər,

Xarıcı qonaqlar,

bir-birinə qarışmış əcnəbi dillər.

Soltan Əhməd Camisi,

Top qapı Sarayı,

Aya Sofiya Məqbərəsi -

Bir tarıxdir hərəsi.

Qaynaşan insanlar içərisində

Karıxmış qərib, kicik zərrə

İstanbulu gəzib doymamış

Vətəni arzuladı.

 

Göydə sallanan təyarənin

boşluga düşən qanadları,

görsənən hava limanı.

Təyyarə səni bir yaz səhəri

dünyanın ən gözəl şəhəri,

Bakıya gətirib.

Ayaqlar torpaga dəyər - dəyməz

Atəşgah ocagında, şəhərin qucagında,

Şəhərin şehli mürgüsünü,

alatoranlıgı dağıdan həsrətli səs-

Ey küləklər, bu şəhərdə əs~əs!

Bakı, ey şəhərim, bir bilsən

Sən nə qədər gəzəlsən!!!

 

 

24. 03. 2012.

 

Sus

 

Artıq sözə gərək deyil,

Aldatmısan, sus artıq.

Dinməyəydi dodaqlar,

Kaş, ömürlük susaydıq.

 

Gözlərımdən leysan getdi,

Töküldü tağın üstünə.

Fikrim çırpınır göydə,

Bulud, çök ağlın üstünə.

 

Sevda çəkə-çəkə bizi,

Aparıb günah üstünə.

İlahi, eşqim görəsən

Ləkəmi ağın üstünə.

 

***

Əmanət səninmi görən?

Saxlamışan sinəm üstə.

Nə məni aldatma gülüm,

Nə də məndən üzr istə.

***

Bu qapı, bu divar şahidim,

Nalə çəkmiş sevdam burda.

Əllərimi burax gedim,

Çıx sahib eşqimə ya da.

                       ***

 

Nə sən, nə mən günahlıyam,

Sevda çəkdi bizi “od”a.

Sərxoş təki dumanlıyıq,

Tutaşmışdıq yanar “od”a

***

Eşqimi suya yazdım,

Yazdım, sənə yolladım.

Nə qış idim, nə “yaz”dım,           

Bircə onu bilirəm,

yolun üstə “ayaz”dım.

                                 ***

 

Balasını atıb,

       qapı ağzında yatan

      pişik, bir tıkə ətdən ötəri

       yorulmadan vaxt xərcləyir.

 
Əlavələr
 
Facebook beğen
 
 
 
Bugün 54 ziyaretçi (127 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol