Ölümün üzü yansın
«Ölüm dünyanın yaratdıqlarını məhv edə bilir, insanın yaratdıqlarını məhv edə bilmir.»
Asif Ata
Bu dünyaya hər gələn varlıq öz naxışı ilə onu bəzəyir. Qoyduğu izlə yaddaşlara yazılır- peşəsindən, yaşından, jəmiyyətdəki mövqeyindən asılı olmayaraq.Yaxınlarda dünyasını dəyişmiş, rəhmətə qovuşmuş Jəmil kimi.
Jəmil bizim uşaqlıq dostumuz idi. Həmişə xatırlanmağa layiq dost. Kövrəkliyimzin, dəjəlliyimizin xatirələrində çox nəsnələr yaşansa da, o məsum illəri br daha anmaq istəmirəm. Ona görə ki, uşaqlığımızın şirinliyinə toxunmaqdan qorxuram. Həm də səbəb təkjə bu deyil. Köçünü bu sərsəm dünyadan vaxtsmız-vədəsiz çəkib aparan gənjlərin nakam taleyini düşündükjə məni vahimə basır. Doğurdanmı, qəza qədəri anjaq yaxşılar üçündür? Görəsən, nədən Allahın yalnız yaxşılarla işi olur və onu çəkib yanına aparır? Bəlkə, belə məsləhətdir,- demək çətindir. Anjaq hər halda ölüm jəmiyyət və yaxınlardan ötrü yaxşı sayılmır.Pisdir, Fəlakətdir, Fajiədir-Ölüm. Onunçün sevilmir. Neyniyəsən ki, Tanrının işinə qarışmağa biz bəndələrə ijazə verilmir… Yoxsa ölüm bu qədər tüğyan edə bilərdimi? Yaxşıların meydanında ölümün nə işi vardı?
Hərdən mənə elə gəlir ki, ölüm də şeytan əməlidir. Ələlxüsus da vaxtsız ölüm. Yaxşıları aradan götürmək, meydanı namərdələrə vermək Allahın işi ola bilməz.Çünki Allah yaxşı bəndələrinin hamısını sevir. Jəmil də Allahın yaxşı bəndələrindən idi… Heç kimlə işi olmayan, əlindən yalnız yaxşılıqlar gələn Allahın məsum. pak bəndəsi.
Jəmil bizim uşaqlıq dostlarımızın sıra üzvlərindən biriydi.Eynulla, Əlfəddin, Zahir, Şahmar, Mustafa…Təxminən yaşdaşıydıq: bir sinif aşağı, bir sinif yuxarı. Adi uşaq oyunlarından tutmuş, böyüyənədək bir yerdə olmuş, qədim Diri dağlarını birlikdə qarış-qarış gəzmişdik. Hər parçasında iz qoymuşduq. Böyüyəndən sonra dağılışdıq. Ara -sıra görüşürdük. Qaçqınçılıq bizi tamam ayrı saldı. İtkilər də bir yandan.Jəmil
|