İt kəlləsi 3-cu hissə

***

 

Gün günortaya çatmış, qəbiristanlıqdakı otların üstünə düşmüş şehlər qurumuş, qəbirləri Günəş şüası isitmişdir. Zeynəb üzügündoğana boylana-boylana qalmışdı. Bir əli oğlunun, digəri isə qardaşının qəbrinə sarı uzalı qalan Zeynəb haray çəkirmiş kimi görsənirdi. 

Cavadın başdaşına bağlanmış küçük səhərə qədər çırpınsa da kəndirdən azad ola bilmədi. Səhərə qədər aramla zingildəyən küçük sonunda qəbirin ətrafın nəcislədi.

«Muncuqlu» normal həyat tərzi keçirirdi. Səma Barmaqsızın eşqində, Surxay biçilməyə hazır olan taxılın qayğısında, Çeşmi nəvəsi Simirxanın qulluğunda, anasına qonaq gəlmiş Sərvin isə it başının sirrinin çözülməsində, kənd camaatı isə öz qayğılarıyla günü günortaya çatdırmışdılar.

Səhər mal-qaranı örüşə ötürən Surxay küçənin tinində Barmaqsızla qarşılaşdı. Bunu görən Qəvi oğlunu sığortalamaq üçün oğluna: - Ayə, a bala, bütün gecəni  səhərə qədər doğan inəyin başında durdun. Yorğunsan, gedib yatsana! Heyvanları örüşə anan ötürərdi, eyən Qəvi səsini Surxaya eşitdirmək üçün yüksəkdən danışdı. Bu gecə Qəvinin inəyi doğrudan da doğmuşdur. Amma inəyi Barmaqsız deyil, Qəvi özü doğuzdurmuşdur.

Paslı dəmir darvaza yenə qara xəbərlə açıldı. Kəndin dəlisi Həsən özünü Çeşgilin darvazasından içəri təpdi. «Dəlidən doğru xəbər» deyirlər; Həsən: Ə, vallah, bu nəsilə qırğın düşüb.  Surxay, ə nə yatmısan evdə?! Bibin də ölüb qəbiristanlıqda. Qara xəbəri Çeşmigilə çatdıran Həsən neçə gəlmişdisə eləcə də yüyürə-yüyürə darvazadan çıxıb, Zəminə qəbiristanlıqda ölüb, deyə-deyə qaçdı. Dəli Həsənin dediklərini eşidən Qəvi özünü evə çatdırıb oğluna: -Küçük mən səni ora adam öldürməyə göndərmişdim, yoxsa… 

Atasının  sözünü axıra qədər dinləməyən Barmaqsız: - Dədə, vallah o qancığı Əzrail gətirib çıxartdı qəbiristanlığa. O, məni görmüşdü. Öldürməkdən başqa çarəm yox idi. 

-Əllərinin izi qalacaq orada!

-Əlimdə əlcək vardı.

Ekspert həkim meyiti müainə edib sahibinə təhvil verdi. Polis küçüyü özü ilə apardı. Bu ölümdə yenə şübhəli sayılan Qəvigil polisdə özlərini itirmədən: - Simanın ölümündə də bizi günahlandırmışdız. Özünüz də gördünüz, təqsirimiz yox idi. Vallah indi də təqsirsizik! Bütün kənd bilir ki, kiçik oğlum ilə Çeşmi bacının qızı bir-birlərini sevirlər. Mən hətta o qapıya elçi də getmişəm. Bunu kimdən soruşsanız təsdiq edə bilərlər. Daha mən qohum olmaq istədiyim ailənin üzvünü  öldürməyəcəyəm ki. Polislər Barmaqsızdan o gecə nə işlə məşğul olduğunu soruşduqda:

- Mən o gecə əkiz doğan inəyimizin  hayındaydım, dedi.

 

***

 

Baş verənlərin Səmaya dəxli yox idi. Öz aləmindəydi. Barmaqsızın ona bəxş etdiyi sevgi yollarında irəliləyirdi. Bu yollar onu hara aparacaqdı? Hələ ki, sevgi yolu hamar idi. Daş -kəsək çıxmamışdır qarşısına bu yollarda. O, bu yolları keçərkən dağdan ağır Cavadın ruhunu tapdalayır, Çeşminin ləçəklərini ayaqlarında sürüyür, Surxayın ölümünü tezləşdirir, atasının zülmlə tikdiyi evi özgə əllərinə tapşırırdı. O, addımlayırdı… Bu addımlar onu ömürlük həbsə aparırdı. Ölmüş əzizlərinin ruhu çırpınır, haray çəkirdi. Lakin Səma bu harayı eşitmirdi. Səma indi nəinki heç nə eşitmir, hətta heç nə anlamırdı da.

Səma tövşüyə - tövşüyə özünü gecənin qaranlığında fındıq ağaclarının arasına atdı. Ayağı nəyəsə ilişib büdrəyən Səmanı Barmaqsız fındıq ağacları arasında qamarladı. Səmanın əlindəki bükülünü görüb soruşdu:

-Bu nədi belə?

-Sənədlərimdir.

Fındıq sahəsi çoxdan arxada qalmışdı. Onları kənddən uzaqlaşdıran sarı rəngli cuquli maşını şəhərə tərəf şütüyürdü. Gecənin qaranlığını yara-yara qıza tanış olmayan yerlərə şütüyən maşında Səma ağlayırdı. O, nə etdiyini deyəsən, indi anlamışdı. 

Surxay gözlərini anasının qışqırtı səsinə açdı. Çeşmi ölüsü düşmüş kimi üz-gözünü didir, saçlarını yolurdu. Surxay anasının əlindəki bir parça kağızı sirkələdiyini, qışqıra-qışqıra dediyi sözlərli eşitsə də onun nə dediyini anlamadı. Çeşminin hərəkətlərindən, qışqırığından qorxan Simirxan iməkləyə-iməkləyə gəlib nənəsinin ayaqlarına sarıldı. Çeşmi uşağa əhəmiyyət vermədən onu barmaqlarının ucunda ehmalca özündən kənarlaşdırdı.  

Surxay: - Ana, sakit danış görüm, nə olub axı?

Çeşmi: - Barmaqsız Səmanı aparıb!

Surxay dəli kimi bağırdı: - Nə?!

- Çeşmi əlindəki kağızı oğluna göstərib: Hə, budey, bəxti qaragəlmiş burada yazıb qoyub ki; mən Barmaqsızla könüllü getdim. Məni axtarmayın!

Surxay arxa otağa yüyürdü. Divar küncünə söykədilmiş atasının qoşalülə tüfəngini qapıb Qəvigilə götürüldü. Çeşmi nəvəsini evdə tək, kimsəsiz qoyub, “vaxsey” edərək Surxayın arxasınca yüyürdü. Darvaza ağzında oğluna çatıb tüfəngdən yapışdı.  -Bala, qadoy alım getmə, eləmə, dedi.

Gözlərin hirs tutmuş Surxay anasını kənara itələdi. Amma Çeşmi tüfəgdən sallaşaraq onu buraxmadı. Anayla-bala darvaza ağzında bir neçə saniyə dartışdı. Çeşminin başından yaylığı  sürüşüb Surxayın ayaqları altına düşdü.

Çeşmi: - Amandı, getmə oğul, ayağın altındakı şala bağışla. Oğlunun şala əhəmiyyət vermədiyini görüb, başa düş, silahın sənədi yoxdur, bala.

Surxay heç nə eşitmək istəmədi. Anasına burax! deyə bağırdı. O, tüfəngin lüləsini buraxmayan anasının qarnına güclü təpik zərbəsi vurub onu özündən kənara atdı. Zərbədən içini ağrı doğradı Çeşminin. Lakin ağrıya əhəmiyyət verməyərək heç vaxt kənd içinə başıaçıq çıxmayan Çeşmi başıaçıq, saçları üzünə tökülmüş halda oğlunun dalınca Qəvinin evinə yüyürdü. Çeşmi Qəvinin darvazasına çatar-çatmaz içəridən qız-gəlin çığırtısı, dalınca da güllə səsi eşidildi. İkiəlli başına qapaz salan Çeşmi: - Vay evim dağıldı, Surxay kimisə vurdu deyib,  özünü darvazadan içəri atdı.

Surxay Qəvinin darazasından keçib bağırtıyla Qəvini hayladı. Onu gözləyən Qəvi böyük oğlu Ənvərlə Surxayın qarşısına çıxdı.

Surxay onları görən kimi: - Qız hanı deyib? tüfəngi Qəviyə tuşladı.

Qəvi dilləndi: - Bilmirəm.

-Əclaf, bu dəqiqə səni gəbərdəcəyəm. Qaytar qızı!

-Ağzının danışığını bil, küçük! Qızı mən aparmışam ki, mən də sənə qaytaram?!

Tüfəngi nişana hazır tutan Surxay tətiyi çəkdi. Elə bu zaman Qəvinin mal damından çıxan arvadı arxadan Surxayı dartışdırdı. Səs-küyə çıxan qız gəlinin qışqırığı altında tüfən havaya açıldı.  Yaxınlıqdakı ağaca qonan quşlar atəş səsindən qonduqları budaqdan  uçub uzaqlaşdılar.

Çeşmi özünü Qəvinin darvazasından içəri salanda  Qəvinin oğlanları tüfəngi artıq Surxayın əlindən almışdılar. Çeşmi qan-qada olmadığını görüb sevindi. Oğlunu düşmən həyətindən çıxartmağa çalışdı. Tüfəngi əlindən alınan Surxay qəzəblənib Qəviyə sarı yüyürdü. Qəvini yerə yıxıb onu təpikləməyə başladı. Atalarına köməyə yüyürən oğlanlarına Qəvi bağırtıyla: - Çəkilin kənara, köpək oğlanları!- dedi. Qəvi əl-qolunu sallayaraq özünü Surxaya möhkəmcə döydürdü.  Bundan sonra qalxıb:

- Bacın yekə qızdır, on yeddi yaşı keçən il tamam olub,  öz qərarın özü verib.  Burada bizlik bir iş yoxdu. Çıx get bala, dedi.

Surxay: - Əclaflar, görün başınıza nə oyun açdıracam, deyib, darvazadan çıxdı.

Surxay darvazadan çıxan kimi Qəvi ağzının qanını tüpürüb, gəlininə sarı çevrildi: - Ay qız, o telefonu bəri gətir görüm.

Qəvi: - Alo, sənsənmi ay oğul? Ayə, o qıza, Səmaya tapşır sözünün üstündə bərk dursun, polislər gəlib onu dindirəndə özüm gəlmişəm, deyib, onları yola salsın. Sən də işini ehtiyatlı gör, qızın dilindən kağız al.  Burdan nigaran qalma. Surxay köpünü bizim qapıda yatırdıb, getdi.

 

***

 

Bacısının Barmaqsıza qoşulub qaçma xəbərin Sərvinə telefonla çatdırdılar. Rüzgarla özünü anasına başıhovlu çatdıran Sərvin anasını özgə hallı gördü. Birtəhər görsəndi anası Sərvinin gözlərinə. Elə bil küsülü idi qızı Sərvinlə. Heç nə olmamış kimi,  hər gün görürümüş kimi qaşıladı onları. Əzəldən qaradinməz olan Çeşmi susqunlaşmışdı. O, Səmadan şikayət etmədən tamam başqa məsələri ortaya gətirirdi. Sərvinə elə gəldi ki, bu hərəkəti etməklə anası o adda qızım yoxdur, demək istəyir. Amma anasının bəzi qəribə hərəkətləri Sərvini qorxuya saldı. Çeşmi daldada öz-özüylə söhbətləşir, hərdən də öz- özünə qəti qəraralar veridi. Gah da balaca, dilsiz Simirxandan məsləhətlər istəyirdi.  Sərvin sözü bacısı Səmanın üstünə gətirəndə, anasından bu barədə fikrini soruşduqda belə cavab aldı; qaragedişi olsun Səmanın! Heç yarımasın, atasının ruhu tutsun onu! - deyə anası qızını qarğıdı.

Səma Sərvinin əlinə düşsəydi didim - didim edərdi bacısını. Düşmən çırağını aldırmağın necə  olduğunu göstərərdi ona. Rüzgar isə öz fikrini başqa cür bildirdi.

-Mənə elə gəlir ki, onlar bir neçə aydan sonra Səmanı evlərindən qovacaqlar.

Çeşmi: - Cəhənəmə qovsunlar! O zaman hara gedər getsin, mənim Səma adlı qızım yoxdur, dedi.

Hadisədən sonra qaradinməz olan Surxay: -Onu harada görəsəm elə orada da öldürəcəyəm, dedi. Bu söhbətdən sonra Çeşmi qalxıb Simirxanı yan otağa yatırtmağa apardı. Çox keçmədi ki, hündürdən səsi eşidildi. Sərvin anasının səsinə yan otağı keçdi. Sərvin gördüklərinə içini çəkib, əllərinə dodaqlarının üstünə qoydu. Simirxan yatmışdı. Amma Çeşmi danışırdı, özü də divarın küncüylə. Sərvin:

-Ana! həyacanla onu səslədi. Çeşmi səsə arxaya döndü. qızını görüb: - Sərvin sənsən? soruşdu.

-Kiminlə danışırsan, ana.

-Dərdimlə. 

Sərvinə elə gəldi ki, anası ağlını yerindən oynadır. Amma o, buna inanmaq istəmədi.

 

***

 

Qorabişirən avqusun istiləri dağ-dərənin ot-ələfin yandırıb, saraltmışdır. Səhər və axşamın sərin mehini nəzərə almasaq günboyu isti adamın kələyini kəsirdi. Qəvinin sonuncu planı məhz bu ay həyata keçirəcəkdir.

Taxıl biçimi çoxdan başlamışdır. Kənd adamları yaxınları ilə köməkləşib taxıl zəmilərini biçir, ot tayalarını qoyur, qış hazırlığana tədarük edirdilər. Surxay da taxılını biçməliydi. Lakin onun köməyi yox idi. Anası balaca Simirxanı qoyub ona köməyə gedə bilməzdi. Çeşmi ürəyində: -Rəhmətə gedənlərin ili çıxsaydı Surxayımı evləndirərdim. O zaman köməyi olardı balamın,  fikirləşmişdi.

Surxayın taxıl zəmisi ilə Qəvinin taxıl sahəsi yanbayan idi. Qəvi planını həyata keçirtmək üçün biçinə tez başlamışdılar ki, planı həyata keçən zaman onun taxılına ziyan dəyməsin.  Qəvi və oğlanları üç günə sahələrini biçib qurtardılar. Surxay isə biçinə təzə başlamışdır. Bu gün Qəvigil ot tayalarını qoyacaqdılar. Qoca qurd öz işini başa vurandan sonra oğlanlarını kənd cammatının gözü qarşısında Surxayın köməyinə göndərdi.

Başı biçinə qarışan Surxay Ənvərgilin ona sarı gəlməsindən xəbəri tutmadı. Surxayın sahəsini biçən traktorçu Surxaya işarə edərək Ənvər və qardaşının ona sarı gəldiyini xəbər verdi. Surxay arxaya dönəndə çağrılmamış qonaqlar əllərində kərənti ona çatmışdılar. Oğlanlar Surxaya çatıb dilləndilər:

-Salamməleyküm. İşiniz avand olsun!

Surxay acıqla: - Nə lazımdır?

-Dədəm dedi ki, Surxaya kömək lazımdır. Bizi sənə kömək üçün göndərdi. Taxıl zəmisi yağışa tutulmamış biçini başa vuraq, dedi.

Surxay: - Atana de ki, mənə kömək gərək deyil!

-Ənvər: - Biz qohumuq. Qohum bir-birinə əl-tutar, yaxşılıq edər…

Surxay Ənvərin sözünü kəsib: - Allah kəssin sizdən gələn yaxşılığı! Çıxın gedin! Rədd olun burdan! 

Qəviyə də elə bu lazım idi. Ətrafda olan kənd adamlarının bu hadisənin şahidi olmasını istəyən Qəvi bu axşam planını həyata keçirə biləcəkdir. Qəvinin qardaşı Sultan da şahidlərin arasındaydı.O, qardaşının hərəkətini bəyəndi. Qardaşının qohumluq əlaqələri möhkəmləndirmək, nifaqı aradan götürmək istədiyini zənn etdi. Ürəyinə sevindi Sultan.

Surxay sahədə qaranlıq düşənə qədər işlədi. Lakin sahəsinin yarıdan çoxu qalırdı. Biçin iki-üç gün davam edəcəkdir. O, yorğun evə qayıtdı. Çörəyini yedikdən sonra bacısı oğlu Simirxanı qucağına alıb oynatdı. Yorğun olduğundan  Simirxanı nənəsinə verib, yatmağa getdi.

Bir azdan Surxayın otağına keçən Çeşmi oğlunun açıq qalmış üstünə nazik mələfə çəkib, oyanmasın deyə ehtiyatla saçlarını sığalladı. Çarpayının yanındakı stula əyləşdi. İstəklə oğluna baxdı Çeşmi. İçində böyük qorxu gəzdirirdi ana.  Əzizlərini itirməkdən gözü qorxmuş Çeşmi Surxayının başına bir iş gəlməsindən qorxurdu. Özü də çox.

-Can bala, necə də yorğun görsənir yuxuda. Bir qoşun adamdan tifilimə kömək edən qalmadı. Bizə kim qarğıdı görəsən?! Getmək üçün ayağa duran ana üzünü göyə tutub; Allah, sənə yalvarıram, tək qalan Surxayımı qoru. Qoru ya Rəbbim! deyib, otaqdan çıxdı.


***

 

Qırmızı alov dilimləri göyə ucalırdı. Alovun işığına ətraf işıqlanmışdır. Gecənin qaranlığında çarta-çartla yanan taxıl zəmisindən çəyirtkələr tullana-tullana qaçıb canlarını qurtarırdılar. 

Kənd camaatı yanan zəmiyə kəndin kənarından tamaşa edir, heyifsilənirdilər. Buğdanın yanıq iyi  kəndə qədər yayılmışdır.

Çeşmi diqqətlə eşitdiyi səsə qulaq kəsildi. Darvaza döyülürdü. - Allah xeyir eyləsin! Gecənin bu vədəsində kimdi görəsən? Yataqdan qalxıb tez-tələsik paltarını geyindi. Qapı hələ də döyülürdü. Çeşmi yan otağa oğlunu yuxudan durğuzmağa keçdi. Elə bu zaman kimsə hasardan həyətə tullandı. Surxay, Surxay deyə-deyə kürsülü evin pillərinə çatdı.

Surxay köynəyi əlində, nə olduğunu anlamadan həyətə yüyürdü. Pilləkənlərin ətəyində Ənvərlə qarşılaşdı

-Ənvər: - A zalım oğlu, bir belə də daş kimi yatmaq olar?! Bayaqdan çağırıram. Taxıl zəmin yanır. Çeşmi Ənvəri həyətində görəndə hadisə baş verdiyini anladı. Onun dediklərini eşidib əllərini dizlərinə çırpdı.  Taxıl sahəsinə getmək üçün darvazaya sarı qaçdı.  Surxay anasının qarşısın kəsib:

-Sən qayıt evə. Uşağı tək qoyma!

-Axı taxıl yanır!

-Cəhənnəmə yansın! Tay neynəyək?! Mən gedirəm, sən qayıt. Yanğınsöndürənlərə zəng elətdir qoy gəlsinlər. Ənvər onun sözünü təsdiqləyib Çeşmi xala sən qayıt, biz köməkli odu söndürərik, deyib, qaça-qaça həyətdən çıxan Surxayın dalınca götürüldü.

Qəvi kəndin ətəyində yanğına tamaşa edənlərin arasındaydı. O. yüyürə-yüyürə köynəyini geyinən Surxayın arxasınca baxıb ürəyində: - Bu sənin axrıncı gedişindir, get!  - dedi.

Surxay əlindəki ağac budaqlarıyla yanğını söndürmək istəyirdi. Əcdaha od püskürən kimi alov üstünə gəlir onu geri çəkilməyə məcbur edirdi. Od  səngiyən kimi o yenidən özünü oda sarı atır, odu söndürməyə çalışırdı. Kənd uşaqlarından bəziləri Surxaya köməyə gəlmişdilər. Amma taxıl zəmisi bir neçə yerdən odlandığından odu söndürmək çətin idi. Köməyə gələnlərdən biri əlini taxıl zəmisinin o biri tayına uzadaraq qışqırırdı.

-Ora baxın! Od oranı da ağzına alır, dedi. Surxay oğlanın göstərilən səmtə yüyürdü. Ənvər fürsəti fövtə verməyərək heç kəs duyuq düşməsin deyə özünü Surxayın getdiyi səmtin əksinə, yamacdakı böyürtikən kolların arxasına verdi. Kolların arxasıyla gizlincə Surxaya tərəf qaçdı. Arxasına baxmadan özünü Surxaya çatdırdı. Surxay odla əlləşdiyindən ona  kimin yaxınlaşdığına əhəmiyyət vermədi. Ənvər başını qaldırmadan alovla pəncələşən Surxayın boynunün ardından yoğun ağacla güclü zərbələr endirdi. Ənvər yerə yıxılmış, huşunu itirmiş Surxayın ayaqlarından tutub hıkkanı-hıkana gurhagurla yanan böyürtikən kollarının arasına sürüdü. Sonra ətrafına baxmadan gəldiyi səmtlə odu söndürən uşaqlarının yanına qayıtdı.

Göy böyürtikən kollarının  ətəkləri alovla qol-boyun olub Surxaya çatdı. Alov dilimləri Surxayın üz-gözünü yalayıb, onu alovla əzizlədi. Yanmış taxılın iyinə qarışmış yanıq ət iyi qəribə qoxu verirdi. Surxayın yanında ləngiyən alov  nəhayət, onun üstündən adlayıb keçdi. Qarşısına çıxan zəmini külə çevirib, uzaqlaşdı.

 

***

 

Yanğınsöndürənlər kəndə çatanda zəmi yanıb qurtarmışdır. Yalnız kənarlarda tək-tük zolaqlar qalmışdır.

Səhərin gözü açılırdı. Evdə oğlunu gözlədiyi vaxtı bir aya bərabər sandı Çeşmi. Səbri çatmadı. Ürəyi sıxılmağa başladı. Yatmış Simirxanı qucağına götürüb, yolu ayaqlarına doladı. Yolda ona kənd adamları da qoşuldu.

Zəmini söndürməyə gedənlər geri dönürdülər. Geri dönənlər əllərində ağır nə isə gətirirdilər. Alatoranlıq olduğundan nə gətirdiklərin Çeşmigil ayırd edə bilmədi. Gətirilən ağır yükün bir ucundan Ənvər tutmuşdur. Dəstə bir-birinə çatanda dayandı. Köhnə sırıqlı arasınada Surxayın yanıq bədənini gətirənlər onu şərhsiz Çeşmi arvadın qarşısında qoyub, geri çəkildilər.  Və günahkarcasına başlarını aşağı əydilər.   

Çeşmi alatoranlıqda qarşısına nə qoyulduğunu anlamadı. Uşaq qucağında əyilib diqqətlə qarşısına qoyulanın nə olduğuna baxdı. Bağırdı. Gördüyü görüntüyə ürəyi dözmədi.  Huşunu itirdi. Qucağına sığınmış Simirxan nənəsinin boşalmış qolları arasından sürüşüb ayaqları altına düşdü. Bir neçə dəqiqədən sonra özünə gələn Çeşminin yenidən ürəyi getdi.

Kənd camaatının səhəri xəstəxanada qarşıladı. Eşidib-bilən qohum-qonşu rayon xəstəxanasına toplaşmışdı. Surxay yanıq şokundaydı. Şüuru tam özündə olmayan Surxay gah gözlərini açır, gah da şürunu itirmiş kimi yumurdu. Tamamilə yanmış bəbən Surxayın müainəsinə çətinlik törədirdi. Üçüncü dərəcəli yanıq xəsarəti alan Surxayın vəziyyəti ağır olsa da danışanlar arasından anasının səsini ayırd edir, ağladığını eşidirdi.

Anasına;  ağlama, demək istəyən Surxayın dodaqlarından nə isə anlaşılmaz sözlər töküldü. Bir neçə gün beləcə əziyyət çəkən Surxay üç gündən sonra üzüntülü gözlərini Çeşminin nigaran gözlərinə dikə-dikə keçindi.

 

***

 

Yasa gələn doğmalar arasında yalnız Səma yox idi. Ürək edib qardaşının yasına gələ bilməmişdir. Böyük ailənin bir il içərisində göz önündə dağılması Çeşmini yerdən göyə qədər yandırırdı. Ürəyi dərddən köz-köz olmuş Çeşminin içinə od düşmüşdü. İçindən yanan Çeşminin tüstüsünü görən olmasa da ağlının oynatdığını görürdülər. O, əzizlərini əlindən aldığı üçün əllərini göyə tutub Allaha (Əstəfurullah) qarğıyırdı. Anasının ağzını əlləriylə tutsan Sərvin:

- Ana, Allaha asi düşmə, günahdır! -  desə də özü Allahdan Allaha şikayətçi idi.  Sərvin göz yaşları içərisində: - Allah, bu da yeddici ölü! Bizə edəcəyin hansı zülüm qaldı daha? Nə günahın sahibi idik ki, bu müsübətləri bizə göstərdin. Hə, bu da sənin yeddinci ölün! Səkkizincinin də canını al! Yoxsa bu qədər dərdə dözə bilmərəm. Yuxusunu heç kəsə danışmayan Sərvinin nə demək istədiyini heç kəs anlamadı.

Surxayın qırxı çıxandan sonra qohumlar Çeşmigilin halına acıya-acıya çəkilib getdilər. Yalnız Sərvin və ailəsi Çeşminin yanında qaldı. 

Ağlamaqdan ovunmayan Çeşmi hər gün ölmüş balalarının adlarını çəkir, onları bayatıyla əzizləyirdi. Səhərdən axşama qədər susmaq bilməyən Çeşmi ölmüş balalarının adları arasında Səmanın da adını çəkirdi. Onu ölmüş hesab edib, ölənlərinin cərgəsinə qatırdı. Çeşmi daha balaca Simirxana baxa bilmirdi. Uşağın varlığın tez-tez yadından çıxardırdı. Xalasının umuduna qalan Simirxan nənəsinin əl-ayağına dolaşır, ağlayan nənəsinin üz-gözünü sığallayırdı. Ağlayanda Simirxanı ovudan nənəsi indi Simirxan ovutmaq istəyirmiş kimi sığalladı. Amma  o, nənəsini ovuda  bilməzdi. Bu dilsiz körpə haradan biləydi ki, nənəsinin dərdi ovulacaq dərd deyil. Qəbir evinə qədər çəkiləsi dərddir.

Surxayın qırxı olacağı gün Cavadın ili olacaqdı. Atayla – balanın qədərinə bir gündə yazılmış bu matəm gününə toplaşanlar günü ürəyağrısıyla başa vurdular.  İl mərasiminə gələnlər sırasında Selanın əri Yusif də vardı. O, həmişə hörmət gördüyü bu ailənin faciəsinə çox üzülürdü. Üstünü qara bulud almış ailənin qəm payından onun da qismətinə düşmüşdü. Selan adlı qəm yükü daşıyırdı sinəsində. Ona ağırlıq edən bu yükdən azad ola bilmirdi Yusif.

Atası Simirxanı aparmaq qərarına gəlmişdir. Yusif qaynanası Çeşminin dalğın özündən bixəbər halını görüb: - Simirxanı aparsam yaxşıdır! - qərarına gəldi. Kənddə keçirdiyi darıxdırıcı gecələrin birində fikrini qaynanasına bildirdi:

-Çeşmi xala, bir ilə yaxındır ki, Simirxana baxdın. Onu balan kimi əzizləyib, böyütdün. Allah səndən razı olsun! İndi deyəcəyim sözümdən incimə sən Allah! Mən Simirxanı aparmaq qərarına gəlmişəm. Nə deyirsən?

Çeşmi susdu, daha doğrusu dillənə bilmədi. Oğlunu istədiyinə görə Yusifdən ürəyində incisə də  bu incikliyi dilinə gətirmədi. Ağladı. Qaynanasının ağladığını görən Yusifin gözləri dolsa da fikrindən dönmədi.

Çeşmi dili-dodağı əsə-əsə: - O, sənin balandı, apara bilərsən, dedi. Narazılığını üzə vurmayan Çeşmi qəlbən kürəkənindən küsdü. Ürəyində: Əgər Allah mənə öz balalarımı qıymadısa, Allah bəndəsi haradan qıyacıq ki?!  dedi.

Tezliklə ailəsini şəhərə yola salan Sərvin tək qalan anasına həyan olmağa çalışırdı.

 

Yusif Simirxanı aparandan sonra Sərvin anasına onunla şəhərə getməyi məsləhət bildi. Çeşmi:

- Qızım, mən yad oğlunun yanında necə yaşaya bilərəm?! Gedə bilmərəm. Sən get qızım. Orada sənin ərin, evin, qızların səni gözləyir. Arada gəlib mənə baş çəksən bəsimdir.

Anasının tək qalacağından narahat olan Sərvin: -Yox ana, sən də mənimlə gələcəksən! 

- Çeşmi  rəhmətə gedənlərini xatırlayıb: Nə danışırsan Sərvin?! Mən əzizlərimi burada qoyub hara gedə ?!

 

***

 

Cavadın ailəsində baş verən hadisələrin nə səbəbdən olduğu heç kəsə bəlli deyildir. Ustalıqla görülən işin içərisindən yağdan ayrılın  tük kimi siyrılıb çıxan Qəvi  törətdiyi əməllərindən məmnun idi. Planladığı iş yağ kimi süzülürdü. Belə işlərdə Barmaqsızdan razı qalan Qəvi bu dəfə Ənvərdən də razı qalmışdı. Düzdür indiyə qədər Ənvərə elə böyük işlər tapşırmasa da kiçik işlərdə də üzünü ağartmamışdır atasının. Barmaqsız «Muncuqlu»da olsaydı, Qəvi heç Ənvərə bu işi tapşırmazdı. Ortancıl oğluna baxanda Ənvər ehtibarlıydı deyə Qəvi son işini də Ənvərə tapşırdı. Ənvər də sağ olsun! İşi atası deyən kimi düzüb-qoşmuşdu …

O gecə - Surxayın taxılı yanan gecə olanlara şahid duracaq iki nəfər vardı. Biri dəli Həsən, ikincisi isə…

Arxasına baxmadan özünü Surxaya çatdımaq istəyən Ənvərə də arxadan çatmaq istəyən vardi. O, yamacdan üzüyuxarı dırmanan, onuncu sinifdə oxuyan Surxayın şağirdi Tural idi. Müəlliminə kömək üçün gələn Tural Ənvərin müəlliminə kömək etmək istədiyini zənn etmişdir. Tural Ənvəri başını qaldırmadan alovla pəncələşən Surxayın boynunün ardından yoğun ağacla vurduğunu gördü. Tural şaxta vurmuş kimi yerindəcə dondu. Ənvər huşunu itirmiş Surxayın aylarından tutub hıkkana-hıkana gurhagurla yanan böyürtikən kollarının arasına atdı. Sonra ətrafına baxmadan gəldiyi səmtlə odu söndürən uşaqlarının yanına qayıtmaq istərkən haradansa peyda olmuş dəli Həsəni gördü. Həsənin onu görə biləcəyindən qorxu. Amma özünü o yerə qoymadı. Əşi dəlidi də! deyə özünə təssəli verdi. Həsənə çatıb:

-Dəli köpək oğlu, sən burada nə gəzirsən?!

-Həsən soruşdu: - Surxay öldü?

Dəli Həsənin onları gördüyünə əmin olan Ənvər: - Ağzını açıb kimsəyə bir söz desən  səni də öldürəcəyəm, dedi. Dəli Həsənin dinmədiyini görən Ənvər onu dərəaşığı itəliyib, arxasından bir təpik ilişdirdi. İtil get xarabana!

Həsən yamacda sərələnib olanları izləyən Turalı gördü. Nə isə demək istədi. Amma Ənvərin hədəsini yadına saldı. Əvəzində bu boyda «Muncuqlu»da ağıllı bir adam yoxdur ki, dərdini deyəsən, dedi.

Kələfin ucunu əldə edə bilməyən müstəntiq o gecə sahədə nə qədər adam olmuşdusa hamısını bir-bir dindirmişdi. Amma heç bir nəticə əldə edə bilməmişdir. Kənd adamları; bədbəxti isti bayıltmış, od üstünə düşdüyündən yanmışdır, deyirdilər.  Bu fərziyəyə müstəntiq inanmırdı.

Surxay haqqında danışılan söz-söhbəti eşidən dəli Həsən Ənvərin hədə - qorxusunu yaddan çıxarıb:  - Əşşi siz də söz tapdınız danışmağa!  Surxayı Ənvər vurub öldürdü, dedi. «Dəlidən doğru xəbər» məsəli yerinə düşmüşdü. Dəli Həsənin verdiyi söz «Muncuqlu»da bomba kimi partladı.

Bu dəfə müstəntiq kəndə məhz dəli Həsəni dindirməyə gəlmişdir. Dəli Həsən müstəntiqin suallarına doğru-dürüst cavab verdi. Hətta əşşi təkcə mən görmədim ki, odey Surxayın məktəbindən görən oldu! deyən  dəli ikinci şahidi göstərdi.

Müstəntiq həyacanla: - Həsən, sonra kim gördü deyirsən? 

Həsən hündürdən: Tural, gördü, dedi.

Müstəntiqdən oğlunun Ənvər tərəfindən öldürüldüyünü eşidən Çeşmi çılğınlaşdı. Özünü ələ ala bilməyib, elə orqandaca qışqırmağa başladı. Ənvərə Qəviyə qarğışlar tökən Çeşmi o gecə yata bilmədi. Səhəri dirigözlü açan Çeşmi tezdən özünü oğlu Surxayın qəbrinə çatdırdı.

- Gözaydınlığı verirmiş kimi oğlunun qəbri üstündə: - Oğul, Surxay, Ənvəri tutdular! Rahat yat! O öz cəzasını aldı! - deyən Çeşminin oğlunun qəbri üstündə hönkür-hönkür ağladı.

Sərvinlə getməyən, tək-tənha yaşayan Çeşmi gecələr özündə olmurdu. Səhər dirigözlü açan qadın daha dərd çəkmirdi.

 

***

   

Dəli Həsən özünə yoldaş tapmışdır. Muncuqlu kəndinin bütün sakinlərini dəli aldandıran Həsən nəhayət kənddə ağıllı bir nəfərə rastladı. 

Bir zamanlar tez-tez açılıb örtülən paslı dəmir darvazanı nə vaxt idi ki, nə döyən, nə də açan var idi. Həmişə səliqə-səhmanda olan həyətin səhmansızlığı baş alıb gedirdi. Kəsilib, səliqəyə salınmayan ağacların qurumuş budaqları qırılıb tökülmüş, külək tökmüş yarpaqlar divar boyu qalaqlanmış, əl damının sınıb-tökülmüş pəncərə şüşələri həyətə səpələnmişdir. Əkilməyən bostan sahəsində yabanı otlar adamboyu qalmış, əkin sahəsini cəngəlliyə oxşatmışdır. Ağzı açıq quyunun suyu ağzına qədər ləbələb dolmuşdur. Göz yaşı kimi dupduru su külək əsdikcə ləpələnirdi. Boş qalmış, sahibsiz yelləncək bir balaca meh əsəsn kimi kimisə yellənirmiş kimi sağa-sola hərəkət edirdi. Uşaqların səs-küyü ilə dolu olan həyətdən mal-qara, toyuq-cücə səsi belə eşidilmirdi. Bu səssizliyin içərisində nəhayətsizlik uzanıb gedirdi.

Bir kölgə bu səssizliyi pozmadan quyu başında dayanıb su içirmiş kimi başını quyuya əymişdi. Kənardan baxana elə gələrdi ki, o, sudan doymur. İçidikcə içir, içirdi…Amma yox, deyəsən o, orada kimi axtarıdı.

Kölğə sanki suda kimisə tapdı. Çəkib kənara qoydu və qalxdı. Sonra külək surətiylə öz-özünə yellənən yelləncəyə yaxınlaşdı. Yelləncəyin üst tərəfində dayanıb boş yelləncəyi gücü gəldikcə salladı. Nə düşündüsə əllərini yelləncək tərəfə uzadıb kimisə yıxılmaqdan qoruyurmuş kimi tutdu. Boş qolları arasına uşaq kimi onu yelləncəkdən götürdü. Qolları arasına aldı. Başını sığallayırmış kimi əlləriylə havanı sığalladı.  Sonra şəhadət barmağını dodaqlarının üstünə qoyub pıçıltıyla:

- Sus…sus… deyib, oradan uzaqlaşdı.

Bütün günü beləcə həyəti tək-tənha dolaşan qadın heç kimi görmək istəmirdi. Təkcə bir nəfərdən başqa…

Paslı qapını zarıdı. Onun görmək istədiyi kəs qapı ağzında göründü. Ayağını şappıladan, səssizliyi ürküdən qonaq səsli addamlarla evin kürsülü pillələrin ayağına qədər gəldi. Ətrafına nəzər saldı. Kimsəni görmədiyindən məyus olmuş kimi pillələrdə oturdu. Gözləməyə başladı…

Başına qatbaqat şal bağlamış  qadın əl damından çıxdı: - Həsən, qardaşım, gəldinmi? - soruşdu. 

- Hə, gəldim. Həsən pecəyinin cibindəki çörəyi çıxarıb qadına verdi. – Al ye, səninçün gətirmişəm, dedi.

 

***

 

Qəsdən adam öldürdüyünə, Zeynəbin ölümü də boynuna qoyulduğuna görə Ənvər ömürlük həbs cəzasına məhkum edilmişdir. Qəvi oğlunun qarasına hirslənmişdir. Fərsiz əclaf, oxşamadı mənə. Özünü bədbəxt etdi, ehtiyatsızlığından.

Məqam o məqam idi. İllərlə bu günün həsrətində olan Qəvi Cavadın qisasını onun ailəsindən çıxdı.  Bir zamanlar ocağı gurhagur yanan ocağı sönmüşdü. Qonaqlı-qaralı evin qonaqları kəsilmişdi. Demək olar ki, qırılıb qurtarmış ailədən yeganə sağ qalan Sərvin nə vaxt idi ki, kəndə gəlmirdi. Anasının dəli olmasından xəbəri belə yox idi. Sərvinin ağlına da gəlməzdi ki, xəstə yatdığı bu iki ayda anası bu qədər ruhi sarsıntı keçirə bilər. Cavadın nizam-intizamlı ailəsindən qapıya çıxacaq və ya ona mane olacaq kimsənin olmadığına əmin olan Qəvi sonuncu ideyasını irəli sürdü. Hələ də kəndə gəlməyən Barmaqsıza qayıt gəl kəndə, əmrini verdi.

Tezliklə özünü kəndə çatdıran Barmaqsız atasının məsləhətiylə  qaynatasının evinə köçməli idi. Buna ürək etməyən Barmaqsız:

-Dədə, Sərvin qayıdıb gələcək. Məni orada görəndə nə olacaq?!

- Deyilənlərə görə Sərvin xəstədir. Öz hayındadır. Xəbər tutsa bir söz deməz. O boyda ailədən qalan ikicə bacıdır. Bir də ki, bacısının üzünü görüb yumuşalacaq. Bir söz deməz sən işində ol, dedi.

Barmaqsız mal-qaranın harada olduğunu soruşdu. Mal-qaranın hamısı kəndin fermasındadır. Bir iki günə Səma mal-qaranı kənd sovetindən tələb edər. Onlar da sahibinin gəldiyini görüb qaytararlar. Hələ mal-qara üçün darıxma, dedi Qəvi.

Barmaqsızla Muncuqluya qayıdan Səma evlərinə getməyə, anasını görməyə cürət etmirdi. Ərinin və qaynatasının planlarından xəbəri olmayan Səma: - Mən o evə gedə bilmərəm. Anam məni öldürər, dedi.  Barmaqsız Çeşminin xəstə olduğunu arvadına söyləyəndə anasının ağlının yerindən oynadığını eşidən Səma ağladı. Amma o qapıya getməyə yenə də cürət etmədi.  Bu barədə mübahisə uzandı…

Səma qorxa-qorxa ayağını darvazadan içəri atdı. Çeşmi qapının səsinə boylandı. Qızı Səmanı gördü. Tanımadı. Amma ürəyi atlandı.  İrəli gəldi, nə fikirləşdisə geri döndü. Dayandı. Əlini alnına qoyub, fikirləşdi. Kimisə yadına salmağa çalışdı. Yaxına gəlib diqqətlə qızının üzünə baxdı. Tanıya bilmədi. Tanımadığı bu qız Çeşmiyə o qədər xoş gəldi ki… Çeşmi titrəyən əllərini qızın üz-gözündə gəzdirdi. Barmaqlarını onun dodaqları üstünə sürüşdürü. Ağlını oynatdıqdan sonra adəti üzrə Sus…sus…s ..eylədi. Çeşmi yadına salmağa çalışırdı. Yadına saldı da. Amma Səmanı yox. Simanı. Çeşmi ürəyində tərəddüdlə fikirləşdi. Mənim qızım quyuya düşüb, ölüb. Yoxdu mənim qızım! Bəs bu kimin qızıdır? Əgər yaddırsa bəs ürəyim niyə belə döyünür. Lap əzizimi görmüş kimi. İlahi, gör nə qəşəng qızdır. Çeşmi arıqlamış qollarını qaldırdı, əllərin Səmanın uzun saçlarında gəzdirdi.  Qızım, Sima deyə Səmanın saçlarını oxşadı.

Səma ağlayırdı. Səssiz. Bəbəklərindən dolub - daşan yaşlar yanağından süzülərək öz yaxasını isladırdı. Boğazına dolmuş qəhər onu boğurdu. Səma güclə eşidiləcək səslə:

-Ana! deyə bildi.

Çeşmi “ana” sözündən diksindi. Qorxmuş kimi ətrafına baxdı. İti addımlarla evə sarı yönəldi. Pilləkənləri qalxdı. Qapı ağzında dayanıb həyətin ortasında heykələ dönmüş qızına baxdı.  Tələsik evə girib, arxasınca qapını örtdü.   

Qəvi «oğlunun evi»nə ayaq açdı. Çeşmi evinə əyləşmiş kişinin qarşısına keçib, diqqətlə baxdı…baxdı… Sonra da köksünü ötürdü, keçib öz yerində əyləşdi. Sima anasının Qəvini tanımadığına sevindi. Amma anasının halına acıdı. Qəvi hər gün olmasa da üç gündən bir Cavadın evinə oğlunun evi  kimi girib çıxırdı.

Olanlara dözməyən Sərvin yorğan-döşəyə düşmüşdür. Xəstəlikdən baş qaldırmayan Sərvin olanları elə yataqdaca eşitdi. Anasının ağlını oynatdığını, Səmanın qayıtdığını, atasının evini Barmaqsızın zəbt etdiyini, Qəvinin atasının evinə ayaq açdığını… Sərvin yanıb, yaxıldı. Hə, at ölüb itin bayramıdır! atalar sözün burada deyiblər dedi.

Alatoranlıqdan şəhərdən çıxan Sərvin kəndə gün çərtiləndə çatdı. Rüzgarın onunla gəlməyini istəməyən Sərvin ərinə: - Heç kəsə heç nə deməyəcəyəm. Sakitcə anamı götürüb, qayıdacam, demişdi.

Sərvin otuz bir yaşına qədəm qoymuşdu. Dərdi bir kloqram da artmışdı. Daha yuxu görməyə qorxan Sərvin həyatın gercək üzündən də qorxurdu. Bu gün rastlaşdığı mənəzərə qorxulu yuxudan dəhşətli idi. Sərvin açıq darvazadan içəri keçdi. Süpürülüb təmizlənmiş, insan həniri duyulan həyətdən ötüb evə sarı addımladı. Anasının qapı ağzına bayaraq kimi asdığı, atasının qanlı köynəyi qapı ağzından götrülmüşdü. Ürəyində bacısının qarasına söydü. Evin qapısına əl uzatdı. Ürəyi döyündü. Elə bil ata evinin yox, düşmən qapısını açacaqdır Sərvin. 

Evin giriş qapısı şakkıltıyla açıldı. Stol başına toplaşıb səhər naharını eyləyən yeni ailə üzvləri Sərvini görən kimi yerlərindən tullandılar. Qəvi onların arasındaydı. Sərvin nifrət dolu gözlərini otaqdakıların üzlərində bir-bir gəzdirdi. Çeşmi ağlını oynadandan bəri yeganə insan idi ki, qızını tanıdı. Sərvin! - deyə zarıdı. Anasını görən, halına ürəyi dağlanan Sərvinin boğazı acışdı. Qəvigilin qarşısında ağlamaq istəmədi. Boğazına yığılan qəhəri güc-bəlayla uddu.

-Hə, nə toplaşmısınız Cavadın ocağına?! Yeriniz rahatdı?

Qəvi özünü itirmişdi. Neyləyəcəyini bilmədi. Barmaqsız isə atasından ümid gözləyirdi. Bacısını görən Səma udqundu. Ağzında yediyi tikəni nə qədər çalışdısa boğazından keçirə bilmədi. Çeynəlmiş tikəni ovcuna qaytardı. Qapı ağında dayanan Sərvin otuz bir kloluq dərd yükünü çəkə-çəkə Səmaya yaxınlaşdı. Səmaya elə gəldi ki, bacısı onu təpiyinin altına salıb əzişdirəcək. Sərvin bacısı Səmanın azından çıxardıb ovcunda aldığı tikəyə baxıb nifrətlə dilləndi: - İllərlə bu evdə yediyin çörəyi İrin-qan olub qusarsan inşallah! Elə bilirsən bu evi sənə verəcəyəm?! O, dirsəyini qatlayıb bacısına göstərdi. Budey görəcəksən! Sərvin yazıq-yazıq, boynunu büküb qızlarına tamaşa edən anasının qolundan tutdu. Evin ortasına çəkib:

-Bax, Səma, yaxşı-yaxşı bax! Gör ananı nə günə saldın?! De görüm, gecələr rahatmı yatırsan? Görəsən atanın, bacı - qardaşlarının ruhu səni tutmur? Sərvini üzünü göyə tutub, yanıqlı səslə: Allah, niyə tutmur onların ruhu bu qızı görəsən? Niyə bunun cəzasını vermirsən Allah?! Bəyəm sən göydə yoxmusan, bəyəm sən yatmısanmı Allah, axı niyə bütün olanları cəzasız qoyursan, niyə?!

Sərvin anasının qolunu buraxıb, Qəviyə sarı yeridi. Qəvi geri addımladı. Divara yaxın olduğundan kürəyi divara söykənib, dayandı. Sərvin Qəviylə burun-buruna durub gözlərini Qəvinin gözlərinə dikdi. Bir  neçə saniyə beləcə baxıb dilləndi:

-Qoca qurd, de görüm atamla aranızda nə baş vermişdi. Ona nə vermişdin ala bilmirdin?! De, qoca köpək, de! Sərvin Qəvinin üstünə bağırırdı. Qəvi dillənmədi. Udqundu.  Sərvin sözlərinə davam etdi: - Qardaşımı öldürən oğlunun meyiti gələr inşallah getdiyi yerdən! Qəvinin dinmədiyini görən Sərvin odlandı. Elə bilirsən sən ölməyəcəksən?! Öləcəksən! Özü də it kimi gəbərəcəksən! Qəvinin şılıq gözlərinin içinə baxdı. Gözlərində qisası alınmış, nifrəti sönmüş hisslər gördü. Tfu! Sərvin Qəvinin gözlərinin içinə tüpürdü. Qəvi kipriyini qırpdı. Sərvinin topasıyla türdüyü tüpürcək Qəvinin kipriklərindən asıldı.

Sərvin anasına; ana, deyə  səsləndi. Çeşmi Sərvini tanısa da, nələrin baş verdiyini qızının niyə hisləndiyini anlamadı. Sərvin anasının qolundan tutub evdən çıxartdı. Əsəbiliklə evin pillələrini düşərkən dəli Həsəni pillərin ayağında oturan gördü. Hirslə: - Dur, sən də rədd ol burdan! Bədbəxt atamın evin gör kimlər zəbt eyləyib. Dəli Həsənin üstünə qışqırdığı üçün Çeşmi qızından incidi. Lakin dillənmədi. Çeşmi dəli günlərinin dəli yoldaşına, ona həyan olan dərd qardaşına, ac günlərində ona yemək gətirən, ümidləndiyi insana sonuncu dəfə  baxdı. Dəli Həsənin gözlərindən tökülən yaşları görən Çeşmi özünü saxlaya bilmədi. Çeşmi ağıllı-ağıllı ağladı dəli qardaşı üçün.

 

***

 

Sərvin anasını evdən çıxandan sonra Qəvi dərindən nəfəs alıb: - Yaxşı qurtardıq, dedi.

Sərvin anasını birbaş şəhər xəstəxanasına gətirmişdir. Anasını xəstəxanada yerəlşdirən qız: Ana, müalicə aldıqdan sonra səni evimə aparacağam,dedi. Sərvin anasını xəstəxanaya yerləşdirib, arxayınlaşandan sonra geri - Muncuqluya qayıdırdı…

Qarandıq qarışmışdı. İt başı sirrini çözə bilməyən Sərvin düşüncələr içərisində çırpındı. Kəndin qaranlıq, tozlu yolunda addımlayan Sərvin on-on beş dəqiqədən sonra atasının evinə çatacaq. Ürəyində Allah Səmanın cəzasını versin! Bu gün vaxt tapıb atamgilin qəbrini ziyarət edə bilmədim. Eh, nə üzlə gedəcəyəm onların qəbri üstünə.

-Ata, evində düşmən yaşayır, ocağın üstə düşmən qazanı qaynayır deyəcəmmi?! Yaxşı ki, vaxt qalmadı qəbirüstə getməyə! Fikri atasının qəbrində  qalsa da,  düşüncəsində evi necə gedəcəyinin planını çəkirdi. Evi Səmaya verməyəcəyəm. Əsla! Atamın qəbirdə sümükləri yanar, ev Qəvinin oğluna – Barmaqsıza qalsa. Sağlığında zəhləsi gedərdi Barmaqsızdan. Sərvini düşüncələrindən mobil telefonu ayırdı. Çantasını qurdaladı. Telefonu çantadan çəkib çıxardı. Rüzgar idi. Sərvin yalan danışırdı: -Kənddəyəm, evdə. Yox, yox Səmagil burada yoxdur. Anamla mənəm. Hə, hər şey yaxşıdır. Sabah gələcəyik! Rüzgarı aldadıb,  arxayın salandan sonra özü də arxayınlaşdı, Sərvin.

Ulduzlar göydən qaçmışdı bu gecə. Qapqara göy üzü olacaqlara yas tutmaqçün geyinmişdi sanki qara bulud paltarını. Sərvin «Şor bulağın» yanında dayandı. Kimsəsiz, şırhaşırla axan bulağın səsinə qulaq asdı. Darıxdı. Gözünü «Muncuqlu» kəndinin göyünə dikdi. Yadına uşaqlığı düşdü. Ən parlaq ulduzu seçərdi göy üzündən özü üçün. Bu gün göy üzündə bircə dənə olsun belə ulduz yox idi.

Sərvin köksünü ötürüb yoluna davam etdi. Evlərinə çatana qədər kimsəylə rastlaşmadı. Buna sevindi. Barmaqsızgil yəqin, indi məndən danışırlar. Qəvi elə sanır ki, evi Səmaya bağışlayıb, getdim. Öləndə görərsiz Cavadın evini! 

Əlini qapının dəstəyinə atdı. Bağlı idi. Döydü. Qapını üzünə Barmaqsız açdı. Sərvin Barmaqsızın döşündən itələyib içəri keçdi: - Gözləmirdiz, deyilmi? Barmaqsız susdu. Səma səsə qapıya gəldi. Basısını görüb qızardı. Sərvinin nə deyəcəyini gözlədi. Nədi, qayıdacağımı ağlına gətirməmişdin?  Elə bilirsən evi sənə verəcəyəm?! Bacısının qarnına baxıb: Bayaq fikir verəmişdim, deyən boğazsan? Qəvi üçün nəsil artırmaq qərarına gəlmisən? Atanın ailəsindən qalan bircə mənəm, bəlkə, mənim axrıma çıxmaq üçün doğursan! Doğ, doğ inşallah özünə qənim kəsilər. Sərvin Səmanın dillənmədiyin görüb: - Allahdan qorxmasaydım qarnına təpiklə vurub salardım küçüyünü.  Sərvin pörtmüş, qızarmış bacısının üstünə yeridi. Barmaqsız Sərvinin uşağa xətər yetirəcəyini zənn edib Səmanın qarşısına keçdi:

- Çıx, get Sərvin, dedi.

Sərvin bağırdı. Əslaf, məni öz evimdən qovursan? Cavadın ölmüş günləridir! Bu evdən rədd olası sənsən. Bildin, itin küçüyü! Əlimi it qanına bulamamış rədd olun burdan!

Səma bir söz demədi. Yerindən tərpənmədi də. Barmaqsıq Səmanın qolundan tutub yan otağı keçmək istədi. Sərvin yüyrək addımlarla qarşılarını kəsib: nədi, yoxsa mənimlə gecəni burada keçirmək istəyirsiz? Sərvinin gecəni burada qalacağını eşidən Barmaqsız Səmanı yanına salıb evdən çıxdı.

 

***

 

Sərvin nənəsinin sandığının yerində olub-olmadığını öyrənmək üçün yan otağa keçdi. Yerindəydi. Ağzı açılmamışdı. Sandığın qapağını açıb it başını götürdü. Bacısının qarasına: - Görəsən, bu qancıq atamın qanlı köyənəyini hara qoyub?  Evi ələk -vələk etdi. Köynəyi evin yeni işıq çəkilmiş  zirzəmisindən tapdı. Səma atasının köyəyini atmağa ürəyi gəlməmiş, onu burada gizlətmişdir. Sərvin atasının zirzəmidən tapdığı qanlı köynəyini sığalladı. Canlı adamla vidalaşırmış kimi gözləriyə vidalaşdı atasının miraslarıyla. İçini qaranlıq bürümüş Sərvin ağlayırdı. Dodaqlarından tökülə misralar:

 

Süzülüb içimə doldu qaranlıq,

Yenə saçlarımı yolacaq gecə.

Bu gecə zirzəmi verir qonaqlıq,

Kədərim çöhrəmə qonacaq yenə.

 

Suvağı tökülən divarlar soyuq,

Zirzəmi qaranlıq davarı oyuq,

Ay canım, ağlama, səsini ud ki…

Kimsələr halından düşməsin duyuq.

 

Sən Allah diksinən qismətə bir bax,

Yosun gözlərimin nəsibi yaşdı.

Əlimdə tutduğum qızıl ləyəni

Dordurdum yaşımla, ləbələb- daşdı.

 

Yenə qısılmışam divar küncünə,

Kədərlə yükləndi baxışlarım da.

Bu günə baxanda dünənə şükür…

Yazıqlıq tökülür baxışlarımdan.

 

Süzür qulağıma o səsin sehri,

Atamın ruhuyla danışdım yenə.

Ruhun da olarmış yaşı, qəhəri,

Ay Allah, nə yaman üzülür mənə?!

 

Yaxşı ki, anamın xəbəri yoxdu,

Görmür müsübəti, bilmir zülümü.

O, hardan bilsin ki,dönür küsövə

Qovrulub ağzımda yanan dilimi.

 

Duz kimi ağappaq bəxtimin çölü,

Elə duz yüklüdür qəmim də Allah.

Bəxtim suya düşdü, duz tək əridi,

Əridi ovcumda, əlimdə Allah!

 

Uçacaq bu gecə bu kürsülü ev,

Nisgilim batacaq zirzəmisində.

Bu  gecə kaş Xəzər fırtınasıyla

Dərdimi apara qəm gəmisində

 

deyən, sinəsini boşaldan  Sərvin zirzəmidən çıxıb evə girdi. Böyüyüb - boya başa çatdığı evin otaqlarını bir-bir dolaşdı. Əllərini boyası solğunlaşmış otaqların divarlarında gəzdirdi. Yan otaqda yerləşdirilmiş dolabı açdı. Bacı –qardaşlarının paltarları yerindəydi. Elə bil hadisələr olmamışdır. Ürəyi sızıldadı. Ümumi otağa adlayıb, köhnə, rəngi saralımş qırmızı məxmər divanın üstündə əyləşdi. Gözlərini rəngi getmiş döşəməyə zillədi. Səssizcə baxdı, baxdı…Nəhayət sükutun səssizliyində sıxıldı. Həyətdə, pəncərə qarşısında əkilən heyva ağacının budaqları evin pəngərəsini astaca döydü. Xəyalı uzaqlarda – ailənin keçmiş günlərində olan Sərvinə elə gəldi ki, qapı döyüldü. Və bütün ailə gülə-gülə evə qədəm basdı. Budur, öndə atası Cavad, anası Çeşmi və özüqarışıq altı uşağın altısı da bir yerdədir. Səmayla Sima necə də qayğısız görsənirlər. Həmişəki kimi bir-biriylə höcətləşən Surxay və Simirxana yenə dalaşırlar. Selan yenə nə tikir belə?  Eh, onsuz da bir azdan tikdiyini cırıb atacaq. Mənə bir bax! İlahi, bu doğrudan da mənəm! Hə, vallah mənəm!  Yemək hazırlamaq üçün anama kömək edirəm. Yəqin, tezliklə süfrə başına yığışacağıq?! Buy, bunlar kimdir belə, bizim evdə süfrə başında əyləşənlər? Aman Allah bunlar Qəvinin ailəsidir ki! Deyəsən evi satın alıblar?! Hə, elədir ki, var. Yox, yox evi onlara Səma bağışlayıb. 

Diksindi. Deyəsən, oturduğu yerdəcə yuxulamışdır. Qubarlanmış sinəsini arıtlayıb, dərindən ah çəkdi. Doğrudanmı yuxu gördüm? Yox, qarabasmadır! Əgər gördüyüm yuxudursa… Yuxularından qorxan Sərvin: - Allah, sən məni bağışla, əgər bu həqiqətən də belə olacaqsa…Yox,  yox mən bu yuxunu gercəkləyə qomayacağam! 

Sərvin düşüncələr içərisində batmışdı. Çırpııb düşüncələrdən qurtuldu. Nə məqsədlə gəldiyini yadına saldı. Bir azdan səhər açılacaqdır!  Tələsməliydi.  Ayağa qaldı. Qonaq otağının qapısı ağzında dayanıb tavanın dörd divarına göz gəzdirdi. Ona elə gəldi ki, atasının ruhu çırpınır tavanın günclərində. Sanki, Sərvin etmə, eyləmə deyirdi. Sərvin pıçıltıyla: - Bağışla ata! Bunu eylənəcəyəm! Beləsi daha yaxşıdır!

Sərvin ağlayırdı. Gözündən tökülən göz yaşlarını ağ neftə qarışdıran  qız evin başına dolandı. Sonra əlində on litrlik plastik qab zirzəmiyə düşdü. Yenidən evə qayıtdı. İşini başa vurub evdən çıdı. Yüyrək addımlarla özünü darvazadan çölə atdı.

Sərvin gecənin qaranlığında arxasına baxmadan irəliləyirdi. O, hələ Muncuqludan çıxmamışdır. Qulağına dəyən qıy-qışqırıq səsi getdikcə yüksəlirdi. Sərvin kəndin çıxacağındakı təpəyə çatana qədər arxaya dönmədi. Təpəyə çatdı. Üzündə cığır salan göz yaşların silmədən, toranlı gözlərlə alovu göyə dirənmiş evlərinə baxdı.

Qiymətli zinət kimi atası evindən çıxartdığı əmanət - əlində tutduğu it başı  Sərvin üçün hələ də müəmmalı, açılmamış sirr idi.

Bir dəstə kölgə çırpındı Sərvinin başı üstündə. Sərvin əlindəki it başını göyə qaldırdı. «Muncuqlu» kəndinin ulayan itlərinə bir səs də əlavə olundu. Üzünü Allaha tutub uladı. 

 

***

 

Sərvin yuxudaydı. Üzünə şirin bir təbəssüm qonmuşdu. Hiss olunurdu ki, xoş ovqatlı yuxu görür. Elə yuxudaca ovuclarını birləşdirib, üzünə yaxınlaşdırdı. Sanki, nəyisə iylədi. Bundan sonra ağappaq qar kimi mələfəsinə yayxandı.  Elə bil illərin ağrısını atırdı vucundan.

Həyat sanki öz axarı ilə davam edirdi. Bir ilıq payız günündə səliqə-sahmanlı həyət gülüş səsləri ilə dolmuşdu. Sanki bu payız günündə göy üzünü işıq seli yarmış, göy qurşağı kimi rəngarəng çalarla Cavadın həyətinə işıq səpələnmişdi. Həyətdə Səma ilə Sima qoz ağacından asılan yelləncədə cingiltili gülüşlərlə yellənirdilər. Simirxan çardaqdan üzüm salxımların dərib dərin ləyənə yığırdı. Məktəbdən gələn Surxay isə dəmir darvaza ağzında dayanaraq onlara tamaşa edirdi.  Selan əyninə geyindiyi qırmızı donunun ətəklərini bir əlində torba kimi büzmuş, digər əli ilə isə ağacdan dərdiyi almaları ətəyinə toplayırdı. Çeşmi yenicə bişirdiyi təndir çörəyini nehrə yağı və pendirlə həyətdəki stolun üzərinə qoyub, uşaqlarını səslədi:

-Gəlin, isti şörək yeyin, dedi  Özü isə bankada saxladığı, qoyun qursağdan hazırladığı pendir mayasını götürüb, inəkdən yenicə sağdığı südü pendir hazırlamaq geri döndü.

 Hər kəsin üzündə dinclik və fərəh hiss olunurdu. Lakin bu fərəhə kölgə salan, bir nigarançılıq hiss olunurdu Cavadın üzündə. Surxayı qapı ağzından kənarlaşdıran Sərvin göy qurşağı kimi sallanan işıq selinin içərisindən keçib, çöhrələrdəki sevinci öz kədəri ilə kölgələyən atasına yaxınlaşdı: - Salam, ata. Necəsən? - deyə soruşdu.

Həyəti bağdan ayıran dəmir çərçivəyə söykənən Cavad qussə ilə qızının salamını aldı. Üzüntülü səsləSalam - dedi. Xoş gəldin qızım.

Sağ ol ata. Nədi, yenə niyə qüssəlisən?

Cavad onun sualına sualla cavab verdi. Qoltuğundakı nədir elə?

Sərvin qoltuğundakını yadından çıxartmıdı bir anlıq. Sualdan sonra onu xatırlayaraq; -Hə, bu? Budu da, it kəlləsi, -deyə cavab verdi. Cavad ah çəkdi.

Mən ki, onu sənə yox, qardaşına verməyi tapşırmışdım bibinə. Səndə nə gəzir?-soruşdu Cavad.

Bibi mənə verdi. Amma neyləcəyimi demədi. Bəlkə sən deyəsən?! Bunu neyləyim ata? Ümumiyyətlə, bu nə deməkdir? Cavad asta-asta başını yırğaladı. Gözünü torbadakı it kəlləsinə zilləyərək dilləndi:

Bu həmin o itin kəlləsidir ki, qızım, bu it Qəvidən sədaqətli çıxdı dostluqda.

Ata, Qəvi ilə aradakı ədavət nədən başladı, -deyə Sərvin soruşdu.

Hə, qızım, bu köhnə söhbətdir. Biz cavanlıqda Qəvi ilə dost idik. Bu it kəlləsi də var a. Bax bu it də ikimizn iti idi. Bir gün Qəvi mənə xəyanət etdi. Mal tövləsinə oğurluğa gələn zaman it Qəvini tanıdığından onu tövləyə buraxmışdı. Sonradan mən malların Qəvi tərəfindən oğurlandığını bildim. O gündən dostluq tellərimiz qırıldı. Elə bil it də onun bu axmaq hərəkəti anlamış, daha ona yaxın düşmürdü, hər dəfə onu görəndə mırıldayırdı.  Və bir də Barmaqsızın barmağını qoparan itin kəlləsidir. Qəvi bir gecə itin başını kəsdi. Mən də onu götürüb saxladım ki, bir zamanlar Qəvinin qarşısına qoyum və deyim ki, bu it səndən vəfalı idi. İt sahibinə xəyanət etmədi, sən isə dostluğa xəyanət etdin. Və onu da deyim ki, bu cansız it kəlləsi səndən dəyərlidir mənim üçün. Amma deyəsən, düşündüyüm Allahın xoşuna gəlmədi. Sözünün bu yerində Cavad üzünü göyə tutdu. Daha göy üzündən işıq seli axmırdı. Parça buludlar dəstə-dəstə dolaşırda asimanda. Cavad qızarmış gözlərini səmadan ayırmadı. Sərvinə elə gəldi ki, atası göy üzündə Allahı axtarır. Nəhayət, Cavad gözlərini bir-birilə pəncələşən buludlardan ayırıb sözünə davam etdi.

Bibinə tapşırmışdım ki, Surxay mənim əvəzimə it kəlləsini Qəviyə hədiyyə etsin. Cavad sözünün bu məqamda təəssüflə başını buladı. Sonra da olanları özün bilirsən…

Cavad fikirlərini bitirməmiş çeçədi. Xəstə vaxtlarında olduğu kimi təngənəfəs oldu. Bir az sözünə ara verib yenidən dilləndi.

Sonralar onunla yollarımız ayrıldı. Çünki, o dostluğa xəyanət etdi. Cavad daha danışmaq istəmədi. Əli ilə sinəsini, ürək başını astaca ovuşdurdu. Sonra dərindən nəfəs alıb sözünə davam etdi. Daha bunun əhəmiyyəti yoxdur, -qızım, dedi.

İşıq seli yenidən başları üzərində peyda oldu və bu zaman Sərvin bir andaca atasının üzünə xoş təbbəssüm qonduğunu gördü. Cavad Sərvinin əlindən tutub, -dilləndi.

-Gəl mənim cənnətməkanıma bax, -qızım, -dedi. Cavad bir andaca qeyb oldu. Başqa planetə keçdi, sanki.  Və uzaqdan:

Sərin bax, o yeri görürsən? - deyə uzaqdakı yolu göstərdi. Bax,  ora “Əstərənsafil” deyilən yerdir. Bir-iki günə  mən Qəvi orada görüşəcəyəm.

Nə? - deyə Sərvin həyacanlandı.

Hə, Qəvinin zamanı dolub, qızım. Amma burada da yollarımız ayrılacaq, o mənim cənnətməkanımda yer almayacaq.   Sərvinə elə gəldi ki, atası onu öz yanında saxlamaq istəyir.

-Yox, yox ata, mən sənin yanına gedə bilmərəm. Cavad gülümsədi. Səni aparmıram qızım. Qorxma. Sadəcə yerimin necə gözəl olduğunu göstərmək istədim. Cavadın sözü ağzından bitib qutarmamışdı ki, işıq lavası onları bürüdü. Sərvin bir anın içindəcə özünü qəbirstanlıqda gördü. Qəbiristanlıq bu gün bir özgə cür vahiməli idi.  Qəbirlər sükutun məngənəsində boğulmuşlar. Sərvin qorxuyla-Ata ! deyə, içini çəkir.

- Cavad: -Qorxma qızım. Göy üzündən səpələnən zərrələr Sərvinin diqqətini çəkdi.

-Ata, deyəsən, yağış yağır.

-Yox, qızım yağış deyil, dürr, ağ mirvaridir

- Olar, onlardan özüm üçün bir düzüm toplayım?

-Yox, olmaz. O zaman sən də bizim kimi ruha çevrilərsən. Sənin ruh olmağını istəmirəm.

-Bu nədir? A…a.. dumandan çətir?! Özü də necə də çoxdurlar. Ata, tutacaqsız çətirlərin içərisindən baxanlar kimlərdir?

-Ruhlardır qızım.

-Necə də gözəl və zərifdirlər. Gözləri ulduzdan daha parıltılı.

- Ata, səninlə söhbət etsəm əhliqubulların sükutularını, rahatlıqlarını pozmaram ki?

- Yox qızım. Görürsən, bura necə də gözəldir! Mənzilim lap mehdöyən yüksəklikdədir. Sərindir. Hələ bir bura bax. Söyüd ağaclarının budaqları salxım-salxım ətəklərinə tökülüb. Bax, hər tərəf qızılı rəngdədir. Hələ bu qəribə gül koluna bax, üstündə də gümüşü rəngdə çiçəkləri.  Bu əsrarəngiz gözəlliyin içərisində daha ürəyim də ağrımır, qızım.

Sərvin atasının sözlərini eşitsə də özgə fikiri dilinə gətirdi:

Ah, ata, hər dəfə sənin o qanlı köynəyini görəndə od tutur, bağrım yanır. Hər dəfə gözlərim ağrıya-ağrıya , ağlaya-ağlaya köynəyinə baxanda mənə elə gəlir ki, köynəyindəki laxtalanmış, donmuş qan hələ də istidir, hələ də damla-damla qan damır köynəyindən. yadıma xəstəxanada xəstə yatdığın ağrılı-əzablı son günlərin düşdü. O zaman sənin əl-üz dəsmalını götürüb, xəlvət iylədiyim zaman görüb:

-İylə qızım, iyimi yadında saxlamaq istəyirsənsə, iylə -demişdin. 

-Köynəyini əlimə alıb iylədin. İyin çəkilib dedib, özün getdiyin kimi. Qoy Qəvinin də balaları ayrılıq təamını dadsınlar.

- deyirsən ürəyim daha ağramır. O zaman bəs niyə, narahatsan?

- Hə, Sərvin nigarançılığın çəkdiyim o yarımçıq məsələ var idi a. Daha qızım, mən o barədə düşünmürəm. Çünki, Tanrı özü burada Qəvidən hesabatı soracaq. 

Söhbətin bu məqamında Cavad yenə qayğılandı: -Get, qızım. Sənin getmən lazımdır.

Ağ pəmbə buludlar duman təki, lələkvari uçuşaraq ətrafı çətir kimi dövrələdi. Böyük bir boşluq, çəkisizlik Sərvinə hakim kəsildi.

Sərvin gözlərini açdı. Yanında nə dürrü, nə mirvari yağışını, nə də doğma atasını görmədi. Lakin vücudunda çəkisizlik və dərin dinclik hiss etdi.

 

***

 

Yolun kənarıyla əkilən çinar ağaclarının arasıyla bir yolçu irəliləyirdi.  Yolçu şöse yolundan Muncuqlu kəndinin girəcəyinə qədər yolu piyada qət  etdi. İstəmirdi kimsə onu  görsün.  Amma yolçunu dəli Həsən görmüşdü. Yolçu yolun tən ortasında balaca körpüdə dayanıb, nəfəsini dərdi.  Körpünün yaxınlığında yerləşən “Qoşasöyüdlü” bulağına yaxınlaşıb, ağzını bulağın gözünə dayadı.  Sudan doyduqdan sonra Allaha şükür edirmiş kimi başını göyə qaldırdı. Səhərin alatoranlığında göy üzü əsrarəngiz görsənirdi. Buludlar çaxnaşır, Günəşin şəfəqləri isə alatoranlığın köksünü yarmaq, dünyaya baxmaq üçün tələsirdi.

Yolçu isə kəndə girməyə tələsmirdi. Daha doğrusu o, kəndə deyil, kəndin yaxınlığındakı fındıqlıq sahəsinə sarı yönəldi. Özünü fındıq ağaclarının sıxlığına verib,  dincini almaq üçün kötük üstündə əyləşdi. Əlindəki torbanı dizləri üstünə qoydu. Dəqiqələr ötdükcə yolçunun kəndlə bağlı xatırələri də çözələnirdi düşüncələrində. Muncuqlu kəndində ailəsi ilə bağlı baş verən hadisələr kövrəltdi Sərvini. Gördüyü yuxu və öc almaq istəyi Sərvini çəkib kəndə qədər gətirmişdi.  Bir neçə saat ötdü. Birdən Sərvinin qulaqlarına ağlaşma səsləri gəldi. Həyəcanla səsə diqqət kəsildi. Yanılmamışdı. Səs Qəvinin evi səmtindən gəlirdi. Artıq gün günortaya yaxınlaşırdı.

 

***

 

Ağlaşma səsi gücləndi. Səs bir az da yaxınlaşdı. Deyəsən, ağlayanlar artıq həyətə çıxmışdılar. Yəqin, artıq basdırmağa hazırlaşırlar Qəvini, deyə-düşündü, Sərvin.

İzdiham Sərvinin gizləndiyi fındıqlığın yanından ötərək uzaqda yerləşən, boz təpənin üstündəki qəbiristanlığa sarı yönəldi. Sərvin gözlərinə inanmadı. Adamlar çiyinlərində bir deyil, iki tabut aparırdılar. Sərvin astaca:

-Atam yuxuda mənə yalnız Qəvinin öləcəyini demişdi, bəs o biri kimdir? – deyə pıçıldadı.

Ürəyi darıxmağa başladı Sərvinin, Səma yadına düşdü. Bəlkə Səma...? Yox, ola bilməz! Ata o zaman Qəvini deyil, Səma ilə görüşəcəyik, deyərdi, mənə. İlahi, bəs bu kimdir belə?   

Fındıqlıqdan ovuc içi kimi görsənən qəbiristanlıq yeni sakinlərini qarşıladı. İki saata qədər çəkən dəfn mərasimi nəhayət ki, başa çatdı. Qəbiristanlıqdakı adamlar bir-bir dağlışmağa başladılar.

Sərvin kəndin ətəyindən süzülüb gələn ağlaşma səsinə qulaq kəsilsə də kimin üçün ağlandığını ayırd edə bilmirdi.  O, saralmış torbadakı əmanəti qiymətli əşya kimi sinəsinə sıxaraq asta-asta fındıqlıqdan çıxdı. Gizlicə ətrafa nəzər saldı. Kimsənin olmadığına əmin olduqdan sonra qəbiristanlığa sarı addımladı. Təzə qəbirlərə çatıb dayandı. Fikirləşdi ki, yaxşı ki, kül rəngli paltar geyinmişəm. Yəqin ki, uzaqdan bir o qədər fərq edilmərəm. Kənardan nəzərə çarpmasın, - deyə təzə əhliqubulların yanında əyləşdi. Ölülərdən biri digərinin ayaq hissəsində basdırılmışdır. Çətin vəziyyətə düşmüşdü Sərvin:

-Bu qəbirlərin hansı Qəvinindir, görəsən? -Yəqin üst tərəfdə basdırılan Qəvidir.  Bəs aşağı tərəfdə basdırılan kimdi,  axı? Sərvin, sualına cavab tapmadığından əsəbləşirdi. Bir neçə dəqiqəlik düşündü. Lakin tələsmək lazım idi. Onu görə bilərdilər. İlan çalmış kimi yerində sıçradı. Düz tapmışam, budur, arvadı da ölübmüş. Bu nə vaxt ölüb ki? –deyə fikirləşdi. Hə, düz tapmışam, bu, Qəvinin qəbiridir, arvadının yanında. Elə bu an Sərvin yenə dilxor oldu, bəs bu ayaqlarının altında basdırılan kimdi axı? Səmamı? Əgər odursa, lənət olsun ona, cəhənnəm odunda yanar, inşallah!

Sərvin tələsdi. Əlindəki əmanəti qəbrin yanına qoyub, ayağa qalxdı. Yaxınlıqdakı şam ağacından yoğun bir budaq kəsib, əl-ətəyini əlləri ilə  təmizlədi . Təmizlədiyi budağı asanlıqla başdaşı yerınə qoyulan çay daşının dibinə basdırdı. Yerə qoyduğu əmanəti götürüb, torbanı əlləri titrəyə-titrəyə açmağa başladı. Sanki,  it başı ilə vidalaşırmış kimi diqqətlə ona baxdı, sonra Qəvinin başdaşı yerınə qoyduğa ağacın başına keçirdi və tez-tələsik qəbirdən uzaqlaşdı. Lakin, çox getmədi, nə fikirləşdisə dayandı. Ürəyində fikirləşdiyi ifadəni dilinə gətirərək yüksək səslə;

-Lənət şeytana!-deyib, geri qayıtdı. Nifrətlə qəbirə baxdı. Buna baxmayaraq Qəvinin başdaşı yerinə taxdığı it kəlləsini ağacdan şıxardıb, yenidən qoltuğuna vurdu. Ağzına dolan sulu ifrazı ovudlarında şişirdib, ağzıdolusu qəbirin üstünə tupürüb:- Görbagor deyərək, tələsik addımlarla qəbirdən uzaqlaşdı.

Aram və yumşaq addımlarla, tələsmədən “Nal” qayasına sarı yönəldi. Dar cığırla qayanın ən yüksək nöqtəsinə qalxdı. Yüksəklidən qayanın ətəyinə boylandı. Dayandığı sağ istiqamətdən qayanın ətəyinə qədər dərin uçrum uzanır, uşrumun ətəyindən isə dupduru, göz yaşı kimi çay köpükləyirdi. Əks tərəfində isə arı pətəkləri ilə dolu sıldırımlar göyə yüksəlirdi. Sərvin sinə dolusu nəfəs aldı. O, daxilində verdiyi qərarından sonra kin-küdurəti qəlbindən söküb, atmış, düşmənçilk və qannıçılıq hisslərini özündən uzaqlaşdırmışdı. Məhkum olduğu əzablardan qurtulmuş, daxilində cilovladığı qısasçılıq düşüncələrini azadlığa buraxmışdı.

“Nal” qayasından Muncuqlu kəndi ovuc içi kimi görsənirdi. Hər şey əvvəlki kimi öz yerindəydi. Təkcə Savadla və Qəvinin evindən başqa. Hər iki ev düşmənçiliyin güdazına getmişdi. Sərvin özü ilə bərabər qayaya gətirdiyi kəlləni qoltuğundan çıxartdı.  Zəndlə kəlləyə nəzər saldı. Ona elə gəldi ki, it kəlləsi lənətlənib. Və bütün onlanların baisi bu it kəlləsidi. Elə o andaca lənəti üzərinindən atmaq istədi. Əlindəki kəlləni göyə qaldıraraq, öz boyu yüksəklikdən sıldırımdan aşağı yuvarladaraq;

-Lənətinlə bərabər yerin tərkinə batasan!-dedi.   

 

***

 

“Muncuqlu” kəndinin çıxacağında bir at şimşək kimi sağa sola çapırdı. Deyəsən, atı kim isə muşturuqlayırdı. Atın uzun yalı gözləri üzərinə töküldüyündən tez-tez başını yana silkələyirdi. Nalsız at dırnaqları ilə yeri eşir, fırnıxırdı. Sərvinə elə gəldi ki, bu at anasının bəslədiyi balaca quluncadır. Sərvin fikirləşdi ki, necə də gözəl at olub. Qədd-qamətli at doğrudan da gözəl idi. Məxmər kimi tükləri olan “Göy -Dəmir” at çaparaq fındıqlığın içərisində gözdən itdi. Sərvin gözünü atın arxasından yığaraq dərindən ah çəkdi. Üzünü kəndin çıxacağına çevirib yoluna davam etdi.

Yenidən atı kim isə muturuqladı və arxasınca da hündür səslə “Şimşək” deyə hayladı. Elə o andaca yalınayaq-nalsız “Şimşək” doğrudan da çaxan şimşək kimi yolda peyda oldu. Yol kənarında bitraq kimi bitən yulğunluğun arasında çıxan dəli Həsən bir göz qırpımında Şimşəyin yalından yapışaraq yəhərsiz atın belinə sıçradı. Atı çapdıraraq Sərvinə yaxınlaşdı.  

Sərvin: Həsən kənddə nə var, nə yox? -soruşdu.

- Dəli Həsən: - Əşşi heç nə. Bu xaraba qalmış “Muncuqlu” kəndində bir ağıllı adam tapmıram ki, dərdləşəm- dedi. 

- Həsən, kənddə ölən var, deyəsən?

Dəli Həsən: - Boy,  a Sərvin, bəs bayaq özün görmədinmi? Gedib oturmuşdun axı yanlarında.

Sərvin dodağını dişlədi. Özünü toplayıb dilləndi: Həsən, ölənin biri Qəvi, bəs o biri kimdi?  

- O biri də Barmaqsızdı də, atası ilə birlikdə dünən evləri qazdan partlayanda yanıb öldülər. Bəs dağılan evlərini görmədin? Kənddə danışırlar ki, evi Səma yandırıb, deyən dəli Həsən qəhqəhəylə güldü. -Yaxşı da elədi.

Sərvin dəli Həsənin sözündən özünü itirdi. Bəs indi Səma haradadır?-deyə soruşdu. -Əşşi mən nə bilim, odey kənddə, get özündən soruş.

Sərvin düşmənçiliklə bərabər düşüncələrini də arxada buraxıb, daha bu barədə heç nə düşünmək istəmədiyindən ösz-özünə;

-Bütün olanlar unut!- fikirləri ilə evinə dönmək üçün qarşısında uzanan yolu ayaqları ilə arşınladı.   

Yanıyca yorğa gedən atı sığallamaq keçdi Sərvinin könlündən, lakin ürək etmədi. Başını qaldırıb at üstündə oturan dəli Həsənin üzünə baxdı. Üst-başı tör-töküntü olan Həsənə ürəyi ağrıdı. Həsənə qarşı bir ilıq bir istək keçdi könlündən. Özün necəsən Həsən? -deyə soruşdu.

Həsən onun sualından ürəklənib, yazıqcasına;

-Sərvin, nə olar, sən Allah, Çeşmi bacını qaytar, gətir kəndə. Bu xaraba qalmş kənddə bir ağıllı adam tapmıram ki, dərdləşəm, deyib, atı çaparaq uzaqlaşdı...

Dəli Həsənin at üstündə, havada əriyən sözlərini eşidən Sərvin gülümsədi. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 
Əlavələr
 
Facebook beğen
 
 
 
Bugün 20 ziyaretçi (47 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol