Söz karvanı və yaxud F. Meydanlı izləri
Söz karvanı və yaxud F. Meydanlı izləri
                         
                                               Fəxrəddin Meydanlı və şeirləri  haqqında qısa qeydlər
 
Azərbaycanda son vaxtlar bir-birindən nəfis tərtibatda müxtəlif mövzu və yanrda yeni kitablar işıq  üzü görür. Belə kitablardan biri də Fəxrəddin Meydanlının oxuculara təqdim olunan …….. kitabıdır. Kitabda müəllifin son illərdə qələmə aldığı yaradıcılığı və həyatı barədə söhbət açılır.  
Kitabları ilə tanışlığından öncə özü ilə bir şair kimi tanışlığım  çoxdan - «Dirili Qurbani» ədəbi  Məclisindən başlayır. Sanıram ki, elə buna görə də haqqında fikirlərimi qısa da olsa tam əminliklə, yanılmadan qeyd edə bilərəm.  
   Fəxrəddin Meydanlı insani keyfiyyətlərinə görə seviləsi şəxsiyyət və eyni zamanda yaradıcılığına dönə-dönə diqqət yetirilməyə layiq şairlərdəndir. F.Meydanlının qələmə aldığı nümunələr  günün reallığı ilə səsləşən, sevgi motivlərində dolğunluğu ilə yazılan,   fikir aydınlığı ilə seçilən şeirlərdir. O, müxtəlif səpkili  şeirlərini təzadlı fikirlərlə  oxcuların ixtiyarına verməklə kitabdakı fikirlərini oxucularla tam bölüşür. 
Onun indiyə qədər ………….şeir kitabları  oxuculara təqdim olunmuşdur.  
  Sözdən doymayan şair dünyanın söz karvanına qoşularaq söz səfərinə çıxmışdır. Mənə elə gəlir ki, bu, səfər, bu, yol  onun üçün tükənməyəjək… Getdikjə gedəjək…Amma bu yollar haçalanajaq, şaxələnəjək və yeni-yeni jığırlar  salınajaq. Fəxrəddin Meydanlı izləriylə. Bir gün gəljək o, bu yollar üstən geri boylanajaq, keçdiyi yollara nəzər yetirəjəkdir. Və o zaman…  Və bizim də ömür yollarımız vəfa qılarsa bu yollar haqqında fikirlərimizi (sağlıq olsun) bölüşəjəyik.
Onu da qeyd edim ki, yaradıcılığı ilə ədəbiyyatda xüsusi yer tutan F. Meydanlı Azərbaycan adət və ənənələrinə hörmət edən, əxlaqi, etik, estetik prinsiplərə arxalanaraq  yazıb, yaradan şairlərdəndir. Şeirlərində səmimiyyət,  həzinlik, poetik təxəyyül də diqqəti cəlb edir. 
Ruhən və mənən xalqına bağlı olan sənətkarı yeni işıq üzü görmüş ………..kitabı münasibətiylə təbrik edirəm.   İnanıram ki, milli dəyərlər və mənəvi dünyanın milli-bəşəri ovqatılı şeirləri ilə  köklənmiş Fəxrəddin Meydanlı   hələ bundan sonra da neçə-neçə dəyərli ədəbi-bədii nümunələr yaradacaq və bu, nümunələri Azərbaycan oxucularına bəxş edəcəkdir.
 
 
Mətanət Ulu Şirvanlı
Təhsil Nazirliyi RETTM-nin 
şöbə müdiri,  AYB-nin üzvü,
 «Qızıl Qələm» Media 
Mükakatı Laureatı, 
şairə-publisist.
 
 
Əlavələr
 
Facebook beğen
 
 
 
Bugün 81 ziyaretçi (197 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol