Biri var idi, biri yox idi…
Bir qərinədən artıq yaşanmış ömrümün şirinli-şəkərli günləri, nənəmin dünyası, körpələrimin indiki dili… Ah, xatirəyə dönmüş anlar!
İlahi, qaytar mənə o illəri. İlahi, qaytar mənə o atalı günlərimi. İlahi, qaytar mənə əli noğullu, o nağıllı günlərimi. Qaytar İlahi!
Əziz oxujular, məni belə kövrəldən, uşaqlaşdıran şair-publisist Gülarə (Kərimova Musa qızı) Munisun uşaqlara üçün qələmə aldığı «Lalə gülünün sirri», və»Göydən alma düşmədi» adlı nağıllar kitabı oldu. O, nağıllar kitabı ki, «külək əsib, sözün kəsib» şairənin. Və bu yarımçıq söz gerçək dünya ilə nağıl dünyası arasında çırpınıb, çırpıb, nəhayət, körpələri sevindirib.
G.Munisi xeyli zamandır ki, tanıyaram- onun «Divan» adlı qəzəllər kitabının təqdimatı olan gündən. Sonralar çox qarşılaşdı bu, üzünurlu xanımla. Əvvələr mənə elə gəlirdi ki, o, yalnız əruz vəznində, gözəl qəzəl nümunəlri yaratmaq üçün qələmə sarılır. Sən demə, o, hətta gül körpələr üçün nağıllar «sürpürüz»ü də hazırlayıbmış. Sən demə, G. Munisin daxili aləmində analıq, mehriban nənəlik duyğuları daha qabarıq imiş.
Bilirsinizmi, G. Munis niyə məhz, qəzəl yazar, fikri məndə haradan oyandı?
-Onun ləyaqətli Azərbayjan qadınlarına, Şərq xanımlarına mənsub olan mədəniyyəti daşımasından. Özü və sözü özündə olan bir xanım olması, müsəlman əxlaqi prinsiplərinə riaət etməsi məndə bu fikr oyatmışdır.
Gülarə Munis «Göydən alma düşmədi», və «Lalə gülünün sirri» nağıllar kitabı ilə Azərbayjan uşaq ədəbiyyatını, uşaq folklor canrını bir az da zənginləşdirdi. Kompüeter əsri, sistemləşmə zamənəsi olmasına baxmayaraq, bu gün uşaqlar üçün belə nağıl kitablarına ehtiyaj vardır.
Gülarə xanımın «»Göydən alma düşmədi , və «Lalə gülünün siri» aldı nağıllar kitabı yalnız uşaqlar üçün deyil, hətta böyüklər üçün də maraq doğuran kitablardır. Qeyd etmək istəyirəm ki, sözügedən nağıllar kitabı təhsil müəssələrində - ibtidai sinif və məktəbəqədər dərs tədris hissələri üçün əyini-metodiki vəsaitidir. Kitabda tədqirəlayiq olan faktlardan; nağılların sonunda vermiş iki sualdır ki bu da uşaqların biliklərinin artırılması, düşünjə tərzlərinin itilənməsi və təfəkkürlərinin oyanılmas üçün meyyardır.
Ağajların, quşların, güllərin, hətta Günəşin dilini anlayan, bu dili körpələrə aşılayan G. Munis aləminə, və onun yaradıjılığına baş vuraq; «Lalə gülünün siri» («Lalə gülünün sirri» kitabı, səh-14) nağılında kiçik Lalənin dediklərindən:
-Məgər güllər də danışır?
Pənah baba dedi ki, nəinki güllər, ağajlar, otlar, daşlar, lap elə torpağın özü də danışır.
Bəli, kitablarından tanış olduğumuz və anladığımız kimi G. Munis dünyada var olan varlıqların hər biri ilə ayrı-ayrılıqda şair-publisist dili ilə danışır. Onlar danışmaq istəməsələr belə Gülarə xanım onları dilə gətirdir. Maraqlı olan faktlaradan biri də «Göydən alma düşmədi» kitabındakı «Əlifba» (Əlifba nağılı, səh-5) nağılıdır. buradan bir fikri ilə tanış olaq, müəllif yazır:
«Kitablar arasında «Əlifba» adlı qoja bir kitab vardı. »Bütün uşaqların dilini açan bu kitab o qədər qoja idi ki, beli bükülmüşdü, gözləri zəifləmişdi, əlləri qırış-qırış olmuşdu.»
Maraqlıdır! Heç düşünə bilməmişdik. Bilməmişdik ki, doğrudan da Əlifba kitabı qojalıbmış!
Müəllif kitabda («Aidənin nağılları», səh-10) göydən üç alma düşməsinə ümid bəsləyən qızjığazın sevinjini göstərilir. Bu, sadəjə G. Munis nağılı deyil, onun təzadlı ideyasının meydana gətirməsidir. Gülarə xanımın təzadına, yaratdığı nağılın bədii simasına diqqət yetirək; Nağılın sonu çatanda mətbəxdə oynayan məstan pişik təsadüfən almalar olan qabı yerə aşırır. Almalar diyirlənib otağa gələndə Aidə sevinjlə əl çalıb, qışqırır:
-Mən bilirdim, bu dəfə mütləq, göydən alma düşəjək.
Aidəyə elə gəlmişdir ki, göydən doğrudan da alma düşmüşdür. Deyəsən, Aidəni inandırmaq üçün Gülarə xanım «Göydən alma düşmədi» nağlını yazır.
Lalə gülünün sirri» kitabındakı «Toplanın (səh-51) nağılı» başlığı altında verilmiş nağılda müəllif yazır:
-Nağılımız sona çatdı.
-Elə deyil, Gülarə xanım, mənə elə gəlir ki, bu nağıllar sona çatmayajaq. Qərinələr ötəjək, zaman o zamana yetəjək ki…Bir gün deyəjəklər:
Biri var idi, biri yox idi. Bir nağıl pərisi var idi. Bu nağıl pərisinin adı Gülarə Munis idi. Beləjə, nağıl davam edəjək.
…Biri var idi, biri yox idi…
Mətanət Ulu Şirvanlı
AYB-nin üzvü,
Şair-publisist,.
|