İt kəlləsi 2-ci hissə

 Atayla oğulun qırx mərasimi keçrilirdi. Çeşminin ər dərdi dərd deyilmiş! Oğul dərdi daha dərinmiş! Bu qırx gündə saçları ağarmış, ağlamaqdan gözləri zəifləmişdi Çeşminin. Zəminənin dərdi isə özgə dərd idi. Qəbir qarovulu çəkməkdən qəbiristanlıq qarovulçusuna dönmüşdü. Yuxusu qaçıq düşmüşdü gözlərindən. Hər gecə bir dəfə baş çəkərdi qardaşının qəbirinə.

Beşyaşlı oğuna baxa bilmədiyindən Selanın əri onu geri çağırdı. Selan qırx veriləndən sonra qəriblikdəki evinə qayıtdı. Sərvin də artıq Bakıya, evinə yığımışdır. Amma gözləri yolda, qulağı səsdə idi. Çünki, yuxusuna görə ayda bir ölü görməliydi biçarə.  Diri-diri dar acacından asılmışdı Sərvin sanki. Yedikləri irin dadırmış kimi gəlirdi ona. Gördüyü yuxusunu heç kəsə danışa bilməzdi Sərvin. Qorxurdu ki, onu bədneybət bilsinlər.

Çeşmi də balaların götürüb yaşadıqları kəndə -ərinə qənim kəsilən Qəvinin yaşadığı kəndə qayıtmışdı. Tez-tez rastlaşdığı Qəvi ona acıq verirmiş kimi kəndin ortasında qalib xoruz kimi dimdik gəzir, qırmızı sifətini bir az qızardaraq; sənin ərin və oğlun öldü, bax, mən hələ sağam! deyirmiş kimi yangı verirdi. Çeşmi tüstüsüz yanırdı.

Tez-tez kənddə davaları düşən Cavadla Qəvinin düşmənçiliyi səkkiz ilə yaxın idi ki, davam edirdi. Cavad hər dəfə davadan qaçmaq istəsə də qan sevən Qəvi mütləq bir bəhanə taparaq onu davaya salardı. Bu dava hətta qohumlar arasında böyük ədavətinə gətirib çıxartmışdı. Əvvəl Cavada gücü çatmazdı Qəvinin. Lakin sonra «arxalı köpək qurd basar» məsəli kimi Qəvinin böyümüş oğlanları Qəviyə qan salmağda yardımçı oldular.

Aidiatlı orqanlara qədər uzanan bu məsələ çürümək bilmirdi. Bir neçə dəfə Çeşmi: Cavad, gəl bu kənddən köçüb gedək, desə də Cavad qaçmağı şəninə sığışdırmırdı.

Qannıçılığın bünövrəsini Cavadın həyət iti qoydu. Hər dəfə Cavadın həyətinin yanından ötüb keçərkən iti daşa basıb qıcıqlandıran Qəvinin kiçik oğlunu nəhayət bir gün it tutdu. Oğlanın baş barmağını qopartmış it Cavadı qana saldı. Bununla da düşmənçilik başlandı.

-Əvvəl itini, sonra da oğlunu öldürəcəm, deyən Qəvi Cavadın həyətinə basqın edib, iti öldürdü. O gündən tez-tez davaları düşən qonşular bir-birinə dəryaz, bıçaq, hətta tüfəng belə çəkmişdilər. Sonuncu dava - Simirxanla Qəvinin nəvəsinin davası olmuşdu. Bu  dava da Simirxan onun nəvəsinin ağız-burnunu əzişdirmiş, əvəzində Qəvi ilə oğlanları Cavadın evinə hücum çəkmiş, tut ağacı altındakı stolda əyləşib çörək yediyi yerdəcə Cavadı dəryazın ağzına vermişdilər. Çeşmi ərinin əynindən çıxan qanlı köynəyi yumamış, amma uşaqları görməsin deyə gizlətmişdir.

Hə, indi doğrudan da Çeşmi tüstüsüz yanırdı. Qəvinin təzə evləndirdiyi ikinci oğlu Əhəd həmişəki kimi yenə sataşdı Surxaya. Açıq darvaza qapısından  Surxayın arxasınca baxıb: - Ə, təklik nə pis şeymiş! deyə Surxaya atası öldüyü üçün eyham vurdu. Sonra da təzə gəlinə: Az, o «moqnitafon»u» bura gətir, görüm, çalıb, oynamağım gəlir, dedi. Onu eşidən Çeşmi ürəyində : - Səni igid öləsən, deyib, oğlunu sindöşü edərək məhləsinə keçirtdi.

Ağlayırdı Çeşmi. İçinin göynərtisi burnunun ücünu  sızım-sızım sızıldatdı.  Yaxşılıqdan başqa heç kəsə pisliyi dəyməyən bu ailəyə Allah sanki, qəhər eyləmişdi. Sınağa çəkilirdi elə bil bu ailəni.  Çeşmi bükülmüş qəddini dikəldərək talvar altına qoyulmuş yekə taxta çəlləyə sarı yeridi. Hər il ehtiyat üçün dolu saxladığları buğda çəlləkyinə qolların salaraq buğdanın içəirsindən nəyisə axtardı. Tapdı, çəkib çıxartdı. Bu, sonuncu davadan sonra Çeşminin gizlətdiyi Cavadın qanlı, ağ köynəyi idi. Çeşmi əvvəlcə qanlı köynəyi öpdü. Sonra da evinin giriş qapısı ağzındakı mıxçaya bayraqfoson keçirtdi. Çeşmi ağı deyirdi:

 

At ölüb, itin bayramı,            

Çal, oynasın,

Səni igid öləsən!

Alıbdı düşmən qalanı,

zəfər çalıb, bayramı.

Qoy oynasın!

səni igid ələsən!

Çörəyim getdi kütə,

At it yesin!

Yaramın qaysağı qopdu,

Qanasın, irin eyləsin.

Bu qan-qada uzanır,

düşmən qapımı kəsdirir,

Ağ bayrağım -

ərimin ağ qanlı köynəyi!

Od tutdum, yandım,

Yandırır hələ göynəyi.

Səni igid ölsən!

Yağı güclü basıldım,

Gücüm qarğışa yetir,

Səni igid öləsən!

 

***

 

Yağış həyətdəki qollu-budaqlıı qoca tut ağacını əməlli-başlı yuyürdu. Yarpaqlar üstündə muncuq kimi cərgəyə düzülmüş yağış damcıları bir-bir yerə süzüldükcə  tut yarpaqları rəqs eyləyirmiş kimi xəfifcə titrəşirdi. Çeşmi ağlamaqdan zəifləmiş gözlərini evinin açıq qalmış qapısından görsənən agaca dikib, rəqs eyləyən yarpaqlara baxırmış kimi fikrə getmişdir.

Yayı paslanmış həyət qapısı cırıldadı. Səma və Sima yüyürərək tut ağacına yaxınlaşdılar. Əl çatan budaqların  yapraqların çəkişdirdilər. Sərgəylə muncuqlanmış yağış damcıları silkələnib töküldü. Gülüşdülər. Sonra ağacın altından çıxıb, yağış altında özlərini islatmağa  başladılar. Çeşmi qızlarına özünüzü islatmayın demək istəyirdi ki qapı yenə cırıldadı. Bu dəfə gələn Sərvin idi. Qızlar: - Sərvin, bacı! deyə, sevincdən çığrışdılar. Çeşiyə elə gəldi ki, onun yağış yağan həyətinə gün çıxdı.

Sərvin evin qapısından içəri keçərkən bayraq kimi qapı girişinə asılan atasının qanlı köynəyin gözündən qaçırtmadı. Köynək gözlərin deşdi sanki Sərvinin. Pərişan oldu. Bir saat olardı ki anayla-bala dərdləşir, olub-bitənləri yadlarına salıb ağlayırdılar.  Sərvin anasını dilə tuturdu ki, kənddən köçsünlər.

Çeşmi: - Mən köçək, gedək, deyəndə atan köçmədi. Cavaddan sonra mən əsla bu kənddən köçməyəcəyəm.

Hələ səhər açılmamışdı. Amma qapı döyülürdü. Onsuz da qulaqları səsdə olan Sərvin sayıq yatmışdı. O, paltarını geyinə-geyinə yan otaqlda yatmış Surxayı səslədi: Surxay, qapı döyülür, gör kimdi?

Zəminənin qonşusu Məhəmməd tövşiyə-tövşiyə həyətin ortasında dayanıb heykələ dönmüş Çeşmiyə: -Bacı, qulağınız xeyir xəbər eşitsin; Zəminə bacının əri keçindi. Sizə zəng çatmadığından, bizə zəng eylədi ki,  sizə xəbər eyləyim.  

Zəminə ağlayardı. Özü də bayatılı. Dərd yandırırdı onu. Əvvəlcə oğlu Məhərrəmi, sonra qardaşını, daha sonra isə ərini itirmiş Zəminə göynəyə - göynəyə ağlayırdı. Özü də hələ yerdən götürülməmiş ərinə yox, iki ay əvvəl ölmüş qardaşına. Zəminənin qızları ağlaşmanı yarımçıq kəsib yerdə uzadılmış atalarının meyitini analarına göstərərək: Ana, bu gün ölən ərindir. Bircə dəfə atamı de, onu ağla! Ərinin başı üstündə oturan Zəminə böyütdürdüyü, dizləri üstənə qoyduğu, Cavadın şəkilinə baxıb, mən qardaşımçün ağlayacağam, siz atanız üçün ağlayın, dedi.          

Yadına yuxusu duşdu Sərvinin. Bu da ikinci ölü. İlahi, görəsən, indi kimin növbəsidir? Vicələndi Sərvin. Tükləri biz-biz dayandı. Əllərini qollarının vicələnən tüklərinə çəkən Sərvin bibisinin dizi üstündəki atasının məzlum baxışlı şəklindən gözlərini çəkə bilmirdi;  Ata, görəcəyimiz müsübət deyəsən, hələ qabaqdadır, deyə pıçıldadı.

 

***

 

Qəvinin kefi kök idi. Daha kənddə özünə rəqib kimsə görmürdü. Nə istəsəm onu da edə bilirəm, düşünən Qəvi əlimi qana bulamamış Allah-Təala Cavadı yolumdan özü götürdü, deyirdi. Heç kəsdən qorxub çəkinməyəcəyim yoxdu artıq. 

Cavanlığında məhşur mal-qara oğrusu  olan Qəvi köhnə vərdişindən əl götürə bilmirdi. Əsl, gizli peşəsi oğurluq idi. Kəndin bir neçə baş mal-qarası yoxa çıxandan sonra Cavad ona bu barədə xəbərdarlıq etmişdir. Xəbərdarlıqdan sonra Qəvi özünü yığışdırmışdır. Cavada düşmən kəsilmiş Qəvi onu aradan götürmək üçün fürsət gəzirdi. Əslində oğulunu öyrədib, iti qıcıqlandırmaq Qəvinin planı idi.

Qəvi yaşı altımış altını keçməsinə, qocalmasına baxmayaraq hələ də dalaşmağı sevən, qan çıxartmağı xoşlayan adam idi. Kimsə sözünün qabağında söz deyəndə əvəzini ödəyirdi. «Qurd balası qurd olar» fikri başından çıxmırdı Qəvinin. Oğlarına: - Nə qədər ki, başını qaldırmayıb aradan götürmək gərəkdir Surxayı. O «gədə»dən gözüm su içimir, dedi. Tək olmasına baxmayın, atasına çəkib, qolu zorludur. Gözlərindəki nifrətini nifrinə döndərəcək bir gün, Gözü qarşısında neçə dəfə atasının qanını tökmüşük, atasının intiqamı alacaq. İlanın başın ulduz doğmadan əzmək lazımdır.  Oğlanlarını, yaşı kiçik nəvələrini belə davaya qoşardı dava düşəndə. Yetim-yesirin qənimi idi. Bir sözlə, adam gəzərdi qan tökməyə. Qanı isə tədbirli tökərdi. O, yenə tədbir tökürdü…

Könlündən iki istək keçirdi Qəvinin. birinci işi nə edib, edib Cavadın taxıl, bostan sahələrini ələ keçirtmək, ikincisi isə Surxayı yox etmək! Cavadın yüz hektarlıq, böyük tut sahəsində gözü olan Qəvi bu sahədə aidatlı orqan işçilərinin qılığına girmiş, Cavadın sənədini kəndin kontorundan yerli-dibli sildirmişdir.

Çeşmi tut sahəsinin Qəviyə verildiyini eşidəndə tüstüsü başından çıxdı, sahənin yüz illik icarəsi bizə məxsusdur deyə ərinin aldığı sənədini sübut göstərmək istədi. Bir tikə əppək olub yoxa çıxdı tutluğun sənədi evdən. Evini ələk-vələk etdisə də tapılmadı. Sanki oğru yalnız tut sahəsinin sənədi üçün oğurluğa girmişdir evə.  Beləliklə tutluq Qəvinin ixtiyarına keçdi.

 

***

 

Çeşmi oğlunu göz-bəbəyi kimi qoruyurdu. Dörd qızın bircə ümidi, dayaq yeri idi Surxay. Axı evin tək kişisi, nəslin isə davamçısı idi. Həm də o, külfətin qayğısını çəkməli idi. Mal-qara dalınca gedərkən belə Çeşmi oğlunu gözdən qoymur, arayıb-axtarırdı. Suxay ali təhsilli idi. Yaşadığı kəndin orta məktəbində hərbi müəllimi işləyirdi. Surxay üstəlik  mal-qara nobatına, əkin-biçin işinə  baxırdı. Bununla belə kasıbçılıq onlardan əl çəkmirdi. Elə bil evin bərəkəti çəkilmişdir. Çeşmi oğlunun qaravulunda, oğlu isə bacılarının keşiyində durardı. Onları gözdən qoymaz, Qəvigildən uzaq tutmağa çalışardı. Bununla da atasının vəsiyyətinə əməl edərdi. Surxay hələ atasının sağlığında böyük bacısı Sərvinin sözlərini qanun bilərdi. Çünki, bacısı ailənin böyük övladı idi. Atası da Sərvini uca tutar, ailənin böyük uşağı kimi sözün keçərli edərdi. Buna baxmayaraq atası son günlərində oğluna bacıların qorumağı bərk-bərk tapşırmış, onların sorumluluğunu Surxayın boynuna yükləmişdir.

Su sarıdan korluq çəkirdi Çeşmigil. Ötən yay quraqlıq olduğu üçün bostanları olmamışdı. Güzaranları ağırlaşan Çeşimi bostan əkib-becərtmək üçün həyətdəki gözü tutulmuş yeddi metrlik quyunun gözünü açdarmaq istədi.  Oğluna: Surxay, qadoy alım sənin, gör kimi tapırsan, quyunun gözünü açdırmağa. Əlimizdən tutar yenə, dedi. Gələn yay naçar qalmayaq bala.

Zəminənin qonşusu Məhəmməd Surxayla birlikdə suyu azalmış quyunun torpağını qazırdılar.

-Bu quyunun bol suyu olacaq! Çoxdan bunun gözünü açmaq lazım idi, deyən Məhəmməd quyunun ağzına çay daşlarını hörərək sonuncu işini tamamladı. Əmək haqqı götürməyən Məhəmməd: - Çeşmi bacı, ayıbdır, sizdən pulmu götürəcəyəm zənn edirsən?! Rəhmətlik ərinin mənə o qədər  yaxşılığı keçibidir ki, əvəzini hələ bir neçə quyu qazsam, yenə  ödəyə bilmərəm. Əslində Məhəmmədin gözü bostanın üst tərəfində böyük qoz ağacından asılan yelləcək zəncirdə qalmışdı. Utanmasaydı pul əvəzinə onu mənə verin, deyərdi. Amma qarşısını kəsən dediyi o yaxşılıqlar oldu. Fikri zəngirdə qalan Məhəmməd quyunun ağzından çəkib kənara qoyduğu ağır dəmir parçasını quyunun ağzına örtmədi. Quyunun ağzını örtmək Surxayın da ağlına gəlmədi.

Mart ayı özünü yetirmişdi. Qarşıdan Novruz bayramı gəlirdi. Ayın birindən buğda islatmış Çeşmi səməni qoyacaqdır. Ərinə qarabayram vermək fikrində olan Çeşmi qəbirüstə səməni aparmaq fikrindəydi. İstilər tez düşmüşdü. Deyəsən, bu yay doğrudan da quraqlıq olacaqdir. Göyərmiş yamaclar gül-çiçəklə dolu idi. İstilər adamın canına yapışırdı. Böyürtikandan çəpər çəkilmiş bostanın yarğanında ağzı açıq qalmış quyudan təmizlənəndən bəri istifadə edilməmişdir. Quyu kənarında bitən uzunboy zəhərli baldırğan bitkisi böyük yarpağını yuyunun üstünə sərmişdir. Gözə gürünməyən quyu yoxmuş kimi yaddan çıxıb baldırğanın yarpaqları altında qalmışdı.

Bu yay bostan şitillərini əkməyə gecikən, əli işə yatmayan Çeşmi ərincək halda qızlarına; gəlin gedək bir az bostanda işləyək. Bostan şitilləri almışam, əkmək lazımdır. İşləməyə həvəsi olmayan Sima: - Mən bostanda işləməycəyəm. Səma getsin səninlə, dedi.

Səma: - Yox, sən də gələcəksən mənimlə, deyə israr etdi. Çeşmi inad edən qızların hər ikisini qabağına salıb bostana apardı.

Quyunun yanından ötüb keçən zaman Sima dikdirdəki qoz ağacından asılan yelləçəyi görüb yellənməyə yüyürdü. Yelləncəyin oturacağını yarpaqlardan təmizləyib: Səma, gəl, məni yellə, dedi. Bacısının şıltağlığına hirslənən Səma düş gəl gedək! Anam bizi özünə köməyə gətirib, yoxsa yelləncəkdə yellənməyə?! - deyə ona acıqlandı. Səmanın sözlərini qulaqardına vuran Sima:

-Gəl məni bir az yellə, sonra mən də sizə kömək edim, deyib yelləncəyə oturdu. Çeşmi Səmaya; yaxşı, bir az yellə bacını. Bacısına acığı tutduğu üçün Səma zəngir yelləncəyin bir tərəfindən tutub, Sima yıxılsın deyə bərk-bərk bacısını yelləməyə başladı. Sima isə hündürdən qayğısız-qayğısız gülürdü. Güldükcə Səma ona hirslənir  daha da bərk yelləyirdi. Sima; daha bəsdir, düş aşağı, gedək.

-Bacı canı, söz verirəm, bir az yellənim, sonra sizə köməyə gələcəyəm. Amma icazə ver bir azca yellənim dedi, Sima.

Sürətlə yellənmək Simanın xoşuna gəlmişdi. Tək qalan Sima indi özü-özünü yellədirdi. Yelləncək bərk getsin deyə tez-tez ayağını yerə dayaq edir, özünü yelləncəkdə irəli atır,  sürəti artırırdı. O, ayağını yerə sürtdükcə sürət artır… artırdı... Və birdən əlləri  yelləncəkdən üzüldü.  Başı quyu yanındakı çay daşına çırpılaraq böyük baldırğanın yarpaqları arasından surüşüb suyla dolu quyuya yumalandı.

Çeşmiylə Sima şitilləri çoxdan torpağa basdırmışdılar. Simanın gəlib çıxmadığını görən Çeşmi: Çağır bacını, gəlsin gedək, dedi.

Yelləncəyin boş, asta-asta yelləndiyini görən Səma: - Ana, Sima işləməyin dərdindən qaçıb aradan çıxıb. Simanın doğrudan qaçdığını zənn edən Çeşmi güldü.

 

***

 

Bütün qohum-əqraba beş gün idi ki, ağıla gələn hər yeri axtarmış, Simanı gördüm deyən olmamışdır. Qızın quyaya düşə biləcəyi heç kəsin ağlına gəlmirdi. Qəvini polislər dindirirdilər.  Polis şöbəsində saxlanılan, Simanın yoxa çıxmasında günahkar sayılan Qəvini üç gün idi ki polislər incidirdilər. O, and-aman edirdi ki, qızdan heç bir xəbəri yoxdur. Qəvinin evini alt-üst edən Surxayın qarşısını kəsən Qəvinin barmaqsız oğlu; o, mal-qara deyil ki, tamah salınsın deyə Surxaya acıqlanmışdı. 

- Bacısının itməsindən ağlını yerindən oynatmış Surxay: - Bacım haradadır, yerini deyin? Onun başına nə gəlibsə sizin ucbatınızdan gəlibdir. Nə olubsa sizdən olub, deyə bağırdı. Barmaqsız: nakişi deyilik ki, qız-gəlinə əl uzadaq.  Bilmirik, deyə cavab verdi. 

Simanın itkin xəbəri bütün rayona yayılmışdır. Çeşmi tanıyıb - bildiyi falçı və bilicilərin hamısının yanına getmiş, Qəvidən şübhəlndiyini demişdir. Lakin heç kim dəqiq söz deyə bilməmişdir. Polad kəndə yaxın meşə sahələrini, göy dərəni bütünlüklə gəzmiş, Simanı heç yerdə tapmamışdır. Zəminə ah-vay edir, Qəvinin qarasınca qarğış tökürdü. Qəvinin ailəsi and -aman edir, bu işdə əlimiz yoxdur, deyirdilər.

Heç nədən xəbəri olmayan Selan bacısının itkin düşdüyünün beşinci günü Moskvadan kəndə qayıtdı. Simanın İtkin düşməsinin eşidib, baş-gözünə döyə-döyə  çarəsiz halda bacısı Sərvinə: Vay başıma gələnlər! İndi nə  edəcəyik? – soruşdu. Neçə gündən bəri don vurmuş kimi gəzən Sərvin bacısının sualından sanki donu açıldı: Qızları sənə tapşırıb getmişdim, deyə Surxayın yaxasından tutub silkələyərək: - Get bacını tap gətir! Surxay: - Sakit ol, Sərvin, tapacağam! – dedi.

Selan pərişan anasını dindirir, axrıncı, dəfə Simanın harada olduğunu bilmək istəyirdi. Çeşmi onun yelləncəkdə yelləndiyini, sonra da bizi bostanda qoyub getdiyini dedi. Selan Surxaya: - Bağ-bostanı yaxşı-yaxşı axtarmısınızmı? Bəlkə xətrinə dəymisiniz, küsüb harasa gedibdir? Polad Surxayın yerinə dilləndi: - Hər yeri axtarmışıq. Heç harada yoxdur! Çeşmi yana-yana:

- A tövbə bala, Cavaddan sonra mən onun yetimlərinə güldən ağır söz demişəmsə baladan ötrü yanmış imanım bir də yansın, deyib ağladı.

Poladgil polis idarəsinə çağrılmışdı. Polad polis şöbəsində dindirilən Qəviyə üzünü tütüb: O, dayımın qənimi idi. Ola bilər ki, bizdən acıq çıxmaq üçün ailəmizdən hayıf alsın. Neçə gündən bəri Simadan ötürü incidilən Qəvi bığlarının ucunu çeynəyərək üzünün ifadəsini dəyişmədən Poladın üzünə sakit-sakit baxıb susdu. Ürəyində : -Küçük, qıza bir şey etməmişəm, ancaq görərsən, sənin mütləq dərsini verəcəyəm! dedisə də dilində: - Mənim heç kəslə İşim olmayıb! – dedi.

Polad özü də bilmədən Qəvinin tədbirli qara planına düşdü. İçində Polad üçün tədbir ölçən Qəvi Poladı qara siyahısının önündən yazdı.

Selan oğlunun əlindən tutub bacısının axtarışına çıxmışdı. Əllərinin tikan didə-didə hasarboyu çəpərlənmiş böyürtikən kollarını budaq-badaq aralayır, bacısını hər kolun, hər daşın arxasından arayırdı. O, yarğana çatanda quyunun qalaqlanmış torpağı yanında dayandı. Bu torpaq topası nədir belə? deyə düşündü. Fikirli halda quyunun yan-yörəsinə diqqət yetirdi. İrəli yeridi. Yaşıl otlar altında qalan, görünməyən  quyunun dəmir qapağı ayağı altında, bir tərəfi boşluğa düşərək gurultu saldı. Dəmir qapağı quyu ağzında görməsinə öyrəşən  Selan öz-özünə sual verdi:- Quyunun ağızını kimi açıb?

Ətəyindən tutan, addambaşı onunla bərabər gəzən oğlunu kənara itələyərək:  Oğlum, kənara çəkil, quyuya düşərsən. Quyunun qapağını örtüm, gedək dedi.

Selan ağır dəmir qapağı yuyuya sarı sürüyürdü. Qapağı baldırğan kolunun yanına çatdırıb dayandı. Quyunun ağzını kol-kosdan təmizləmək üçün əlini baldırğan yarpaqlarına atmışdır ki, gözü otların arasındakı uşaq ayaqqabısına sataşdı. Təntidi. Ürəyi şiddətlə vurmağa başladı. Ağlına ilk gələn fikir; Sima quyudadır! fikiri oldu. Dəli hərəkətlərlə, tələm-tələsik  quyunun ağzındakı otları dartışdırdı. Simanın sarı, uzun saçlarını su içində səpələnmiş  görən Selan oğlunu quyu başında qoyaraq çığırtılar içərisində evə sarı götürüldü.

 

***

 

Dərisi altına yığılmış su Simanı köpürtmüşdü. Şişmiş sifəttindən  gözləri görsənməyən Simanın əlləri və ayaqları şişkinləşmiş, dərisi par-par parıldayırdı. Çeşmi qızının şişmiş barmaqlarını əlləri arasına alaraq ehtiyatla sığallayırdı. Qəribə idi Çeşmi ağlamırdı. Çox sakit tərzdə Sima üçün uşağlığında çaldığı lay-layı çalırdı. Elə bil yatmış balasını əzizləyirdi.

                                   

                         Lay-lay a totuş balam,

                         Əlləri toppuş balam.

                         Gözlərində qora var,  

                         Yuxusun tapmış, balam.

                         

                          Sarı sünbülüm, lay-lay,

                          Dinim-dindirim, lay-lay.

                          Bu mənim gül balamdı,

                          Gülüm-güldürüm, lay-lay.

 

***

 

Novruz bayramı özünü yetirmişdi. Çeşminin ərinin qəbri üstə aparacağı, göyərtmək istədiyi səməni sulanmadığından solmuşdu. Odun sobasının yanındakı pəncərə kəndarında qalan səmənilərə baxan Sərvin;  anam bu səməniləri  qardaşım və atamın qəbri üstə qoymağa göyərdirdi. Yaxşı kı göyrmədilər. Eh, torpaq onsuz da bizimkiləri bir-bir göyərdir. Bu fikrindən içi göynəyən Sərvin ah çəkdi. İlahi, bu zəhrimara qalmış yuxunu hardan gördüm axı?! Sima yazıq da üçüncü ölü oldu. Hələ dördü durur. Allah, o dördüncü mən olaydım!  Gözüm beşincini, daha sonrakıları görməyəydi.

Selan ikinci uşağını gözləyirdi. O, elə bu səbəbdən - yaxınlarının yanında doğmaqçün qayıtmışdı kəndə. İlk uşağı dünyaya gələndə çox qəribsəmişdi Selan qəriblikdə. May ayının axarlarına çəkəcəkdi vaxtı. Ağırlaşmışdı, yükünə çətinliklə  gücü çatırdı.

Dərd içində bükülən Çeşmi gözüyaşlı hamilə qızının qulluğunda dururdu. Selanın xətrinə çərşənbə axşamları qazan asır, bişirdiyi yeməyə duz atarkən ölmüş əzizlərinin ruhunu çağırır, paylarını götürməsini diləyirdi. Çeşmi sulanmış gözlərini göy rənglil, güllü önlüyünə silərək: - Sabah Novruz bayramıdır. Selan, qəbirüstə gedəkmi?! – dedi.

Kəndin çıxışında taxıl sahələri vardı Çeşmigilin. Onlar taxıl sahəsinə çatanda Çeşmi əlindəki boş nimçələri oğluna uzadıb dedi: - Surxay, oğlum, o taxıldan bu boşqablara yığ, səməni qoyacağam atangilin qəbrinin üstünə. Cavadın qəbiri üstündə təzə səməni vardı. Selan: - Bibi bu gün burada olub, dedi.

Surxay: - Bibi hər gün burada olur, cavabını verdi.

Axşam süfrəsində cansıxıcı sakitlik vardı. Yas mərasimindən çıxmayan ailə üzüntüdəndən də çıxa bilmirdilər. Beş nəfər sakitcə qarabayram sürfəsi arxasında şam edirdilər. Bu darıxdırıcı sakitliyi hönkürtü səsi pozdu. Səma ağlayırdı. Yadına bacısı, atası, qardaşı düşmüşdü Səmanın. O, göz yaşları içərisində stol arxasından qalxaraq anasını qucaqladı: - Ana, mən atamçün, qardaşımçün darıxmışam! Mən bacımı istəyirəm ana! – deyən Səma yanıqlı səslə mələyirdi. 

Çeşmi partlamaq dərəcəsinə çatmışdı. Hərami dağına qədər qalxmışdı dərdi zavallının. Ağlamaq peşəsinə çevrilmiş Çeşmi bir himə bənd idi. Selan da dözə bilmədi Səmanın üzüntüsünə. Selanın ağladığını görən oğlu qışqıraraq anasının ayaqlarını qucaqladı.Təkcə Surxay mətin dayanmışdı. Əlini yeməkdən çəkən Surxay süfrə arxasından qalxdı. Asta addımlarla pəncərəyə sarı addımladı. Gözlərini heç nə görsənməyən həyətə dikdi. Dərin düşüncələrə daldı Surxay.

Qəvi düşünürdü. Özü də pəncərə qarşısında. İki qonşunun pəncərəsi bir-birini görürdü. Otaqlar işıqlı olsa da pəncərədən baxanlar bir-birlərini görə bilmədi. Çünki, fikirləri özgə yerdə idi. Cavan oğlanın düşüncəsində atasının giriş qapısı ağzından asılmış qanlı köynəyinin qanından utanmamaq, bu xəcalətdən çıxmaq üçün Qəvini cəzasına çatdırmaq, qoca qurdun düşüncələrində isə Polad və Surxayı tezliklə aradan götürmək idi. Hər ikisinin fikirdən qan iyi gəlirdi.   

 

***

 

Hündür şax qaməti əyilmiş Çeşmi Allahın göndərdiyi bəlalara boyun əysə də Qəvigilin yanında özünü şax saxlamağa çalışırdı. Başını iş-güclə qatıb, dərdini ovudan Çeşmi mal-qoyun  örüşdən qayıdan vaxtı inəklərin qarşısına çıxdı.

Poladın «Acı dərə»dən tapıb gətirdiyi qulunça böyümüş, qıvraq dayça olmuşdu. İsimxanın meyiti ilə birgə həyətə gətirilən bu dayçaya Çemi «Şimşək» adını taxmışdı. Həyətdəki kəhər at qulançanı yanına buraxmadığından qulunça mehrini onu tez-tez sığallayan Çeşmiyə salmışdır. Səsini eşidən kimi onu yanlayırdı.  Elə indi də dayça Çeşminin arxasınca düşüb örüşdən qayıdan heyvanların pişvazına çıxmışdı.

Qəviylə qarşılaşan Çeşmi onun qanlı baxışlarını üzərində hiss elədi. Qorxdu. Amma qorxduğunu büruzə vermədi. Cavadın ailəsinin uğursuzluğu Qəvini sevindirirdi. O, gözaltı Çeşmiyə baxıb: - Qancıq, gör necə şax yeriyir?! Sən öləsən elə, guya nələr çəkdiyini bilmirəm. O, Çeşminin qarşısına qatıb apardığı rusyət inəklərinə ağzını sulandırıb: - Sən öl keçməli  inəklər deyil, bunlar. Nə çırpışdırardım! Bunlardan damazlıq edə bilsəydim. Cavad bu inəkləri hardan almışdı görəsən? Elə dayça da pis deyil. Bu dayça haradandır bunlarda baş açmadım, düşünən Qəvinin gözləri Çeşminin inəklərində qalsa da öz mal-qarasını həyətindən içəri saldı. 

Qəvi pusqudaydı. Poladı güdürdü. Poladı dayısı oğlu Surxayın arxasında dayaq gördüyündən, onun Surxaydan çox təhlükli olacağından ehtiyat edirdi. Onu mümkün qədər tez aradan çıxırtmağa tələsirdi. Oğlanlarından barmaqsızı Poladı tələyə salmaq üçün hazırlamışdı.  Amma fürsət əldə edə bilmirdilər. Qəvinin ağılabatan planı vardı. Tez-tez kəndə, dayısının ailəsinə baş çəkməyə gələn Poladın növbəti dəfə kəndə nə vaxt gələcəyini bilmək kifayət idi.

 

***

 

Barmaqsız iki saata yaxın olardı ki, «Qoşasöyüdlü» adlanan bulağın yanında dayanıb yol polisi kimi dikdirdən kəndə düşən maşınlara nəzərət edirdi. Nəhayət ağ tozlu yolun başlanğıcında Poladın niva maşını göründü. Yoldan körpüyə qədər yeddi-səkkiz dəqiqəlik yol olardı. Barmaqsız əvvəlcədən dibini qazıb, yerindən oynatdığı körpünün taxta dirəklərini bu yeddi-səkkiz dəqiqəyə laxlatmalı, körpünü sökülmüş dirəklər üstə sağlam görnüşdə saxlamalı idi. Poladın maşını söyüdlü arxa çathaçatda barmaqsız qan-tər içərisində özünü qaratikan kollarının arxasına saldı.

Maşın çox da böyük olmayan körpünün üstə çatanda barmaqsızın ürəyi şiddətlə döyünməyə başladı. Diqqətlə gələn maşina baxdı ki, görüsün səhf samayıb ki. maşının həqiqətən də Poladın maşını olduğunu görüb, narahat, oğru baxışlarla qaratikan kolları dibinə qısıldı.

Maşın kiçik körpüyə adlayan kimi körpünün dirəkləri çökdü. Nivanin qarşı tərfi zərblə sısqa axan çınqıllı, sulu dərəyə çırpıldı. Dal təkərləri göydə fırlana-fırlana qalmış maşından hənir gəldi. Polad maşının açıq qalmış arxa pəncərəsindən özün çölə çəkirdi. Poladın sağ-salamat maşından çıxmaq istədiyini görən barmaqsız fürsəti itirməyərək kolların arxasınan çıxaraq özünü Polada çatdırdı. Əlibaltalı barmaqsızın ona sarı yüyürdüyünü görən Polad işin nə yerdə olduğunu anladı. Özünü çölə atmaq üçün tələsdi. Amma yaralanmış ayağı nəyəsə ilişdiyinidən çəkib maşının içərisindən çıxarda bilmədi. Gözləri ilə barmaqsızın gələn məsafəsini ölçən Polad vaxtı çatdırıb özünü pəncərədən çölə ata bilmədi. Çarəsiz, özünü zərbədən müdafiə etmək üçün əllərini başı önündə, barmaqsızın qarşısında çarpazladı. Lakin baltanın arxa hissəsinin küt zəbəsi gözlədiyi səmtdən deyil, onu başının arxasından yaxaladı.

 

***

 

Zəminə qəbiristanlığın diri əhliqubulu idi. Qızları onu qəbiristanlıqdan evinə gətirsələr də o fürsət tapan kimi yenidən qəbiristanlığa qaçırdı. Qızlarından şikayətçi düşən Zəminə: -Ay balam, məndən nə istəyirsiniz?! Ordan çox burada yaxınlarım var, mənim. Bir kənd salmışam burada. Evdə qərar tuta bilmirəm, neyləyim axı mən biçarə?! Zəminə  daha gözünün qorasını tökmürdü. Onunki ağlamaqdan keçmişdi. Qardaşının əmanətini Surxaya verməyin vaxtı hələ çatmadığını bilsə də əmanəti sahibinə vermək istəyirdi Zəminə. Ölümünün yaxınlaşdığını sanki duyduğundan tələsirdi.

Poladın qəbiri Cavadın qəbiri ilə yanaşı düşdüyündən Zəminə iki qəbirin arasında əyləşər, hər ikisi ilə dərdləşərdi. Polada zavalın haradan yetişdiyini deyəsən, zənn etmişdi Zəminə. Dalağı sancdığından bütün günü üzüntü içərisində çırpınırdı. Dərdini heç kəsə aça bilməyən Zəminənin fikrindən çox şey keçirdi; Əgər doğrudan da oğlumu qətlə yetiriblərsə… Yaxşı, tutaq ki, belədir bəs bu boyda əlli-ayaqlı adamı necə öldürdülər, görəsən? Boy-buxunlu Poladım sağkən yatanda çarpayıya yerləşmirdi. Bu dar qəbirə necə yerləşdi, İlahi.  Bu necələr, bitməyən savabsız suallar onu çatlatmaq dərəcəsinə gətirir, düşündükcə ürəyi sıxılırdı Zəminənin. 

Qəvi oğlundan razı qalmışdı. Təmiz iş görmüşdü Barmaqsız. Qaldı Surxay! Taxıl biçimi - iyul ayı gəlsin, onun da çarəsinə baxarıq! Yenə tədbir tökürdü Qəvi. Özü də iki tədbir. Biri xeyir, biri şər. Yenə də planlı… 

Qəvi  kiçik oğlunu - Barmaqsızı evləndirmək istəyirdi, özü də Cavadın kiçik qızı Səmayla. Bu evlilik çox şey qazandıracaqdır Qəviyə. Surxayın ölümündən qabaq mütləq elçi getmək lazımdır qıza. Surxayın ölümündən sonra ev, rüsyət inəkləri, qoyun-keçi lap elə haradan gəldiyi məlum olamayan o oynaq dayça da Səmaya, yəni Barmaqsıza qalacaqldır. Beləliklə, bu evlilik oğlunun həyatını sığortalayacaqdır. Bu fikir də onun tədbirli planının tərkibinə aid idi…

                                                     

***

 

Aprel səhərinin birində Selan sancıdan qovrulurdu. İkinci evladını dünyaya gətməyə hazırlaşan Selan kənd xəstəxanadında doğuş keçirəcəkdi. Amma nədənsə doğuşun vaxtı uzanır, uşağın doğulması ləngiyirdi. Bətnində uşağının ölüm təhlükəsini hiss edən Selan uşaq üçün narahatçılıq keçirirdi.

-Qorxma, tezliklə azad olacaqsan, deyən cavan genekoloq Selana ürək-dirəksə versə də, özü həyəcan kesirirdi. Əli ilə xəstəni müayinə edən həkim heç nə anlaya bilmədi. Tam dörd barmaq açılış olmasına baxmayaraq uşaq doğulmurdu. Ləngitmək olmazdı.  Gecikdirilmiş doğuşdan uşaq ölü doğula bilərdi. Əslində doğuşu tuta bilcək təcrübəli həkim olsaydı Selan çoxdan azad olmüşdü. Həkim doğuşun gecikmə səbəbini aydınlaşdıra bilmirdi. Uşağın doğuşa niyə yandan, böyrü üstə gəldiyini anlamayan həkim  uşağın çevrilmə mərhələsini gözləyirdi. Selanın indiki halında həkim özü uşağın, baş hissəsini çıxış nahiyəsinə çevirməli idi ki, Selan azad dola bilsin.

Çeşmi başını itirmişdi. Əzizlərini itirməkdən gözü qorxan qadın qızı üçün böyük narahatçılıq keçirirdi. Allaha dualar edir, qızının salamat qurtarması üçün Allaha yalvarırdı. Qızını kənd xəstəxanasına, təcrübəsiz həkiminin yanına gətirməyinə peşman olmuş ana kəndin mamaçası Xəzangül arvadın üstünə qaçdı. Xəstəxanaya getməyə tərəddü edən Xəzəngül Çeşminin yalvar-yaxarından sonra xəstəxayaya gəlməyə razı oldu. Xəzangülü razı salan Çeşmi tezliklə qızının azad olacağına arxayınlaşdı. Xəzangül cavan kənd həkiminin ona köməyə gəlməyindən narazılıq etdiyini görüb:

-Qızım, icazə ver baxım, doğuşu özün tutacaqsan. Əllərini ilıq su ilə yuyuan Xəzangül doğuşa tərs gəlmiş uşağı çevirib; hə, indi işini gör, mən getdim, deyib, həkimin xətrinə dəyməmək üüçn işini başa vurmamış xəstəxanadan ayrıldı.  

Pərt olmuş həkimin titrək əlləri artıq doğuşa gələn, başı görsənən uşağın peysərindən ehmalca tutdu. Ən çətin məqamı, uşağın çiyinlərinin ana bətnindən azad olmasını da  ötüşdürüb, nəhayət körpəni əllərinə götürdü. Selana sarı boylanan, gülümsəyən cavan həkim: - Selan, bir  oğlun da oldu, deyib, uşağın  göbək ciyəsinin kəsdi.  Sonra ciyəyə yod çəkərək, qalın ipək sapla uşağın göbəyini sıxdı. Uşaq doğulan kimi Selan sakitləşdi. Nəbzi aramla vurmağa başladı

Uşaqlıq yolundan cifti çıxartmağa hazırlaşan hələ də həyəcanı keçməyən həkimin əsən əlləri ciyənin gicər ucunu əlindən qaçırtdı. Uşaqlıq yolundan cift geri qayıtdı. Bu görən zaman içini çəkən həkimin səsi doğuş otağında əks-səda verərək Selanı diksindirdi.

Selana qan aparırdı. uzun çəkən qanaxmanın qarşısını ala bilməyən həkim yuxarı çəkilmiş cifti çıxara bilmirdi. Ciddi ağırlaşma, qanaxma Selanı ölüm təhlükəsi ilə üz-üzə qoymuşdu. Həkim hər iki əliniylə selanın qarnından aşağı basır, ciftin uşaqlıqdan çıxmasına çalışırdı. Lakin o, heç nəyə müəffəq olmadı. Əlacsız qalan həkim özünü dəhlizə ataraq Xəzangül arvadı axtardı. Xəzangül arvad buradadırmı? – deyə Çeşmidən soruşdu.

Bayaqdan içəridəki səs-küyü eşidib şübhəyə düşən Çeşmi qoşa əllərini dizlərinə çırpıb: - Evim dağıldı! Xəzəngül, sənə getmə dedim axı! – deyib bayıldı.

 

***

 

Rüzgar eşitdiyi qara xəbəri Sərvinə necə çatdıracağını bilmirdi. Nəhayət özünü toparlayıb, Sərvinin yanına – mətbəxtə keçdi:

-Sərvin, kəndə getmək lazımdır, dedi. Yuxusu Sərvinin yadına düşdü. Əlində tutduğu nimçə əsdi. Kimdir? – soruşdu.

Rüzgvr günahkarcasına, boğuq səslə: - Selan dedi. Əlindəki nimçə Selanın ayaqları altına düşüb parçalandı.

Doğum otağında, hələ doğuş çarpayısı üzərindən düşürülməyən Selanın üzünə ağ mələfə çəkilmişdi. Üzündə zərrə qədər də qanı qalmamış, rəngi ağappaq avazımışdı Selanın. Qanı çarpayıdan süzülərək qapıya qədər axmışdır. Özlərini itirmiş kənd xəstəxansının işçiləri qanı indiyə qədər təmizləməmişdilər. Tibb bacımsının qucağındakı təzə doğulmuş çağının çığırtısı, böyük qardaşının səsinə qarışaraq xəstəxananı başına götürmüşdü. Selanın ölümünə bais olan təcrübəsiz cavan həkimin hara qaçdı, heç kəsə məlum deyildir. Çeşim özünə gəlsə də içəri keçməmiş, qızına baxa bilməmişdi. Daha doğrusu onu içəri buraxmamışdılar. Xəstəxananın birinci mərtəbəsinədə üz-gözünü qana bələyən Çeşminin başına toplanlar:

-Yazıq arvad, daha yaşaya bilməz! Çatlayıb ölməsə də bu bədbəxtin daha ölüdən fərqi olmaz -deyə halına acıdılar.

Rüzgar xəstəxananın həyətindən içəri keçərkən özünü ələ ala bilməyən, hönkürtü ilə ağlayan Surxayın qolundan yapışıb: - Surxay, ağlama! Sənin ağlamaqdan daha vacib işlərin var, dedi. Ayağını doğuş otağından içəri atan Sərvin bacısının axıb qapı ağzına qədər gələn qanını tapdaladı. Ayağının qanını ortasına basdığını görən Sərvin:

- Qanını yalasaydım, bundan yaxşı olardı Selan – deyə nalə çəkdi. Zəminə mələfini qardaşı qızının üzündən çəkib: - Can qardaş, hazır ol, balanın birini də sənə təvil veririk, deyib, gözündən tökülən yaşları silmədən ah çəkdi.  

Gün günartanı ötürdü. Amma Selanı hələ yerdən götürməmişdilər. Əri Yusifi gözləyirdilər. Lakin, günün batan məqamında torpağa ölü qoymaq günahdır deyən ağsaqqalarının məsləhəti ilə Selanı basdırmaq qərarına gəldilər. Çeşmiyə yazıqları gələnlər Selanı tez basirmaq tərəfdarı idilər. Selanın əri gəlib çatana qədər iki gün çəkəcək. Çeşminin gözü qarşında Selanı saxlamaq olmaz. Biçarə çatlayıb, ölər. Torpağın üzü soyuqdur, götürmək lazımdır, dedilər.

Çığırtılar içərisində qaldırılan cənazə ləngərləyirdi. El arasında deyilən fikrə görə; yan vuran, ləngərləyən tabutun içərisində olan ölü nədənsə nigaran gedir. Selan nigaran köçürdü bu dünyadan.

Rüzgar Selanı yola salan izdihamın küçənin tininə çatdığını görüb, ağlaşan arvadların qarşısını kəsdi:

-Bura qədər ötürdüyünüz bəsdir, qayıdın dedi. Sərvin ərinin sözünü çevirmədi. Daha irəliləmədi. Məzlum baxışlarla Selanın ləngər, yan vuran tabutu arxasınca baxıb, əllərini yazıq görkəmdə  sinəsinə çarpazlayıb qoltuğuna soxdu: Polad dörd, bu da beşinci ölü! Sənə yalvarıram, Allah, daha bəsdir! Artıq dözə bilmirəm! Əgər mütləq yeddiyə çatdırmalısansa o zaman -  altıncı mən olum, Allah, mən!

 

***

 

Həkimdən şikayətçi olmayan Çeşmi: - Həkimin nə günahı?! Tanrım yazımı belə yazıb deyə ağlayırdı.

 Selanın üçü günü Yusif gəlib çıxdı. Qəbir üstə baş çəkəndən sonra təzə doğulmuş oğlunu görmək istədi. Sima körpəni gətirib, atasına verdi. Yusif özünü ağlamaqdan saxlaya bilmədi. Əvvəlcə gözlərinin yaşını silid, sonra oğlunu qucağına aldı. Qapqara gözlərinə baxıb: - Adını Selanın ruhu şad olsun deyə Simirxan qoyuram, dedi. Sonra baldızı Sərvini çağırıb: - Sərvin, səndən bir xahişim var; onu  sənə əmanət edirəm, deyib oğlunu Sərvinə uzatdı. Qığıldayan körpəni qolları arasına alan Sərvin: Yusif, sənə and verirəm Allaha, əvvəlcə oğlunu Allaha, sonra mənə əmanət et. Qorxurum, qardaş. Qoy ilk öncə Allaha əmanət olsun!

- Allaha əmanət olsun! – deyən Yusif böyük oğlunun əllindən tutub: - Bunu da anama verib, tezliklə  Qarabağa yola düşəcəyəm. Daha buralarda qərar tuta bilmərəm, deyib çıxış qapısına sarı yönəldi.

 

***

 

Bədbəxtliyə düçar olmuş ailənin ağır güzaranı bir az da ağırlaşmışdı. Həyətdəki mal-qara, toyuq-cücə olmasaydı dolana bilməzdilər. Polad rəhmətlik çox köməklik edərdi dayısının ailəsinə. Selandan sonra qaradinməz olmuşdu Çeşmi. Çox hallarda özü-özüylə danışardı. Yusif oğlunu Sərvinə əmanət etməsinə baxmayaraq Çeşmi uşağı qızının əlindən almış;  özüm baxacağam demışdır. Körpəni inək südünə alışdıran Çeşmi qoca vaxtında əliuşaqlı olmuşdu. Balasının yadigarını öz oğlu kimi böyütmək istəyirdi. Uşağı atasına vermək fikri yox idi Çeşminin.   

Cavadın mal-mülkündə gözü olan Qəvinin planında isə uşaq yox idi. Selanın öləcəyini, uşağın Çeşmigildə qalacağını ağlına belə gətirməmişdir. Mən Surxayı aradan götürməyi fikirləşdiyim vaxtda bu vələd də bir «paz» oldu planıma. Üstəlik də üşağın adını Simirxan qoymuşlar. Çeşmi bu addan sonra dünyasında uşağı atasına verməz. O, qancığı yaxşı tanıyıram, özü böyüdəcək yetimi, düşündü Qəvi. Eybi yoxdur, onu da atasının - Yusifin aparması üçün çarə taparam, dedi. Qəvi düz fikirləşirdi. Çeşmi Simirxanı Surxaya qardaş böyütmək istəyirdi.

Anasıgilə və ona əmanət verilən balaca Simirxana tez-tez baş çəkən Sərvin kənddə idi. Simirxana yaman öyrəşmişdi. Anası versəydi aparardı onu. Amma uşaq anamın dərdini az da olsa ovundurur, düşündü. Üzünü körpəni bələyən anasına tutub:

-Ana, son vaxtlar atam tez-tez yuxuma girir. Yaman qərib görürəm onu yuxuda.

-Bəlkə Quran oxutdurasan atançun.

- Tez - tez oxutdururam, deyəsən nədənsə nigarandı, axı?!

- Nə bilim vallah. Özü başını götürüb, getdi, mən yazığı qoydu zülümdə. Mən də ölüb qurtula bilsəydim… Nə yaxşı ki, uşağı aparmadı Yusif. Yenə başımı qatıram bununla. Düzünü desəm Səma olmasa baxa bilmərəm uşağa. Çeşmi uşağı bələyib qurtardı. Sonra da əlini Sərvinin yanında olan bələkbağına uzadıb: -Bələkbağın at bura görüm, dedi. Bələkbağın anasına uzadan Sərvin:

- Ölməkdən danışma ana. Atamdan sonra gözümüzü sənə dikmişik.

Gecə uşağın yanında yatan Sərvin yenə yuxu görürdü. Pərişançılıq içərisində, əli qandallı dayanmış atası qızına nəyisə anlatmaq, nədənsə duyuq salmaq istəyirdi. Sərvin səhərin alatoranlığında uşağın səsinə ayıldı. Ağlayan uşağı qucağına alıb, uşağa deyirmiş kimi dilləndi; ata, nədən nigaransan, nə demək istəyirsən? Vallah mən heç nə başa düşə bilmirəm.

Mal-qaranı örüşə yola salıb, evə qayıdan Çeşmi Sərvinn harasa getmək üçün hazırlaşdığını görüb soruşdu:

-Səhərin gözü açılmamış hara gedirsən Sərvin?

-Qəbiristanlığa.

-Nədi bu gecə də atanı yuxuda görmüsən?! Gözlə, bir yerdə gedək.

-Sən gəlmə ana. Tez qayıdacağam, deyib, anasını gözləmədən evdən çıxdı. Qəbiristanlığa çatanda gözlərinə inanmadı. Zəminə qəbir üstə idi. Sərvinin gəldiyini uzaqdan görən Zəminə:

-Ürəyimə danmışdı, gələcəyini billirdi, dedi. Gözəl, şux görünüşündən, xanımlığından əsər-əlamət qalmamış bibisinin əyin-başı Sərvinin xoşuna gəlmədi. Ağarmış saçları başına bağladığı, gündən bozarmış ləçəyinin altından pırtlaşıq halda tökülmüşdü. Süzülmüş, göy rəngli nimdan donunun ətəkləri sökülüb sallanırdı. Həmişə səliqəli gəzən Zəminədən əsər-əlamət qalmamışdı. Sərvin məyusluqla bibisinə salam verdi: -Sabahın xeyir bibi.

-Sabahın xeyir qızım. Bizə baş çəkməyə gəlmisən?

-Sizə niyə?  Bibi, gününü burada keçirtməklə niyə özünə qəsd eyləyirsən?

-Bizə Allah qəsd eylədi qızım, Allah. Zəmnə qardaşı qızına əyil, gözlərindən öpüm sənin, desə də özü hıkkana-hıkkana ayağa qalxdı. Sərvini öpüb, gedim çay-çörək hazırlayım, dedi. Sən də görüş dilsizlərlə, sonra gəl yanıma. Eh, Sərvin, mən ki, bu qədər onları dindirirəm… Mənə cavab verdilərsə sənə də cavab verəcəklər.

Sərvin qəbiristanlıqda yatan əzizlərinin başdaşlarıyla bir-bir görüşə-görüşə nəhayət atasına çatdı. Titrək əllərini atasının başdaşındakı şəklinə çəkdi. Bibisinin silib, təmizlədiyi şəkildən öpdü: Sərvin intizar gözlərini atasının şəkildəki sönük baxışlarına dikib. Üzünə süzülən, yaşla dolmuş gözlərini əliylə qapayıb:

 

Ata, bağrım yanıqdı,

Yandı imanım, dinim.

O qədər ağladım ki…

Didim-didimdi dilim.

 

Səni yuxuda gördüm,

Gördüm elə yaqıqsan…

Üstün-başın töküntü,

Çirk içində batıbsan.

 

-deyib, bayatısına ara verdi. Sonra Sərvin üzünü göyə tutdu. Tutqunlaşmış göy üzünə, qaralmış buludlara baxdı. Ona elə gəldi ki, buludlar da onun kimi ağlamaq istəyir. Buludlar niyə ağlamaq istəyır görəsən? Qaralan buludlar arasında səhər üzünü gizlədirdi. Təzədən üzünü atasının qəbrinə tutub: 

 

Dan yeriymiş ağaran,

Gördüm səni nigaran.

Gördüm əsir düşmüsən,

Bu doğrumu, ya yalan?

 

Qüsl, bu su, bu sürə,

Varsa, günahın yuyum.

Səni öpmək istədim,

Gördüm, çatmayır boyum.

 

Kədər biçir  əllərim,

Ağu deyir dillərim.

Kəfənini tikəndə

Qırılaydı əllrim.

 

Allah səni çox istəyirmiş ata! Yaxınlarını sənin yanına göndərdi, darıxmayasan deyə. Səni yaman tez-tez yuxuda görürəm. Hər dəfə də mənə qəmli baxışlarla baxırsan. Deyəsən, məndən nigaransan?! Görürsən, pis deyiləm, yaxşıyam!

 

Nədən nigaran belə?

Nə dərdim, sərim mənim?!

Hə, bu da bir yalandı!

Açılanda sabahlar

Qara gəlir səhərim.

 

Ata, elə yazığam…

Betərdən betərəm mən!

Əzrail gəlsə vallah,

Ləngimədən yanına

Qoşulub gedərəm, mən.

 

Rəsmin durur divarda,

İyin çəkilib gedir.

O çəkdiyin hasar da,

Gəl bax, tökülüb-gedir.

 

Dan yerimi ağaran?

Nigaran var, nigaran…

Sənin  yatan bəxtini

Bacarmadım oyadan.

 

 

Səndən bir təvvəqem var? ata. Sən Allaha məndən yaxınsan, Allaha de ki, daha bizə dəyməsin. De ki, yuxuda gördüklərimin acısını çox çəkdim. De ki, altıncı, yeddinci kəsləri Öz nuruna bağlasın!. Sərvin hıçkırırdı. De ki…Sözünü bitirməmiş susdu Sərvin. Buludlar ağlayırdı. Sərvin üzünü göyə tutub ağlayan buludlardan  soruşdu:

- Mənə ağlayırsan, yoxsa sənindəmi dərdin var?

 

***

 

Arpa biçini başlamışdı. Bir aydan sonra - iyulda buğda biçiminin mövsümü olcaqdı. Qəvi planını həyata keçirtmək, Surxayı ölüdrmək üçün məhz bu ayı- taxıl biçimini gözləyirdi. O,  artıq müəyyən işlər  gördürmüş, planının birinci hissəsini həyata keçirtmişdi. Barmaqsıza gizlincə Səmanın könlünü almağı, qızı yoldan çıxartmağı tapşırmışdı.

Addımbaşı Səmanın yolunu kəsən Barmaqsız qıza yağlı dillər tökür, onu sevdiyinə əmin edirdi. Bu sevginin nə qədər güclü olduğunu, hətta aradakı düşmənçiliyi tapdalayıb keçəcəyini tez-tez qıza vurğulayırdı. Guya atasının bu barədə nə deyəcəyi Barmaqsıza «vız» gəlirdi. Onu da qeyd edirdi ki, qızın gözəlliyi aradakı düşmənçiliyi onun gözündə heçə döndərmişdir. Səma doğrudan da gözəl idi. Orta boylu, yaşıl gözlü, sarı saçlı yaraşıqlı Səma ağlını Barmaqsıza uduzmuşdu. Romantik sevgi macərası axtaran Səma odla oynadından, qardaşının ölümünə vəsilə olacağından xəbərsiz idi.

Başı uşağa - Simirxana qarışan Çeşminin heç nədən xəbəri yox idi.  Bu boyda müsibətlərdən sonra hələ özünə gəlməmiş Çeşmi Səmanın Barmaqsızla görüşüb-sevişməyini ağlına gətirə bilməzdi. Balaca Simirxan artıq üç aylıq idi. Yaralı  Çeşminin yarasının qaysağının bağlandığı yeri idi Simirxan. Onun sayəsində bir balaca üzü gülürdü qadının. Otaq dolusu qığıltısı vardı Simirxanın. Hərdən Çeşmiyə elə gəlirdi ki, o, öz Simirxanını təzədən böyüdür.

Hərəkətə keçmək zamanı idi. Planın ikinci hissəsini həyata keçirmək, elçi getmək lazım idi. Qəvi kiçik qardaşı Sultana fikrini bildirəndə Qəvinin qorxunc planından xəbərsiz Sultan sevindi.

-Hə, bu lap yaxşı fikirdi qardaş! Düşmənçilik nəyə lazımdır! Amma bir iş var ki, Çeşmi hələ hüzürlüdür. onun yaslı qapısına ərinin ili çıxmamış elçi getməyimiz düzgün iş deyil!

-Burada pis nə var ki, qızla oğlan bir-birlərini sevirlər. Biz elçi getməklə xoş niyyət bildiririk. Qoy Çeşmi də bilsin ki, biz bu düşmənçiliyi aradan götürürük. Əvvəlcə qızın adını tutaq, arada isti münasibət yaradaq, sonra da bircə dənə ləçək verək, hələ üzük də gərək deyil, sonra sakitcə çəkilək ili gözləyək dedi Qəvi.

Qəvi elçiliyi günün-günorta vaxtına salmışdır. Qonum-qonşunun bu elçilikdən xəbər tutmasını istəyirdi. Belə, daha münasib idi. Qızı verməyəcəklərinə əmin olan Qəvi elçiliyi nümayiş etdirirmiş kimi Çeşminin qapısı ağzında bir balaca ləngidi.

Cəftəsi pasılı darvaza döyülürdü. Uşağı yedizdirən Çeşmi:

- Surxay, qadoy alım, qapı döyülür, get aç. Qapını kimlərin döyməsindən xəbərdar olan Səma astaca, ilan kimi sivişib dal otağı keçdi.

Surxay çırıq qaloşları ayağına keçirib qapını açmağı getdi.  Çeşmi evinin qapısı ağzında kimlərinsə süpürləşdiyini hiss etdi. Səmanı çağıraraq qucağındakı uşağı ona verib, qapıya yüyürdü. Evin kəndarına qədər gəlib çatmış Qəvigili Surxay geri qaytarmaq istəyirdi. Sultan yalvar-yaxar edir, qonaq qapıdan qovulmaz deyirdi. Çeşmi gücü gəldikcə bağırdı: Surxay, kənara çəkil! Surxay  qonaqlardan aralanıb anasının sərtləşmiş üzünə baxdı.

Çeşmi: - Qəvi, mən biləni  sən bu evə gəlməməliydin. İndiki gəlibsən deməli, vacib deyəcəyin var. Sənə nə lazımdır?

Qəvi dillənmədi. Əvəzində Sultan: Çeşmi bacı, bu evin böyüyü sənsən, sən də böyüklük göstər, bizi evə dəvət et. Mətləbimizi içəridə açıqlayarıq. Çeşmi dayandığı qapı ağzındın çəkildi.

Qəvi evə keçərkən Cavadın qapı ağından asılmış ağ, qanlı köynəyini gördü. Elə Soltan da köynəyi gözdən qaçırtmadı. Narahat baxışlarını qardaşının üzündə gəzdirib, qaş-göz işarəsiylə Qəviyə sakitcə keç içəri, işarəsini verdi. Qəvi; bircə «ölən günümü bilmirəm»! Küçük! deyə ürəyində Surxayı hədəldi. Qanlı köynəyi qapı ağzından asıb ki, məni öldürməyi yaddından çıxartmasın. Mənim yox, sənin vaxtına bir şey qalmayıb. Tezliklə Poladla salamlaşmağa göndərəcəyəm səni. 

Aynabəndin yuxarı başında, döşəkçə üstündə qonaqlara yer göstərən Çeşmi özü otağın ayaq hissəsində əyləşdi. O, susur, qonaqların  nə deyəcəyini gözləyirdi. Soltan nə fikirlə gəldiklərini açıqlayanda, qapı ağında, ayaq üstə dayanmış Surxay çılğınlıqla: - Ağzından çıxanı  qulağın eşidirmi Sultan kişi?! Çeşmi gözünü oğluna ağardıb: - Bəs sən nə vaxtdan böyük qabağına çıxan olmusan?! deyə oğlunu yamanladı. Sonra da səsini yumuşaltmayaraq: - Bacına denən çay qoysun. Çayı gətir, sonra özün də gəl əyləş burada. Surxay qulaqlarına inanmadı. Çeşmi Surxayın özünü itirdiyini görüb; - Nə deyirəm onu da et! deməklə; böyük mən olsam da şükür Allaha evimin kişisi var, demək istəmişdi Qəvigilə.

Anasının üzünə ağ olmaq istəməyən Surxay  səsini çıxartmayıb çay dalınca getdi. Sultan ürəyində sevindi.

-Şükür Allaha, deyəsən, işimiz avanda tuş gələcək! Qardaşının yerinə danışan Sultan olub keçənləri yaddan çıxartmağı, qonşuluqda mehriban dolanmağı tövsiyyə edirdi. Bayaqdan bəri Qəvi susur, Sultan danışır, Çeşmi isə qulaq asırdı. 

Surxay geri qayıdıb: - Ana, çay hazırdı, dedi. Çayla dolu çaydanı, stəkan - nəlbəki olan sinini anasına uzatdı. Çeşmi astaca yerindən qalxdı. Cavadın qapı ağzında mıxdan asılan ağ, qanlı köynəyini gətirib süfrə əvəzinə Qəvigilin qənşərinə sərdi. Sonra da sinidə  olan çayı stəkanlara süzüb qanlı köynək üstündə qonaqlara çay təklif etdi. 

Qəvigilin halından bir Allah xəbər tutdu, bir də Çeşmi. Qulaqlarına qədər qızarmış Sultan: -Bu yaxşı olmadı, yaxşı iş tutmadın Çeşmi bacı! Biz saf niyyətlə sənin qapına gəlmişik.

- Sultan qardaş, bəs sənin qardaşın yaxşı iş görürdümü, mənim ərimi tez-tez qanına bulaşdırmaqla? Ürək ağrısına salıb öldürməklə? İtə sataşamaq it kimi bir iş görmək deməkdir, özün bilirsən! O Cavadın itinə sataşmırdı özünə sataşırdı. İti qıcıqlandırmaqla, oğlunun barmağını İtin dişlərinə qurban verməklə nə demək istəyirdi bilirmisən? Qəvi bu qannıçılığı salmaqla Cavadı susdurmaq, keçmişini gizlətməkmi istəyirdi?! «Xain xoflu olar» atalar sözü düz deyilibmiş! Cavad onsuz da susurdu.

Sultan: - Çeşmi, bu gün qapına mən gəlmişəm. Mənə xətir eylə!

-Sultan, yaxşı olardı ki, sən bu işə qoşulmayasan. Çeşmi əlini Qəviyə uzadıb: - Bu Qəvi sənin qardaşın olsa da onu mən səndən yaxşı tanıyıram. Ondan mənə qohum olmaz! Düzdü, səndən razıyam! Ona görə ki, qan iş tutmuqda qardaşına oxşamamısan. Hər işin də layiqli olub. Amma boynuna al ki, bu günki işin layiqsizdir Sultan. Hüzürlü evə - özü də beş ölüsü düşmüşən, üstəlik ölənlərin ili ötüşməmiş evə elçi gəlmək nə dərəcədə düzgündür?!

- Düz deyirsən bacı, biz gərək ili gözləyəydik. Amma bizim fikrimiz elçilikdən çox, bu düşmənçiliyi aradan qaldırmaqdı Çeşmi.

- Sultan, mənim daha düşmənçilik edəcək halımmı qalıb?! Sən hansı düşmənçilikdən danışırsan? Mənim kimim qaldı ki, kimlədə düşmənçilik edəsiniz?! Qıza gəldikdə isə mənim Qəviyə veriləcək qızım yoxdur!

Bayaqdan susan, bircə kəlmə olsa belə danışmayan Qəvi Çeşminin sözünün bu yerində ayağa qalıb: - Çeşmi, biz yenə gələcəyik, bu barədə fikirləş, deyib, qapıya sarı yönəldi.

Əslində Qəvinin daha elçi gələmək fikri yox idi. O, öz işin görmüşdü. Planın ikinci hissəsini həyata keçirən Qəvi üçüncü hissənin vaxtını gözləyirdi.

 

***

 

Sərvin qəbiristanlıqdan çıxıb, bibisigilə getdi. Qardaşıqızını qapı ağzında qarşılayan Zəminə ikimərtəbəli evi hıkkana-hıkana qalxdı. Sonuncu pillədə dayanıb, Sərvinə əl işiarəsiyələ; sən keç irəri, dedi. Otağa keçən Sərvin Poladın divara vurulmuş şəkili qarşısında dayandı, diqqətlə şəkilə baxdı. Poladdan çox bibisinə yandı Sərvin. Poladın ölümündən sonra tək yaşayan Zəminəyə ərdə olan qızları tez-tez baş çəksələr də onu ovundura, qəbiristaqlıqdan yığa bilmirdilər. Yazıq bibim, gör nə günə qaldı, deyə fikirləşdi Sərvin. Mənə baş çəkməmiş getmə, demişdi bibisi. Görəsən, nə deyəcək mənə? 

Zəminə otağa keçib; - Daha heyim qalmayıb, Poladdan sonra yaman düşmüşəm. Sərvini ayaq üstə görüb: - Niyə oturmursan? Keç otur, dedi.

Sərvin otağın ortasına qoyulmuş dairəvi köhnə stolun kənarına düzülmüş stulun birini çəkib əyləşdi. Gözlərini stolun üzərindəki bibisinin onun üçün hazırladığı səhər yeməyinə dikib fikirə getdi. Bibisi onun ac olduğunu zənn edib: - Çörək ye, bala, acsan. Sərvin əlini çörəyə uzatmadı.

-Bibi, mənə deyəcəyin varmış? soruşdu.

-Hə, var.

-Nə?

Zəminə durxdu. Sözünə haradan başlayacağını bilmədi. Gözlərini Sərvinin gözlərinə dikdi. Bir-neçə dəqiqəlik sükutdan sonra dərindən ah çəkərək sözə başladı.

-Atan Bakıda, xəstəxanada yatanda, son günlərində məni yanına çağırtdırıb bir əmanətin yerin demişdi. Əmanəti bir-neçə ildən sonra Surxaya verməyimi tapşırmışdı. Amma o, əmanətin nə olduğunu deməmişdi. Selan rəhmətə gedəndən sonra həmin əmanəti görmək, onun nə olduğunu bilmək istədim. Fikirləşdim ki, puldan-pənədən bir şey olsa Çeşmiyə verəm. Özün bilirsən, dolanışıqları necə ağırdır. Bu məqsədlə də sizə getdim…

Sərvini maraq götürmüşdü. Atasının əmanəti nə ola bilərdi ki?! Sərvinin bildiyinə görə atasının nə pulu, nə də qızılı qalmamışdır. Bəs onda bu nə əmanət idi? Atam onu harada gizlətmişdir? Sərvin səbirsizcəsinə bibisinin sözünü yarımçıq kəsib: - Nə idi o əmanət?

Zəminə duruxmuş halda: - Elə məsələ də bundadır ki, onun nə olduğunu anlamadım. Daha doğrusu…

Sərvin darıxdı. Bibisinin sözünü yarımçıq kəsib: - Necə yəni anlamadım?

Zəminə: - Cavad əmanəti it damında gizlətmişəm, götürüb verərsən Surxaya demişdi. Açarsız kilidi özüm qırmışam. İt damınının divarında, atanın nişan verdiyi rəngi saralmış, ağ torba asılmışdı. Bəlkə məndən əvvəl ora kimsə girmiş, əmanəti görürmüşdür? Yerinə isə… Zəminə karıxmış kimi sözünə bir balaca ara verdi.  Əvvəlcə elə zənn etdim ki, orada pul və ya qızıl olacaqdır!

Sərvin: Bibi, sən Allah de görüm orada nə var idi axı?

- İt başı!

- Nə?

-Hə, it başı var idi torbanın içərisində.

Sərvini maraq bürüdü. Görəsən atam it başını niyə əmanət kimi saxlayırmış? Sərvin maraq dolu gözlərini bibisinə zillədi. - Bibi, it başı… Yəni…

-Əti kökülmüş sklet. Məş heç nə anlamadım. Surxay yekə kişidir, Elə rəhmətlik Simirxan da körpə deyildi. Bəs o zaman rəhmətlik qardaşım niyə o əmanəti uşaqlarına istəməmişdi. Niyə mənə verdi. Bir neçə ildən sonra onlara verərəsən dedi. Nəyə?   

Sərvin düşüncə içərisindəbibisinin sualını cavabsız qoyub öz düşüncəsini dilə gətirdi.

- Maraqlıdır! Atam bununla nə demək istəmişdir görəsən?

Zəminə: - Hə, çox maraqlıdır, dedi.

-Görəsən, atam bununla nə demək istəmişdir?

-Nə bilim vallah…

-Bəs o indi haradadır?

 

***

 

Sərvin günün günorta çağı öz həyətlərinə oğru kimi girdi. Əlində bibisinin bu gün ona verdiyi saralmış torbanı gizlincə evə keçirtdi. Ata nənəsindən qalma köhnə sandığa qoyub ağzını bərk-bərk kilidlədi. Sandığın ağzını yoxlayıb arxayınlaşandan sonra yan otağa keçdi. Nənəsinin çarpayısında mışıl-mışıl yatan balaca Simirxana istəklə baxıb evdən çıxdı. Qapı ağzında bayraq kimi yellənən atasının qanlı köynəyinə baxıb ah çəkdi. Bibisiylə arasında olan it başı məsələsindən sonra sual dolu gözlərini atasının qanlı köynəyinə dikdi. Sanki qanlı köynək atasının it başı məsələsinin nə demək olduğunu anladacaqdır. Ona elə gəldi ki, atasının köynəyindəki qurumuş qan hələ istidir. Damcı-damcı qan damır köynəkdən. Qan gözləri önündə damcılaya - damcılaya daş pillələrdən süzüb it damına qədər uzandı xəyalında. Sərvinin fikri dolaşmış kələfə döndü. Bu kələfi çözmək istəyən qız dağlın halda pillələri endi. Həyətdə kimsə gözə dəymirdi. Evin çox da hündür olmayan zirzəmisinə girdi. Zirzəmidə işıq olmadığından gözləri qaranlığa alışanadək gözlədi. Divarın küncündəki yeşiyin yanında əyləşib, onu qarşısına çəkdi. Atasının son dəfə xəstəxanada əynindən çıxartdığı paltarları yeşikdən çıxartdı. Qara şalvar, ağ köynək, qara corablar şiş olub gözlərinə batdı sanki Sərvinin. Göz önünü tor kimi  tutmuş yaşlarını əlinin arxasıyla sildi. Sonra yeşikdəki qızılgül ətirli sabunu əlinə aldı. Son dəfə atasının əllərinə dəymiş yarımçıq sabunu. Hə, bu da onun diş fırça və pastası. Sərvin yeşikdə qalan sonuncu əşyaya əlini uzatdı. İlahi, bu da Sərvinin xəstəxada iylədiyi əl-üz dəsmalı! Yadına atasının xəstəxanada dediyi sözlər düşdü. «Nədi, mənim iyim gəlir dəsmaldan? Götür, dəsmalı. Bükülü, saxla. Amma yuma. Bir zaman dəyərli olar bu dəsmal səninçün, məni yadına salanda açıb iyləyərsən.»

O iy üçün burnunun ucu göynədi Sərvinin. Atasının qoxusunu almaq üçün dəsmalı hönkürtüylə üzünə basdı. Dərindən nəfəs aldı. Təəssüf hissiylə pıçıldadı: - Ata, iyin çəkilib gedib dəsmaldan, özün gedən kimi! Sərvin atasının şalvarını səliqəylə qatlayıb yerinə qoymaq istəyərkən şalvarın cibində nə isə olduğunu anladı. Əlinin şalvarın cibinə salıb içərisindəkiləri çıxartdı. Əlində tutduğu, qat kəsmiş kağızı açdı. İçini çəkdi. Tutluğun sənədi! Yazıq anam bunu nə qədər axtarmışdır. Sənədi atam cibində niyə gəzdirmiş görəsən? İkinci dəfə əlini şalvarın cibinə salan Sərvin bu cəfə atasının cibindən altı məmməd pul çıxartdı. Yazıq atam!- deyə zarıdı. Olan pulu elə bu imiş bədbəxtin! 

Simirxan ağlayırdı. Deyəsən evdə onu ovudacaq kimsə yox idi. Sərvin zirzəmidən çıxıb Səmanı harayladı. Cavab vermədiyini görüb Simirxanı ovutmaq üçün evə tələsdi.

Səma bacısının səsini eşidə bilməzdi. O, kəndin ətəyindəki dərədə, qalın fandığlığın arasında  Barmaqsızla görüşürdü. Qəvinin tapşırığına görə Barmaqsız qızın ağlını oğurlamalı, onu təyin edəcəyi gündə qaçırtmalıydı. Amma Qəvinin fikrincə əvvəlcə Surxayın işini bitirmək lazım idi. O, planını buğda biçini zamanı həyata keçirəcəkdir. O zamana qədər Barmaqsız Səmanı tərəddüddən azad etməli, qaçmağa hazırlamalıydı. Bütün bunlardan öncə Qəvinin kiçik bir plan həyata keçməliydi. Onun fikrincə Surxay ölməmişdən qabaq atasının qəbiri üstündə xoşagəlməz, təhqiredici mənzərəni görməliydi. Bu Qəviyə xüsusi ləzzət verəcəkdir…

 

***

 

İri, köhnə ayaqqabılar qəbiristanlıq yolunda şehli otları ehmalca tapdalayırdı. Adama elə gəlirdi ki, o, otları əzmək istəmir, yaxud ölüləri səhər yuxusundan eləməyə ehtiyat edir. Səhərin üzü gülməmiş, ot üstündəki şehlər qurumamış alatoranlıq bir vaxtda qəbiristanlıq yolunu tutan yolçu yay olmasına baxmayaraq əllərinə əlcək geyinmişdir. Əlindəki kəndirin ucuna bağlanmış küçüyü arxasınca dartırdı. Küçüyün xırda addımları adamın addımları ilə bərabərləşmədiyindən küçüyün ayaqları yerdən üzülür, bağlandığı kəndirdən dartılmağa məcbur olurdu. Kəndir bir balaca boşalan kimi zincildiyən küçüyün səsini kəsmək üçün adam asta səslə: kəs səsini, dedi. Onsuz da heç nə anlamayan küçük canını adamdan qurtarmaq üçün dartındı. Küçüyün inadını görən yolçu əyilib küçüyü yerdən götürdü. Pencəyinin ətəyini qaldırıb küçüyü qoltuğuna soxdu.

Adam qorxusuz-hürküsüz addımlayır, bəzi üstü götürülməyən qəbirləri tapdalaya-tapdalaya Simirxanın qəbirinə çatdı. Baxışının ucuyla qəbirə nəzər salıb, Cavadın qəbrinə yaxınlaşdı. Qəbrin önündə dayanıb, şəkilə acıq verirmiş kimi gələcək, mərhum qaynatasına gülümsədi. Sandı ki, Cavad şəkildə qocalıb. Sonra bir neçə addım kənarda yatan Poladın qəbri önünə keçdi. Məhrumun başdaşındakı şəklinə diqqət kəsildi. Ona elə gəldi ki, şəkildən Polad onu hədələdi. İçini vahimə bürüdü. Üşələndi adam. Soyuq başdaşındakı şəkildəki acıqlı baxışlardan qurtulmaq üçün tələsdi. Pencəyinin altındakı küçüyü çıxarıb boyundakı qalın kəndirin bir ucunu Cavadın başdaşına bağladı.  Küçük dartınıb çıxmasın deyə qəbirə yaxın olan böyük çay daşını götürüb kəndirin üstünə qomaq üçün daşa sarı əyildi. Bu zaman kimsə pencəyinin boynundan tutub, onu geri dartdı. Bir neçə dəqiqə süpürləşdilər. Adam əlindəki daşı yerə saldı. Səhəri üzü açılmadınıdan, alatoranlıqda kimin kim olduğu süpürləşənlərin heç birinə aydın olmadı.  Boğuşanlardan birinin qadın olduğu yalnız səsindən bəlli idi. Küçüyü gətirən adam qadını altına basmarlayıb üzünə baxan kimi onu tanıdı.

- Ay səni qancıq! deyə  söyüş söydü. Əlindən saldığı daşı yerdən tapdı.

Zəminə də adamın kimliyin tanıdı. Adamın üzünü görən kimi; - Barmaqsız! deyə qışqıran Zəminə altdan yuxarı onun sifətinə lopasıyla tüpürdü. Bundan qəzəblənən Barmaqsız əlindən  saldığı daşı yerdən qapıb zərblə Zəminənin başına çırpdı. Və bu zərbələri bir neçə dəfə təkrarladı. Barmaqsız süpürləşdiyi yerdən qalxıb üzündəki tüpürcək topasını siyirib Poladın qəzəbli şəklinə çırpdı. Ətrafına baxdı. Kimsənin olmadığına arxayın olduqdan sonra iti  addımlarla qəbiristanlıqdan  uzaqlaşdı.

 

 

 
Əlavələr
 
Facebook beğen
 
 
 
Bugün 49 ziyaretçi (117 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol