Behitşt gülləri
Behitşt gülləri
 
«Ər-Rəhman» surəsində buyurulur: «Şübhəsiz ki, Rəbbinin  məqamından qorxanları iki jənnət - « Ədn» və «Nəim» gözləyir. O iki jənnətin ağajları qollu-budaqlı, meyvəlidir». Məjlisi həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql edib ki, əgər Behişt qadınlarından biri gejə ilk səmadan yerə müşərrəf olarsa, onun xoş ətri bütün dünya əhlinin burnuna yetişər. İmam Sadiq (əleyhissəlam)-dan nəql olunub ki, Behişt ətri min illik yola çatar. Yenə nəql olunub, Behişt torpağı müşkdür. Çox rəvayətlərdən məlum olur ki, Behiştin qapısı, divarı, yeri, bütün olanları ətirlidir.
 
 
 
Evdə heyvan saxlamaq, xüsusilə göyərçin, xoruz qoyun və keçi; evdə it saxlamağın qadağan edilməsi
 
 
Evdə çoxlu heyvan saxlayın. Bu heyvanlar şeytanın başını qatır və uşaqlara şeytanın zərər yetirməsindən qoruyur. Xüsusilə də göyərçin, toyuq və keçi saxlamaq belədir. Jinlərin balaları onlarla oynayır, beləliklə onlar uşaqlardan əl çəkirlər. Evdə göyərçin saxlamaq müstəhəbdir. Və tək qalan adamlar üçün yaxşıdır. Əgər bir evdə göyərçin olarsa o evin əhlinə jinlərin zərəri yetişməz. Göyərçin  hər dəfə qanad çalanda  şeytanların nifrətinə və onların qaçmalarına səbəb olur.
Həzrət Sadiq əleyhissəlamın evində gözəl məlahətli bir göyərçini vardır və o çox oxuyardı. Həzrət buyurardı ki, o (göyərçin) İmam  Hüseyn əleyhissəlamın düşmənlərinə qarğış edir. başqa bir hədisdə ravi deyir: O Həzrət evində olan göyərçinlərə öz şərafətli əlləri ilə çörək qırıntısı hazırlayırdı.
Məhəmməd ibni Kəramədən nəql edirlər ki, deyir: Bir gün İmam Museyi Kazim əleyhissəsamın hüzuruna getdim. Həzrətin evində bir jüt göyərçin gördüm. Erkək göyərçinin rəngi yaşıl idi və ağ xalları var idi. Dişi göyərçinin  isə rəngi qara idi. Həzrət onlar üçün çörək ovurdu. (Həzrət) buyurdu:  - Bunlar gejələr hərəkət edirlər və mənim munisimdirlər. Gejələr hər dəfə qanad çalanda evə girmiş jin və şeytanları qovurlar.
Hədisdə gəlib ki, ev göyərçini və «yahu» göyərçinləri Allahı çox zikr edir. Əhli-beyti sevir və ev sahibi  üçün Allah sizə bərəkət versin deyə dua edir. Həzrət  Sadiq əleyhissəlamdan nəql olunur ki, evdə ağ və qanad çalan bir xoruz olarsa həmin evin özünü və həmçinin  o evin kənarında olan yeddi evi xəta-bəladan saxlayar. Lakin iki rəngli göyərçinin  bir dəfə qanad çalması yeddi dənə ağ xoruzdan üstündür. Başqa bir hədisdə buyurur : Ağ xoruz mənim və hər möminin yavəridir.
Bunu da bilməlisiniz ki, xoruzda Peyğəmbərlərin xasiyyətlərindən beşi vardır.
Səxavət, şüjaət, namazların vaxtını tanımaq, çoxlu jinsi əlaqədə olmaq, qeyrət. Banlamağı onun namazıdır və qanad vurmağı isə rüku və səjdəsidir. Xoruza nalayiq söz demək olmaz, çünki o jamaatı namaza qaldırır.
 
     
 
 
Əlavələr
 
Facebook beğen
 
 
 
Bugün 69 ziyaretçi (171 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol