Mətanət Ulu Şirvanlı şeirləri 3
 
O sevgi qoxardı lalərə təki,
 
Bir atım duz imiş,  əridi getdi,
Getdi o çiləyən yağışlı gündə.
Nə iyi qalıbdı, nə də ləpiri.
 
Bu gözlər elə bil buludun özü, 
Gah yaşa bələndi, gah da dumana.
Kiriyən o dilin qalmayıb sözü,
 
Yenə qəm çilədi könlümə gözüm,
Bu necə leysandı, yandırır məni?!
Göndərib dalınca özümü özüm,
O, isə gəlməyir, sındırır məni.
 
Bu qapı açılmır nə vaxtdan bəri,
Sınıb şüşələri çilik-çilikdir.
Ölmüşəm-qalmışam yoxdu xəbəri,
 
Duzammış, necə də əridim, Allah?!
Əridim həsrətdən, qəmdən əridim.
Dərdimin ilməsi acı bağırsaq,
Çözəldi-çözəldi - mən də əyirdim.
 
Başımı qoymuşam köksünün üstə,
Ürəyi çırpınıb dağılır, Allah,
Elə bil içində bağırır, Allah,
Sandım sevən tək mənəm,O, məndən betər imiş!
 
İstədim köksünə sığınam yenə,
İstədim qayıdam o ötən günə,
Körpə uşaq kimi ovunam deyə
Ağladım, köksünü açmadın mənə.





            pərən-pərən göydə ulduz,
                      buludlar qalıb yalqız.
Uzaqda tənha  Ay
                        … özü də para
Buludlar -  yarısı ağ, yarısı qara.
         …Ay doğur bəxti qara…
 
Ağ ayaqqabı
 
Başın qoyub dizi üstə,
Qız nağıl istəyir öz anasından.
Dərdi alışıbdı ojağın ustə
özünü gizlədib öz balasından
            …Ana nağıl danışır…
 
Jodlaşan əllərin sığalı sərtdi,
Xəyal kələf - qarışır…
Bu nağıl, yoxsamı dərdi?!
Ana nağıl danışır…
 
Nə ana javandı, nə qızı körpə,
Saçlarından öpə-öpə
Yatırdır qızını dizinin üstə.
Ana nağıl danışır…
 
Yaşlarını tökə-tökə.
Dərd-sərini çəkə-çəkə,
Nəyisə unudub bəlkə?
   Ana nağıl danışır…
 
Sarı saçlar diz üstədi,
Mənim balam söz istədi.
Bala, dərdim köz üstədi,
Elə hey közərir…közərir…
 
Bəbək sədəf, göz mirvari,
Dürdanədir göz yaşları.
Ananı durdurun  barı.
Qızının üz - gözünü 
    yudu ananın yaşları.
 
Biri vardı, biri yox…
Bir qız vardı, sarı saçlı,
O, sevərdi bir ağ atlı…
Qızın dili şirin idi-
Şəkər, noğul, nabatlı.
 
Ana nağıl danışır…
Elə sən yaş - səndən uzaq!!!
Elə səntək ağ buxğlı.
Ayağında  ağ çəkmə,
Sarı saçlı, yosun gözlü…
Üzü qəmdən duvaqlı.
O ağ ayaqqabılar
Tak…
       tarak…
      O, qızı apardılar…
 
Ana nağıl danışır…
Olub-bitən günləri…
Qəfildən qız qalxaraq
Qaçır harasa… qaçır…
Gedir, amma qayıdır,
Əlində ağ çəkmələr.
 
-Bumu, səni apardı
Qəm-qüssəli günlərə?
Ana, dönüm başına,
Qoy qəmini mən çəkim,
bu çəkməni ver mənə!
***
 
Kölgəm özümdən qaçaq…
Dodağım dişimdən qorxur,
Öz ləpirinə düş, səni evinə qədər aparajaq. 
Anam bir də javan olsaydı, məni yenidən doğardı?
Bəxtin çarxından qorxan, dörd çarx üstəsən!
 
 
 
Qəm gəmisində…
 
Süzülüb içimə doldu qaranlıq,
Yenə saçlarımı yolajaq gejə.
Bu gejə zirzəmi verir qonaqlıq,
Kədərim çöhrəmə qonajaq yenə.
 
Suvağı tökülən divarlar soyuq,
Zirzəmi qaranlıq davarı oyuq,
Ay janım, ağlama, səsini ud ki…
Kimsələr halından düşməsin duyuq.
 
Sən Allah, diksinən qismətə bir bax,
Yosun gözlərimin nəsibi yaşdı.
Əlimdə tutduğum qızıl ləyəni
Dorldurdum yaşımla, ləbələb -daşdı.
 
Yenə qısılmışam divar künjünə,
Kədərlə yükləndi baxışlarım da.
Bu günə baxanda dünənə şükür…
Yazıqlıq töküldü baxışlarımdan. 
 
Süzür qulağıma o səsin sehri,
Atamın ruhuyla danışdım yenə.
Ruhun da olarmış yaşı, qəhəri,
Ay Allah, nə yaman üzülür mənə?!
 
Yaxşı ki, anamın gözləri görmür,
Görmür müsübəti, görmür zülümü.
O, hardan bilsin ki,dönür küsövə
Qovrulub ağzımda yanan dilimi.
 
Duz kimi ağappağ bəxtimin çölü,
Elə duz yüklüdür qəmim də Allah,
Bəxtim suya düşdü, duz tək əridi,
Əridi ovjumda, əlimdə Allah!
 
Uçajaq bir gejə bu kürsülü ev,
Nisgilim batajaq zirzəmisində.
<e  gejə Xəzər də fırtınasıyla
Dərdimi aparsın qəm gəmisində.
 
Qaytarın
 
Deyəsən, içimdə bir ağlayan var,
Yaşı düşünjəmi yuyur, aparır.
Ay aman, içimdə  çığıran o səs
Özünü tabuta qoyur, aparır…
 
Ağlımı çaşdırıb, tərsinə zaman,
İndi düşünjəsiz yaşayım nejə?!
Bir fürsət arayım, tapım bir məqam,
Mən də o tabuta girim gizlijə.
 
Aynaya sanjılan baxışım donuq,
Arzular, istəklər soyumuş Allah.
Baxışlar donuqdur, şaxtadan  soyuq,
O qarlı şaxtada donubmuş, Allah!
 
Dindirsən, bu gejə səsim də qərib,
Bağrıma od düşüb bu gejə nədən?
Bu başım ayağa səjdəyə gəlib
Yalvarır, duyğumu istəyir məndən.
 
Duyğular tabutdan uzanıb, gedir,
Gedir qazılmayan məzara sarı.
Nə olar, siz Allah, kömək eyləyin,
Amandı, qaytarın duyğuları!!!
 
Bajımın evindən görünən şəhər,
Sükutun içində doğulub qalıb.
Gözümün yaşını silib bir səhər,
Bu səhər gejədə boğulub qalıb. 
 
O «Yeddi kümbəz»in yeddi sakini
Bir axşam Əzrail gəlib əlimdən
Dağ kimi jüssəli atamı aldı.
 
***
Bir yuxu görmüşəm, yozumu ağır,
Gördüm ki o, daha sevməyir məni.
Ümiddən, arzudan intizar yağır,
Atıldım - bu fikir öldürür məni.
 
İçimdə fırtına, güman boğulur,
Tənhalıq nə yaman ağır olurmuş.
Deyirlər, gejədən sabah doğulur,
Ay Allah, gejələr kədər doğurmuş!
 
Quzuymuş - sevgimi janavar yedi,
Dağlarda duman var, gəl bürün, deyir.
Yalvardım, o mənə uzaqlaş, dedi.
Nə yalvar, arxamja nə sürün, deyir!
 
İtim gözlərindən gedim haraya?!
Sən yolu göstər ki, mən çıxım gedim.
Sən adlı sevgiyə  gələn bəlaya
Ağlayım, yaşımı qoy sıxım, gedim.
 
O dağda duman var gedim bürünüm,
Sarılım dumana, bükülüm çənə.
İldə bir - birjə gün gün qayıt yanıma
Dorğulan şəfəq tək sarılım sənə.
 
 
 
 
 
 
 
İçimdən çürüdüm, 
Dörd yolun ayrıcı 
Durduq üz-üzə.
Sən boğaz qəhərli,
Mən gözü yaşlı
Ay Allah,
Həqiqət nə qədər acı?!
Bir sən, 
     bir mən,
            bir yol ayrıcı.
 
Soruşdum:
-Zamanın olcüsü neçə?
Dedin nə işinə, gecədir, gecə!
Bu yol ayrıcı
               durub üz-üzə
Mən aşkar ağladım,
Sənsə gizlicə.
 
Zaman dəyirmanı 
dənin üyüdyb,
keçirtdi bu gecə 
öz xəlbirindən.
Bu gecə 
var olan bir həqiqəti
Allah məcbur edib 
aşdı dilindən.
 
Ay Allah, həqiqət 
nə qədər acı?!
Bu acı həqiqət 
 Ölümdən betər.
Ayrılıq, əzizim, 
Ayrılıq yetər!
 
Dörd yol ayrıcı-
Durduq uz-uzə.
Bu acı həqiqət,
Bu acı kəlmə.
Əlvida kəlməsin
deditdi bizə.
 
 
Gedəcəm
Qaranlıq gecedə qara kölgəyəm,
Süzülüb içindən keçib gedəcəm.
Gözümdən süzülən göz yaşlarımı
Doldurub ovcuma icib gedəcəm.
 
Çatıb qollarımı bələmə məni,
Keçirib ələkdən ələmə məni,
O gen ağuşundan itələ məni,
Bu gecə qəlbindən köcüb gedəcəm.
 
Deyirsən qorxuram itirim səni,
Bu gecə qaranlıq ötürüm səni,
Qaranlıq gecələr qorxutmur məni,
Yaşını yaşımlı ölçübb, gedəcəm.
 
Bu sevdva qəlbimin başında közmüş,
Eşqimi Xəzərin ləpəsi döymüş.
İlahi, bu sevda bu gecə ölmüş,
Yaşamı Xəzərə töküb gedəcəm. 
 
İlməyə almışdım bu eşqi bir-bir,
Üstündə əsirdim necə də tir-tir.
İndi dölaş düşən kələfi gətir,
Eşqimin kələfin söküb, gedəcəm.
 
Qəlbimi mən sənə bağışlamışdım,
Eşqimi könlümlə naxışlamışdım.
Mən səni üç kərəm bağışlamışdım,
Dördüncü sayında küsüb, gedəcəm.
 
Bu gecə 
Bu gecə sevinclə kədər qarışıq,
Bu gecə sevincim üzümdə dondu.
Bu gecə xəyalım qarmaqarışıq,
Fələk əl uzadıb çaçımı yoldu.
 
Qulağım səs aldı, zəncirin cingiltisin də,
İt yaman uladı, dedik ki, itdi.
Gecənin qay vuran cingiltisində,
Məhəbbət sozaldı, bir sevda itdi.
 
 
Pişik də dolaşdı ayaqlarıma,
Bu elin məsəli nə döğru imiş.
Bir nalə asıldı dodaqlarıma,
Bu rişik bəxt çalan bir oğru imiş.
 
Bu gecə xəyalım qarmaqarışıq,
Sevinclə-kədərin arasındayam.
Bu gecə ilməyə düşən naxışıq,
Bircə həqiqətin bəlasındayam.
 
Nülüfər eşq
 
Eşqim - Nülufər
Suda üzündə su zanbağı.
Eşqim - İnci,
Nil incisi!
Eşqim sevdaların 
Birincisi, birincisi!
*  *   *
Geyinib gecənin qara dolunu,
Xəlvəti gəlmişəm yanına sənin.
Tutaraq sevdanın qara yolunu,
Düşəcəm bu gecə payını sənin.
*  *   *
Sənsizlik
Məzar sükutu
Sən yoxsan deyə.
Ahlarım pilə-rilə
Ucalır yerdən göyə,
Sən yoxsan deyə.
* * *
Bu gecə 
Xəzərin qoynuna çəkildik.
Gecənin nəgməsi,
Ləpələrin səsi,
Sevmək həvəsi,
Yaşatdı bizi.
 
* * *
Bu gecə 
dünyanın yükyn çəkirəm.
Bu gecə qəm əkirəm.
Dərdi qəmi suvarmaqçun,
Göz yaşımı tökürəm.
* * *
Bu gecə 
qara düşüncələr
qara həşarat kimi,
bəxt basan basarat kimi
             çökdü üstümə.
«Qara günə qalasan»
Dediyin qara yolu, 
Zillət ilə keçirəm.
* * *
Bu gecə qəm ölçürəm,
Dünyanın mizanında.
Çəkə-çəkə dərdimi-
Dünyanın qəm qazanında,
Dərdi dəmə qoymuşam.
 
 
Min fikir jalanır bir yolun üstə,
Bu yollar üstündə jənazəm gedər.
Sən Allah özümü özümdən soruş,
Özümdən qabağa ijazəm gedər.
 
Düzülüb yollara baxışlarım da,
Əlim çətir oldu qaşlarım üstə.
Allahın nur tökən yağışlarında
Göyərdi, göy yosun daşların üstə.
 
Ay Allah, nejə də dərbədərəm mən,
Səpilib qalmışam yolların üstə.
Öləndə getsəm də çiyinlərində 
Yenə ötəjəyəm yolların üstən.
 
***
Mən sən sığındım ağlamaq üçün,
Sinəndə ovunub yatajam, dedim.
Olub keçənləri unutmaq üçün,
Söküb xatirəni atajam, dedim.
 
Sığmadım köksünə xəyallarımla,
Çıxıb məhvərindən pərəm-pərəmdir.
Getdim dərd üstünə ayaqlarımla,
Sevgim dərdə düşdü, xətsə - vərəmdir.
 
Eşqimin yuvası sandım köksünü,
çəpəri çör-çöpdən qurulmuş demə,
Özüm öz köksümə sıxıb tüstünü,
Sevda köksümdəjə boğulmuş, demə. 
 
***
Mən çoxdan deyirəm ayrılaq sənə!
Nə mən öləjəyəm, nə də sən gülüm.
O qədər ayrılan var ki, dünyada-
Sıradan biz olaq,  ayrılaq, gülüm.
 
Doymuşam sevgidən tox gedirəm mən,
Daha durmayajam, yox gedirəm mən.
İndi birjə dəqiqə - çox demirəm mən
Baxaq bir-birmizə vidalaşmağa.
 
Həsrəti biçmişik illərin üstə,
Günləri ötürdük sirlərin üstə,
Ayrılaq deyirsən, gözlərim üstə
Ehtiyaj görmürəm qujaqlaşmağa.
 
O tənha söyüdün əlləri göydə,
Ayrılıq şarkısın çalır dilin də…
Sənsiz darıxıb - darılsam evdə
Gedəjəm söyüdlə pıçıldaşmağa.
 
 
 
 
 
 
Yuxu
 
Bir yuxu danışım, siz onu yozun,
Gördüm ki, yatmışam yar qujağında.
Sığayır gözümü, qandırır sözün,
Sevgisin isidir dəm ojağında.
 
Ay işıq salıbdır pənjərəm üstən,
Ulduzlar bu gejə nəğmə söyləyir.
Günəşsə batıdı, küsübdür bizdən,
Sevənlər günəşi gejə neyləyir?!
 
Sarı saçlarımın ətəklərində 
Sevgi işıqları rəqs edir Allah!
Çırpınır qanadı küləklərin də,
Sevgimlə deyəsən bəhs edir, Allah
 
Çılçıraq  oynayır  tavanın alta,
İşığı rəqs edir ətəklərində.
Bir ağlan dayanıb Allahın altda 
Sevgi parıldadır bəbəklərində.
 
Dan atır sabahın üzü deyəsən,
Sevgim gündoğana boylanıb, gedir,
Kim isə,  nə  isə dedi görəsən?
Qoymayın, bu sevdam tovlanıb, gedir.
 
Jan gəlib dirənb qəhər yerənə,
Ruhunu yaşlara təslim edəjəm.
Sorağı ötürün o göy dələnə
Allahın özünə xəbər edəjəm!
 
Baş alıb bu sevda haraya getdi?
Bu sevgi kimlərin bəxtinə düşdü?
Özgələr çağırdı «haray»a getdi,
Kimlərə əl verdi, kimlə görüşdü?
 
O, oğlan bəlkə də bü gejə yenə,
Qoyajaq dəmini ojağın üstə?!
Gündüzü neynirəm, gəlib hər gejə
Alsın qujağına, məni gizlijə.
***
 
Bu payız,  bu bahar, bu da qış - gəlib.
Gəlib illərimi alsın aparsın.
Janım Əzrayıla nejə tuş gəlib,
Məni qollarına sarsın, aparsın.
 
Daşdırıb gözündən məni leysana
Bürümə, o qəhərə, kədərə məni.
O yuxu muraddı, o gejə gördüm,
Mindirib çapdırdın kəhərə məni.
 
Nə mən tapmajayam, nə də sən sehr,
Nə mən gedirəm, nə sən qalırsan.
Bu sevgi deyil ki, adijə mehr,
Kimi istəmisən, kimi alıbsan!.
 
***
 
Bu  jan o jandan deyil,
Qollar qujanan deyil,
Quşam, uçandan deyil,
Yuva, yurddan çıxmışam.
 
Dərdi ötürüb, gəldim,
Odu götürüb, gəldim 
Saçım ütülüb gəldim 
Yanan oddan çıxmışam.
 
Səsəm, sehrəm nədi?!
İstək, mehrəm, nədi?!
Məni Tanrı köklədi,
Çalan uddan çıxmışam.
 
Atılıb düşən ürəyim,
Sevgidən bişən ürəyim,
Yadla görüşən ürəyim, 
Özüm yaddan çıxmışam!
 
***
 
Mən dəli olmuşam, ya sən havalı?
Nə mən kiriyirsəm, nə sən susuran.
Deyirsən, yeri get, özgə yuvalı,
Özün öz bəxtini yazıb, pozursan
 
Bu yollar qarışıq - kələf kimidi,
Dolaşıb ayağa düyün düşəjək.
O göydən salanan mələkmi, jinmi?
Kökündən qırılıb bir gün düşəjək.
 
Bir çiçək ağladı ayağım altda,
Tapdayıb, ləçəyin tökmüsəm deyə.
Bir oğlan ağlayır yuxularımda
Onun ürəyindən köçmüşəm deyə.
 
***
Demə yanırammış qəm ojağında.
İstəsə yataram lap qujağında.
Bir oğlan yaşayır xam xəyalımda,
Məhəbbət adında -Sevgi adında.
 
Demə, Babadağın dumanı, çəni,
Hələ çox bürüyər, hələ çox məni.
Gözəllik adyıla mərjə durmuşam,
Udajam tülpanı, dağda süsəni,
 
İnjitmə çiçəyi, ləçəyi düşdü.
Lalənin bağrı qan, gözü də yaşdı.
Bir daşqın tökülür Baba dığından,
Məhəbbət injidi, bir sevda qaçdı.
 
O qaya dalından kəklik çırpınıb
Üçdu, məhəbbətin özünə sarı,
Hanı əllərimin xınası kəklik?
Harayla sevgimi özümə sarı.
***
Başda telim - yandılar,
Qəmli, pərişandılar,
Bir-bir, dən-dən oldular,
Başımda telim ağladı.
 
Bu olan bizə oldu,
Yaş gəldi gözə doldu.
Süsən telini yoldu,
Bağçada gülüm ağladı.
 
İtirdin illəri sənsizliyinlə
Ayım - ilim ağlasın. 
 
Ox idi, çarxa döndü,
Su idi -  arxa döndü,
Üfürdüm, odum söndü,
Ojaqda külüm ağladı. 
***
Deyiləm
 
Uçub dağılsa da dünya ahından,
Bir daha yanına dönən deyiləm.
Sən məni yandırdın o sözlərinlə,
Vulkanlar sönsə də, sönən deyiləm.
 
Keçdiyim o körpü ujajaq dedim,
Yalanın ayaqla qaçajaq dedim,
Bu sevda başıma ujajaq dedim,
Bir mələk olsan da dönən deyiləm.
 
Dilim küsöv üstə - alışan odda,
Ötmə o sahildən, nə bəri adda,
Çiçəklər düzzsən də ayağıvm altda,
Gözümü yumajam, görən deyiləm!
 
 
 
Salma ötənləri daha yadıma,
Boşuna alışdım, yandım oduna
Dönüb Əzrayıla gəlsən qapıma,
Mən sənə jan verib, ölən deyiləm.
 
 
Daşı məni ürəyində.
 
Hər gejə yuxumu qarışdırıram,
Səhər açılanda gəl, apar məni.
Jin ilə şeytanı qarışdırıram,
Qutar dəlilikdən gəl qutar məni.
 
***
 
Ayrıldım ki, məhəbbətim
Xırda-xırda puç olmasın.
Nə dedimsə sözə döndü,
Ayrılığım suç olmasın.
 
Nə durmusan, bu ayrılıq yolu üstə?
Nə baxan deyiləm, nə də ki, dönən
De, sevda ojağın kim yandırıb ki?
Nə sən yandırmışdın, nə də mən sönəm.
 
***
Özüm öz içimdə vurnuxurammış,
Mən özüm özümdən doğulmalıyam!
Dünya silkələnib, çalxalanırmış,
A dünya, deənən ki, dağılmalıyam!
 
 
Gəlib dayanmısam yol ayrıjında,
Görkəmim yazıqdan yazıqdı vallah,
 
Mənim günahımı götürməz Allah
 
 
Həsrəti gözümdən biçib tökəjəm,
Görürəm dünyadan nisgil köjəjəm.
 
çəkdin gözlərnini darına məni,
Qoymadın asanja ölüm dünyada.
 
Həsrət gözlərimdən boylanır, gedir,
Gedir günbatana, qüruba sarı.
Sevgilim özgələrə tovlanıb gedir. 
 
Bu da gəlib keçəjək
 
 
Verdim illərimi boşuna, hədər,
 
 
 
Asılıb qalmaşam dar ağajından,
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əlavələr
 
Facebook beğen
 
 
 
Bugün 29 ziyaretçi (66 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol