Lirik şeirlər
Səndən ötrü öldüyümü bil
 
Bu gün «O» küçədən keçdim,
Eşqimizin şahidi olan küçədən.
Hələl burdan kecməmişdim,
O vaxtdan - sən küsəndən. 
 
Ayaqlarım -
Məni dartıb apardı,
Sənlə gəzdiyim yerlərə.
Duyğularım -
Məni məndən qopartdı,
Səni düşündürdü yenə.
 
Ürəyim səni istədi,
Sən isə…
Könlüm könlünü səslədi,
Eh, nə isə…
 
İnsafsız…
Bircə dəfə zəng etmədin.
Allahsız!
Bircə dəfə axtarıb, itirmədin.
 
Gözlərim dola-dola,
Dözdüm qalxan duyğulara.
Ürəyimə yalvara-yalvara,
Döz, dedim:
- Salma məni ayaqlara.
 
Bü küçələr, bu göngələr 
Daha bizimki deyil.
Bu küçələr, bu göngələr,
Niyə gəldin, çıx get, deyir?!
 
Gözlərimdə yaş gedirəm,
Gəl, gözümün yaşını sil!
Ay insafsız, ölürəm,
Səndən ötrü -
Barı öldüyümü bil.
 
Yalvarmaq eyib qadına
 
Külək saçlarımı dağıdır,
Soyuqdur, üşüyürəm.
Fikirlər ürəyimi ağrıdır.
Yenə səni düşünürəm.
 
Ağlamaq istəyirəm,
Hönkürtü ilə.
Sənsizlik hücum çəkir,
Əzab verir, hökmlə.
 
 
Eyib qadına yalvarmaq,
Məni özünə az yalvart.
Sənə xoşmu yaraları qanatmaq?
Ürəyimin yarasını az qopart.
 
Ağlamaq istəyirəm,
Sınmış qürurum üçün.
Vallah, ölmək istəyirəm,
Ona da qalmayıb gücüm.
*   *   *
Dərdim məni sümürür,
Dodaq siqaret sümürən təki.
Sən də məni hürkütmə,
Dovşanı hürküdən təki.
*   *   *
Mən dərdən yekəlməmişəm,
Kefdən yekəlmişəm.
Mən dərdən kökəlməmişəm,
Yeməkdən kökəlmişəm.
 
*   *   *
*   *   *
Əzrail, mən səni
Bircə gün satın alsam,
O günü öpərəm səni.
Və yaxud,
Gözünün odun alsam,
Yenə öldürərsən məni?
*   *   *
Kaş, yanımda bircə gecə
Qalasan, qızınam istinə.
Ah, bilirsən səni necə,
Alardım sinəm üstünə.
 
*   *   *
Sənə dəyməsin xətər,
Allah sənə köməkdi.
Ləbin dadı - şəkərdi,
Qənd nəymə gərəkdi?!
*   *  *
Ay məni yetim qoyan,
Qayıt, qurbanın olum.
*   *   *
Sən başımın dumanısan,
Məni əhli-kef etmisən.
Xəyalımın ümmanısan,
Bilirsənmi nə etmisən?
Sən məni dəli etmisən.
*   *   *
Ah, könlümü ovutsan,
Dünya dağılmaz ki!
Yalan desən, aldatsan,
Eh, buna da razıyam,
Nə olar ki!
*   *   *
Kainatın son nöqtəsi 
Düşüncəmin məkanıdı.
Asimanlar ölkəsi,
Xəyalımın vətənidi.
 
Getmisən, dönmürsən,
Dərdindən ki, ölmürəm.
Məni atırdın -
Elə  əvvəldən ataydın
Bilirəm ki, ölməmisən,
Qayıtmırsan?
Mən də səni sevmirəm,
Gəhənnəmə qayıtginan.
 
Dəvələrin zınqırovu hanı bəs
 
İndi karvan bir  başqadı,
İndi sarban bir başqadı,
Dəvələrin 
zınqıovu bəs hardadı?
Bu zınqırov -
Nə saban əlində var,
Nə dəvə boynunda var.
 
 
Sarban,
Dəvələrin düzüm-düzüm,
Zınqırovu  hanı bəs?
Əgər dəvə boynundasa?
Səsi  niyə gəlmir bəs?
 
Sarban,
Karvan susuz,
Səhra isti,
Ayaq qoysan yandıracaq,
Qumun üstü.
Yalvar küləyə,
De:
-Əs, ey külək, əs! 
 
Sarban,
Karvan yorğun,
Çəkmə əbəs!
 
Sarban,
Dəvələrin kövşəyir,
Dəvələrin tövşəyir,
Dəvələr zınqırovun istəyir,
Dəvələrin zınqırovu hanı bəs?
 
Bir gün bu dünyada 
olmayacacam.
 
Sən ey oğlum, sən ey qızım,
Bu gün varam, bəlkə sabah
Köçəcəyəm bu dünyadan,
Bu dünyada olmayacam.
Gözüaçıq, oyaq olun,
Bir-birnizdən muqayat olun!
 
Göy üzündə ey parlayan,
Şölə saçan, bəxt ulduzum,
Nə qədər ki, sən parlarsan
Mən o qədər yaşayacam.
Yalvarıram ey ulduzum,
Öləzəmə, hələ sönmə,
Hələ axma göy üzündən,
Döymamışam öz-özümdən.
 
Oduma yanar kimsə,
Bu gün varam,
Sabah isə…
Nə bilim bəlkə də…
Bu dünyada olmayacağam.
Kim nə bilir,
Əzrail bəlkə döngədə
Güdür məni.
Mən keçərkən o döngədən,
Canı alıb, öldürər məni.
 
Ey dostum, ey qardaşım,
Ey sirrim, ey sirdaşım,
Qoyun sizlə halallaşım.
Halal köçüm bu dünyadan.
Bu dünyada olmasam da 
İnanıram, 
Könlünüzdə yaşayacam.
 
 
Ad istərəm - Ayətullah,
Qismət ola, ya Allah.
«Ehtizar» olaram,
Ölürəmmi, ay Allah?
        *  *  *
Bir yuxu görmüşəm 
İlahi yuxu.
Görürəm ölmüşəm,
Dur, Quran oxu.
*   *   *
Nə gözəl təbim gəlib,
Bu gün söz aləmimdi.
Məni nurcamal edən,
Gözəl əməllərimdi.
 
Qadın düşüncələri…
 
 Dedim: Sabahın xeyir. Dedi: - Hanı xeyir? Mənə  ver!
Nəhayətsizliyin sonu divanəlikdir.
Gözəl, ağıllı qadın - təhlükə!
İçimdəsən…
Anama dedim: - Mənim üçün ağla, balasına ağlamaq istəmədi.
Yayın bu istisində içimdə qış var. Donuram.
Ay məni yetim qoyan, barı böyüdüb ataydın.
Sən mənim özümə hakim kəsilmisən, mən sənin ağlına.
Sən məndən qorxdun…
Hərdən qorxusuz olmaq istəyirəm.
Gələcəyim zülmətdir, əlimdə çıraq gedirəm…heç nə görmürəm.
İçimdə sızıltı, bu sənsən.
Bu dünyada çox yatma, necə olsa həmişəlik yatacaqsan.
Ayaqlarım bədənimdən şikayətçi, bədənim başımdan.
Bədənin dinci ruhun əlindədir.
Bir dəfə də sən mənim qadamı al, nə olar?!
Mən dərddən kökəlmişəm.
Sən +şəhvət = vəhdət.
İçimdə saat var. Çak…çak…içim səsdən dağılacaq.
Bilirəm, içində mən varam.  Xam xəyal.
İyrənc…
Fikirlərim başımda at oynadır. 
İnsan heyvan  kəsir.  əzrail insan. Bütün canlılar qurbanmış.
Heyvanlar bizə qurban, biz Tanrıya.
Kölgəmə bax sən Allah, məni daim xain kimi arxadan pusdu.
Sən mənim hökmüm, hökümdarım, sən ey yarım. 
Şeytana oxşayırsan. Bismillah!
…İnana bilmirəm.
Səni salım itirdim.  Axtarmayacam.
…Üstünə toz qonmasın heyfsən. Müqəvva!
Bağırtım dünyanı başına götürdü. Səsim eşidilmədi. İçimdəki səsi  içim boğdu.
Yellər məni sovurdu. Küçələrin tozu kimi.
Güldürən olma, gülən ol.
Gəl məni qurtar - sənsizlikdən.
Hıcqırıq…ud, ud!
Var olduğunu sübut et!.
Girova düşmüşəm.
Mənəviyyat, idrak-heç biri tam deyil.
Səni eləsiyə sevdim ki…
Anamın düşüncələri - yalnız övladları. Atamın düşüncələri - yalnız bizim təhsilimiz. Bizim düşüncələrimiz-afclıq olsun, kef olsun!
Ruhum mədəmdən, mədəm ruhumdan şikayətçidir. 
Atamın qəbri mənim üçün böyük bir şəhərdir.
Aqibət -Allaha pənah!
Səni qəlbimdə gizlətdim. Yenə tapdılar.
Məni küləklərdən soruş. 
 
sMəni aldada biməyəcəksən
 
Getmişdin-
niyə qayıdırsan?
Peşman kimi.
İstəkləri dağıtmısan,
Duman kimi.
Üstün-başın tör-töküntü,
Miskin kimi.
Elə baxırsan yazıq-yazıq,
Küskün kimi.
Gözlərindən dola-dola yağırsan,
Çiskin kimi.
 
 
 
 
 
Şirin söz istəyirsən?
Bunu görməyəcəksən,
Məni aldada bilməyəcəksən!
 
Məni üzmə
 
Səni sevirəm,
Bilirsən nə qədər?
Sonsuzluq qədər!
Məni üzmə.
Sənsə məni sevmədin,
İstəyim hədər.
Bü kədər süzülüdü, axdı.
Qəlbimə qədər.
Əgər məni sevsən,
Səninçün gedərəm,
Bilirsən hara qədər?
Ölümə qədər!
 
Yüyürüb gəlmə daha
 
Bilirəm,
Yenə məni düşünürsən,
Allah məni öldürsün!
 
Deyirsən ürəkdən soruş,
Əgər məni sevirsə…
Yazıq ürək……….?
Axı sənə nə desin?
 
Yüyürüb gəlmə daha
 
 
 
Yüyürüb gəlmə daha,
Daha gəlmə sən Allah!
Gözlərimdən axa-axa,
Batırma məni günaha.
 
Deyirsən:
-Mən səni çox istəyirəm,
Bu istəyi neynirəm?!
Nə qədər deyim sənə?
A zalım, ölürəm,
Gəlmə daha!
 
Ürəyimi bişirirsən,
Ürəyinin odu ilə.
Mənə şirə adıyla
Dodağının dadından
Yedirdirsən zülmlə.
Zəhər dadır
Yetər daha.
Yenə zəng, yenə zəng
Dəng…
           Dəng…
Bəsdir görək!
 
Bu zəngin arxasından,
Yüyürüb gəlmə daha.
Səni And verirəm Allaha,
Unut daha!
 
Dadın bilib sevərdi
 
Kaş  ki, yarın olaydım,
Ürəyinə dolaydım.
Qollarımı boynuna 
Dolayaydım, saraydım.
 
Çıxmayaydım yadından,
Sənə sevgi adından,
Ürəyimin odundan,
Sevgi payı verəydim.
 
Mənə günün birində
Qəfilləyib bir tində,
Qapımızın önündə,
Kaş sevirəm deyəydin!
 
Su dolu əldə bardaq,
Çəkmə sinəm üstə dağ.
Dəysə dodağa dodaq,
Dadın bilib, sevərdin.
 
Mən söz ver
 
Mənə söz ver,
De ki, məni daha
Görməyə gəlməyəcəksən.
Mənə söz ver,
Məni daha sevməyəcəksən.
 
Mənə söz ver,
Mənsiz günlərə ağlama.
Mənə söz ver,
Yoxluğuma yas saxlama.
 
Mənə söz ver,
Unutmağa.
 
Mənə söz ver,
Hər ey burda qurtaracaq.
Bu gedən yol -
Səni məndən aparacaq.
 
Mənə söz ver,
Özünü ovuda-ovuda,
Son sözü ver, elə burda
Son söz - son vida,
Əlvida
 
 
 
 
 
Əlavələr
 
Facebook beğen
 
 
 
Bugün 67 ziyaretçi (166 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol