Rəfael Balaməmməd oğlu Bəşirov (Bəşirli)
Rəfael Balaməmməd oğlu Bəşirov (Bəşirli)
 
 
1938 - ji ildə Salyan rayonunun Xolqarabujaq kəndində anadan olmuşdur. O, 1955 - ji ildə orta məktəbi, 1962 - ji ildə S.Ağamalı oğlu adına Azərbayjan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Mühəndis mexanikdir.
Rəfael Bəşirli Mrskvada K,A,Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasında bir illik pedaqoci ixtisaslaşdırma kusunu bitirmiş, Bakı Kənd Təsərrüfatı texnikumunda müəllim işləmişdir. Bundan sonra Azərbayjan Kənd Təsərrüfatı İnstitutunu Məhsçulları İstehsalı və Tədarükü Nazirliyinin Elm və Kadr hazırlığı idarəsinə böyük mühəndis vəzifəsinə irəli çəkilmişdir. O, 1965 - 1967 - ji illərdə Azərbayjan Elmi -Tədqiqat Əkinçilik və Tərəvəzçilik institutlarının əyani aspiranturiyasında oxumuş, 1969 - ju ildə Moskvada dissertasiya müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi adını almışdır.
1967 - 1977 - ji illərdə Azərbayjan Elmi - Tədqiqat  Tərəvəzçilik İnstitutunda kiçik və baş elmi işçi olmuşdur. 1977 - 1983-jü illərdə Azərbayjan  SSR Nazirlər Soveti Dövlət Meşə Təsərrüfatı Komitəsinin Abşeron rayonundakı Xırdalan meşə - -eliorasiya stansiyasının direktoru, Abşeron raoyn Kənd Təsərrüfatı idarəsinin rəisi, Abşeron raoyn Aqrar - sənaye birliyi şurası sədrinin birinji müavini vəzifəsində çalışmışdır.
Rəfael Bəşirli 1983 - 1989 - ju illərdə Neftçala Rayon Partiya Komitəsi Kənd Təsərrüfatı şöbəsinə rəhbərlik etmişdir.
O, 1989 - 1990 - jı ildə Neftçala rayon Maddi - Texniki Təjhizat və Mexanikləşdirilmiş İstehsalat Birliyinin rəisi, 1990 - 2001 - ji illərdə Azərbayjan  respublikası Dövlət Təbiəti mühafizə Komitəsinin salyan raoynlararası təbiəti mühafizə komitəsinin Neftçala rayonu üzrə ekoloci postun dövlət müfəttişi, baş müfəttişi, Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılandan sonra isə o, Bakıya gəlib Nazirlikdə «Ekotexmərkəz» də mühəndis texnoloq və sahə rəisi vəzifələrində çalışmışdır.
Hazırda Rəyael Bəşirli Respublika Ekoloci Tərbiyə və Təjrübəçilik Mərkəzində şöbə müdiridir. O, 50- dən çox elmi əsərin, kitab, proqram, tövsiyyə, məqalə, təklif və s. müəllifidir.
Poeziyaya böyük marağı var. Mətbuat səhifələrində xeyli şeirləri çap olunub. Dirili Qurbani məjlisinin  ilk üzvlərindən biridir.
Rəfael Bəşirli Abşeron və Neftçala rayonlarında müxtəlif vəzifələrdə işlədiyi illərdə bir neçə dəfə rayon və şəhər sovetinin deputatı seçilmiş, əmək yarışının qalibi olmuş, mükafatlandırılmış, Rayon Partiya Komitəsinin plenum və büro üzvü seçilmişdir. Əmək veteranıdır. Evlidir. Üç övladı və altı nəvəsi vardır.
 
VI hissədə
 
Bayatılar
 
Əzizinəm gəl bizə,
Dolan eli gəl bizə.
Ürəyim dağa dönsün,
Ay sevgilim gəl bizə.
 
Əzizinəm ay ana,
Yaşat məni, ay ana.
Halal eylə südünü,
Şan şöhrətlim ay ana.
 
Əzizinəm bu bağda,
Nar - heva bol, bu bağda
Bağın bağbanı olsa,
Bolluq olar, bu bağda.
 
Əzizim duyan gəlsin,
Dərdimi sayan gəlsin.
Dərdimə dərman olan,
Vəfalı jeyran gəlsin.
 
 
Əlavələr
 
Facebook beğen
 
 
 
Bugün 86 ziyaretçi (207 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol