Bizim planet gələcəkdə
Bizim planet gələcəkdə
 
    Son zamanlar bəşəriyyəti narahat edən qlobal problemlərdən biri də ekoloji problemdir.  Hər yerdə olduğu kimi Azərbaycanda da ekoloji problemlər yaşanır. Bu problemləri aradan qaldırmaq üçün ilkin olaraq ətraf mühitin problemlərini həll etmək lazımdır. Yaranan ekoloji problemləri aradan qaldırmaq üçün nəinki böyüklər, hətta məktəblilər də səfərbər olmuşlar. Bu gün bəşəriyyət qarşısında hamımız ekoloji məsulliyyət daşıyırıq. Gecikmədən gənc nəsillərə örnək olmaq üçün üzərimizə düşən vəzifələri həyata keçirtməli və ekoloji böhranla mübarizə aparmalıyıq! 
        Hörmətli prezidentimiz, cənab İlham Əliyev tərəfindən 28 sentyabr 2006 ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006 - 2010 - cu illər üçün «Kompleks Tədbirlər Planı»na əsasən nəzərdə tutulmuş vəzifələri həyata keçirmək məqsədiylə Laçın rayonu 6 saylı məktəbdə 25. 11. 2009- cu il tarixində  «Bizim planet gələcəkdə» adlı ekoloji tədbir keçirildi. 
      Tədbirin məqsədi məktəblilərdə ekoloji təlim-tərbiyənin gücləndirilməsi, ekoloji maarifləndirmə, ətraf mühitin qayğısı və təbiətin qorunmasına yönəldilmişdir.
       Tədbirdə  Təhsil Nazirliyi Tərbiyə və Məktəbdənkənar Müəsisələrlə iş şöbəsinin müdiri  Ağababa İbrahimov, Alman Bio - ekoloqu, Şirvan Milli Parkının layihə direktoru doktor Hartmurt Müller, «Biomüxtəlifliyin davamlı idarə olunması - Cənubi Qafqaz» layihəsinin rəhbəri Kristian Gönner,  sözügedən təşkilatın quşlar üzrə mütəxəsisi - ornitoloq Şahin İsayev, həmin təşkilatın ofis - asistenti Natiq İsmayılov, Laçın rayonu 6 saylı məktəbin direktoru Rahib Əzimov, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Əli Şükürov, RETTM-nin direktor müavini Lalə Dadaşova, sözügedən Mərkəzin əməkdaşları Fərqanə Muradova, Mətanət Məmmədova, Elnarə Əsədullayeva, Cəmilə Paşayeva iştirak edirdilər.
     Məktəblilərin yaradıcılıq nümunələri; rəsm, tikmə və təbii materiallardan hazırlanmış əl işlərindən ibarət sərginin açılışından sonra  Azərbaycan Dövlət Himni səsləndi. Və tədbir açıq elan edildi. Məktəbin direktoru Rahib Əzimov tədbir iştirakçılarını salamlayaraq tədbirin məqsəd və məramını bir daha iştirakçıların nəzərinə çatdırdı. «Bizim planet gələcəkdə» adlı ekoloji tədbiri təşkil edən məktəbliləri alqışladı və tədbir iştirakçılarını təbrik etdi.  
     Ekologiyanın keşiyində duran, sinələrində RETTM-nin ekoloji emblemini daşıyan, Laçın rayonu 6 saylı məktəbin «Yaşıl Patrul» dəstəsinin hərbi salamı tədbirin maraqlı faktorlarından oldu. Bundan sonra məktəbilərin ekoloji çıxışlarına start verildi.
Məktəblilərdən Muradov Şahmur, Lalə Ağazadə və Ləman Əliyeva (VII a sinifi), Muradova Röya, Zülfüqarlı Əfsanə , Məmmədova Şükufə, İsmayılov İmran, Əliyev Əli,  Aslanova Aysel və (VII b sinifi ) Mehdixanlı Əlisahib «Erməni təcavüzü nəticəsində işğal altında qalan torpaqlarımızın bu günki ekoloji durumu», «Nadir ağac və bitkilər», «Azərbaycan fauna və florası ilə tanışlıq», «Təbiət tarixi kolleksiyaları», «Bizim planet gələcəkdə», «Həyata ekoloji  baxış» və s adlı ekoloji referatlar səsləndirdilər. 
       Daha sonra bacarıqlı şagirdlər Yusubova Əsmər, Dadaşova Aysel, Cəfərov Məhərrəm,  (VII b sinif şagirdləri) Əsgərova Röya,  İsmayılova Şəhla,   Hüseynova Xanım,  Abbasova Aysel,  Abdullayeva Səadət, Mirzəyev Məhəmməd və (VII  a sinifi) Qarayev Tural bədii yaradıcılıq qabiliyyətlərini nümayiş etdirərək təşkil etdikləri «Ekoloji bədii gecə» adlı ekoloji səhnəcik  və şeir nümunələri ilə çıxış etdilər.  
      Planetimizin dünəni, bu günü və sabahı haqqında  maraqlı referatlarla çıxış edən məktəblilərin  dilə gətirdikləri arzuları planetimizi ekoloji problemsiz və aydın səmalı görmək idi.  Elə bu məqsədlə də məktəblilər səmaya azadlıq quşu olan ağ göyərçin uçurtdular.       
       Tədbirin sonunda qonaqlar uğurla başa çatdırılan «Bizim planet gələcəkdə» adlı ekoloji tədbir haqqında öz fikir və təkliflərini məktəblilərlə bölüşdürdülər. İlk öncə çıxış üçün söz «Biomüxtəlifliyin davamlı idarə olunması - Cənubi Qafqaz» layihəsinin rəhbəri doktor Kristian Gönnerə verildi. Kristian Gönner tədbir haqqında xoş təsurratlarını bildirərək Laçın rayonu 6 saylı məktəb şagirdlərinin təşkil etdiyi «Bizim planet gələcəkdə» adlı tədbirin maraqlı olduğunu qeyd etdi. Bildirdi ki, o, çox maraqlı görüşlərdə iştirak etmişdir. Lakin bu görüşün onun üçün daha maraqlı olduğunu, xatirəsində fəsilləri tərənnüm edən məktəblilər kimi qalacağını vurğuladı.  Sonra söz  alman bio - ekoloqu doktor Hartmurt Müllerə verildi. Cənab Müller məktəblilərin çıxışlarını alqışlayaraq onların ekoloji referatlarını və səhnəciklərini bəyəndiyini bildirdi. Tədbir münasibətiylə məktəbliləri və bu tədbirə dəstək olanları təbrik etdi.  Daha sonra Təhsil Nazirliyi Tərbiyə və Məktəbdənkənar Müəsisələrlə iş şöbəsinin müdiri  Ağababa İbrahimov çıxış etdi. O, qeydlərində bildirdi ki, məktəblərdə keçrilən ekoloji tədbirlər uşaqların ekoloji biliklərinin artırılmasına, maarifləndirilməsinə xidmət edir. Ağababa İbrahimov  məktəblilərin rəsm əsərlərini və əl işlərini qiymətləndirərək onlara uğurlar dilədi. Çıxışının sonunda  tədbirdə iştirak edən məktəbin müəllim və şagird kollektivini tədbir münasibətiylə təbrik etdi.    
      Tədbirdə fəal iştirak edən şagirdlər Əsədova Leyla, İsmayılova Şəhla, Ağazadə Lalə, Əliyeva Ləman, Dadaşova Aysel, İsmayılov İmran, Abdullayeva Səadət  Təhsil Nazirliyi RETTM - i tərəfindən təsis edilmiş diplom və hədiyyələrlə təltif edildi.
 Şagirdlərin ekoloji bilik və bacarığını nümayiş etdirən tədbirin yekün mərhələsində məktəblilərə «Biomüxtəlifliyin davamlı idarə olunması - Cənubi Qafqaz» layihəsinin əməkdaşları tərəfindən hədiyyələr təqdim olundu. 
 
 
Mətanət Rzayeva 
Təhsil Nazirliyi RETTM-nin 
şöbə müdiri
 
 
 
 
 
 
 
 
 
 
Əlavələr
 
Facebook beğen
 
 
 
Bugün 21 ziyaretçi (48 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol