VAXTINDA ÇIXAYDIN QARŞIMA MƏNİM
Deyirsən, «Yoluma düşən daşımsan,»
Deyirsən, «Üzükdən qopan qaşımsan,»
«Ağlasam gözümdə axan yaşımsan»
Qatma soyuq suyu aşıma mənim,
Vaxtında çıxayadın qarşıma mənim.
Günahını nə yıxırsan boynuma,
Küsövləri doldurursan qoynuma,
Ah, amandı salma məni oynuna,
Bələmə torunu başıma mənim,
Vaxtında çıxayadın qarşıma mənim.
Bir quş idim, öz yuvamdan perikdim,
Get dedilər, gedə-gedə döyükdüm.
Nə toylarda, nə vaylarda görükdüm,
Düyünlər çatıldı qaşıma mənim,
Vaxtında çıxaydın qarşıma mənim.
Gej gəldin, beləjə yanlama məni,
Özün bil istərsən anlama məni.
Qoyub qabağına danlama məni,
Onsuzda daş düşüb başıma mənim,
Vaxtında çıxaydın qarşıma mənim.
Danışma ömürdən olub - keçəni,
Göz yaşım yuyajaq indi küçəni.
Kim ovudar sənin kimi küsəni?
İndi diqqət elə yaşıma mənim,
Vaxtında çıxaydın qarşıma mənim.
Səni bura çəkən de, hansı güjdür?
Get məni könlündən oraqla biçdir.
«Mən səni sevirəm» demək gülünjdür,
Hara soxulursan huşuma mənim,
Vaxtında çıxaydın qarşıma mənim.
Bu qız yıxılsın ölsün
Kaş səni daş, qaya bilyədim,
Kaş səni əlimə ala biləydim,
Başımı sinənə qoy biləydim,
Eşidəydim urəyinin döyüntüsün.
İstək çöküb, yıxılıbdır deyəsən,
Sevmir məni, kimi sevir görəsən?
Ax, ağlayan gözlərimi görəsən,
Kəsmək olmur-olmur hönkürtüsün.
Gedin deyin ləpirində izim var,
Gedin deyin şirin janda gözüm var,
Mənim ona ikijə kəlmə sözüm var,
Ya qaçsın, ya mənə könül versin.
Bilirsən, sevmək asan gəlmir başa,
Görürsən, nə ağıla baxar, nə yaşa,
Sevəjəm, görsəm oxum dəyir daşa,
Deyəjəm, Allah, bu qız yıxılsın ölsün,
Allah, bu qız yıxılsın ölsün!
Xəyalına qurban olduğum
(Fərqanə xanıma itfah)
Getdin, həsrətində yandım, qovruldum,
Gedişinə-gəlişinə mən qurban.
İlantək süründüm, yandım qıvrıldım,
Uzun saça, əsmər üzə mən qurban.
Yolarımız haçalandı, ayrıldı,
Quruyan ağajda quru kökəm mən,
Küsdün, getdin bir də onda ayıldım,
Qalmışam arada, tənha-təkəm mən.
Xəyalın əriyib yoxa çıxmamış,
Qayıt, xəyalına qurban olduğum.
Dilim nalə çəkib aha çıxmamış,
Qayıt, uğuruna talan olduğum.
Yanmışım od kimi bilməmişəm,
Qayıt öpüm çiçək kimi əllərini.
Demə, jan verirəm olürəmmiş,
Qaytar mənə o sənli günlərini.
Bülbüllər ötüşər qoşa çəməndə,
Nərgizin süsənin ətri var səndə,
Getmisən, ayrılıq dağı var məndə.
Qayıt, jəmalına qurban olduğum,
Qayıt xəyalına qurban olduğum!
Qayıt!
Sənə nə var ki
Məni düşünmə, anma,
Nəyinə gərək?!
Məni ürəyinə salma,
Yanmasın ürək.
Nə köksündə osaq çat,
Nə osaq qala.
Nə ojağın sönsün,
Nə külün qala.
Məni özünə dərd eləmə,
Dərdin üstə dərd ələmə.
Nə yan qurumuş ağaj kimi,
Nə də ki, dol bulud kimi.
Nə şimşək olma, çaxma,
Nə mənə belə baxma.
Nə həsrətdən kündələnmə,
Nə qəm-qüssəyə bələnmə.
Nə görüm pis gününü,
Nə məni dərdə bələmə.
Qanadı qırıq quş kimi,
Gəlmə fələyə tuş kimi.
Solmuş,
Qurumuş,
Susamış kimi
Təşnəmə mənə.
Dərdimi bilmirsən,
Sənə nə var ki.
Çolüm özjəsini,
İçim özümü,
Qandırır, qovurur,
Çatır odunu.
Sənə nə var ki.
Deyirsən:
-«Sən hardan biləsən,
Mən nə gündəyəm».
Eh, danışır dildi də
Dilə nə var ki.
Dərdimi bilmirsən,
Sənə nə var ki.
ALDANMA ŞİRİN DİLLİYƏ
Ay könül istəyən, ay jan istəyən,
Ay dövlət istəyən ay var istəyən,
Dödağı şirinli bir yar istəyən,
Aldanma dili ballıya.
Gəl salma üzünü dağlara sarı,
Səndə əzəmət var, dağlar vüqarı.
Tapmarsan özünə vəfalı yarı.
Aldanma yanaq allıya.
Niyə aldanırsan hüsnə-jəmala.
Onsuzda çatmarsan şirin vüsala.
Sonunda olarsan səfil-avara,
Qalarsan inləyə-inləyə.
Mənə şikayət etmə
Mənə şikayət etmə
Buna haqqın yoxdu!
Məni düşünməmisən,
Məni sevməmisən!
Bilirəm.
Mən isə…
Nəyim var sənə vermişəm!
Mənə sənə-
Gözlərimin ağını,
Ürəyimin yağını,
Həyatımın çırağını,
Yolunda qurban demişəm!
Sən mənə nəyi vermisən?
Mənə qalan quru jandı,
Hissimi…
Fikrimi…
Xəyalımı…
Oduna yandırdım!
Sənə gənjliyimi,
Dinjliyimi…
Nadinjliyimi…
Sənə ömrümü…
Eşqimi…
Sevgimi…
Qurban vermişəm!
Sən mənə nəyi vermisən?
Mənə şikayət etmə,
Buna haqqın yoxdur!
Yolun açıq olsun.
Yolun açıq olsun
Gedirsən?
Yolun açıq olsun!
Ajıq edirsən?
Nə olsun!
Üzülməyəjəm.
Ayrılıq belə asansa
Deməli sevmirsən.
Əgər sevmirsənsə,
Onda nəyimə gərəksən?!
Yolun açıq olsun,
Get!
Cəni özümdən çox sevirəm
Sənə yaxın olmaq istəyirəm,
Çox yaxın,
Bir nəfəs qədər.
Əllərini tutmaq istəyirəm,
Gözlərinə baxmaq istəyirəm,
Gözlərin şimşək çaxana qədər,
Lap alışıb yanana qədər.
Pıçılda…
Nəfəsin daralsın,
Ürəyin qor alsın,
Məhəbbətin közündən,
Səni çox istəyirəm,
Lap çox..x..!!!
Min dəfə artıq özümdən.
ALDANMA
Bədbəxt qadın,
Xöşbəxtliyi arama özgədə.
Tapdığın sevgi
Baş aldadır, yalandı.
Qədər qamçılı,
Vurularsan!
Sevsən də, sevməsən də,
Nə fərqi var,
Aldanma!
Sonrakı həyat puçdu,
Yanılırsan!
Kişilər yalançıdır,
Qulaqlarınla sevmə.
Səni aldadajaqlar,
İnanma!
Bir gün ayılajaqsan
Satılmısan.
Daha sonra
Atılmısan.
Tərg olarsan!
Evində qadını: -xanımdı,
Sən məzəsən.
Hələ ki, təzəsən,
Seviləjəksən.
Daha sonra biləjəksən,
Yazıqsan!
Sənə əyri baxajaq,
Təzəsini tapajaq,
Səni aldadajaq,
Ürəyini yaxajaq,
İnanma-
Yanılırsan.
Saf bildiyin eşqi,
Qəlbinə göm.
Nə qədər ki, gej deyil,
Bu yoldan dön.
Darıxma.
Əgər bajarırsan,
Daş ol.
Dajarmırsan?
Yıxıl öl!
Amma yalançı sevgiyə
Satılma.
Səni sevdim
Səni sevdim,
Təəssüf olsun!
Onsuz da saçım
Pərişan.
Bir də dəfə də,
Sənin üçün-
küləklər onu yolsun.
Səni sevdim!
Demədim ki,
Çöhrəm solsun?!
Ağlaya bilməyən gözlərim,
Yaşla dolsun,
Ağlasın qədər,
Üzülsün kədərə.
Səni sevdim!
Əfsus olsun.
Dəymirsənmiş salama.
Getmək istəyirsən?
Get, qayıtma!
Dəymə yarama,
Sızlamasın.
Səni sevdim!
Keçmiş olsun!
Düşünəjəm: Qədərmiş,
Yazılıbmış alnıma.
Kaş….
Yanmayaydın oduma,
Deyjəm:-Belə məsləhətmiş,
Gəlmiş-getmiş.
Eh, jəhənnəmə ki,
Elə bilərəm ölmüş.
Heyf
Sözünlə əməlin düz gəlmir,
Yalandan danışma.
Yalandan sevmək bajarırsan,
Hələ məndən də soruşursan,
Məni sevirsən?
Min kərə soruşma.
-Dedim ki, sevirəm!
Sənin kimi yalandan yox,
Doğrudan!
Bilirəm qorxaqsan,
Ona görə ki, axmaqsan.
Mən qorxağı sevirəm,
Mən axmağı sevirəm,
Özü də yalançısan,
Mən yalançını sevirəm.
Axmaq+ yalançı = qorxaq.
Mən qorxağı sevirəm!
Heyf.
Günah ürəkdədir.
Neynim, sözümə baxmır.
XƏYAL QURMA
Bu qədər də xəyal qurma,
Üzülərsən sonra könül.
Ötən sevinj, keçən kədər,
Gömül, ürəyimə gömül.
Bir sevgi ki, yora məni,
Nəyə gərək sevəm onu?!
Əzabına dözə dözə-dözə,
Sevəjəkdir yenə könül.
Yollarına baxa-baxa,
Ürəyimi yaxa-yaxa,
Heç demədim birjə «ox ay»,
Keçdi getdi, ötdü ömür.
Olmaz qəbahət
Ah, səni səndən istəyirəm!
Nə olar mənə yox demə.
Təmiz hisslər bəsləyirəm,
Naz eləmə yenə mənə.
Lap şıltaq uşaq kimisən,
Dodaqların büzüm-büzüm.
Bilmirəm niyə küsürsən?
Sənə qurban mənim özüm!
Gözlərin yanır par-par,
Səadətdi, məhəbbət!
Desən sevirəm səni ,
Vallah olmaz qəbahət.
Ay jan alan
Ay jan alan,
üzə-üzə janımı
Alma.
Ürəyimi oda salma,
Məhəbbətin
Kamını al,
Kamını ver,
Simij olma.
Sən adam aldadansan,
Könlümü ovladansan,
-Əşşi yekə oğlansan,
Gəl məni oda salma.
Axı sevmişdin od kimi,
Aylırsan yad kimi,
Onda…
Nə məni sev,
Nə də ki,
Yada salma.
Tək bir gül
Tək birjə gül, sarı çiçək,
Yetər, könlümü almağa.
Olan oldu, keçən keçdi,
Çalış, yadımda qalmağa.
Sənin üçün dava-dalaş,
Yel kimi gəldi, keçdi.
Qəzəb ürəyimə köçüb,
Qoyma ürəyimə salmağa.
Səni sevdim, gözümdə yaş,
Hər görüşün dava-dalaş,
Hamsı ötər yavaş-yavaş,
Dəymirmiş ki, qalmaqala.
Al janımı
Halalındı, al janımı,
Yar bağrımı, tök qanımı,
Bir qədəhə süz qanımı,
İç, üzlüşməyin sağlığına!
Ayrılığa nədi səbəb?
Qaldırdınmı, badə, qədəh?
Getmisən, lap əjəb!
Sevinmə, Allah eşqinə.
Mənə zaman tanımadın
Mənə zaman tanımadın,
Səni tanıyıb sevməyə.
Mənə zaman tanımadın,
Sənin uğruna ölməyə.
Eşqin qorunu görməmiş,
Ləbin dadını bilməmiş,
Heç doyunja görüşməmiş,
Tez deyilmi üzlüşməyə?
Qəsdimizə duran kimdi?
Hijran ayrılığa güldü.
Qara ruh araya girdi,
Of, qoymadı birləşməyə.
UNUT
Mənlə bağlı həyatında
Nəyim varsa sil, at.
Get, başını at balışa,
Dinjəl yat.
Bir aləm qur özün üçün,
Xəyal yarat.
Yoxluğumu özünə
Dərd eləmə.
Ayrılanda ay əzizim,
Yalvarıram,
Gözlərindən qəm ələmə.
Başını dik tut,
Hıçkırığını ud.
Mən səni unudajam,
Sən də məni unut.
NƏ AĞIRMIŞ, NƏ AĞIR
Səni narahat edən,
Gülüm, söylə nədir ki?
Hey…soruşdun,
Hər zaman.
Mənə elə gəldi ki,
Səni sevdiyim zaman,
İtirmişəm özümü.
Bilirəm ki, gizlətmisən
Məni sirli ürəyində.
A sevdiyim gözünü,
Qaytarginən özümü,
Qaytar düşünüm səni,
Haqqım deyilmi yəni?
Eh, ürəklə döyüşmək,
Nə ağırmış, nə ağır.
SƏNSİZ OLMUR Kİ, OLMUR
Başımda hissin, xəyalın,
Məni düşünməyə qoymur.
Yenə sənə taxılıb ağlım,
Sənsiz olmur ki, olmur.
Qürurum, məni atma,
Öldür, hissi oyatma,
Ayrılığı bura qatma,
Sənsiz olmur ki, olmur.
Dilin ayrılıq hökmünü
Verdi, çəkdim xiffətini,
Ürəyim istəyir xətrini,
Sənsiz olmur ki, olmur.
Məzəli şeir
-Mən səni çox sevirəm!
-Bilirəm.
-Lap dərdindən ölürəm!
-Görmürəm.
-Deyirsən yıxılım ölüm?
-Özün dedin nə bilim.
-Kim ölmək istəyər ki?
-Bəs demədin sevirəm?.
-Mən dedim ki, sevirəm,
Demədim ölmək istəyirəm.
-Eh, məni sevmirsənmiş.
Küsmüsən də barışma
Mənə heç nə demə,
Bax və sus.
Tutma əllərimdən,
Əllərim buz.
Sənsizliyə alışmışam,
Yoxluğunla barışmışam.
-Qayıtma!
Gözlərimdən süzən
Yaş deyil ki, dərdi-ələmdi.
Elə bil ki, dünəndi
Yaram köhnə deyil ki,
Ayrılıqla sızıldayır,
Ağrıtma!
Mən ağlayım, sən də bax,
Ovutmağa çalışma.
Su tök, sönsün bu ojaq,
Küsmüsən də barışma.
Nə yaxın dur, nə dindir,
İstəmirəm,
Ovutma!
Gözlərimin yaşın silmə,
Qoy axsın.
Qopdu daha o ilmə.
Göz ağlasın, ürək dözsün,
Boşalsın.
Artıq anla birdəfəlik,
Sən özgəsən, sən yadsan,
Bunu daha
Unutma!
Əlvida
Dedi: -Hər şey gözəl olasaq,
Hər şey yoluna qoyulajaq.
-İnanıram.
Dedim: - O günlər keçdi daha,
Zəhmət çəkmə, gejdi daha.
-İnanmıram.
Dedi - Bəxtimizə gün döğajaq,
Ömür gözəl qurtarajaq.
İnanıram.
Dedim: - Ürək sındı şüşə kimi.
Dedi: - Gəl görüşək indi.
Dedim: - Sağ ol demək iki jürdü.
Biri görüşərik, biri əlvida!
Dedi: - Yalvarıram kəsmə burda.
Dedim: - Əlvida, ömürlük əlvida!!!
Nə bilim bəlkə də
Ayrılığın səbəbini,
Nə sən soruş,
Nə mən deyim.
Sənlə olan günlərimin
Ajısını, şirinini
Su kimi içmişəm gülüm.
Sənsizliyə alışmaqçün,
Ürəyimlə danışıram.
O günlərlə qayıtmaqçün,
Xəyalına qatışıram.
«-Mənə külək kimisən,
Niyə belə edirsən-
Həyatımdan gedirsən&?»
Soruşmuşdun yadındamı?
Sualının javabını
Vermək üçün
Dönəm gərək
Sənə bir gün.
Bəlkə də…
Gülüm!
Nə bilim?!
ÖZ EVİN YIXAR GEDƏR
Ay qız, sənin nə dərdinə,
Kimsə gələr baxar gedər.
Sən sevmirsən heç sevmə,
Öz qəlbin yaxar, gedər.
Kimlərsə həddin aşdı,
Gözdən gözə baxışdı.
Zənn et bulud toqqaşdı,
Şimşəkdir çaxar, gedər.
Nə kirşandı, nə ənlik,
Nə sənlikdir, nə mənlik,
Allah verən gözəllik,
Hər gələn baxar, gedər,
Sən mövkəm dur, yorulsun,
Küləkləp tək sovrulsun.
Qoy vurulur vurulsun,
Öz evin yıxar, gedər.
Haçhaqaçdı…
Qovhaqovdu…
Qaçan sənsən
Qovan mən.
Mən «sevirəm» dillənsəm də,
«Sevmirəm»i deyən sən.
Boşalan sən,
Dolan mən.
Gözlər yaşdı,
Baş duman.
Əldən getdi
Son güman.
Sən sığalı tellərinə,
Saçlarını yolan mən.
Qədərə bax, ay Allah
Hərənin öz yolu - gedirik,
Sən bir yana mən bir yana.
Ax, heç bilmirik neynirik,
Ayrılırıq yana-yana.
Hijran vüsal döyüşdü,
Qismət kədərə düşdü.
Bu gediş nə gedişdi,
Qəlb titrədi, üşüdü.
Ümidlər suya düşdü,
Dərdi-qəmi bölüşdük.
Bəlkə yollar birləşdi,
Bu yollarda görüşdük?!
Qədərə bax, sən Allah,
Qəsd eylədi zülmlə.
Kədərə bax ay Allah,
Hədələdi ölümlə.
Nə mən ölüm nə də sən
Ürəyimə dağ çəkmisən,
Gör közərən yeridirmi?
İnjitmisən, küsmüşəm,
Bu ayrılıq qəmidirmi?
Bir də belə ayrılığı,
Nə mən görüm nə də sən.
Hijran aramızda bizim,
Durub dağlaya-dağlaya.
Süründürür dizin-dizin,
Bizi ağlada-ağlada.
Bir də ayrılıq sözünü,
Nə mən deyim nə də sən.
Danış mərdi, danış düzü,
Qürur öldürəjək məni.
Dərd üzür öldürür bizi,
Qürurdan oləkmi yəni?
Gəl seçməyək ayrılığı,
Nə mən ölüm nə də sən.
YARPAQ TÖKÜMÜ
Ey jan, ayrılıq zamanı,
Ayrılığa dözməliyəm.
İki yol var önümüzdə,
Birisindən getməliyəm.
İlməni elə sal ki,
Bərkiyib düyün olmasın.
Sevəndə elə sev ki,
Ayrılıq əzab olmasın.
Sənə nejə inanmışdım…
Özümə inandığım qədər.
Heç kəsə yanmamışdım,
Oduna yandığım qədər.
Əzabını çəkə-çəkə,
Yoxluğuna dözəjəyəm.
Yollarına dikilə-dikilə,
Bil ki, səni gözləyəjəm.
İNJİMƏ
Birjə sarı, zəif çiçək,
Yetər könlümü almağa.
Olan oldu, keçən keçdi,
Çalış yanımda qalmağa.
Ey demə ki, oldu keçdi,
Sənin üçün dava heçdi?
Eh, könül qəmdən su içdi,
Qoyma ürəyimə dolmağa.
Ayrılıq əzabdı, zülm,
Qıyma ki,ayrılıq görüm.
Məni bezdirəndə gülüm,
Gəl tapmaja oynayaq
Gəl tapmaja oynayaq,
Mən deyim sən tap.
-Aldadan nədir?
Bal dadan nədir?
Tapdın?
Düşünüm bir az.
-Aldadan qadın,
Bal dadan dodaq.
-Tapdım?
Tapdın.
-Mən deyim sən tap.
Dəyişən nədi?
Dəyişməyən nə?
-Düşünüm;..
-Dəyişən yaşdı,
Dəyişməyən aşq.
Javanlığımda bal
Dodağından
Nejə öpdümsə,
Qojalanda da
Gül yanağından
Elə öpərəm.
Sevgi zornan deyil ki.
Əlimdə od, əlimdə uüsov,
Tut əlimdən gəzdirir ev-ev.
Məjbur edir «gəl məni sev»!
Sevgi zornan deyil ki.
Qida alsam mədəm üçün,
Yesin toplasın güjün.
Bu ürəkdə bədən üçün,
Satılan-alınan deyil ki.
Dedi: -Yandırırsan, yaxırsan,
Niyə evimi yıxırsan?
Sevmirsən niyə baxırsan?
Baxmaq pulnan deyil ki,
Mətəəl deyiləm
Ünvanını bilməmisən,
Yolunu düz gəlməmisən,
Pis üzümü görməmisən,
Yeri-yeri get işinə.
Otlamağa örüşün var,
Neçə yerdə görüşün var?
Jəngəllikdə nə işim var,
Keçəm janavar dişinə.
Əlin yağlı çək başına,
Gedim deyim qardaşıma?
A kül dodağının başına,
Məəttələmmiş öpüşünə.
Boş vədəyə amanını kəsərsən
Məndən eşq diləyən, səadət uman,
Baxajam gözünə di alış, di yan.
Bajarsan birjə an beləjə dayan,
Səbr eyləyib görüm, nejə dözərsən?!
Nə aman qoyaram, nə səbr, dözüm,
Özüm istəmirəm, hey.y baxır gözüm.
Hərdən sual verir özümə-özüm,
Ay qız, bu yazıqdan nə istərsən?.
Baxışınla gəl-gəl deyib ovutma,
Şirin baxıb ürəyini yuxaltma,
Ay Mətanət, bu yazığı aldatma,
Boş vədəyə amanını kəsərsən!.
Yenə
Yenə…
Səni düşünürəm,
Səni anıram.
Yenə…
Oduna yanıram.
Dəymirsən, bilirəm!
Etibarsızsan,
Yalançı!
Yenə…
Səni sevirəm!
Hanı, bəs məni
Aparajaqdın?
Hanı, bəs məni
Qurtarajaqdın?
Yenə yanılmışam.
Yalanlar…
Yandı ürək.
Eh, yenə başlandı.
Yenə…yenə…
Hardasan
Yollar haçalandı,
Fikirlər parçalandı,
Ürəyim laxta qandı,
Qayıt,
Hardasan!?
Gağışla ki, Gülünü,
Çəkim mən də dilimi,
Harayımı ünümü,
Eşit,
Hardasan?!
Sənsizlik zindan,
Qorun-oddan, sudan,
Nə vaxtdır müdam
Getmisən,
Hardasan?!
Allahın amanında,
Qalmışam gümanında,
Ay vəfasız uğrunda,
Ölürəm,
Hardasan?!
Dar ayaqda,
Qara gündə,
Güvəj yerim-
Sevgilim!
Oduna yandığım,
Sözünə inandığım,
Özünə bağlandığım,
Mən səni sevirəm!
Ay Allah, öldürdü məni
Bu dərdi çəkən mən,
Çəkdirən də sənsən.
Ajısın mən bilirəm,
Sən hardan biləsən.
Jəhənnəmlik yerindi
Məni sevmədiyinçün.
Uzaqlaş yeri indi,
Ağlayajam için-için.
Mən əyilən deyildim,
Əydirən əydirən məni.
Əyilmək şükür imiş,
Ay Allah, öldürdü məni.
Başını qoy
Sinəm üstə,
Uyu!
Dözərəm jəfana
Bax, beləjə
Ömrüm-yaşam
Boyu!
Əmr edirəm!
Ey jan, ey ruh,
Ol, sevdiyinin
Kənizi
Qulu!
Ayrılıq.
Sənli də çətindi,
Sənsiz də.
Sən demə-
Ayrılıq varmış
Önümüzdə.
Ayrılığın səbəbini
Gəl arayaq
Özümüzdə.
Sənli də çətindi,
Sənsiz də.
Uçruma bax,
Önümüzdə.
Yaşaya bilərsən
Elə mənsiz də.
Ayrılıq!
Zülm etməyək
Bir-birimizə.
Taleyim ay kimi
Batıb.
Bəxtim mürgülü
Yatıb.
Tənhayam-təkəm,
Yar məni
Atıb.
Deyir:
-Dilin ajı.
Bir şirindilliyə
Yar məni
Satıb.
Heyf!
Təki qabağımda ölüm!
Dirənib üzə durmuşam,
Gəl məni «sev-sev» deyə.
Hər səfəri yalvaranda,
Ölüğ-dirilmişəm belə.
Mənə olan hisslərində,
Ört-basdırdı gözlərində.
Taqət yoxdur dizlərimdə,
Gələm sənə ölə-ölə.
İtdibdir imanım-dinim,
Yanıram sovrulur külüm,
Təki «qabağında ölüm»,
Basıdır məni qara yerə.
«Səni təbrik edirəm»
«Səni təbrik edirəm»!
Təzə sevgili münasibətiylə.
Ürəyin çırpınır yəqin,
O, gözəlin məhəbbətiylə!
İşə bir bax,
Həmin park,
Həmin oturajaq,
Təzə sevgili.
Göstərir ilgi.
Allah, allah!
Yəqin bu daha gözəl,
Daha məlahətli,
Şorgöz çıxıb jəsarətli.
Təzə su, təzə bardaq,
Yandırır dodaq.
Bir bax hıçqırıq səsinə,
«Yazıq» köhnəsinə.
Fikir vermə!.
«Səni təbrik edirəm»
Təzələnmək münasibətiylə!
Bir az keçər, alışarsan
Başqasının həsrətiylə.
Xəstəyəm
Xəstəyəm,
Jan üstəyəm.
Ölüm hər an
Başım üstə.
Janan məni
Jan evindən
Elə vurdu
Daş qoymadı
Daşım üstə.
Xəstəyəm,
Jan üstəyəm.
Əllərindi
Şəfa yeri.
Çək sığalı
Telim üstə.
Qürura de,
Öyünməsin,
Yeri deyil.
Çağır yarı,
Dərman istə.
Denən, ey yar,
Ləbin püstə.
Dodaq dəysin
Dodaq üstə.
Nə qədər ki,
Dodaqlara qor
Dolmamış
Həyalanıb
Utanmamış
Öpüm səni.
Söz ver özünə söz
Çırpınırsan…
Əzabların pənjəsində.
Sıxılırsan…
Üzüntü mənğənəsində.
Yeyilən çərəz kimi
Məzə olmaq çətindi.
Tutulan mərəz kimi
Çarəsi çox çətindi.
Çalış olma!
Gözəllik düşmən,
Ağlını vermə əldən.
Bir dəfə minə bərabərdi.
Döz, qorunmaq çətindi.
Min qeyrət atına,
Yanma heç kimin oduna.
Buraxma heç kimi yaxına.
Əlini eyş-işrətdən üz,
Söz ver özünə söz!.
«Məni heç kim aldada bilməz!»
Aldatma baxışınla
Yalvarıram…
Mənə belə baxma,
Baxışların qılınjdı,
fikrimi parçalayır.
Yalvarıram…
Mənə belə baxma.
Baxışların
Kəsir-tökür ağlımı,
Yüz yerə qılınjlayır.
Mənə belə baxma
Əriyirəm damla-damla
Baxışların altında.
Dağ sənin,
Dərə sənin
Hara istər baxsın gözlərin
Amma mənə baxma.
Elə qorxuram…
O baxışın torundan
Qorxuram lışam-yanam
Baxışların odundan.
Yalvarıram…
Çəkmə məni günaha.
Kaş qəlbimi görəsən,
Axı hardan biləsən
Nələr çəkdiyimi.
Qovruluram
O gözlərə baxa-baxa
Çaxan şimşəkdi-
Bir baxdı, yüz dağın çəkdi,
Sinəm üstə.
Gözlərinə denən bəsdi,
Daha amanımı kəsdi.
Aldatma baxışınla,
Aldatma yazığam.
Elə qorxuram ki…
O göz çəkə bir gün
Çəkə məni günaha.
Qorxuram…
Yaman qorxuram…
Gözüm qoşa axar bulaq,
Gah sevinjdən çağlar,
Gah qəmdən ağlar.
Suyu dürrdü,
Suyu mərjan.
Gah donar,
Gah da çağlar.
Səni bağışlamayajam
Naləm ərşə duman,
Məni bu hala salan
Sənəsən!
Səni bağışlamayajam!
Səni görmək istəmirəm.
-Bilməlisən
Mənə çəkdirdiyinə
Peşiman olajaqsan.
Sənə söz verirəm!
Borjumu qaytarajam.
Alajağın olsun!
Səni görmək istəmirəm,
Nifrətə layiqsən!
Sənə çəkdirəjəm,
Görəjəksən!
Məni sev,
Məni oxşa!
Çək sığalı tellərimə,
Qoy əlini əlim üstə,
Həmdəm olsun əllərimə.
Qayğıma qal,
Məni sev yar!
Oxşa…
Talan könlümü.
Dodaqların nübar ola,
Qoyma könlüm qubar ola.
Bu ümiddi,
Köz istərəmi -
-Bir bal dadan
Söz istərəm.
Mənə baxan göz istərəm,
Mənə bax yar!
Bir şirin söz
Desin dodaq.
Desin;
-Ey gülüm,
ey süsənim,
addımbaşı küsənim,
ey nazım,
ey naz istəyənim,
-Mən səni sevirəm!
BİLMƏMİŞƏM
Sənin üçün illərimi
yelə verdim.
Bir dağ çayı aşdı keçdi
həyatımdan.
İllərimi selə verdim,
Bilməmisən.
Sipər etdim ajı dili gözəlliyə,
Bir kimsəni qoymamışam
Əli dəysin əllərimə.
Bilməmisən.
Ağuşuna sığınmaqçun
Aylar-illər gözləmişəm.
Gəlişini-dedişini izləmişəm.
Bilməmisən.
Gözləmişəm,
Görən nə vaxtbirjə kəlmə
«Gülüm» deyə səslənəjək.
Kaş, birjə söz…
Birjə kəlmə deməmisən.
Susa-susa,
Dözə-dözə,
Ürəyimi
Üzə-üzə
Gözləmişəm.
Düşünmüşəm;
-Sevmir məni!
Ağlamışam,
Bulud çaxıb,
Yağış yağıb
Gözlərimdən.
Yanağımdan dodaq üstə
Yaşım süzüb,
Yalamışam göz yaşımı.
Zəhər imiş!
Qədər imiş,
Bilməmişəm.
Od istədim,
Köz istədim,
Osağından.
Bir sığnajaq yer istədim-
Qujağından.
Verməmisən.
Öz-özümlə öz içimdə
Döyüşmüşəm hisslərimlə.
Bilməmisən.
Arzuladım-
Məhəbbətin alovunu
Gözlərindən,
Saçlarımın sığalını
Əllərindən,
Bir şirin söz
O dilindən,
Təpər umdum-
Ürəyindən!
Hədər imiş!
Allah!!!
Görürsənmi neyləmisən?
Bir ömürü puç elədin,
Bir ömürü heç elədin,
Amma…
yenə bilməmisən.
Eh!
Kül eşmə,
Köz axtarma
Sönən oddan.
Özünü gözə soxma,
Çıxmısan daha
yaddan.
De, yuxumda nə gəzirən?
Özün özünsən,
Xəyalın məndən nə istər?
Sürətin aşkar önümdə,
De, yuxumdan nə gəzərsən?
Gejələr yuxuda- yanımda
Gündüzlər yuxuda-yanımda.
Nədir sənin xəyalında ?
Bilmirəm.
Fikrim dolaşıq büsbütün.
Bağlı qapısı səadətin,
Yuxu kimi səltənətin,
Əsiri-qulu olmuşam.
Özün özünsən,
Xəyalın məndən nə istər?
Sürətim aşkar önündə
De, yuxumda nə gəzirsən?!
|