NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
Baharın gəlişi, təbiətin dəyişməsi, torpağın oyanışı ilə ətrafımızda yeni ruh, yeni həyat tərzi müşahidə olunur.  Biz də  bu yeniliyə qoşulur,  Novruz bayramı münasibəti ilə Azərbayjan xalqını təbrik edirik!  
 
 
Bahar,  xoş gəldin!
 
 
 
Qış gedir, yaz gəlməyə tələsir. Baharın gəlişi nə gözəlmiş, ay Allah. Torpaq oyanır, günəş yerə boylanır.  Gündüz uzanır, gejə qısalır. Gejə-gündüz jalanır. 
  Bahar gəlir! 
-Ah, nə gözəl, xoş gəlir!
Mücdəçisi novruz gülü, Bənovşə, «Bəndə düşər». Qışla yazın arasında görüşər, bizimlə bu zərif çiçək.  
Novruz gülü nədən belə tələsir? 
-Baxın, soyuqdan əsir. 
Qış ötməmiş o torpaqdan üzü yaza boylanır. Üşüyür, qəribsəyir deyəsən?! Boynu bükük bənövşə tələsir həmişə. 
  Bahar gəlir! Müsəlman ayının təqvimi ilə.. Müsəlman ayının yeni ili yeni təqviminə qovuşur. 
 Amma… Gələn baharın dumanı var, çəni var. 
Bahar yağışları göz yaşlarıdır, dağdan-dərədən sel oldu aşdı, çaylara qarışdı. 
  NOVRUZ! - yazın təravəti!
 Evimizə qonaq gələn, qırmızı belbağılı xonsalar, yaşıl-məxməri səmənilər, zəfəranlı paxlavalar, qırçın ləçəkli şəkərburalar süfrəmizin dadı-bəzəyidir. 
  Bahar gəlir! Nazənin gəlin kimi nazlana-nazlana. 
  Adətləri salaq yada. İnançımız oda, suya, yelə, torpağa.
Od çərşənbəsi-Atəşpərəst, oda sitayiş-Yanardağ. Bu ojaqdan od alaq. Tonqalları odlayaq.
Yel çərşənbəsi- Küləklərin yel qanadlı atı, sağdan sola, soldan sağa çapır. Yel qanadları üzərində köhnə ili təzə ilə təhvil verir.
Su çərşənbəsi-Yağış yağsın, Saf sulara jalanaq, saflanaq.
Torpaq çərşənbəsi- Torpaq oyanır, janlanır, ruzi-bərəkət bollanar.
Bahar gəlir! Buludlar yüklənir, qaş-qabağını tökür, bir də baxıb görürsən ki, dözmür, buludlar ağlayır. Bu yaşlar-yaz yağışlarıdır. 
Daha sonra dağlar çənlənir, bilmirik nəldən qəmlənir.  Yağışların gur məkanı-Dağlar.  Çağla, baharın gəlişi ilə, çağla. 
 Yaz yağışları ilə hər tərəfi yuyur. 
Yaz gəlir… Ah nə gözəl!
Təbiət dəyişir, gözəlləşir. 
Çılpaq ağaj və kollar həyalanır, yaşıl donlarını geyinirlər. 
İsti mövsümü sevməyən köçəri quşlar qatarlanıb köç edirlər. Yaşılbaş ördəklər, durnalar, sonalar qatar-qatar ötür, gedirlər…Gedirlər qayıtmaq ümidləriylə…
Baharın gəlişi ilə sərçələr də dil açdı., şehli otlara qarışdı. 
 Bahar mücdəsini  ğətirən -Qaranquş. Sinəsi ağ quş. Xoş gəldin, səfa gəldin. 
 Baxın, günəş jilvələndi, şəfəqləri yerə jiləndi.  Bütün dünya istiləndi.  Soyuq torpaq janlandi. Toxumlar jüjərdi.  Qırmızı qan qəngli qara xallı lalələr, doldu dağlar dərələr, yam-yaşıldı təpələr. 
 Yaz gəlməmiş bəzi ağajlar meyvə üçün tələsdi. Göyəm, alça çiçək açdı.  Yasəmənağajları saçaq-saçaq çiçək  tökdü. Neçə qollar bu çiçəyə büküldü. 
 Bahar gəldi- Arzular təzələndi, ümidlər ilə.
 Bahar gəldi- Ömrümüzü bəzədi, çiçəkləri ilə. 
Çiçəkli bahar, xoş gəldin, xoş gəldin!
 
RETTM, İnformasiya-Mətuat 
şöbəsinin müdiri
Mətanət Ulu Şirvanlı 
 
 
Əlavələr
 
Facebook beğen
 
 
 
Bugün 71 ziyaretçi (175 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol