Səni bəyənirəm,
Səni bəyənirəm, 
Sənə tapınıram,
Sənə qatılıram
Lap ağ yalan 
Desən də.
  
Mən sənə aşiq
Amma…
Ağlım qarmaqarışıq,
Çaşbaşıq
Bu olajaq 
Neyləsən də.
 
Bir yaxandı, bir əlim,
Axı nəyini pisləyim?
Səni görmək istəyim,
Elə döz-döz
Desən də.
 
Ox yayından çıxıb daha
Gözlərimə baxa-baxa,
Çəkmə yaxa,
Mənim olaçaqsan 
Ölsən də.
 
Xətrimə dəymə küsərəm
 
Dağların mehi əsərsə,
Məni küləkdən soruşun.
Küləklərlə birgə qoşa,
Gah o dağdan 
Gah bu dağa 
Əsərəm.
 
Fırtınalar qopararam,
Ürəyimdə dəniz kimi.
Xəyalların ləpəsində
O sahildən 
Bu sahilə 
Üzərəm.
 
Atam-anam iki-iki,
Həm ikili həm yetiməm.
Nə olsun ki,
Eh, yetiməm.
Qismətimmiş
Dözərəm.
 
Açılmayan sehrəm,
Sığal üçün ölürəm,
Bax indidən deyirəm,
Xətrimə dəymə,
Küsərəm.
 
 
Ay məni xoşlayan, sevən,
Həyəjan!!! bir addım geri.
Uzaqlaş, yeri-yeri…
Xirttəkləyib boğazını
Üzərəm.
 
 
Səndən ötrü,
Gözlərimdən gilə-gilə
Dərd ələndi, qəm axdı.
Sevdim deyə -
Zülm eyləmə.
Ay insafsız, bilmisənmi
Zülm eyləmək günahdı?
 
Allah sənə 
qənim olsun
Mənim olmasan!
Jəhənnəmə göra 
Olasan.
Kimin olsan!
 
Qalmışam odla su 
Arasında.
Sənsiz qərar verirəm.
Olmaz-olmaz deyirəm.
Elə ki, səni görürəm
Düşünürəm: Sevirəm!
Ayaqlarım geri dartılır,
Qollarım sənə sarı.
Beynim düşünür.
Gup-gup atılır.
Özümlə bagarmıram.
Sənə göndərdiyim xəbər,
Bir uju yalan 
Bir uju doğru.
Birbaş həqiqətdir.
Amma sən sevirəm,
Bu ki, məhəbbətdi!
Hey… özümlə döyüşürəm.
Bilirəm…
Əlimdə tutduğum bomba!
Bir gün parlayajaq
Geji-tezi var.
Ürəyim qubar 
Gəl məni apar
Hara istəyirsən.
Getdiyim yerdə 
Küssəm 
Neyləyərsən?
Bu da son!
Bəlkə ayrılaq,
Birləşməmiş?!
Düşünmək belə 
Ağırmış.
Fikrim pərəm-pərəm,
Dağılmış.
Düşünürəm:
-Allah məni öldür 
Amma qurtar 
Əzablardan.
 
 
Qurtarın məni
 
Yenə köklənmişəm duyğularıma,
Xəyallar yanına çvğırır məni.
Qayıdım o günə, ötən çağıma,
O ötən günlərin xəyalı, dəmi
Ağladar məni.
 
Yaman qəribsədim üşüdüm axı,
Dilimdə bir nalə, bir də bayatı.
Mənə bəxş etsələr bir də həyatıö
Yığaram başıma köhnə dostları
Nə gözəl o çağın dəmi!
 
İnlədin sinədə tarı, kamanı,
Dağıdın başlardan sisi-dumanı.
Qaytarmaq olarmı ötən zamanı?
Qəmlənmə a qardaş, injidir məni.
Dağıdın qəmi!
 
Qovuram getmir xəyallarımda,
Gəzdirir o gündə, o çağlarımda.
Bir həzin bayatı dodaqlarımda
Səslənir, kövrəldir məni.
 Ağlayım yəni?
 
Məndən nə istəyi, nə diləyi var,
Mənə nə verib ki, nə alsın xəyal?
Djanışar, dindirər, pis günə qoyar,
Çıxarım ürəyi dağlayım yəni!
 
Amandı, uzaqlaş əl götür daha,
Bir gənjlik var idi, qojaldım daha.
O ötən illərim dönüb xəyala,
Düşüb arxamja injidir məni,
Ah ölüm yəni?
 
 
İşlə-güjlə hey başımı qatıram,
Hissimlə oyanır, xəyalımla yatıram.
Gələn günü ötən günə qatıram,
Duyğuların selindəyəm, batıram,
Qurtarın məni!
 
 
 
Əlavələr
 
Facebook beğen
 
 
 
Bugün 19 ziyaretçi (45 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol