Gerjəyə döndərdi yuxularımı.
Bu payız ağajdan bir yarpaq düşüb
dindirdi könlümün duyğularını.
…Hardasa bir qızla oğlan görüşüb…
Gerjəyə döndərdi yuxularımı.
 
Boylanıb keçmişə, geriyə döndüm,
Titrədi gözümdə qəm yağışları.
Sonunju ümidim gözümdə söndü,
Töküldü ümidin son yarpaqları.
 
Bu payız yağışlar damla-damladı,
Ömrümün sonunju yağışıdımı?
Bəxtimin ulduzu sönük parladı,
Bu mənə Tanrının qarğışımıdı?!
 
***
Həsrətin oduna yandım, alışdım,
Bir bardaq su ilə söndürün məni.
Bu gejə üzümü yaşla yumuşdum,
Nə olar, siz Allah güldürün məni.
 
Atılıb qalmışam zindan günjünə,
Qaldırın mehraba - sevda kürsünə.
Sevdayla, sevgiylə alışan günə
İzahat verəjəm, dindirin məni.
 
Mətanətin sınıb, qırılıb qolları,
Açılsın önündə sevgi yolları.
O yolda qurulsun dar ağajları?
Asın, o kəndirdən öldürün məni.
***
 
Gözlərimin yaşın silən,
Ojağımı çatıb gedib,
O gün mənə könül verən
Bu gün məni atıb gedib.
 
Gözlərimin son damlası -
Qoyma üzümə düşə.
Başımda sevda havası-
Çağır gəlim görüşə
 
 
Yollarına gül düzmüşəm,
Bu eşq deyil, həvəsdi?
Gözləməkdən üzülmüşəm,
Qayıtginən, daha bəsdi.
***
Bir uşaq yapışıb əlimdən mənim,
Aparır, harasa çəkib, aparır.
Ayımı, ilimi, günümü mənim -
Özümü özümdən söküb aparır.
 
Bu uşaq keçmişin bu xatirəsin
Bu uşaq gənjliyin bir şirin səsin,
Solan məhəbbətin son hekayəsin
Nimdaş paltarma büküb aparır.
 
Lalammış, danışan gözlərim fağır.
Keçmişim  yük imüş, daşınmır, ağır
Yazmaq istəyirəm varağı çağır,
Mürəkkəb varağa söküb, aparır.
 
Bu uşaq mənəmmi, yoxsa yaddımı,
Bəxtim mürgülədi, yoxsa yatdımı?
Ay bu gələn yel qanadlı atdımı,
Məni yəhərinə çəkib, aparır.
 
İlahi, mən nejə bu yaşa gəldim?
Qədərlə çırpışa-çırpışa gəldim,
Əzrayıla rast oldum, tuşa gəldim,
 
Sinəmin üstünə çöküb aparır.
01.02.2010.    08. 21.
 
İlahi, bu gejə yenə 
gedirəm səhərə dipdiri gözlə,
Qaranlıq gejənin bu qış günündə
bəxtimə deyirəm dur, məni gözlə!
 
İsti otağımda yataq buz kimi,
Dörd divar gözünü dikib üzümə.
Gözümün yaşları ajı duz kimi,
Gilə-gilə, damla-damla
       səf-səf düzülür üzümə.
 
Yenə öz qınıma sığınmışam mən,
Yenə də özümə danışdım nağıl.
Deyirlər ağlamaz özü yıxılan,
Ay Allah, bəs niyə yıxılmışam mən?!
 
Nə gəzirsən yenə könül,
Bu dağ, bu daş, bu dərəni?
Yar gedib, getsin, nə işin -
Seyr et sevda mənzərəni.
 
 
 
***
Mən janlı ölüyəm, gəzirəm Allah,
Özüm öz qəbrimi qazımmı görən?
Yorulub, usanıb, bezirəm Allah,
Mən sənə şikayət yazımmı görən?
 
Yatmışdım, ətrafım çəmən qoxulu,
Başım üstə Tanrım idı,  ya Ulu?!
Bir yuxu görmüşəm, yaman qorxulu,
Yuxumu danışım, yozummu görən?
 
Yaratdın, böyütdün yaş verdin,
Göz verdin, ağlama yaş verdin,
Taley verdin qismətimi «boş» verdin,
Sən yazan bəxtimi pozummu görən?
 
Ojaq yandı, borj olaraq köz aldım,
İsti vurdu, çiçək təki sozaldım,
Dərdimi çalmağa getdim saz aldım,
İnləyən mən oldum, sazımmı görən?
 
03.02.2010.
 
 
Nə ola bir kimsə sala qolunu
Dolaya belimə, sara boynumu.
Dərman buyurdular sevda yolunu,
Allah, bu yollarda azımmı görən?
 
 
 
Əlavələr
 
Facebook beğen
 
 
 
Bugün 26 ziyaretçi (58 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol