Dilənçi
 
Janı qədər sevdiyi rəfiqəsinin ölüm xəbərini Məhnaza qonşusu Zərrin çatdıranda Məhnaz  qulaqlarına inanmadı. Zərrin həyəjanla yüyüyrə-yüyyürə özünü Məhnazın evinin kəndarına çatdırdı.  Təssüf içərisində, təlaşla:
-Məhnaz, Hilələ ölüb, dedi. Özü də…
Onun nə dediyini Məhnaz daha eşitmədi. Ona elə gəldi ki, xəbəri düzjün başa düşmədi. 
-Kim ölub, dedin?
                                                        ***
Zamanın qəribə oyunları olur. Uşaq oyunları kimi. Bənzərsiz, qəribəliklərlə dolu. 
Məhnaz şəhərin kənar məhəllərinin birində, həyət evində tək yaşayırdı. Yaşadığı evin həyəti böyük olmasa da səliqəli idi. Həyətin tən ortasında bir neçə ənjir və ərik ağajları, ağajların ətrafında isə isə qızılgül kolları əkilmişdir. Atını çapa -çapa ozünü hasardan içəri təpən külək ağajların tozunu çırparaq, tozları qızıljül kollarının üzərinə səpələdi. Eyni zamanda bir əlini uzadaraq evin pənjərəsini tappıldadır, üzlü qonaq kimi qapının arxasından əl çəkmirdi. Həyətin daimi sakini olan «Aslan» adlı balaja küçük dəli küləkdən qorxaraq, öznü divara söykənmiş boş maşın təkərinin içərisinə pərçim etdi. Hirslənən küləkyin  çaldığı fışrığa, vıyıltı səsinə qulaqlarını şəkləyir, ətrafı dişnəyir, təzədən qulaqlarını yatırdaraq, başını təkərin  içərisinə soxdu. Yayın tən ortasında payızın küləkli günü çox qəribə idi.
    Belə küləkli gejələrdən Məhnaz qorxurdu. Gözlərinə yuxu getmir, səhərin açılmasını səbirsizliklə gözləyirdi. 
  Axşamdan at oynadan dəli külək Məhnazı üçotaqlı mənzilinə çəkilməyə vadar etmişdir. Darıxırdı. Geniş, səliqəli otaqlar darıxdığından  ona dar gəlirdi sanki. Nə edəjəyini bilməyərək, ortada  get-gəl edir, bir başını qatmaq üçün bəhanə gəzirdi. Tərslikdən əsən külək elektrik xəttini sıradan çıxartdığından televezora da baxa bilmirdi. Kaş, ertədən qohumlarımın birinə qonaq gedəydim» deyə düşündü .Birdən, qapı döyüldü. Məhnaz sevinjək: -Qonağım var» dedi. Asta-asta qapıya tərəf yönəldi. Qapıya çatıb, əlini qapının sınıq dəstəyinə uzatdı. Əli dəstəyə çatmamış qapı öz-özünə jırıtlıyla açıldı. Qapının arxasında dayanan Hilaləni jördü. Sevindi Məhnaz. Nə yaxşı oldu,  deyə düşündü. Bəs həyət qapısını bunun üçün kimi açdı ki? Yəqin, yadımdan çıxıb açıq qoymuşam qapını, fikrindən keçirtdi. Məhnaz Hilaləni görsə də artıq sual verdi:
 -Sənsən?
-Mənəm, dedi, Hilalə. Soyuqdan donuram, otağa keçə bilərəm? Külək kələyimi kəsdi. 
-Keç, deyə Məhnaz qapının önündən kənara çəkilib ona yol verdi. 
Hilalə uçuna-uçuna içəri keçdi. İki qış idi ki, əyninə geyindiyi yaşıl paltosu, əlində isə qara əljəkləri var idi. 
Hilalə əljək qarışıq əllərini ağzına apardı. Nəfəsinin istisini əlinə üfürdü, istilənmədiyini görəndə əllərini palitosunun jibinə soxdu. Bütün bunlara tamaşa edən Məhnaz təssüblə:
-Hilalə, bəyəm çöldə bu qədər soyuq var?
-Nə Küləyin səsini eşitmirsən. .
-Küləyə baxma, yaydır, heç bu istidə adam da palito jeyinər?
-Mən geyinmişəm, nə olsun, dedi, Hilalə.
Heç nə başa düşməyən Məhnaz birdən Hilalənin öldüyünü xatırtladı. Janına dolan qorxu hissiylə:
-Zərrin dedi ki, sən ölmüsən!
Məhnazın bu sözündən diksinən Hilalə qorxunj baxışlarla ətrafına baxaraq:
Sus, dedi, hanı Zərrin buradadır?
 Bu sualdan sonra Məhnazın yadına Zərrin düşdü. Suala sualla savab verərək;
-Doğrudan a, hanı Zərrin, dedi. 
Hilalə çiyinlərini çəkdi. Başını əyərək paltosuna diqqətlə nəzər etdi. Məhnaz onun baxışqlarında qeyri-adilik gördü. Hilalənin gözlərində jin baxışı vardi. Məhnaz üşənə-üşənə:
-Paltonu soyunmursan?
-Yox, lüt-üryan qalaram.
-Altda paltarın yoxdur, bəyəm?
  Hilalə gözləri ilə paltosunun yaxasından içəri nəzər yetirə-yetirə. Orada heç nə yoxdur,dedi.
Məhnaz heç bir şey başa düşmədi. Sual dolu baxışlarını Hilaləyə dikdi. Hilalə ona ajıqla baxaraq:
-Palitonun altı boşdur. 
Məhnaz Hilalənin zarafat etdiyini zənn etdi. Ona yaxınlaşdı. İstədi Hilələnin əynindəki paltonu soyundursun.  Əlini paltosunun yaxasına atdı. Hilalənin paltosu əlinə gəlmədi.  Hava əlini yardı. Məhnazın əlnin boşa çıxması Hilaləyə ləzzət etdi. Güldü, hi…hi…hi…
Məhnaz Hilalənin gülüşündə sünülük gördü. Bu qeyri-adi gülüş Məhnazı üşəndirdi. Ona elə gəldi ki, bu gülüş Hilalənin jülüşü deyil. O yenidən əlini hilaləyə uzadaraq:
-Paltonu çıxart ver, asım asılqandan.
Hilalənin gözlərindəki gülüş bir andaja qışın sərt havasıyla əvəz olundu. Gülüş üzündə dondu. Sərt ifadəylə:
-Məhnaz ajından ölürəm.- dedi. Məhnaz əl-ayağa düşərək:
-Qadan alım, ay Hilalə, az, bir palitonu soyun, hazır, isti yeməyim var. 
-Yox, xörək istəmirəm, yavan çörək gətir.
-Buy, yavan çörəyi neyləyirsən, hazır yemək olan yerdə?
  Bu dəfə Hilalənin üzündə şirin gülüş peyda oldu. Şirin baxışlarla, ona: -Sən çörəyi gətir, dedi.
Məhnaz iti addımlarla qonaq otağına keçdi. Stolun üstündəki çörək qabından böyük bir tikə çörək kəsərək geri qayıtdı. Çörəyi rəfiqəsinə uzadıb. - Al ye-dedi. 
Hilalə əlinə çörəyə uzatmadı. Gözləri ilə çörəyi ajgözlüklə süzdü. Məhnaz təkrar:
-Götür, Hilalə, götür deyə təkid etdi. 
Hilalə çörəyi istəməyinə sanki, peşman olmuşdur. Quruyub qalmış kimi yerindən tərpənmədi Hilalə. Məhnaz əlindəki çörəyi onun əlinə vermək üçün Hilaləyə bir addım yaxın getdi. Hilalə həmin o bir addımı geri atıldı. Məhnaz təəjjüblə onun üzünə baxdı. Ona elə gəldi ki, hilalənin gözlərindən od çıxdı. Hilalənin gözlərindən jin çıxmış kimi əsəbi halda:
-Ver bəri, deyə əlini Məhnaza uzatdı. Məhnaz tez çörəyi hilalənin ovjuna qoymaq istədi. Çörək Hilalənin əlini ikiyə bölərək yerə düşdü. Məhnaz «Bismillah»  deyərək, gözləri böyümüş halda qapıya tərəf qaçmaq istədi. Hilalə onun arxasınja yüyürərək:
-Çörəyi ver bura, -dedi.
Məhnaz dəhşət içərisində, qorxa-qorxa geri qayıtdı. Gözləri hilalədə qala-qala aşağı əyildi. Çörəyi yerdən götürərək əsə-əsə:
-Al-dedi. Hildalə yenidən əlini çörəyə uzatdı. Amma yenə çörəyi götürə bilmədi. Buna nə qədər jəhd elədisə də heç bir şey alınmadı. Hilaləyə elə gəldi ki, əlində əlcək olduğu üçün çörəyi götürə bilmir. Onun üçün əlindəki əlciyimn soyundu. Məhnaz Hilalənin əlinin olmadığını gördü. Bu Məhnazı dəhşətə gətirdi. Elə bil ki, içərisindənə nə isə qırılıb içinin divarlarına çırpıldı.
-Hi eyləyərək içini çəkdi. Bu zaman Zərinin dediyi sözlər yadına düşdü. 
-Hilalə ölüb, Məhnaz.
Məhnaz yalnız bu zaman anladı ki, onun qarşısında dayanana hilalə yoxÖ onun ruhudur. Qorxudan nəfəsini içinə çəkdi. Abzının səyridiyini hiss etdi. Ağzının ətrafları uçuqladı. Məhnaz düşündü: «Zərrin haqlı imiş, onun yanında duran rəfiqəsinin ruhudur». Aman Allah, mən indi neyləyim? O. artıq Hilalənin üzünə baxmağa qorxurdu. Onun qorxduğunu anlayan Hilalə qəhəqəhəylə  güldü. 
-Məhnaz…Məhnaz… deyə, onu səslədi.  Səsi xırıldadı. Üzündə əsəbilik hiss edildi. Birdən gözləri həlqəsindən çıxmış halda dəli kimi:
-hi…hi…hi…  güldü.  Gülüşün ardından  səsi gəldikjə bağıra-bağıra:
-Sən mənimlə getməlisən!
-Hara?
Mən hara sə də ora.
Məhnazın dili topuq çaldı. Mən…mən…mən…-deyə kəkələdi.
-Hə, sən! -dedi Hilalə.
Axı mən ölməmişəm.
-Nə, demək istəyirsən ki, mən ölmüşəm, axmağın biri axmaq?!.
Məhnazın onsuz da qaçmış rəngi bir az avazıdı. 
 Qəflətən həyətdə böyük bir çaxnaşma başlandı. Məhnaz bu çaxnaşmanın içində Zərrinin səsini ayırd etdi. Zərrin qışqırırdı. Məhnaz bir anlıq Hilalənin üzünə baxdı. Bu səs küyü Hilalə eşitmirmiş kimi sakit-sakit dilləndi.
-Tələs, gedirik.
-Zərrinə nə isə olub.  Bəlkə ona kömək lazımdır. 
-Kömək Zərrinə yox, sənə gərəkədir. 
-Mən heç nə başa düşə bilmirəm-deyə, Məhnaz çaşqın halda Hilaləyə baxdı.  
 Həyətdəki səs-küy yüksəldi. 
-Zərrin bağırdı. Məhnaz…z…z həyətə çıx!
Məhnaz yüyürərək pəngərənin qarşısına keçmək istədi. Hilalə onun qarşısını kəsərək:
-Məhnaz, getmə! Hilalə çiyini iə Məhnazı itələyən təki onu pənjərəyə yaxınlaşmağa mane olmaq istədi.  
Məhnaz yalvarışlı bir tərzdə:
Hilalə, Hilalə deyə pıçıldadı. 
-Məhnaz, səni çağıran qardaşım Musadır, Zərrin deyil. O, məni aparmağa gəlib. Məhnazın qanı damarlarında donmuşdu sanki. Gələn səs Zərrini səsi olmasına baxmayaraq, çağıran qardaşımdır. Səsini Zərrinin səsinə oxşadır.  Bu andaja, sanki, Zərrinin ətini kəmiş kimi:
-Zərrin qiyyə çəkdi.   
-Ah…h…h… Ay Allah öldüm!
-Yox, yox, bu Zərrindir, ona kömək lazımdır deyərək, Məhnaz yüyürərək əlini sınıq jəftəli qapıya uzatdı. Qapı jırıldadı. Hilalə ona tərəf atıldı. Artıq jeg idi, sınıq jəftəli qapı artıq Məhnazın əlində idi. Hilalə heyfsilənərək:
-Ah, Məhnaz, Məhnaz…
Məhnaz qapıdan çıxmamış geri boylararaq Hilaləyə nəzər yetirdi. Gözlərinə inanmadı. Hilalənin varlığı havada əriyirdi. Hilalə yavaş-yavaş yoxa çıxdıqdan sonra jingiltili bir səs  eşidildi:
-Məni görməmisən, eşidirsən, görməmisən!
  Məhnaz özünü həyətə atdı. O, həyətdə doğrudan da Hilalənin qardaşı Musanı gördü. Amma Zərrini də yanında idi. 
Zərrin: - Bağışla Zərrin, səni evdən çıxartmaq üçün məni Musa məjbur etdi. Zərrin, nə baş verir mən heç nə başa düşə bilmirəm. Axı Musa iki il bundan qabaq ölüb?!
Zərrin çaşqın halda:
-Mən heç nə başa düşə bilmirəm. 
Musanın  əynində ağ libas, ayağı yalın, saçları pırtlaşıqhalda, əsəbdən ağzının jəngndən su tökülə-tökülə:
-Orasını qatışdırma, de görüm hilalə hanı?
-Nə Hilalə, mən Hilaləni görməmişəm. 
Yalan danışma, qanjıq.
Məhnaz Musanın sözündən pərt oldu, ürpənə-ürpənə:
-İstəyirsən keç özün bax, evdə heç kəs yoxdur. 
-Keç özün çağır.
-Kim var ki, kimi də çağırım?
-Musa Məhnaza yaxınlaşdı. Bərəlmiş gözləri ilə gözlərini Məhnazın gözələrinə zillədi. Məhnaz onun gözəlrində qırmızı qan ləkələrini gördü. Bu qan ləpələri süzülərək musanın gözəlrindən yanağında yaş kimi gilələndi. Dəhşət məhnazı bürümüşdür. Daxilində Allah, bu nə deməkdir, deyə özünə sual verdi. Amma dilində Zərrin, deyə qonşusunu səslədi. Büzüşüb bir kənarda qalmış Zərrin yüyürüb özünü məhnazın üstünə atdı. 
-Zərrin ölsün, ay Məhnaz, bu nə işdir düşmüşük, Musayla Hilalə ölüb axı?ı Özü də onlar küsülü idilər. İndi Hilalə onun nəyinə gərəkdir?
Musa:
-Çox danışdız a, kəsin!
Elə bu zaman Məhnazın evindən tükürpədiji bir çikkə qopdu. Səs hilalənin idi. Evin pənjərəsinin şüşəsi  çilik-çilik olaraq, yerə töküldü. Hilalə şüşəsi sınıq pənjərədən duman şəkilində axaraq, özünü həyətdəki ot tayasının arasına soxdü. Zərirn bir şey başa düşməyərək, qorxmuş halda, əlini ağına apararaq, qapanmış dodaqları arasından  soruşdu:
Buy, «Bİsmillah» o nə di ay Məhnaz? 
Məhnazın ona savab verməyə vaxtı olmadığından: 
-Musa, Hilalə getdi, özün də gördün, İndi çıx get!
Musa qanlı gözlərini bərəldərək:
Bəs deyirdin hilalə burada yoxdur, az qala inanmışdım. Ax, səni çoxbilmiş qanjıq!. Yox, yox, sən  qanjıq deyil, hətta qanjağın doğduğu imişsən! Musa ondan aralanar: 
-Mən mütləq qayıdajam, səni jəhənnəmə aparmaq üçün. Görərsən, qayıdajam!-dedi.
Musa özünü ot tayasına çatdırdı. 
   Səhərin açılmasına hələ çox var idi. Məhnaz gözlərini açdı. Yatağında qan-tər tiçərisində süst qalmışdır. 
-İlahi, bu nə yuxu idi dedi. Ağzında dili quruyaraq, taxtaya dönmüş Məhnaz güj-bəlayla dilini tərpədərək, dodaqlarını yaladı. Susamışdı. Su içmək üçün ayağa qalxmaq istədi. Uzandığı yerindən tərpə bilmədi. Dirsəyin yatağının qırağına dayayaraq dikəlib, çaprayısının üstündə oturdu. Öz-özünə sual verdi. -Görəsən saat neçədir? Saat vurulan divara diqqətlə nəzər yetirdi. Qaranlıq otağda heç nə görə bilmədi. Ayaqlarını yerə sürtərək çaprayının ayağından çəkələklərin axtardı. Qaranlıq olduğu üçün çətinliklə də olsa tapıb, ayağına keçirtdi.  Ələlrini divara sürtə-sürtə qapıya yaxınlaşdı. Qapının ağzından işıq düyməsini taparaq işıqı yandırıb, saata baxdı. Dördün yarısı idi. Su içmək üçün mətbəxə keçmək istədikdə qapı döyülüd. Məhnaz səksəndi .-«Bissimillah» Bu gejə vaxtı kimdir görsən? Qapıya yaxınlaşmağa ürək eləmədi.  Ona bir anlıq elə gəldi ki, hələ də gördüyü yuxunun təsiri altındadır.  Yuxunun təsirindən oyanmaq üçün başını silkələdi. Qapı hələ də  döyüldü. 
-Yox, doğrudan da qapı döyülür.-dedi Məhnaz. Tək yaşadığı üçün qorxudan qapını içəridən üç yerdən kilidləyirdi.  Buna baxmayaraq Məhnazın janını qorxu bürümüşdü. Yəqin, yuxu öz təsiri göstərmişdir.  Qorxa-qorxa olsa da Məhnaz qapıya yaxınlaşdı. 
-Kimdir? - deyə soruşdu.
- Zərrinin səsi eşidildi. Mənəm.   
-Zərrin?
Məhnaz yenə qorxdu qapını açmaq istəmədi. Bəlkə heç Zərrin deyil? Deyə özünə sual verdi. Önündə dayandığı qapının arxasındakının Zərrin olduğuna əmin olmaq istəyirdi.  
Qapı arxasından:
-Məhnaz..z. Məhnaz…Az, yatmısan, dur ayağa!
Məhnaz düşündü:
-Yox, bu Zərrindir, ruh-zad deyil, dedisə də intizarda qaldı. . 
Sınıq jəftəli qapı jırıltıyla açıldı. Məhnaz şübhəylə  Zərrinə baxaraq, ürəyində düşündü
Görəsən bu doğrudan Zərrindir? Məhnaz Zərrinə yaxınlaşdı. Əlini ona sarı uzadaraq, palitonu soyun, ver bura, deyrək, paltonun içərisində həqiqi bədənin olub-olmadığını əmin olmaq istədi. Zərrin həyajanlı idi. Məhnaz düşündü:
-Yox, bu ruhdur. Özündən ixtiyarsız:
-Sən ruhsan?
-Dəlisən, nə ruh! Zərrin onun əllərindən tutaraq, güldü. Onun əllərinin olduğunu görən Məhnaz axmaq fikrindən danışdı. Soruşdu: 
-Bu gejə vaxtı nə xəbərdir?
Telefonu niyə söndürmüsən, sənə zəng çatmır?! Ev telefonunu da götürmürsən.
Zərrin Məhnazı qorxutmamaq üçün səsini qısaraq, ehtiyatla:
Məhnaz, bir saat bundan əvvəl Hilalə keçindi. Məhnaz bu dəfə aşkarda:
Hi edərək, içini çəkdi.Qarabuğdayı çöhrəsi avazayaraq, sifətnin rəngi dəyişdi.  Üzünün əzələləri səfyriməyə başladı. Dodaqları dartıldı. Məhnaz əlini üzünə çəkdi. Dodaqları uçuqlamışdır.
Məhnaz:
Yuxum çin çıxdı. Musa doğrudan da Hilalənin dalınja gəlibmiş. Məhnaz çiyinlərində bir batman daş daşımış kimi əyilmiş halda, gözləri dola-dola otağa tərəf alddımladı. Otağın ortasına qoyulmuş solun kənarına düzülmüş stulun birin çəkərək, əyləşmək istədi Bu zaman stolun üzərindəki çörək qabındakı salafana bükülmüş çörəyi gördü. Yuxusu yadına düşdü. İxtiyarsız halda əlini çörəyə uzatdı. Elə bu andaja…
Bir əl duman şəkilində onun əlindəki çörəyi bürüdü. Çörək görünməz oldu. Məhnaz dəhşət içərisində bağırdı.  
  Məhnaz öz bağırtısına yuxudan oyandı. Başdan-ayağa qan-tər içərisində idi. Zərrindən sər-əlamət yox idi. Otabğa göz gəzdirdi. Özündən başqa bir kimsəni görmədi.  Məhnaz yuxuda və ya aşkarda olduğunu anlaya bilmədi. 
Bərkdən özünə sual verdi: -İlahi,  bu nədir, mən yuxu görürəm?. Bəs bundan əvvəl gördüklərim nə idi? Allah, bunların hansı yuxu, hansı aşkardı?  Heç nə başa büşə bilmirdi. Təzədən yuxuda olub-olmadığını bilmək üçün əlini dişlədi. Əti göynədi.  Yox, mən yuxuda deyiləm. Olanları analiz etmək üçün fikirləşdi. Deməli, yuxu içərisində yuxu. 
 
 
 
 
 
 
 
 
 
 
 
Əlavələr
 
Facebook beğen
 
 
 
Bugün 35 ziyaretçi (82 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol