Düşüncələr fimi
Qapa gözlərini,
düşün bir an,
Bir filmtək gözlərindən anbaan
Nələr gələr, kimlər keçər,
Bilmərəm...
Onu bilmək istərəm ki,
O filmin son anında
Bir kölgə tək,
bir xəyaltək olsam əgər
bu da mənə bəsdi əllbət.
Payız etyüdlərı və yaxud
yarpaq yoxsa gəlincik...
Bu payız xoşbəxt payizmış,
Yarpağı gəlincikdən gözəl!
Agacda qorxur son yarpaq...
İlahi, külək onu da qopardı.
Son yarpaq istəmir nə düşə,
Nə də tapdana ayaq altda.
Elə bu an bir qızcığaz
gəlinciyi qucağında,
laylasini çala-çala,
asta-asta gəldi,
dayandı ağacın altda.
Göydə titrəyən yarpaq
uçdu qızcığaza sarı.
Qızın körpə qolları
Qucaqladı yarpağı.
**
Yarı qızılı,yarı sarı,
Agacın son yarpagı
Gəldi qızın xoşuna.
Əlindəki gəlinciyə,
Və bir də ayagı altakı
yarpaqlara baxdı...baxdı...
Yapaqları yerdan yığdı,
istəklə köksünə sıxdı.
**
Yarpaqlar qisqanclıqla
bir-biriylə döyüşdü.
Biri düşdü, ikisi düşdü...
Bir-birinin dalınca
hamısı yerə sürüşdü.
Qız yenidən yığdi,
Yarpaqlar yenə düşdü.
Qızcığaz sinəsidəki
yarpaqları bir-birinə qatdı,
Deyəsən nəsə axtardı...
Nəhayət ki, tapdı.
Büzdü dodagını incik incik,
uşaq aglına- elə gəldi ki,
yarpaqları yerə atan gəlincik.
Çəkib, köksündən qopartdı,
Sarışın gəlinciyin yerə atdı.
Bu payız necə də xoşbəxt!
Bu payız da belə keçdi.
İlahi, payızın qüdrətinə bax,
Qızcığaz balasından keçdi.
2010-cu ilin payızı.
Qapılar, pəncərələr silkələnir,
Aglayır mənimlə birgə.
Ulduzlar qaçaq,
Ay yoxdur, itib,
Yorulub, yatmaga gedib bəlkə?!
Pəncərədən görsənən yollar...
O yollara az bax,
O, bir daha qayıtmaz!
Yorma pərdəni, burax.
O, qayıtmaz, sən də get!
Yollar ayagıma dolaşır, gedir,
Yetmır gücü qəm çəkməyə.
Kimi dərdindən yollarda,
Kimi çıxıb “dəm” çəkməyə.
Bahalı inamarka,
işində eşq oğrusu.
Qirmızı gözlərində şəhvət,
İlahi, dəhşətdi, dəhşət...
Qaranlıq gecə...
Ogurlanmış məhəbbət.
Arvadından gizli, xəlvət...
Necə də pişik kimi pusur.
Bu yekəlikdə təhqir,
Qəbul edir, susur.
Bax, uzanır yol...
Buyur, rədd ol!
Bu səs nədi, bu səda?
Mən meyxanədəyəm,
yoxsamı barda?
Bu gecənin babalı sənin,
Hava bürküdü, yoxsa sərin?
Cadarlanmış dodaqdan
çırpındı, qopdu bir ah!!!
Od tutdum, yandım Allah!
1111.2010.
Dörd divar üstümə qurdtək
Şəkləndi, uladı, yeridi Allah.
Səsləsəm, hay verənim kim?
Bura ruhlar “yeri”dimi, Allah?
Gedim, getməyim?
Aglım tərsə fırlanir,
Şərab içən adam təki...
Beynim-başım çalxalanır.
Çıx get Allah eşqinə!
Qapı kəndara calandı,
Kəndar dalana calandı,
Pillələr eşiyə çıxdı,
Ayagım yola calandı.
Bu bürküdə, bu istıdə,
Yiyə şıxan kim tapılar
Məni boyda əmanətə?
Qəm üzümdə,
dərd qoltugumda,
Möhtac qaldim bircə yelə,
Hara gedirəm belə?
Anam məni
təkər üstə doğubmuş,
Bədənim təkər üstə,
Aglım harda dogulmuş?
Bu ağırlığında dərdə
dözmədi, inlədi
bu yekəlikdə şəhər də.
Ruhsuzam,
dönmüşəm bir parça “ət”ə.
İlahi, kim yiyə çıxacaq
mən boyda əmanətə?!
15.11.2010.
Bir dəli şeytan deyir;
Min kədərin kəhərinə,
yeri ölü şəhərinə.
Ay qardaşım, ay atam,
Ay qibləyə üz tutan,
A bəxtəvər, a yatan,
Sən cansız,
mən diri ölüyəm,
Gör necə üzüntülüyəm!
Başın altda əhləd daşın –
Bəxtəvər ölü başın,
Şükür et bacasız evinə,
Yat, yayxan kefinə.
15.11.2010.
**
Kədər özümdən qabaq
Yeriyir yollar üstə.
Dodaqlar cadar-cadar,
Dil yapışıb dodaq üstə.
O, uşagın əlində Fanta...
Cibdə qara qəpik yox,
Gözüm qalıb uşaqda.
Vay, vay öldürür istı də,
Nə olar, utanma istə.
Kədər özümdən qabaq
Yeriyir yollar üstə.
Ay canım, onu boş ver,
Çək gözünü uşaqdan.
O uşağı yaradan
O görünməz Allahdan
Sən öz bəxtini istə.
15.11.2010.
***
Bu gecə, ah gecə...
Dünən gecə röyamda;
“Sən”adan “Bəsrə”yədək
Qonşə-qönşə, ləçək-ləçək
Yollar üstə döşənmişdir -
Sarı şışək!
O yuxuydu, həyat gercək!
Baldan şirin,
qardan sərin o şərabdan
Süz bir içək!
Baldan şirin - şəkər yardan,
Üzü göyşək!
Mən doymadım bəs sən necə?
Bu gecə, ah gecə...
Otaq soyuq, qucaq istı,
Axmaq odur yardan küsdü.
Budur gerşək!
15.11.2010.
Lənət şeytana!
“Səna”dan Bəsrəyədək
Dedilər, yollara nur ələnib.
Bax, ora düşmək üçün
Doğulandan ölənədək
Günah etməyəsən gərək.
Mən günahdan yaranmışam,
Allah rəhmət eyəsin atama!
Atam günahsız anama...
Lənət şeytana!
15.11.2010.
**
Ayaq məndə, baş səndə,
Aglım qalıbdı səndə.
Mənim başım əzizim,
Qalıb sənin sinəndə.
**
Mən öləndə əzizim,
Tabutu məxmər eylə,
Qaş-daşı gözlərimdi.
Qəbir baha, daş baha,
Ən ucuzu ölümdü.
**
Dərdim dərin dərədi,
Düşdüm, çıxa bilmirəm.
Dərdlə cəngə çixmışam.
Heynim, yıxa bilmirəm.
**
Nəm çəkibdi gözlərin,
Ha baxıram, nəmdi göz.
Başdan-başa kədərmiş,
Yaranandan qəmdı, göz.
**
15.11.2010.
Yollar qarşımızda ayrılıb gedir,
Sən üzü Qərbə dön, mən də Şımala.
Mən səni bilmirəm, məndən soruşsan
Keçdiim yollardan baxmaram dala.
**
Sənin xain qəlbindəki
qaranlıq və ölümdü.
Gecənin zülmətində
gözlərinin qan rəngində,
bir xəyanət göründü.
Mən sənə neyləmişdim?
Budur, sənin sayəndə
necə nankor sevindi.
28.11.2010.
Dəlidən dogru xəbər;
-Bu gecə daş yagacaq.
Bəxtəvər dəlinin başına,
Oynatmaga top tapacaq.
28.11.2010.
Allah, ölməmək ücün
bir gümüna baglıyam.
...Yollar qana bulandı,
görünmür amma...
Bu qan mənim qanımdı.
Uzaqda atlılar var...
Gəlsin, bəkə gümandı?!
Güman atla elə çapdı...
Yolçu, insafsız olma,
Ruhum elə incidi, elə yandı...
Elə bildim burulğandı.
28.11.2010.
Bu qərib diyarin
torpağı daşmı, gilmi?
Hey danışım danışım...
Kim biləcək dilimi?
Ruhlar qapımı döyür,
Açma, olü kafirdi.
Dilim batdı, kiridi.
Baba, sən allah ölmə,
Bura ölmək yeridi?!
28.11.2010.
Saat15. 04.
***
İztirab asılıb gözlərimizdən,
Qırpsan kipriyini qırılıb düşər.
Bir Tanrı bilir ki, ürəyimizdən
Nələr dövr eyləyər, nələr ötüşər.
Evlərdən günahlar asılıb qalıb,
Bəzən də sürünür daş səkilərdə.
Bəzən də susaraq qısılıb qalıb
Yanan sinələrdə, sevən ürəkdə.
Birinin gözundən yaş,
Digərinin ürəyindən daş
asılsa da
çoxundan gühah asılıb.
Biri mal oğrusu, biri yar oğrusu,
Hansı düzdü, hansı günah?
Heç bilmədim doğrusu.
Günahı işləyib
atırlar pəncərələrdən.
Hər səhər, sübh erkən,
küçəni süpürən qadın,
küçəyə tökülən günahları da
Söyərək süpürür,
hər səhər tezdən.
Şübhələr baş alıb gedir ayaqla,
Igid, yum gözunu, tapda ayaqla.
Aşdı-daşdı tüpürcək qalaqla
bilinmir kim-kimin
üzünə tüpürür Allah.
***
Qalmadı daha qardaş,
Duz andı, cərək andı.
Şeytan dönüb nə desə
bəndə ona inandı.
Nal asılıb qapıdan,
atlar yalın ayaqdı.
İt kişnədi zincırdə,
At it kimi yalmandı.
Dünya həmən dünyadı?
Yoxsa yeni zamandı?
Carxın dönsün a dünya,
İpin carxa dolandı.
Ocaqda yanan ladan,
Orda kim var ay adam?
Düşmən qapı dalında
Nə yatmısan ay nadan.
Gülləm oynadı getdi
Ayı pəncəsi üstə.
Yeddi canın yeddisi
getdi bircəsi üstə.
Ata, közün kül olmuş,
Ocaq catılmır daha.
Tüfəng lüləsi boşdu,
Güllən atılmır daha.
Yanaq lalə rəngimi,
yoxsa qana boyanmış?
Bundan əvvəl igidlər
Bircə qanın ugruna
Necə qana-qan almış.
Qalmadı daha qardaş,
Cörək andı, duz andı.
Biz naxələf olmuşuq,
Dunya həmən dünyadı.
14. 10. 2010.
Saat 21.50.
Bu gecə ayrılaq...
Nə mən aglamayım,
nə də sən gülüm.
Bir gecə darıxsan...
bagçanda sarı gül ətirım olsun.
Qərardı...
vermişəım daha -
Susginən, sən Allah xətirim olsun.
Bu gecə ayrılaq...
Sən üzü Qərbə dön, mən də Şimala,
bir daha baxmayaq geri.
Ah, sənin ürəyini
dolduran yeri -
Mənim əvəzimə sevərsən gülüm.
Payızda şimşəklər çaxana kimi,
Məhəbbət yağışı yagana kimi,
Qoşa ulduzumuz dogana kimi,
Bu gecə ayrılaq, ayrılaq gülüm.
21.10.2010.
Denən
Üzüdaga qalxan yolçu,
Ordan Tanrıya yaxınmı?
Sən ordan mənim adımdan
Ərz et Tanrıya yuxumu.
Bu gecə göydən ulduzum
Necə axdı, söndü, denən.
Məni sevən atib, getdi,
Üzü məndən döndü, denən.
Şahə qalxdı yerdə külək,
Agaclar bar verdi çörək.
Lamə adında bir Mələk,
Göydən yerə endi, denən.
Soruş, varammı yadında,
Bəndəsi var Mən adında.
Bir mələk eşqin odunda
Tez alışıb, söndü, denən.
A yolcu, qurbanın olum,
Tanrıya yetdimi qolun?
Mətanət adında qulun
Dogulantək öldü, denən.
Saat 21.25.
21.10.2010.
Arşınlama yolu mənlə,
Bu yollar bezardı əlindən sənin.
Sürün dumanla, çənlə,
Mən səni sevən deyiləm.
28.11.2010.
Yeridikcə əllərim ayaqlarımdan irəli can atır, yəqin ayaqlarımın daşıdığı yükdən xəbəri olsaydı təkəbbürlükdən əl çəkərdi.
Hərdən uşaq, hərdən də qarı ruhunu daşıyıram. Gah daşda, gah agılsız başda, gah da yagışda yaşayiram.
1.Dalaşmayın! Siz bu döyüşdə abır silahınizı itəcəksiniz. Tamaşaya duranlarsa onu tapacaq.
2. Görəsən insan ehtiraslıdır, yoxsa təbiət?
3. Nifrət və şəhvət; hansı güclüdür?
4. Antik dünyanın təzə hec nəyi yoxdu, görüntülər yeni formatdır.
5. Ehtiras mənəvi və hətta maddi dəyərdir. Qiyməti canla ölcülər.
6. Ölüm gözəldir, ciyinlərə yüksəldir.
7. Dəlilər hamının düşünə bilmədiklərini deyəs bilirsə həqiqi bir dahidirlər!
8. Payız qocalmış, gözəl qız kimidir, soyuq da olsa cəlb edicidir.
9. Salam Xoruz, kişi adamsan!
10. Gözəllik – sərhəd tanimaz!
11. Təbiət əsərı yalnız qocalıqdır!
12. Dirilik yorgunluq, ölümsə dinclikdur.
13. Əstərənsafil – qacaq ölülərin məkanı.
14. Hər gecə düşünə bilsən sevgin ölməyəcək!
15. Agılsız yaşamaq olar, Allahsız yox!
16. Ölmək də keyfiyyətdir.
17. Köləlik – qul olmaq deyil! Əzilmiş ruhun yüksəlişidir.
18. İnsanlar özləri də bilmədən bir-birlərini alir-satir.
20. Nədənsə ötürü narahat olmaq tam əsassizdir. Cünki, dünyada hər şey ötəridir.
21. Sən və mən. Qeyri-müəyyənlərik.
22. Başına gələn bədbəxtliyi sev. O səni sevdiyi kimi. |