Geşənin sazagında, şaxtasında
gül üstə şeh üşüyür.
Göy üzündə Ay yalqız
Ayı müşayət edən yalnız –
Zəif, zərif kiçik ulduz.
Tutqun göy üzündə
parçalanmış buludlar
göyün ənginliklərində
lələklərin çırpa – şırpa,
rəqs edərək uçuçırlar.
Şaxtadan qorxmadan
Bagçamdakı qızılgüllər
həyat eşqiylə yenidən
tumurçuq açırlar.
Və birdən göy üzündə
Ay harasa tələsir,
Yanındakı kiçik ulduz
Ürkərək, təlaşla
Ayın qarşısını kəsir.
Ay göy üzündə süzüb gedir,
Buludlar əl edir
Ayın arxasınca.
Göy üzündə tənha qalan
ulduz vurnuxur göy üzündə
İlahi, ağlayırmı,
yaş görünür gözündə?
Bagçamdakı qızılgüllər,
Zərrin yağışlara təşəkkür edirlər.
Yuyunurlar ulduzun göz yaşında.
Salsa
Ürəyim azadlıq istəyir.
Hara gedirsən başıhovlu? Tezliklə qaranlıq düşəcək, yeri get evinə. Sənin nə işin var axı metro stansıyasında. Ünvansız mənzilə getməkmi olar?! Bayaqdan min fikir gəlib ağlıma görəsən hara gedim? Partladım Allah ! Gör ətrafda nə qədər insan var. Hamısı da yad sima. Kaş bir nəfər tanış çıxaydı qarşıma. Bir-neçə kəlmə kəsəydim onunla.
Növbəti stansiya 28 may. Düşün qataradan, düşməyim. Düşsəm yaxşıdır. Bəlkə qayıdım evimə? İcimdən bis səs; Yox, qayitma, deyir. Deyəsən, ayaqlarım çəkib məni harasa aparırı axı. Hara gedirəm? Əşi nə bilim, ayaqların hara aparırsa elə ora da get.
Şəhərin mərkəzində yerləşən, yalnız görüntüsü qalan köhnə dəyirmanın yanından ötüb dənizə sarı can atıra. Uzun yolun kəsişməsində haradansa musiqi sədaları gəlir. Bayaqdan məni rabitəsiz haralarasa sürükləyən aayaqlarım bir anlıq yerə mıxlanır. Musiqi sədasından simi qırılmış ney kimi titrədim. Bura haradır? Qoy görüm buranın qapısı haradadır. Binanın tininə dönürəm. Qarşıma əlcəksiz dəmir qapı cıxır. Astaca qapını itələyirəm. Mərmərə tutulmuş pəllələr məni zirzəmiyə yola salır. Sag tərədən zərb alətlərinin səsini xatırladan ayaq səsləri. Geniş aynalı zalda qara libaslı, uzun boylu oğlanlar milli musuqumizi öyrənirlər. Oglanlardan bir mənə yaxınlaşır: -Nəsə lazımdır? –soruşur.
-Yox, sadəcə baxıram. Bəs qızların otagı haradadır, deyə həmin oglana sual verirəm.
-Sol tərəfdə. Cavabı eşidilir. Bu da qızların toplaşdıfı məşq zalı. Nündür boylu bu qızın əlindəki nədir elə. Deyəsən, pişikdir, Yox, itdir. Bir anlıq it və ya pışik olguna tərəddüd edirəm. İlahi, bu nədir, it ya pişik. İlahi, bu yaratdıgın hansı məxluqdur. Lap başımı itirdim. La İlahə İllələh. Nə qəribə məxluqdur bu. Bu boyda aditoriyada bu qədər qızlar qaldı aglım bu qəribə məxluqa ilişdi qalı. Bu an qız əlindəki heyvanı yerə tulladı. Yerə düşməyindən pişiyə oxşadı. Axı qulaqları it qulagıdır. Ortada gəzişən xal-xal dərili...lənətə gələsən kor şeytan! Bu nə idi qarşıma çıxdı. Qəfildən qəribə musiqi səsləndirilir. Elə o andaca totuş bir oglanla arıq bir qız meydana atıldı, qıvraq hərəkətlərlə ortada oynamaga başladılar.
-Bu nə qəqsidir deyə yanımda dayanan arıq cəlimsiz bir qızdan soruşuram.
-Salasa rəqsi.
-Nə rəqsi?
-İtalyan rəqsi.
-Bu nə anlam daşıyır.
-Qədim italyanlıların hər hasısa salatlarındansa götürülmüş ad., deyə qız cavab verir.
-Başa düşdüm. Bu nədi? Bax, bunu başa düşmədim, pişik də, yox it... Eh, nə isə... Bu qəribə məxluq da salsa rəqsi oynayir ki?! Dünyanın qəribəliklərinə bir bax İlahi!
Getsəm yaxşıdır. Qaranlıqda düşüb deyəsən. alatoranlıqda qapıdan çıxıram. Hə, lap hər yan şülmətə dönub. Dayan, bir görüm buraya vurulan lövhəyə nə yazılıb. Azərbaycan Dövlət Neft Akademiyası
“Gənclik” rəqs studiyası.
Lövhəni oxuduqdan sonra ayaqlarım bədənimi lövhənin qarşısından çəkib arardı. Yenə hara gedirəm. Dayan, zəng et köhnə qəfiqənə. Çantamı eşəliyib telefonumu cıxardıram. Buna bax ey, zibilə qalasan! Heç bircə dəfə də olsun zəng gəlməyib. Kimə gərəksən axı?!
- Xəttin o başından yogun kişi səsi eşidilir. Alo. Hə, gəl gözləyirəm. Ayaqlarıma baxıram.
Yeri ayaqlarının aparacağı yerə. Ayaqlarım da məni elə dartır a. Budur bu da dəniz kənarə park. Gecənin qaranlıgında kimsəsiz sahil ləpə döyürdü özüycün. Parkda yerləşən Bakı pestoranıda əyləşən onaqlar bərq vuran işıqlar içərisində aydınca görsənirdi. Xəyallarımda özümü restoranin icərisində hiss edirdim. Uzaqdan eşidilən gəmi fiti məni xəyallarımdan ayirir.
-Nə oldu axı gəlib çıxmadı. Yenə zəng edirəm. Hə, indi gələcək!
Başım üzərımdəki lövhə diqqətimi çəkir. “Dəniz gəzintisi”. Ağlıma gələn düşüncədən daşınıram. Olmaz . Palıd ağacının yarpaqların dəniz küləyi gətirib ayaqlarıma dolaşdirir.
-Hə, xoş gəldiniz onsuz da danışmaga adam tapmıram. Külək sizi hara aparır? Getməyin, dayanın!
Yenə telefona sarılıram. Səni lənətə gələsən! Gəl, çıx! 5 dəqiqəlik kiminləsə danışmaga ehtiyacım var.
Qaranlıqda dəniz nə gözəl sayrışırmış Ay işığı altında. Soyuqdan əllərimi agzıma təpirəm.
Səs... Kiminsə ayağı altında qalan xəzəllərin xışıltısı.Yaxınlaşan addım səslərindən qorxub çantamı sinəmə sıxıram. Yoğun gövdəli ağacın arxasından əlində araratı, nazik bədənli, cavan fotoqraf çıxır.
- Şəkilinizi cəkim?
- Pulum yoxdur.
- Çəmi 1-cə manata.
- Yaxşı çək.
- O zaman işığa gəlin
- Yox, dənizin qaranlıq rəsmini arxa planda istəyirəm.
Canım boğamıma yıgıldı. Səni bəlaya gələsən, dondum, gəl şıx. Sən gələnə qədər budur, çəkdirdiyim şəkilim gəlib çıxdı.
Dəniz, qaranlıq və mən. Əcəb maraqlı kompazisiyadır. Nələrsə yenə romantika yaz .........
-Bismillah. Qorxdum. Nəhayət ki, gəldin. Cin kimi görünməzdən çıxdın. Haralarda qalmısan, gəl çıx də. A...a...a bu nə üst-başdır? Əyin-başın qan içindədir. Sən dalaşmısan.
-Hə, dalaşmışam. Sən məni bagışla, getməliyəm.
Bu səhər sahil kimsəsiz,
Səkilər üşüyür, donur.
Qozalı palıd agacına
Qara qarğalar qonur.
Dəniz ulduzu su üzündə üzür,
tələsir, sahilə can atır.
Göy üzündə qiy vuran qagayı,
su üzündə balıq gəzir.
Vurnuxur dəniz, gəlin haraya
bir dəli dalğayla çırpılır qayaya.
Lövbər salan, yan verən gəmi,
Sahilə arxayın deyəsən.
Ekvalent agacı təlaşla çırpınır,
Külək saçların yolur deyəsən?!
Kimsə yox sahıldə məndən savayı,
Addımlarım sükutu yarıb.
Gözlərim dənizdə qalıb,
Gələrmi, gəlməzmi bilmirəm...
O, ki, üzməyi bilmir,
Gəmisə burda qalıb.
Bu səhər sahil kimsəsız
Qargalar, qagayı, dəniz ulduzu,
Agzı var, dili yox balıq,
Kimsəziz yetım səkilər,
Sizi çoxları sevir,
Bir azdan gələr kimsələr.
Başqa şey gəlmir aglıma,
Əlim-qolum çalın-çarpaz.
Tənhalıgı basıb bagrıma,
Atılım dənizin qoynuna,
İlahi, bunu da bəxtimə yaz.
Əlimə süzən damcılar
Sadəcə göz yaşım deyil.
Ayrılıgın nişanıdır,
Gəl yardan ayrılaq deyir.
Addımımı geri çəksəm,
Ləpimim yandırır məni.
Saçlarımdan teli çəksəm,
Tut əlimdən apar məni,
Apar Baba dağına.
Bu gün qətl günümdü,
Qoy sığıınım dərgahına.
Görünmür gözə illərim,
Hardan gəlib, hara getdi?!
Bu payız küsüb məndən,
Gələn bahara getdi.
Kilidi vuracam dilə,
Daha sənə can deməyim,
Bir ovuc qalan külümə,
Yaşayan güman deməyin.
Hər tutquna duman demə.
Bəlkə, tüstü, qaradı.
Canı cana qurban demə,
Bəlkə dərdinə yaradı.
Bu orman, bu dag, bu təpə,
Gözlərimdə oyauncaq.
Sevgim daşdı ləpə-ləpə,
İlahi, fırtına olacaq!
Nəşəmi qaldırıb gülab,
Dəliyəm, daş verin mənə.
Ağlaya bilmirəm vallah,
Borca yaş verin mənə.
İlahi, bəxtimi qətrə -qətrə,
Misqal-misqal niyə yazdın?
Mən yuxumu düz gördüm
Sənsə tərsinə yozdun?
Nə yerə, nə göyə sıgmıram,
Yadelliyəm, dönüm gedim.
Yer kürrəsi mənlik deyil,
İcazə ver ölüm, gedim.
Tut əlimdən apar məni,
Apar Baba dağına.
Bu gün qətl günümdü,
Qoy səğıınım dərgahına.
style='mso-ansi-language:AZ-LATIN'>
|