Bir kimsə eşqimə pis deyə bilməz!
Cən mənim ömrümdə mələklər kimi,
Mələklər pis xəyal eyləyə bilməz.
Mənəim məhəbbətim allah vergisi,
Bir kimsə eşqimə pis deyə bilməz!
 
Ruhumun havası köklənib bəmdə,
Çalır havasını asta-asta sinəmdə.
Bir apxıl önümdən keçsə bu dəmdə.
Bu şirin xülyama bəs deyə bilməz!
 
Səadət bilirsən, bir uca varlıq,
Sevginin aləmin edir dumanlıq,
İçsək eşq şərbətin heç doyanmırıq,
Özgələr aşiqdən küs deyə bilməz!
 
Məhəbbət yaranış əzəli başdan,
Varlığı zərifdi zərli qumaşdan,
Sevirəm sözünü demə yavaşdan,
Bir kimsə səninə kəs deyə bilməz!
 
Qalıb
 
Nə vaxt deyəjəksən sevirəm səni,
Bu söz dilindəmi ilişib qalıb?
Heç zaman demədin sən bu kəlməni.
Mənimsə gözlərim dilində qadlıb.
 
Yaşaram səninlə uzun illəri,
Mənə yasaq etdin şirin dilləri.
O ötən illərdə sevədin məni,
Yəqin ki, yadımda başqası qalıb.
 
Hər axşam, hər səhər, ümidlərimlə
İntizar gözlərim gözündə qalıb.
Yəqin taleyimi küləklər alıb,
Zamanın titrəyən yelində qalıb.
 
Elə baxma qara göz
 
O göz kömürdən qara,
Elə baxma qara göz.
Durub janlar almağa,
Elə baxma qara göz.
Göz üstündən yay kimi,
Dodaq şirin bal kimi,
İşıq saçan ay kimi,
Elə baxma qara göz.
 
Durub qəsdə alır jan,
Ağ üzdə qara mərjan.
Baxma, dəli olajam.
Elə baxma qara göz.
 
Özümü aldatmışam
 
Bu həyatı mən sevirəm,
Taley məni seməsə də.
 
Arzulardan daşan sənət
Qəlb oynadan injəsənət.Nə keçiji, nə xəyaldı.Ona olan məhəbbət.Xəyalən obrazları Xəyalımda yaratdım.Həzin, injə istəkləri,Ürəyimdə oyatdım.Aktrisayam sandım,Bu yalana inandım,Geniş səhnəyə çıxıb,Mən Sevili oynadım.Beləliklə sanmışamİstəyimə çatmışam.Daha inanmadım ki,Özümü aldatmışam.Sevdirə bilmirəm özümü sənəBu da qismət, bu da alın yazısı,Köklənib yenə də dərdimin sazı.Ey mənim eşqimin dərdi əlajı,Sevdirə bilmirəm özümü sənə.Gəzirəm hər zaman xəyallı,Ömrümün yolları əyri, dolaylı,Əmrinə müntəzər qolları bağlı,Sevdirə bilmirəm özümü sənə.Eşqin mərhəti ürəkdən keçir,Səndən ürəyim injiyir, küsür,Mənim də könlümdən sevilmək keçir,Sevdirə bilmirəm özümü sənə.AğladımYar sormadı məndən dərdimi.Baxdım mənə biganə ağladım.Sarı saçlara dəymədi o əllər şanə,Hər kəs mənə biganə, ağladım.Başladım fəryada qəmli, avazla,Ad qoydular mən divanə, ağladım.Düşdüm gərdişə aram, avazla,Gəlmədi bir kimsə gümanə, ağladım.Gözlədim zamanı, vəti-təmami,Getdi boşa vaxtda bəhanə, ağladım.Keçdi göz önümdən həyatı baharım,Pis günlərim düşdü xəyalə, ağladım.Alışdı istəyim yandı tonqallartək
 
    Alovlandı,  çəkdi zəbanə ağladım.Ey Mətanət, rəqiblər keçdi səndən ötə,Sən qaldın yanə-yanə, yandım, ağladım.Vətən torpağını düşmən almasın Gedəndə bir günə dönərəm dedin,Əhdinə vəfadar ola bilmədin.İstəyim səninlə ömürlük qalmaq,Təkjə bir gününü qala bilmədin.Amansız taleyim izn vermədi,Əlimlə əlinə üzüyü taxım.Sənə öz gözümlə baxa bilmədim,Anamın gözüylə doyunja baxım.Almasını üzünü nə qüssə, nə qəm,Gözündə ömürlük dalda qalmasın.Biz şəhid oluruq ondan ötrü ki,Vətən torpağını düşmən almasın.
 
 
Əlavələr
 
Facebook beğen
 
 
 
Bugün 28 ziyaretçi (63 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol