İt başı
Mətanət Ulu Şirvanlı
  İt başı
Proloq
Musa Nağıyev xəstəxanasından yola düşən qəm karvanı üzü Şirvan torpağına sarı irəliləyirdi. Bir-birinin arxasınja düzülmüş yeddi minik maşının içərisində əyləşənlər hüzünlü idilər. Bir həftədən artıq üzlərinə kədər hopmuş yolçular qarşıda gedən Təjili Tibbi Yardım maşınında nə olub-bitdiyini öyrənmək  üçün   tez-tez maşını saxlatdırır, vəziyyətin nə yerdə olduğunu bilmək istəyirdilər. 
Təjili Tibbi Yardım maşınında əyləşmiş, üzü nurlu, ağzı Quranlı qadın qardaşının dodaqlarına pambıqla su  damızdıraraq hüzünlü səslə:
- Maşını tez-tez saxlatdırıb, bədbəxti injitməyin. Şər düşür, ləngiyirik. Harada janını Allaha tapşırsa orada maşını saxlatdırajam, dedi. 
 
***
    Yolun kənarlarında əkilən çinar ağajları «Munjuqlu»  kəndinin ağ, tolu yolların? kəndin girəjəyinə qədər müşayət edirdi. Dəli Həsən bu tozlu yollarda irəliləyirdi. O, yolun tən ortasında, balaja köprüdə dayanıb nəfəsini dərdikd?n sonrs yoluna davam etdi. O, körpünün yaxınlığında yerləşən «Qoşasöyüdlü»  bulağına yaxınlaşıb, özünü pal-paltarlı bulağın suyundan göllənən gölməçəyə sald?. Sonra sudan çıxıb insana xas olmayan, itə məxsus hərəkətlə bədənini silkələdi. Dəli Həsən paltarını qurutmaq üçün özünü günə vermək istədi. Üzünü göyə cevirib goy? baxd?.Günəş gorm?y?n Həsən eh, edərək əlini havada sallayaraq kəndə sarı yoluna davam etdi. Kəndin girəjəyində - «Şor bulağ»da toplaşan qız-gəlini görjək üz-gözünü turşutdu. Onlardan ajığı gəldiyini hiss etdirərək qaş-qabag?n? tok?r?k  yanlarından ötüb keçdi. 
  «Munjuqlu» kəndinin yeganə dükanına çatanda dayandı. Dükanın sağında yerləşən, qol-budağıyla dükanın damını örtən tut ağajının yuxarı hissəsindəki budaqlarına diqqətlə baxdı. Ağajla fəxr edirmiş kimi gülümsədi. Baxışlarını ağajın ətəklərinə qədər gəzdirdi. Gözləri tut ağajının  gövdəsinə çatandı kəndin veyl kişilərini ağajın altında kart oynadığını gördü. Ağıllı adamlar kimi başını buladı. Bunu görən kişilərin kefi duruldu. Onunla əylənmək üçün Dəli Həsəni yanlarına çağırdılar.  
-H?s?n, g?l gor?k n? var, n? yox?!
- Həsən: - Bu boyda «Munjuqlu»da  bir ağıllı adam yoxdur ki, söhbət eyləyəsən deyib, onlardan uzaqlaşdı. Yaşadığı evin yolunu ayaqları ilə arşınlaya-arşınlaya dikdirə dırmanmağa başladı. Evinin sınıq-salxaq taxta qapısına çatıb dayandı. Gözü küçədən üzüaşağı dələn qadını gördü.  Qadın onun bərabərinə çatanda dayanüb dəli Həsəni dolamaq istədi. Axşamüstü olmasına baxmayaraq:
Sabahın , Həsən! Səhər - səhər  «Şor bulaq»da çimibsən?-soruşdu.
Həsən onun dediklərinə məhəl qoymadı. Bir-neçə dəqiqəlik qarşısında dayanan qadını xəyalında soyundurub hər  yerinə baxdı. Gonbul qadının eyiblərini xəyalən görüb, qəhqəhəylə güldü. Elə bu an yaxınlıqdakı darvaza jırıltıyla açıldı. Dəli Həsən Çeşmini görən kimi özünü yığışdırıb dilləndi:
 -Salam məleyküm Çeşmi bajı.
- Əykümməssalam, Həsən qardaş! Nə var, nə yox?
-Heç. Bu , xaraba qalmış kənddə ağıllı bir kəs tapmıram ki, dərdləşəm. 
***
Yolu yarı etmiş qəm karvanı əyri dolayları arxada qoyaraq «Ajı dərə «deyilən düzənliyə çatdı. 
    Qarşıda gedən Təjili Tibbi Yardım maşını sürətini azaldaraq yolun kənarında dayandı. Maşın dayanan kimi arxadakı minik maşınında əyləşənlər bir anının içərisindəjə yerə töklüşüb Tibbi Yardım maşınına sarı yüyrürdülər. Dörd javan qızın qışqırığı, maşınlardan tökülən adamların ağlayışı mağistiral yolunda hadisə yaratmasına səbəb olduğundan kişi xeylağlarından bir-neçəsi: 
-Getdik! - deyib, Tibbi Yardım maşınına tərəf yüyürən qızları maşinın artıq açılmış arxa qapısı ağzındaja yaxalayıb, onları atalarına yaxın qoymadılar. Sinələrindən  itələyərək maşinlara əyləşdirdilər.  
-Ata, deyib, bağrışan qızların səsləri çırpılan maşın qapıları arxasında əridi. 
    «Ajı dərə»də dayanan maşınların birindən düşən javan oğlan həyajandan sidiyini saxlaya bilmədi. Şalvarını isladajağını görüb, özünü yolun sağ kənarındakı yarğana saldı. Özünü yarğana salan oğlanı heç kəs görmədiyindən onun qəm karvanından ilişib qaldığından da heç kəsin xəbəri olmadı. 
 
***
  Böyük izdihamı yara-yara, toplaşanların nəyə baxdığına görmək üçün Sərvin irəli jan atırdı. Ona mane olan sonunju adamı qarşısından kənarlaşdırdı. Gördyü mənzərəyə təjjübləndi. Qarşısında böyük, qəbirə oxşayan qızıl topası qalaqlanmışdı. Qəribəsi o idi ki, heç kəs qızıla əl uzatmır, bərəlmiş gözlərlə qızıl topasına baxırdılar. Və birdən qızıl topası silkələndi. Əvvəljə parıltılı janlıya, daha sonra isə bir ölüyə çevrildi. Sərvin qorxusundan qışqırmaq istəyirdi ki, birdən ölünün onun atası olduğunu gördü. Doğrudan da atasının ölüb-ölmədiyini ayırd etmək üçün topaya sarı əyilmişdir ki, toplaşanlar Sərvinə əhəmiyyət verməyərək atasını çiyinlərinə qaldırdılar. Yeyin addımlarla dar və uzun keçidi adlayaraq uzaqda görünən qəbiristanlığa sarı yönəldilər. 
   Sərvin boğazının ajışdığını hiss etdi. Ata! deyib qışqırmaq istədi. Səsi çıxmadı. İzdiham Sərvini ayaqlayaraq yolun kənarına saldı. 
      Yaxınlıqdakı məsjiddən əzan səsi yüksəlirdi. Sərvin divarın künjündə, çarpayının yanına  yerləşdirilmiş dolabın üzərindəki gejə lampasına əl atdı. Lampanın düyməsini basıb, yataq otağını işıqlandırdı. Dolabın üzərindəki balaja saata baxdı. Altıya üç dəqiqə işləyirdi. Yuxudan erkən oyanmışdı. Qorxulu yuxunun təsirindən oyanmış Sərvin ürəyində: - Allah, özün kömək ol!- dedi. Görəsən, atam nejədi? Onu kəndə sağ-salamat yola salmışdım axı?! Yuxuda qızıl topası nə deməkdir, görəsən? Yuxusu qeybə çəkildi. Özün kömək ol Allah, deyib, ayağa qalxdı. 
Bir neçə saat olardı ki, Sərvin qonaq otağının aşağı hissəsindəki yumuşaq kresloda əyləşib, gözlərini dəhlizdən görsənən giriş qapısına zilləmişdi. Ona elə gəlirdi ki, bu dəqiqə qapı döyüləjək, kim isə atasının ölüm xəbərini gətirəjəkdir.  Qarşısındakı curnal masasının üzstündən qızının kiçik əl güzjüsünü götürüb, özünə baxdı.             
    Gözəgəlimliydi Sərvin. Xariji görünüşdən anasına bənzəsə də xasiyyətdə atasına çəkmişdi. Çox da hündür olmayan boyu, nazik bədəni sifətinin injə jizgiləri ilə həmahənglik yaradırdı. Qıvrım, pərişan sarı saçları pırtlaşmış halda üz-gözünə tökülmüşdü. Saçlarını yığmağa ərinjəklik edən Sərvin yorğun baxışlarla güzgüdən özünə baxıb; gör nə gündəyəm, fikirləşsə də dilində özgə söz - Allah yuxumu xeyirə yozsun! dedi.  
    Sərvin yuxularına özünə inandığı qədər inanırdı. İndiyə qədər gördüyü yuxularının heç biri yalan çıxmamışdır.  Yuxuda gördüyün eynisiylə həyatda qarşılaşardı Sərvin. 
  Yataq otağındakı çarpayının jırıltısı eşidildi. Addım səsləri dəhliəzə qədər üzandı. Ruzgar dəhlizdə dayanaraq, qəribə baxışlarla həyat yoldaşı Sərvinə baxıb:
- Səndən çıxmayan iş! Niyə erkən durmusan yuxudan?- soruşdu. Sərvin yuxuda atasının öldüyünü,gördüyünü, yad adamların çiyinlərində aparıldığını dedi.
 Ruzgar laqeyidliklə əsnəyib, əlini qalın, qıvrım tüklü sinəsinə şappıldatdı. Sonra da ağzını yastılayaraq dedi: - Tay denən kişinin ömrünü uzatmışam da.
Sərvin ərinin laqeyidliyinə baxıb, ürəyində: -  Nəinki atam, elə bu dəqiqə mən yıxılıb ölsəm, vejinə olmayajaq! 
Ruzgar: - Səhər yeməyimi hazırla deyib, vanna otağına keçdi. Sərvin yerindən qımıldanmadı. Əl-üz dəsmalı əlində vanna otağından çıxan Ruzgar Sərvinin yerindən tərpənmədiyini görüb, narazılıqla; əşi bir yuxudur da…Zalımın qızı sən də ... deyib, mətbəxtə keçdi. Bir azdan giriş qapısının səsi eşidildi. Gəl, qapını bağla, deyən Ruzgar evdən çıxaraq arxasınja qapını zərblə çırpdı. 
***
Otağa dolan jingiltili telefon səsi oturduğu kreslodan tərpənməyən Sərvini səksəndirdi. Bismillah! dedi. Ayağa qalxıb dəhlizdəki telefona yaxınlaşdı. Əlini telefonun dəstəyinə uzadıb: - Ya Allah, səhərüzü xeyirliyə! Sərvin: Alo, deyə qarşı xətdə dayanmış naməlum adama səsləndi.  Xəttin o başındakı naməlum səs:
- Sabahın xeyir, Sərvin, dedi.
Bibisioğlu Poladın səsini eşidən Sərvinin ürəyi döyünməyə bişladı. Yuxusunun dəqiqləşəjəyini anladı. Nijarançılıq içərisində; Sabahın xeyir, Polad, dedi.
Polad söhbəti uzatmadan: - Atanın halı xarabdır. Yoldayıq, şəhərə gəlirik, dedi. Yatıb çıxdığı xəstəxanaya gedəjəyik. Həkiminə zəng vur, xəstəxanada deyilsə xahiş et gəlsin,  deyib, telefon əlaqəsini kəsdi. 
     Sərvin özünü xəstəxanaya çatdıranda artıq atasıgil orada idi. Sağ əlini xəstəxananın birinji mərtəbəsindəki pillələrin kəndarına, digər əlini isə sol dizinə dayaq verib dayanan atası çətinliklə nəfəs alır, ayaq üstə güjlə dururdu. Sərvin hüznlü halda atasına yaxınlaşdı. Son dəfə baxırmış kimi diqqətlə üzünə baxdı. Atası başını qaldırıb, gözlərini qızının gözlərinə dikdi. Javad kişi işini bilirdi…  Bu baxışda «salamdan tutmuş sağ ol»a qədər - hər şey oxundu.  
   Yuxusunu bir an belə yadından çıxartmayan Sərvin qəhərləndi. Atasına  «quruja» salam deyə bilmədi. Ağladı. Javad məhəjjərdən yapışdığı əlini qaldırıb qızının göz yaşlarına çəkdi. Göz yaşından islanmış barmaqlarına diqqətlə baxdı, nə fikirləşdisə barmağandakı yaşı dilinin ujuyla yaladı. Və bundan sonra  qızına yorğun, xırıltılı səslə; ağlama dedi.               
***
Üç gün idi ki, vəziyyəti ağır idi Javadın. Ürəyindən şikayət edən Javad dörd qız, iki oğul atası idi. Sərvindən sonra dünyaya gələn ikinji qızı Selan qəriblikdə-Moskvada yaşayırdı. Sonrakı uşaqlarını baş-göz (evləndirməmişdi) etməmişdir. Dərindən ah çəkdi.  Yadına ötən günlər-imkanının babat vaxtları düşdü. Xəstəliyə düçar olmamışdan əvvəl, hələ Sovet qurluşu dövründə  imkanlı idi Javad. Pula pul demirdi. Qohum- qonşu üçün xərjlədiyi puldan danışmırdı hələ. Gizli yolla böyük bizneslə məşğul idi. Aidiatlı orqanların gözü kor, qulağı kar, dili isə lal idi. Çünki, hamısının haqqlarını çatdırır, «şirinliyini»  verirdi. Üzü dönsün zəmanənin! Nejə ki döndü. Çevriliş zamanında nə qədər pulu batdı. Kisəylə pul qazanan Javad indi dərman puluna həsrət qalmışdı. Vaxtıyla tez-tez bal aldığı pulundan qalmamışdır ki, zəhər kimi dərman alsın. Çəkdiyi ah-uflar bəzən ağrıdan deyil, iztirablarından qopurdu Javadın. Özünü yük sanırdı qızlarının üstündə. İmkanlı vaxtlarında ona yaltaqlanan yalançı dostlar dar vaxtında yoxa çıxmışdılar. Bir-iki kasıb, sadiq dostdan başqa ətrafında kimsə qalmamışdır. O qədər yetim-yesirə əl tutmuşdur ki…Amma indi ona əl tutan yox idi. Üzü qara olsun yoxluğun! Əvvəlki vaxtları olsaydı xəstəliyin əlində naçar qalmazdı. İndi o qədər pul haradaydı ki, xəstə  ürəyini əməliyyat elətdirsin?! 
   Javad uzandığı çarpayıdan dikəldi. Çarpayının yanındakı balaja şkafın üzərindəki kiçik, ayaqlı güzgünü götürdü. Ağrının şiddətindən qan çanağına dönmüş, qızarmış gözlərinə baxdı. Gözaltı çuxurları tuluqlamış, şişib qaralmışdı. Üç gün idi yata bilmirdi. Tez-tez çarpayıda o yan-bu yana çevrilir, birjə saat yata bilsəydim… deyə çırpınırdı. Yuxu isə ondan qaçaq idi. Qalxdııb çarpayısında əyləşdi. Çarpayıdan salladığı, şişib, kötüyə dönmüş ayaqlarına, sonra isə əllərinə baxdı. Qəfil gələn ağrıdan üz-gözünü büzüşdürüb, astaja yerinə uzandı. Ürək sanjıları doğradı yenə böyüyüb, genişlənmiş ürəyini.   
    Dörd nəfərlik xəstəxana otağında onlardan başqa kimsə yox idi. Xəstəyə baxmaq üçün yanında qalan Çeşmi ərinin nədən nigarançılıq çəkdiyini bilirdi. 
   Orta boylu, yaşıl gözlü Çeşmi əriylə həmyaşıd idi. Bir-birlərini sevib evlənmişdilər. Heç vaxt başından örpəyini açmayan Çeşmi kənd xanımlarına məxsus geyimdə olardı. Zarafatjıl ərindən fərqli olaraq qapalı xasiyyətli idi. «Sər verər, sirr verməz»di kimsəyə. Kasıblığa düşəndən sonra dərdlini kimsələrlə bölüşməyən Çeşmi daha da qaraqabağ olmuşdu. İndii o, ərinin nigaran üzünə məzlum-məzlum gözlərini dikmişdi. 
  Çox şeydən nigaran idi Javad... Nəinki, uşaqlarından, tikib başa çatdırmadığı evindən, taxıl sahəsindən, hətta həyətindəki qaşqa atından belə nigarançılıq çəkirdi. Bir belə iş-güjün içərisində Javad səfərə çıxmalıydı. Səfərinin ağır, çox ağır olajağını duymuşdu özü… 
Üzünü çarpayının yanında ayaq üstə dayanmış arvadına çevirdi. Asta səslə: - Bajım Zəminəyə, bir də uşaqlara xəbər çatdır gəlsinlər, onları görüm, dedi Javad.       
   ***
       Səhəri gün çağrılanlar Javadın çarpayısı ətrafına toplaşmışdılar. Hətta  yaxın  qohum-qonşu da gəlmişdir. Təkjə Selandan başqa. Hamının gözü nəmli idi. 
Javad bu gejə də yata bilməmişdir. O, titrək əllərini bajısı Zəminəyə uzatdı. Zəminə qardaşının əllərinin əsməsini saxlamaq istəsə də bajarmadı. Javadın əlləri bajısının xırda ovujlarında külək vuran yarpaq kimi titrəşirdi. Zəminə yaşlı gözlərini balalarından çox sevdiyi qardaşına zillədi. Qardaşının ona nə isə gizli sözü olduğunu anladı. Üzünü otaqdakılara tutub: - Bizi tək buraxın, dedi. 
Otaqda ikisi qaldıqdan sonra Javad kövrək səslə: - Zəminə, sənə and verirəm oğlun Məhərrəmin goruna, dediklərimə əməl edərsən! - dedi. Bir az sözünə ara verib; məni Məhərrəmin yanında, özün üçün saxlatdırdığın yerdə basdırın! 
   Qardaşının  sözünün bu yerində Zeminə dözmədi. Hönkürtü vuraraq: - Qadoy alım sənin, ay qardaş, öz yerimdə özüm yatajağam. Sənə nə olub Allaha şükür, sağalajaqsan. Əlli səkkiz yaş nədir ki?! Sənin ömrün hələ qabaqdadır, dedi.
  Javad təmkinlə: - Sözümü kəsmə. Dayan, hələ qurtarmamışam, dedi. Zəminə susdu, amma ağlamağını kəsmədi. 
  - Bilirsən ki, düşmənliyəm. Qəbirimi qoruyarsız. Ara soyuyanadək qorusanız bəsdir! Sərvinə də tapşırajam. Məqamını gözləyin, tədbirsiz bir iş görməyin. Sənə yerini deyəjəyim əmanəti iki-üç ildən sonra verərəsən oğlum-Surxaya. Təntidi. Amma susmadı. Ağır-ığır nəfəs almasına baxmayır  danışırdı…
  Vəsiyyətindən sonra yüngülləşmiş kimi dərindən nəfəs aldı. Öksürdü. Ağrıdan əllərini sinəsinin üstünə qoyub ürəyini silkələnməkdən  qorudu. Onun bu halını görən Zəminə:
   -Yaralı ürəyinə bajın qurban ay qardaş, dedi. 
Javad bajısına: - Çağır uşaqları gəlsinlər, dedi. 
Javad qızarmış gözlərini başına toplaşan uşaqlarına zilləyərək: - Çıxın gedin kəndə, işiniz-güjünüzlə məşğul olun! Şükür Allaha, hamınızı gördüm, dedi. Gözləri yol çəkdi. Gözünü xəstəxana qapısına zillləyərək asta səslə; Selanı da görə bilsəydim…
 
 
***Ağrıdan üzülmüşdü Javad. Ömrünün son və ağır günlərini heç kəs görməsin deyə otuz üç illik ömür-gün yoldaşını da yanına buraxmırdı. Yanına gələnlər onunla görüşə bilmədən geri - rayona qayıdırdılar. Heç kəsi görmək istəmirdi, Sərvindən başqa. İstəmirdi ki,  ajınajaqlı halını kimsələr görüb, ona ajısınlar. Heç kəsin yanında sınmaq istəmirdi Javad. Taqətsiz ayaqları üzərində güjlə dayanırdı Javad.  Yuxusuzluq da bir yandan... 
  O, xəstəxananın dəmir çarpayısında uzanaraq qızı Sərvini gözləyirdi. Könlünün quşu evinə uçmuşdu. Getmək istəyirdi. Ürəyində danmışdı ki, tezliklə… Ürəyi darıxdı. Səbirsizjəsinə; Sərvin gəlib çıxsaydı, dedi.  
  Pulsuzluğun pənjəsində çırpınan Sərvin yaşlı gözlərini atası yatan otağın qapısı arxasında silərək ağlamayıbmış kimi içəri girdi. Atasının üzünə baxmadan, göz yaşları içərisində bişirib gətirdiyi, yeməkləri zənbilindən çıxardaraq:
- Ata, ajsan, birjə tikə çörək ye, dedi. 
Javad gözünün ujuyla olsa da yeməyə baxmadı. Dərmanımı alıb gətirdinmi, qızım? - soruşdu.  
Sərvin: - Gətirmişəm. Amma aj qarınla dərman atmaq olmaz, bilirsən.
- Javad xəjalətlənirmiş kimi; çoxmu baha idi? soruşdu.
-Yox, javab verdi Sərvin. Sən puldan nijarançılıq çəkmə, pulumuz var. 
-Əynimdən çıxartdığım şalvarımın jibində altı (köhnə say miqdarıyla altı min) məmməd pul var, götür, lazım olar, dedi atası. 
-Nəyimə gərəkdir?! Pulum var. Yalan danışdı Sərvin. Səhər evdən çıxanda Rüzgardan dərman pulu istəmiş, yoxumdur, deyə, javab almışdır. Bir həftə ərzində əlində-ovjunda olan pulun hamısın xərjləmiş, üstəlik qonşusundan borj da götürmüşdü Sərvin. Amma özünü sındırmadan üyüdüb-tökdü: - Sən darıxma ata, Rüzgar mənə pul verir deyə, atasını arxayın saldı.
Həkim palataya girib Javadın vəziyyəti ilə maraqlandı. Heç bir dəyişiklik olmadığını görüb, yeni, bahalı preparat yazdı və bunu təjili alın, deyə resepti Sərvinə uzatdı. 
***
    Sərvin kürəyini aptekin arxasındakı, gövdəsi qalın şam ağajına söykəyib ağlayırdı. Yoldan ötənlərdən bəziləri ona yaxınlaşır, nə kömək lazımdır? - soruşur, niyə ağladığı üçün maraqlanırdılar. Sərvin soruşanlara nejə deyəydi ki, ölüm ayağında olan atamçün dərman pulum çatmır. Axı nejə deyəydi?! Sərvin jib telefonunu çantasından çıxarıb Rüzgara zəng etdi. 
- Ruzgar, mənə dərman almaq üçün pul lazımdır. 
-Pulu haradan tapım, yoxumdur, deyə çımxıran Rüzgar telefonu Sərvinin üzünə bağladı. 
Sərvin xəstəxaya, pərişan atasının yanına əliboş qayıda bilməzdi. Nə qədər vaxtın keçdiyini ayırd etməsə də axşamın düşdüyünü ayırd etmək çətin deyildir. Sərvin boş-boşuna küçələrdə veyillənirdi. Bir - neçə aptekə dəydi. Bəlkə həmən dərmanlar burada ujuz olar deyə düşündü. Getməliydi. Amma əliboş nejə? Ağlına bir fikir gəldi. Qulağındakı bahalı, brilyant sırğaları satıb, dərman pulu əldə etsin. Amma gej idi. Artıq axşam düşmüşdü. Bu, fikir bayaqdan ağlına gəlmədyi üçün özünü yamanlayan Sərvin iynə-dərmansız xəstəxanaya qayıtdı.  
Javad qızarmış, tuluqlamış gözlərini otağın künjlərində gəzdirir, rəngini dəyişmiş gözləriylə sanki  tavan uzunluğunu ölçürdü. Atasının üzünə baxan Sərvinə elə gəldi ki, atasının gözlərinin ağı bulanıb. Günahkarjasına: - Ata! - səsləndi. 
-Nə gej gəldin bala? - soruşdu Javad. 
-Həkim yazan dərmanı tapa bilmədim. Apteklərdə yoxdur. Dili topuq vura-vura yalan danışdı, Sərvin. Sabah olajaq, dedilər. 
Javad qızının ağlamaqdan qızarıb - şişimiş gözlərinə, qətiyyətsiz hərəkətinə, ümidsiz danışığına diqqət etməsə də nələrin baş veridyini aydınja hiss edirdi. 
Sərvin atasının yeməkdən kəsildiyini bilsə də: - Sabah sənə nə bişirim gətirim, deyə soruşdu. Könlün nə istəyir, ata?
Javad gözlərini zillədiyi tavandan çəkməyərək: - Bilirsən, könlüm nə istəyir?
-Nə?
-Evimi, ojağımı istəyirəm. Son mənzilimə rahat, evimddən köçmək istəyirəm, qızım.  Apar məni buralardan. Sənə də əziyyət verirəm. 
Sərvin gizli axıtdığı göz yaşarını daha gizlədə bilmədi; Hönkürdü. Sən ölməyjəksən, elə demə ata! 
-Ağlama, kimin ata-anası ölmür ki?! Hanı mənim atam-anam? Adam səbirli olar! O, Sərvinin kirimədiyini görüb: - Yaxın gəl görüm, dedi, qızına. Sərvin atasına yaxınlaşdı. 
-Başına dönüm qızımın, deyən, Javadın öz gözləri yaşla doldu. Güjlə balışa dirsəklənən ata titrək əllərini qızının saçlarına çəkdi, gözlərindən öpüb: - Kaş, Allah-Təala səni mənə oğul verəydi, bala, dedi. Mənə çəkdiyin əziyyətini halal eylə, qızım. 
Sərvin dözmürdü, ürəyi partlamaq dərəjəsinə gəlirdi atasını sözlərindən. Çarpayının ayağından  atasının əl-üz dəsmalını götürüb gözlərinin yaşını sildi. Dəsmaldan atasının ətirin duyan Sərvin dəsmalı bağrına basıb, ağlaya - ağlaya dərindən iylədi. Sərvinin dəsmalı iyləməsi Javad gözündən qaçmadı. Göz yaşları içərisində gülümsündü; nədi, iyim gəlir dəsmaldan? soruşdu. Dinmədi Sərvin. 
-Götür, dəsmalı. Bükülü, saxla. Amma yuma. Bir zaman dəyərli olar bu dəsmal səninçün, məni yadına salanda açıb iyləyərsən dedi.
Sərvin hönkürdü: - Elə demə,  ata, elə demə! 
***
    Qulaqlarına şüşə materialdan sırğa alıb taxan Sərvin səhəri gün atasının dərmanların alıb gətrimişdi. Artıq ayaq üstə durmağa taqəti qalmayan Javada  ayaqyoluna getmək üçün kömək gərək idi. Lakin o, altına qab gətirliməyini şəninə sığışdırmır. Özüm ayaqyoluna gedəjəyəm, deyib inad edirdi.  
Javadı rentgenoloci müayinə edən həkim başını bulayaraq çıxıb getdi. Heç bir iynə-dərmanın atasına kömək etmədiyini görən Sərvin ağlayırdı. 
   Javad ölümünün yaxınlaşdığını duysa da özünü balasının qarşısında şax tutmağa çalışırdı. O,. başı üstündə ağlayan Sərvinə: - Get, əl-üzünü yu, gəl! Sənə sözüm var, deyə pıçıldadı. Sərvin yerindən tərpənmədi. Gözlərinə dəm verib, ağlamaqdan hıçkırığa keçdi.
Sərvinin tərpənmədiyin görən Javad: - Qulaq as qızım, fikirləş, gör bizim nəsildə yaşı altımışı keçən kişi xeylağı varmı?! Biz çürük nəsilik. Yaş sarıdan yekəlmirik. Daha mənim də vaxtım çatıb. Öz sözündən ürəyi darıxdı. Nə qədər yaşayajağam e… tay bəsdir! - deyən Javad köksünü ötürdü. Ağlama, gör sənə nə deyirəm: Bilirsən ki, ölümdən qorxmuram. məni qorxudan bilirsən nədi? Javad sözünü yaramçıq kəsib qızına ajıqlandı - Di bəsdi, ağlama! Söz danışıram axı! Sözünə ara verib, yenidən davam etdi:
-Məni yandıran bilirsən nədi?! Ölümüm yox, Qəvinin, mənim meyitimi görmüş olması. Bir də qisasımın yerdə qalajağı. Bibinə tapşırmışam, sənə də deyirəm, qəbrimdən muğayat olun! Qəvi məndən çıxa bilmədiyi heyifi qəbrimdən çıxajaq. Onun nə yuvanın quşu olduğunu çox yaxşı bilirəm. Sözünün bu yerində ürəyi sanjdı. Əlini ürəyinin başına qoyub aramsız döyüntüyə diqqət kəsildi.  Ürəyinə dolan ağrıdan üz-gözünü turşudub; ox, ox deyib, sinəsini ovuşdurdu. Bir-neçə saniyədən sonra ara vermiş söhbətini yendən batıq səslə davam etdi:  
   -Qəvini tövləmizdə oğurluq üstündə yaxalamışdım. O zaman tövlədəjə döymüşdüm onu. Sonralar tez-tez davamız düşürdü, mənə güjü çatmırdı. Amma oğlanları böyüyəndən sonra daha güjüm çatmadı onlara. Tez-tez dava salıb məni döysələr də Qəvinin ürəyi hələ soyumayıb. İndi sənə tapşırığım budur ki, bajı və qardaşlarından muğayat ol. Qəvigildən sizə hər vaxt ziyan gələ biləyini yaddan çıxartmayın. 
Bajı qardaş bir-birinizdən muğayat olun! Məndən sonra dalaşmayın, mehriban olun! Javad sözünü bitirib: - Hə bala, gejdir, dur get daha evinə, ərin, qızların səni gözləyir, sabah gələrsən. 
Sərvin: Yorulmusan, bir az dinjəl ata.
  - Lap yadımdan çıxmışdı; sabah qayıdıb gələn zaman məni qoyub getdiyin kimi görməsən, qorxma! O, Sərvinin susduğunu görüb sözünü təkrarladı; eşitdin, əsla qorma! Mən elə həmən adam olajağamm, fərqim təkjə onda olajaq ki, susajağam. 
Javad qızını ölümünə hazırlayırdı. İstəyirdi qızı mətin olsun, özü kimi! O, ölümün gözlərinə dik baxırdı. Sərvin birinji dəfəydi ki, ölümdən qormayan adam görürdü. Özü də atasını. 
Javad: -Hə, yadımdan çıxmamış deyim; uşaqların böyüyü sən olduğunçün sənə tapşırıram…Javad bu yerdə sözünün dalısını gətirə bilmədi. Sustaldı. Bir həftədən artıq yuxu görməyən gözlərini yumdu.   
Sərvinə elə gəldi ki, atası keçindi. Qışqıdı, ayaqyalın özünü otaqdan çölə atdı. Həkim bir-neçə iynə vurub Javadı özünə gətirdi. Həkimi atasının yanında qoyub yenidən harasa qaçan Sərvin bu dəfə Ruzgarı çağırırdı telefonla.
Javad çətinliklə nəfəs alırdı. Verdiiy nəfəsi geri ala bilmirdi. O, gözləriylə qızını axtardı. Javad qızına əliylə yaxınlaş, işarəsi etdi. Zəifləmiş səslə:  - Sərvin, Selana zəng vurdunuzmu, gəlirmi?  soruşdu. 
Sərvin:  Selan sabah gəlir ata, dedi. Anana da zəng vur,  səhər burada olsun. Javadın ağı bulanmış gözlərinə solğun təbəssüm qondu. Gülümsünüb, qorxaq, qızım! - dedi. Çarpayının altındakı ləyənə işarə edib, o ləyəni bura çək, qusajağam, deyib, ögüdü.       
 
***
 
Cavad istəməsə də yaxınları yenə onun başına toplaşmışdılar. Gözləri qapıda qalmış Javad: - Baxın, görün saat neçədir? - soruşdu. Rüzgar qolundakı saata baxsa da vaxtı demədi. Əvəzində: Polad aeroporta onları qarşılamağa gedib. indilərdə gələrlər, deyə cavab verdi. 
  Ürəyi darıxan Çeşmi; istidir, qapını açın, desə də  özü qapını açmağa getdi. Çeşminin açdığı qapıdan  palataya girən Polad: - Gəldilər, deyə xəbər gətirdi. 
Cavad uzandığı yerdən qalxmaq istədi. Lakin özünü qaldırmağa çətinlik çəkdi. Yanındakılar yastığını kürəyinin arxasına bərkidib, durma dedilər. 
     Selan palataya göz gəzdirdi. Özünü itirdiyindən atasını görmədi. Çaşqın nəzərlərlə anasının üzünə baxdı. Anası əlini Javad uzadıb: - Atan səni gözləyir, görüşməyəcəksən?! 
Atasını tanımayan Selan: - Ata! Bu, sənsən?! Can ata, xəstəlik səni nə günə salmışdır, deyib, atasına sarıldı.
 Cavad daha heç kimin nigarançılığın çəkmirdi. Bir həftənin yuxusuzluğuna baxmayaraq dirçələn kimi olmuşdu.  Bulanmış gözləri durulmuşdu sanki. 
 İkiillik həsrət bicirdi atayla bala. Selan qohumları evə göndərib; çıxın gedin, özüm tək baxacağam atama, dedi.
Atası xəstəxaya düşəndən birinji gejəydi ki, rahat yatırdı Sərvin. Bajısı Selana əmanət etmişdir atasını birjə gejəlik. 
***
Telefonun zəngi gejənin köksün parçalayırdı. Dəstəyi götürən yox idi. Hamı daş kimi yatmışdı. Telefon susdu. Bir dəqiqə keçmədi ki, yenidən bağırdı. Qardaşıqızıgildə gejələyən Zəminə Çeşmini oyadaraq: - Çeşmi, telefon çağırır, dedi. Çeşmi yerindən tərpənənədək Sərvin özünü telefona çatdırdı. 
Telefonda Selansəsi eşidildi:- Sərvin, tez gəlin, atam ağırlaşdı. Həkimlər onu reanimasiya şöbəsinə qaldırdılar. 
    Yüngül peşaba getmək istəyən Javad altına gətirilən qabdan imtina edib, ayağa qalxmış, ayaqları yer tutmadığından dizləri üstə qızının qarşısındaja çökmüşdür. Selan tibb bajısıyla köməkli onu çarpayıya uzadanda Javad artıq şokda idi.
        Sərvin reanimasiya şöbəsinə qalxan zaman Selanı üçünjü mərtəbənin pilləri başında ağlayan gördü. Atasının yanına keçmək istəyən Sərvini həkim dəhlizdə saxlayıb, içəri keçmək üçün qadağa qoydu. Həkimlərin dediyinə  görə Javadın  halı çox ağır idi. 
Zəminə uzun, darıxdırıjı dəhlizdə var-gəl edir, qardaşıyçün heyfsılənırdı. Çeşmi isə ərinin ağır vəziyyətdən çıxajağına inanırdı. 
Səhərə az qalırdı. Növbətçi həkimin stol arxasınada yatmasından istifadə edən Sərvin ayaqqabılarını soyunub, barmaqlarının ujunda reanimasiya şöbəsinə keçə bildi.  
Reanimasiya şöbəsi iki hissəyə bölündüyündən Sərvin əvvələjə hansı səmtə gedəjəyini bilmədi. Sol tərəfə keçdi. İki qadından başqa kimsəni görməyən Sərvin özünü sağ tərəfdəki arakəsmənin arxasına saldı. 
Tənəffüsünü stabilləşdirmək üçün sünü tənəffüs aparatına qoşulmuş Javadın üzündə həyat əlaməti yox idi. Üzünün rəngi üstünə çəkilmiş ağ mələfədən seçilmirdi. Atasının halını görən Sərvinin pərişan halı bir az da pisləşdi. Atasına yaxınlaşdı. Atasının göz qapaqlarını qaldırıb genəlmiş, sanki donmuş  gözlərinə, sonra isə dəqqətlə üzünə baxdı. Təzəjə çal düşmüş saçlarını sığalladı. Nə fikirləşdisə jəld atasının üzərinə çəkilmiş ağ mələfəni qaldırıb əlini atasının ayaqlarına çəkdi. Diskindi. İlan çalmış kimi tez əlini geri çəkdi. Sarsılmışdı. Zəhrimara qalmış yuxusu yadına düşdü. Boğazı qəhərdən düyünlənmiş Sərvin yenidən əlini mələfənin altına saldı, asta-asta, ayaqlarını sığallayırmış kimi üzü yuxarı çəkdi. Dizlərinə qədər buzlaşmışdı Javad. Bunun nə demək olduğunu Sərvin yaxşı bilirdi. Hönkürmək istədi. Özünü ələ ala bilməyəjəyini görüb yüyrək addımlarla yuxudan oyanıb qarşısını kəsən; sən orada neyləyirsən? deyən növbətçi həkimə əhəmiyyət vermədən dəhlizə qaçdı.  
Dəhlizdə bibisiylə anasının sual dolu baxışlarıyla qarşılaşan Sərvin üzünü yana çevirdi. Sərvinə elə gəldi ki, kürəyinin ortası dəlinir. Burada da qardaşları Surxay və Simirxanın nigaran üzlərini gördü. Hönkürtü vuraraq özünü pillələrdən aşağı atdı.  
Xəstəxananın həyətində,  kimsənin görmədiyi yerdə kürəyini binanın birinci mərtəbəsinə söykəmiş, üzügündoğana dayanmış qız  əlləri göydə Allaha yalvarırdı: - İndi yox, Allahım, indi yox!  Sənə and verirəm bu açılan sabaha! Möhlət ver Allah, möhlət! 
***
    Bir payız səhəri açılırdı. Bu payız səhərində kimsə sevincək, kim isə kədərlənəcək. Kimsə doğulacaq, kim isə öləcəkdir! 
   Sərvin başını qucaqlayıb, xəstəxana binasının arxa divarı dibinə çömbəlmişdir. Səhərin soyuğu canına işləyir, içini titrədirdi. Bu titrəmə onu bəlkə də atasının ondan əbədi ayrılacı ücün tutmuşdur.  Qayıtmaq lazım idi. Can verən atasını qoyub qaçan Sərvinin ayaqlarından daş asılmışdı sanki. Qara qanlar axirdi ürəyindən. Üzünü göyə tutub: 
  -Güvəndiyim dağlar bu səhər uçur, Allah! Allah eləməmiş atam ölsə…Mən neyləyəcəyəm, kimə üz tutacağam?! Güclü kimim-kimsəm də yoxdur ki, arxalanam. Ah, ölsə… Pul da yoxdur yerdən götürməyə. Selan da əliboş gəlib.
   İçi yandı elə bil  Sərvinin. Əlini göynəyən ürəyinin başına qoydu. Bir tərəfdən atası üçün çəkdiyi üzüntü, digər tərəfdən mkansızlıq! İki üzüntü arasında çırpındı Sərvin. Üzünü göyə tutub: Ey gözəgörünməz Xudavəndaləm, sənə yalvarıram: Səndən yalnız möhlət istəyirəm, məni bu pulsuz vaxtımda xəcil eyləmə, Allahım. 
   Dəhlizdə sakitlik idi. Növbə dəyişmiş, şöbəyə yeni növbətçi həkim gəlmişdir. Sərvin yeni gələn həkimlə dil tapıb atasının yanına keçdi. Hüzn və üzüntü içərisində atasının əl-ayağını yoxladı. Buz kimi donmuş, qurşağa qədər daşlaşmışdı. Sərvin ürəyində: - Allah, özün kömək ol, ürəyinə çatmağa bir şey qalmayıb, deyə zarıdı. Xəstənin başı üstündə dayanan həkim: - Xanım, görürəm ağıllı qıza oxşayırsan. Bilirsən ki, bu xəstəliklə və vəziyyətlə sağalmaq çətindir, onu aparmığınız məsləhətdir. Sonra sizə çətin olacaq. Keçinəndən sonra meyidi müayinəyə götürəcəklər. Təftiş etməmiş onu sizə qaytarmayacaqlar. 
-Yox, apara bilmərəm, Allaha pənah, çıxmayan cana ümid çoxdur, dedi Sərvin.
       Dəhlizdə gözləyənlər artıq içəridən - Cavadın halından xəbərdar idilər. Dəhlizdə var-gəl edən Çeşmi qızı Selana; bibin deyir, götürüb aparaq atanı.  Amma Sərvin hələ inad edir. Gün keçməmiş yola düşərdik, deyir. Selan atasının vəziyyətini ümid yeri olmadığını bildikdən sonra atasını xəstəxanadan aparmağı bacısından xahiş etmişsə də Sərvin razılıq vermədi. Selan bacısına:  Hələ  dayan görək nə olur, cavabını veridi.  
    Gün qüruba əyilirdi. Ata can üstəydi. Ürəyi asta-asta vururdu hələ Cavadın. Sərvin səsini çıxartmasa da içində ağı deyə-deyə oxşayırdı atasını. O, atasının əlini üzünə qoymaq üçün onun əlini qaldırmaq istədi.  Qızı bununla sanki; ata, sonuncu dəfə məni əzizlə demək istədi. Lakin buzlaşmış qollar qalxmadı. Dərdi köksünə sıxmayan Sərvin dərdinin sinəsindən partlatmış kimi dərindən ah çəkdi. Ona elə gəldi ki, atasını qalın yorğana bükərsə canı istilənər, donu açılar. Sol tərəfdəki boş çarpayının üstündə qatlanıb, səliqəylə yığılmış qalın mələfədən ikisini götürüb atasını yaxşı-yaxşı bükdü. 
***
   Sərvin qərar vermişdir. Can üstəykən götürəcəkdilər Cavadı xəstəxanadan. Bir saat olardı ki,  maşın dalınca getmiş Rüzgarın maşın gətirməsini gözləyirdilər. 
  Birdən… Reanimasiyanın növbətçi həkimi Cavad deyə - deyə şöbədən çıxıb, tələsik özünü baş həkimin otağına saldı. Baş həkim  tələsik özünü reanimsiyaya şöbəsinə çatdırdı. Çeşmiyə elə gəldi ki, Cavad keçindi. Əllərin şappıltı ildə dizlərinə çırpıb, yanındakı oturacağa çökdü. Sərvin göz yaşları içərisində: - Rüzgar, gəl çıx, deyə zarıdı. Zəminə baş-gözünə döyə-döyə qardaş! deyib nalə çəkdi. Sərvin özünü bir anlıq yığışdırıb, qışqırışan, bacı-qardaşlarnına; sakit olun, xəstəxanada başqa ağır xəstələr də var, nahat etməyin, dedi.
Baş həkim reanimasiya şöbəsindən çıxıb, kabinetinə sarı yönələrək: - Cavad kişinin aldamlarından biriniz, yanıma gəlin, dedi. 
   Sərvin gözüyaşlı baş həkimin otağında, qapı ağzında dayanaraq resept kağızına nə isə yazan həkimin ona nə deyəcəyini gözləyirdi. Həkim əlindəki resepti Sərvinə uzadaraq: Şükür Allaha, atan ağır vəziyyətdən çıxır. - dedi. Bu dərmanları tez bizə çatdırın. Sərvin qulaqlarına inanmadı. Ona elə gəldi ki, həkimin dediklərini düzgün başa düşmədi, yaxud, həkim atasını kiminləsə səhv salıb. Həkim çaşqın baxan Sərvinə fikrini açıqladı. Atanın fəaliyyətdən qalan daxili orqanları fəaliyyətə başladı. Böyrəkləri işlədi. Dərmanları bizə çatdırmalısınız ki, xəstənizi müalicə edək.
    Gecəni dəhlizdə keçirən Sərvin səhər 11 radələrində atasının yanına keçməyə müəffəq oldu. Möcüzəydi! Atası solğun baxışlarla olsa da ona baxırdı. Sərvin atasına yaxınlaşıb ona sarı əyildi. Sevincdən gözündən çağlayan  yaşlar  atasının üzünə tökülürdü. Sərvin göz yaşları içərisində: - Ata, şükür Allaha, yaxşısan! Deyirdin öləcəyəm, Görürsən, ağır vəziyyətdən də çıxdın.
Cavad zəif səslə, dili topuq vura-vura: Hə, kəfənimi cırıb çıxmışam, qızım. Şükür! 
Sərvinə elə gəldi ki, atasının dili ağzında şişib, buna görə çətinliklə danışır. Sərvin üzünə çəkmək üçün qaldıra bilmədiyi qollar bu dəfə çətinliklə olsa da özü qalxdı. Cavad əllərini qızının saçlarında gəzdirdi. Əllərni hələ yaxşı işlədə bilməydiyi üçün Sərvin əldən çox  ağır, nəyisə hiss edirmiş kimi  hiss etdi atasının əllərini başında.
Cavad balalarını çox sevirdi. Balaları da sevinirdi ataları yaxşılaşır deyə. Simirxan və Surxayı evə yollamaq üçün dilə tuturdu Çeşmi: Ev yiyəsizdir. Mal-qara tövlədə qırılar, çıxın gedin kəndə, deyirdi. Surxay cavab verdi: Ana, icazə ver bir gün atamızın yanında qalaq. Sabah axşam üstü gedərik.
Qorxu və həyəcan arxada qalmışdır. Cavad həyata qayıtmış, yaxınlarnı, əzizlərini sevindirmişdir. İki gün idi ki, Zəminə sevincindən yerə-göyə sığmırdı. Şükür Allah, götürdüyüm qurbanım yerdə qalmadı. Sabah Surxaygilə qoşulub, kəndə qayıda bilərəm, deyirdi.
Axşam düşürdü. Sərvingil bir-bir xəstəxanadan çəkilib getdilər. Gecəni Sərvin rahat yatdı. Yuxu filan da görmədi. 
Səhər yuxudan oyanan kimi özünü xəstəxanaya çatdıran Sərvin axşam növbəsindən çıxıb evinə getmək istəyən tibb bacısını xəstəxananın qapısı  ağzında görüb, ona yaxınlaşdı. Gülərüzlə: - Sabahın xeyir, dedi. Tibb bacısı Sərvini görüb tələsik; sabahın xeyir, deyib ondan uzaqlaşmaq istədi. Sərvin onu yolundan saxlayıb: Atam necədir, bu gecə necə yatıb? - soruşdu. Tibb bacısı soyuq şəkildə: Bilmirəm deyib, uzaqlaşdı. Tibb bacısının cavabı ürəyinə xal saldı Sərvinin. Ürəyi sıxıldı. Tələsik yuxarı qalxdı. 
         Yenə buzlaşmışdı Gavad. Sərvin əlini atasının alnına, sonra da sinəsinə sürtü. Təkcə sinəsində ilıqlıq duyulurdu. Tənəffüs çatışmamazlığı! Həkimlərin dediyinə görə oksigen balonu lazım gəlirdi. Bir günün içərisində iki balon aldılar. Yenə gərək idi. Amma Sərvinin pulu yox idi… 
      Gün günortanın ətəklərin bükmüşdü. Gövdəsi qaralıb ləçəkləri qızaran göy üzü solğunlaşmışdı. Uzaqda görsənən qara bulud uşaq kimi nədənsə inciyib, gözlərindən dolmuşdu sanki. Hər an ağlamağa hazır idi. Bəlkə də bir azdan ağlayacaqdır! Cavadın balaları kimi…
***
    Musa Nağıyev xəstəxanasının həyətində, çıxış qapısı ağzında Təcili Tibbi Yardım maşının arxa qapıları taybatay açılmışdı. Cavadın balaları reanimasiyanın qapısı ağzında çarəsiz, son ümidlərini itirmiş halda, cözüyaşlı, atalarının hələ canı çıxmamış, ilıq bədəninin həsrətindəydilər.
Musa Nağıyev xəstəxanasından yola düşən qəm karvanı üzü Şirvan torpağına sarı irəliləyirdi. Bir-birinin arxasınja düzülmüş yeddi minik maşını içərisində əyləşənlər hüzünlü idilər. 
Polad və Rüzgarın maşınının arxasınja qohum-qonşu maşını da qəm karvanına qoşulmuşdu. 
Sərvinin qulaqlarında atasının sözləri jingildədi. Atası: «Məni yandıran bilirsən nədi? Ölümüm yox, Qəvinin, mənim meyitimi görmüş olması. Bir də qisasımın yerdə qalajağı. Bibinə tapşırmışam, sənə də deyirəm, qəbrimdən muğayat olun!» 
  Sərvin üzünü Rüzgara tutub: - Kəndə getməyəjəyik! dedi.
 - Qaranlıq çökür. Bəs hara gedəjəyik? Rüzgar soruşdu.
-Sərvin yaşla dolu gözlərini qaralmış səmayə dikib, ürəyində; ata, bu, qaralmış səma sənin bəxtin kimi batdı, fikirləşsə də. Dilinə başqa söz gətirib dilləndi:
- Atamın on bir bundan əvvəl köçdyü kəndə, boş qalmış köhnə evinə gedəjəyik. 
Rüzgar heç nə anlamadan; - niyə? soruşdu. 
- Belə məsləhətdir!- dedi. Amma ürəyində Rüzgarın sualını javabladı: - Sənin meyitini Qəviyə göstərməyəjəyəm, ata, göstərməyəjəm! 
     Çeşmi və Zəminə Javadın yanında - Təcili Tibbi Yardım maşınında əyləşmişdilər. Qardaşı üçün dayanmadan quran oxuyan Zəminə özünü didib tökən Çeşmiyə baxıb kövrəlirdi. Həyajan və kədərdən özünü itirir, oxuduğu Quranı çaşdırırdı. Lənət sənə kor şeytan! deyərək özünü yenidən toparlayırdı. 
    Yolu yarı etmiş qəm karvanı əyri dolayları arxada qoyaraq «Ajı dərə «deyilən düzənliyə çatanda Zəminə Quranı yarımçıq kəsib, xırıltılı səslə sürjüyə  saxla, dedi.  
Maşın sürətini azaldaraq yolun kənarında dayandı. Çeşmi üz-gözünə əl atdı. Zəminə hıçqırıq içərisində əl atıb qardaşının gözlərini sığadı. Başına bağladığı ağ rəngli ləçəyi başından açıb Javadın çənəsni bağladı.
Rüzgarla Polad Sərvingili maşinın artıq açılmış arxa qapısı ağzındaja yaxalayıb, onları atalarına yaxın qoymadılar. Sinələrindən  itələyərək maşinlara əyləşdirdilər. A..ta...!  deyib, bağrışan qızların səsləri çırpılan maşın qapıları arxasında əridi.
  Ömründə ölü görməyən Simirxan atasının ölümündən həyajanlandı. Şalvarını isladajağını görüb, özünü yolun sağ kənarındakı yarğana saldı. Bir az irəlilədikdən sonra kimsənin görüb-görmədiyini bilmək üçün geri qanrıldı. Hava dumanlı olsa da adamlar və yoldan ötən manışlar görsənirdi. Onu kimsə görməsin deyə əli şalvarının belbağında, qarşısındakı dərəyə yüyürdü. Dərədə üç it boğüşa-boğuşa nəyisə parçalayırdı. Ağzı qana bulaşmış itlər parçaladığları leşdən əl çəkib, fosfor kimi parlaq gözlərini Simirxana zillədilər. Simirxan qaçmaq istəsə də yerindən tərpənə bilmədi. İtlər asta-asta ona sarı gəlməyə başladılar. Simirxan şalvarını aşağı çəkmədən, siyidi. İliq sidik  paçaları arasından  süzülüb ayaqlarını isladırdı.  
Qəm karvanı özünü yarğana salan oğlanı götürmədən yola düzəldi. 
***
    İllərlə açılmayan dəmir darvaza taybatay açılmışdı. Çoxdan insan nəfəsinə həsrət qalan otaqlar sanki sevinirdilər. Axı evin sahibi gəlmişdi. 
Qohum-qonşu toplanmış həyətə, çox da böyük olmayan üzüm talvarının altına xalça - palaz döşənmiş, döşənmiş xalç-palaz üzərinə, üzügündoğana əzizləri  üçün birjə gejəlik qonaq olan fani dünya yolçusu uzadılmışdır.
  Qohum qonşudan dörd tərəfinə janlı çəpər çəkilmiş Javadın daha ürəyi ağrımırdı. Yuxusuz da deyildi. Yuxusuzluqdan şikayət etmədən dinj və sakit halda doğmalarının arasında yatırdı. Bu yatışın fərqi təkjə onda idi ki, yatarkən heç vaxt üzünü örtməyən Javadın bu gün üzü yaşıl xarayla örtülmüşdü. Sərvinlə Selan atalarının ayaq tərəfində oturub, ağrı-ajılarını dilə gətirir, gah da əlləri ilə atalarının jansız təşini sığallayırdılar. Qardaşlarından kiçik olan bajılar Səma və Sima ovunmurdular. On səkkiz yaşlı Səma sağ əlini yaşıl xaranın altından içəri salıb əlini atasının ürəyinin başına qoydu. Toplaşanlar nə qədər etsələrdə Səma əlini atasının sinəsindən çəkmədi ki, çəkmədi. On beş yaşlı Sima isə başını atasının sinəsinə söykəyərək hıçkırtılar içərisində yuxuya gedi. Səhərə qədər beləjə-başı atasının ürəyi üstündə yatan Simanı atasından kənarlaşdırmadılar. Sadəjə qız  soyuqlamasın deyə ata və balanın, ikisinin üstünə bir mələfə çəkdilər. Çeşmi ərinin baş ücünda əyləşmişdi. Səhər açılana qədər dözməyib bir neçə dəfə ərinin üzünə çəkilmiş xaranı qaldırıb, Cavadın üzünə baxdı. Zəminə qardaşı arvadına acıqlanıb; Çeşmi, günahdır, eyləmə, dedi. Dəfn hazırlığı üçün lazım olan xərclikləri Rüzgar insafa gəlmiş, ödəmişdir. 
   Ağlaşma səsindən diksinən səhər gözlərini bu gün tez açırdı. Səhərin əsən mehi talvardakı saralmış meynə yarpaqlarını Cavadın qız balasıyla birlikdə yatdığı yerə tökürdü. Selan tökülmüş yarpaqları atasının üzərindən təmizlədi. Sonra Simanı silkələyrək yuxudan oyatdı. Sima yuxulu gözlərin açdı. Atasını uzanmış görüb, öldyünü xatıladı. Ağladı. Anası: - Ağlama qızım, gəl bax atana, deyə yenə yaşıl xaranı Cavadın üzündən astaca qaldırdı. Sima atasıyla görüşəndən sonra Çeşmi göz yaşları içərisində qızlarına; gəlin, son kərəm atanızla görüşün, dedi.  
     Kəndin mollası Javadı yola salmaq üçün toplaşanlardan halallıq vermələrini xahiş etdi: - Ay jamaat, mərhumun haqqı bəzilərinizin çiynində çoxdur. Yəqin ki, bunu danmazsınız! Bəlkə onun da hansınızasa verəjəyi var. Bu kişi haqq dünyasına köçür. Sizdən təvvəqəm budur ki, mərhuma halallıq verəsiniz. Hamı bir ağızdan; halalı olsun! dedilər. 
Böyük izdiham kiçik həyətə sığışmırdı. Sərvin irəli, atasına sarı jan atırdı. Ona mane olan sonunju adamı qarşısından kənarlaşdırdı ki… Elə bu zaman izdiham Javadı çiyinlərinə qaldırdı. Dar və uzun keçidi adlayaraq uzaqda görünən qəbiristanlığa sarı yönəldilər. 
   Sərvin: - Ata! deyərək qışqırdı. Səsi ağlaşan, qışqırışanların səsləri arasında itib-batdı. İzdiham Sərvini ayaqlayaraq onu yolun kənarına saldı. Sərvini dəhşət bürüdü. Yuxusu həqiqətə çevrilmişdi. Yuxuda gördyü dar və uzun yol atasının son mənzilə köçdüyü bu, həyətin dar çıxışı imiş. 
   Javadı adına layiq götürmüşdü el-ova yerdən. Eşidib-bilənlər axışıb gəlmişdilər onun son görüşə. Yas mərasiminə gələnlər Javadın ölməyinə təssüf hissi kejirir: - Belə olası insan deyildir! Yenə də Allah bilən məsləhətdir, deyirdilər. 
 Javad torpağa tapşırılandan bir - iki saat sonra  Simirxanın yoxluğunu hiss etdi Çeşmi. Başı Javad dərdinə qarışdıqları üçün qadınlar Simirxanı kişilərin, kişilər isə onu qadınların yanında zənn etmişdilər. Çeşmi Sərvindən Simirxanı görüb-görmədiyini soruşdu. Sərvin qardaşını dünəndən görmədiyini dedi. Sonra fikrindəkini dilə gətirdi; gejədir, indi haradasa başını qoyub yatıb, yəqin. Bəlkə də xalagildədir. Sərvin xala deyəndə həmin kənddə yaşayan atasının xalası Gülnazı nəzərdə tuturdu.
***
   Arxa otaqda, evdəkilər yerə döşənmiş yataqlarda kim nejə gəldi, baş-ayaq büzüşüb yatmışdır. Sərvin isə təkjə, aynabənddəki divanda uzanıb, ötüb keçənləri gözü qarşısında janlandırırdı. Atası gözləri önündən çəkilmirdi. Ürək ağrısından qovrulduğu anları, narahat çırpıntıları, yoxsulluğun son həddi, vəsiyyətlər…Elə bu andaja  atasının vəsiyyəti yadına düşdü Sərvinin. Javadın narahatçılıqla; qəbrimi qoruyun! kəlməsi əqrəb çalmış kimi çaldı Sərvinin ağlını. Qalxıb arxa otağa keçdi. Qardaşı Surxayı astaja silkələyib., yuxudan oyatdı:
 - Dur, ayağa görüm! Sakitjə gəl dalımja, dedi. Asta, anam yuxudan oyanmasın. 
Surxay narazı halda: - Nə var e… Nə istəyirsən? soruşdu. 
-Deyinmə, gəl görüm!
Onlar uzun, dar keçidi adlayıb kənddən çıxdılar. Sərvinin  arxasınja gedən Surxay soruşudu: - Hara gedirik? 
Sərvin: - Atanın qəbirini yoxlamağa.
-Bu gejə vaxtı?
- Qorxursan? İyirmi üç yaşında oğlansan, uşaq deyilsən ki, qorxasan.
 -Yox qorxub eləmirəm. Nədən qorxajağam!  Surxay dilində yox desə də ürəyində vijələndi. 
Onu anlayan Sərvin: - Qorxma. Atanın qəbiri uzaqdan görsənir, kənardan baxıb qayadajağıq.  Onlar qəbiristanlığa yaxınlaşdılar. Görürsən o ağajı? Görsənən o ağajın altında ata yatıb, dedi, Sərvin. 
Surxay qəflətən: - Bir bax, atanın qəbri üstündə kimsə var, dedi. 
-Hanı? Sərvin həyajanlandı. Diqqətlə qəbirə nəzər yetirdi. Hə, nəsə qaraltı görürəm. Yavaş ol, əyil, sakit gəl görüm! Atalarının qəbiri üstündə kimin olduğunu, orda nə etdiyini öyrənmək üçün əyilə-əyilə qəbirə yaxınlaşdılar.   
Sərvin yüksək və həyajanla: - Bibi, burada neyləyirsən, deyə bağırdı. Bağırtıdan diksinən Zəminə - Bismillah! elədi. - Jiyərin çıxmasın! Qorxutdun məni. 
-Bu gejə vaxtı nə işin var qəbiristanlıqda?
Zəminə: Çıraq gətirmişəm, yandırajam bədbəxtimin üstündə, deyib, lopalı ağajı  qəbrin ayaq hissəsinə taxıb, alışdırdı. 
     Sükut içərisində qəbiristanlıqdan evə  qayıdırdılar. Əslində  Sərvin və Zəminənin fikiri eyni idi. Javadın qəbirini gözdən qoymurdular.    
***    
    Ağ libaslı, saqqalı, əli əsalı qoja, nurani bir kişi Sərvini çağırırdı. Sərvin qapının ağzına, çağrılan səsə yeridi. Üzündən nur yağan kişi atandan nigaransanmı? soruşdu. Sərvin susdu. Bilirəm, nigaransan, deyən qoja qəmli-qəmli başını buladı. Sonra dərindən nəfəsini dərib: Eh, bala, bu hələ harasıdır ki, atanın ilinə kimi yeddi ölü görəjəksən! İlə qədər gözlə! deyib, qoja gözdən itdi.  
    Sərvin gözlərini açdı. Yatdığı divandan qalxıb, qapıya sarı yüyürdü. Qapının ağzında dayanıb geri, yatağına sarı boylandı. Yuxu gördyünü anlayıb: - İlahi,  yeddi ölü! deyə qışqırdı. Qışqırıq səsinə Çeşmi və Zəminə yuxudan oyandılar. Sərvin anasının dırnaq yerindən qəlpə-qəlpə olmuş üzünə baxıdı. Simirxan yadına düşdü. Ürəyi sıxıldı. Qorxusundan yuxusunu danışmadı. Amma hövüllü; - Simirxan! deyə qışqırdı.
 
                                           ***
    Ağzı qana bulaşmış itlər parçaladığları leşdən əl çəkib gözlərini Simirxana zillədilər. On doqquz yaşlı Simirxanın it zənn etdiyi əslində janavarlar idi. Bu vaxtlarda buralarda janavar görünməzdi. Amma dərəyə çökən dumanı fürsət bilib buradan keçən qoyun köçünün arxasınja, pusquya gələn janavarlar  qabağda gedən çobanın gözündən yayınıb arxada doğmaq üçün ləngiyən boğaz atı yanladılar. At janavarları görmüşdü. Qorxusundan özünü arxın kənarında bitrak kimi bitən, qalın yulğun ağajlarının arasına verdi. Fənd işlədib ləngiyən janavarlar atı parçalamağa tələsmədilər.  At yulğun kolları arasında iki dəfə inildəyib balasını yerə qoydu. Balasından sonra daş kimi pərdəsini-ətənəsini də salan at kimisə imdada çağırırmış kimi sakitjə kişnərtiyə bənzər səs çıxarıb, fırnıxdı. Janavarlar  sanki köçün uzaqlaşmasını gözləyirdilər. İki dişi janavar yulğun ağajlarının arxasına keçib atı ürküdərək yulğunluqdan çıxartdılar. Bu məqamı gözləyən qarşıdakı erkək janavar tullanaraq atın boğazından yapışıb yerə çökdürdü. Və sıxmağa başladı. Atı ürküdüb, yulğunluqdan çıxaran dişi janavarlar da erkək janavara köməyə gəldilər. Çapalayan atı çətinlik çəkmədən boğdular. 
    Qan gözlərini tutmuş, ağzı qana bulaşmış janavarlar Simirxanı görəndə köç artıq çoxdan dərədən uzaqlaşmışdı. Janavarları görən Simirxan dərəni arxa-arxaya geriləməyə başladı. Asta - asta ona yaxınlaşın canavarlar Simirxanı dövrəyə almağa çalışırdılar. Simirxan qışqırırdı, köməyə adam çağırdı. Lakin  Cavadın qəm karvanı getdiyindən, yolda bir kimsənən olmadığından onun səsini eşidən olmadı. Qorxudan bərəlmiş gözlərini canavarlara zilləyən Simirxan ağlayırdı. Axşamın dumanlı alatoranlığı kimi gözləri torlandı. Ayağını üstünə qoyduğu iri kəsək dabanı altında ovulurdu. Kəsək ovxarlanan kimi arxası üstə yerə yıxıldı. Dabanlarını yerə basaraq torpağı jırmaqlaya - jırmaqlaya kürəyi üstə dərəyuxarı dartınmağa başladı. Simirxan gözlərindəki tordan qurtulmuqçün əlini açıq belbağından çəkib, gözlərin ovuşdurdu. Beliaçıq şalvarını bir andaca əynindən canavarlar dartışdırıb çıxartdı. Simirxan şalvarını canavarın dişləri arasında görəndə bağırmağa başladı. Ağzı at qanına bulaşmış erkək canavar Simirxanın başı üstündən onun bağıran dodaqlarını  gəmirdi. 
***
    Çeşmil gecəykən Cavadın xalası Gülnazgilə getdi. Gülnaz nəinki bu gün, heç dünən də Simirzxanı görmədiyini dedi. Bütün qohum-qonşuları ələk-vələk etsələr də ondan xəbər tuta bilmədilər. Kim isə onun cib telefonuna zəng etməyi tösiyyə etdi. Sərvin onun mobil telefonu yoxdur, dedi. 
   Bu səhər də qara xəbərlə açılırdı. Ağlaşması səngiməyən evin bundan da qara gələcək günləri başlayırdı. Simirxanın itkin xəbərini eşidən qonşular Çeşmiyə: - Qonşu,  biz dünən Cavad rəhmətliyi qarşılamağa çıxanda gələn maşınların heç birindən Simirxanı düşən görmədik, dedilər.  Zəminə qonşuların bu sözünü eşidən kimi dalağı sancdı. Oğlu Poladı yanın çağırıb:
-Polad, bala, uşaqlardan bir-ikisini götürüb «Acı dərə»yə gedin. Dayın orada keçinən zaman Simirxanı maşının yanından ötüb, bizdən geri qaçdı. Onu gördüm. Allah eləməsin, özü öz ağzından vururmuş kimi; dilim-ağzım qurusun! uşağın ürəyi-zadı partlamış olar, dedi.
Rüzgar şəhərə getməliydi, lakin, Simirxanın İtkin xəbəri onu yolundan saxlamışdı. Gülnazın oğlu Əli, Rüzgar, Polad və bir neçə kənd uşaqları bir-birinə qoşulub Simirxanı axtarmağa getdilər. Heç bir saat keçmədi ki, Polad qucağında canavarların parçaladığı atın yanından tapıb götürdüyü qaragözlü, balaca qulancanı, Rüzgargil isə  palaz arasında üz-gözü dağıdılmış Simirxanın meyitini qapısı taybatay darvazadan içəri saldılar. Həyətdən şivən səsləri qalxdı. 
Çeşmi nə qədər yalvar-yaxar etsə də oğlunun meyitini ona göstərmədilər. Ortaya qoyulası halı qalmamışdı Simirxanın. Axşamın tez düşəcəyini bəhanə edən Poladgil Simirxanı atasına təfil verməyə tələsidilər. 
   Cavadın yuat yeri hələ sökülməmişdi. Adətə görə şər qarışan vaxtı üç gün orada şam yandırılmalı idi.  İkinci şam yandırılmağa macal tapılmamış ikinci ölünü orada yumağa götürdülər.   Sərvin yüat yerini qarşısında ürəyi keçmiş anasına baxıb: - Allah bilir bundan belə başımıza nələr gələcək! Yeddi ölünün birincisi gəldi, deyə içində fəryad qopartdı. 
Sərvin qonşuya tapışırıb gəldiyi məktəli qızlarından nigaran idi. Qızlarına bir şey olajağından qorxurdu. Hər an nələrinsə baş verəcəyinə hazırlıqlı Sərvin yuxuda yeddi ölünü görəcəyini öyrəndisə də kimlərin öləcəyini yuxusunda görməmişdi. Sərvinə elə gəldi ki otuz yaşında qədər - otuz klo dərd gəzdirir. 
   Atayla oğulun qırx mərasimi keçrilirdi. Çeşminin ər dərdi dərd deyilmiş! Oğul dərdi daha dərinmiş! Bu qırx gündə saçları ağarmış, ağlamaqdan gözləri zəifləmişdi Çeşminin. Zəminənin dərdi isə özgə dərd idi. Qəbir qarovulu çəkməkdən qəbiristanlıq qarovulçusuna dönmüşdü. Yuxusu qaçıq düşmüşdü gözlərindən. Hər gecə bir dəfə baş çəkərdi qardaşının qəbirinə. 
 Beşyaşlı oğuna baxa bilmədiyindən Selanın əri onu geri çağırdı. Selan qırx veriləndən sonra qəriblikdəki evinə qayıtdı. Sərvin də artıq Bakıya, evinə yığımışdır. Amma gözləri yolda, qulağı səsdə idi. Çünki, yuxusuna görə ayda bir ölü görməliydi biçarə.  Diri-diri dar acacından asılmışdı Sərvin sanki. Yedikləri irin dadırmış kimi gəlirdi ona. Gördüyü yuxusunu heç kəsə danışa bilməzdi Sərvin. Qorxurdu ki, onu bədneybət bilsinlər. 
    Çeşmi də balaların götürüb yaşadıqları kəndə - ərinə qənim kəsilən Qəvinin olduğu yerə qayıtmışdı. Tez-tez rastlaşdığı Qəvi ona acıq verirmiş kimi kəndin ortasında qalib xoruz kimi dimdik gəzir, qırmızı sifətini bir az qızardaraq; sənin ərin və oğlun öldü, bax, mən hələ sağam! deyirmiş kimi yangı verirdi. Çeşmi tüstüsüz yanırdı. 
  Tez-tez kənddə davaları düşən Cavadla Qəvinin düşmənçiliyi səkkiz ilə yaxın idi ki, davam edirdi. Cavad hər dəfə davadan qaçmaq istəsə də qan sevən Qəvi mütləq bir bəhanə taparaq onu davaya salardı. Bu dava hətta qohumlar arasında böyük ədavətinə gətirib çıxartmışdı. Əvvəl Cavada gücü çatmazdı Qəvinin. Lakin sonra «arxalı köpək qurd basar» məsəli kimi Qəvinin böyümüş oğlanrı Qəviyə qan salmağda yardımçı oldular. 
   Aidiatlı orqanlara qədər uzanan bu məsələ çürümək bilmirdi. Bir neçə dəfə Çeşmi: Cavad, gəl bu kənddən köçüb gedək, desə də Cavad qaçmağı şəninə sığışdırmırdı. 
   Qannıçılığın bünövrəsini Cavadın həyət iti qoydu. Hər dəfə Cavadın həyətinin yanından ötüb keçərkən iti daşa basıb qıcıqlandıran Qəvinin kiçik oğlunu nəhayət bir gün it tutdu. Oğlanın baş barmağını qopartmış it Cavadı qana saldı. Bunula da düşmənçilik başlandı. 
-Əvvəl itini, sonra da oğlunu öldürəcəm, deyən Qəvi Cavadın həyətinə basqın edib, iti öldürdü. O gündən tez-tez davaları düşən qonşular bir-birinə dəryaz, bıçaq, hətta tüfəng belə çəkmişdilər. Sonuncu dava - Simirxanla Qəvinin nəvəsinin davası olmuşdu. Bu  dava da Simirxan onun nəvəsinin ağız-burnunu əzişdirmiş, əvəzində Qəvi ilə oğlanları Cavadın evinə hücum çəkmiş, tut ağacı altındakı stolda əyləşib çörək yediyi yerdəcə Cavadı dəryazın ağzına vermişdilər. Çeşmi ərinin əynindən çıxan qanlı köynəyi yumamış, amma uşaqları görməsin deyə gizlətmişdir. 
   Hə, indi doğrudan da Çeşmi tüstüsüz yanırdı. Qəvinin təzə evləndirdiyi ikinci oğlu Əhəd həmişəki kimi yenə sataşdı Surxaya. Açıq darvaza qapısından  Surxayın arxasınca baxıb: - Ə, təklik nə pis şeymiş! deyə Surxaya atası öldüyü üçün eyham vurdu. Sonra da təzə gəlinə: Az, o «moqnitafon»u» bura gətir, görüm, çalıb, oynamağım gəlir, dedi. Onu eşidən Çeşmi ürəyində : - Səni igid öləsən, deyib, oğlunu sindöşü edərək məhləsinə keçirtdi. 
    Ağlayırdı Çeşmi. İçinin göynərtisi burnunun ücünu  sızım-sızım sızıldatdı.  Yaxşılıqdan başqa heç kəsə pisliyi dəyməyən bu ailəyə Allah sanki, qəhər eyləmişdi. Sınağa çəkilirdi elə bil bu ailəni.  Çeşmi bükülmüş qəddini dikəldərək talvar altına qoyulmuş yekə taxta çəlləyə sarı yeridi. Hər il ehtiyat üçün dolu saxladığları buğda çəlləkyinə qolların salaraq buğdanın içəirsindən nəyisə axtardı. Tapdı, çəkib çıxartdı. Bu, sonuncu davadan sonra Çeşminin gizlətdiyi Cavadın qanlı, ağ köynəyi idi. Çeşmi əvvəlcə qanlı köynəyi öpdü. Sonra da evinin giriş qapısı ağzındakı mıxçaya bayraqfoson keçirtdi. Çeşmi ağı deyirdi:
 
At ölüb, itin bayramı,             
Çal, oynasın!
Səni igid öləsən!
Alıbdı düşmən qalanı,
zəfər çalıb, bayramı.
Qoy oynasın! 
səni igid ələsən! 
Çörəyim getdi kütə,
At it yesin! 
Yaramın qaysağı qopdu, 
Qanasın, İrin eyləsin.
Bu qan-qada uzanır,
düşmən qapımı kəsdirir,
Ağ bayrağım -
ərimin ağ qanlı köynəyi! 
Od tutdum, yandım, 
Yandırır hələ göynəyi.
Səni igid ölsən! 
Yağı güclü basıldım,
Gücüm qarğışa yetir,
Səni igid öləsən!
***
  Yağış həyətdəki qollu-budaqlıı qoja tut ağajını əməlli-başlı yuyürdu. Yarpaqlar üstündə munjuq kimi jərgəyə düzülmüş yağış damjıları bir-bir yerə süzüldükjə  tut yarpaqları rəqs eyləyirmiş kimi xəfifjə titrəşirdi. Çeşmi ağlamaqdan zəifləmiş gözlərini evinin açıq qalmış qapısından görsənən agaja dikib, rəqs eyləyən yarpaqlara baxırmış kimi fikrə getmişdir. 
  Yayı paslanmış həyət qapısı jırıldadı. Səma və Sima yüyürərək tut ağajına yaxınlaşdılar. Əl çatan budaqların  yapraqların çəkişdirdilər. Sərgəylə munjuqlanmış yağış damjıları silkələnib töküldü. Gülüşdülər. Sonra ağajın altından çıxıb, yağış altında özlərini islatmağa  başladılar. Çeşmi qızlarına özünüzü islatmayın demək istəyirdi ki qapı yenə jırıldadı. Bu dəfə gələn Sərvin idi. Qızlar: - Sərvin, bajı! deyə, sevinjdən çığrışdılar. Çeşiyə elə gəldi ki, onun yağış yağan həyətinə gün çıxdı. 
    Sərvin evin qapısından içəri keçərkən bayraq kimi qapı girişinə asılan atasının qanlı köynəyin gözündən qaçırtmadı. Köynək gözlərin deşdi sanki Sərvinin. Pərişan oldu. Bir saat olardı ki anayla-bala dərdləşir, olub-bitənləri yadlarına salıb ağlayırdılar.  Sərvin anasını dilə tuturdu ki, könddən köçsünlər.
Çeşmi: - Mən köçək, gedək, deyəndə atan köçmədi. Javaddan sonra mən əsla bu kənddən köçməyəjəyəm.
     Hələ sabah açılmamışdı. Amma qapı döyülürdü. Onsuz da qulaqları səsdə olan Sərvin sayıq yatmışdı. O, paltarını geyinə-geyinə yan otaqlda yatmış Surxayı səslədi: Surxay, qapı döyülür, gör kimdi?
Zəminənin qonşusu Məhəmməd tövşiyə-tövşiyə həyətin ortasında dayanıb heykələ dönmüş Çeşmiyə: -Bajı, qulağınız xeyir xəbər eşitsin; Zəminə bajının əri keçindi. Sizə zəng çatmadığından, bizə zəng eylədi ki,  sizə xəbər eyləyim.   
    Zəminə ağlayardı. Özü də bayatılı. Dərd yandırırdı onu. Əvvəljə oğlu Məhərrəmi, sonra qardaşını, daha sonra isə ərini itirmiş Zəminə göynəyə - göynəyə ağlayırdı. Özü də hələ yerdən götürülməmiş ərinə yox, iki ay əvvəl ölmüş qardaşına. Zəminənin qızları ağlaşmanı yarımçıq kəsib yerdə uzadılmış atalarının meyitini analarına göstərərək: Ana, bu gün ölən ərindir. Birjə dəfə atamı de, onu ağla! Ərinin başı üstündə oturan Zəminə böyütdürdüyü, dizləri üstənə qoyduğu, Javadın şəkilinə baxıb, mən qardaşımçün ağlayajağam, siz atanız üçün ağlayın, dedi.           
  Yadına yuxusu duşdu Sərvinin. Bu da ikinji ölü. İlahi, görəsən, indi kimin növbəsidir? Vijələndi Sərvin. Tükləri biz-biz dayandı. Əllərini qollarının vijələnən tüklərinə çəkən Sərvin bibisinin dizi üstündəki atasının məzlum baxışlı şəklindən gözlərini çəkə bilmirdi;  Ata, görəjəyimiz müsübət deyəsən, hələ qabağdadır, deyə pıçıldadı. 
 
***
  Qəvinin kefi kök idi. Daha kənddə özünə rəqib kimsə görmürdü. Nə istəsəm onu da edə bilirəm, düşünən Qəvi əlimi qana bulamamış Allah-Təala Cavadı yolumdan özü götürdü, deyirdi. Heç kəsdən qorxub çəkinməyəjəyim yoxdu artıq.  
       Javanlığında məhşur mal-qara oğrusu  olan Qəvi köhnə vərdişindən əl götürə bilmirdi. Əsl, gizli peşəsi oğurluq idi. Kəndin bir neçə baş mal-qarası yoxa çıxandan sonra Cavad ona bu barədə xəbərdarlıq etmişdir. Xəbərdarlıqdan sonra Qəvi özünü yığışdırmışdır. Cavada düşmən kəsilmiş Qəvi onu aradan götürmək üçün fürsət gəzirdi. Əslində oğulunu öyrədib, iti qıjıqlandırmaq Qəvinin planı idi. 
  Qəvi yaşı altımışı keçməsinə, qojalmasına baxmayaraq hələ də dalaşmağı sevən, qan çıxartmağı xoşlayan adam idi. Kimsə sözünün qabağında söz deyəndə əvəzini ödəyirdi. «Qurd balası qurd olar» fikri başından çıxmırdı Qəvinin. Oğlarına: - Nə qədər ki, başını qaldırmayıb aradan götürmək gərəkdir Surxayı. O «gədə»dən gözüm su içimir, dedi. Tək olmasına baxmayın, atasına çəkib, qolu zorludur. Gözlərindəki nifrətini nifrinə döndərəjək bir gün, Gözü qarşısında neçə dəfə atasının qanını tökmüşük, atasının intiqamı alajaq. İlanın başın ulduz doğmadan əzmək lazımdır.  Oğlanlarını, yaşı kiçik nəvələrini belə davaya qoşardı dava düşəndə. Yetim-yesirin qənimi idi. Bir sözlə, adam gəzərdi qan tökməyə. Qanı isə tədbirli tökərdi. O, yenə tədbir tökürdü… 
     Könlündən iki istək keçirdi Qəvinin. birinji işi nə edib, edib Cavadın taxıl, bostan sahələrini ələ keçirtmək, ikinjisi isə Surxayı yox etmək! Cavadın yüz hektarlıq, böyük tut sahəsində gözü olan Qəvi bu sahədə aidatlı orqan işçilərinin qılığına girmiş, Cavadın sənədini kəndin kontorundan yeril-dibli sildirmişdir. 
  Çeşmi tut sahəsinin Qəviyə verildiyini eşidəndə tüstüsü başından çıxdı, sahənin yüz illik ijarəsi bizə məxsusdur deyə ərinin aldığı sənədini sübut göstərmək istədi. Bir tikə əppək olub yoxa çıxdı tutluğun sənədi evdən. Evini ələk-vələk etdisə də tapılmadı. Sanki oğru yalnız tut sahəsinin sənədi üçün oğurluğa girmişdir evə.  Beləliklə tutluq Qəvinin ixtiyarına keçdi. 
 
***
Çeşmi oğlunu göz-bəbəyi kimi qoruyurdu. Dörd qızın birjə ümidi, dayaq yeri idi Surxay. Axı evin tək kişisi, nəslin isə davamçısı idi. Həm də o, külfətin qayğısını çəkməli idi. Mal-qara dalınja gedərkən belə Çeşmi oğlunu gözdən qoymur, arayıb-axtarırdı. Suxay ali təhsilli idi. Yaşadığı kəndin orta məktəbində hərbi müəllimi işləyirdi. Surxay üstəlik  mal-qara nobatına, əkin-biçin işinə  baxırdı. Bununla belə kasıbçılıq onlardan əl çəkmirdi. Elə bil evin bərəkəti çəkilmişdir. Çeşmi oğlunun qaravulunda, oğlu isə bajılarının keşiyində durardı. Onları gözdən qoymaz, Qəvigildən uzaq tutmağa çalışardı. Bununla da atasının vəsiyyətinə əməl edərdi. Surxay hələ atasının sağlığında böyük bajısı Sərvinin sözlərini qanun bilərdi. Çünki, bajısı ailənin böyük övladı idi. Atası da Sərvini uja tutar, ailənin böyük uşağı kimi sözün keçərli edərdi. Buna baxmayaraq atası son 
günlərində oğluna bajıların qorumağı bərk-bərk tapşırmış, onların sorumluluğunu Surxayın boynuna yükləmişdir.
    Su sarıdan korluq çəkirdi Çeşmigil. Ötən yay quraqlıq olduğu üçün bostanları olmamışdı. Güzaranları ağırlaşan Çeşimi bostan əkib-bejərtmək üçün həyətdəki gözü tutulmuş yeddi metrlik quyunun gözünü açdarmaq istədi.  Oğluna: Surxay, qadoy alım sənin, gör kimi tapırsan, quyunun gözünü açdırmağa. Əlimizdən tutar yenə, dedi. Gələn yay naçar qalmayaq bala.
    Zəminənin qonşusu Məhəmməd Surxayla birlikdə suyu azalmış quyunun torpağını qazırdılar. 
-Bu quyunun bol suyu olajaq! Çoxdan bunun gözünü açmaq lazım idi, deyən Məhəmməd quyunun ağzına çay daşlarını hörərək sonunju işini tamamladı. Əmək haqqı götürməyən Məhəmməd: - Çeşmi bajı, ayıbdır, sizdən pulmu götürəjəyəm zənn edirsən?! Rəhmətlik ərinin mənə o qədər  yaxşılığı keçibidir ki, əvəzini hələ bir neçə quyu qazsam, yenə  ödəyə bilmərəm. Əslində Məhəmmədin gözü bostanın üst tərəfində böyük qoz ağajından asılan yelləjək zənjirdə qalmışdı. Utanmasaydı pul əvəzinə onu mənə verin, deyərdi. Amma qarşısını kəsən dediyi o yaxşılıqlar oldu. Fikri zəngirdə qalan Məhəmməd quyunun ağzından çəkib kənara qoyduğu ağır dəmir parçasını quyunun ağzına örtmədi. Quyunun ağzını örtmək Surxayın da ağlına gəlmədi. 
     Mart ayı özünü yetirmişdir. Qarşıdan Novruz bayramı gəlirdi. Ayın birindən buğda islatmış Çeşmi səməni qoyajaqdır. Ərinə qarabayram vermək fikrində olan Çeşmi qəbirüstə səməni aparmaq fikrindəydi. İstilər tez düşmüşdü. Deyəsən, bu yay doğrudan da quraqlıq olajaqdir. Göyərmiş yamajlar gül-çiçəklə dolu idi. İstilər adamın janına yapışırdı. Böyürtikandan çəpər çəkilmiş bostanın yarğanında ağzı açıq qalmış quyudan təmizlənəndən bəri istifadə edilməmişdir. Quyu kənarında bitən uzunboy zəhərli baldırğan bitkisi böyük yarpağını yuyunun üstünə sərmişdir. Gözə gürünməyən quyu yoxmuş kimi yaddan çıxıb baldırğanın yarpaqları altında qalmışdı.
    Bu yay bostan şitillərini əkməyə gejikən, əli işə yatmayan Çeşmi ərinjək halda qızlarına; gəlin gedək bir az bostanda işləyək. Bostan şitilləri almışam, əkmək lazımdır. İşləməyə həvəsi olmayan Sima: - Mən bostanda işləməyjəyəm. Səma getsin səninlə, dedi. 
Səma: - Yox, sən də gələjəksən mənimlə, deyə israr etdi. Çeşmi inad edən qızların hər ikisini qabağına salıb bostana apardı. 
  Quyunun yanından ötüb keçən zaman Sima dikdirdəki qoz ağajından asılan yelləçəyi görüb yellənməyə yüyürdü. Yellənjəyin oturajağını yarpaqlardan təmizləyib: Səma, gəl, məni yellə, dedi. Bajısının şıltağlığına hirslənən Səma düş gəl gedək! Anam bizi özünə köməyə gətirib, yoxsa yellənjəkdə yellənməyə?! - deyə ona ajıqlandı. Səmanın sözlərini qulaqardına vuran Sima:
-Gəl məni bir az yellə, sonra mən də sizə kömək edim, deyib yellənjəyə oturdu. Çeşmi Səmaya; yaxşı, bir az yellə bajını. Bajısına ajığı tutduğu üçün Səma zəngir yellənjəyin bir tərəfindən tutub, Sima yıxılsın deyə bərk-bərk bajısını yelləməyə başladı. Sima isə hündürdən qayğısız-qayğısız gülürdü. Güldükjə Səma ona hirslənir  daha da bərk yelləyirdi. Sima; daha bəsdir, düş aşağı, gedək.
-Bajı janı, söz verirəm, bir az yellənim, sonra sizə köməyə gələjəyəm. Amma ijazə ver bir azja yellənim dedi, Sima. 
     Sürətlə yellənmək Simanın xoşuna gəlmişdi. Tək qalan Sima indi özü-özünü yellədirdi. Yellənjək bərk getsin deyə tez-tez ayağını yerə dayaq edir, özünü yellənjəkdə irəli atır,  sürəti artırırdı. O, ayağını yerə sürtdükjə sürət artır… artırdı... Və birdən əlləri  yellənjəkdən üzüldü.  Başı quyu yanındakı çay daşına çırpılaraq böyük baldırğanın yarpaqları arasından surüşüb suyla dolu quyuya yumalandı. 
  Çeşmiylə Sima şitilləri çoxdan torpağa basdırmışdılar. Simanın gəlib çıxmadığını görən Çeşmi: Çağır bajını, gəlsin gedək, dedi.
Yellənjəyin boş, asta-asta yelləndiyini görən Səma: - Ana, Sima işləməyin dərdindən qaçıb aradan çıxıb. Simanın doğrudan qaçdığını zənn edən Çeşmi güldü. 
 
***
    Bütün qohum-əqraba beş gün idi ki, ağıla gələn hər yeri axtarmış, Simanı gördüm deyən olmamışdır. Qızın quyaya düşə biləjəyi heç kəsin ağlına gəlmirdi. Qəvini polislər dindirirdilər.  Polis şöbəsində saxlanılan, Simanın yoxa çıxmasında günahkar sayılan Qəvini üç gün idi ki polislər injidirdilər. O, and-aman edirdi ki, qızdan heç bir xəbəri yoxdur. Qəvinin evini alt-üst edən Surxayın qarşısını kəsən Qəvinin barmaqsız oğlu; o, mal-qara deyil ki, tamah salınsın deyə Surxaya ajıqlanmışdı.  
- Bajısının itməsindən ağlını yerindən oynatmış Surxay: - Bajım haradadır, yerini deyin? Onun başına nə gəlibsə sizin ujbatınızdan gəlibdir. Nə olubsa sizdən olub, deyə bağırdı. Barmaqsız: nakişi deyilik ki, qız-gəlinə əl uzadaq.  Bilmirik, deyə javab verdi.  
Simanın İtkin xəbəri bütün rayona yayılmışdır. Çeşmi tanıyıb - bildiyi falçı və bilijilərin hamısının yanına getmiş, Qəvidən şübhəlndiyini demişdir. Lakin heç kim dəqiq söz deyə bilməmişdir. Polad kəndə yaxın meşə sahələrini, göy dərəni bütünlüklə gəzmiş, Simanı heç yerdə tapmamışdır. Zəminə ah-vay edir, Qəvinin qarasınja qarğış tökürdü. Qəvinin ailəsi and -aman edir, bu işdə əlimiz yoxdur, deyirdilər. 
   Heç nədən xəbəri olmayan Selan bajısının İtkin düşdüyünün beşinji günü Moskvadan kəndə qayıtdı. Simanın İtkin düşməsinin eşidib, baş-gözünə döyə-döyə  çarəsiz halda bajısı Sərvinə: Vay başıma gələnlər! İndi nə  edəjəyik? - soruşdu. Neçə gündən bəri don vurmuş kimi gəzən Sərvin bajısının sualından sanki donu açıldı: Qızları sənə tapşırıb getmişdim, deyə Surxayın yaxasından tutub silkələyərək: - Get bajını tap gətir! Surxay: - Sakit ol, Sərvin, tapajağam! - dedi. 
   Selan pərişan anasını dindirir, axrınjı, dəfə Simanın harada olduğunu bilmək istəyirdi. Çeşmi onun yellənjəkdə yelləndiyini, sonra da bizi bostanda qoyub getdiyini dedi. Selan Surxaya: - Bağ-bostanı yaxşı-yaxşı axtarmısınızmı? Bəlkə xətrinə dəymisiniz, küsüb harasa gedibdir? Polad Surxayın yerinə dilləndi: - Hər yeri axtarmışıq. Heç harada yoxdur! Çeşmi yana-yana: 
- A tövbə bala, Javaddan sonra mən onun yetimlərinə güldən ağır söz demişəmsə baladan ötrü yanmış imanım bir də yansın, deyib ağladı. 
  Poladgil polis idarəsinə çağrılmışdı. Polad polis şöbəsində dindirilən Qəviyə üzünü tütüb: O, dayımın qənimi idi. Ola bilər ki, bizdən ajıq çıxmaq üçün ailəmizdən hayıf alsın. Neçə gündən bəri Simadan ötürü injidilən Qəvi bığlarının ujunu çeynəyərək üzünün ifadəsini dəyişmədən Poladın üzünə sakit-sakit baxıb susdu. Ürəyində : -Küçük, qıza bir şey etməmişəm, anjaq görərsən, sənin mütləq dərsini verəjəyəm! dedisə də dilində: - Mənim heç kəslə İşim olmayıb! - dedi. 
Polad özü də bilmədən Qəvinin tədbirli qara planına düşdü. İçində Polad üçün tədbir ölçən Qəvi Poladı qara siyasısının önündən yazdı.
   Selan oğlunun əlindən tutub bajısının axtarışına çıxmışdı. Əllərinin tikan didə-didə hasarboyu çəpərlənmiş böyürtikən kollarını budaq-badaq aralayır, bajısını hər kolun, hər daşın arxasından arayırdı. O, yarğana çatanda quyunun qalaqlanmış torpağı yanında dayandı. Bu torpaq topası nədir belə? deyə düşündü. Fikirli halda quyunun yan-yörəsinə diqqət yetirdi. İrəli yeridi. Yaşıl otlar altında qalan, görünməyən  quyunun dəmir qapağı ayağı altında, bir tərəfi boşluğa düşərək gurultu saldı. Dəmir qapağı quyu ağzında görməsinə öyrəşən  Selan öz-özünə sual verdi:- Quyunun ağızını kimi açıb? 
   Ətəyindən tutan, addambaşı onunla bərabər gəzən oğlunu kənara itələyrək:  Oğlum, kənara çəkil, quyuya düşərsən. Quyunun qapağını örtüm, gedək dedi. 
  Selan ağır dəmir qapağı yuyuya sarı sürüyürdü. Qapağı baldırğan kolunun yanına çatdırıb dayandı. Quyunun ağzını kol-kosdan təmizləmək üçün əlini baldırğan yarpaqlarına atmışdır ki, gözü otların arasındakı uşaq ayaqqabısına sataşdı. Təntidi. Ürəyi şiddətlə vurmağa başladı. Ağlına ilk gələn fikir; Sima quyudadır! fikiri oldu. Dəli hərəkətlərlə, tələm-tələsik  quyunun ağzındakı otları dartışdırdı. Simanın sarı, uzun saçlarını su içində səpələnmiş  görən Selan oğlunu quyu başında qoyaraq çığırtılar içərisində evə sarı götürüldü. 
***
    Dərisi altına yığılmış su Simanı köpürtmüşdü. Şişmiş sifəttindən  gözləri görsənməyən Simanın əlləri və ayaqları şişkinləşmiş, dərisi par-par parıldayırdı. Çeşmi qızının şişmiş barmaqlarını əlləri arasına alaraq ehtiyatla sığallayırdı. Qəribə idi Çeşmi ağlamırdı. Çox sakit tərzdə Sima üçün uşağlığında çaldığı lay-layı çalırdı. Elə bil yatmış balasını əzizləyirdi.
                                    
                         Lay-lay a totuş balam,
                         Əlləri toppuş balam.
                         Gözlərində qora var,   
                         Yuxusun tapmış, balam. 
                          
                          Sarı sünbülüm, lay-lay, 
                          Dinim-dindirim, lay-lay. 
                          Bu mənim gül balamdı, 
                          Gülüm-güldürüm, lay-lay.
 
***
    Novruz bayramı özünü yetirmişdi. Çeşminin ərnin qəbri üstə aparajağı, göyərtmək istədiyi səməni sulanmadığından solmuşdu. Odun sobasının yanındakı pənjərə kəndarında qalan səmənilərə baxan Sərvin;  anam bu səməniləri  qardaşım və atamın qəbri üstə qoymağa göyərdirdi. Yaxşı kı göyrmədilər. Eh, torpaq onsuz da bizimkiləri bir-bir göyərdir. Bu fikrindən içi göynəyən Sərvin ah çəkdi. İlahi, bu zəhrimara qalmış yuxunu hardan gördüm axı?! Sima yazıq da üçünjü ölü oldu. Hələ dördü durur. Allah, o dördünjü mən olaydım!  Gözüm beşinjini, daha sonrakıları görməyəydi. 
  Selan ikinji uşağını gözləyirdi. O, elə bu səbəbdən - yaxınlarının yanında doğmağçün qayıtmışdır kəndə. İlk uşağı dünyaya gələndə çox qəribsəmişdi Selan qəriblikdə. May ayının axarlarına çəkəjəkdi vaxtı. Ağırlaşmışdı, yükünə çətinliklə  güjü çatırdı. 
   Dərd içində bükülən Çeşmi gözüyaşlı hamilə qızının qulluğunda dururdu. Selanın xətrinə çərşənbə axşamları qazan asır, bişirdiyi yeməyə duz atarkən ölmüş əzizlərinin ruhunu çağırır, paylarını götürməsini diləyirdi. Çeşmi sulanmış gözlərini göy rənglil, güllü önlüyünə silərək: - Sabah Novruz bayramıdır. Selan, qəbirüstə gedəkmi?! - dedi. 
   Kəndin çıxışında taxıl sahələri vardı Çeşmigilin. Onlar taxıl sahəsinə çatanda Çeşmi əlindəki boş nimçələri oğluna uzadıb dedi: - Surxay, oğlum, o taxıldan bu boşqablara yığ, səməni qoyajağam atangilin qəbrinin üstünə. Javadın qəbiri üstündə təzə səməni vardı. Selan: - Bibi bu gün burada olub, dedi. 
Surxay: - Bibi hər gün burada olur, javabını verdi. 
  Axşam süfrəsində jansıxıjı sakitlik vardı. Yas mərasimindən çıxmayan ailə üzüntüdəndən də çıxa bilmirdilər. Beş nəfər sakitjə qarabayram sürfəsi arxasında şam edirdilər. Bu darıxdırıjı sakitliyi hönkürtü səsi pozdu. Səma ağlayırdı. Yadına bajısı, atası, qardaşı düşmüşdü Səmanın. O, göz yaşları içərisində stol arxasından qalxaraq anasını qujaqladı: - Ana, mən atamçün, qardaşımçün darıxmışam! Mən bajımı istəyirəm ana! - deyən Səma yanıqlı səslə mələyirdi.  
  Çeşmi partlamaq dərəjəsinə çatmışdı. Hərami dağına qədər qalxmışdı dərdi zavallının. Ağlamaq peşəsinə çevrilmiş Çeşmi bir himə bənd idi. Selan da dözə bilmədi Səmanın üzüntüsünə. Selanın ağladığını görən oğlu qışqıraraq anasının ayaqlarını qujaqladı.Təkjə Surxay mətin dayanmışdı. Əlini yeməkdən çəkən Surxay süfrə arxasından qalxdı. Asta addımlarla pənjərəyə sarı addımladı. Gözlərini heç nə görsənməyən həyətə dikdi. Dərin düşünjələrə daldı Surxay.
     Qəvi düşünürdü. Özü də pənjərə qarşısında. İki qonşunun pənjərəsi bir-birini görürdü. Otaqlar işıqlı olsa da pənjərədən baxanlar bir-birlərini görə bilmədi. Çünki, fikirləri özgə yerdə idi. Javan oğlanın düşünjəsində atasının giriş qapısı ağzından asılmış qanlı köynəyinin qanından utanmamaq, bu xəjalətdən çıxmaq üçün Qəvini jəzasına çatdırmaq, qoja qurdun düşünjələrində isə Polad və Surxayı tezliklə aradan götürmək idi. Hər ikisinin fikirdən qan iyi gəlirdi.    
 
***
   Hündür şax qaməti əyilmiş Çeşmi Allahın göndərdiyi bəlalara boyun əysə də Qəvigilin yanında özünü şax saxlamağa çalışırdı. Başını iş-güjlə qatıb, dərdini ovudan Çeşmi mal-qoyun  örüşdən qayıdan vaxtı inəklərin qarşısına çıxdı. 
  Poladın «Ajı dərə»dən tapıb gətirdiyi qulunça böyümüş, qıvraq dayça olmuşdu. İsimxanın meyiti ilə birgə həyətə gətirilən bu dayçaya Çemi «Şimşək» adını taxmışdı. Həyətdəki kəhər at qulançanı yanına buraxmadığından qulunça mehrini onu tez-tez sığallayan Çeşmiyə salmışdır. Səsini eşidən kimi onu yanlayırdı.  Elə indi də dayça Çeşminin arxasınja düşüb örüşdən qayıdan heyvanların pişvazına çıxmışdı. 
  Qəviylə qarşılaşan Çeşmi onun qanlı baxışlarını üzərində hiss elədi. Qorxdu. Amma qorxduğunu büruzə vermədi. Javadın ailəsinin uğursuzluğu Qəvini sevindirirdi. O, gözaltı Çeşmiyə baxıb: - Qanjıq, gör nejə şax yeriyir?! Sən öləsən elə, guya nələr çəkdiyini bilmirəm. O, Çeşminin qarşısına qatıb apardığı rusyət inəklərinə ağzını sulandırıb: - Sən öl keçməli  inəklər deyil, bunlar. Nə çırpışdırardım! Bunlardan damazlıq edə bilsəydim. Javad bu inəkləri hardan almışdı görəsən? Elə dayça da pis deyil. Bu dayça haradadır bunlarda baş açmadım, düşünən Qəvinin gözləri Çeşminin inəklərində qalsa da öz mal-qarasını həyətindən içəri saldı.  
   Qəvi pusqudaydı. Poladı güdürdü. Poladı dayısı oğlu Surxayın arxasında dayaq gördüyündən, onun Surxaydan çox təhlükli olajağından ehtiyat edirdi. Onu mümkün qədər tez aradan çıxırtmağa tələsirdi. Oğlanlarından barmaqsızı Poladı tələyə salmaq üçün hazırlamışdı.  Amma fürsət əldə edə bilmirdilər. Qəvinin ağılabatan planı vardı. Tez-tez kəndə, dayısının ailəsinə baş çəkməyə gələn Poladın növbəti dəfə kəndə nə vaxt gələjəyini bilmək kifayət idi. 
***
    Barmaqsız iki saata yaxın olardı ki, «Qoşasöyüdlü» adlanan bulağın yanında dayanıb yol polisi kimi dikdirdən kəndə düşən maşınlara nəzərət edirdi. Nəhayət ağ tozlu yolun başlanğıjında Poladın niva maşını göründü. Yoldan körpüyə qədər yeddi-səkkiz dəqiqəlik yol olardı. Barmaqsız əvvəljədən dibini qazıb, yerindən oynatdığı körpünün taxta dirəklərini bu yeddi-səkkiz dəqiqəyə laxlatmalı, körpünü sökülmüş dirəklər üstə sağlam görnüşdə saxlamalı idi. Poladın maşını söyüdlü arxa çathaçatda barmaqsız qan-tər içərisində özünü qaratikan kollarının arxasına saldı. 
  Maşın çox da böyük olmayan körpünün üstə çatanda barmaqsızın ürəyi şiddətlə döyünməyə başladı. Diqqətlə gələn maşina baxdı ki, görüsün səhf samayıb ki. maşının həqiqətən də Poladın maşını olduğunu görüb, narahat, oğru baxışlarla qaratikan kolları dibinə qısıldı. 
 Maşın kiçik körpüyə adlayan kimi körpünün dirəkləri çökdü. Nivanin qarşı tərfi zərblə sısqa axan çınqıllı, sulu dərəyə çırpıldı. Dal təkərləri göydə fırlana-fırlana qalmış maşından hənir gəldi. Polad maşının açıq qalmış arxa pənjərəsindən özün çölə çəkirdi. Poladın sağ-salamat maşından çıxmaq istədiyini görən barmaqsız fürsəti itirməyərək kolların arxasınan çıxaraq özünü Polada çatdırdı. Əlibaltalı barmaqsızın ona sarı yüyürdüyünü görən Polad işin nə yerdə olduğunu anladı. Özünü çölə atmaq üçün tələsdi. Amma yaralanmış ayağı nəyəsə ilişdiyinidən çəkib maşının içərisindən çıxarda bilmədi. Gözləri ilə barmaqsızın gələn məsafəsini ölçən Polad vaxtı çatdırıb özünü pənjərədən çölə ata bilmədi. Çarəsiz, özünü zərbədən müdafiə etmək üçün əllərini başı önündə, barmaqsızın qarşısında çarpazladı. Lakin baltanın arxa hissəsinin küt zəbəsi gözlədiyi səmtdən deyil, onu başının arxasından yaxaladı. 
     ***
     Zəminə qəbiristanlığın diri əhliqubulu idi. Qızları onu qəbiristanlıqdan evinə gətirsələr də o fürsət tapan kimi yenidən qəbiristanlığa qaçırdı. Qızlarından şikayətçi düşən Zəminə: -Ay balam, məndən nə istəyirsiniz?! Ordan çox burada yaxınlarım var, mənim. Bir kənd salmışam burada. Evdə qərar tuta bilmirəm, neyləyim axı mən biçarə?! Zəminə  daha gözünün qorasını tökmürdü. Onunki ağlamaqdan keçmişdi. Qardaşının əmanətini Surxaya verməyin vaxtı hələ çatmadığını bilsə də əmanəti sahibinə vermək istəyirdi Zəminə. Ölümünün yaxınlaşdığını sanki duyduğundan tələsirdi. 
   Poladın qəbiri Javadın qəbiri ilə yanaşı düşdüyündən Zəminə iki qəbirin arasında əyləşər, hər ikisi ilə dərdləşərdi. Polada zavalın haradan yetişdiyini deyəsən, zənn etmişdi Zəminə. Dalağı sanjdığından bütün günü üzüntü içərisində çırpınırdı. Dərdini heç kəsə aça bilməyən Zəminənin fikrindən çox şey keçirdi; Əgər doğrudan da oğlumu qətlə yetiriblərsə… Yaxşı, tutaq ki, belədir bəs bu boyda əli-ayaqlı adamı nejə öldürdülər, görəsən? Boybuxunlu Poladım sağkən yatanda çarpayıya yerləşmirdi. Bu dar qəbirə nejə yerləşdi, İlahi.  Bu nejələr, bitməyən savabsız suallar onu çatlatmaq dərəjəsinə gətirir, düşündükjə ürəyi sıxılırdı Zəminənin.  
    Qəvi oğlundan razı qalmışdı. Təmiz iş görmüşdü Barmaqsız. Qaldı Surxay! Taxıl biçimi - iyul ayı gəlsin, onun da çarəsinə baxarıq! Yenə tədbir tökürdü Qəvi. Özü də iki tədbir. Biri xeyir, biri şər. Yenə də planlı…  
      Qəvi  kiçik oğlunu - Barmaqsızı evləndirmək istəyirdi, özü də Javadın kiçik qızı Səmayla. Bu evlilik çox şey qazandırajaqdır Qəviyə. Surxayın ölümündən qabaq mütləq elçi getmək lazımdır qıza. Surxayın ölümündən sonra ev, rüsyət inəkləri, qoyun-keçi lap elə haradan gəldiyi məlum olamayan o oynaq dayça da Səmaya, yəni Barmaqsıza qalajaqldır. Beləliklə, bu evlilik oğlunun həyatını sığortalayajaqdır. Bu fikir də onun tədbirli planının tərkibinə aid idi… 
                                                      
                                                      ***
    Aprel səhərinin birində Selan sanjıdan qovrulurdu. İkinji evladını dünyaya gətməyə hazırlaşan Selan kənd xəstəxanadında doğuş keçirəjəkdi. Amma nədənsə doğuşun vaxtı uzanır, uşağın doğulması ləngiyirdi. Bətnində uşağının ölüm təhlükəsini hiss edən Selan uşaq üçün narahatçılıq keçirirdi. 
 -Qorxma, tezliklə azad olajaqsan, deyən javan genekoloq Selana ürək-dirəksə versə də özü həyəjan kesirirdi. Əli ilə xəstəni müayinə edən həkim heç nə anlaya bilmədi. Tam dörd barmaq açılış olmasına baxmayaraq uşaq doğulmurdu. Ləngitmək olmazdı.  Gejikdirilmiş doğuşdan uşaq ölü doğula bilərdi. Əslində doğuşu tuta biljək təjrübəli həkim olsaydı Selan çoxdan azad olmüşdü. Həkim doğuşun gejikmə səbəbini aydınlaşdıra bilmirdi. Uşağın doğuşa niyə yandan, böyrü üstə gəldiyini anlamayan həkim  uşağın çevrilmə mərhələsini gözləyirdi. Selanın indiki halında həkim özü uşağın, baş hissəsini çıxış nahiyəsinə çevirməli idi ki, Selan azad dola bilsin. 
  Çeşmi başını itirmişdi. Əzizlərini itirməkdən gözü qorxan qadın qızı üçün böyük narahatçılıq keçirirdi. Allaha dualar edir, qızının salamat qurtarması üçün Allaha yalvarırdı. Qızını kənd xəstəxanasına, təjrübəsiz həkiminin yanına gətirməyinə peşman olmuş ana kəndin mamaçası Xəzangül arvadın üstünə qaçdı. Xəstəxanaya getməyə tərəddü edən Xəzəngül Çeşminin yalvar-yaxarından sonra xəstəxayaya gəlməyə razı oldu. Xəzangülü razı salan Çeşmi teliklə qızının azad olajağına arxayınlaşdı. Xəzangül javan kənd həkiminin ona köməyə gəlməyindən narazılıq etdiyini görüb: 
   -Qızım, ijazə ver baxım, doğuşu özün tutajaqsan. Ələlrini ilıq su ilə yuyuan Xəzangül doğuşa tərs gəlmiş uşağı çevirib; hə, indi işini gör, mən getdim, deyib, həkimin xətrinə dəyməmək üüçn işini başa vurmamış xəstəxanadan ayrıldı.   
  Pərt olmuş həkimin titrək əlləri artıq doğuşa gələn, başı görsənən uşağın peysərindən ehmalja tutdu. Ən çətin məqamı, uşağın çiyinlərinin ana bətnindən azad olmasını da  ötüşdürüb, nəhayət körpəni əllərinə götürdü. Selana sarı boylanan, gülümsəyən javan həkim: - Selan, bir  oğlun da oldu, deyib, uşağın  göbək jiyəsinin kəsdi.  Sonra jiyəyə yod çəkərək, qalın ipək sapla uşağın göbəyini sarıdı. Uşaq doğulan kimi Selan sakitləşdi. Nəbzi aramla vurmağa başladı
   Uşaqlıq yolundan jifti çıxartmağa hazırlaşan hələ də həyəjanı keçməyən həkimin əsən əlləri jiyənin gijər ujunu əlindən qaçırtdı. Uşaqlıq yolundan jift geri qayıtdı. Bu görən zaman içini çəkən həkimin səsi doğuş otağında əks-səda verərək Selanı diksindirdi. 
   Selana qan aparırdı. uzun çəkən qanaxmanın qarşısını ala bilməyən həkim yuxarı çəkilmiş jifti çıxara bilmirdi. Jiddi ağırlaşma, qanaxma Selanı ölüm təhlükəsi ilə üz-üzə qoymuşdu. Həkim hər iki əliniylə selanın qarnından aşağı basır, jiftin uşaqlıqdan çıxmasına çalışırdı. Lakin o, heç nəyə müəffəq olmadı. Əlajsız qalan həkim özünü dəhlizə ataraq Xəzangül arvadı axtardı. Xəzangül arvad buradadırmı? - deyə Çeşmidən soruşdu. 
 Bayaqdan içəridəki səs-küyü eşidib şübhəyə düşən Çeşmi qoşa əllərini dizlərinə çırpıb: - Evim dağıldı! Xəzəngül, sənə getmə dedim axı! - deyib bayıldı. 
***
    Rüzgar eşitdiyi qara xəbəri Sərvinə nejə çatdırajağını bilmirdi. Nəhayət özünü toparlayıb, Sərvinin yanına - mətbəxtə keçdi: 
-Sərvin, kəndə getmək lazımdır, dedi. Yuxusu Sərvinin yadına düşdü. Əlində tutduğu nimçə əsdi. Kimdir? - soruşdu.
Rüzgvr günahkarjasına, boğuq səslə: - Selan dedi. Əlindəki nimçə Selanın ayaqları altına düşüb parçalandı. 
    Doğum otağında, hələ doğuş çarpayısı üzərindən düşürülməyən Selanın üzünə ağ mələfə çəkilmişdi. Üzündə zərrə qədər də qanı qalmamış, rəngi ağappaq avazımışdı Selanın. Qanı çarpayıdan süzülərək qapıya qədər axmışdır. Özlərini itirmiş kənd xəstəxansının işçiləri qanı indiyə qədər təmizləməmişdilər. Tibb bajımsının qujağındakı təzə doğulmuş çağının çığırtısı, böyük qardaşının səsinə qarışaraq xəstəxananı başına götürmüşdü. Selanın ölümünə bais olan təjrübəsiz javan həkimin hara qaçdı heç kəsə məlum deyildir. Çeşim özünə gəlsə də içəri keçməmiş, qızına baxa bilməmişdi. Daha doğrusu onu içəri buraxmamışdılar. Xəstəxananın birinji mərtəbəsinədə üz-gözünü qana bələyən Çeşminin başına toplanlar: 
-Yazıq arvad, daha yaşaya bilməz! Çatlayıb ölməjə də bu bədbəxtin daha ölüdən fərqi olmaz -deyə halına ajıdılar.
   Rüzgar xəstəxananın həyətindən içəri keçərkən özünü ələ ala bilməyən, hönkürtü ilə ağlayan Surxayın qolundan yapışıb: - Surxay, ağlama! Sənin ağlamaqdan daha vajib işlərin var, dedi. Ayağını doğuş otağından içəri atan Sərvin bacısının axıb qapı ağzına qədər gələn qanını tapdaladı. Ayağının qanını ortasına basdığını görən Sərvin:
- Qanını yalasaydım, bundan yaxşı olardı Selan - deyə nalə çəkdi. Zəminə mələfini qardaşı qızının üzündən çəkib: - Jan qardaş, hazır ol, balanın birini də sənə təvil veririk, deyib, gözündən tökülən yaşları silmədən ah çəkdi.   
Gün günartanı ötürdü. Amma Selanı hələ yerdən götürməmişdilər. Əri Yusifi gözləyirdilər. Lakin, günün batan məqamında torpağa ölü qoymaq günahdır deyən ağsaqqalarının məsləhəti ilə Selanı basdırmaq qərarına gəldilər. Çeşmiyə yazıqları gələnlər Selanı tez basirmaq tərəfdarı idilər. Selanın əri gəlib çatana qədər iki gün çəkəjək. Çeşminin gözü qarşında Selanı saxlamaq olmaz. Biçarə çatlayıb, ölər. Torpağın üzü soyuqdur, götürmək lazımdır, dedilər.
  Çığırtılar içərisində qaldırılan jənazə ləngərləyirdi. El arasında deyilən fikrə görə; yan vuran, ləngərləyən tabutun içərisində olan ölü nədənsə nigaran gedir. Selan nigaran köçürdü bu dünyadan.
   Rüzgar Selanı yola salan izdihamın küçənin tininə çatdığını görüb, ağlaşan arvadların qarşısını kəsdi: 
 -Bura qədər ötürdüyünüz bəsdir, qayıdın dedi. Sərvin ərinin sözünü çevirmədi. Daha irəliləmədi. Məzlum baxışlarla Selanın ləngər, yan vuran tabutu arxasınja baxıb, əllərini yazıq görkəmdə  sinəsinə çarpazlayıb qoltuğuna soxdu: Polad dörd, bu da beşji ölü! Sənə yalvarıram, Allah, daha bəsdir! Artıq dözə bilmirəm! Əgər mütləq yeddiyə çatdırmalısansa o zaman -  altınjı mən olum, Allah, mən! 
***
Həkimdən şikayətçi olmayan Çeşmi: - Həkimin nə günahı?! Tanrı yazımı belə yazıb deyə ağlayırdı.
  Selanın üçü günü Yusif gəlib çıxdı. Qəbir üstə baş çəkəndən sonra təzə doğulmuş oğlunu görmək istədi. Sima körpəni gətirib, atasına verdi. Yusif özünü ağlamaqdan saxlaya bilmədi. Əvvəljə gözlərinin yaşını silid, sonra oğlunu qujağına aldı. Qapqara gözlərinə baxıb: - Adını Selanın ruhu şad olsun deyə Simirxan qoyuram, dedi. Sonra baldızı Sərvini çağırıb: - Sərvin, səndən bir xahişim var; onu  sənə əmanət edirəm, deyib oğlunu Sərvinə uzatdı. Qığıldayan körpəni qolları arasına alan Sərvin: Yusif, sənə ad verirəm Allaha, əvvəljə oğlunu Allaha, sonra mənə əmanət et. Qorxurum, qardaş. Qoy ilk önjə Allaha əmanət olsun! 
- Allaha əmanət olsun! - deyən Yusif böyük oğlunun əllindən tutub: - Bunu da anama verib, tezliklə  Qarabağa yola düşəjəyəm. Daha buralarda qərar tutu bilmərəm, deyib çıxış qapısına sarı yönəldi.
***
 
     Bədbəxtliyə düçar olmuş ailənin ağır güzaranı bir az da ağırlaşmışdı. Həyətdəki mal-qara, toyuq-cücə olmasaydı dolana bilməzdilər. Polad rəhmətlik çox köməklik edərdi dayısının ailəsinə. Selandan sonra qaradinməz olmuşdu Çeşmi. Çox hallarda özü-özüylə danışardı. Yusif oğlunu Sərvinə əmanət etməsinə baxmayaraq Çeşmi uşağı qızının əlindən almış;  özüm baxacağam demışdır. Körpəni inək südünə alışdıran Çeşmi qoca vaxtında əliuşaqlı olmuşdu. Balasının yadigarını öz oğlu kimi böyütmək istəyirdi. Uşağı atasına vermək fikri yox idi Çeşminin.    
Javadın mal-mülkündə gözü olan Qəvinin planında isə uşaq yox idi. Selanın öləcəyini, uşağın Çeşmigildə qalacağını ağlına belə gətirməmişdir. Mən Surxayı aradan götürməyi fikirləşdiyim vaxtda bu vələd də bir «paz» oldu planıma. Üstəlik də üşağın adını Simirxan qoymuşlar. Çeşmi bu addan sonra dünyasında uşağı atasına verməz. O, qancığı yaxşı tanıyıram, özü böyüdəcək yetimi, düşündü Qəvi. Eybi yoxdur, onu da atasının - Yusifin aparması üçün çarə taparam, dedi. Qəvi düz fikirləşirdi. Çeşmi Simirxanı Surxaya qardaş böyütmək istəyirdi. 
   Anasıgilə və ona əmanət verilən balaca Simirxana tez-tez baş çəkən Sərvin kənddə idi. Simirxana yaman öyrəşmişdi. Anası versəydi aparardı onu. Amma uşaq anamın dərdini az da olsa ovundurur, düşündü. Üzünü körpəni bələyən anasına tutub: 
-Ana, son vaxtlar atam tez-tez yuxuma girir. Yaman qərib görürəm onu yuxuda. 
-Bəlkə Quran oxutdurasan atançun.
- Tez - tez oxutdururam, deyəsən nədənsə nigarandı, axı?!
- Nə bilim vallah. Özü başını götürüb, getdi, mən yazığı qoydu zülümdə. Mən də ölüb qurtula bilsəydim… Nə yaxşı ki, uşağı aparmadı Yusif. Yenə başımı qatıram bununla. Düzünü desəm Səma olmasa baxa bilmərəm uşağa. Çeşmi uşağı bələyib qurtardı. Sonra da əlini Sərvinn yanında olan bələkbağına uzadıb: -Bələkbağın at bura görüm, dedi. Bələkbağın anasına uzadan Sərvin:
- Ölməkdən danışma ana. Atamdan sonra gözümüzü sənə dikmişik. 
    Gecə uşağın yanında yatan Sərvin yenə yuxu görürdü. Pərişançılıq içərisində, əli qandallı dayanmış atası qızına nəyisə anlatmaq, nədənsə duyuq salmaq istəyirdi. Sərvin səhərin alatoranlığında uşağın səsinə ayıldı. Ağlayan uşağı qucağına alıb, uşağa deyirmiş kimi dilləndi; ata, nədən nigaransan, nə demək istəyirsən? Vallah mən heç nə başa düşə bilmirəm. 
   Mal-qaranı örüşə yola salıb, evə qayıdan Çeşmi Sərvinn harasa getmək üçün hazırlaşdığını görüb soruşdu:
-Səhərin gözü açılmamış hara gedirsən Sərvin?
-Qəbiristanlığa.
-Nədi bu gejə də atanı yuxuda görmüsən?! Gözlə, bir yerdə gedək. 
-Sən gəlmə ana. Tez qayıdacağam, deyib, anasını gözləmədən evdən çıxdı. Qəbiristanlığa çatanda gözlərinə inanmadı. Zəminə qəbir üstə idi. Sərvinin gəldiyini uzaqdan görən Zəminə: 
-Ürəyimə danmışdı, gələcəyini billirdi, dedi. Gözəl, şux görnüşündən, xanımlığından əsər-əlamət qalmamış bibisinin əyin-başı Sərvinin xoşuna gəlmədi. Ağarmış saçları başına bağladığı, gündən bozarmış ləçəyinin altından pırtlaşıq halda tökülmüşdü. Süzülmüş, göy rəngli nimdan donunun ətəkləri sökülüb sallanırdı. Həmişə səliqəli gəzən Zəminədən əsər-əlamət qalmamışdı. Sərvin məyusluqla bibisinə salam verdi: -Sabahın xeyir bibi.
-Sabahın xeyir qızım. Bizə baş çəkməyə gəlmisən?
-Sizə niyə?  Bibi, gününü burada keçirtməklə niyə özünə qəsd eyləyirsən? 
-Bizə Allah qəsd eylədi qızım, Allah. Zəmnə qardaşı qızına əyil, gözlərindən öpüm sənin, desə də özü hıkkanı-hıkkanı ayağa qalxdı. Sərvini öpüb, gedim çay-çörək hazırlayım, dedi. Sən də görüş dilsizlərlə, sonra gəl yanıma. Eh, Sərvin, mən ki, bu qədər onları dindirirəm… Mənə cavab verdilərsə sənə də cavab verəcəklər. 
   Sərvin qəbiristanlıqda yatan əzizlərinin başdaşlarıyla bir-bir görüşə-görüşə nəhayət atasına çatdı. Titrək əllərini atasının başdaşındakı şəklinə çəkdi. Bibisinin silib, təmizlədiyi şəkildən öpdü: Sərvin intizar gözlərini atasının şəkildəki sönük baxışlarına dikib. Üzünə süzülən, yaşla dolmuş gözlərini əliylə qapayıb:
 
Ata, bağrım yanıqdı,
Yandı imanım, dinim.
O qədər ağladım ki…
Didim-didimdi dilim.
 
Səni yuxuda gördüm,
Gördüm elə yaqıqsan…
Üstün-başın töküntü,
Çirk içində batıbsan.
 
    -deyib, bayatısına ara verdi. Sonra Sərvin üzünü göyə tutdu. Tutqunlaşmış göy üzünə, qaralmış buludlara baxdı. Ona elə gəldi ki, buludlar da onun kimi ağlamaq istəyir. Buludlar niyə ağlamaq istəyır görəsən? Qaralan buludlar arasında səhər üzünü gizlədirdi. Təzədən üzünü atasının qəbrinə tutub:  
 
Dan yeriymiş ağaran,
Gördüm səni nigaran.
Gördüm əsir düşmüsən,
Bu doğrumu, ya yalan?
 
Qüsl, bu su, bu sürə,
Varsa, günahın yuyum.
Səni öpmək istədim,
Gördüm, çatmayır boyum.
 
Kədər biçir  əllərim,
Ağu deyir dillərim.
Kəfənini tikəndə
Qırılaydı əllrim.
 
Allah səni çox istəyirmiş ata! Yaxınlarını sənin yanına göndərdi, darıxmayasan deyə. Səni yaman tez-tez yuxuda görürəm. Hər dəfə də mənə qəmli baxışlarla baxırsan. Deyəsən, məndən nigaransan?! Görürsən, pis deyiləm, yaxşıyam! 
 
Nədən nigaran belə?
Nə dərdim, sərim mənim?!
Hə, bu da bir yalandı!
Açılanda sabahlar
Qara gəlir səhərim.
 
Ata, elə yazığam…
Betərdən betərəm mən!
Əzrail gəlsə vallah,
Ləngimədən yanına
Qoşulub gedərəm, mən.
 
Rəsmin durur divarda,
İyin çəkilib gedir.
O çəkdiyin hasar da,
Gəl bax, tökülüb-gedir.
 
Dan yerimi ağaran?
Nigaran var, nigaran…
Sənin  yatan bəxtini
Bajarmadım oyadan.
 
 
   Səndən bir təvvəqem var? ata. Sən Allaha məndən yaxınsan, Allaha de ki, daha bizə dəyməsin. De ki, yuxuda gördüklərimin ajısını çox çəkdim. De ki, altınjı, yeddinji kəsləri Öz nuruna bağlasın!. Sərvin hıçkırırdı. De ki…Sözünü bitirməmiş susdu Sərvin. Buludlar ağlayırdı. Sərvin üzünü göyə tutub ağlayan buludlardan  soruşdu:
- Mənə ağlayırsan, yoxsa sənindəmi dərdin var? 
***
            Arpa biçini başlamışdı. Bir aydan sonra - iyulda buğda biçiminin mövsümü oljaqdır. Qəvi planını həyata keçirtmək, Surxayı öldrmək üçün məhz bu ayı- taxıl biçimini gözləyirdi. O,  artıq müəyyən işlər  gördürmüş, planının birinji hissəsini həyata keçirtmişdi. Barmaqsıza gizlinjə Səmanın könlünü almağı, qızı yoldan çıxartmağı tapşırmışdı. 
   Addımbaşı Səmanın yolunu kəsən Barmaqsız qıza yağlı dillər tökür, onu sevdiyinə əmin edirdi. Bu sevginin nə qədər güjlü olduğunu, hətta aradakı düşmənçiliyi tapdalayıb keçəjəyini tez-tez qıza vurğulayırdı. Guya atasının bu barədə nə deyəjəyi Barmaqsıza «vız» gəlirdi. Onu da qeyd edirdi ki, qızın gözəlliyi aradakı düşmənçiliyi onun gözündə heçə döndərmişdir. Səma doğrudan da gözəl idi. Orta boylu, yaşıl gözlü, sarı saçlı yaraşıqlı Səma ağlını Barmaqsıza uduzmuşdu. Romantik sevgi məjarası axtaran Səma odla oynadından, qardaşının ölümünə vəsilə olajağından xəbərsiz idi. 
     Başı uşağa - Simirxana qarışan Çeşminin heç nədən xəbəri yox idi.  Bu boyda müsübətlərdən sonra hələ özünə gəlməmiş Çeşmi Səmanın Barmaqsızla görüşüb-sevişməyini ağlına gətirə bilməzdi. Balaja Simirxan artıq üç aylıq idi. Yaralı  Çeşminin yarasının qaysağının bağlandığı yeri idi Simirxan. Onun sayəsində bir balaja üzü gülürdü qadının. Otaq dolusu qığıltısı vardı Simirxanın. Hərdən Çeşmiyə elə gəlirdi ki, o, öz Simirxanını təzədən böyüdür. 
   Hərəkətə keçmək zamanı idi. Planın ikinji hissəsini həyata keçirtmək, elçi getmək lazım idi. Qəvi kiçik qardaşı Sultana fikrini bildirəndə Qəvinin qorxunj planından xəbərsiz Sultan sevindi. 
 -Hə, bu lap yaxşı fikirdi qardaş! Düşmənçilik nəyə lazımdır! Amma bir iş var ki, Çeşmi hələ hüzürlüdür. onun yaslı qapısına ərinin ili çıxmamış elçi getmyimiz düzgün iş deyil! 
-Burada pis nə var ki, qızla oğlan bir-birlərini sevirlər. Biz elçi getməklə xoş niyyət bildiririk. Qoy Çeşmi də bilsin ki, biz bu düşmənçiliyi aradan götürürük. Əvvəljə qızın adını tutaq, arada isti münasibət yaradaq, sonra da birjə dənə ləçək verək, hələ üzük də gərək deyil, sonra sakitjə çəkilək ili gözləyək dedi Qəvi. 
       Qəvi elçiliyi günün-günorat vaxtına salmışdır. Qonum-qonşunun bu elçilikdən xəbər tutmasını istəyirdi. Belə, daha münasib idi. Qızı verməyəjəklərinə əmin olan Qəvi elçiliyi nümayiş etdirirmiş kimi Çeşminin qapısı ağzında bir balaja ləngidi. 
  Jəftəsi pasılı darvaza döyülürdü. Uşağı yedizdirən Çeşmi: 
- Surxay, qadoy alım, qapı döyülür, get aç. Qapını kimlərin döyməsindən xəbərdar olan Səma astaja, ilan kimi sivişib dal otağı keçdi. 
Surxay çırıq şətəlləri ayağına keçirib qapını açmağı getdi.  Çeşmi evinin qapısı ağzında kimlərinsə süpürləşdiyini hiss etdi. Səmanı çağıraraq qujağındakı uşağı ona verib, qapıya yüyürdü. Evin kəndarına qədər gəlib çatmış Qəvigili Surxay geri qaytarmaq istəyirdi. Sultan yalvar-yaxar edir, qonaq qapıdan qovulmaz deyirdi. Çeşmi güjü gəldikjə bağırdı: Surxay, kənara çəkil! Surxay  qonaqlardan aralanıb anasının sərtləşmiş üzünə baxdı.
Çeşmi: - Qəvi, mən biləni  sən bu evə gəlməməliydin. İndiki gəlibsən deməli, mütləq bir deyəjəyin var. Sənə nə lazımdır?
 Qəvi dillənmədi. Əvəzində Sultan: Çeşmi bajı, bu evin böyüyü sənsən, sən də böyüklük göstər, bizi evə dəvət et. Mətləbimizi içəridə açıqlayarıq. Çeşmi dayandığı qapı ağzındın çəkildi.
   Qəvi evə keçərkən Javadın qapı ağından asılmış ağ, qanlı köynəyini gördü. Elə Soltan da köynəyi gözdən qaçırtmadı. Narahat baxışlarını qardaşının üzündə gəzdirib, qaş-göz işarəsiylə Qəviyə sakitjə keç içəri, işarəsini verdi. Qəvi; birjə «ölən günümü bilmirəm»! Küçük! deyə ürəyində Surxayı hədəldi. Qanlı köynəyi qapı ağzından asıb ki, məni öldürməyi yaddından çıxartmasın. Mənim yox, sənin vaxtına bir şey qalmayıb. Tezliklə Poladla salamlaşmağa göndərəjəyəm səni.  
    Aynabəndin yuxarı başında, döşəkçə üstündə qonaqlara yer göstərən Çeşmi özü otağın ayaq hissəsində əyləşdi. O, susur, qonaqların  nə deyəjəyini gözləyirdi. Soltan nə fikirlə gəldiklərini açıqlayanda, qapı ağında, ayaq üstə dayanmış Surxay çılğınlıqla: - Ağzından çıxanı  qulağın eşidirmi Sultan kişi?! Çeşmi gözünü oğluna ağardıb: - Bəs sən nə vaxtdan böyük qabağına çıxan olmusan?! deyə oğlunu yamanladı. Sonra da səsini yumuşaltmayaraq: - Bajına denən çay qoysun. Çayı gətir, sonra özün də gəl əyləş burada. Surxay qulaqlarına inanmadı. Çeşmi Surxayın özünü itirdiyini görüb; - Nə deyirəm onu da et! deməklə; böyük mən olsam da şükür Allaha evimin kişisi var, demək istəmişdi Qəvigilə. 
Anasının üzünə ağ olmaq istəməyən Surxay  səsini çıxartmayıb çay dalınja getdi. Sultan ürəyində sevindi. 
-Şükür Allaha, deyəsən, işimiz avanda tuş gələjək! Qardaşının yerinə danışan Sultan olub keçənləri yaddan çıxartmağı, qonşuluqda mehriban dolanmağı tövsiyyə edirdi. Bayaqdan bəri Qəvi susur, Sultan danışır, Çeşmi isə qulaq asırdı.  
   Surxay geri qayıdıb: - Ana, çay hazırdı, dedi. Çayla dolu çaydanı, stəkan - nəlbəki olan sinini anasına uzatdı. Çeşmi astaja yerindən qalxdı. Javadın qapı ağzında mıxdan asılan ağ, qanlı köynəyini gətirb süfrə əvəzinə Qəvigilin qənşərinə sərdi. Sonra da sinidə  olan çayı stəkanlara süzüb qanlı köynək üstündə qonaqlara çay təklif etdi.  
Qəvigilin halından bir Allah xəbər tutdu, bir də Çeşmi. Qulaqlarına qədər qızarmış Sultan: -Bu yaxşı olmadı, yaxşı iş tutmadın Çeşmi bajı! Biz saf niyyətlə sənin qapına gəlmişik.
 - Sultan qardaş, bəs sənin qardaşın yaxşı iş görürdümü, mənim ərimi tez-tez qanına bulaşdırmaqla? Ürək ağrısına salıb öldürməklə? İtə sataşamaq it kimi bir iş görmək deməkdir, özün bilirsən! O Javadın itinə sataşmırdı özünə sataşırdı. İti qıjıqlandırmaqla, oğlunun barmağını İtin dişlərinə qurban verməklə nə demək istəyirdi bilirmisən? Qəvi bu qannıçılığı salmaqla Javadı usdurmaq, keçmişini gizlətməkmi istəyirdi?! «Xain xoflu olar» atalar sözü düz deyilibmiş! Javad onsuz da susurdu. 
Sultan: - Çeşmi, bu gün qapına mən gəlmişəm. Mənə xətir eylə! 
-Sultan, yaxşı olardı ki, sən bu işə qoşulmayasən. Çeşmi əlini Qəviyə uzadıb: - Bu Qəvi sənin qardaşın olsa da onu mən səndən yaxşı tanıyıram. Ondan mənə qohum olmaz! Düzdü, səndən razıyam! Ona görə ki, qan iş tutmuqda qardaşına oxşamamısan. Hər işin də layiqli olub. Amma boynuna al ki, bu günki işin layiqsizdir Sultan. Hüzürlü evə - özü də beş ölüsü düşmüşən, üstəlik ölənlərin ili ötüşməmiş evə elçi gəlmək nə dərəjədə düzgündür?! 
- Düz deyirsən bajı, biz gərək ili gözləyəydik. Amma bizim fikrimiz elçilikdən çox, bu düşmənçiliyi aradan qaldırmaqdı Çeşmi.
 - Sultan, mənim daha düşmənçilik edəjək halımmı qalıb?! Sən hansı düşmənçilikdən danışırsan? Mənim kimim qaldı ki, kimlədə düşmənçilik edəsiniz?! Qıza gəldikdə isə mənim Qəviyə veriləjək qızım yoxdur!
    Bayaqdan susan, birjə kəlmə olsa belə danışmayan Qəvi Çeşminin sözünün bu yerində ayağa qalıb: - Çeşmi, biz yenə gələjəyik, bu barədə fikirləş, deyib, qapıya sarı yönəldi.
  Əslində Qəvinin daha elçi gələmək fikri yox idi. O, öz işin görmüşdü. Planın ikinji hissəsini həyata keçirən Qəvi üçünjü hissənin vaxtını gözləyirdi.
***
    Sərvin qəbiristanlıqdan çıxıb, bibisigilə getdi. Qardaşıqızını qapı ağzında qarşılayan Zəminə ikimərtəbəli evi hıkkana-hıkana qalxdı. Sonunju pillədə dayanıb, Sərvinə əl işiarəsiyələ; sən keç irəri, dedi. Otağa keçən Sərvin Poladın divara vurulmuş şəkili qarşısında dayandı, diqqətlə şəkilə baxdı. Poladdan çox bibisinə yandı Sərvin. Poladın ölümündən sonra tək yaşayan Zəminəyə ərdə olan qızları tez-tez baş çəksələr də onu ovundura, qəbiristaqlıqdan yığa bilmirdilər. Yazıq bibim, gör nə günə qaldı, deyə fikirləşdi Sərvin. Mənə baş çəkməmiş getmə, demişdi bibisi. Görəsən, nə deyəjək mənə?  
   Zəminə otağa keçib; - Daha heyim qalmayıb, Poladdan sonra yaman düşmüşəm. Sərvini ayaq üstə görüb: - Niyə oturmursan? Keç otur, dedi. 
Sərvin otağın ortasına qoyulmuş dairəvi köhnə stolun kənarına düzülmüş stulun birini çəkib əyləşdi. Gözlərini stolun üzərindəki bibisinin onun üçün hazırladığı səhər yeməyinə dikib fikirə getdi. Bibisi onun aj olduğunu zənn edib: - Çörək ye, bala, ajsan. Sərvin əlini çörəyə uzatmadı. 
-Bibi, mənə deyəjəyin varmış? soruşdu. 
-Hə, var.
-Nə? 
Zəminə durxdu. Sözünə haradan başlayajağını bilmədi. Gözlərini Sərviin gözlərinə dikdi. Bir-neçə dəqiqəlik sükutdan sonra dərindən ah çəkərək sözə başladı. 
-Atan Bakıda, xəstəxanada yatanda, son günlərində məni yanına çağırtdırıb bir əmanətin yerin demişdi. Əmanəti bir-neçə ildən sonra Surxaya verməyimi tapşırmışdı. Amma o, əmanətin nə olduğunu deməmişdi. Selan rəhmətə gedəndən sonra həmin əmanəti görmək, onun nə olduğunu bilmək istədim. Fikirləşdim ki, puldan-pənədən bir şey olsa Çeşmiyə verəm. Özün bilirsən, dolanışıqları nejə ağırdır. Bu məqsədlə də sizə getdim…
Sərvini maraq götürmüşdü. Atasının əmanəti nə ola bilərdi ki?! Sərviinn bildiyinə görə atasının nə pulu, nə də qızılı qalmamışdır. Bəs onda bu nə əmanət idi? Atam onu harada gizlətmişdir? Sərvin səbirsizjəsinə bibisinin sözünü yarımçıq kəsib: - Nə idi o əmanət? 
Zəminə duruxmuş halda: - Elə məsələ də bundadır ki, onun nə olduğunu anlamadım. Daha doğrusu… 
Sərvin darıxdı. Bibisinin sözünü yarımçıq kəsib: - Nejə yəni anlamadım? 
Zəminə: - Javad əmanəti it damında gizlətmişəm, götürüb verərsən Surxaya demişdi. Açarsız kilidi özüm qırmışam. İt damınının divarında, atanın nişan verdiyi rəngi saralmış, ağ torba asılmışdı. Bəlkə məndən əvvəl ora kimsə girmiş, əmanəti görürmüşdür? Yerinə isə… Zəminə karıxmış kimi sözünə bir balaja ara verdi.  Əvvəljə elə zənn etdim ki, orada pul və ya qızıl olajaqdır!
Sərvin: Bibi, sən Allah de görüm orada nə var idi axı?
- İt başı!
- Nə? 
-Hə, it başı var idi torbanın içərisində.
Sərvini maraq bürüdü. Görəsən atam it başını niyə əmanət kimi saxlayırmış? Sərvin maraq dolu gözlərini bibisinə zillədi. - Bibi, it başı… Yəni…
-Əti kökülmüş sklet. Məş heç nə anlamadım. Surxay yekə kişidir, Elə rəhmətlik Simirxan da körpə deyildi. Bəs o zaman rəhmətlik qardaşım niyə o əmanəti uşaqlarına istəməmişdi. Niyə mənə verdi. Bir neçə ildən sonra onlara verərəsən dedi. Nəyə?    
Sərvin düşünjə içərisindəbibisinin sualını javabsız qoyub öz düşünjəsini dilə gətirdi. 
- Maraqlıdır! Atam bununla nə demək istəmişdir görəsən? 
Zəminə: - Hə, çox maraqlıdır, dedi.
-Görəsən, atam bununla nə demək istəmişdir?
-Nə bilim vallah…
-Bəs o indi haradadır?
***
Sərvin günün günorta çağı öz həyətlərinə oğru kimi girdi. Əlində bibisinin bu gün ona verdiyi saralmış torbanı gizlinjə evə keçirtdi. Ata nənəsindən qalma köhnə sandığa qoyub ağzını bərk-bərk kilidlədi. Sandığın ağzını yoxlayıb arxayınlaşandan sonra yan otağa keçdi. Nənəsinin çarpayısında mışıl-mışıl yatan balaja Simirxana istəklə baxıb evdən çıxdı. Qapı ağzında bayraq kimi yellənən atasının qanlı köynəyinə baxıb ah çəkdi. Bibisiylə arasında olan it başı məsələsindən sonra sual dolu gözlərini atasının qanlı köynəyinə dikdi. Sanki qanlı köynək atasının it başı məsələsinin nə demək olduğunu anladajaqdır. Ona elə gəldi ki, atasının köyəyindəki qurumuş qan hələ istidir. Damjı-damjı qan damır köynəkdən. Qan gözləri önündə damjılaya - damjılaya daş pillələrdən süzüb it damına qədər uzandı xəyalında. Sərvinin fikri dolaşmış kələfə döndü. Bu kələfi çözmək istəyən qız dağlın halda pillələri endi. Həyətdə kimsə gözə dəymirdi. Evin çox da hündür olmayan zirzəmisinə girdi. Zirzəmidə işıq olmadığından gözləri qaranlığa alışanadək gözlədi. Divarın künjündəki yeşiyin yanında əyləşib, onu qarşısına çəkdi. Atasının son dəfə xəstəxanada əynindən çıxartdığı paltarları yeşikdən çıxartdı. Qara şalvar, ağ köynək, qara jorablar şiş olub gözlərinə batdı sanki Sərvinin. Göz önünü tor kimi  tutmuş yaşlarını əlinin arxasıyla sildi. Sonra yeşikdəki qızılgül ətirli sabunu əlinə aldı. Son dəfə atasının ələlrinə dəymiş yarımçıq sabunu. Hə, bu da onun diş fırça və pastası. Sərvin yeşikdə qalan sonunju əşyaya əlini uzatdı. İlahi, bu da Sərvinin xəstəxada iylədiyi əl-üz dəsmalı! Yadına atasının xəstəxanada dediyi sözlər düşdü. «Nədi, mənim iyim gəlir dəsmaldan? Götür, dəsmalı. Bükülü, saxla. Amma yuma. Bir zaman dəyərli olar bu dəsmal səninçün, məni yadına salanda açıb iyləyərsən.» 
O iy üçün burnunun uju göynədi Sərvinin. Atasının qoxusunu almaq üçün dəsmalı hönkürtüylə üzünə basdı. Dərindən nəfəs aldı. Təssüf hissiylə pıçıldadı: - Ata, iyin çəkilib gedib dəsmaldan, özün gedən kimi! Sərvin atasının şalvarını səliqəylə qatlayıb yerinə qoymaq istəyərkən şalvarın jibində nə isə olduğunu anladı. Əlinin şalvarın jibinə salıb içərisindəkiləri çıxartdı. Əlində tutduğu, qat kəsmiş kağızı açdı. İçini çəkdi. Tutluğun sənədi! Yazıq anam bunu nə qədər axtarmışdır. Sənədi atam jibində niyə gəzdirmiş görəsən? İkinjə dəfə əlini şalvarın jibinə salan Sərvin bu jəfə atasının jibindən altı məmməd pul çıxartdı. Yazıq atam!- deyə zarıdı. Olan pulu elə bu imiş bədbəxtin!  
  Simirxan ağlayırdı. Deyəsən evdə onu ovudajaq kimsə yox idi. Sərvin zirzəmidən çıxıb Səmanı harayladı. Javab vermədiyini görüb Simirxanı ovutmaq üçün evə tələsdi. 
   Səma bajısının səsini eşidə bilməzdi. O, kəndin ətəyindəki dərədə, qalın fandığlığın arasında  Barmaqsızla görüşürdü. Qəvinin tapşırığına görə Barmaqsız qızın ağlını oğurlamalı, onu təyin edəjəyi gündə qaçırtmalıydı. Amma Qəvinin fikrinjə əvvəljə Surxayın işini bitirmək lazım idi. O, planını buğda biçini zamanı həyata keçirəjəkdir. O zamana qədər Barmaqsız Səmanı tərəddüddən azad etməli, qaçmağa hazırlamalıydı. Bütün bunlardan önjə Qəvinin kiçik bir plan həyata keçməliydi. Onun fikrinjə Surxay ölməmişdən qabaq atasının qəbiri üstündə xoşagəlməz, təhqirediji mənzərəni görməliydi. Bu Qəviyə xüsusi ləzzət verəjəkdir…
 ***
    İri, köhnə ayaqqabılar qəbiristanlıq yolunda şehli otları ehmalja tapdalayırdı. Adama elə gəlirdi ki, o, otları əzmək istəmir, yaxud ölüləri səhər yuxusundan eləməyə ehtiyat edir. Səhərin üzü gülməmiş, ot üstündəki şehlər qurumamış alatoranlıq bir vaxtda qəbiristanlıq yolunu tutan yolçu yay olmasına baxmayaraq əllərinə əljək geyinmişdir. Əlindəki kəndirin ujuna bağlanmış küçüyü arxasınja dartırdı. Küçüyün xırda addımları adamın addımları ilə bərabərləşmədiyindən küçüyün ayaqları yerdən üzülür, bağlandığı kəndirdən dartılmağa məjbur olurdu. Kəndir bir balaja boşalan kimi zinjildiyən küçüyün səsini kəsmək üçün adam asta səslə: kəs səsini, dedi. Onsuz da heç nə anlamayan küçük janını adamdan qurtarmaq üçün dartındı. Küçüyün inadını görən yolçu əyilib küçüyü yerdən götürdü. Penjəyinin ətəyini qaldırıb küçüyü qoltuğuna soxdu. 
  Adam qorxusuz-hürküsüz addımlayır, bəzi üstü götürülməyən qəbirləri tapdalaya-tapdalaya Simirxanın qəbirinə çatdı. Baxışının ujuyla qəbirə nəzər salıb, Javadın qəbrinə yaxınlaşdı. Qəbrin önündə dayanıb, şəkilə ajıq verirmiş kimi gələjək, mərhum qaynatasına gülümsədi. Sandı ki, Javad şəkildə qojalıb. Sonra bir neçə addım kənarda yatan Poladın qəbri önünə keçdi. Məhrumun başdaşındakı şəklinə diqqət kəsildi. Ona elə gəldi ki, şəkildən Pola onu hədələdi. İçini vahimə bürüdü. Üşələndi adam. Soyuq başdaşındakı şəkildəki ajıqlı baxışlardan qurtulmaq üçün tələsdi. Penjəyinin altındakı küçüyü çıxarıb boyundakı qalın kəndirin bir ujunu Javadın başdaşına bağladı.  Küçük dartınıb çıxmasın deyə qəbirə yaxın olan böyük çay daşını götürüb kəndirin üstünə qomaq üçün daşa sarı əyildi. Bu zaman kimsə penjəyinin boynundan tutub, onu geri dartdı. Bir neçə dəqiqə süpürləşdilər. Adam əlindəki daşı yerə saldı. Səhəri üzü açılmadınıdan, alatoranlıqda kimin kim olduğu süpürləşənlərin heç birinə aydın olmadı.  Boğuşanlardan birinin qadın olduğu yalnız səsindən bəlli idi. Küçüyü gətirən adam qadını altına basmarlayıb üzünə baxan kimi onu tanıdı. 
- Ay səni qanjıq! deyə  söyüş söydü. Əlindən saldığı daşı yerdən qapdı. 
Zəminə də adamın kimliyin tanıdı. Adamın üzünü görən kimi; - Barmaqsız! deyə qışqıran Zəminə altdan yuxarı onun sifətinə lopasıyla tüpürdü. Bundan qəzəblənən Barmaqsız əlindən  saldığı daşı yerdən qapıb zərblə Zəminənin başına çırpdı. Və bu zərbələri bir neçə dəfə təkrarladı. Barmaqsız süpürləşdiyü yerdən qalxıb üzündəki tüpürjək topasını siyirib Poladın qəzəbli şəklinə çırpdı. Ətrafına baxdı. Kimsənin olmadığına arxayın olduqdan sonra iti  addımlarla qəbiristanlıqdan  uzaqlaşdı.
  Gün günortaya çatmış, qəbiristanlıqdakı otların üstünə düşmüş şehlər qurumuş, qəbirləri günəş şüası isitmişdir. Zeynəb üzügündoğana boylana-boylana qalmışdı. Bir əli oğlunun, digəri isə qardaşının qəbirnə sarı uzalı qalan Zeynəb haray çəkirmiş kimi görsənirdi.  
    Javadın başdaşına bağlanmış küçük səhərə qədər çırpınsa da kəndirdən azad ola bilmədi. Səhərə qədər aramla zingildəyən küçük sonunda qəbirin ətrafın nəjislədi. 
   «Munjuqlu» normal həyat tərzi keçirirdi. Səma Barmaqsızın eşqində, Surxay biçilməyə hazır olan taxılın qayğısında, Çeşmi nəvəsi Simirxanın qulluğunda, anasına qonaq gəlmiş Sərvin isə İt başının siirrinin çözülməsində, kənd jammatı isə öz qayğılarıyla günü günortaya çatdırmışdılar. 
Səhər mal-qaranı örüşə ötürən Surxay küçənin tinində Barmaqsızla qarşılaşdı. Bunu görən Qəvi oğlunu sığortalamaq üçün oğluna: - Ayə, a bala, bütün gejəni  səhərə qədər doğan inəyin başında durdun. Yorğunsan, gedib yatsana! Heyvanları örüşə anan ötürərdi, eyən Qəvi səsini Surxaya eşitdirmək üçün yüksəkdən danışdı. Bu gejə Qəvinin inəyi doğrudan da doğmuşdur. Amma inəyi Barmaqsız deyil, Qəvi özü doğuzdurmuşdur. 
  Paslı dəmir darvaza yenə qara xəbərlə açıldı. Kəndin dəlisi Həsən özünü Çeşgilin darvazasından içəri təpdi. «Dəlidən doğru xəbər» deyirlər; Həsən: Ə, vallah, bu nəsilə qırğın düşüb.  Surxay, ə nə yatmısan evdə?! Bibin də ölüb qəbiristanlıqda. Qara xəbəri Çeşmigilə çatdıran Həsən neçə gəlmişdisə eləcə də yüyürə-yüyürə darvazadan çıxıb qaçdı. Dəli Həsənin dediklərini eşidən Qəvi özünü evə çatdırıb oğluna: -Küçük mən səni ora adam öldürməyə göndərmişdim, yoxsa…  
    Atasının  sözünü axıra qədər dinləməyən Barmaqsız: - Dədə, vallah o qancığı Əzrail gətirib çıxartdı qəbiristanlığa. O, məni görmüşdü. Öldürməkdən başqa çarəm yox idi.  
-Ələlrinin izi qalacaq orada! 
-Əlimdə əlcək vardı. 
Ekspert həkim meyiti müainə edib sahibinə təhvil verdi. Polis küçüyü özü ilə apardı. Bu ölümdə yenə şübhəli sayılan Qəvigil polisdə özlərini itirmədən: - Simanın ölümündə də bizi günahdandırmışdız. Özünüz də gördünüz, təqsirimiz yox idi. Vallah indii də təqsirsizik! Bütün kənd bilir ki, kiçik oğlum ilə Çeşmi bacının qızı bir-birlərini sevirlər. Mən hətta o qapıya elçi də getmişəm. Bunu kimdən soruşsanız təsdiq edlə bilərlər. Daha mən qohum olmaq istədiyim ailənin üzvünü  öldürməyəjəyəm ki. Polislər Barmaqsızdan o gecə nə işlə məşğul olduğunu soruşduqda:
- Mən o gecə əkiz doğan inəyimizin  hayındaydım. 
 
***
    Baş verənlərin Səmaya dəxli yox idi. Öz aləmindəydi. Barmaqsızın ona bəxş etdiyi sevgi yollarında irəliləyirdi. Bu yollar onu hara aparacaqdı? Hələ ki, sevgi yolu hamar idi. Daş -kəsək çıxmamışdır qarşısına bu yollarda. O, bu yolları keçərkən dağdan ağır Cavadın ruhunu tapdlayır, Çeşminin ləçəklərini ayaqlarında sürüyür, Surxayın ölümünü tezləşdirir, atasının zülmlə tikdiyi evi özgə əllərinə tapşırırdı. O, addımlayırdı… Bu addımlar onu ömürlük həbsə aparırdı. Ölmüş əzizlərinin ruhu çırpınır, haray çəkirdi. Lakin Səma bu harayı eşitmirdi. Səma indi nəyinki heç nə eşitmir, hətta heç nə anlamırdı da. 
   Səma tövşüyə - tövşüyə özünü gecənin qaranlığında fındıq ağaclarının arasına atdı. Ayağı nəyəsə ilişib büdrəyən Səmanı Barmaqsız fındıq ağacları arasında qamarladı. Səmaın əlindəki bükülünü görüb soruşdu: 
-Bu nədi belə?
-Sənədlərimdir. 
   Fındıq sahəsi çoxdan araxada qalmışdı. Onları kənddən uzaqlaşdıran sarı rəngli juquli maşını şəhərə tərəf şütüyürdü. Gecənin qaranlığını yara-yara qıza tanış olmayan yerlərə şütüyən maşında Səma ağlayırdı. O, nə etdiyini deyəsən, indi anlamışdı.  
   Surxay gözlərini anasının qışqırtı səsinə açdı. Çeşmi ölüsü düşmüş kimi üz-gözünü didir, saçlarını yolurdu. Surxay anasının əlindəki bir parça kağızı sirkələdiyini, qışqıra-qışqıra dediyi sözlərli eşitsə də onun nə dediyini anlamadı. Çeşminin hərəkətlərindən, qışqırığından qorxan Simirxan iməkləy-iməkləyə gəlib nənəsinin ayqlarına sarıldı. Çeşmi uşağa əhəmiyyət vermədən onu barmaqlarının ucında ehmalca özündən kənarlaşdırdı.   
Surxay: - Ana, sakit danış görüm, nə olub axı?
Çeşmi: - Barmaqsız Səmanı aparıb!
Surxay dəli kimi bağırdı: - Nə?!
- Çeşmi əlindəki kağızı oğluna göstərib: Hə, budey, bəxti qaragəlmiş burada yazıb qoyub ki; mən Barmaqsızla könüllü getdim. Məni axtarmayın!
Surxay arxa otağa yüyürdü. Divar küngcünə söykədilmiş atasının qoşalülə tüfəngini qapıb Qəvigilə götrüldü. Çeşmi nəvəsini evdə tək, kimsəsiz qoyub, vaxsey edərək Surxayın arxasınca yüyürdü. Darvaza ağzında oğluna çatıb tüfəngdən yapışdı.  -Bala, qadoy alım getmə, eləmə, dedi. 
Gözlərin hirs tutmuş Surxay anasını kənara itələdi. Amma Çeşmi tüfəgdən sallaşaraq onu buraxmadı. Anayla-bala darvaza ağzında bir neçə saniyə dartışdı. Çeşminin başından yaylığı  sürüşüb Surxayın ayaqları altına düşdü. 
Çeşmi: - Amandı, getmə oğul, ayağın altındakı şala bağışla. Oğlunun şala əhəmiyyət vermədiyini görüb, başa düş, silahın sənədi yoxdur, bala. 
Surxay heç nə eşitmək istəmədi. Anasına burax! deyə bağırdı. O, tüfəngin lüləsini buraxmayan anasının qarnına güclü təpik zərbəsi vurub onu özündən kənara atdı. Zərbədən içini ağrı doğradı Çeşminin. Lakin ağrıya əhəmiyyət verməyərək heç vaxt kənd içinə başıaçıq çıxmayan Çeşmi başıaçıq, saçları üzünə tökülmüş halda oğlunun dalınca Qəvinin evinə yüyürdü. Çeşmi Qəvinin darvazasına çatar-çatmaz içəridən qız-gəlin çığırtısı, dalınca da güllə səsi eşidildi. İkiəlli başına qapaz salan Çeşmi: - Vay evim dağıldı, Surxay kimisə vurdu deyib,  özünü darvazadan içəri atdı. 
   Surxay Qəvinin darazasından keçib bağırtıyla Qəvini hayladı. Onu gözlyən Qəvi böyük oğlu Ənvərlə Surxayın qarşısına çıxdı.
Surxay onları görən kimi: - Qız hanı deyib? tüfəngi Qəviyə tuşladı. 
Qəvi dilləndi: - Bilmirəm.
-Əslaf, bu dəqiqə səni gəbərdəcəyəm. Qaytar qızı! 
-Ağzının danışığını bil, küçük! Qızı mən aparmışam ki, mən də sənə qaytaram?! 
Tüfəngi nişana hazır tutan Surxay tətiyi çəkdi. Elə bu zaman Qəvinin mal damından çıxan arvadı arxadan Surxayı dartışdırdı. Səs-küyə çıxan qız gəlinin qışqırığı altında tüfən havaya açıldı.  Yaxınlıqdakı ağaca qonan qüşlar atəş səsindən qonduqları budaqdan  uçub uzaqlaşdılar. 
Çeşmi özünü Qəvinin darvazasından içəri salanda  Qəvinin oğlanları tüfəngi artıq Surxayın əlindən almışdılar. Çeşmi qan-qada olmapdığını görüb sevindi. Oğlunu düşmən həyətindən çıxartmağa çalışdı. Tüfəngi əlindən alınan Surxay qəzəblənib Qəviyə sarı yüyürdü. Qəvini yerə yıxıb onu təpikləməyə başladı. Atalarına köməyə yüyürən oğlanlarına Qəvi bağırtıyla: - Çəkilin kənara, köpək oğlanları!- dedi. Qəvi əl-qolunu sallayaraq özünü Surxaya mövkəmcə döydürdü.  Bundan sonra qalxıb:
- Bacın yekə qızdır, on yeddi yaşı keçən il tamam olub,  öz qərarın özü verib.  Burada bizlik bir iş yoxdu. Çıx get bala, dedi. 
Surxay: - Əclaflar, görün başınıza nə oyun açdırcam, deyib, darvazadan çıxdı. 
Surxay darvazadan çıxan kimi Qəvi ağzının qanını tüpürüb, gəlininə sarı çevrildi: - Ay qız, o telefonu bəri gətir görüm. 
Qəvi: - Alo, sənsənmi ay oğul? Ayə, o qıza, Səmaya tapşır sözünün üstündə bərk dursun, Polislər gəlib onu dindirəndə özüm gəlmişəm, deyib, onları yola salsın. Sən də işini ehtiyatlı gör, qızın dilindən kağız al.  Burdan nigaran qalma. Surxay köpünü bizim qapıda yatırdıb, getdi. 
 
*** 
   Bacısının Barmaqsıza qoşulub qaçma xəbərin Sərvinə telefonla çatdırdılar. Rüzgarla özünü anasına başıhovlu çatdıran Sərvin anasını özgə hallı gördü. Birtəhər görsəndi anası Sərvinin gözlərinə. Elə bil küsülü idi qızı Sərvinlə. Heç nə olmamış kimi,  hər gün görürümüş kimi qaşılapdı onları. Əzəldən qaradinməz olan Çeşmi susqunlaşmışdı. O, Səmadan şikayət etmədən tamam başqa məsələri ortaya gətirirdi. Sərvinə elə gəldi ki, bu hərəkəti etməklə anası o adda qızım yoxdur, demək istəyir. Amma anasının bəzi qəribə hərəkətləri Sərvini qorxuya saldı. Çeşmi daldada öz-özüylə söhbətləşir, hərdən də öz- özünə qəti qəraralar veridi. Gah da balaca, dilsiz Simirxandan məsləhətlər istəyirdi.  Sərvin sözü bacısı Səmanın üstünə gətirəndə, anasından bu barədə fikrini soruşduqda belə cavab aldı; qaragedişi olsun Səmanın! Heç yarımasın, atasının ruhu tutsun onu! - deyə anası qızını qarğıdı. 
   Səma Sərvinin əlinə düşsəydi didim - didim edərdi bacısını. Düşmən çırağını aldırmağın necə  olduğunu göstərərdi ona. Rüzgar isə öz fikrini başqa gür bildirdi.
-Mənə elə gəlir ki, onlar bir neçə aydan sonra Səmanı evlərindən qovacaqlar.
Çeşmi: - Cəhhənəmə qovsunlar! O zaman hara gedər getsin, mənim Səma adlı qızım yoxdur, dedi. 
        Hadisədən sonra qaradinməz olan Surxay: -Onu harada görəsəm elə orada da öldürəcəyəm, dedi. Bu söhbətdən sonra Çeşmi qalxıb Simirxanı yan otağa yatırtmağa apardı. Çox keçmədi ki, hündürdən səsi eşidildi. Sərvin anasının səsinə yan otağı keçdi. Sərvin gördüklərinə içini çəkib, əllərinə dodaqlarının üstünə qoydu. Simirxan yatmışdı. Amma Çeşmi danışırdı, özü də divarın küncüylə. Sərvin:
-Ana! həyacanla onu səslədi. Çeşmi səsə arxaya döndü. qızını görüb: - Sərvin sənsən? soruşdu.
-Kiminlə danışırsan, ana.
-Dərdimlə.  
Sərvinə elə gəldi ki, anası ağlını yerindən oynadır. Amma o, buna inanmaq istmədi. 
 
***
Qorabişirən avqusun istiləri dağ-dərənin ot-ələfin yandırıb, saraltmışdır. Səhər və axşamın sərin mehini nəzərə almasaq günboyu isti adamın kələyini kəsirdi. Qəvinin sonuncu planı məhz bu ay həyata keçirəcəkdir.
  Taxıl biçimi çoxdan başlamışdır. Kənd adamları yaxınları ilə köməkləşib taxıl zəmilərini biçir, ot tayalarını qoyur, qış hazırlığana tədarük edirdilər. Surxay da taxılını biməliydi. Lakin onun köməyi yox idi. Anası balaca Simirxanı qoyub ona köməyə gedə bilməzdi. Çeşmi ürəyində: -Rəhmətə gedənlərin ili çıxsaydı Surxayımı evləndirərdim. O zaman köməyi olardı balamın,  fikirləşmişdi. 
  Surxayın taxıl zəmisi ilə Qəvinin taxıl sahəsi yanbayan idi. Qəvi planını həyata keçirtmək üçün biçinə tez başlamışdılar ki, planı həyata keçən zaman onun taxılına ziyan dəyməsin.  Qəvi və oğlanları üç günə sahələrini biçib qurtardılar. Surxay isə biçinə təzə başlamışdır. Bu gün Qəvigil ot tayalarını qoyacaqdılar. Qoca qurd öz işini başa vurandan sonra oğlanlarını kənd cammatının gözü qarşısında Surxayın köməyinə göndərdi. 
   Başı biçinə qarışan Surxay Ənvərgilin ona sarı gəlməsindən xəbəri tutmadı. Surxayın sahəsini biçən traktorçu Surxaya işarə edərək Ənvər və qardaşının ona sarı gəldiyini xəbər verdi. Surxay arxaya dönəndə çağrılmamış qonaqlar əllərində kərənti ona çatmışdılar. Oğlanlar Surxaya çatıb dilləndilər:
-Salam məleyküm. İşiniz avand olsun!
Surxay acıqla: - Nə lazımdır? 
-Dədəm dedi ki, Surxaya kömək lazımdır. Bizi sənə kömək üçün göndərdi. Taxıl zəmisi yağışa tutulmamış biçini başa vuraq, dedi. 
Surxay: - Atana de ki, mənə kömək gərək deyil!
-Ənvər: - Biz qohumuq. qohum bir-birinə əl-tutar, yaxşılıq edər…
Surxay Ənvərin sözünü kəsib: - Allah kəssin sizdən gələn yaxşılığı! Çıxın gedin! Rədd olun burdan!  
   Qəviyə də elə bu lazım idi. Ətrafda olan kənd adamlarının bu hadisənin şahidi olmasını istəyən Qəvi bu axşam planını həyata keçirə biləcəkdir. Qəvinin qardaşı Sultan da şahidlərin arasındaydı.O, qardaşının hərəkətini bəyəndi. Qardaşının qohumluq əlaqələri möhkəmləndirmək. nifaqı aradan götürmək istədiyini zənn etdi. Ürəyindlə sevindi Sultan. 
   Surxay sahədə qaranlıq düşənə qədər işlədi. Lakin sahəsinin yarıdan çoxu qalırdı. Biçin iki-üç gün davam edəcəkdir. O, yorğun evə qayıtdı. Çörəyini yedikdən sonra bacısı oğlu Simirxanı qucağına alıb oynatdı. Yorğun olduğundan  Simirxanı nənəsinə verib, yatmağa getdi. 
  Bir azdan Surxayın otağına keçən Çeşmi oğlunun açıq qalmış üstünə nazik mələfə çəkib, oyanmasın deyə ehtiyatla saçlarını sığalladı. Çarpayının yanındakı stula əyləşdi. İstəklə oğluna baxdı Çeşmi. İçində böyük qorxu gəzdirirdi ana.  Əzizlərini itirməkdən gözü qorxmuş Çeşmi Surxayının başına bir iş gəlməsindən qorxurdu. Özü də çox. 
     -Can bala, necə də yorğun görsənir yuxuda. Bir qoşun adamdan tifilimə kömək edən qalmadı. Bizə kim qarğıdı görəsən?! Getmək üçün ayağa duran ana üzünü göyə tutub; Allah, sənə yalvarıram, tək qalan Surxayımı qoru. Qoru ya Rəbbim! deyib, otaqdan çıxdı. 
      ***
      Qırmızı alov dilimləri göyə ucalırdı. Alovun işığına ətraf işıqlanmışdır. Gecənin qaranlığında çarta-çartla yanan taxıl zəmisindən çəyirtkələr tullana-tullana qaçıb canlarını qurtarırdılar.  
  Kənd caamatı yanan zəmiyə kəndin kənarından tamaşa edir, heyfsilənirdilər. Buğdanın yanıq iyi  kəndə qədər yayılmışdır. 
    Çeşmi diqqətlə eşitdiyi səsə qulaq kəsildi. Darvaza döyülürdü. - Allah xeyir eyləsin! Gecənin bu vədəsində kimdi görəsən? Yataqdan qalxıb tez-tələsik paltarını geyindi. Qapı hələ də döyülürdü. Çeşmi yan otağa oğlunu yuxudan durğuzmağa keçdi. Elə bu zaman kimsə hasardan həyətə tullandı. Surxay, Surxay deyə-deyə kürsülü evin pillərinə çatdı. 
Surxay köynəyi əlində, nə olduğunu anlamadan həyətə yüyürdü. Pilləkənlərin ətəyində Ənvərlə qarşılaşdı
-Ənvər: - A zalım oğlu, bir belə də daş kimi yatmaq olar?! Bayaqdan çağırıram. Taxıl zəmin yanır. Çeşmi Ənvəri həyətində görəndə hadisə baş verdiyini anladı. Onun dediklərini eşidib əllərini dizlərinə çırpdı.  Taxıl sahəsinə getmək üçün darvazaya sarı qaçdı.  Surxay anasının qarşısın kəsib: 
-Sən qayıt evə. Uşağı tək qoyma!
-Axı taxıl yanır!
-Cəhənnəmə yansın! Tay neynəyək?! Mən gedirəm, sən qayıt. Yanğınsöndürənlərə zəng elətdir qoy gəlsinlər. Ənvər onun sözünü təsdiqləyib Çeşmi xala sən qayıt, biz köməkli odu söndürərik, deyib, qaça-qaça həyətdən çıxan Surxayın dalınca götrüldü.
     Qəvi kəndin ətəyində yanğına tamaşa edənlərin arasındaydı. O. yüyürə-yüyürə köynəyini geyinən Surxayın arxasınca baxıb ürəyində: - Bu sənin axrıncı gedişindir, get!  - dedi. 
      Surxay əlindəki ağac budaqlarıyla yanğını söndürmək istəyirdi. Əjdaha od püskürən kimi alov üstünə gəlir onu geri çəkilməyə məcbur edirdi Od  səngiyən kimi o yenidən özünü oda sarı atır, odu söndürməyə çalışırdı. Kənd uşaqlarından bəziləri Surxaya köməyə gəlmişdilər. Amma taxıl zəmisi bir neçə yerdən odlandığından odu söndürmək çətin idi. Köməyə gələnlərdən biri əlini taxıl zəmisinin o biri tayına uzadaraq qışqırırdı. 
-Ora baxın! Od oranı da ağzına alıd, dedi. Surxay oğlanın göstərilən səmtə yüyürdü. Ənvər fürsəti fövtə verməyərək heç kəs duyuq düşməsin deyə özünü Surxayın getdiyi səmtin əksinə, yamacdakı böyürtikən kolların arxasına verdi. Kolların arxasıyla gizlincə Surxaya tərəf qaçdı. Arxasına baxmadan özünü Surxaya çatdırdı. Surxay odla əlləşdiyindən ona  kimin yaxınlaşdığına əhəmiyyət vermədi. Ənvər başını qaldırmadan alovla pəncələşən Surxayın boynunün ardından yoğun ağacla güclü zərbələr endirdi. Ənvər yerə yıxılmış, huşunu itirmiş Surxayın aqlarından tutub hıkkanı-hıkana gurhagurla yanan böyürtikən kollarının arasına sürüdü. Sonra ətrafına baxmadan gəldiyi səmtlə odu söndürən uşaqlarının yanına qayıtdı. 
  Göy böyürtikən kollarının  ətəkləri alovla qol-boyun olub Surxaya çatdı. Alov dilimləri Surxayın üz-gözünü yalayıb, onu alovla əzizlədi. Yanmış taxılın iyinə qarışmış yanıq ət iyi qəribə qoxu verirdi. Surxayın yanında ləngiyən alov  nəhayət, onun üstündən adlaıb keçdi. Qarşısına çıxan zəmini külə çevirib, uzaqlaşdı. 
***
Yanğınsöndürənlər kəndə çatanda zəmi yanıb qurtarmışdır. Yalnız kənarlarda tək-tük zolaqlar qalmışdır. 
  Səhərin gözü açılırdı. Evdə oğlunu gözlədiyi vaxtı bir aya bərabər sandı Çeşmi. Səbri çatmadı. Ürəyi sıxılmağa başladı. Yatmış Simirxanı qucağına götürüb, yolu ayaqlarına doladı. Yolda ona kənd adamları da qoşuldu. 
     Zəmini söndürməyə gedənlər geri dönürdülər. Geri dönənlər əllərində ağır nə isə gətirirdilər. Alatoranlıq olduğundan nə gətirdiklərin Çeşmigil ayırd edə bilmədi. Gəirilən ağır yükün bir ucundan Ənvər tutmuşdur. Dəstə bir-birinə çatanda dayandı. Köhnə sırıqlı arasınada Surxayın yanıq bədənini gətirənlər onu şərhsiz Çeşmi arvadın qarşısında qoyub, geri çəkildilər.  Və günahkarcasına başlarını aşağı əydilər.    
    Çeşmi alatoranlıqda qarşısına nə qoyulduğunu anlamadı. Uşaq qucağında əyilib diqqətlə qarşısına qoyulanın nə olduğuna baxdı. Bağırdı. Gördyü görüntüyə ürəyi dözmədi.  Huşunu itirdi. Qucağına sığınmış Simirxan nənəsinin boşalmış qolları arasından sürüşüb ayaqları altına düşdü. Bir neçə dəqiqədən sonra özünə gələn Çeşminin yenidən ürəyi getdi. 
   Kənd camaatnın səhəri xəstəxanada qarşıladı. Eşidib-bilən qohum-qonşu rayon xəstəxanasına toplaşmışdı. Surxay yanıq şokundaydı. Şüuru tam özündə olmayan Surxay gah gözlərini açır, gah da şürunu itirmiş kimi yumurdu. Tamamiylə yanmış bəbən Surxayın müainəsinə çətinlik törədirdi. Üçüncü dərəcəli yanıq xəsarəti alan Surxayın vəziyyəti ağır olsa da danışanlar arasından anasının səsini ayır edir, ağladığını eşidirdi. 
    Anasına;  ağalam, demək istəyən Surxayın dodaqlarından nə isə anlaşılmaz sözlər töküldü. Bir neçə-gün beləcə əziyyət çəkən Surxay üç gündən sonra üzüntülü gözlərini Çeşminin nigaran gözlərinə dikə-dikə keçindi. 
 
***
    Yasa gələn doğmalar arasında yalnız Səma yox idi. Ürək edib qardaşının yasına gələ bilməmişdir. Böyük ailənin bir il içərisində göz önündə dağılması Çeşmiini yerdən göyə qədər yandırırdı. Ürəyi dərddən köz-köz olmuş Çeşminin içinə od düşmüşdü. İçindən yanan Çeşminin tüstüsünü görən olmasa da ağlının oynatdığını görürdülər. O, əzizlərini əlindən aldığı üçün əllərini göyə tutub Allaha (Əstəfurullah) qarğıyırdı. Anasının ağzını əlləriylə tutsan Sərvin:
- Ana, Allaha asi düşmə, günahdır! -  desə də özü Allahdan Allaha şikayətçi idi.  Sərvin göz yaşları içərisində: - Allah, bu da yeddici ölü! Bizə edəcəyin hansı zülüm qaldı daha? Nə günahın sahibi idik ki, bu müsübətləri bizə göstərdin. Hə, bu da sənin yeddinci ölün! Səkkizincinin də canını al! Yoxsa bu qədər dərdə dözə bilmərəm. Yuxusunu heç kəsə danışmayan Sərvinin nə demək istədiyini heç kəs anlamadı. 
Surxayın qırxı çıxandan sonra qohumlar Çeşmigilin halına acıya-acıya çəkilib getdilər. Yalnız Sərvin və ailəsi Çeşminin yanında qaldı.  
      Ağlamaqdan ovunmayan Çeşmi hər gün ölmüş balalarının adlarını çəkir, onları bayatıyla əzizləyirdi. Səhərdən axşama qədər susmaq bilməyən Çeşmi ölmüş balalarının adları arasında Səmanın da adını çəkirdi. Onu ölmüş hesab edib, ölənlərinin cərgəsinə qatırdı. Çeşmi daha balaca Simirxana baxa bilmirdi. Uşağın varlığın tez-tez yadından çıxardırdı. Xalasının umuduna qalan Simirxan nənəsinin əl-ayağına dolaşır, ağlayan nənəsinin üz-gözünü sığallayırdı. Ağlayanda Simirxanı ovudan nənəi indi Simirxan ovutmaq istəyirmiş kimi sığalladı. Amma  o, nənəsini ovuda  bilməzdi. Bu dilsiz körpə haradan biləydi ki, nənəsinin dərdi ovulacaq dərd deyil. Qəbir evinə qədər çəkiləsi dərddir. 
    Surxayın qırxı olacağı gün Cavadın ili olacaqlır. Atayla - balanın qədərinə bir gündə yazılmış bu matəm gününə toplaşanlar günü ürəyağrısıyla başa vurdular.  İİl mərasiminə gələnlər sırasında Selanın əri Yusif də vardı. O, həmişə hörmət gördüyü bu ailənin faciəsinə çox üzülürdü. Üstünü qara bulud almış ailənin qəm payından onun da qismətinə düşmüşdü. Selan adlı qəm yükü daşıyırdı sinəsində. Ona ağırlıq edən bu yükdən azad ola bilmirdi Yusif. 
   Atası Simirxanı aparmaq qərarına gəlmişdir. Yusif qaynanası Çeşminin dalğın özündən bixəbər halını görüb: - Simirxanı aparsam yaxdır! - qərarına gəldi. Kənddə keçirtdiyi darıxdırıcı gecələrin birində fikrini qaynanasına bildirdi:
 -Çeşmi xala, bir ilə yaxındır ki, Simirxana baxdın. Onu balan kimi əzizləyib, böyütdün. Allah səndən razı olsun! İndi deyəcəyim sözümdən incimə sən Allah! Mən Simirxanı aparmaq qərarına gəlmişəm. Nə deyirsən?
  Çeşmi susdu, daha doğrusu dillənə bilmədi. Oğlunu istədiyinə görə Yusifdən ürəyində incisə də  bu incikliyi dilinə gətirmədi. Ağladı. Qaynanasının ağladığını görən Yusifin gözləri dolsa da fikrindən dönmədi. 
Çeşmi dili-dodağı əsə-əsə: - O, sənin balandı, apara bilərsən, dedi. Narazılığını üzə vurmayan Çeşmi qəlbən kürəkənindən küsdü. Ürəyində: Əgər Allah mənə öz balalarımı qıymadısa, Allah bəndəsi haradan qıyacıq ki?!  dedi.
Tezliklə ailəsini şəhərə yola salan Sərvin tək qalan anasına həyan olmağa çalışırdı.
 
    Yusif Simirxanı aparandan sonra Sərvin anasına onunla şəhrə getməyi məsləhət bildi. Çeşmi:
- Qızım, mən yad oğlunun yanında necə yaşaya bilərəm?! Gedə bilmərəm. Sən get qızım. Orada sənin ərin, evin, qızların səni gözləyir. Arada gəlib mənə baş çəksən bəsimdir.
Anasının tək qalacağından narahat olan Sərvin: -Yox ana, sən də mənimlə gələcəksən!  
- Çeşmi  rəhmətə gedənlərini xatırlayıb: Nə danışırsan Sərvin?! Mən əzilərimi burada qoyub hara gedə ?! 
 
***
Cavadın ailəsində baş verən hadisələrin nə səbəbdən olduğu heç kəsə bəlli deyildir. Ustalıqla görülən işin içəirsindən yağdan ayrılın  tük kimi siyrılıb çıxan Qəvi  törətdiyi əməllərindən məmnun idi. Planladığı iş yağ kimi süzülürdü. Belə işlərdə Barmaqsızdan razı qalan Qəvi bu dəfə Ənvərdən də razı qalmışdı. Düzdür indiyə qədər Ənvərə elə böyük işlər tapşırmasa da kiçik işlərdə də üzünü ağartmamışdır atasının. Barmaqsız «Muncuqlu»da olsaydı Qəvi heç Ənvərə bu işi tapşırmazdı. Ortancıl oğluna baxanda Ənvər ehtibarlıydı deyə Qəvi son işini də Ənvərə tapşırdı. Ənvər də sağ olsun! İşi atası deyən kimi düzüb-qoşmuşdu …
 O gecə - Surxayın taxılı yanan gecə olanlara şahid duracaq iki nəfər vardı. Biri dəli Həsən, ikincisi isə…
     Arxasına baxmadan özünü Surxaya çatdımaq istəyən Ənvərə də arxadan çatmaq istəyən vardi. O, yamacdan üzüyuxarı dırmanan, onuncu sinifdə oxuyan Surxayın şağirdi Tural idi. Müəlliminə kömək üçün gələn Tural Ənvərin müəlliminə kömək etmək istədiyini zənn etmişdir. Tural Ənvəri başını qaldırmadan alovla pəncələşən Surxayın boynunün ardından yoğun ağacla vurduğunu gördü. Tural şaxta vurmuş kimi yerindəcə dondu. Ənvər huşunu itirmiş Surxayın aqlarından tutub hıkkanı-hıkana gurhagurla yanan böyürtikən kollarının arasına atdı. Sonra ətrafına baxmadan gəldiyi səmtlə odu söndürən uşaqlarının yanına qayıtmaq istərkən haradansa peyda olmuş dəli Həsəni gördü. Həsənin onu görə biləcəyindən qorxu. Amma özünü o yerə qoymadı. Əşi dəlidi də! deyə özünə təssəli verdi. Həsənə çatıb: 
-Dəli köpək oğlu, sən burada nə gəzirsən?! 
-Həsən soruşdu: - Surxay öldü? 
Dəli Həsənin onları gördüyünə əmin olan Ənfər: - Ağzını açıb kimsəyə bir söz desən  səni də öldürəcəyəm, dedi. Dəli Həsənin dinmədiyini görən Ənvər onu dərəaşığı itəliyib, arxasından bir təpik ilişdirdi. İtil get xarabana! 
Həsən yamacda sərələnib olanları izləyən Turalı gördü. Nə isə demək istədi. Amma Ənvərin hədəsini yadına saldı. Əvəzində bu boydu «Muncuqlu»da ağıllı bir adam yoxdur ki, dərdini deyəsən, dedi. 
    Kələfin ucunu əldə edə bilməyən müstəntik o gecə sahədə nə qədər adam olmuşdusa hamısını bir-bir dindirmişdi. Amma heç bir nəticə əldə edə bilməmşdir. Kənd adamları; bədbəxti isti bayıltmış, od üstünə düşdüyündən yanmışdır, deyirdilər.  Bu fərziyəyə müstəntiq inanmırdı. 
   Surxay haqqında danışılan söz-söhbəti eşidən dəli Həsən Ənvərin hədə - qorxusunu yaddan çıxarıb:  - Əşşi siz də söz tapdınız danışmağa!  Surxayı Ənvər vurub öldürdü, dedi. «Dəlidən doğrü xəbər» məsəli yerinə düşmüşdü. Dəli Həsənin verdiyi söz «Muncuqlu»da bomba kimi partladı. 
 Bu dəfə müstəntik kəndə məhz dəli Həsəni dindirməyə gəlmişdir. Dəli Həsən müstəntiqin suallarna doğru-dürüst cavab verdi. Hətta əşşi təkcə mən görmədim ki, odey Surxayın məktəbindən görən oldu! deyən  dəli ikinci şahidi göstərdi.
Müstəntiq həyacanla: - Həsən, sonra kim gördü deyirsən?  
Həsən hündürdün: Tural, gördü, dedi. 
    Müstəntiqdən oğlunun Ənvər tərəfindən öldürüldüyünü eşidən Çeşmi çılğınlaşdı. Özünü ələ ala bilməyib, elə orqandaca qışqırmağa başladı. Ənvərə Qəviyə qarğışlar tökən Çeşmi o gecə yata bilmədi. Səhəri dirigözlü açan Çeşmi tezdən özünü oğlu Surxayın qəbrinə çatdırdı. 
- Gözaydınlığı verirmiş kimi oğlunun qəbri üstündə: - Oğul, Surxay, Ənvəri tutdular! Rahat yat! O öz cəzasını aldı! - deyən Çeşminin oğlunun qəbri üstündə hönkür-hönkür ağladı.
    Sərvinlə getməyən, tək-tənha yaşayan Çeşmi gecələr özündə olmurdu. Səhər dirigözlü açan qadın daha dərd çəkmirdi.
***
    
Dəli Həsən özünə yoldaş tapmışdır. Muncuqlu kəndinin bütün sakinlərini dəli aldandıran Həsən nəhayət kənddə ağıllı bir nəfərə rastladı.  
    Bir zamanlar tez-tez açılıb örtülən paslı dəmir darvazanı nə vaxt idi ki, nə döyən, nə də açan var idi. Həmişə səliqə-səhmanda olan həyətin səhmansızlığı baş alıb gedirdi. Kəsilib, səliqəyə salınmayan ağacların qurumuş budaqları qırılıb tökülmüş, külək tökmüş yarpaqlar divar boyu qalaqlanmış, əl damının sınıb-tökülmüş pəncərə şüşələri həyətə səpələnmişdir. Əkilməyən bostan sahəsində yabanı otlar adamboyu qalmış, əkin sahəsini cəngəlliyə oxşatmışdır. Ağzı açıq quyunun suyu ağzına qədər ləbələb dolmuşdur. Göz yaşı kimi dupduru su külək əsdikcə ləpələnirdi. Boş qalmış, sahibsiz yelləncək bir balaca meh əsəsn kimi kimisə yellənirmiş kimi sağa-sola hərəkət edirdi. Uşaqların səs-küyü ilə dolu olan həyətdən mal-qara, toyuq-cücə səsi belə eşidilmirdi. Bu səssizliyin içərisində nəhayətsizlik uzanıb gedirdi. 
  Bir kölgə bu səssizliyi pozmadan quyu başında dayınb su içirmiş kimi başını quyuya əymişdi. Kənardan baxana elə gələrdi ki o, sudan doymur. İçidikcə içir, içirdi…Amma yox, deyəsən o, orada kimi axtarıdı.
 Kölkə sanki suda kimisə tapdı. Çəkib kənara qoydu və qalxdı. Sonra külək surətiylə öz-özünə yellənən yelləncəyə yaxınlaşdı. Yelləncəyin üst tərəfində dayanıb boş yelləncəyi gücü gəldikcə salladı. Nə düşündüsə əllərini yelləncək tərəfə uzadıb kimisə yıxılmaqdan qoruyurmuş kimi tutdu. Boş qolları arasına uşaq kimi onu yelləncəkdən götürdü. Qolları arasına aldı. Başını sığallayırmış kimi əlləriylə havanı sığalladı.  Sonra şəhadət barmağını dodaqlarının üstünə qoyub pıçıltıyla:
- Sus…sus… deyib, oradan uzaqlaşdı. 
      Bütün günü beləcə həyəti tək-tənha dolaşan qadın heç kimi görmək istəmirdi. Təkcə bir nəfərdən başqa…
      Paslı qapını zarıdı. Onun görmək istədiyi kəs qapı ağzında göründü. Ayağını şappıladan, səssizliyi ürküdən qonaq səsli addamlarla evin kürsülü pillələrin ayağına qədər gəldi. Ətrafına nəzər saldı. Kimsəni görmədiyindən məyus olmuş kimi pillələrdə oturdu. Gözlməyə başladı… 
  Başına qatbaqat şal bağlamış  qadın əl damından çıxdı: - Həsən, qardaşım, gəldinmi? - soruşdu.  
- Hə, gəldim. Həsən pecəyinin cibindəki çörəyi çıxarıb qadına verdi. - Al ye, səninçün gətirmişəm, dedi.
***
   Qəsdən adam öldürdüyünə, Zeynəbin ölümü də boynuna qoyulduğuna görə Ənvər ömürlük həbs cəzasına məhkum edilmişdir. Qəvi oğlunun qarasına hirslənmişdir. Fərsiz əclaf, oxşamadı mənə. Özünü bədbəxt etdi, ehtiyatsızlığından. 
   Məqam o məqam idi. İllərlə bu günün həsrətində olan Qəvi Xavadın qisasını onun ailəsindən çıxdı.  Bir zamanlar ocağı gurhagur yanan ocağı sönmüşdü. Qonaqlı-qaralı evin qonaqları kəsilmişdi. Demək olar ki, qırılıb qurtarmış ailədən yeganə sağ qalan Sərvin nə vaxt idi ki, kəndə gəlmirdi. Anasının dəli olmasından xəbəri belə yox idi. Sərvinin ağlına da gəlməzdi ki, xəstə yatdığı bu iki ayda anası bu qədər ruhi sarsıntı keçirə bilər. Cavadın nizam-intizamlı ailəsindən qapıya çıxacaq və ya ona Mane olacaq kimsənin olmadığına əmin olan Qəvi sonuncu ideyasını irəli sürdü. Hələ də kəndə gəlməyən Barmaqsıza qayıt gəl kəndə, əmrini verdi. 
  Tezliklə özünü kəndə çatdıran Barmaqsız atasının məsləhətiylə  qaynatasının evinə köçməli idi. Buna ürək etməyən Barmaqsız:
-Dədə, Sərvin qayıdıb gələcək. Məni orada görəndə nə olacaq?! 
- Deyilənlərə görə Sərvin xəstədir. Öz hayındadır. Xəbər tutsa bir söz deməz. O boyda ailədən qalan ikicə bacıdır. Bir də ki, bacısınan üzünü görüb yumuşalacaq. Bir söz deməz sən işində ol, dedi. 
Barmaqsız mal-qaranın harada olduğunu soruşdu. Mal-qaranın hamısı kəndin fermasındadır. Bir iki günə Səma mal-qaranı kənd sovetindən tələb edər. Onlar da sahibinin gəldiyini görüb qaytararlar. Hələ mal-qara üçün darıxma, dedi Qəvi 
 Barmaqsızla Muncuqluya qayıdan Səma evlərinə getməyə, anasını görməyə cürət etmirdi. Ərinin və qaynatasının planlarından xəbəri olmayan Səma: - Mən o evə gedə bilmərəm. Anam məni öldürər, dedi.  Barmaqsız Çeşminin xəstə olduğunu arvadına söyləyəndə anasının ağlının yerindən oynadığını eşidən Səma ağladı. Amma o qapıya getməyə yenə də cürət etmədi.  Bu barədə mübahisə uzandı… 
    Səma qorxa-qorxa ayağını darvazadan içəri atdı. Çeşmi qapının səsinə boylandı. Qızı Səmanı gördü. Tanımadı. Amma ürəyi atlandı.  İrəli gəldi, nə fikirləşdisə geri döndü. Dayandı. Əlini alnına qoyub, fikirləşdi. Kimisə yadına salmağa çalışdı. Yaxına gəlib diqqətlə qızının üzünə baxdı. Tanıya bilmədi. Tanımadığı bu qız Çeşmiyə o qədər xoş gəldi ki… Çeşmi titrəyən əllərini qızın üz-gözündə gəzdirdi. Barmaqlarını onun dodaqları üstünə sürüşdürü. Ağlını oynatdıqdan sonra adəti üzrə Sus…sus…s ..eylədi. Çeşmi yadına salmağa çalışırdı. Yadına saldı da. Amma Səmanı yox. Simanı. Çeşmi ürəyində tərəddüdlə fikirləşdi. Mənim qızım quyuya düşüb, ölüb. Yoxdu mənim qızım! Bəs bu kimin qızıdir? Əgər yaddırsa bəs ürəyim niyə belə döyünür. Lap əzizimi görmüş kimi. İlahi, gör nə qəşəng qızdır. Çeşmi arıqlamış qollarını qaldırdı, əllərin Səmanın uzun saçlarında gəzdirdi.  Qızım, Sima deyə Səmanın saçlarını oxşadı. 
   Səma ağlayırdı. Səssiz. Bəbəklərindən dolub - daşan yaşlar yanağından süzülərək öz yaxasını isladırdı. Boğazına dolmuş qəhər onu boğurdu. Səma güclə eşidiləcək səslə:
 -Ana! deyə bildi. 
 Çeşmi ana sözündən diksindi. Qorxmuş kimi ətrafına baxdı. İti addımlarla evə sarı yönəldi. Pilləkənləri qalxdı. Qapı ağzında dayanıb həyətin ortasında heykələ dönmüş qızına baxdı.  Tələsik evə girib, arxasınca qapını örtdü.    
    Qəvi «oğlunun evi»nə ayaq açdı. Çeşmi evinə əyləşmiş kişinin qarşasına keçib, diqqətlə baxdı…baxdı… Sonra da köksünü ötürdü, keçib öz yerində əyləşdi. Sima anasının Qəvini tanımadığına sevindi. Amma anasının halına acıdı. Qəvi hər gün olmasa da üç gündən bir Cavadın evinə oğunun evi - kimi girib çıxırdı. 
   Olanlara dözməyən Sərvin yorğan-döşəyə düşmüşdür. Xəstəlikdən baş qaldırmayan Sərvin olanları elə yataqdaca eşitdi. Anasının ağlını oynatdığını, Səmanın qayıtdığını, atasının evini Barmaqsızın zəbt etdiyini, Qəvinin atasının evinə ayaq açdığını… Sərvin yanıb, yaxıldı. Hə, at ölüb İtin bayramıdır! atalar sözün burada deyiblər dedi. 
Alatoranlıqdan şəhərdən çıxan Sərvin kəndə gün çərtiləndə çatdı. Rüzgarın onunla gəlməyini istəməyən Sərvin ərinə: - Heç kəsə heç nə deməyəcəyəm. Sakitcə anamı götürüb, qayıdacam, demişdi. 
   Sərvin otuz bir yaşına qədəm qoymuşdu. Dərdi bir kloqramda artmışdı. Daha yuxu görməyə qorxan Sərvin həyatın gercək üzündən də qorxurdu. Bu gün rastlaşdığı mənəzərə qorxulu yuxudan dəhşətli idi. Sərvin açıq darvazadan içəri keçdi. Süpürülüb təmizlənmiş, insan həniri duyulan həyətdən ötüb evə sarı addımladı. Anasının qapı ağzına bayaraq kimi asdığı, atasının qanlı köynəyi qapı ağzından götrülmüşdü. Ürəyində bacısının qarasına söydü. Evin qapısına əl uzatdı. Ürəyi döyündü. Elə bil ata evinin yox, düşmən qapısını açacaqdır Sərvin.  
   Evin giriş qapısı şakkıltıyla açıldı. Stol başına toplaşıb səhər naharını eyləyən yeni ailə üzvləri Sərvini görən kimi yerələrindən tullandılar. Qəvi onların arasındaydı. Sərvin nifrət dolu gözəlrini otaqdakıların üzlərində bir-bir gəzdirdi. Çeşmi ağlını oynadandan bəri yeganə insan idi ki, qızını tanıdı. Sərvin! - deyə zarıdı. Anasını görən, halına ürəyi dağlanan Sərvinin boğazı acışdı. Qəvigilin qarşısında ağlamaq istəmədi. Boğazına yığılan qəhəri güc-bəlayla uddu. 
 -Hə, nə toplaşmısınız Cavadın ocağına?! Yeriniz rahatdı? 
   Qəvi özünü itirmişdi. Neyləyəcəyini bilmədi. Barmaqsız isə atasından ümid gözləyirdi. Bacısını görən Səma udqundu. Ağzında yediyi tikəni nə qədər çalışdısa boğazından keçirə bilmədi. Çeynəlmiş tikəni ovcuna qaytardı. Qapı ağında dayanan Sərvin otuz bir kloluq dərd yükünü çəkə-çəkə Səmaya yaxınlaşdı. Səmaya elə gəldi ki, bacısı onu təpiyinin altına salıb əzişdirəcək. Sərvin bacısı Səmanın azından çıxardıb ovcunda aldığı tikəyə baxıb nifrətlə dilləndi: - İllərlə bu evdə yediyin çörəyi İrin-qan olub qusarsan inşallah! Elə bilirsən bu evi sənə verəcəyəm?! O. dirsəyini qatlayıb bacısına göstərdi. Budey görəcəksən! Sərvin yazıq-yazıq, boynunu büküb qızlırına tamaşa edən anasının qolundan tutdu. Evin ortasına çəkib:
 -Bax, Səma, yaxşı-yaxşı bax! Gör ananı nə günə saldın?! De görüm, gecələr rahatmı yatırsan? Görəsən atanın, bacı - qardaşlarının ruhu səni tutmur? Sərvini üzünü göyə tutub, yanıqlı səslə: Allah, niyə tutmur onların ruhu bu qızı görəsən? Niyə bunun cəzasını vermirsən Allah?! Bəyəm sən göydə yoxmusan, bəyəm sən yatmısanmı Allah, axı niyə bütün olanları cəzasız qoyursan, niyə?! 
Sərvin anasının qolunu buraxıb, Qəviyə sarı yeridi. Qəvi geri addamladı. Divara yaxn olduğundan kürəyi divara söykənib, dayandı. Sərvin Qəviylə burun-buruna durub gözlərini Qəvinin gözlərinə dikdi. Bir-neçə saniyə beləcə baxıb dilləndi:
   -Qoca qurd, de görüm atamla aranızda nə baş vermişdi. Ona nə vermişdin ala bilmirdin?! De, qoca köpək, de! Sərvin Qəvinin üstünə bağırırdı. Qəvi dillənmədi. Udqundu.  Sərvin sözlərinə davam etdi: - Qardaşımı öldürən oğlunun meyiti gələr inşallah getdiyi yerdən! Qəvinin dinmədiyini görən Sərvin odlandı. Elə bilirsən sən ölməyəcəksən?! Öləcəksən! Özü də it kimi gəbərəcəksən! Qəvinin şılıq gözlərinin içinə baxdı. Gözlərində qisası alnmış, nifrəti sönmüş hisslər gördü. Tfu! Sərvin Qəvinin gözlərinin içinə tüpürdü. Qəvi kipriyini qırpdı. Sərvinin topsaıyla türdüyü tüpürcək Qəvinin kipriylərindən asıldı. 
   Sərvin anasına; ana, deyə  səsləndi. Çeşmi Sərvini tanısa da nələrin baş verdiyini qızının niyə hisləndiyini anlamadı. Sərvin anasının qolundan tutub evdən çıxartdı. Əsəbiliklə evin pillələrini düşərkən dəli Həsəni pillərin ayağında oturan gördü. Hirslə: - Dur, sən də rədd ol burdan! Bədbəxt atamın evin gör kimlər zəbt eyləyib. Dəli Həsənin üstünə qışqırdığı üçün Çeşmi qızından incidi. Lakin dillənmədi. Çeşmi dəli günlərinin dəli yoldaşına, ona həyan olan dərd qardaşına, ac günlərində ona yemək gətirən, ümidləndiyi insana sonuncu dəfə  baxdı. Dəli Həsənin gözlərindən tökülən yaşları görən Çeşmi özünü saxlaya bilmədi. Çeşimi ağıllı-ağıllı ağladı dəli qardaşı üçün. 
***
Sərvin anasını evdən çıxandan sonra Qəvi dərindən nəfəs alıb: - Yaxşı qurtardıq, dedi. 
    Sərvin anasını birbaş şəhər xəstəxanasına gətirmişdir. Anasını xəstəxanada yerəlşdirən qız: Ana, müalicə aldıqdan sonra səni evimə aparacağam,dedi. Sərvin anasından xəstəxanaya yerləşdirib, arxayınlaşandan sonra geri - Muncuqluya qayıdırdı… 
   Qarandıq qarışmışdı. İt başı sirrini çözə bilməyən Sərvin düşüncələr içərisində çırpındı. Kəndin qaranlıq, tozlu yolunda addımlayan Sərvin on-on beş dəqiqədən sonra atasının evinə çatajıqdır. Ürəyində Allah Səmanın cəzasını versin! Bu gün vaxt tapıb atamgilin qəbrini ziyarət edə bilmədim. Eh, nə üzlə gedəcəyəm onların qəbri üstünə. 
  -Ata, evində düşmən yaşayır, ocağın üstə düşmən qazanı qaynayır deyəcəmmi?! Yaxşı ki, vaxt qalmadı qəbirüstə getməyə! Fikri atasının qəbrində  qalsa da  düşüncəsində evi necə edəcəyinin planını çəkirdi. Evi Səmaya verməyəcəyəm. Əsla! Atamın qəbirdə sümükləri yanar ev Qəvinin oğluna - Barmaqsıza qalsa. Sağlığında zəhləsi gedərdi Barmaqsızdan. Sərvini düşüncələrindən mobil telefonu ayırdı. Çantasını qurdaladı. Telefonu çantadan çəkib çıxartdı. Rüzgar idi. Sərvin yalan danışırdı: -Kənddəyəm, evdə. Yox, yox Səmagil burada yoxdur. Anamla mənəm. Hə, hər şey yaxşıdır. Sabah gələcəyik! Rüzgarı aldadıb,  arxayın salandan sonra özü də arxayınlaşdı Sərvin. 
   Ulduzlar göydən qaçmışdı bu gecə. Qapqara göy üzü olacaqlara yas tutmaqçün geyinmişdi sanki qara bulud paltarını. Sərvin «Şor bulağın» yanında dayandı. Kimsəsiz, şırhaşırla axan bulağın səsinə qulaq asda. Darıxdı. Gözünü «Muncuqlu» kəndinin göyünə dikdi. Yadına uşağlığı düşdü. Ən parlaq ulduzu seçərdi göy üzündən özü üçün. Bu gün göy üzündə bircə dənə olsun belə ulduz yox idi. 
   Sərvin köksünü ötürüb yoluna davam etdi. Evlərinə çatına qədər kimsəylə rastlaşmadı. Buna sevindi. Barmaqsızgil yəqin, indii məndən danışırlar. Qəvi elə sanır ki, evi Səmaya bağışlayıb, getdim. Öləndə görərsiz Cavadın evini!  
      Əlini qapının dəstəyinə atdı. Bağlı idi. Döydü. Qapını üzünə Barmaqsız açdı. Sərvin Barmaqsızın döşündən itələyib içəri keçdi: - Gözləmirdiz, deyilmi? Barmaqsız susdu. Səma səsə qapıya gəldi. Basısını görüb qızardı. Sərvinin nə deyəcəyini gözlədi. Nədi, qayıdacağımı ağlına gətirməmişdin?  Elə bilirsən evi sənə verəcəyəm?! Bacısının qarnına baxıb: Bayaq fikir verəmişdim, deyən boğazsan? Qəvi üçün nəsil artırmaq qərarına gəlmisən? Atanın ailəsindən qalan bircə mənəm, bəlkə, mənim axrıma çıxmaq üçün doğursan! Doğ, doğ inşallah özünə qənim kəsilər. Sərvin Səmanın dillənmədiyin görüb: - Allahdan qorxmasaydım qarnına təpiklə vurub salardım küçüyünü.  Sərvin pörtmüş, qızarmız bacısının üstünə yeridi. Barmaqsız Sərvinin uşağa xətər yetirəcəyini zənn edib Səmanın qarşısına keçdi:
- Çıx, get Sərvin, dedi.
Sərvin bağırdı. Əslaf, məni öz evimdən qovursan? Cavadın ölmüş günləridir! Bu evdən rədd olası sənsən. Bildin, İtin küçüyü! Əlimi it qanına bulamamış rədd olun burdan! 
  Səma bir söz demədi. Yerindən tərpənmədi də. Barmaqsıq Səmanın qolundan tutub yan otağı keçmək istədi. Sərvin yüyrək addımlarla qarşılarını kəsib: nədi, yoxsa mənimlə gecəni burada kesirtmək istəyirsiz? Sərvinin gecəni burada qalacağını eşidən Barmaqsız Səmanı yanına salıb evdən çıxdı. 
***
         Sərvin nənəsinin sandığının yerində olub-olmadığını öyrənmək üçün yan otağı keçdi. Yerindəydi. Ağzı açılmamışdı. Sandığın qapağını açıb it başını götürdü. Bacısının qarasına: - Görəsən, bu qancıq atamın qanlı köyənəyini hara qoyub?  Evi ələk -vələk etdi. Köynəyi evin yeni işıq çəkilmiş  zirzəmisindən tapdı. Səma atasının köyəyini atmağa ürəyi gəlməmiş, onu burada gizlətmişdir. Sərvin atasının zirzəmidən tapdığı qanlı köynəyini sığalladı. Canlı alamla vidalaşırmış kimi gözləriyə vidalaşdı atasının miraslarıyla. İçini qaranlıq bürümüş Sərvin ağlayırdı. Dodaqlarından tökülə misralar: 
 
            
Süzülüb içimə doldu qaranlıq,
Yenə saçlarımı yolajaq gejə.
Bu gejə zirzəmi verir qonaqlıq,
Kədərim çöhrəmə qonajaq yenə.
 
Suvağı tökülən divarlar soyuq,
Zirzəmi qaranlıq davarı oyuq,
Ay janım, ağlama, səsini ud ki…
Kimsələr halından düşməsin duyuq.
 
Sən Allah diksinən qismətə bir bax,
Yosun gözlərimin nəsibi yaşdı.
Əlimdə tutduğum qızıl ləyəni
Dorldurdum yaşımla, ləbələb - daşdı.
 
Yenə qısılmışam divar künjünə,
Kədərlə yükləndi baxışlarım da.
Bu günə baxanda dünənə şükür…
Yazıqlıq töküldü baxışlarımdan. 
 
Süzür qulağıma o səsin sehri,
Atamın ruhuyla danışdım yenə.
Ruhun da olarmış yaşı, qəhəri,
Ay Allah, nə yaman üzülür mənə?!
 
Yaxşı ki, anamın xəbəri yoxdu,
Görmür müsübəti, bilmir zülümü.
O, hardan bilsin ki,dönür küsövə
Qovrulub ağzımda yanan dilimi.
 
Duz kimi ağappağ bəxtimin çölü,
Elə duz yüklüdür qəmim də Allah,
Bəxtim suya düşdü, duz tək əridi,
Əridi ovjumda, əlimdə Allah!
 
Uçajaq bu gejə bu kürsülü ev,
Nisgilim batajaq zirzəmisində.
Bu  gejə kas Xəzər də fırtınasıyla
Dərdimi apara qəm gəmisində
 
deyən, sinəsini boşaldan  Sərvin zirzəmidən çıxıb evə girdi. Böyüyüb - boya başa çatdığı evin otaqlarını bir-bir dolaşdı. Əllərini boyası solğunlaşmış otaqların divarlarında gəzdirdi. Yan otaqda yerləşdirilmiş dolabı açdı. Bajı -qardaşlarının paltarları yerindəydi. Elə bil hadisələr olmamışdır. Ürəyi sızıldadı. Ümumi otağa adlayıb, köhnə, rəngi saralımş qırmızı məxmər divanın üstündə əyləşdi. Gözlərini rəngi getmiş döşəməyə zillədi. Səssizjə baxdı, baxdı…Nəhayət sükutun səssizliyində sıxıldı. Həyətdə, pənjərə qarşısında əkilən heyva ağajının budaqları evin pəngərəsini astaja döydü. Xəyalı uzaqlarada - ailənin keçmiş günlərində olan Sərvinə elə gəldi ki, qapı döyüldü. Və bütün ailə gülə-gülə evə qədəm basdı. Budur, öndə atası Javad, anası Çeşmi və özüqarışıq altı uşağın altısı da bir yerdədir. Səmayla Sima nejə də qayğısız görsənirlər. Həmişəki kimi bir-biriylə höjətləşən Surxay və Simirxana yenə dalaşırlar. Selan yenə nə tikir belə?  Eh, onsuz da bir azdan tikdiyini jırıb atajaq. Mənə bir bax! İlahi, bu doğrudan da mənəm! Hə, vallah mənəm!  Yemək hazırlamaq üçün anama kömək edirəm. Yəqin, tezliklə süfrə başına yığışajağıq?! Buy, bunlar kimdir belə, bizim evdə süfrə başında əyləşənlər? Aman Allah bunlar Qəvinin ailəsidir k! Deyəsən evi satın alıblar?! Hə, elədir ki, var. Yox, yox evi onlara Səma bağışlayıb.  
    Diksindi. Deyəsən, oturduğu yerdəjə yuxulamışdır. Qubarlanmış sinəsini arıtlayıb, dərindən ah çəkdi. Doğrudanmı yuxu gördüm? Yox, qarabasmadır! Əgər gördyüm yuxudursa… Yuxularından qorxan Sərvin: - Allah, sən məni bağışla, əgər bu həqiqətən də belə olajaqsa…Yox,  yox mən bu yuxunu gerjəkləyə qomayajağam!  
   Sərvin düşünjələr içərisində batmışdı. Çırpııb düşünjələrdən qurtuldu. Nə məqsədlə gəldiyini yadına saldı. Bir azdan səhər açılajaqdır!  Tələsməliydi.  Ayağa qaldı. Qonaq otağının qapısı ağzında dayanıb tavanın dörd divarına göz gəzdirdi. Ona elə gəldi ki, atasının ruhu çırpınır tavanın günjlərində. Sanki, Sərvin etmə, eyləmə deyirdi. Sərvin pıçıltıyla: - Bağışla ata! Bunu eyləyəjəyəm! Beləsi daha yaxşıdır! 
   Sərvin ağlayırdı. Gözündən tökülən göz yaşlarını ağ neftə qarışdıran  qız evin başına dolandı. Sonra əlində on litrlik plastik qab zirzəmiyə düşdü. Yenidən evə qayıtdı. İşini başa vurub evdən çıdı. Yüyrək addımlarla özünü darvazadan çölə atdı. 
     Sərvin gejənin qaranlığında arxasına baxmadan irəliləyirdi. O, hələ Munjuqludan çıxmamışdır. Qulağına dəyən qıy-qışqırıq səsi getdikjə yüksəlirdi. Sərvin kəndin çıxajığındakı təpəy çatana qədər arxaya dönmədi. Təpəyə çatdı. Üzündə jığır salan göz yaşların silmədən, toranlı gözlərlə alovu göyə dirənmiş evlərinə baxdı.
     Qiymətli zinət kimi atası evindən çıxartdığı əmanət - əlində tutduğu it başı  Sərvin üçün hələ də müəmmalı, açılmamış sirr idi. 
    Bir dəstə kölgə çırpındı Sərvinin başı üstündə. Sərvin əlindəki it başını göyə qaldırdı. «Munjuqlu» kəndinin ulayan itlərinə bir səs də əlavə olundu. Üzünü Allaha tutub uladı Sərvin…
   
 
 
 
Əlavələr
 
Facebook beğen
 
 
 
Bugün 13 ziyaretçi (32 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol