Su, od, torpaq və külək
yaxud
Novruz diləkləri
Nərimanov rayonu 34 saylı məktəbdə “Novruz bayramı” adlı tədbir keçirildi. Tədbirin məqsədi adət-ənənələrimizi yaşatmaq, milli irsimizi qoruyub-saxlamaq eyni zamanda gənc nəsilə çatdırmaqdan ibarət idi. Tədbirin təşkilatçısı adı çəkilən məkəktəbin tarix müəllimi Leyla Mürsəlova tədbiri açıq édərək, ilk öncə novruz adət-ənənələrindən söz açdı. Fikirlərinin sonunda qeyd etdi ki, novruz bayramı Azərbaycan xalqının qədim mənəvi dəyərlərdən biridir. Novruz sözü fars sözündən götürülmüş, yeni gün anlamını verir. Gözəllik, bolluq və xeyirxahlıq rəmzidir. Novruz bizim ümummilli bayramımızdır. Müsəlman ölkələri və bir çox xalqlar bahar bayramını qeyd edirlər. Buna baxmayaraq novruz bayramı türk tarixindən, əsasən azərbaycanlıların ənənələrindən qaynaqlanır. Novruzun tarixi heç də orta əsrlər Əhəmənilər yaxud Zərdüşlüklə bağlanmır.
İnsanın yaranması ilə bağlı 4 ünsürdən - Su, Od, Yel və Torpaq ünsürləri məhz Novruz çərşənbələrində qeyd edilir. Hər birimizin həyatında novruz bayramının özünəməxsus yeri var. Bu bayramı hər bir azərbaycanlı sevir və təntənə ilə qeyd edirlər. Bu bayramda insanlar bir-birinə xeyir-dua diləyər, küslülər barışarlar. Novruzun gəlişi ilə təbiət təzələnər, torpaq oyanar, təbiət gözəllikləri göz oxşayar. Təbiətin oyanışı insanlara fərəh bəxş edər. Kainat su, od, torpaq və küləkdən yaranıb.
Su çərşənbəsi təmizliyin qorunub-saxlanması üçün vacib məsələdir. Su çərşənbəsi günü su təzələnir. İnanclara görə axar sular tərkibini və keyfiyyətini dəyişir. Evlərə həmin gün təzə su gəlir və həyatyanı sahələrə səpilir.
Od çərşənbəsi Günəşin rəmzi hesab edilir. Bu çərşənbədə müxtəlif etiqadlarla bağlı ayinlər həyata keçirilir. Bu çərşənbədə tonqallar qalayırlar. Tonqallar üzərindən atlanır.
Yel çərşənbəsi təbiəti öz yelləri ilə oyadar, canlama bəxş edər. yelin qanadında bahar pərvazlanar, quşlar geri qanad çalar.
Torpaq çərşənbəsi isə bərəkət, ruzi, nemət anlamını verir. Torpaq çərşənbəsində torpaq bellənir, taxıl səpilir. Ana təbiət sevinir, dirçəlir və oyanır. Səməni göyərir, üzü günəşə boylanır.
Necə-neçə yad ellilərin təziyiqinə məruz qalmasına baxmayaraq novruz bayramı-bu gözəl adət-ənənə günümüzə qədər gəlib çatmış, qüdrətini itirməmışdir. Bu adət-ənənələri yaşadan 34 saylı məktəbin şagirdləri novruz atributlarını da yaddan çıxartmamışdır. Məktəbin zalını novruz səməniləri, şirniyyat xonçaları və şamlarla bəzəmişdilər. Bundan əlavə tədbirə “Günəş” özfaliyyət yaradıcilıq ansanbılı öz çıxışları ilə şənliyə rəngagənglik qatdı. Beləliklə, milli paltar geyinmiş şagirdlər novruz bayramına xüsusi hazırlanmış və şənliyə möhtəşəmlik bəxş etmişdilər. Onlardan; Sultanova Ayşə, Kazımov Səxavət, Əliyev Hüseyn, Hüseynov Römən, Mustafayeva Səkinə, Sultanova Elnaz Behbudzadə Zeynəb, Mürsəlova Adilə, Fərzəliyeva İsmət, Behbudov Əsəd, İsmayılova Ləman, Cəfərova Mahizər və s-ləri fəal iştirak edərək bayatılar, şeirlər, tapmacalar söylədilər. Bundan əlavə şagirdlər bahar nəğmələri oxudular və rəqs nümunələri göstərdilər.
Qurtuldu dava.
Getdi qış gəldi yaz.
Dağlar dolaşdı,
Sular daşdı,
Odam, oddan yaranmışam,
Tonqallara qalanmışam.
Mən günəşin zərrəsiyim,
Mən günəşdən yaranmışam.
At qanadlı yeləm.
Enəmmirəm yerə mən.
Göylər yaman ucadı,
İstəmirəm enəm mən.
Tədbirdə 34 saylı məktəbin fəal şagirdləri Şuşanın dağları mahnısını, yanıltmaclar, tapmacalar, Keçəllə Kosanın və s oyunları göstərildi. Bizi bizdən alan, ruhumuzu pərvazlandıran, mənəvi qida verən, eyni zamanda milli musiqi alətimiz olan “Ruhani” havası da səsləndi. Azərbaycanın milli rəqsləri nümayiş etdirildi. Daha sonra səhnədə Bahar qız göründü.
“Açdı çiçək, gəldi yaz” və “Bahar gəldi” adlı mahnılar oxundu. Daha sonra şagirdlər tərəfindən Novruz adət-ənənələrinə uyğun yumurta döyüşdürüldü. Müəllimlər novruz arzu və diləkləri dilə gətirildi. Novruz şənliyində iştirak edən Təhsil Nazirliyinin nümayəndəsi Ağababa İbrahimov da bayram diləklərini müəllim kollektivinə və tədbirin qonaqlarına - valideynlərə çatdırdı. Şənliyin təşkilatçısına təşəkkür edərək şənliyin təqdirəlayiq olmasını vurğuladı. Tədbirin sonunda məktəbin direktoru Rəhman Hacıyev çıxış etdi. Çıxışında məktəblilərə Novruz adət-ənənələrini yaşatmaq, milli adət-ənənələrimizə hörmət etmək və gənc nəslin vətənpərvər böyüməsi kimi tövsiyələr etdi. Sonda R. Hacıyev məktəbliləri tədbir münasibətilə təbrik etdi və tətil uğurları arzuladı. Tədbirin sonunda təşkilatçı L. Mürsəlova şənlikdə iştirak edən valideynlərə, müəllim və şagirdlərə öz təşəkkürünü bildirdi.
Beləliklə, bu novruzu da beləcə yola salırıq. Nərimanov rayonu 34 saylı məktəbin şagirdləri sizdən novruz arzuları, diləkləri ilə ayrılır: Qoy hər zaman bərəkətiniz bol, təknəniz dolu, süfrəniz açıq olsun! Qoy tonqallarınız yanar, çaylarınız axar, eviniz abad olun! Dostlarınız şad, düşmənləriniz xar olsun! Sağ və salamat olun! Novruz bayramınız mübarək olsun!
Mətanət Ulu Şirvanlı
Respublika Ekoloji Tərbiyə
və Təcrübəçilik Mərkəzinin
şöbə müdiri |